Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri ilə görüşdüMilli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev bu gün Ankarada Türkiyə parlamentinin vitse-spikeri cənab Sürəyya Sadi Bilgiçlə görüşüb. Görüşdə ATƏT PA -Türkiyə əlaqələri, regional təhlükəsizlik və əməkdaşlıq məsələlərində birgə fəaliyyət, Azərbaycan-Türkiyə parlamentlərinin beynəlxalq miqyasda irəli sürdükləri təşəbbüslər müzakirə edilib.

Azay Quliyev bu gün həmçinin, Türkiyə Daxili İşlər nazirinin müavini Mehmet Ərsoyla da görüşüb. Görüşdə Azərbaycan Türkiyə QHT-lərinin əməkdaşlıq platformasının yaradılması haqqında razılıq əldə edilib.

Deputat Azay Quliyev bu qərarın hər iki qardaş ölkənin milli maraqlarına və əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib.

Qeyd edək ki, görüşlər barədə məlumat Azay Quliyevin tvitter hesabında paylaşılıb.
Azərbaycanlı polkovnikə ABŞ-da yüksək vəzifə verildiABŞ Hərbi Dəniz Qüvvələrində polkovnik-leytenant rütbəsi ilə xidmətdə olan “John” ləqəbli həmyerlimiz Nəimi Əmiral ABŞ Müdafiə Departamentinin F-35 Beşinci Nəsil Döyüş Təyyarələri Baş Ofisində Türkiyə Proqramı Meneceri təyin edilib.

Bu barədə Avrasiya.net-ə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

Xatırladaq ki, həmyerlimiz eyni zamanda F-35 Baş Ofisində Partnyorlarla Əlaqə və Xarici Satışlar Şöbəsində Ştab komandiridir. Bir neçə gün bundan əvvəl Azərbaycan əsilli komandir Amerikada səfərdə olan Türkiyə Müdafiə naziri general Hulusu Akarla və Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalınla da görüşüb
Bakıda 33 yaşlı qadının boğazını kəsib öldürdülərBu gün Bakıda dəhşətli qətl törədilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Xəzər rayonu Şağan qəsəbəsində yerləşən fərdi yaşayış evində Şamaxı rayonunun Bağırlı kəndində anadan olmuş. 1986-cı il təvəllüdlü Kütahi Məlikovanın üzərində xəsarətlər olan meyiti tapılıb. İlkin araşdırmalar zamanı 33 yaşlı qadının boğazının kəsilərək qətlə yetirildiyi məlum olub.

Bildirilir ki, 2 uşaq anası olan K.Məlikova səhər saatlarında övladlarını dərsə yola salıb. Hadisə vaxtı onun həyat yoldaşı da evdə olmayıb.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Gənc qadının hansı səbəbdən, kim tərəfindən qətlə yetirilməsi hələlik məlum deyil.
Ermənilər azərbaycanlılara hücum etdi - XƏSARƏT ALANLAR VARAvstriyanın Litsen şəhərində azərbaycanlı gənclərə hücum olub, 22 yaşlı Mirzəyev Daşqın və 20 yaşlı Aydıni Qoşqar adlı azərbaycanlılar xəsarət alıblar.

Aprelin 13-ü axşam saatlarında şəhərin mərkəzindəki kafelərin birindən çıxan azərbaycanlı gənclər park etdikləri yerdən avtombillərini çıxardan zaman maneə ilə üzləşiblər.

Belə ki, bu zaman başqa bir avtomobil həmin yerə yaxınlaşıb. Azərbaycanlı gənclər yerlərindən çıxmaq üçün yaxınlaşan avtombildən imkan vermələrini istəyiblər. Anlaşmazlıq nəticəsində mübahisə yaranıb. Qarşı avtomobildən düşən 4 nəfər onların azərbaycanlı olduğunu bilib, etnik zəmində təhqir yağdıraraq Qarabağ erməniləri olduqlarını gizlətməyiblər. Nəticədə əlbəyaxa dava düşüb, qeyri-bərabər güc qarşısında azərbaycanlı gənclər yüngül xəsarət alıblar. Ermənilər hadisə yerindən qaçıblar. (report)
Sabiq prezident özünü güllələdiPerunun sabiq prezidenti Alan Qarsiya özünü güllələyib.

Qaynarinfo.az xəbər verir ki, polis rüşvətxorluqda ittiham edilən sabiq prezidenti həbs etmək üçün evə daxil olub və Qarsiya başına atəş açıb.

69 yaşlı Alan Qarsiyanın vəziyyətinin ağır olduğu bildilir.
Ramil Usubov kollegiya iclası keçirdiBu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib

Aprelin 17-də Daxili İşlər Nazirliyində "Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı", “İctimai yerlərdə baş verən cinayətlərin profilaktikası" və "Şəxsi heyətin peşə hazırlığının təşkili" sahələrində görülən işlərin vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan məsələlərin əməliyyat-xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini, habelə insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının etibarlı qorunması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Son illər ölkədə uğurla həyata keçirilən islahatlar, quruculuq işləri və hüquq mühafizə siyasəti çərçivəsində daxili işlər orqanlarında da fəaliyyətin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi üzrə əhəmiyyətli işlər görüldüyünü, qarşıda duran vəzifələri yerinə yetirməyə qadir olan peşəkar kadr özəyinin formalaşdırıldığını diqqətə çatdırıb.

Sonra gündəlikdəki məsələlər barədə məruzə ilə çıxış edən Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov və Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov müzakirə olunan məsələlərlə bağlı respublikanın daxili işlər orqanları tərəfindən görülən işləri, xidməti fəaliyyətdə əldə olunmuş nəticələri, mövcud olmuş nöqsan və çatışmazlıqları diqqətə çatdıraraq onların aradan qaldırılması yollarından və qarşıda duran vəzifələrdən danışıblar.

Məruzələr ətrafında çıxış edən bir sıra şəhər, rayon polis orqanlarının rəisləri gündəlikdəki məsələlər üzrə, həmçinin cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verərək iclasda səsləndirilən iradların tezliklə aradan qaldırılacağına söz veriblər.

İclasa yekun vuran daxili işlər naziri R.Usubov əvvəlki dövrlərdə olduğu kimi, cari ilin birinci rübündə də respublikada cinayətkarlıqla mübarizədə, daxili təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunması sahəsində əvvəlki illərdə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirildiyini, bu işdə prokurorluq, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə birgə səmərəli fəaliyyətin mühüm rol oynadığını diqqətə çatdırıb.

O, gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarının işində müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edərək onların aradan qaldırılması üçün adekvat tədbirlərin görülməsini tələb edib, həmçinin əməliyyat-xidməti fəaliyyətin bir sıra vacib istiqamətləri üzrə və aktual məsələlərə dair konkret tapşırıq və tövsiyələrini verib.

Vurğulanıb ki, təqsirləndirilən və itkin düşmüş şəxslərin axtarışı üzrə tədbirlər, ictimai yerlərdə baş verən cinayətlərin profilaktikası, şəxsi heyətin peşə hazırlığı sahələrində fəaliyyət gücləndirilməli, hər bir orqan və hissədə qanunçuluq, nizam-intizam möhkəmləndirilməli, vətəndaşların qəbulu, onların müraciətlərinə daha həssas münasibət göstərilməli, hər bir ərizə və şikayətə vaxtında və operativ baxılmalı, ümumən şəxsi heyətin tapşırılmış sahəyə məsuliyyətinin yüksəldilməsi istiqamətində işlər böyük əzmlə davam etdirilməlidir.

Yekunda nazir, general-polkovnik Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi əmin edib ki, daxili işlər orqanlarının şəxsi heyəti qanunvericilikdə müəyyən edilmiş vəzifələrin, qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcək, ölkədə sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək.
Şəki Məhkəməsinə iftira atanlar kimlərdir? - ŞİKAYƏTAprel ayının 15-də saat 19.05-də MİQ.az saytında və eləcə də digər bəzi saytlarda Miq.az saytına istinadla "Şəki məhkəməsindən GÖZLƏNİLMƏZ QƏRAR - Maşınla adam öldürən və hadisə yerindən qaçan sürücü azadlıqda qaldı" başlıqlı yazı dərc edilmişdir.

Şikayət üslubunda hazırlanan həmin yazıda şikayətçinin ad soyadı göstərilməməklə yanaşı, eyni zamanda qarşı tərəf olaraq bizim mövqeyimiz də öyrənilməyib. Ona görə də yayılan xəbər oxucularda yanlış fikir formalaşdırmaqla bərabər, həm də bizim mövqeyimizə xələl gətirir. Azərbaycan Respublikasının KİV haqqında Qanunun 45-ci maddəsinə əsasən xahiş edirik bizim mövqeyimizi də olduğu kimi dərc edəsiniz.

Öncə onu qeyd edim ki, internet saytlarında qardaşım Qasımov Təvəkkül Qasım oğlunun azadlığa buraxılması barədə yayılan məlumatlar şayiədir.

Belə ki, bildirmək istəyirəm ki, qardaşım Təvəkkül Qasımov ehtiyatsızlıqdan bir nəfər şəxsin ölümünə səbəb olma (CM-NİN 263.2-ci) və hadisə yerindən qaçma (CM-nin 264-cü) cinayət əməllərini törətməsi ilə təqsirli bilinmirdir. İnternet saytlarına verilmiş yazılardan da görünür ki, müəllif polisin və prokurorluğun mövqeyini əks etdirmişdir. Həmin vaxt qardaşım hadisənin törədilməsində şübhəli şəxs qismində cəlb edilsə də, hesab edirəm ki, o günahsızdır. Belə ki, həmin vaxt onunla eyni istiqamətdə iki avtomobilin olmasına və həmin avtomobillərin aşkar olunması ilə bağlı ərazidə lazimi qaydada kameraların olmasına baxmayaraq polis bu məsələlərin araşdırılması ilə bağlı heç bir hərəkət etməmişdir.

Bundan başqa tərəfimizdən dəfələrlə ölmüş şəxsin üzərindən keçən avtomobillə qardaşımın avtomobilinin təkərlərinin eyniləşdirilməsi barədə vəsatət verilməsinə baxmayaraq hələ də bu barədə heç bir qərar qəbul edilməmişdir. Nədənsə tərəfimizdən çox asanlıqla aşkar edilmiş kamera görüntüləri hələ də polis əməkdaşları tərəfindən əldə edilməmişdir. Əsas isə həmin kameraların yaddaşının bir günlük olduğu göstərilmişdir. Tərəfimizdən əldə olunmuş sübutlar polis tərəfindən nəzərə alınmadığından həmin görüntülər məhkəmə iclası zamanı təqdim ediləcəkdir. Hesab edirəm ki, bütün bu yazılar məhkəməyə təsir etmək deməkdir. Belə yazılar məhkəmələr tərəfindən ədalətin bərqərar olmasına imkan verməyən haldır.

Zərər çəkmiş tərəfindən heç bir şikayətin olmamasına baxmayaraq belə bir yazının yazılmasında kim maraqlı ola bilər?!
Şəki Məhkəməsinə iftira atanlar kimlərdir? - ŞİKAYƏT
Qasımov Arif Qasım oğlu. AZE 07388352
Təvəllüdü 20.01.1974
0506715178
Bakıda hər il təxminən 1,5 milyon ton tullantı yaranırBakı şəhərində bərk məişət tullantılarının yığılması daşınması və çeşidlənməsinin idarə olunması konsepsiyasının həyata keçirilməsinə başlanılıb

Xəbər verildiyi kimi, Bakı Şəhər İcra Hakimiyyətinin sifarışınə əsasən Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti tərəfindən Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması konsepsiyası hazırlanır. Bununla əlaqədar şirkətin nümayəndələri növbəti dəfə paytaxtııza gəlmişlər. Onların apardıqları araşdırmaların nəticələri konsepsiyanın hazırlanmasında əsas götürülmüşdür.

Mott MacDonald şirkətinin rəhbərlərinin bildirdiyinə görə Bakı mürəkkəb landşafta, küləkli hava şəraitinə və böyük əraziyə malik olmasına baxmayaraq şəhərin sanitar təmizliyi normal səviyyədədir. Buna baxmayaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması ilə bağlı islahatların aparılması üçün bu sahədə böyük təcrübəsi olan Böyük Britaniya Mott MacDonald şirkətinə müraciət olunmuş və onun mütəxəssisləri yeni islahatlar konsepsiyasının hazırlanmasına başlamışlar. Əsas məqsəd paytaxt Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması işlərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdırmaq, paytaxtımızı gözəl məkana çevirməkdir.

Konsepsiya şərçivəsində artıq 3 aya yaxındır ki, Bakı şəhərində işlər gedir, 4 rayonda (Səbail, Nərimanov, Yasamal və Nəsimi) məişət tullantıları üçün yeni müasir konteynerlər qoyulub, dünəndən isə daha 3 rayona (Binəqədi, Nizami və Xətai) bu konteynerlərin verilməsinə başlanılıb.

Həyata keçirilən işlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şirkətin təqdim etdiyi layihə əsasında Monitorinq Mərkəzi yaradılmışdır. Mərkəzdə işçi qrup tərəfindən konsepsiyanın hazılanması və həyata keçirilməsi ilə bağlı nəzərdə tutulan işlərin görülməsi üçün ən müasir şərait yaradılıb.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılmış Monitorinq Mərkəzində Böyük Britaniya Mott MacDonald şirkəti rəhbərliyinin səlahiyyətli nümayəndəsi, Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üzrə islahahlar konsepsiyasının rəhbəri cənab Martin Saymon ictimaiyyət və mətbuat nümayəndələrinə konsepsiya barədə geniş məlumat vermiş və jurnalistləri maraqlandıran çoxsaylı sualları cavablandırmışdır.

Cənab Martin Saymon bildirmişdir ki, 2018-ci ildə bizi Bakıda tullantı idarəetməsi xidmətlərinin qiymətləndirilməsi üçün dəvət etmişdilər. Məqsəd tərəfimizdən potensial təkmilləşdirilmə metodları təklif edərək tullantı idarəedilməsi sisteminin yüksək inkişafı üçün lazım olan məlumat bazasını əldə etməyə kömək edəcək pilot araşdırmalar layihəini hazırlamaq idi. Bu da öz növbəsində geniş miqyaslı tullantıların idarəteməsi sistemində inkişaf əldə etməyə kömək olacaqdı.

Şirkətimiz tullantı və tullantıların yenidən emalını araşdırmaq üçün böyük məmnuniyyətlə Bakı İcra Hakimiyyəti ilə 2-ci dəfə əməkdaşlıq etməyə razılıq vermişdir. Bu araşdırmalarin nəticələri Bakı şəhərində tədbiq olunaraq 21-ci əsrin muasir tullantı idarəetməsi sistemini yaradacaqdır.

Bakıda hər il təxminən 1,5 milyon ton tullantı yaranır. Bu rəqəmlər Bakı şəhəri genişlənib infişaf etdikcə daha da artacaqdır. Tullantıların düzgün yığılması, emalı və çeşidlənməsi vacib şərtdir. Tullantıların çoxu şəhərkənarı poliqonlara aparılır. Buna baxmayaraq, tullantıların Balaxanıda yerləşən tullantı çeşidlənməsi və onlardan enerji əldə etmə zavodlarına göndərilməsi ilə bu işdə inkişaf əldə edilib.

Bizim ilkin araşdırmalarımız onu göstərdi ki, Bakıda tullantı menecmenti sistemini təkmilləşdirmək vacibdir ki, bu böyüyən və inkişaf edən şəhəri muasir ximətlərlə təmin etsin, həm ətraf mühitə, həm də iqtisadi inkişafa müsbət təsir göstərsin. Turizm sahəsində inkişaf edən, müxtəlif beynəlxalq tədbirlər keçirən, Bakı Ağ Şəhər kimi innovativ layihələrə imza atan bir şəhər kimi, Bakıda yüksək səviyyəli tullantı idarəedilməsi sistemi əldə etmək zərruriyyəti yaradır. Bakı Şəhər İcra Hakimiyyəti sakinlər üçün tullantıların yığılması, çeşidlənməsi və idarəedilməsi sisteminin təkmilləşdirilməsində məqsədlidir və bizim Mott MacDonald şirkəti olaraq rolumuz bu hədəfin əldə edilməsində dəstək olmaqdır.

Biz yeni tullantı konteynerləri və nəqliyyat vasitələri daxil olmaqla, yeni tullantı yığılması sistemlərini tədbiq etmək fikrindəyik. Bununla bərabər, Bakı sakinlərinin də tullantıları emal oluna bilən və emal oluna bilməyən tullantılara bölməsinə həvəsləndirməyə çalışırıq. Bu böyük miqdarda tullantıların poliqondan kənarlaşdırılmasına kömək edəcək.

Son bir neçə ay ərzində, nəzərə çarpacaq dərəcədə inkişaf əldə edilib, yeni konteynerlər əldə edilib və sakinlərin bildirdiyinə görə by əvvəlki konteynerlərə nisbətən böyük müsbət dəyişiklikdir və daha çox yeni konteynerlərin qoyulması işləri görülür.

Yeni pilot araşdırmaların bir hissəsi kimi, tullantı araşdırmaları keçirmək zəruri məsələdir və müsahibə verdiyimiz bu Monitorinq Mərkəzi sırf bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılmışdır. Bu Mərkəz bu günə qədər gördüyüm ən mükəmməl müəssisələrdən biridir və bizə işimizi daha yaxşı yerinə yetirməyə kömək edir, işçi heyyəti üçün tam müasir şərait yaradılıb.

İlkin araşdırmalar üçün Nərimanov rayonu seçilib. Belə ki, bu rayon həm şəhərin mərkəzində yerləşir, həm də şəhər kənarı əraziləri də əhatə edir. Buna görə də, Nərimanov rayonu ümumilikdə Bakı şəhərini təmsil edən ərazi kimi sınaqlar üçün münasib rayon kimi seçilib.

Mən hazırladığımız pilot layihələrin uğurla tərbiqinə inanıram, ümid edirəm ki, Bakı sakinləri də şüşə, kağız, karton tullantılarını, plastik və dəmir içki qablarını çeşidləyib emal oluna bilən tullantılar üçün gətirilmiş yeni konteynerlərə ataraq Şəhər İcra Hakimiyyətinə kömək olacaqlar. Biz 20-30 faizlik tullantı diversiyası əldə etməyi hədəf tutmuşuq. Bu layihə uğurla nəticələnəcəyi halda ətraf mühit üçün böyük müsbət təsirlər, həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcək, reqiondakı digər şəhərlər üçün də gələcəkdə başlanğıc nöqtəsi olacaqdır.