Cinayətin adı - İNTİHARARZU ZEYNALLI

...Və intihara sürükləyən CƏMİYYƏT...


Elina təkcə valideyin laqeydliyinin, müəllim diqqətsizliyinin, anormal ətrafının qurbanı olmadı. Və o, yeganə qurban deyil. Həyatı təhlükədə olan yeniyetmələr var olacaq, ta o vaxtadək ki, televiziya ekranlarından evimizə tərbiyəsizlik, xəyanət, namussuzluq, əxlaqa zidd seriallar soxulmasın...

Hansı telekanalın hansı verilişlərinin insan psixologiyasına nə kimi zərər vurmasından yazmayacam. İllərdir bu yöndə mövzu ilə ol şəxslərin o üzünə də, bu üzünə də ....vuran vurub. Xoşlamadığımız faslar demiş, çi fayda!

...Və illərdir Elina kimi uşaqların bu və digər formada ölüm xəbərini eşidirik... İtkin düşdüyünü eşidirik. İtkin haa... Texnikanın inkişaf etdiyi bir dövrdə öz ölkəsində itkin düşmək... Vay bəə... Mən elə bilirdim itkin düşmək ifadəsi ancaq müharibələrdə məqbuldur. İnsan öz torpağında, hələ öz azərbaycanlısının əhatəsində necə itkin düşə bilər? Bəli, öz azərbaycanlısının əhatəsində!..

Eləcənə fikrimi yazdım... Bəlkə də daxilimdəki etirazı yumşaldaraq. Amma bəsirət gözümüzlə baxsaq görərik ki, belə vəziyyətlərdə bizim düşmən elan etdiyimiz ermənilər gülür... Özümüz özümüzün gəncliyimizi, gələcəyimizi ləkələdiyimiz, boğduğumuz üçün gülür.

Qızı olan analar, övladınıza bərk sarılın. Yad nəfəslərdən qoruyun. O yad nəfəslərdən ki, yaxınımızda, bəlkə də bir addımlığımızdadır... Qoruyun ki, Azərbaycanın da bir sağlam gələcəyi olsun...
Akademik Nailə Vəlixanlı təltif edildi - FotoAzərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 07 mart 2019-cu il tarixli 065 №-li əmri ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı təltif edilib.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikası DTX-nin sədri, general-polkovnik Mədət Quliyevin imzası ilə verilən vəsiqədə akademik Nailə Vəlixanlının “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edildiyi qeyd edilib.

Yubiley medalı Muzeyi ziyarət edən DTX nümayəndəsi tərəfindən akademik Nailə Vəlixanlıya təqdim edilib.
Necmeddin Sefercioğlu dünyasını dəyişibTürk dünyasının parlaq simalarından biri olan professor Necmeddin Sefercioğlu dünyasını dəyişib.

Necmeddin Sefercioğlu kimdir? 29 iyun 1931-ci ildə Nevşəhərdə anadan olmuşdur. Ankara Üniversitetinin Dil ve Tarix Coğrafya Fakültəsini Kitabxanaçılıq bölməsini (1960) bitirmişdir. Doktorluq disertasiyasını Türk kitabxanaçılığı mövzusunda (1968) müdafiə etmişdir.

İlk fəaliyyətinə təhsil aldığı kitabxanaçılıq fakultəsində yardımçı olaraq başlamışdır. 1965-ci ildə ABŞ-da təhsilini davam elətdirmişdir. 1982-ci ildə yardımcı -dosent, 1986-cı ildə dosent, 1990-cı ildə isə professor elmi dərəcəsi almışdır.

Vakıflar Genel Müdürlüyündə məmur (1952-56), Türk Ocağında müdür müavini (1956-58), Hür Basım ve Yayınevində rəhbəri (1958-59), Millî Kitabxanada kataloqçu (1959-62) vəifələrində çalışmışdır.

Gazi Üniversitesi Basın yayın Yüksek Okulu Gazetecilik ve Halkla İlişkiler Bölümü rəhbəri (1998) kimi təqaüdə çıxmışdır.

İlk yazısı Qələm (Adana, Aralık 1948) dərgisində nəşr edilmişdir. Bundan başqa müxtəlif nəşriyyatlarda bir çox yazıları çap edilmişdir.
1960-cı ildə Ankara Üniversiteti (DTCF) tərəfindən “Emily Dean Ödülü” mükafatına layiq görülmüşdür.

Türkiye Yazarlar Birliği, Türk Kütüphaneciler Derneği, Türkocağı, İLESAM, Ankara Aydınlar Ocağının üzvü olmuşdur.

Böyük alim 04 aprel 2019-cu il tarxində Ankarada dünyasını dəyişib.

Məkanı cənnət olsun!

Səməd Vəkilov


Şahbazın dəhşətli görüntüləri Azərbaycana göndərildiKəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin video-görüntüləri ailəsinə təqdim olunub.

Bu barədə Azvision.az-a girovun qardaşı İlham Quliyev məlumat verib. Bildirib ki, Şahbazın yeni görüntüləri onlara 15 gün əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri tərəfindən göstərilib.

“Şahbazın videosunu görəndən bəri özümüzə gələ bilmirik. Biz istəyirik ki, xalqımız onun nə vəziyyətdə saxlanıldığını görsün, halına acısın. Videoya baxanda ürəyimiz qan ağladı. Qardaşım yaman günə qalıb. Təsəvvür edin, eynəksiz heç nə görmür. Şahbaz elə bir haldadır ki, bunu sözlə təsəvvür etmək mümkün deyil. Videoda bizi salamlayır, daha sonra övladı, ailəsi ilə maraqlanır. Təxminən iki dəqiqəlik video idi", - deyə girovun qardaşı vurğulayıb.

Onun sözlərinə görə, Şahbazın durumu heç də yaxşı deyil: "Biz Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrindən xahiş etdik ki, görüntünü insanlar arasında yaymaq, dövlətimizə göstərmək üçün bizə versinlər. Ancaq dedilər ki, bu yalnız ailəsinə göstərmək üçün təqdim edilən görüntüdür. Buna görə arada mübahisə düşdü. Qardaşımın belə görüntüsünü gətirməkdənsə, heç gətirməsinlər”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.
İlham Əliyev sərəncam imzaladıAzərbaycan Respublikası Prezidenti İlham Əliyev “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Avrasiya.net sərəncamın mətnini təqdim edir:

1. “Dünya dini liderlərinin II Bakı sammiti”nin 2019-cu il 14-15 noyabr tarixlərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Əli Əhmədov - Azərbaycan Respublikası Baş nazirinin müavini

Təşkilat Komitəsinin üzvləri

Şeyxülislam Allahşükür Paşazadə - Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin sədri

Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri

Əli Həsənov - Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri

Etibar Nəcəfov - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri

Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət naziri

Mübariz Qurbanlı - Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

Vüsal Hüseynov - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

Ülvi Mehdiyev - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

Ramiz Həsənov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

İsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Siyavuş Novruzov - Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri

Aslan Aslanov - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri

Rövşən Məmmədov - “Azərbaycan Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini

İsmayıl Hacıyev - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri

Aleksandr İşein - Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu

Milix Yevdayev - Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri

Salman Musayev - Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini

Vasim Məmmədəliyev - Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Qafqaz Müsəlmanları İdarəsi Elmi Dini Şurasının sədri.

2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsi “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Xalqa və dövlətçiliyə xidmət
11 aprel 2019-cu il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə " Xalqa və dövlətçiliyə xidmət" başlığı altında tədbir keçirildi.

Dövlət Himninin səslənməsindən sonra millət vəkillərinin, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Şura üzvləri, ərazi ilk partiya təşkilatları sədrləri, rayonun Ağsaqqallar Şurasının üzvləri, Qarabağ müharibəsi veteranları və Çernobıl əlillərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qonaqları və tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan 2018-ci ildə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etmiş, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənmişdir. "Ötən 16 ilin mənzərəsinə nəzər saldıqda görürük ki, respublikamız sürətlə inkişaf edib, bütün sahələrdə parlaq nailiyyətlər qazanıb. Ötən ilin ən mühüm-əlamətdar hadisəsi isə prezident seçkilərinin keçirilməsi və cənab İlham Əliyevin növbəti dəfə möhtəşəm qələbə qazanması oldu. Azərbaycan xalqı yenidən cənab İlham Əliyevə yüksək etimad göstərdi və bir daha sabitliyə, inkişafa və tərəqqiyə səs vermiş oldu. Dünyaya nümunəvi və mütərəqqi inkişaf modeli təqdim edən Azərbaycan bu gün, sözün əsl mənasında, özünün qızıl əsrini yaşamaqdadır və bu dövr hələ uzun müddət davam edəcək. Cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi kurs bir daha sübut etdi ki, ölkəmizdə islahatlar davamlı xarakter daşıyır".
Xalqa və dövlətçiliyə xidmət
Millət vəkili, Milli Məclisin İnsan Hüquqları Komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvü Elman Nəsirov çıxışında ölkə başçısı cənab İlham Əliyevin 2019-cu ilin ilk üç ayı ərzində sosial yönümlü Sərəncamlarından əhalinin hər yaş qrupunun faydalandığını qeyd etdi. Azərbaycanda qazlaşmanın 95 %-ə çatmasının, bölgələrin, hətta ucqar dağ kəndlərinin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasını, bütün ölkə boyu yol infrastrukturunun dünya standartları səviyyəsinə çatdırılmasını vurğulayaraq, bu inkişafın arxasında ölkə başçısı İlham Əliyevin yürütdüyü uğurlu siyasətin dayandığının qeyd etdi.
Millət vəkili, Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Kəmaləddin Qafarov çıxış edərək son dövrlərdə cənab İlham Əliyevin Sərəncamına əsasən səhiyyə işçilərinin maaşlarının artırılmasından, Azərbaycan səhiyyə sisteminin inkişafı üçün Dövlət Proqramlarının həyata keçirilməsindən danışdı. Qalibiyyətli aprel döyüşlərində əsgərlərimizin döyüş ruhunu xüsusi qeyd edən millət vəkili Milli Ordumuzun qısa zaman ərzində torpaqlarımızı işğaldan azad etmək iqtidarında olduğunu qeyd etdi.
Xalqa və dövlətçiliyə xidmət
Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev çıxış edərək bildirdi ki, hər bir dövlətin gücü onun iqtisadi və hərbi gücü ilə ölçülür. İqtisadi cəhətdən bütün sahələrdə inkişaf edən Azərbaycanda Ordumuzun döyüş qabiliyyəti artır, güclənir. Bu gün bizim ordumuz istənilən vəzifəni icra edə bilər. Ölkə Prezidentinin soaial yönümlü islahatları nəticəsində əsasən neft rayonu olan Pirallahı rayonunda qeyri neft sektoru sürətlə inkişaf edir. Sənaye Parkının ərazisində şaquli planlaşdırma işləri yekunlaşdırılmışdır. Mərkəzi yol kənarı boyu hasarın çəkilməsi işləri tamamlanmış, kommunikasiya xətlərinin köçürülməsi işləri aparılmışdır. Sənaye Parkının ərazisində inşa olunan Şprits istehsalı zavodunun dəmir-beton karkasının qurulması işləri tamamlanmış, metal fermalar quraşdırılmışdır. Yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulan şprits zavodu daxili tələbatı ödəməklə yanaşı, əlavə ixrac imkanları da yaradacaqdır. Bundan əlavə yeni dərman istehsalı zavodunun inşası aparılır. Yaxın günlərdə Azərbaycan-Rusiya birgə müəssisəsi olan "R-Pharm” MMC tərəfindən dərman vasitələrinin qablaşdırılmasına başlanması nəzərdə tutulur.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Rüfət Əhmədov ölkəmizdə gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan danışdı.

Tədbir partiyanın ictimai-siyasi həyatında fəallıq göstərdiklərinə görə bir qrup YAP Pirallahı rayon təşkilatı fəallarının Fəxri Fərmanlarla təltif olunması və partiya sıralarına yeni qəbul edilmiş yeni üzvlərə partiyaya üzvlük vəsiqəsinin təqdim olunması ilə yekunlaşdı.
Xalqa və dövlətçiliyə xidmət
Xalqa və dövlətçiliyə xidmət


Bakıda bankda yanğın: 5 nəfər tüstüdən zəhərləndi“Accessbank”da yanğın baş verib.

Report xəbər verir ki, hadisə bankın Bakı şəhəri, Tbilisi prospketi 3 ünvanında yerləşən mərkəzi ofisində qeydə alınıb.

Yanğın nəticəsində bankın mühafizə xidmətinin 5 əməkdaşı xəsarət alıb. Bunlar 1985-ci il təvəllüdlü Vüqar Məmmədov, 1984-cü ildə anadan olmuş Soltan Mirzəyev, 1985-ci il təvəllüdlü Əli Manafov, 1988-ci il təvəllüdlü Əkbər Nəsirov və1987-ci il təvəllüdlü Fərid Əhmədovdur. Onlar tüstüdən zəhərlənib.

Zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
İranda dəhşətli qəza: 7 ölü, 14 yaralı - FotoBu gün İranın Tehran-Savə avtomagistral yolunda dəhşətli yol qəzası baş verib.

Axar.az xəbər verir ki, İranın Təcili Yardım İdarəsinin mətbuat katibi dəhşətli yol qəzasının Tehranın 20-ci kilometrliyində baş verdiyini bildirib.

Qəza nəticəsində 7 nəfər ölüb, 14 nəfər yaralanıb. Cəsədlər yandığı üçün tanınmaz hala düşüb.
Zelenski Poroşenkonu darmadağın edir – Şok sorğuUkraynalıların 71%-i prezident seçkisinin ikinci turunda şoumen Vladimir Zelenskiyə səs verəcəklər.

Axar.az xəbər verir ki, bu nəticə “Reytinq” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Məlumata görə, Poroşenkonu müdafiə edənlərin sayı respondentlərin cəmi 29%-ni təşkil edib.

Zelenski rəqibini ictimaiyyətin bütün yaş kateqoriyalarında üstələyib. O, daha çox şərq, cənub və mərkəzi vilayətlərində dəstəklənib.

Ölkənin qərb hissəsində namizədlərin ikisinin də səs faizləri təxminən eyni miqdarda olub.
Türkiyənin regionda təklənməsi... - EkspertRufis Məmmədsoy
ekspert

Bu gün İtaliya parlamenti qondarma "erməni soyqırımını" tanımaq istəyir. Bu Türkiyənin regionda təklənməsinin bir növ sübutudur.

Bəli, ABŞ Avropada son zamanlar aktivliyini artırıb. Bunun da bir neçə səbəbi var. Yəni, aparıcı Qərbi Avropa ölkələri ABŞ ilə hesablaşmaq istəmir. Məsələn, Almaniya və Fransanı buna aid edə bilərik. Bu mənada ABŞ-ın digər böyük dövlətlərə təsir etmək imkanları var. İtaliya parlamentinin bu qərarının arxasında ABŞ-ın olduğunu düşünürəm.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri ya ABŞ ya da Rusiya arasındakı seçim kimi xarakterizə edilməlidir. Belə ki, son bələdiyyə seçkilərindən sonra Ərdoğanın əsas diqqətini iqtisadi vəziyyəti stabilləşdirməyə yönələcəyini düşünürdük. Bunun üçün isə ABŞ ilə münasibətlər düzəldilməli idi. Lakin, son Moskva səfərindən sonra gördük ki, Ərdoğan fərqli cür düşünür. Hətta iki ölkə arasında ikinci S-400 alınması ilə bağlı razılıqlar da gözlənilir. Bu mənada onsuzda Türkiyənin NATO-dakı gələcək fəaliyyəti sual altında idi. Bundan sonra bu məsələ də ön plana çıxa bilər. Təbii ki, bütün bunlar Kremlin maraqlarına uyğundur. Bu məsələdə qazanan tərəf yalnız Rusiyadır. Türkiyənin bu qəti addımları bu cür təzyiqləri daha da artıracaq. Lakin, bu ABŞ üçün də təsirsiz ötüşməyəcək. Belə ki, Türkiyə NATO əvəzinə Rusiyaya meyl edirsə, bu hərbi quruma olan inam da olduqca aşağı düşəcək. Belə deyək KTMT kimi bir quruma çevrilə biləcəyini də düşünmək olar. Bir bənzətmə də edim. Məsələn KTMT-də iki üzv ölkə Belarus və Ermənistan təmsil olunur. Lakin, Belarus bizə silah satır və bizi müttəfiqi hesab edir. Burada da vəziyyət eynidir. Türkiyə uzun illərdir keçmiş SSRİ əleyhinə yaradılmış hərbi təşkilatda təmsil olunur. Lakin, SSRİ-nin varisi olan Rusiyadan silah alır.

Bu mənada bu cür halların tez tez şahidi ola bilərik.