Baş redaktor falçıları necə aldadıb?Azərbaycanda hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən “XəbərFakt.com” internet informasiya portalının baş redaktoru Fariz Yəhyayev, həmin portalının redaktoru İpək Məmmədova, “Presedent” qəzeti və “XəbərFakt.com” internet informasiya portalının xüsusi müxbiri vəzifəsində işləmiş İlkin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, “Presedent” ictimai-siyasi, hüquq qəzetinin və “XəbərFakt.com” internet informasiya portalının baş redaktoru Fariz Yəhyayev 2014-cü ilin iyul-avqust aylarında qeyri-rəsmi nikahda yaşadığı, rəhbəri olduğu qəzetin redaksiyasında və internet informasiya portalında redaktor vəzifəsində işləyən İpək Məmmədova ilə birlikdə dələduzluq edib.

Qadının etibarını necə qazandılar?

Fariz Yəhyayev Lənkəran rayonunun Göyşaban kənd sakini Rəsmiyyə Rüstəmovaya özünü “Presedent” qəzetinin baş redaktoru, İpək Məmmədovanı isə həmin qəzetin əməkdaşı kimi təqdim edib. Onlar Rəsmiyyə Rüstəmova ilə tanış olub, onun etibarını qazanıblar.

Onlar KİV nümayəndələri kimi geniş imkanlara malik olduqlarını, 2000 manat müqabilində Rəsmiyyə Rüstəmovanın evini ziyarətgah və şəfa ocağı kimi dövlət səviyyəsində mətbuat vasitəsi ilə tanıdacaqlarını, bundan sonra sonuncuya dövlət tərəfindən hər ay 200 manat məvacib kəsiləcəyi barədə yalan vəd veriblər.

“Şəfa ocağı” fəxri diplomu

Cütlük qadını aldadaraq ona “Presedent” qəzeti adından tərtib edilmiş “Şəfa ocağı” fəxri diplomunu təqdim edib və ondan 2000 manat alıb.

Bundan başqa, Fariz Yəhyayev və İpək Məmmədova Cəlilabad rayonunda Eyvaz Məmmədovun yaşadığı ünvana gəlib, özlərini “Presedent” qəzetinin əməkdaşları kimi təqdim ediblər, onun həyat yoldaşı Səmayə Məmmədovanın falçılıqla məşğul olması barədə onlarda məlumatlar, eyni zamanda şikayət olduğunu, saytda onun barəsində rüsvayedici məlumatlar yayacaqlarını bildiriblər.

Falçı niyə təltif edilib?

Təqsirləndirilən şəxslər Eyvaz Məmmədovdan 500 manat tələb ediblər, pul veriləcəyi halda rüsvayedici məlumatları yaymayacağı və fəxri diplomla təltif edəcəklərini bildiriblər.

Eyvaz Məmmədov arvadı barəsində rüsvayedici məlumatlar yayılacağından və məsuliyyətə cəlb ediləcəyindən qorxaraq onlarla 400 manat verməyə razılaşıb.

Daha sonra onlar Masallı rayonunun Ərkivan qəsəbəsində Nailə Həsənovaya özlərini jurnalist kimi təqdim edib, ailəsindən ayrılaraq atası evinə gəlmiş qızı Xədicə Həsənovanın ərinin valideynlərindən daxil olmuş şikayətlə əlaqədar gəldiklərini bildiriblər.

Boşanan qadının anası şantaj edildi

Söhbət əsnasında kütləvi informasiya vasitəsinin nümayəndəsi kimi geniş imkan sahibi olmaları, 2000 manat pulun müqabilində Xadicə Həsənovanın boşanma prosesinə Bakı şəhərində Qadınlar Şurası vasitəsi ilə müdaxilə edib, əmlakın bölünməsini və uşaqların anası ilə qalamsını təmin etdirəcəkləri barədə yalan vəd veriblər, Nailə Həsənovanın 400 manat pulunu alıblar.

Bundan başqa, Fariz Yəhyayev və İpək Məmmədova təqaüdə çıxarmaq adı ilə Göygöl sakinləri - Nəzakət Allahverdiyevadan 700, Gülnarə Məhərrəmovanın əri Hidayət Məhərrəmovdan 1360, Lətafət Həsənovadan 1520, Mübariz Məhərrəmovdan 1270, Mehman Teymurazovdan 1000, Alim Rzayev və onun oğlu Murad Rzayevdən 3000, Şəmkir sakinləri, Rəşad Minəxanovdan 1500, Əmir Mövlayevdən 800, Rasim Şamilovdan 1800, Hidayət Əliyevdən 1300 manat alıb.

Ata və oğula iş təklifi

Daha sonra Fariz Yəhyayev Kürdəmir rayonunun Karrar qəsəbəsində tanışı Şəmsəddin Əliyevin evində həmin qəsəbə sakini Bayraməli İsgəndərovu və kürəkəni Rövşən Hüseynovun hər birinə görə 400 manat pulun müqabilində Neft Şirkətində iş təşkil edəcəyi barədə yalan vəd verib, onların 800 manat pulunu alıb.

Bundan əlavə, onlar üzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində tanımadıqları şəxslərdən kənddə yaşayan Züleyxa Misirovanın falçılıqla məşğul olması barədə məlumat alıb, sonuncunun yaşadığı evinə gəliblər.

Züleyxanın əməlləri, yoxsa “jurnalist”lərin şantajı

Onlar Züleyxa Misirovaya falçılıqla məşğul olması barədə diskdə yazılmış məlumatlar olduğunu, bu haqda kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacaqlarını, eləcə də yayılacaq məlumatlara əsasən inzibati orqanlar tərəfindən məsuliyyətə cəlb olunmaq üçün çağırılacağını bildiriblər.

Hədə-qorxu gəlməklə Züleyxa Misirovadan 100 manat tələb ediblər.

Züleyxa barəsində mətbuatda rüsvayedici məlumatlar yayılacağı və məsuliyyətə cəlb ediləcəyindən qorxub. O, əri Azər Misirova zəng vuranda Fariz və İpək oranı tərk ediblər.

Falçıdan 35 manat qopardılar

Hər iki təqsirləndirilən şəxs falçılıqla məşğul olan Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kənd sakini Nahidə Əbilovanı şantaj edərək 500 manat tələb ediblər, sonda falçıdan 35 manat ala biliblər.

Digər falçı, Yuxarı Kürdmahmudlu sakini Zeynəb Dərgahova da Fariz və İpək tərəfindən şantaja məruz qalıb. Şantajçılar ondan 70 manat olan köz samovarı, 1000 manat pul alıblar.

Falçı Elnarənin əri də işə qarışdı

Lənkəranda falçılıqla məşğul olan Elnarə Mamişevaya da cütlüyün dələduzluq və şantajları ilə üzləşib.

Arvadı haqqında mətbuatda rüsvayedici məlumatlar getməməsi üçün Bəxtiyar Əlihəsənov onlara 200 manat verib.

Fariz və İpək Lənkəran rayonunun Parakənd kəndində falçılıq edən Şərafət İsayevanı da şantaj edib. Ondan 50 manat pul, iki ədəd toyuq alıblar.

Falçı Şahvələddən 2500 istədilər, 500 aldılar

Fariz və İpək həmin kəndə falçılıqla məşğul olan Şahvələd Məmmədovun da evinə gediblər. Onlar falçı kişi barəsində rüsvayedici məlumatlar olduğunu, həmin məlumatların yayılmaması üçün 2500 manat istəyiblər. Sonda falçıdan 500 manat ala biliblər.

Lənkəranın Kərgəlan kəndində falçılıq edən Hikayət Seyfullayevadan 500 manat istəyiblər. Şantaj olunduğunu görən qadın ərinə zəng vurub. Qadının zəng etdiyini görən Fariz və İpək aradan çıxıblar.

Fal açdırdılar, vəsiqə göstərdilər

Hikayət Seyfullayevanın evindən çıxan Fariz və İpək həmin kənddə falçılıqla məşğul olan Arzu Abdullayevanın evinə gəliblər. Fala baxdırmaq üçün fal açdırdıqdan sonra vəsiqələrini təqdim ediblər.

Hədə-qorxu gəlməklə adının falçılar siyahısından çıxarlıması üçün Arzu Abdullayevadan 2000 manat tələb ediblər.

Arzu Abdullayeva onlara 169 manat verib.

Falçı Hökümə kimə zəng etdi?

Fariz Yəhyayev İpək Məmmədova və İlkin Məmmədovla Lənkəran rayonunun Şağlakücə kəndindən keçərkən tanımadıqları şəxslərdən kənddə yaşayan Hökümə Rəhimovanın falçılıqla məşğul olması barədə məlumat əldə ediblər.

Hökumə Rəhimovanın evinə gəlib, falçılıqla məşğul olması barədə məlumat aldıqlarını, bu haqda kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacaqları, inzibati orqanlar tərəfindən məsuliyyətə cəlb olunmaq üçün çağırılacağını bildiriblər.

Üçlük Hökümə Rəhimovadan 150 manat pul tələb edib.

Qadın qorxaraq onlara 100 manat verib.

Dələduzluq, hədə-qorxu cinayətləri

İstintaq orqanı tərəfindən Fariz Yəhyayev və İpək Məmmədova barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

Digər təqsirləndirilən İlkin Məmmədova isə Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə ittiham verilib.

Həbsdən çıxan kişi necə baş redaktor oldu?

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fariz Yəhyayev bildirib ki, Şirvan şəhərində qeydiyyatda olsa da, Bakıda kirayədə yaşayıb: “2007-ci ilin əvvəllərində yol-nəqliyyat hadisəsi törətdiyimə görə Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ili təqsirli bilinmişəm və 5 il müddətə məhkum edilmişəm.

2011-ci ilin oktyabrında cəzadan azad olunmuşam. Azadlığa buraxıldıqdan sonra Bakı şəhərində “Alfa” sığorta şirkətinin satış mütəxəssisi, müxtəlif qəzetlərdə material yığımı üzrə operator işləmişəm”.

Fariz Yəhyayevin sözlərinə görə, 2013-cü ildə “Presedent” ictimai-siyasi, hüquq qəzetini və “XəbərFakt.com” informasiya portalını satın alıb, “Azərbaycan” nəşriyyatının binasının 3-cü mərtəbəsində icarəyə ofis götürüb və orada fəaliyyət göstərib: “Həmin ilin avqust ayında İpək Məmmədova ilə nəşriyyata tanış oldum, o, “Presedent” qəzetində əvvəl xüsusi müxbir, sonra isə redaktor işlədi.

İpək Məmmədovanın oğlu İlkin Məmmədov 2016-cı ilin yanvar ayından bizimlə xüsusi müxbir kimi işləyib.

Qəzetdə işlədiyim müxtəlif vaxtlarda Biləsuvar, Lənkəran, Astara, Masallı, Füzuli, Göygöl, Şəmkir və digər rayonlarda adları ittihamda göstərilən şəxslərlə ünsiyyətdə olan zaman onların müxtəlif problemləri ilə tanış olub, həmin problemləri yoluna qoymaq adı ilə pullarını almışam. Həmin işlərin bəzilərini tək, bəzilərini İpək Məmmədova və İlkin Məmmədovla birlikdə görmüşəm.

Heç kimi fiziki zor tətbiq etməklə, həyatı və sağlamlığı üçün zor tətbiq edilməsi ilə hədələməmişəm”.

Fariz Yəhyayev deyib ki, onlar falçılıqla məşğul olan şəxslər barədə məlumat alıb, onlarla görüşərək qəzetdə, internet saytlarında ifşa və rüsvay edəcəkləri, onların məsuliyyətə cəlb olunacaqları ilə qorxudub, pul almayıblar.

Bu cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Üç məhkum


Məhkəmənin hökmü ilə Fariz Yəhyayev 6 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib, məhkəmə zalından həbs edilib.

İpək Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, ona 5 il 5 ay 27 gün şərti cəza təyin olunub.

Digər təqsirləndirilən İlkin Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib, məhkəmə zalında həbs edilib.

Şərti cəza və bəraət davası


Hökmdən narazı qalan Fariz Yəhyayev və İlkin Məmmədov apelyasiya şikayəti veriblər.

Fariz Yəhyayev barəsində bəraət hökmünün çıxarılmasını istəyib. İlkin Məmmədov isə cəzasının yüngülləşdirilməsini, həbsdən azad olunmasını xahiş edib. Onların şikayətləri Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb.

Qərara görə, hər iki təqsirləndirilən şəxsin apelyasiya şikayəti qismən təmin olunub.

Fariz Yəhyayevin cəzası 5 il 5 ay 28 gün müddətinə qədər azaldılıb. İlkin Məmmədovun isə barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, ona 2 il sınaq müddəti olmaqla 5 il şərti cəza təyin edilib.

İlkin Məmmədov məhkəmə zalından azadlığa buraxılıb.
Mətbuat Şurası şagirdin intihar etməsi ilə əlaqədar KİV-ə müraciət etdi"Belə yanaşmanın cəmiyyət üçün qeyri-məqbul tərəflərini diqqətə çatdırmışıq"

Azərbaycan Mətbuat Şurası Bakıda şagirdin məktəb binasından özünü ataraq intihar etməsi ilə əlaqədar Kütləvi İnformasiya Vasitələrinə müraciət edib.

Müraciət mətnində deyilir:

"Son günlər bəzi internet media reruslarında və müxtəlif sosial şəbəkə profillərində162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar etməsi ətrafında çoxsaylı materiallar yayımlanmaqdadır. Əlbəttə, ikincilərin hadisənin həssaslığına diqqət yetirməməsi müəyyən mənada anlaşılandır. Ancaq medianın reytinq naminə məsələ ilə bağlı spekulyasiyası qətiyyən yolverilməzdir. Mətbuat Şurası olaraq biz dəfələrlə mövcud istiqamətdə tövsiyələr vermiş, belə yanaşmanın cəmiyyət üçün qeyri-məqbul tərəflərini diqqətə çatdırmışıq.

Bir daha bəyan edirik ki, intihar hallarına dair materiallar yayımlayarkən hadisənin cəmiyyətdə doğuracağı reaksiyanı düşünmək mütləqliyi jurnalistikanın təməl prinsiplərindən irəli gəlir. Ümumən jurnalistikanın prinsipləri tələb edir ki, faciə və ya cinayət əməli nəticəsində zərər çəkmiş, yaxud belə olaylara cəlb edilmiş uşaqların və yeniyetmələrin kimliyi mütləq qorunmalıdır, onların foto şəkilləri, video-görüntüləri yayılmamalıdır".

Məlumatda təəssüflə qeyd olunub ki, Elina Hacıyeva ilə bağlı məsələdə bu tələbə əməl edilmədi: "Hazırkı durumda bəzi media orqanlarının yanaşması baş vermiş hadisənin ictimai əhəmiyyətlilik dərəcəsini diqqətə çatdırmaq istəyi sayıla bilməz. Nəzərə almaq lazımdır ki, hadisədə bir şəxsin və onun yaxın ətrafının zərər çəkməsi ilə yanaşı, hadisə ilə bağlı təqdimatları izləyən digər cəmiyyət üzvlərinin, xüsusən də Elinanın həmyaşıdlarının mənəvi zərərlə üzləşməsi, sarsıntı keçirməsi kimi həssas məqamlar var.

Bəzi media orqanlarında E.Hacıyevanın foto-görüntüləri ilə yanaşı, onun intihar anını əks edildiyi iddia olunan video-görüntülər də yayımlanmaqdadır. Burada əlaqədar qurumlar üzərinə düşən vəzifələrin icrasında məsuliyyətli davranmalıdırlar. Cəmiyyətin informasiya almaq hüququnu məhdudlaşdırmamaq şərtilə gənclərlə və yeniyətmələrlə bağlı faciələrin, intihar hallarının doğura biləcəyi reaksiya onlar tərəfindən də düzgün hesablanmalı, hansı foto, yaxud video-görüntünün yayıla biləcəyinin mümkünlüyü ciddi nəzərə alınmalı, həmin görüntülərin insanlara təsirinin tərəfləri yetərincə dəyərləndirilməli, spekulyasiyalar üçün meydan verilməməlidir. Bu iş peşəkar qurulmalı, hansısa inzibatçılıqla aparılmamalı, yalnız qanunçuluğa söykənməlidir.

Azərbaycan Mətbuat Şurası bir daha internet media resurslarının təmsilçilərinə müraciət edərək onları öz üzərilərinə düşən missiyaya həssas yanaşmağa, qeyd etdiyimiz məsələləri mütləq qaydada nəzərə almağa çağırır".
Ad günündə qardaş qardaşın qanını tökdü - TəfərrüatMəhkəmənin növbəti iclası mayın 1-nə təyin edilib

Bakıda qardaşını bıçaqlamaqda təqsirləndirilən Sərxan Hacallının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxışında Sərxan Hacallının 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası mayın 1-nə təyin edilib.

İttihama görə, ötən il sentyabrın 18-də axşam saat 18.00-da Yasamal rayuonunun 1-ci Alatava küçəsində yerləşən evlərin birində qardaşlar arasında qanlı münaqişə baş verib.

Münaqişə nəticəsində 1991-ci il təvəllüdlü Sərxan Hacallı 1990-ci il təvəllüdlü qardaşı Qaraxan Acalova bıçaqla xəsarət yetirib. Sərxan Qaraxanın sinə və qarın nahiyəsinə 3 dəfə bıçaqla zərbə endirib. Zərərçəkmiş ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib, vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, həmin gün Sərxanın ad günü olub. Böyük qardaş Qaraxan kiçik qardaşının ad gününü qeyd etmək üçün işdən icazə alıb.

Qaraxan evə gəldiyi zamanı onu qarşılayan həyat yoldaşından Sərxanın harada olduğunu soruşub. Həyat yoldaşı qapını göstərərək Sərxanın qonağı olduğunu bildirib.

Böyük qardaş qapını döyüb, lakin cavab gözləmədən qapını açıb və cütlüyü qucaq-qucağa görüb.

Qardaşının bu cür davranışı Qaraxanın xoşuna gəlməyib və Sərxanı tənqid edib. O, qardaşına həyat yoldaşının və uşaqlarının olduğu evə yad qız gətirməyin düzgün olmadığını bildirib.

Bu an dərhal paltarını geyinən Sərxan mətbəxə keçib və qardaşını ora çağıraraq onu bıçaqlayıb.

Qardaşına ağır bədən xəsarətləri yetirdikdən sonra Sərxan evə gətirdiyi yad qızı da götürərək naməlum istiqamətdə hərəkət edib.

Bir neçə gün sonra Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşları tərəfindən Sərxan həbs edilib.

Sərxan Binəqədi rayonunda yerləşən "Qızıl Buta" şadlıq sarayında administrator, onun sentyabrın 18-i evə gətirdiyi qız isə həmin şadlıq sarayında süpürgəçi işləyib.

İstintaq orqanı tərəfindən Sərxan Hacallının barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham elan edilib.(teleqraf.com)
"Siyasi mühacir"lər ölkəmizə qarşı hürən əxlaqsızlardırEmin Milli yenə də antimilli çağırışlar edir

Hər kəsə xaricdə məskunlaşmış "mühacir şəbəkəsi"nin anti-Azərbaycan mövqeyi, öz vətənlərinə, dövlətlərinə qarşı çıxmaları, çox çirkin kampaniya aparmaları məlumdur. Bu, hərəkət ölkə ictimaiyyəti tərəfindən çox böyük qınaqla qarşılanıb. Fakt budur ki, "mühacir şəbəkəsinə" məskunlaşdıqları ölkələrdəki Azərbaycanı sevməyən bəzi dairələr də dəstək verirlər. Zaman-zaman sapı özündən olan baltalarımız bütün normaları və sərhədləri aşaraq, separatçı çıxışlar da edirlər. Erməni lobbisinin dəstəyindən bəhrələnən Emin Milli və Xədicə İsmayıl kimi xəyanətkar əməllərindən əl çəkmirlər. Belə şəxslərin isə, Azərbaycan əleyhinə kampaniyalar təşkil etmələri normal müxalifətçilik mövqeyində olan tərəflərin də hiddətinə səbəb olmaqdadır.

"Meydan" TV rəhbəri xəyanətkar və satqınçılıq fəaliyyəti ilə məşğuldur"

Avropada mühacir həyatı yaşayan Zamiq Məmmədov adlı soydaşımız "Meydan" TV rəhbərinin xəyanətkar və satqınçılıq fəaliyyəti ilə məşğul olduğunu söyləyib: "E.Milli heç də xaricdə Azərbaycanın milli maraqlarını qorumur, əksinə, düşmən dəyirmanına su tökməklə, bu maraqları ayaq altına atır".Artıq 13 ildən çoxdur ki, Avropada yaşadığını deyən Z.Məmmədli bildirir ki, hazırda Çexiya vətəndaşlığını daşımaqdadır. O, bu ölkədə siyasi şərhçi kimi fəaliyyət göstərir: "Ancaq bu gün E.Millinin, hansı məsləkə qulluq etliyi bəlli olmadığı kimi, sağlam düşüncəyə də malik deyil. Bu gün "insan haqlarının müdafiəsi" E.Milli üçün artıq siyasi "biznes" predmetinə çevrilib və bu istiqamətdə fəaliyyət aparır". ".tınması istiqamətində təbliğat işləri aparır.

Müşfiq Ələsgərli: ""Siyasi mühacir"lər idarə olunanlardır"

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli "siyasi mühacirlərin" müəyyən qüvvələr tərəfindən idarə olunduğunu deyib: "Onlar özbaşına deyillər. "Siyasi mühacir"ləri ölkəmizə qarşı hürdürən qüvvələr var. Elə bunun qarşılığında da maraqları təmin olunur. Yəni onlar Azərbaycana qarşı şər-böhtan kampaniyası atmaqla, xarici donor təşkilatlarından və Azərbaycanda siyasi sabitliyin pozulmasında maraqlı olan qüvvələrdən maliyyə yardımı alırlar. Yəni bunların marağı bu səviyyədədir ki, sifariş verənlərin sifarişini yerinə yetirsinlər, Azərbaycanda ictimai rəyi çaşdırsınlar, sabitliyin pozulmasına nail olsunlar və bunun qarşılığında sifariş verənlərdən külli miqdarda maliyyə vəsaiti alsınlar. Bu, açıq-aşkardır, yəni bütün bu gedən proseslər bunu göstərir və onların həm təbliğatı, həm ara dövrdə bir-birlərinə qarşı apardıqları mübarizə göstərdi ki, onların maraqları, əslində, vətəni satmaqla və bu cür çirkin işlər görməklə, sadəcə pul qazanmaqdır".Xarici anti-Azərbaycan qüvvələrin əlində oyuncağa çevrilən, qul psixologiyalarından yaranan erməni sevgilərini, fürsət düşdükcə, açıq-aşkar nümayiş etdirənlər unudurlar ki, onlar yaxın zamanlarda ictimaiyyət tərəfindən ən böyük cəzaya məhkum olacaqlar. Onu da unudurlar ki, Vətənə, xalqa xəyanət heç kimə başucalığı gətirə bilmədiyi kimi, heç vaxt da bağışlanılmayacaq. Ən əsası isə, itirilmiş mənəviyyatlarını milyonlar xərcləsələr də, bərpa etmək imkanında olmayacaqlar. Bu gün bu əxlaqsız Bəxtiyar Hacılının da yenidən "meydana" həyasız və iyrənc üsullara böhtan yağdıraraq, bu əxlaqsız sosial şəbəkələrdə Azərbaycana qarşı "savaş" açmaq tapşırığını yerinə yetirir. Ancaq bir həqiqəti anlamır ki, nə qədər erməni sevgilərini nümayiş etdirsələr də, heç nə dəyişməyəcək. Çünki Avropa ölkələrinə sığınan və kif atmış təfəkkürlü bu əxlaqsız və bədbəxtlər ancaq idarə olunurlar. Zamanın hakimliyi, tarixin yaddaşı fonunda düşmən dəyirmanına su tökən belə ünsürlər bir reallığı da anlamalıdırlar ki, daim qınaq obyektinə çevriləcək, tarixin zibilxanalarının sakinləri kimi iylənərək, üfunət qoxusu verəcəklər. Çünki antimilli ünsürlər bu adı xəyanətləri ilə qazanıblar.Dövlətimizin başçısı İlham Əliyevin səsləndirdiyi "Bu gün biz beynəlxalq arenada bütün məsələlərlə bağlı öz sözümüzü deyirik. Nəyə görə? Əlbəttə ki, güclü siyasi iradəyə görə, cəsarətli siyasətə görə, amma eyni zamanda, maliyyə imkanlarımıza görə. Əgər bu imkanlar olmasaydı, əgər biz bəzi ölkələr kimi, xarici donorlardan asılı olsaydıq, əgər biz yoxsul, səfil Ermənistan kimi orda-burda dilənsəydik, onda əlbəttə ki, bizim müstəqil siyasət aparmaq imkanımız da olmaya bilər, yaxud da ki, bu imkanlar məhdud ola bilərdi. Ona görə iqtisadi güc, maliyyə resurslarımız siyasi müstəqilliyimizi daha da möhkəmləndirir" fikirləri düşmən dəyirmanına su tökənlərə, həmçinin, onlara böyük məbləğdə maliyyə yardımı təklif edib, onları dövlətinə və xalqına qarşı xəyanət yolu tutmağa sövq edən dairələrə tutarlı cavabdır.

Sia.az
Tale Heydərov istefa verdi"Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərov tutduğu vəzifədən istefa verib.

Avrasiya.net xəbər verir ki, bu barədə "Qəbələ" FK-nın rəsmi saytı informasiya yayıb.

T.Heydərov 2006-cı ildən bu vəzifədə fəaliyyət göstərirdi.
İstanbulda dəhşətli atışmanın - Videosuİstanbulun Arnavutköy rayonundakı atışmanın görüntüləri ortaya çıxıb.

Axar.az xəbər verir ki, mart ayında baş verən atışma nəticəsində 3 nəfər – Həsən Yıldız, Şahin Yıldız və Fırat Yıldız öldürülmüşdü.

2 qardaşını və bir əmisi oğlunu itirən Yusif Yıldız isə yas mərasimi vaxtı başına silahla atəş açaraq özünü öldürmüşdü.
Bacı qardaşdan uşaq dünyaya gətirdi - SabirabaddaAzərbaycanda qardaş öz bacısını zorlayıb.

"Report" xəbər verir ki, hadisənin üstü qadının uşaq doğmasından sonra açılıb.

Məlumata görə, Sabirabad rayonunun ucqar kəndlərindən birində 38 yaşlı A.Q. evdə oğlan uşağı dünyaya gətirib. Araşdırma zamanı onun qardaşı, 35 yaşlı N.Q. tərəfindən bir neçə dəfə zorlandığı məlum olub.

Bacı və qardaş əqli cəhətdən qüsurlu şəxslərdir.

Faktla bağlı Sabirabad rayon prokurorluğu araşdırma aparır.
Azərbaycanda meyitləri tapılan Roza və Emiliya bacıları barədə YENİ FAKTLARMingəçevirdə 2 bacının dəm qazından boğularaq ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, hadisənin baş verdiyi Heydər Əliyev prospekti 90 ünvanında yerləşən binadakı mənzil 24 yaşlı Roza Mobilçenko tərəfindən yeni kirayə götürülübmüş.

Gənc qız qeyri-rəsmi nikahda yaşadığı şəxslə həmin evi 3 gün əvvəl kirayə tutub. Dünən Rozanın kollecdə oxuyan 18 yaşlı bacısı Emiliya bacısının yeni köçdüyü evi təmizləmək üçün oraya gedib. Mənzili təmizləyərkən evin isti qalması üçün qaz sobasını qoşan qızlar daha sonra otağa dolan dəm qazı səbəbindən boğularaq ölüb.

Bildirilir ki, hadisədən ilk olaraq Rozanın həyat yoldaşı xəbər tutub. O, evə gələrkən qapını döyüb və reaksiyanın olmadığını görüb. Bundan sonra qapı sındırılıb və iki bacının faciəvi şəkildə öldüyü üzə çıxıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, vəfat edən qızların valideynləri də Mingəçevirdə - D.Əliyeva küçəsində yaşayır.
Deputata görə öldürülən qızın ailəsi video yaydıİranın Məlika şəhərinin millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan, yanvarın 6-da isə cansız bədəni tapılan Güney azərbaycanlı Zəhra Nəvidpur ailəsinə təzyiq göstərilir.

Axar.az xəbər verir ki, bu barədə Zəhranın ailəsi video-müraciət yayıb.

Videoda bildirilib ki, Cinayət-Axtarış İdarəsi qətli Zəhranın ailəsinin üstünə atmağa çalışır:

“Övladımı əlimdən aldılar. İndi isə Cinayət-Axtarış İdarəsinin məmurları bizi təhdid edir. Sözümüzü deməyə imkan vermirlər. Oğlumu zindana salıblar, məni və qızımı da saxlamışdılar. Bizi buraxdılar, lakin oğlum hələ də həbsxanadadır. Bizi qətli boynumuza almağa məcbur edirlər. Axı bizim nə günahımız var?!”

Qeyd edək ki, 28 yaşlı Zəhra Nəvidpur yanvarın 6-da vəfat edib. Gənc qadın bir neçə ay əvvəl paylaşdığı audio və videolarda doğma şəhəri Məlikanın (Məlikkənd) millət vəkili Salman Xudadadinin ofisində onun tərəfindən təcavüzə uğradığını bildirmişdi.

Güneyli fəallar və yaxınları Zəhra Nəvidpurun məhz bu olaya görə qətlə yetirildiyini bildirirlər.