Azərbaycanda 16 yaşlı qız küçədə bıçaqlandıGəncə şəhərində yeniyetmə qız bıçaqlanıb.

Avrasiya.net report-a istinadən bildirir ki, axşam saatlarında 2003-cü il təvəllüdlü İ.M-ova qarın boşluğundan bıçaq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. O, cərrahi əməliyyat edilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Yaxınlarının bildirdiyinə görə, İ.M-ova küçədə mübahisə zəminində bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.
Antalyada azərbaycanlının meyiti tapıldıTürkiyənin Antalya bölgəsində mənzildə Azərbaycan vətəndaşının meyiti tapılıb.

TGRT Haber-in yaydığı məlumata görə, 34 yaşlı Saleh Abdullayevin meyiti kirayə qaldığı evin hamam otağında aşkarlanıb.

Meyiti tapan S. Abdullayevin otaq yoldaşının anası olub. O dərhal bu barədə polisə xəbər verib.

Bildirilir ki, S. Abdullayev turizm sektorunda çalışırdı. Onun ölüm səbəbi ekspertizadan sonra açıqlanacaq.
Azərbaycanlı milyarder yenə “boz kardinalla” çəkişirRusiyanın “Lukoil” neft şirkətinin prezidenti Vahid Ələkbərov dövlət neft şirkəti “Rosneft”lə yeni çəkişmə içərisindədir. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu dəfə çəkişmənin predmeti “Lukoil” və “Rosneft” şirkətlərinin yaratdığı birgə müəssisədə-“Başneft-Plyus”da neftin daşınması tarifləridir.

Vahid Ələkbərov RBK-ya bildirib ki, “Rosneft”lə Arktikadakı Varandey terminalından neftin daşınması tariflərinə görə yaranmış mübahisədə “sona qədər getməyə” hazırdır. Hazırda mübahisəyə federal Antiinhisar Xidməti baxır.

“Əgər antiinhisar komitəsi məsələni həll etməsə məhkəmə instansiyalarında mübarizəni davam etdirəcəyik. Qalib gələnə qədər!”-Ələkbərov deyib.

Azərbaycanlı milyarder deyib ki, “Rosneft”lə anlaşmaq çətindir.

Arktikadakı Varandey neft terminalı Ələkbərovun şirkətinə məxsusdur. Mübahisə “Rosneft”in Tatarıstanın dövlət neft şirkəti “Başneft”in nəzarət səhm paketini almasından sonra baş verib. Bu sövdələşmə nəticəsində “Rosneft”in prezidenti, Kremlin “boz kardinalı” və uzun müddətdir Vahid Ələkbərovla çəkişib onu sıradan çıxarmağa çalışan İqor Seçin məcburən onun ortağına çevrilib. Çünki səhmlərinin 75 faizi “Başneft”ə məxsus olan “Başneft-Plyus” şirkətində “Lukoil”un 25 faiz payı var.

Bu birgə müəssisə Yamal-Nen muxtar vilayətinin şimalında iki neft yatağında hasilat aparır. Həmin yataqlardan hasil olunan neft “Lukoil” şirkətinin terminalı üzərindən daşınır. Daşınmanın tarifləri həm Ələkbərov, həm Seçin üçün mühümdür. Çünki “Başneft-Plyus” nefti “Lukoil-Litasco” treyder şirkətinə satır. Bu zaman daşınma xərci çıxılır.

Hazırda bu tarif hər tona görə 38 dollardır, “Rosneft” isə tarifin 3 dəfə aşağı salınmasını istəyir. V.Ələkbərov isə bildirir ki, terminal kommersiya müəssisəsidir və onun “Rosneft”lə ortaq müəssisəyə dəxli yoxdur. Ona görə də tarifləri aşağı sala bilməz.
Stalinin ən çox qorxduğu SİRLİ ADAMIN DƏHŞƏTİ: Əvvəl övladları, xanımı, sonra özü öldürüldüSon günlər keyfiyyətli film həvəskarları dərin maraqla rus kinematoqraflarının ərsəyə gətirdikləri “Trotski” serialını izləyirlər. Bu ekran əsərində tanınmış inqilabçı Lev Trotski ilə yanaşı Vladimir Leninin, İosif Stalinin, Feliks Derjinskinin və bu kimi digər tarixi şəxsiyyətlərin də həyatından qaranlıq qalan məqamlara aydınlıq gətirilir. Serialda həmçinin tarixdə Vətəndaş müharibəsinin yaradıcılıarından biri kimi qalan Trotskinin siyasi fəaliyyətilə birgə, şəxsi həyatı da önə çəkilib, tamaşaçıya çılpaqlığı ilə təqdim edilir. “Trotski” çoxserialı bədii filmini izləmək imkanı olmayanlar üçün bir neçə mənbəyə əsaslanıb, bu yəhudiəsilli inqilabçının həyat və fəaliyyətindən yazmaq qərarına gəldim.

Ümumi məlumat

Lev Trotski XX əsrin tanınmış inqilabçısı, Vətəndaş müharibəsinin yaradıcılarından biri kimi tarixdə iz qoyub. O ilk Sovet hakimiyyətinin ikinci rəhbəri, hərbi dəniz məsələləri üzrə xalq komissariatının başçısı vəzifəsində çalışıb. Trotski dünya inqilabçılarının düşmənləri ilə mübarizədə olduqca sərt və qəddar rəqib olub. Leninin ölümündən sonra Stalin siyasətinə qarşı çıxaraq, müxalif mövqeyə keçib. Buna görə də sovet vətəndaşlığından məhrum edilərək, İttifaqdan qovulub. Tarixi mənbələrdə Lev Trotskinin NKVD casusu tərəfindən öldürüldüyü sübuta yetirilib.

Yəhudi Leyba

Əsl adı Leyba Davidoviç Bronşteyn olan Lev Trotski 1879-cu ilin 7 noyabrında Yanovka kəndinin varlı yəhudi ailəsində doğulub. Leybanın valideynləri savadsız olsalar da, təsərrüfat sahəsində kifayət qədər yaxşı pul qazanır, kəndlilər üzərində öz zəhmlərini göstərirdilər. Ailənin tək övladı olan Leybanın birlikdə gəzib, oynayacağı dostu yox idi. Onunla birgə böyüyən kənd uşaqlarına isə daim yuxarıdan aşağı baxırdı. Bəlkə də balaca oğlanda formalaşan məhz bu xüsusiyyət gələcəkdə insanlar üzərində hökmünü gerçəkləşdirməyə təkan verəcəkdi.

Leybanın 10 yaşı tamam olanda valideynləri onu Odessaya yəhudi uşaqların təhsil aldığı ən nüfuzlu məktəblərin birinə göndərirlər. Qısa müddətdə məktəbin ən nümuməvi şagirdinə çevrilib, rəsmə, ədəbiyyata dərin maraq göstərir. Yəqin ki, həmin illər elmə bağlı bu yeniyetmə inqilab haqda heç düşünmürdü belə...

Təhsilinin son ilində 17 yaşlı Leyba inqilabı təbliğ edən sosialistlərin dərnəyinə üzv olur. Burada o Karl Marksın əsərləri, azadlıq, bərabərlik haqda fikirlərilə tanış olub, marksizmin pərəstişkarına çevrilir. Həmin müddətdə iti düşüncəsi və liderlik sevdası özünü biruzə verməyə başlayır.

İnqilab xəyalları quran gənc Cənubi Rus Fəhlələrinin Birliyini yaradır. 19 yaşlı Leyba bu fəaliyyətinə görə 2 il müddətinə azadlıqdan məhrum edilir. Bundan sonra gənc fəal Bronşteyn Sibirə sürgünə göndərilir. Elə burada olduğu müddətdə özünə saxta pasport düzəltdirib, adını dəyişir. Elə hər şey də buradan başlayır. Lev Trotski...

Şəxsi həyatı

Trotskinin şəxsi həyatı inqilabi fəaliyyətilə sıx bağlı idi. İlk xanımı Aleksandra Sokolovskaya ilə ailə quranda cəmi 16 yaşı vardı. Mənbələrə görə, Levdən 6 yaş böyük olan Aleksandranın onun inqilabçı olmağında böyük rolu olub. Trotskinin qarşısında marksizmin qapılarını açan da məhz birinci xanımıdır.

Sokolovskaya ilə Trotski rəsmi nikaha 1898-ci ildə girirlər. Toydan bir neçə gün sonra cütlük Sibirə sürgün edilir. Burada Trotski ailəsinin Zinaida və Nina adlı qızları dünyaya gəlir. Kiçik qızları cəmi 4 aylıq olanda Lev ailəsini atıb, sürgündən qaçır. İllər sonra Trotski “Mənim həyatım” adlı memuarında bu addımı Aleksandranın nəinki razılığı, hətta dəstəyilə inqilab naminə atdığını qeyd edirdi.

Parisdə olduğu müddətdə ikinci xanımı Natalya Sedova ilə rastlaşır. Natalya Leninin rəhbərliyilə nəşr olunan “İskra” qəzetində çalışırdı. Bu zərif xanım incəsənət aşiqi idi. Hətta filmdə cərəyan edən hadisələrə əsaslansaq, Parisin ən məşhur rəssamlarının qarşısında çılpaq model qismində çıxış edir, azadfikirli gənc parislilərin açıq-saçıq gecələrinə qatılırdı. Onun bu həyat tərzi Trotskini qıcıqlandırsa da, valeh olduğu qadını tezliklə əfsunlamağı bacarır. Alovlu məhəbbət Trotskiyə ilk nikahını unutdurur. Lakin ilk xanımı Aleksandra ilə ömrünün sonunadək dost münasibətini qoruyub saxlaya bilir.

Natalyadan Trotskinin Lev və Sergey adlı iki oğlu dünyaya gəlir.

4 övladı olan Trotskinin qızları və oğlanları gənc yaşda faciəvi şəkildə dünyalarını dəyişirlər. Öncə kiçik oğlu Sergey siyasi fəallığına görə güllələnir. Ardınca böyük oğlu həmçinin fəal hərəkatçı Lev Parisdə kor bağırsağından əməliyyat olunduğu müddətdə müəmmalı şəkildə dünyasını dəyişir. Bunun süi-qəsd olduğu da bildirilir.

İnqilabçının kiçik qızı Nina 1928-ci ildə vərəmdən ölür. Böyük qızı Zinaida isə atası ilə birgə Sovet vətəndaşlığından məhrum edilər-edilməz intihar edir. Övladlarının ardından Trotski birinci arvadı Aleksandranı da itirir. Sokolovskaya Moskvada güllələnir.

Ömrünün son illərində qələmə aldığı memuarlarında Trotski yazır:

“Səndən yarananları torpağa özün tapşırırsansa, yaşamağının da bir mənası qalmır”.

İnqilabçının ikinci xanımı Natalya övlad itkisinə, ağır güzərana, daim onları əhatə edən təhlükəyə, ərinin davamlı xəyanətlərinə rəğmən, sadiq həyat yoldaşı kimi ömrünün sonunadək Trotskinin yanında qalır. İnqilabçının ölümümdən sonra 20 il ömür sürən Natalya 1962-ci ildə Parisdə dünyasını dəyişir və öz vəsiyyəti ilə Meksikada ərinin yanında dəfn olunur.

Ümumiyyətlə, Trotskinin həyatında çox qadın olub. Hətta ekran əsərinə inansaq, Raskolnikovun xanımı da ərinin gözü önündə Trotski ilə eşq macərası yaşayıb.

Onu çox sevən qadınlar arasında məşhur rəssam Frida Kalo da olub. Frida Trotski haqqında “Onunla sevişmək Tanrının özü ilə sevişməkdir” deyirdi.


İnqilabi fəaliyyəti

1902-ci ildə Sibirdən qaçan Trotski Leninlə yaxınlaşmaq məqsədilə Londona üz tutur. Leninin rəhbərliyi ilə çıxan “İskra” qəzetində "Pero" təxəllüsü ilə məqalələr yazmağa başlayır. Rus sosial demokratiyasının liderinin güvənini qazanandan sonra miqrantlar qarşısında alovlu çıxışlar etməyə başlayır. Gənc olmasına baxmarayaraq, insanlar onun nitqindən təsirlənir, dərin maraqla onu izləməyə gəlirdilər.

Həmin dövrdə Trotski Lenin hakimiyyətini tam dəstəkləyir, onun rəhbərliyi altında inqilabın gerçəkləşəcəyinə inanırdı. Lakin az keçmir ki, Lev menşeviklərin sırasına keçib, Vladimir İliçi diktaturada günahlandırmağa başlayır. Menşeviklərlə də ortaq məxrəc tapa bilməyən inqilabçı bütün hərəkatlardan üstün olacağına güvəndiyi öz cərəyanını yaratmağa qərar verir.

1905-ci ildə Trotski vətəninə geri dönür. Həmin dövrdə Peterburqda inqilab yelləri əsirdi. Fəal lider bu durumdan istifadə edib, fəhlə təbəqəni daha da coşdurmağa başlayır. İşçi təbəqədən deputatları ətrafında toplayıb qaynar çıxışları ilə insanları ölkənin taleyinin öz əllərində olduğuna inandırırdı.

Siyasi fəaliyyəti çar Rusiyasının hiddətinə səbəb olduğu üçün Trotski yenidən Sibirə sürgün edilir. Bu dəfə isə o qatardan can qurtarıb Finlandiyaya, oradan isə yenidən Avropanın qaynar nöqtələrinə yol tapır. Avstriyada məskunlaşan inqilabçı Vyanada “Pravda" qəzetini dərc etməyə başlayır. 4 ildən sonra isə Leninin başçılıq etdiyi boşleviklər qəzeti əllərinə keçirirlər. Vyanadan Parisə köç edən Trotski “Bizim sözümüz" adlı qəzetin nəşrinə başlayır.

1917-ci ildə Lev Davidoviç yenidən Rusiyaya dönür. Peterburqda qatardan enən kimi Petrosovetə gəlir. Burada o bütöv Rus sosial-demokratik işçi partiyası qurmaq istəyən birliklərin qeyri-rəsmi rəhbəri seçilir. 1917-ci ildə inqilabçı Hərbi inqilabi komitə yaradır. Elə həmin ilin noyabrında tarixdən “Oktyabr inqilabı” kimi tanıdığımız hərəkata başçılıq edir. İnqilab Leninin hakimiyyətə gəlməsilə nəticələnir. Trotski hakimiyyətdə rəhbərliyi öz əli ilə Leninə təqdim edir və onu günahlandıranlara deyir ki, rus xalqı yəhudi rəhbərlə yola getməzdi.

Yeni hakimiyyətdə Trotski xarici işlər üzrə xalq komissarı seçilir. 1918-ci ildə isə Hərbi-dəniz məsələləri üzrə xalq komissarı olur. Trotskinin rəhbərliyi altında Qırmızı Ordu yaradılır. Orduda sərt qaydalar tətbiq edən komissar hərbi disiplinə riayət etməyənləri, fərariləri güllələnmə ilə cəzalandırır. Trotskinin bu qəddar rejimi tarixdə “qırmızı terror” adı ilə tanınır.

Hərbi məsələlərlə yanaşı, Trotski daxili siyasi məsələlərdə də Leninlə sıx tərəfdaşlıq edirdi. Vətəndaş müharibəsi bitər-bitməz Lev Davidoviç ölkənin qəhrəmanına çevrilir. Lakin Leninin qəfil ölümü ona planlarını gerçəkləşdirməyə imkan vermir.

İnqilabda ən çox əməyi olan Trotski Leninin irsinə sahib çıxa bilmir. Vladimir İliçin yerinə hakimiyyətə keçən Stalin öz rəqibinə nifrt bəsləyirdi. Hətta "yəhudidən rus xalqına rəhbər olmaz" deyə ona qəzəbini bildirirdi. 1924-cü ildə İosif Stalinin müdaxiləsi və işrirakı ilə Trotskinin səlahiyyətləri yavaş-yavaş əlindən alınmağa başlanır. 1926-cı ildə isə Stalin onu öncə sovet vətəndaşlığından məhrum edib, Alma-Ataya, oradan da Türkiyəyə sürgün edir.

SSRİ-dən qovulan Trotski Stalinlə mübarizəsini tamamlayıb, “Mənim həyatım” adlı avtobioqrafiq əsərini yazır. 1935-ci ildə Norveçə köçən Lev Davidoviç ölkənin hakim təbəqəsi tərəfindən isti qarşılanmır. Norveç SSRİ ilə olan dostluq münasibətini pozmaq istəmirdi. Bu səbəbdən də vətən xaininə ev sahibliyi edə bilməzdi.

Trotski Meksikaya köçüb, orada məskunlaşır. 1936-cı ildə “Sadiq inqilab” kitabını bitirir.

Süi-qəsd


1940-cı ilin 21 avqustunda Trotskiyə süi-qəst təşkil olunur. Tarixi mənbələrə görə, Stalin 1938-ci ildən etibarən Trotskini dünya tarixindən silmək üçün onun qətlinə fərman verir. Elə həmin il NKVD-nin casusu Roman Merkader Meksikaya göndərilir. Merkader özünü belçikalı Jak Monrar kimi təqdim edib, Trotskinin güvənini qazanır. Ona amerikalı trotskipərəstlərin yazılarını oxuyur. Avqust ayının 21-də isə Trotskinin şücaətindən bəhs edən növbəti yazını oxuyanda zamanın da canını almağa gücü çatmayan böyük qüdrətli inqilabçını qətlə yetirir.

Trotskinin başından aldığı ağır zərbə onu öncə komaya salır. 1 gün sonra isə dünyasını dəyişir.

Ramon Merkader Meksika qanunvericiliyinin ən sərt qanunlarına əsasən 20 il müddətində azadlıqdan məhrum edilir. 20 ildən sonra Rusiyaya dönən qatil Sovet İttifaqının qəhrəmanı fəxri adına layiq görülür. Rəsmi mənbələrə görə, Lev Trotskinin ölümünə görə NKVD 5 milyon dollardan keçməli olur.

Bütün ittihamlara rəğmən, Levt Trotski-Leyba Bronşeyn tarixdə bir çox ilklərin müəllifi, yəhudi dərrakəsi, dərin düşüncəsi və əsl rəhbərə xas əzmi ilə öz adını dünya inqilab tarixinə qızıl hərflərlə yazmağı bacarıb.

Filmdə Stalinlə Trotskinin fəlsəfi və yaddaqalan bir dialoqu var. Trotski İosifi öz kabinetindən qovub, səlahiyyətindən azad edəndə Stalin ördəyi bəyənməyən qartalın balıq ovlamaq üçün gölə baş vurub, boğulmağından, elə bu an ördəyin qanad açıb, uçmağından bəhs edən bir hekayə danışır. Hazırcavab Trotski isə cavabında mən qartal yox, aslanam (Lev) deyir və çaqqalla şirin əhvalatını danışır. Bir çaqqal əlbəyaxa olub, qalib gəlmək üçün şirə hücum edir. Şirsə bütün təzyiqləri önəmsəməyib, yoluna davam edir və deyir ki, mən sənə qalib gəlsəm aslan çaqqala qalib gəldi deyəcəklər. Halbuki özümdən qat-qat alçaqlar üzərində qələbə çalmağa alışmamışam.

Leyla Sarabi
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tur davam edirƏlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda İctimai Birliyi xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtlarını səmərəli və məzmunlu təşkil etmək məqsədi ilə başladığı tur davam edir.

ƏBƏU İB-in Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumata görə, Bakı, Sumqayıt, Xaçmaz, Quba, Qusar rayonlarından 90-nəfər uşaq fevralın 2-də göstərilən istiqamətlərdə Azərbaycanın şimal zonalarına, səfalı və tarixi bölgələrinə təşkil edilmiş inkluziv tura qatılıblar. Məlumatda bildirilir ki, uşaqların asudə vaxtının təşkilində 12 nəfər müəllim, tərbiyyəçilər, valideyinlər iştirak ediblər.

Tur zamanı ƏBƏU İB-nin sədri, layihə rəhbəri Firuzə Babyeva, Qusar rayon nümayəndəsi Sara Əliyarova, Bakı, Sumqayıt şəhərləri üzrə nümayəndələr, layihə əməkdaşı, DAK-nin Azərbaycan nümayəndəsi Fatma Sofiyeva, mərkəzlərin rəhbərləri və valideyinlər də iştirak ediblər. Turun təşkilatçılığı zamanı bələdçinin dəstəyi, məlumatlandırılmalar uşaqlara xüsusi zövq verib. Tur zamanı iştirakçılara ölkəmizin prezidenti cənab İlham Əliyevin uşaqlara diqqət və qayğısından, sosial layihələrin uğurlarından, birinci xanım Mehriban Əliyevanın uşaqlara göstərdiyi dəstəkdən, ƏƏSM Naziri Sahil Babyevin bu sahəyə diqqəti və.s sahələrlə bağlı maraqlı məlumatlar verilib.

Təşkil olunan turlarda uşaqlar qeyd edilən bölgələrin gəzməli istirahət zonalarında istirahət ediblər.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tur davam edir
Qeyd edək ki, burada çətin həyat şəraitində olan uşaqların müxtəlif maarifləndirici və psixoloji təlimlər təşkil edilib. Aksiya mərhələsində uşaqların asudə vaxtlarında "Nə? Harada? Nə vaxt?” intellektual oyunları keçirilib. Qaliblərə xatirə hədiyyələri verilib, onlar üçün əyləncəli konsert proqramları təşkil edilib. Uşaqlar xüsusi geyim formaları ilə təmin ediliblər.

Layihə rəhbəri Firuzə Babyeva bildirib ki, Azərbaycan Respublikasında sosial müdafiə sahəsində aparılan islahatların əsas məqsədi sosial Fiziki imkanları məhdud uşaqların istirahət ocaqlarında dincəlmək imkanları olduqca məhduddur. Sosial qruplara daxil olan ailələrin maddi imkanları əksər hallarda olduqca aşağı səviyyədə olması onların kommersiya tipli istirahət və əyləncə məkanlarında dincəlməsini mümkünsüz edir. Onun sözlərinə görə, bu tip qapalı müəssisələrdə yaşamış, oxumuş və inkişaf etmiş uşaq və gənclər açıq cəmiyyətə inteqrasiya zamanı çox böyük çətinliklərlə rastlaşırlar:

“Bu kimi maneələr onlarda tipik uşaq və gənclərlə ünsiyyət qura bilmək, münasibət yaratmaq, diskussiya etmək, hər hansı bir sosial ortamda paylaşmaq, debat təşkil etmək və sair qarşılıqlı insani ehtiyac və yardımlaşmanın paylanmasında psixoloji xarakterik xüsusiyyətlər yaradır.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tur davam edir
Tərfimizdən həyata keçirilən layihənin dəsətyi ilə məhz qeyd etdiyim baryerlərin aradan qaldırılması məqsədi ilə Azərbaycanın səfalı və tarixi bölgələrinə inteqrasiyalı (müxtəlif əlillik kateqoriyaları və ailə himayəsindən məhrum fiziki cəhətdən sağlam uşaqlardan ibarət) turun təşkili, eyni zamanda layihənin dəstəyi ilə təşkil edilmiş inkluziv tur barədə məlumatların KİV vasitəsi ilə ictimaiyyətə çatdırılması fəaliyyətləri həyata keçirilib".
İcra başçısının Avropadakı biznesi – Bu pullar xaricə necə daşınıb? -(FOTOLAR)Jurnalist Cavanşir Həsənli Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin Avropadakı biznesini ifşa edib.

Avrasiya.net Azinforum.az-a istinadən həmin yazını təqdim edir:

Ölkədə bir-iki karxanasından başqa gözə elə bir biznesi dəyməyən, saytlarda özü haqqında palaz-palaz yazılar çıxartdırıb “dövlətçiliyə xidmət və sədaqət” minnətini böynumuza qoymağa çalışan bir icra başçısının da səsi Avropalardan gəlir.

Adam “Əməkdar mühəndis” adı alıb. Uzun illər yol təsərrüfatında rəhbər vəzifələrdə işləyib, elə o vaxtdan yolunu Çexiyaya salıb, şirkət qurub, şirkətinin menecerliyini çex qadına həvalə edib.

Sonra bir az da irəli gedib, Avstriyada növbəti şirkətini açlb. Tikinti materialları ticarətinə girişib. Bu o adamdır ki, 2017-ci ilin dekabrında Quba rayonuna icra başçısı təyin olunur.

Arayış: Quba rayon İcra Hakimiyyətinin başçısı Əliyev Ziyəddin İsmayıl oğlu 27 iyun 1963-cü ildə Ermənistanın Krasnoselsk rayonunun Ardanis kəndində anadan olub. 2002-2008-ci illərdə “Bakı Yol Tikinti-1” ATSC-nin direktoru, 2009-2010-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin “77 saylı Yol İstismarı” MMC-də baş mühəndis, 2010-2013-cü illərdə “Mühəndis Yol Təmir-Tikinti” MMC-də baş mühəndis, 2013-2015-ci illərdə “Azəryolservis” ASC-nin “81 saylı Yol İstismarı” MMC-nin rəisi, 2015-2017-ci illərdə “Azəravtoyol” ASC-nin “Bakı 2 №-li Yol İstismarı” MMC-nin direktoru vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Cənab Əliyev Çexiyada şirkətini hələ “Bakı Yol Tikinti-1” ATSC-nin direktoru olarkən, yəni 2008-ci ilin yanvarın 18-də açıb. İlkin nizamnamə kapitalı 200 min kron olan AZ SERVIS – NR s.r.o. (MMC) şirkətinin qeydiyyat sənədində təsisçinin 27 iyun 1963-cü il təvəllüdlü, Bakı şəhəri, Ə.Kürçaylı 7/45 ünvanında pasport qeydiyyatında olan Ziyəddin Əliyev olduğu qeyd olunub. Şirkətin adında NR sonluğu Ziyəddin Əliyevin oğlanlarının adlarının baş hərfləridir.

Şirkət Çexiyanın Brno ədliyyəsindən 28267184 saylı qeydiyyat şəhadətnaməsi alıb. İlk qeydiyyat ünvanı Brno, Nezamyslova 2799/28, PSČ 61500 olub. Hazırda icra başçısına məxsus şirkətin ofisi Brno şəhəri, Příkop küçəsi 4 ünvanındakı Internationale Business Center-də yerləşir. Fəaliyyət sahəsi: istehsal, xidmət, ticarət.
Ziyəddin Əliyev ilk əvvəl, yəni 2008-2009-cu illərdə şirkətin idarəçiliyini tanışı, 1969-cu il təvəllüdlü IRINA MICHAJLIKOVÁ həvalə edib. Lakin 2009-cu ildə aralarındakı narazılıqdan dolayı Ziyəddin Əliyev onu şirkətdən uzaqlaşdırır.

2017-ci ilə qədər şirkəti özü idarə edən Ziyəddin Əliyev həmin il oktyabrın 16-da, yəni Quba rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyinat almasından ay yarım əvvəl onu o zaman Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı olan 26 yaşlı oğlu Nicat Əlibəylinin idarəçiliyinə verir. Görünür Ziyəddin Əliyev artıq yeni vəzifə üçün sənədlərini təqdim etmişdi və prezidentin sərəncamını gözləyirdi.

2017-ci ilə aid illik maliyyə hesabatına görə icra başçısına aid bu şirkətin aktivləri 15 milyon kron, yəni yarım milyon dollar civarındadır. Qetd edim ki, Ziyəddin Əliyev bu şirkət üzərindən Brnoda avtosalon və servis mərkəzi açıb.

Amma Ziyəddin Əliyev Avropada biznesini Çexiya ilə məhdudlaşdırmayıb.

Belə ki, 22 iyul 2017-ci il tarixdə cənab Əliyev Avstriyanın paytaxtı Vyanda daha bir şirkət qeydiyyatdan keçirib. S.M.A.N Business Solutions GmbH Vyana ədliyyəsində 30 min avro nizamnamə kapitalı ilə FN 457017 i saylı lisenziya alıb. Şirkət Kaiser-Ebersdorfer Straße 81/1 Wien ünvanında qeydiyyatdadır. Nizamnamə üzrə fəaliyyət dairəsi daşınmaz əmlak, tikinti, ticarət sahələrini əhatə edir.

Şirkətin hissələrinin 51 faizi Ziyəddin Əliyevin Çexiyada sahibi olduğu AZ SERVIS – NR s.r.o. şirkətinə, 49 faizi isə Sübhan Məmmədli adlı şəxsə məxsusdur. S.M.A.N Business Solutions GmbH-ni AzPROMO-nun Avstriyadakı nümayəndəsi, Qarabağ Vyana klubunun meneceri Ramin Şükürov idarə edir.
İcra başçısının Avropadakı biznesi – Bu pullar xaricə necə daşınıb? -(FOTOLAR)
İcra başçısının Avropadakı biznesi – Bu pullar xaricə necə daşınıb? -(FOTOLAR)
İcra başçısının Avropadakı biznesi – Bu pullar xaricə necə daşınıb? -(FOTOLAR)
İcra başçısının Avropadakı biznesi – Bu pullar xaricə necə daşınıb? -(FOTOLAR)
Qarabağ qazisi əlillik dərəcəsini ala bilmir: “Ermənilərin 3 tankını vurdum, onu başqasının adına yazdılar” – Müraciət Qarabağ müharibəsi veteranı Quliyev Mürsəl Nəsib oğlu Azərbaycan Ali Baş komandanı, Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib.

Qarabağ savaşından 3 erməni tankını vuran Mürsəl Quliyev Avropa.info-ya açıqlamasında əlillik pensiyasını ala bilmədiyini deyib.

1991-ci ildən 1996-ci ilədək Qarabağ uğrunda savaşlarda iştirak edən Tərtər rayonu Qapanlı kənd sakini Quliyev Mürsəl Nəsib oğlu müraciətində indiyədək Qarabağ əlili olmasına baxmayaraq, pensiya ala bilməməsindən şikayətlənib və bunun üçün döymədiyi qapılar qalmadığını, ancaq problemlərinin həll olunmadığını qeyd edib.

Mürsəl Quliyev bildirib ki, Vətən uğrunda savaşlarda Tərtər rayonu ilə qonşu Ağdərə istiqamətindəki döyüşlərdə fəali iştirak edib və düşmənin 3 ədəd T72 tankını məhv edib.

M. Quliyev 1991-ci ildə Tərtərdə yaradılan könüllülərdən ibarət batalyonda vuruşub, 1993-cü ildən isə nizami ordu sıraları tərkibindəki hərbi hissələrdə hərbi qulluğunu davam etdirib.

M. Quliyevin sözlərinə görə, 1992-ci ildə bir zamanlar Ağdərə rayonun tərkibində olan Marquşavan və Marağa kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Mürsəl elə ilk etməni tankını də 1992-ci ilin aprelində Marquşavan və Marağa kəndi uğrunda gedən savalaşarda vurub.

O deyib ki, iştirak etdiyi növbəti əməliyyat 1992-ci ilin may ayında Torpaqtəpə, Həsənqaya istiqamətində olub. Bu döyüşlərdə 150-dən artıq erməni döyüşçüsü məhv edilib.

1992-ci ilin may ayının sonundan etibarən Ağdərənin erməni işğalçılarından azad edilməsində həyata keçirilən hərbi əməliyyatlar fəal iştirak etdiyini vurğulayan M. Quliyev deyib ki, 2-ci erməni tankını isə 1993-cü ildə Çardaxlı istiqamətindəvurub.

“Ancaq sonradan hansı səbəblərdənsə batalyon rəhbərliyi bu tankın vurulmasını mənim adıma deyil, batalyonun sürücüsü Mərdanov Adilin adına yazıb. Baxmayaraq ki, mənim erməni tanklarını vurmağımla bağlı canlı şahidlərim var və bunu Tərtərdə hamı bilir.

Üçüncü tankı isə 1994-cü ilin aprelində ermənilərin Doneşen istiqamətindən gecə yarısı Tərtər istiqamətində hücumu zamanı vurmuşam. 3-cü tankı vurandan sonra Müdafiə Nazirliyinin “And” hərbi verilişi mənimlə bağlı xüsusi veriliş hazırlayıb və hazırda da bu videolentlər mövcuddur. O zaman Azərbaycan telekanallarında mənim göstərdiyim şücaətlərlə bağlı verilişlər efirə gedib. Elə həmin döyüşdə ağır kontuziya aldım və Tərtərdəki hərbi qospitalda 11 gün müalicə aldım. Elə problemlər də bundan sonra başladı. Çünki qospital mənim müalicə almağım və xəstəliyimlə bağlı hər hansı sənəd vermədi. Qospitalda müalicə almağıma baxmayaraq, adım müalicə alanlar sırasında olmayıb. Tələb etsəm də qospital rəhbərliy müxtəlif bəhanələrlə boyun qaçırdı və bu kağızı mənə verməkdən yayındı”,- deyə M. Quliyev bildirib.

M. Quliyev bildirib ki, ilk illərdə gənc olsam da, səhhətimdə elə problem yaranmırdı: “Ancaq son illərdə səhhətimdə ciddi problemlər yaranıb. Elə olur ki özümü idarə edə bilmirəm. Pensiya almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsəm də, məndən xəstəliklə və qospitalda müalicəmlə bağlı sənədləri tələb edirlər. Qospitalda mənə zamanında həmin sənədləri vermədiyindən çıxılmaz vəziyyətə düşürəm. Sonralar da qospital rəhbərliyinə müraciət etsəm də, onlar mənim müalicə almağımla qeydiyyatın aparılmadığını əsas gətirərək, bu sənədi mənə verməkdən imtina edib. Baxmayaraq, həmin dövrdə qospitalda müalicə almağımla bağlı şahidlərim var. Qospital rəhbərliyi isə deyir ki, qeydiyyat və sənədləşmə işi aparılmadığından həmin sənədləri verə bilmərik. İndi də qalmışam Müdafiə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında… Səbəb də səhhətimlə bağlı təsdiqedici sənədin olmamasıdır və mənə verilməməsidir”.

Qarabağ müharibəsi veteranı üzləşdiyi çıxılmaz durumda probleminin həlli üçün ölkə başçısından yardım istəyir.

“Azərbaycanın Ali Baş komandanı, ölkə başçısı İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağ müharibəsi iştirakçılarına, veteranlarına, şəhid ailələrinə böyük diqqət və qayğısının şahidiyik. Ölkə başçısı və Birinci vitse-prezidentin qayğısı nəticəsində Qarabağ uğrunda savaşanların və şəhid ailələrinin problemlərinin həlli istiqmətində davamlı işlər görülür. Onların sosial şəraitinin yaxşılaşdırılması, evlə təmin olunması, müalicə alması ilə bağlı tədbirlər görülür. Bütün bunları nəzərə alaraq Ali Baş komandan, Azərbaycan prezidenti İlham Əliyevə və Azərbaycanın Birinvi vitse-prezidenti Mehriban xanım Əliyevadan üzləşdiyim problemin həllində yardımçı olmağını istəyirəm. Mənim də bu Vətən qarşısındakı xidmətlərimə görə əlilliyimin təsdiq olunmasını istəyirəm. Əgər lazımdırsa, xüsusi bir komissiya yaradılsın və həmin komissiya mənim qospitalrda müəlicə olunmağım, kontuziya almağım, səhhətimlə, ümumiyyətlə keçdiyim döyüş yolu araşdırılsın. Son ümid yerim Sizsiniz, cənab Ali Baş komandan … Ümid edirəm ki, bu məsələ ancaq Sizin müdaxiləniz, diqqət və qayğınız nəticəsində öz müsbət həllini tapa bilər”, – M. Quliyev bildirib.

Avropa.info
Azərbaycanlılar Rusiyada yeni təşkilat yaratdıRusiya Federasiyasında "İstra azərbaycanlıları icması” adlı yeni təşkilat yaradılıb.

Təşkilat bir müddət öncə fəaliyyəti dayandırılmış ÜAK-ın İstra şəhərindəki nümayəndəliyi tərəfindən təsis edilib.

İcma sədri Ramil Əliyev bildirib ki, artıq yeni yaradılan təşkilat Rusiya Ədliyyə Nazirliyinin qeydiyyatından keçərək rəsmi fəaliyyət göstərir.

Onun sözlərinə görə, İstrada yaşayan həmvətənlərimiz bundan sonra tam müstəqil olaraq "İstra azərbaycanlıları icması” adı altında fəaliyyət göstərəcəklər.
Azərbaycanlılar Rusiyada yeni təşkilat yaratdı
Cahangir Hacıyevə qarşı daha bir mülki iddia - 3.7 milyardlıqBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Azərbaycan Beynəlxalq Bankı ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Report-un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə günün ikinci yarısında davam etdirilən prosesdə dövlət ittihamçısı ittiham aktının elanını yekunlaşdırılıb.

Elan olunmuş ittiham üzrə C.Hacıyev və digərləri özlərini təqsirli bilmədiklərini söyləyiblər.

Məhkəmədə deyilib ki, mülki iddiaçı "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı C.Hacıyevə qarşı 69 xarici şirkətə ayrılmış kredit üzrə 3 milyard 700 min manatdan artıq mülki iddia qaldırıb.

Həmçinin, C.Hacıyevlə yanaşı digər şəxslərə qarşı da mülki iddia qaldırıldığı elan olunub.

Həmin şəxslər mülki iddiaları qəbul etmədiklər deyiblər.

Daha sonra prokuror sübutların tətqiqi mərhələsində əvvəlcə təqsirləndirilən şəxslərin, sonra zərərçəkmiş, şahidlərin dindirilməsini və digər sənətlərin elan olunmasını istəyib.

Məhkəmə sabiq bank rəhbəri C.Hacıyevə ifadə verməsini təklif edib. O, növbəti iclasda ifadə verəcəyini söyləyib.

Proses fevralın 7-də davam etdiriləcək.

Xatırladaq ki, bu gün Vergilər Nazirliyi də Cahangir Hacıyevə qarşı 1.6 milyonluq mülki iddia qaldırıb.
Baş redaktor barəsində cinayət işi başlanıldıQarabağ müharibəsinin iştirakçısı, “Bozqurd” batalyonunun komandiri və Teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işinin ibtidai istintaqı başa çatıb.

Report-un xəbərinə görə, barəsində Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülmüş N.Xocanın ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası fevralın 11-nə təyin edilib.

İttiham aktına əsasən, N.Xoca vəzifə səlahiyyətlərini aşıb, vəzifə saxtakarlığı edib, saytında dövlət əleyhinə açıq çağırışlar edib.