Ata oğlunun gözü qarşısında 11 yaşlı qızını zorladı və…Ukraynanın Poltava vilayətində türkürpədici hadisə baş verib.

Publika.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, ata 11 yaşlı qızını zorlayıb.

Cinayət Semyonovka kəndində baş verib. Yeddi uşağın atası qızı üzərində seksual xarakterli hərəkətlər edirdi. Ata bu barədə kiməsə danışacağı halda, anasını öldürəcəyi ilə hədələyib.

Lakin növbəti təcavüz hadisəsi zamanı kişinin oğlu bunun şahidi olub. Oğlan bu barədə anasına xəbər verib, sonuncu isə tərəddüdsüz polisi çağırib.

Hazırda qızla psixoloq işləyir. Kişi saxlanılıb, onu 10 ilədək həbs cəzası gözləyir.
Qardaşı qaynı ilə cinsi əlaqədə olarkən tutulan bacısına şok cəza verdiATV-də Müge Anlının təqdimatında yayımlanan "Tatlı Sert" proqramında, qaynı ilə ərinə xəyanət edən qadının başına gəldiyi iddia edilənlər eşidənləri dəhşətə gətirib.

XəzərXəbər Milli.Az-a istinadən xəbər verir ki, ərini aldadan qadının öldürüldüyü və cəsədinin itlərə yedirildiyi iddia edilib.

Tez-tez ərini tərk edib, evdən qaçan və sonuncu dəfə qaynı ilə sevgili olduğu üzə çıxınca 2007-ci ildə həyat yoldaşından ayrılan Səhər Okusaldan 4 ildir ki, heç bir xəbər yoxdur. 34 yaşlı Səhərin başına nə gəldiyi hələlik təsdiqini tapmayınca, ortaya atılan iddialar tamaşaçıları mat qoyub. İddiaya görə, Səhər Okusal qardaşı Mevlüt tərəfindən öldürülüb. Yoxa çıxan qadının 18 yaşlı qızı Sevilay Aha bunu dayısından soruşduqda Mevlütün "İnsan heç bacısını öldürər?" deyərək, ona şər atıldığını bildirib.

Anasından 2015-ci ildən bəri bir xəbər ala bilmədiyini deyən Sevilay canlı yayımda "Kimisi deyir ki, ananı boğdular, kimisi deyir ki, boğazını kəsdilər. Mən anamın tapılmağını istəyirəm. Ən azından məzarı olar" deyərək fəryad edib.
"İslahatlar davam etdiriləcək""Biznes mühitinin yaxşılaşdırılması istiqamətində yaxşı nəticələr var".

Avrasiya.net AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı zamanı deyib.

"Ölkə qarşısında duran vəzifələrdən biri də iqtisadi gücümüzü artırmaqdır və bu istiqamətdə işlər aparılır. İqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində işlər görülür. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində yaxşı nəticələr var. Dünya Bankının son "Doing Business" hesabatında Azərbaycan 32 pillə irəliləyərək 25-ci yerə layiq görülüb. Baxın, dünya miqyasında biznes şəraitinə görə Azərbaycan 25-ci yerdədir. Biz bunu nəyin hesabına əldə etmişik? Ancaq islahatlar hesabına. İslahatlar davam etdiriləcək. Bu islahatlar nəticə verir. Biz islahat naminə islahat aparmırıq. Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik. Buna nail olmaq üçün əlbəttə ki, gənclərin çox böyük dəstəyi olmalıdır. Biz bunu hiss edirik və görürük", - deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsas şərtidir: "Təsəvvür edin, əgər biz iqtisadi cəhətdən asılı olsaydıq, müstəqil siyasət apara bilərdikmi? Əlbəttə ki, yox. Dünyada o qədər ölkə var ki, bu məsələ ilə bağlı çətinlik çəkir. Biz iqtisadi gücümüzə arxalanaraq müstəqil siyasət aparırıq və öz prinsipial sözümüzü deyirik, xalqımızın maraqlarını bütün tədbirlərdə qoruyuruq. İqtisadi müstəqillik və dayanıqlılıq mütləq bundan sonra da təmin edilməlidir. Biz xarici dövlət borcumuzu çox aşağı səviyyədə saxlayırıq. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Çox az ölkə tapılar ki, bu göstərici ilə fəxr edə bilsin. Yəni, biz iqtisadi cəhətdən heç kimdən asılı deyilik və heç vaxt asılı olmamalıyıq. Mən gənclərə deyirəm, siz də bunu bilməlisiniz ki, biz heç vaxt heç kimdən asılı olmamalıyıq. Biz azad xalq kimi yaşamalıyıq, biz öz həyatımızı özümüz qururuq. Əgər kimsə bizə məsləhət vermək, kömək göstərmək istəsə, - əlbəttə ki, əgər bu, təmənnasızdırsa, - biz bunu alqışlayırıq. Ancaq biz özümüz hər şeyi bilirik, öz həyatımızı özümüz qururuq. Müstəqilliyimizin son 25 ili bunu göstərir ki, biz düzgün yoldayıq".

"Biz 1993-cü ildən başlayaraq ancaq inkişaf və tərəqqi yolu ilə gedirik. Amma baxın, 1993-cü ilə qədər nələr baş verirdi. Azərbaycan demək olar ki, dünya xəritəsindən silinirdi. Müstəqilliyimizin ilk illəri ağır, faciəli illər idi. Ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünün hərbi çevrilişindən sonra vəziyyət daha da ağırlaşdı. Xaos, anarxiya, özbaşınalıq, quldur dəstələri çiyinlərində avtomat küçələri gəzirdilər. Siz gənclər bunları görməmisiniz, bəlkə də televiziya kadrlarında görmüsünüz. Biz bunları görmüşük - özbaşınalıq, rüşvətxorluq, korrupsiya. Səriştəsiz adamlar vəzifəyə gəldilər, ölkəmizi bərbad vəziyyətə saldılar, vətəndaş müharibəsinə təkan verdilər və Azərbaycanda vətəndaş müharibəsi başladı. Məhz o hakimiyyətin xəyanətinə görə torpaqlarımız işğal altına düşmüşdür. Bütün bunları biz görmüşük. Əgər Azərbaycan xalqı 1993-cü ildə müdriklik göstərməsəydi, Heydər Əliyevi hakimiyyətə dəvət etməsəydi, bizim taleyimizin necə olacağını bilmək olmazdı. Ona görə bütün bunları görərək biz bugünkü sürətli inkişafı daha da yüksək qiymətləndirməliyik və bu inkişafı dayanıqlı etməliyik", - deyə dövlət başçısı vurğulayıb.
“Ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, heç vaxt olmayıb, olmayacaq”“Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər. Bizim xarici siyasətimiz daxili siyasətimizin məntiqi davamıdır. Uğurlu xarici siyasət aparmaqla biz özümüzü mümkün olan xarici risklərdən qoruyuruq və buna nail oluruq. Bəzən bizim xarici siyasətimizi tarazlaşdırılmış siyasət kimi qələmə verirlər. Ancaq mən hesab edirəm ki, bizim xarici siyasətimiz milli maraqlar üzərində qurulub. Milli maraqlar diktə edir ki, biz bütün ölkələrlə işgüzar, bərabərhüquqlu, bir-birinin işinə qarışmamaq şərti ilə münasibətlər quraq və qurmuşuq - qonşularımızla, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə, eyni zamanda, Avropa ölkələri ilə. Yəni, biz buna nail ola bilmişik, eyni zamanda, öz milli maraqlarımızı həmişə lazımi səviyyədə qoruyuruq və qoruyacağıq”.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunan respublika toplantısında çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın dünyadakı rolu və bizə olan münasibəti əks etdirən çox parlaq bir nümunə var: “Bir neçə il bundan əvvəl Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Yəni, bu da beynəlxalq aləmin mütləq əksəriyyətidir. Azərbaycana göstərilən hörmət, rəğbət, dəstək bu səsvermədə özünü büruzə verdi.

Əlbəttə, ən başlıca vəzifə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Azərbaycan bu istiqamətdə hüquqi cəhətdən, siyasi cəhətdən və bütün başqa cəhətlərdən öz mövqelərini möhkəmləndirir. Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb və son illərdə bu istiqamətdə əlavə addımlar atılıb. Mənim bir çox xarici həmkarlarımla imzaladığım sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə böyük dəstək göstərilib. Avropa İttifaqı ilə keçən il imzalanmış Tərəfdaşlıq Prioritetləri Sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı haqqında xüsusi bənd var. Beynəlxalq təşkilatlar, BMT, onun Baş Assambleyası, Təhlükəsizlik Şurası bizim xeyrimizə, yəni, ədaləti əks etdirən qətnamələr qəbul ediblər. Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in və digər təşkilatların qəbul etdiyi qərarlar bizim mövqeyimizi möhkəmləndirir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi baza, hüquqi əsas yaradır və bu da bizim mövqeyimizi möhkəmləndirir. Biz çox böyük təbliğat işi aparırıq, yəni, həqiqətləri çatdırırıq. Müxtəlif ölkələrdə təqdimatlar keçirilir, Xocalı soyqırımının tanıdılması prosesi uğurla gedir, müharibə ilə bağlı həqiqətləri çatdırırıq. Beləliklə, beynəlxalq ictimaiyyətdə düzgün fikir yaradırıq. Çünki onlar həqiqəti bilməlidirlər. Ona görə bütün lazımi tədbirlər görülüb”.

İlham Əliyev qeyd edib ki, bununla paralel olaraq, bizim iqtisadi gücümüz, hərbi gücümüz artır: “Aprel döyüşləri və ötən il keçirilən uğurlu Naxçıvan əməliyyatı bizim gücümüzü, peşəkarlığımızı göstərdi. Biz strateji yüksəklikləri azad etmişik, biz strateji kommunikasiyalara nəzarət edirik. Bütün bunlar münaqişənin həlli üçün çox önəmli zəmin yaradır. Ona görə biz bu məsələ ilə bağlı öz siyasətimizi davam etdirəcəyik. Biz daha güclü olmalıyıq və biz güclənirik. Ölkə qarşısında duran vəzifələrdən biri də iqtisadi gücümüzü artırmaqdır və bu istiqamətdə işlər aparılır. İqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində işlər görülür. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində yaxşı nəticələr var. Dünya Bankının son "Doing Business" hesabatında Azərbaycan 32 pillə irəliləyərək 25-ci yerə layiq görülüb. Baxın, dünya miqyasında biznes şəraitinə görə Azərbaycan 25-ci yerdədir. Biz bunu nəyin hesabına əldə etmişik? Ancaq islahatlar hesabına. İslahatlar davam etdiriləcək. Bu islahatlar nəticə verir. Biz islahat naminə islahat aparmırıq. Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik. Buna nail olmaq üçün əlbəttə ki, gənclərin çox böyük dəstəyi olmalıdır. Biz bunu hiss edirik və görürük”.
Gürcüstanda 19 yaşlı azərbaycanlı qətlə yetirilibGürcüstanın Telavi rayonunun azərbaycanlılar yaşayan Qaracalar kəndində 19 yaşlı gənc odlu silahla qətlə yetirilib.

“Report” xəbər verir ki, hadisə kənd məscidinin yaxınlığında baş verib.

Gəncə bir neçə dəfə atəş açılıb və o, hadisə yerində ölüb.

Kənd sakinlərinin bildirdiyinə görə, gəncin qətlinə səbəb qisas olub.

Gürcüstanın Daxili İşlər Nazirliyində qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi açılıb, istintaq aparılır.
Mehman Hüseynov şantajla məşğuldur - Qardaşı etiraf edir“Mehman qeyri-peşəkarlıq edir, söyüşlər yazır”

Blogger Mehman Hüseynovun İsveçrədə yaşayan qardaşı Emin Hüseynov hələ 2 il əvvəl etiraf edib ki, qardaşı yalan xəbərlərlə vəzifəli şəxsləri şantaj edirmiş.

Belə ki, musavat.com hüquq müdafiəçisi E.Hüseynovla müsahibə edib. Müsahibədə E.Hüseynov həm qardaşı ilə bağlı baş verənlərə, həm də bu məsələdə özünə qarşı yönələn tənqidlərə cavab verib.

Müxbirin “Mehmanın polisdən çıxanda verdiyi açıqlamalar, ağlaması çoxlarına pis təsir etdi. Əksəriyyət onun ağlamasını “bu yük onluq deyildi” şəklində qiymətləndirdi. Bəs siz bir qardaş, hüquq müdafiəçisi olaraq onun ağlayarkən verdiyi açıqlamaları görəndə hansı hissləri keçirdiz? Onları görəndə “bu mübarizə Mehmanın çəkisinə görə deyildi, o, uşaqdır” dedinizmi heç?” - sualına EşHüseynov belə cavab verib:

“Bilirsiz ki, Barak Obama da zamanında ağlayıb, Ərdoğan da. Xalqın ürəyinə daha çox girmək üçün liderlərin ağlaması çox geniş yayılmış haldır. Bir trend düşüb, siyasətçilər ağlayırlar. Mən də hərdən düşünürəm, Mehmandan şübhələnirəm ki, bəlkə bu hardansa bu texnikanı öyrənib, xalqın ürəyinə yol tapmaq üçün ağlayır.

O, daha sonra əlavə edib ki, əgər Azərbaycan xalqı fikirləşirsə ki, Mehman onların problemini həll edəcək, yanılır:

“Mehmanı məndən yaxşı tanıyan yoxdur. İctimai rəyə nəyin təsir etməsi ilə bağlı araşdırır, hər gün oxuyur. Ağlamaq o vaxt lazımdır ki, sənin dırnağına tok verirlər. Amma Mehman çıxır bayıra, görür hər tərəfdə kamera var, başlayır ağlamağa. Mehman ağlamasaydı, bəlkə də heç bir effekti olmayacaqdı dediklərinin, verdiyi mesajların. Baxın, üstündən 1 həftə keçib, hələ də Mehmanın göz yaşları müzakirə mövzusudur. Polislə böldüyü dönərdən də elə danışıb ki, hamı bunu təkrarlayır. Soruşursuz ki, Mehman niyə kövrəlib. Bəlkə də o, gözləmirdi ki, onu buraxacaqlar. Gözünün qabağına gətirib ki, onu 1 il şərləyəcəklər. Amma buraxılıb və sevincindən ağlayıb”.

“O çilçırağın qiyməti Mehmanın dediyi qədər ola bilməz!”

Sonra E.Hüseynov əlavə edir:

“Mehmana demişəm ki, sən kalibrini müəyyənləşdir. Özünçün qırmızı xətt saxla, sən prezidentlə zarafat eləmə. Deputatlar xalqın elçiləridir, onlardan yaz, maraqlı olsun. Amma Mehmandan narazı qaldığım məqam nədir? Bəzən qeyri-peşəkarlıq edir, söyüşlər yazır və sair. Bu yaxınlarda Kəmaləddin Heydərovun evi ilə bağlı reportaj hazırlamışdı. Mənə dedilər ki, xəbərin var, Mehman nazirin 1 milyardlıq lüstrünü çəkib? Özü də mənə bunu elə ciddi adam dedi ki, bilsəz, təəccüblənərsiz. Belə baxdım ona, dedim ki, 1 milyardlıq lüstr ola bilməz e. Mənə qayıtdı ki, sən nə danışırsan e, Mehman yazıb, ortaya fakt qoyub ee. Adama izah edirəm ki, Mehman kimdir axı belə bir şey sübut eləsin? Mehman “baseyn” çəkə bilər, unitaz çəkə bilər. Lap o unitaz da başdan-ayağa qızıl da olsa, dəyəri 1 milyard ola bilməz. Lüstrləri göstərir və deyir ki, bunların üstü brilyantdır. Mehmana deyirəm ki, səndə hərdən ölçü hissi olmur. 300 min izləyicidən ən azı 3 min nəfər biləcək ki, bu, brilyant ola bilməz, brilyant deyil”.

Qardaşı etiraf edir ki, M.Hüseynov bəzi məsələlərdə məlumatsız olur:

- Bəlkə, mənbə buna şəkilləri göndərib. Tutaq ki, fəhlələr. Məsələn, o hadisədən sonra fəhlələr yazırlar ki, artıq yüksək vəzifəli şəxslərin evində işləyən fəhlələrdən mobil telefonlarını yığıb alırlar ki, belə çəkilişlər etməsinlər. O fotonu göndərən şəxs ola bilər ki, birinin də üstünə beşini qoyub deyir ki, lüstr 1 milyardlıqdır. Mən də Mehmana deyirəm ki, belə məlumatlar gələndə tələsmə. Sən brilyant üzrə mütəxəssis deyilsən, amma mən bir dəfə brilyantlarla bağlı araşdırma hazırlamışdım. Ordan bilirəm ki, o lüstrün qiyməti Mehmanın dediyi qədər ola bilməz. Mehmana deyirəm, küyə getmə. O da cavanlıqdan irəli gəlir. Deyirəm, indi yazıbsan yazıbsan. Ciddi adamlar biləcəklər ki, belə şey yoxdur. O lüstr bəlkə də yüz minlərlə, ya da bir milyon dollar dəyərində ola bilər. Amma milyard dollar yox. Hərdən faktları dəqiqliklə yazmaq lazımdır. Hələ onu ölkədən buraxmırlar. Buraxsaydılar, treninqlərdə iştirakını təmin edərdim, bir qədər peşəkarlıq öyrənərdi. Amma bir daha deyim ki, onun bu səhvləri də təcrübəsizlikdən irəli gəlir. Özünə isə demişəm ki, əgər paylaşımlarında, süjetlərində kimsə səhv tapsa, özündə güc tap və sosial şəbəkədə bu səhvini etiraf elə. Videoversiyanı düzəldə bilməsən də, heç olmasa yazıda bu səhvini düzəlt ki, məsələn, çilçıraq 1 milyard dollar yox, 1 milyon manat idi... Bunu demək lazımdır. Amma Mehman bir az tənbəldir. Ona demişəm ki, özünü yığışdır. Yazdıqlarına görə də demişik ki, nə edirsənsə özünə edirsən. Nəsə yanlış bir material paylaşsan, sabah camaatın gözündən düşəcəksənsə, özünə pislik etmiş olacaqsan".

E.Hüseynov sonda qardaşı barədə digər etiraflar edir:

“Ona demişəm ki, heç vaxt jurnalistikanı siyasətə qatma. O səhifə vasitəsilə siyasi çağırışlar etməməli, söyüş söyməməli və faktları təhrif etməməlisən. Özünə də demişəm ki, bir az ciddi ol. Bizi orda-burda biabır eləmə…”
Əli Həsənovun oğluna yüksək vəzifə verildiBaş nazirin müavini Əli Həsənovun daxili işlər orqanlarında çalışan oğluna yüksək vəzifə verilib.

"Report"un məlumatına görə, bəzi saytlarda Binəqədi rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Emin Həsənovun işdən çıxarılması barədə məlumatlar yayılıb.

Bununla bağlı "Report"un sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, Binəqədi rayon Polis idarəsinin rəis müavini, polis polkovniki Emin Həsənov tutduğu vəzifədən azad edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilib.
Almaniyada azərbaycanlılara hücum: Serblər və albanlar...Almaniyanın Köln şəhəri yaxınlığında alban və serblərdən ibarət bir qrup azərbaycanlılara hücum edib.

Report-un verdiyi məlumata görə, buna səbəb alban və serblərin nalayiq hərəkətləri və həmin ərazidə yanlarında həmyerli qadınların da olduğu azərbaycanlıların sərt reaksiyası olub.

Bundan hiddətlənən 10-12 nəfərdən ibarət bir qrup serblər və albanlar azərbaycanlılara soyuq silahlarla hücum edib. Nəticədə Surxay və Ruslan adlı azərbaycanlı xəsarət alıb. Hücum edən qrupun 5 üzvü isə polis tərəfindən saxlanılıb.
Qadına maşında təcavüz edən xalaoğlanları etiraf elədilər... - Təfərrüat/FotoBakıda qadını bıçaqla hədələyərək pulunu, qızıllarını ələ keçirən, ona qarşı əxlaqsız hərəkətlər edən İntiqam Yunusov və onun xalası oğlu Yaqub Məmmədov barəsində həbs qətimkan tədbirinin uzadılması barədə təqdimata baxılıb.

Teleqraf.com xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə baş tutan prosesdə istintaq orqanının təqdimatı təmin olunub.

İntiqam Yunusov və Yaqub Məmmədovun həbs müddəti 2 aya qədər artırılıb.

İttihama görə, Xətai rayon Polis İdarəsinə müraciət edən, şərti adı N.Z. olan qadın iki nəfər naməlum şəxsin onu bıçaqla hədələyərək 600 manat və 10 min manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirdiklərini, habelə idarə etdiyi “Changan” markalı avtomobildə ona qarşı əxlaqsız hərəkətlər etdiklərini bildirib.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Zaqatala rayon sakini İntiqam Yunusov və xalası oğlu, Qax rayon sakini Yaqub Məmmədov saxlanılıblar.

Saxlanılan şəxslər ifadələrində hadisə günü qadını izlədiklərini və qadın avtomobildən düşən zaman ona yaxınlaşaraq qeyd olunan cinayəti törətdiklərini bildiriblər.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama), 181.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Hazırda bu cinayət işi üzrə istintaq hərəkətləri davam edir.
Qadına maşında təcavüz edən xalaoğlanları etiraf elədilər... - Təfərrüat/Foto
Qəzetçiliyə yanaşma dəyişməlidir - Əflatun AmaşovƏflatun Amaşov
Mətbuat Şurasının sədri, millət vəkili

Yeni çağırışlar üçün yeni şərtlər

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 yanvar 2018-ci il tarixli iclasında qəbul edilmiş qərar geniş ajiotaj doğurub. Baxıram, bəziləri məsələni qəzetlərin qapadılması şəklində qoymağa çalışır. Belə yanaşanların içərisində vaxtilə dövlətin mətbuat orqanlarına yardım göstərməsinin əleyhinə çıxanlara da təsadüf edilməkdədir. Baxışları ziddiyyətlidir. Ancaq mən bu barədə danışmaq istəməzdim. Məlum idi ki, məsələdən müəyyən siyasi dividentlər əldə etmək istəyənlər olacaq. Çünki media təbiət etibarilə həssas sahədir, ona yanaşmalarda heç də həmişə obyektivlik gözlənilmir.

Gerçək maliyyət


Məsələnin mənə görə gerçək olan mahiyyətinə diqqət yetirmək istərdim. Doğrudur, hər zaman demişik ki, bizə çap mediası lazımdır. Ona görə ki, mətbuat gələcək üçün tarix yaradır. O, özlüyündə tarixi mənbədir. Bəli, günümüzü reallığı internetdir. Demək olar, həyatımızın bütün sahələri elektronlaşıb. Amma vəziyyətin hər zaman belə olacağına təminat yoxdur. Bu günkü internet resursun iyirmi, otuz, əlli, yüz il sonra mövcud olub-olmayacağını heç kəs bilmir. Qəzet, ümumən çap mediası isə böyük təminatdır. Yalnız biz deyil, ümumən bəşəriyyət öz keçmişini illər, əsrlər öncə mövcud olmuş qəzetlərdən, jurnallardan öyrənir. Bu mənada qəzetlər saxlanılmalıdır və düşünürəm ki, saxlanılacaq da.

Ancaq Azərbaycan reallığına baxmaq, müəyyən müqayisələr aparmaq lazımdır. Bu gün Azərbaycanda 5200-dən çox kütləvi informasiya vasitəsi dövlət reyestrindən keçib. Onların böyük hissəsi, demək olar əksəriyyəti çap mediasıdır. Ərazicə bizimlə eyni, hətta böyük olan bir çox qabaqcıl ölkələrdə bu rəqəmə rast gəlmək əsla mümkün deyil.

Bir qədər də dəqiqləşdirmə aparsaq, görərik ki, ölkəmizdə qeydiyyatdan keçmiş mətbuat orqanlarından yalnız 10 faizə qədəri hansısa formada fəaliyyətdədir. Amma 5200-lük sayda 10 faiz kiçik rəqəm deyil. Sözüm ondadır ki, az əvvəl haqqında söz açdığım tarixi mənbə kimi də hazırkı çoxluq özünü doğrultmur. Say azalmalıdır. Bəli, hazırda ələnmə prosesi KİVDF-nin şərtlərini dəyişdirməsinin nəticəsi olaraq başlandı. Ancaq bu, hər bir halda baş verəcəkdi.

Daha bir təbii proses odur ki, dünyada gündəlik və ya həftəlik yayımlanan mətbuat orqanlarının bir çoxu tirajlarını azaldıblar. Onlar daha çox internet üzərindən yayıma üstünlük verirlər. Bu da təbiidir. Dünən diqqət elədim, bəzi qəzet baş redaktorları onlayn yayıma keçdiklərini bildirdilər. Hesab edirəm ki, onlar hazırkı durumu əvvəldən proqnozlaşdırırdılar və qəzetlərinin elektron versiyasını təkmilləşdirməyə başlamışdılar. Ona görə bu gün qərar vermək onlar üçün elə də çətinlik yaratmır.

Amma demək olmaz ki, dövlətin maliyyə yardımından bəhrələnmə imkanlarının məhdudlaşması çətinliklərsiz ötüşəcək. Nəzərə alaq ki, qəzetlərdə yaradıcı heyətdən başqa texniki personal var. Üstəlik labüd təmərküzləşmələr nəticəsində kimlərsə iş yerlərini dəyişəcəklər. Yeni kollektivlərə öyrəşmək sıradan məsələ deyil. Hər bir halda çətinlik olacaq. İxtisarlar da.

Yalnız açıqlanan şərtlərmi?


KİVDF maliyyələşmə üçün şərtləri açıqladı. Bu məlumdur. Amma yalnız bu şərtlərmi? Məsələyə kompleks baxmaq lazımdır. Qəzetçiliyə yanaşma dəyişməlidir. Heç şübhəsiz, hədəf budur. Dövlətin maliyyə yardımı üçün göstərilən minimum tələbləri yerinə yetirə biləcək qəzetlər olacaqsa, onlar öz işlərinə istər yaradıcılıq, istərsə də texnoloji cəhətdən fərqli yanaşmalıdırlar. Nəyə görə bizdə rəngli, yüksək keyfiyyətli kağızda çıxan qəzetlər olmasın? Bu gün insanlar informasiyanı əsasən internet üzərindən yayımlanan xəbər saytlarından, yaxud sosial şəbəkələrdən alırlar. Belə olan halda sabahın qəzetini həmin informasiyalarla dolduraraq buraxmaq kiməsə lazımdırmı? Deməli, yaradıcı yanaşma, iş üslubu da dəyişməlidir. Qəzet əvvəlllər olduğu kimi, informasiya yaymamalı, yayılmış informasiyanı təhlil etməli, düşündürməlidir. Hesab edirəm ki, gələcəyin tələbləri həm də buna əsaslanmalıdır. Ortada olacaq qəzetlərimiz sanballı olmalıdır. Dövlət məhz bu şərtlərlə fəaliyyəti dəstəkləməlidir. Və bunun üçün də geniş və səmərəli işi ilə seçilən kontingentə ehtiyac var. Deməli, peşəkarlara hər zaman meydan tapılacaq.

Elektron medianın maliyyələşməsi


Daha bir məqamı vurğulamaq istərdim. Yadınızdadırsa, KİVDF yaranmazdan öncə kütləvi informasiya vasitələrində maliyyə-uçot, habelə əməl münasibətləri demək olar, tənzimlənmirdi. Qurumun fəaliyyəti bu sahədə çəki-düzən yaratdı. Layihə müsabiqələrində iştirak etmək istəyən media orqanları qanunvericiliyin şərtlərinə əməl etməli oldular. Eləcə də fərdi yaradıcılıq müsabiqələrdə iştiraka iddialı olan jurnalistlər.

Bu gün elektron medianın ictimai rəyə geniş təsirindən danışırıq. Təsir günbəgün artmaqdadır və onun cəmiyyətin mənafeləri baxımından uzlaşdırılması dövlət üçün prioritet vəzifələrdəndir. Ancaq internet media resursları qəzetlər üçün vaxtilə tətbiq edilmiş tələblərə cavab verirlərmi? Ümumən internet media hüquqi münasibətlər sistemində özünə yer tuta bilirmi? Bu sayaq məsələlərə aydınlıq gətirilməlidir. Bəli, prinsipial məqam internet media orqanlarının dövlətin maliyyə dəstəyindən faydalanmasıdır. Bu, istər daxildə informasiya tələbatının ödənilməsi, istərsə də xaricdə Azərbaycanla bağlı həqiqətlərin təbliği baxımından olduqca vacibdir. Düşünürəm ki, yaxın gələcəkdə məsələyə kompleks baxışı ifadə edən addımlar atılacaqdır. Əlbəttə, sahənin xüsusiyyətlərinin əks olunduğu konkret kriteriyaların müəyyənləşməsi də zəruridir.

Sonda bir daha əvvəldə vurğuladığım məqama qayıtmaq istərdim. Heç bir halda məsələ qəzetlərin qapadılması şəklində qoyulmamalıdır. Dövlət KİV-in maliyyələşməsi üçün prioritetlərini müəyyənləşdirib. Həmin prioritetlər ölkə prezidentinin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»nda əksini tapıb. Konsepsiyanın həyata keçirilməsi üçün yaradılmış KİVDF-nin müəyyənləşdirdiyi tələblər dünən bir başqaydı, bu gün bir başqa. Hansı KİV açıqlanmış tələbləri yerinə yetirmək imkanında olacaqsa, təbii ki maliyyə yardımından bəhrələnəcək.

Ümumən isə məsələ belədir - biz dünyanın informasiya məkanına inteqrasiya etməliyik. Yeni çağırışlara adekvat reaksiyamız olmalıdır. Bunun üçün dəyişikliklərə getməliyik. Təbii ki, dəyişikliklər çətinliklər də doğurur. Ancaq bu, gedilməsi vacib olan prinsipial yoldur. Bu yol faydalı yoldur. İstərdim ki, ölkəmizin media ictimaiyyəti məsələyə prosesin faydalılıq tərəflərini düşünərək qiymət versin