Bakıda dayı bacısı qızına təcavüz etdiBakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Eldar Mürsəlovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Avrasiya.net oxu.az-a istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən E.Rəsulov özünü günahkar bilməyib. O, azyaşlıya təcavüz etmədiyini deyib.

Proses yanvarın 31-də davam etdiriləcək.

Qeyd edək ki, Eldar Mürsəlov azyaşlı olan bacısı qızı Nigar Məmmədovaya (ad və soyad şərtidir - red.) təcavüz edib.

Eldar Mürsəlov azyaşlı qızla bir neçə dəfə seksual xarakterli hərəkətlər edib. Azyaşlının ailə üzvlərinin hüquq-mühafizə orqanlarına şikayətindən sonra Eldar Mürsəlov həbs edilib.

İstintaq orqanı tərəfindən Eldar Mürsəlova qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
"Şərəfsiz erməni dığasının şərəfinə ucaldılan büst götürülməlidir"Bu gün GAK-da hüquqşünaslarla görüş keçirilib, məsələnin Konstitusiya Məhkəməsinə çəkilməsi istisna edilmir.

Bunu Avrasiya.net-ə açıqlamasında Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov 20 yanvar tarixində Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində qoyulan Dağlıq Qarabağ müharibəsində iştirak etmiş Mixeil Avagyanın büstü ilə bağlı baş verən hadisələrə münasibətində bildirib.

Qeyd edək ki, artıq rəsmi Bakıda bu məsələni nəzarətinə götürüb və Gürcüstan tərəfə etiraz edilib.

H.Yusubov bildirib ki, hadisə ilə bağlı sosil şəbəkələrdə və mediada söylənilən fikir və münasibətlərdən artıq işə keçməyin vaxtıdır: "Buna görə də Konqresin baş ofisində hüquqşünaslarla ciddi məsləhətləşmələr apardıq. Bu məsələ Konstitusiya Məhkəməsində həll olunmalıdır. Şərəfsiz erməni dığasının şərəfinə ucaldılan büst götürülməlidir. Abidələr böyük tarixi şəxsiyyətlərin şərəfinə ucaldılmalıdır. Alçaq separatistlər üçün olan daş parçalarının separatizmin qurbanı olan Gürcüstanda olması separatizmin təbliği kimi qiymətləndiririk. Bu məsələ milli və şərəf məsələsidir. Bunun sonuna kimi getməli və həmrəylik nümayiş etdirməliyik".

GAK sədri Gürcüstanda yaşayan bütün soydaşlarımızı, söz və səlahiyyət sahibi olan məsul şəxsləri bu hadisəyə kəskin surətdə etiraz bildirmələrini zəruri hesab edib.
Tanınmış jurnalistə nazirlikdə vəzifə verildiTanınmış jurnalist Səfurə Çərkəzqızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsində ictimaiyyətlə əlaqələr şektorunun müdiri təyin edilib.

Məlumatı nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı da təsdiq edib.

Qeyd edək ki, Səfurə Çərkəzqızı 1997-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 90-cı illərdən jurnalist kimi fəaliyyətə başlayıb. "P.S. Gənclik”, "7 Gün”, "Rezonans”, "Həftə içi” qəzetlərində, "Lider”, ARB televiziyalarında çalışıb. Nazirlikdəki təyinatdan öncə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində məsləhətçi kimi işləyib. O, jurnalistika ilə yanaşı bədii yaradıcılıqla da məşğuldur. "And olsun atlara!” və "Sevdalılar ” adlı kitabların müəllifidir. 2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinə üzvüdür. (qaynarinfo)
2018-ci ildə Bakıda 66 nəfər öldürülüb - RƏSMİ MƏLUMATYanvarın 24-də Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları işçilərinin iştirakı ilə 2018-ci ildə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirib ki, hesabat dövründə şəhərin prokurorluq orqanları cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində paytaxtın digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək müəyyən nəticələr əldə edib.

Qeyd edilib ki, 2017-ci ildə şəhər ərazisində prokurorluq və polis orqanları üzrə 12122 hadisə qeydə alındığı halda 2018-ci ildə 309 hadisə, yəni 2,5% azalaraq 11813 hadisə olmuş, qeydə alınmış cinayətlərin açılma faizi 0,2% çoxalaraq 80,2%, ağır və ya xüsusilə ağır cinayətlərin sayı isə 582 hadisə və ya 30,8% azalaraq 1308 olub.

2018-ci ildə qeydə alınmış 66 qəsdən adam öldürmə cinayətinin (2017-ci ildə 59 hadisə) 4-ü istisna olmaqla (3 fakt şəxslərin xəbərsiz itkin düşməsi ilə bağlı olmuşdur), habelə 32 qəsdən adam öldürməyə cəhd cinayətinin (2017-ci ildə 38 hadisə) açılması təmin edilib.

Hesabat dövründə 76 quldurluq hadisəsi əvvəlki illə müqayisədə 8 hadisə çox oluv, onlardan 8-i, qeydə alınmış ölümlə nəticələnən 212 yol-nəqliyyat hadisəsindən isə 3-ü bağlı qalıb.

2018-ci ildə şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluqda icraatda olan 1115 işdən 547-i, daxili işlər orqanlarının istintaq aparatlarının icraatında olan 12390 cinayət işindən 4226-nın istintaqı tamamlanıb.
Rəmiş xəstəxanaya yerləşdirildiXalq artisti Rafiq Hüseynov (Rəmiş) xəstəxanaya yerləşdirilib.

Ağır xəstəlikdən əziyyət çəkən gitara ifaçısı qonaq olduğu “Səni axtarıram” proqramından birbaşa klinikaya göndərilib.

Aparıcı Xoşqədəm Hidayətqızı bildirib ki, veriliş heyəti 74 yaşlı musiqiçinin müalicəsini öz üzərinə götürüb.

Bu məqamda qeyd edək ki, Rəmişin xəstə olması barədə ilk dəfə prodüser Tarix Əliyev (Tolik) “Hər şey daxil” proqramında məlumat vermişdi. O, ifaçının müalicə xərcinin 10 min manat olduğunu açıqlamışdı.
Merdən daha bir əmr: şöbə müdiri vəzifəsindən azad edildiBakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Başçısı Aparatında struktur dəyişikliyi və yeni kadr təyinatı olub.

Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əsasında İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsi yaradılıb.

Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun əmri ilə həmin şöbənin müdiri vəzifəsinə Elmin İmanov təyin edilib.

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazonov isə yeni vəzifəyə təyinat almayıb. (Report.az)
Qadın ərini öldürdü, doğradı və...Türkiyədə qandonduran hadisə baş verib. İstiPress-in məlumatına görə, Hatayda Havva Z. adlı 35 yaşlı qadın ərini qətlə yetirib. Bundan sonra o 40 yaşlı kişinin meyitini 4 hissəyə bölüb və yaşadıqları binanın arxasındakı bağda basdırıb. Bağda qazıntı aparan polis bir uşaq atasının cəsədinin hissələrini tapıb.

İddiaya görə, Havva ilə Mikayıl adlı həyat yoldaşı arasında bilinməyən səbəbdən mübahisə yaranıb. Dava böyüdüyü üçün qadın ərini bıçaqlayıb. Daha sonra isə onu parçalayıb.

Qadın haqqında polisə qonşuları məlumat veriblər. Onlar evdə dava səsləri eşitdiklərini, bir müddət sonra isə Havva adlı qadının həyətdə adyala bükülmüş nə isə basdırdığını deyiblər.
Azər Süleymanov: “Salome Zurabişvili indi də  intiqam alır”Salome Zurabişvili seçkiqabağı ermənilərə verdiyi vədləri bir-bir yerinə yetirir.

Avrasiya.net xəbər verir ki, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Mixeil Avagyanın abidəsi ucaldılmasına sərt etirarızını bildirib.

“Əli Azərbaycan xalqının qanına batmış separatçı Mixeil Avagyanın abidəsinin açılması Azərbaycan-Gürcüstan əlaqələrinə xəyanətdir. Həm də abidənin qoyulması illərlə formaşalan Azərbaycan-Gürcüstan əlaqələrini məhv etməkdir. Xüsusilə, bütün dünya azərbaycanlılarının 20 yanvar faciəsinin qeyd etdiyi ərəfədə bu addımın atılması Azərbaycana arxadan xəncərlə vurmaqdır.

Unutmaq olmaz ki, “kobra” ləqəbli qatil Mixeil Avagyanın Abxaziyada təlim keçmiş cinayətkardır. Bu deməkdir ki, Gürcüstana qarşı döyüşlərdə iştirak edib. Onun əli gürcü millətinin qanına batıb. Gürcüstana qarşı döyüşlərdə iştirak edən hansısa cinayətkar şəxsin abidəsini Azərbaycan dövləti açsa idi, Gürcüstan tərəfinin mövqeyi necə olardı?.

Xatırlayırsınızsa, Gürcüstan prezidenti Salome Zurabişvili seçkiqabağı Axalkalaki rayonunda erməni seçiçiləri ilə görüşündə onlara vədlər vermişdir. Bu gün həmin vədlər yerinə yetirir. Onların içüzü ortaya çıxır. Çünki Borçalı bölgəsi seçkilərdə Mixail Saakaşviləyə səs verdi. Salome Zurabişvili indi də intiqam alır. Həm də proseslərin arxasında Bidzina İvanişvili höküməti durur və birbaşa dəstək verir”.

Elnur Eltürk
Gömrük komitəsinin əməkdaşı iş başında öldüDövlət Gömrük Komitəsnin (DGK) əməkdaşı iş başında ölüb.

Report-un məlumatına görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. DGK-nın “Mazımçay” keçid məntəqəsinin yük daşınma şöbəsinin əməkdaşı, Zaqatala şəhər sakini, 1975-ci il təvəllüdlü Əli Əbülfəz oğlu Tanrıverdiyev Zaqatala şəhər ərazisində iritonnajlı yük maşınından anbara yükün boşaldılmasına nəzarət edən zaman qəfildən halı pisləşərək vəfat edib.

Ə.Tanrıverdiyevin ölümünün səbəblərinin müəyyənləşdirməkdən ötrü meyit Səhiyyə Nazırliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
Mitinq iştirakçıları qarşıdurmaya gedəcəkdi - Qüdrət HəsənquliyevBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bəzi siyasi qrupların ardıcıl mitinq keçirmək cəhdləri ilə bağlı partiyanın mətbuat xidmətinin sorğusunu cavablandırıb.

Avrasiya.net xəbər verir ki, BAXCP mətbuat xidmətinin “yanvarın 26-da Milli Şuranın, fevralda isə “Qarabağ komitəsi”nin ardıcıl olaraq mitinq keçirmək niyyəti bəzi destruktiv, xarici qüvvələrin “mitinq kampaniyası”ndan sui-istifadə edərək ölkədə sabitliyi pozmağa cəhd göstərmələrinə zəmin yarada bilərmi” sualına cavabında Qüdrət Həsənquliyev belə bir məqsədin ola biləcəyini istisna etmədiyini bildirib:

“Ölkədə sabitliyin pozulmasına, qarşıdurmaya belə bir cəhdin ola biləcəyi nəinki mümkündür, hətta qaçılmazdı. Xatırlayırsınızsa, son mitinqdə iştirak edən bir qrup şəxs aksiyanın küçə yürüşü ilə davam etdirilməsi tələbini irəli sürdülər. Təbii ki, bu, mitinqlə bağlı müraciətdə nəzərdə tutulmadığı üçün qeyri-qanuni idi. Qanunsuz aksiyanın isə qarşısının alınması üçün də müvafiq addımlar atılacaqdı və şübhəsiz ki, bu da miqyasından asılı olmayaraq qarşıdurmaya yol açacaqdı. Maralıdır ki, belə tələblər irəli sürüləndə mitinqin təşkilatçıları buna qarşı çıxış etmədilər, əksinə “indi sayımız azdır” deyərək, iştirakçı sayının çox olacağı təqdirdə qanuna zidd hərəkətlərə, qarşıdurmaya yol verə biləcəklərini elan etmiş oldular. Bu isə o deməkdir ki, son mitinqdə iştirakçıların sayı çox olsaydı, təşkilatçılar qarşıdurmaya gedəcəkdilər. Xaricdəki bəzi destruktiv qüvvələr də Azərbaycanda qarşıdurma yaratmaq, sabitliyi pozmaq üçün bu prosesdən istifadə edəcəkdilər”.

Qüdrət Həsənquliyev deyib ki, sərbəst toplaşmaq azadlığı hər kəsin hüququdur:

“Amma heç kim bu azadlıqdan sui-istifadə edə, vətəndaşların təhlükəsizliyinə təhdid yarada, qarşıdurmaya cəhd göstərə bilməz”.

BAXCP sədri hətta bəzi qrupların ölkənin xaricində olan destruktiv qüvvələrlə danışıqlar apardığını, onları Azərbaycanda qarşıdurma yaratmaq üçün prosesə cəlb etmək niyyəti ilə hərəkətə keçdiklərini də bildirib.

Qüdrət Həsənquliyev vətəndaşları ayıq olmağa çağırıb:

“Məqsəd bu və ya digər problemlərin həllinə nail olmaq yox, insanlarımızı qarşıdurmaya aparmaqdan, ölkədə sabitliyi pozmağa və bunun uzun müddət davam etməsinə zəmin yaratmağa, son nəticədə düşmənlərimiz qarşısında müqavimət gücümüzün azaldılmasına cəhd göstərməkdən ibarətdir”.

BAXCP sədri eyni zamanda bildirib ki, heç kim Azərbaycanda qarşıdurma yarada və sabitliyi poza bilməyəcək və o buna əmindir.