"Bizim əsas məqsədimiz Azərbaycanı potensial risklərdən qorumaqdır"Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib.

Axar.az müsahibənin mətnini təqdim edir:

- Cənab Prezident, Sizi Davosda görmək bizdə böyük məmnunluq hissi doğurur.

- Çox sağ olun, sizi görməyə şadam.

- Ölkənizdəki neft və qaz sektorunun inkişafı iqtisadiyyatınızın yüksək səviyyəyə qaldırılmasına imkan verib və bu, Sizin baxışınız nəticəsində mümkün olub. Sualım belədir ki, bu, dayanıqlı olacaqmı?

- Siz doğru qeyd etdiniz, neft və qaz iqtisadiyyatımızın aparıcı qüvvəsidir. Biz böyük enerji şirkətlərini Azərbaycana sərmayə yatırmaq üçün cəlb etdiyimizə görə çox böyük tərəqqiyə nail olmuşuq. Lakin indi, əlbəttə ki, bizim əsas vəzifəmiz iqtisadiyyatımızı şaxələndirməkdir və neft-qazdan asılılığımızı azaltmaqdır. Bu, asan olmayacaq, çünki biz indi neft və qaz ehtiyatlarımızın işlənilməsinin aktiv inkişaf fazasındayıq. Lakin, eyni zamanda, son illərdə biz əsasən infrastruktura sərmayə yatırmışıq. Biz çoxlu sərmayə cəlb etdik, son 15 ildə təxminən 250 milyon dollar həcmində. Dünya Bankının “Doing Business” reytinqində biz 25-ci yerdəyik. Buna görə düşünürəm ki, neft-qaz sektorundan başqa digər sektorlara sərmayə yatırmaq üçün investorları cəlb etmək çətin olmayacaq.

- Cənab Prezident, başa düşürəm ki, infrastruktur sahəsinin sizin ölkədə vacib potensialı var. Məsələn, Siz bir neçə vacib infrastruktur layihələri üzərində işləyə bilərsiniz. Yəni, ölkənizdə həyata keçirilən layihələri, eyni zamanda, digər Xəzəryanı ölkələr arasında və hətta bu regiondan kənarda olan layihələri nəzərdə tuturam. Bunun inkişaf üçün qısamüddətli və uzunmüddətli təsirləri nədir?

- Siz tamamilə düzgün deyirsiniz. Biz Azərbaycana və onun sərhədlərindən kənara sərmayə yatırmışıq. İlkin olaraq prioritet, əlbəttə ki, müasir infrastrukturun yaradılması idi. Bu infrastruktur da öz növbəsində, investorlar, biznes dairələri üçün çoxlu potensial və insanlarımız üçün rahatlıq yaradacaq. Buna görə biz əsasən elektrik enerjisinin istehsalına sərmayə yatırdıq və elektrik enerjisi idxal edən ölkədən elektrik enerjisi ixrac edən ölkəyə çevrildik və bundan çoxlu qazanc götürmüşük. Biz ölkə daxilində qazlaşdırma səviyyəsini 95 faizə qədər artırdıq. Bu da, zənnimcə, çox yaxşı nəticədir. Biz əsasən yol tikintisinə sərmayə yatırmışıq və Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, bizim yollarımız keyfiyyətinə görə dünyada 34-cü yerdədir.

Həmçinin suyun təmizlənməsi və irriqasiya sahəsində çoxlu işlər görülüb. Eyni zamanda, biz infrastrukturumuza sərmayə yatırdıq ki, bu da bizə çoxlu yükləri cəlb etməyə və bir hab yaratmağa imkan verəcək. Bizim dəmir yollarımız, altı beynəlxalq hava limanımız var, bizə 15 milyon tondan 25 milyon tona qədər yük daşımağa imkan verəcək yeni Ələt Ticarət Limanımız var. Bütün növ gəmiləri istehsal etməyə və Xəzər dənizində yük daşımalarını artırmağa, eyni zamanda, Mərkəzi Asiya və Avropa ölkələri ilə əlaqələrimizi yaratmağa imkan verəcək yeni Gəmiqayırma zavodumuz var. 2017-ci ildə biz Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdik. Bu dəmir yolu Azərbaycan və Avropa, eləcə də Avropa və Asiya arasında çatışmayan bir bağlantı idi. Hazırda bu dəmir yolu fəaliyyət göstərir və biz yüklərin artımını görürük. İnfrastruktur bizə çoxlu yükləri cəlb etməyə və bir çox ölkələr arasında yeni vacib bağlantı yaratmağa kömək edir.

- Siz bir Prezident olaraq həmişə demisiniz ki, nailiyyətlərinizlə fəxr edirsiniz. Lakin yenə də belə bir sual yaranır ki, qısamüddətli və uzunmüddətli perspektivdə bu nailiyyətlərdən necə faydalanmaq olar. Qısa müddətdə nəticələri dərhal görmək mümkün deyil. Burada belə bir problem var, elə deyilmi?

- Bəli, siz tamamilə düz qeyd edirsiniz. Biz infrastruktur layihələrinə vəsaiti dövlət büdcəsindən yatırmışıq və biz anlayırıq ki, bu vəsaitin faydasını bir çox ildən sonra görəcəyik. Lakin əvvəl də qeyd etdiyim kimi, ilkin olaraq biz öz xalqımız üçün çox yaxşı şərait yaratmaq istəyirik. Biz infrastrukturu yeniləmək istəyirdik və biznes dairələrinin faydalana biləcəyi şərait yaratmaq istəyirdik. Eyni zamanda, Azərbaycanda nəqliyyat qovşağının yaradılması bizə Şərqdən Qərbə və Şimaldan Cənuba vacib tranzit ölkə olmaq imkanını verəcək. Bu investisiyalar gələcək üçün yatırılıb. Ola bilsin ki, biz gələcək on il ərzində yatırdığımız vəsaiti geri götürəcəyimizi gözləmirik. Lakin bizim planımız neft və qaz sektorundan başqa yeni imkanlar və gəlir mənbəyi yaratmaqdır. Bir gün neft və qaz tükənəcək, lakin coğrafiyamızı nəzərə alsaq, nəqliyyat infrastrukturu həmişə qalacaq.

- Cənab Prezident, Sizin bir çox ölkələrdə olan həmkarlarınız uzunmüddətli perspektivə investisiyaların yatırılmasına arzuolunmaz hal kimi baxa bilər. Deyə bilərlər ki, əsas diqqətimizi bu günə, lap uzağı sabaha yönəldirəm. Bir dövlət başçısı kimi Siz bu qısamüddətli və uzunmüddətli faydalar arasında balansın qorunmasına necə baxırsınız?

- Qısamüddətli faydalara gəldikdə deyə bilərəm ki, bizim nisbətən qısa müddət ərzində xeyli gəlir gətirən çoxlu layihələrimiz var. Biz investisiyaların cəlb edilməsi mexanizmini yaradırıq, eyni zamanda, özəl sektorumuza çox aşağı faiz dərəcəsi ilə kreditlər ayırırıq ki, onlar da tezliklə gəlir gətirəcək sahələrə investisiya yatıra bilsinlər. Məsələn, kənd təsərrüfatı, kiçik və orta biznes kimi sahələr. Biz bunu qısamüddətli gəlir götürmək üçün edirik. Lakin uzunmüddətli investisiyalara gəldikdə əsas məqsəd elə bir infrastrukturun yaradılmasıdır ki, o, uzun zaman ərzində fəaliyyət göstərsin və ölkəni dəyişmiş olsun, dünyanın ölkəyə münasibətini dəyişmiş olsun. Çünki bu infrastruktur layihələri olmadan Azərbaycanın coğrafi mövqeyinin bir o qədər də böyük mənası yoxdur. Biz ölkələri və insanları birləşdirməyə nail olmuşuq. Sizə deyə bilərəm ki, nəqliyyatla bağlı infrastruktur layihələri regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradır. Bir-birindən asılı olan ölkələr; biri tranzit ölkəsindən asılıdır, digəri tranzit ölkəsi olur, əlbəttə ki, onlar arasında daha yaxın münasibətlər yaranır. Onlar faydaları paylaşır, onlar bütün tərəflərin uduzmadığı bir vəziyyət tapa bilir. Təkcə ikitərəfli formatda yox, çoxtərəfli formatda da. Xəzər dənizi vasitəsilə qitələrin birləşdirilməsi, Bakıda dəniz limanının tikintisi, dəmir yolu sistemimizin Avropa sistemi ilə birləşməsi yeni əməkdaşlıq formatını yaradır və qarşılıqlı asılılıq, zənnimcə, fəal siyasi dialoq üçün, müəyyən çətinliklərin, gərginliklərin azaldılması üçün və müsbət gündəliyə diqqət yetirmək üçün mühüm alətlərdən biridir. Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir. Eyni zamanda, məqsədlərimizə - siyasi, iqtisadi və maliyyə məqsədlərimizə fəal əməkdaşlıq və qarşılıqlı dəstək vasitəsilə nail olmaqdır.

- Cənab Prezident, bilirəm ki, hətta indi digər çağırışlarla yanaşı, sizin ölkəniz müəyyən ərazi mübahisəsi ilə üz-üzə qalıb. Əlaqəlilik, infrastruktur, daha yaxşı mühitin qurulması və iqtisadiyyatın insanlarla alyansı Sizə bu problemi çözmək üçün fürsət tapmağa imkan verəcəkmi?

- Mən əminəm ki, bu, bizim iyirmi ildən artıqdır işğal altında qalan torpaqlarımızın azad edilməsi üçün ən effektiv yollardan biridir. Müstəqilliyimizin ilk illərində biz Ermənistanın təcavüzünə və işğalına məruz qaldıq. Bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi, torpaqlarımızın iyirmi faizi işğal altındadır. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və iyirmi beş il bundan əvvəl qəbul olunan dörd qətnaməsinə baxmayaraq, onlar icra olunmur. Buna görə də biz hədəfimiz olan ərazi bütövlüyümüzün bərpa edilməsi və bir milyondan artıq insanın evlərinə qayıtması üçün daha güclü, daha uğurlu və daha effektiv olmalıyıq. Buna görə də özümüzü təminetmə, öz resurs və ehtiyatlarımıza arxalanma siyasətimiz artıq bizi uğura aparır. Biz indi yaşayış standartlarını artırırıq, bizim yaxşı beynəlxalq nüfuzumuz var. Qeyd etdiyim kimi, biz demək olar ki, 250 milyard dollar investisiya cəlb etmişik. Biz hərbi potensialımıza çoxlu sərmayə yatırmışıq və öz qonşularımızla çox uğurlu əməkdaşlıq formatını yaratmışıq. Beləliklə, torpaqlarımızın işğalını davam etdirən ölkə bütün bunları qiymətləndirməlidir. Başa düşməlidir ki, onlar da bu böyük əməkdaşlıq formatının bir tərəfi ola bilərdi, yəni, enerji, neft-qaz, nəqliyyat, bağlılıq layihələrindən asılı olub-olmayaraq. Bütün bu layihələr onlardan yan keçir, bir səbəbə görə: səbəb işğaldır. İşğala son qoyulsa, onda əlbəttə ki, bizim regionumuzda daha geniş beynəlxalq əməkdaşlıq və davamlı sülh olardı.

- Beləliklə, cənab Prezident, iqtisadi gücün və ölkənizin beynəlxalq arenada nüfuzunun artmasının Sizə bu problemin həllində kömək edəcəyinə inanırsınızmı?

- Tamamilə belədir. Biz nəticələri görürük, biz müsbət dinamikanı görürük və səmimi desəm görürük ki, beynəlxalq təşkilatların qətnamələri icra olunmur və buna görə cəza olmur. Dünyada aparıcı beynəlxalq təşkilat olan BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı qətnamə qəbul edir, lakin münaqişə həllini tapmır, qətnamələr icra olunmur. Buna görə də biz əlbəttə ki, beynəlxalq hüquqa arxalanmalıyıq, lakin, eyni zamanda, biz daha güclü olmalıyıq. Biz iqtisadi cəhətdən daha güclü olsaq, biz siyasi cəhətdən də daha güclü olacağıq. Biz milli maraqlarımıza əsaslanan müstəqil xarici siyasət yürüdə biləcəyik. Həmçinin biz xarici borcumuzun azalması üzərində çox işləmişik. Bu gün bu borc ümumi daxili məhsulun 19 faizi səviyyəsindədir. Bu da yaxşı göstəricidir. Lakin daha yaxşı göstərici xarici borcumuz və ehtiyatlarımız arasında olan nisbətdir. Bu nöqteyi-nəzərdən bizim sərbəst konvertasiya olunan valyuta ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur. Başqa sözlə, biz xarici borcumuzu bir neçə aya ödəyə bilərik və biz iqtisadi nöqteyi-nəzərdən heç bir ölkədən asılı deyilik.

- Mən görürəm ki, Siz öz nailiyyətlərinizlə çox fərəhlənirsiniz. Lakin dünyamız çox fərqli dünyadır. Çünki qeyd etdiyiniz strateji düşüncələrə əsasən gündəlik olaraq müəyyən seçimlər etməlisiniz. Siz qloballaşmanı necə görürsünüz? Bu, artıq bir zarafat deyil və bir çox məqamların təzahürüdür. Cənab Prezident, bu böyük dəyişiklik xəritəsində Siz öz ölkənizi necə görürsünüz? Sizin və ölkəniz üçün olan düzgün yeri necə tutmaq olar?

- Düşünürəm ki, Azərbaycan təcrübəsi, bizim əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir. Biz o qədər də sabit olmayan bir regionda yaşayırıq. Sərhədlərimizə yaxın zonada gərgin vəziyyət müşahidə olunur. Biz yeni münaqişə mənbələrini, yeni risk mənbələrini görürük. Buna görə də bizim əsas məqsədimiz Azərbaycanı potensial risklərdən qorumaqdır. Bunun üçün bayaq da qeyd etdiyim kimi, biz daxildə güclü olmalıyıq. Bunun üçün bizim qonşularımızla yaxşı münasibətlərimiz olmalıdır və bizim belə münasibətlərimiz var. Həmçinin dünyanın aparıcı mərkəzləri ilə də yaxşı münasibətlərimiz olmalıdır.

- Siz nəyi nəzərdə tutursunuz?

- Mən aparıcı ölkələri, aparıcı iqtisadiyyatları, dünya gündəmini müəyyən edən ölkələri, beynəlxalq sülh və təhlükəsizliyin asılı olduğu siyasət yürüdən ölkələri nəzərdə tuturam. Düşünürəm ki, biz milli maraqlarımızın, milli kimliyimizin, müstəqilliyimizin çox güclü müdafiəsi və eyni zamanda, qeyd etdiyim ölkələrlə yaxşı iş münasibətləri arasında balansı tapa bilmişik. Qonşularımızla münasibətlər prioritetdir, çünki biz regionda yaşayırıq. Lakin, eyni zamanda, bizə daha böyük gündəlik lazımdır. Çünki Azərbaycan coğrafi nöqteyi-nəzərdən böyük ölkə deyil. Lakin regionda edə bildiklərimiz, hansı töhfələri verə biləcəyimiz nöqteyi-nəzərindən biz coğrafiyamızdan daha böyüyük.

- Bu balansı tapmaq üçün Sizdən nə tələb olunur? Biz artıq bunun müsbət və mənfi tərəflərini on illərdir ki, görmüşük. Lakin Sizə və ölkənizə ən yaxşı balansı tapmaq üçün nə lazımdır? Yeri gəlmişkən, bunu tapmaq o qədər də asan deyil. Siz bu balansa necə nail olursunuz?

- Daxili və iqtisadi siyasət baxımından, əlbəttə, düşünürəm ki, bizim nailiyyətlərimizdən biri neft və qazdan əldə etdiyimiz gəlirlərin düzgün idarə edilməsinə nail olmağımızdır. Neft bizim iqtisadiyyatımıza, bizim xalqımıza, bizim infrastruktura, sosial problemlərin həllinə böyük dəstək olub. Bu kimi işlərin aparılması çox düzgün idi. Biznes dairələri, investorlarla qarşılıqlı fəaliyyət nöqteyi-nəzərindən biz çox yaxşı investisiya mühiti yaratdıq. Biz demək olar ki, 250 milyard dollar həcmində investisiya cəlb etdik.

- Bəs, geosiyasi baxımdan necə? Bu, çox vacibdir, Sizin iqtisadiyyatınız çox yaxşı fəaliyyət göstərir, yaxşı gəlirləriniz var, onları düzgün yerlərə yatırırsınız. Biz hamımız bunu başa düşürük. Lakin daha mürəkkəb məsələ var?

- Mən sizin dediyiniz suala gəlirəm. Lakin ölkə daxilində gördüyümüz işlərdən başlamaq istəyirəm. Düşünürəm ki, ölkələrlə, qonşularımızla, tərəfdaşlarımızla qarşılıqlı əlaqə baxımından uğurlu siyasətin, bəzən tarazlaşdırılmış siyasətin səbəblərindən biri odur ki, biz həmişə işimizə sadiq olmuşuq. Bəzən bizim tərəfdaşlar, qonşularımız bizimlə razılaşmaya bilər. Bəzən bizim işlərimiz onların xoşuna gəlməyə bilər. Lakin onlar həmişə bilirlər ki, biz dediyimizi həmişə edirik. Onlar bilirlər ki, imzamızla sözümüz eynidir. Biz heç vaxt heç kimi məyus etməmişik. Buna görə də bu, artıq etimad məsələsidir və Azərbaycan böyük etimad qazanan ölkədir. Bayaq da qeyd etdiyim kimi, digər ölkələrlə qarşılıqlı fəaliyyətdə bizim siyasətimiz müsbət ssenariyə əsaslanır. Biz müsbət tərəfdaş, dost olmaq istəyirik. Biz imkanımız olduqda kömək etmək istəyirik. Bu kömək vasitəsilə biz çox güman ki, müəyyən çətinliklərdən fayda götürməkdən daha çoxuna nail oluruq. Buna görə düşünürəm ki, Azərbaycan artıq müstəqil xarici siyasəti olan ölkə kimi tanınır və daxili sabitlik, iqtisadi inkişaf bizə bu gücü verir. Eyni zamanda, biz hər hansı bir ölkəyə zərər vurmuruq. Biz, sadəcə, daha yaxşı münasibətlər qurmaq, daha çox iş görmək, insanlarımıza daha yaxşı şərait qurmaq istəyirik, sülh və harmoniya içində yaşamaq istəyirik.

- Cənab Prezident, dediyiniz kimi, ölkəniz coğrafi baxımdan çox əhəmiyyətli strateji mövqeyə malikdir. Sizin mühüm qonşularınız var: Rusiya, Çin və digər ölkələr. Avropa da Sizin üçün çox güclü potensialı olan qonşudur. Eyni zamanda, ABŞ-ın son günlər və illər ərzində çox fərqli mövqeyinin şahidisiniz. Cənab Prezident, elə bir zamandır ki, hamı bu mühitdə öz yeri üzərində düşünür. Hansı böyük ideyaları dəstəkləmək lazımdır? Ölkə daxilinə nə dərəcədə diqqət yetirmək zəruridir? Dünyaya nə dərəcədə açıq olmaq lazımdır? Maraqlarımız digərləri ilə nə dərəcədə üst-üstə düşür? Onlardan mənim payıma düşən nədir? Bütün bu suallar bir-biri ilə bağlıdır. Lakin lider kimi, ola bilsin, Siz bu haqda hər gün düşünürsünüz. Bu gün siyasi rəhbərin ən vacib keyfiyyətlərini nədə görürsünüz? Gələn nəsil liderlər üçün məsləhətiniz nə olardı?

- Əlbəttə ki, dünya dəyişir, regionumuz dəyişir, bir çox hadisələr baş verir. Siz onları beş il əvvəl heç təsəvvür edə bilməzdiniz. Buna görə, hesab edirəm ki, hər bir lider hadisələri izləməlidir və baş verənlərə hər zaman diqqətli olmalıdır. Biz bir və ya iki ildən sonra dünyada nəyin baş verəcəyini bilmirik. Lakin bugünkü geosiyasi mühitə gəldikdə, fikrimcə, biz həmin mühitdə öz yerimizdə qərarlaşmışıq və bu mövqe bizi qane edir. Beynəlxalq siyasət nöqteyi-nəzərindən, əsas məqsədimiz elə bir xarici siyasətdən ibarətdir ki, onun ölkənin daxili vəziyyətinə müsbət təsiri olsun, bütün növ riskləri azaltsın. Zənnimcə, biz buna nail olmuşuq, çünki Azərbaycanda insanlar dinc şəraitdə yaşayır və ölkə sabitdir. Biz gələcəkdə nəyin olacağını bilmirik.

- Qeyri-müəyyənlik Sizi çəkindirirmi? Yaxud, bu, Sizi həvəsləndirirmi? Bu cür hallar, eyni zamanda, həm çağırış, həm də imkanlar deməkdir?

- Xarici siyasətin və mühitin bizə təsir göstərməsi baxımından düşünürəm ki, bu gün malik olduğumuz yetərlidir. Siz hər zaman daha yaxşı hal üzərində fikirləşə bilərsiniz. Hər zaman, hesab edə bilərsiniz ki, beynəlxalq vəziyyət sizin üçün daha üstün ola bilər, lakin buna nail olmaq üçün siz, həmçinin ürəkdən çalışmalısınız. Əgər siz oturub gözləsəniz, bu, heç zaman baş verməyəcək. Hazırda fikirləşirəm ki, ətrafımızda formalaşan beynəlxalq vəziyyət pisləşməsin. Bu, məni narahat edir. Əgər o, yaxşılaşarsa və biz onu daha da yaxşılaşdırsaq, töhfə versək, lap yaxşı. Lakin əgər bu, baş verməsə, onda bu gün olduğumuz vəziyyətdə qalsaq yaxşıdır, çünki Azərbaycan üçün bu günün beynəlxalq mühiti, fikrimcə, ən münasibdir və ən yaxşısıdır. O, bizə daxili məsələlərə, hələ də mövcud olan daxili problemlərə, onların dinc şəkildə həllinə diqqəti yönəltməyə imkan verir. Sizin müxtəlif ölkələrlə çətinlikləriniz, anlaşılmazlıq, toqquşmalar, qarşıdurmalar olanda, bu, sizin diqqətinizi başqa istiqamətə çəkir və sizə daxili məsələlərinizlə daha çox məşğul olmağa imkan vermir. Mənim üçün, bir Prezident kimi, ən vacibi xalqın gündəlik həyatı, iqtisadiyyatımız, sənayemiz, sosial problemlərimizin həllidir. Xarici siyasətimiz onun qoruyucusudur, ona zəmanət yaradır. Bu günə qədər siyasətimiz uğurlu olub. Lakin gələcəkdə nə baş verəcəyini gələcəyin özü göstərəcək.

- Cənab Prezident, Çin Prezidenti Si Cinpin ötən ilin sonunda Sizin ad gününüz münasibətilə Sizə təbrik məktubu göndərdi. Əminəm ki, Siz o məktubu lazımi qaydada aldınız.

- Bəli, əlbəttə.

- Bu, təbii ki, Sizin və tərəfdaşlarınızın müxtəlif sahələrdə göstərdiyi səylərin təzahürüdür. Məsələn, “Bir kəmər, bir yol” təşəbbüsü. Bu təşəbbüsün də müxtəlif təfsiri və qavranılması var. Çinin təşəbbüsü kimi qarşılanan həmin layihə, əslində, regional təşəbbüs olub. O, daha çox tərəfdaşlar tərəfindən irəli sürülmüş platformadır. Siz, Azərbaycan Prezidenti kimi necə düşünürsünüz, bu platforma Sizə nə verə bilər? Onun sayəsində Siz nəyə nail ola bilərsiniz?

- Haqlısınız, Prezident Si Cinpin, nəzakətlilik göstərib mənə ad günüm münasibətilə təbrik məktubu göndərdi. Mən də hər zaman onu doğum günü münasibətilə təbrik edirəm.

Çinə bir neçə il öncə çox uğurlu rəsmi səfərimi, Prezidentlə söhbətimi xatırlayıram. Yeri gəlmişkən, biz bir neçə mühüm sənəd imzaladıq və onlar əməkdaşlığımız üçün yaxşı çərçivə yaradır. Əlbəttə ki, səfərim və digər görüşlər zamanı biz “Bir kəmər, bir yol” təşəbbüsünü müzakirə etdik. Azərbaycan onu tam dəstəkləyir və Azərbaycanın bu təşəbbüsünün və layihənin çox fəal üzvünə çevrilməsi üçün biz əlimizdən gələni etmək istəyirik. Fikrimizcə, biz nəqliyyat şəbəkəsini Avropaya qədər uzatmışıq və Bakı-Tbilisi-Qars dəmir yolunu çəkməklə xətləri birləşdirdik. Lakin Çindən Avropaya doğru başlayan daşımaların çox sayda istiqamətləri var. Buna görə, biz bu prosesdə daha yaxından iştirak etmək arzusundayıq. Bu məqsədlə, əlbəttə ki, Mərkəzi Asiyada, Gürcüstanda, Türkiyədə və Avropadakı tərəfdaşlarımızla işləyirik. Təbii ki, əsas məqsədimiz Çindən yükləri qəbul etməkdən və onların daşınmasını təmin etməkdən ibarətdir. Azərbaycan daxilində hər şey hazırdır. Hazırda Azərbaycan Xəzər dənizində ən böyük donanmaya malikdir. Bu, əsasən, tankerlər və digər yük gəmiləridir. Onlar Şərqdən Qərbə və geriyə malları daşıyırlar. Əlbəttə ki, daha çox Çin şirkətlərinin Azərbaycanda işlədiyini, ölkəmizə sərmayə qoyduğunu, yeni imkanlar tapdıqlarını görmək istərdik. Beləliklə, “Bir kəmər, bir yol” bizim üçün həqiqətən çox əhəmiyyətli layihədir. Biz onu qəti şəkildə dəstəkləyirik və onun çatışmayan hissəsinin yaradılmasına töhfə vermişik.

- Çatışmayan hissə dedikdə nəyi nəzərdə tutursunuz?

- Mən Bakıdan başlayan və Türkiyəyə gedən dəmir yolunu nəzərdə tuturam, çünki əvvəllər bu əlaqə yox idi və Asiyadan gələn yüklər Azərbaycan üzərindən Gürcüstanın Qara dənizdəki limanına daşınırdı. Türkiyəyə dəmir yolunun çəkilməsi ilə yüklər artıq Aralıq dənizinin sahilinə çatdırılır və eyni zamanda, dəmir yolu ilə birbaşa Avropaya daşınır. Buna görə, o, xərclərə qənaət, vaxt baxımından sürətli daşınma və bizim üçün daha çox gəlirin əldə olunması deməkdir.

- Siz daha çox diqqət yetirirsiniz...

- Nəyə?

- İndicə qeyd etdiyiniz infrastruktur imkanlarına diqqət yetirirsiniz.

- Bəli, birmənalı olaraq. Bakı–Tbilisi–Qars dəmir yolu xətti 2017-ci ilin sonunda açıldı. Bakının dəniz limanı ərazisində böyük mərasim təşkil edilmişdi və biz birinci yükü yola saldıq. Yeri gəlmişkən, biz, həmçinin Çindən yükləri artıq qəbul etməyə başlamışıq.

- Lap yaxşı. Cənab Prezident, mənim sualım var. Adətən yeni ideya irəli sürüləndə və xüsusən də bu addımı yeni formalaşan və inkişaf edən ölkə atanda ona o qədər inamla yanaşmırlar. Bununla bağlı araşdırmalar və debatlar gedir. Lakin onun icrası üçün, həmçinin çox sayda həvəsləndirici yollar var. Bu, maraqlı balansdır, elə deyilmi? Yəni, skeptik yanaşma yaradıcı fikirlərlə əvəz edilə bilər. İnkişaf edən ölkənin Prezidenti kimi Siz buna necə yanaşırsınız?

- Əlbəttə, bu, skeptik yanaşmanı doğuran təşəbbüslərdən, layihələrdən asılıdır. Deyə bilərəm ki, Azərbaycanın başlatdığı və ya qoşulduğu bütün layihələr bizim tərəfdən tamamlanıb. Azərbaycandan Aralıq dənizinə boru kəmərinin çəkilməsi haqqında düşünməyə başlayanda bizim də ətrafımızda çox skeptik yanaşma müşahidə olunurdu. Bunun mümkünsüz olacağı, heç zaman baş verməyəcəyi ilə bağlı çoxsaylı spekulyasiya, təhlillər və məqalələr oldu. Lakin bu, baş verdi.

- Siz həmin şərhlərə necə baxırsınız?

- Bilirsiniz, onlardan bəziləri, sadəcə, informasiyanın çatışmadığı, mümkünsüz görünən bu layihəni icra etməkdə qətiyyətimiz barədə məlumatın olmaması ilə bağlı idi. 2000-ci ilin əvvəlində həmin layihəni başladığımız zaman Azərbaycan bu gün olduğu qədər güclü deyildi. O vaxt biz xarici maliyyə dəstəyindən çox asılı idik. Skeptik ideyaların çox böyük qismi qeyri-ədalətli yarışma cəhdləri ilə bağlı idi. Mən bunu bu cür diplomatik formada təsvir edirəm. Buna görə, biz cavab tədbiri görmədik. Biz bildirdik ki, görəcəyimiz işlə cavab verəcəyik. Biz nəticələrlə cavab verməli idik. Bakı ilə Aralıq dənizindəki Ceyhan arasında uzunluğu təxminən 2 min kilometr olan boru kəməri çəkildikdən sonra hamı gördü ki, biz skeptik düşüncəni darmadağın etdik. Eyni yanaşma, daha böyük layihə olan Cənub Qaz Dəhlizində müşahidə olundu. Bu, 7 ölkəni əhatə edən, təxminən 10-a yaxın beynəlxalq bankın, çoxsaylı şirkətlərin iştirak etdiyi, dəyəri 40 milyard ABŞ dolları olan layihədir. Bu layihəni biz başlatmışıq. Resursların həcmi, kəmərin necə tikiləcəyi, texniki çətinliklər, maliyyə mürəkkəbliyi və digər məsələlərlə bağlı çox skeptik fikirlər var idi. Biz isə dedik: biz bunu başlamışıqsa, bunu edəcəyik. İndi, demək olar ki, həmin layihə tamamlanmaq üzrədir. Buna görə, biz skeptik yanaşmaya sözlərlə deyil, atdığımız addımlarla, gördüyümüz işlə cavab verməliyik. Bundan fərəhlənə bilərik. Hazırda isə həmin layihəyə skeptik yanaşanların səsini artıq eşitmirik.

- Cənab Prezident, bu baxımdan onlara işlərinizlə cavab verməkdə böyük müdrikliyinizi görürəm.

- Sağ olun. Bəli.

- Cənab Prezident, Çin və ölkəniz ikitərəfli ticarət üzərində çalışıblar. Bu günə olan məlumata görə, Azərbaycanla ticarət aparan ölkələr arasında Çin hələ ki, iyirmi beşinci yerdədir. Bilirəm ki, Siz və Çin rəhbərliyi daha yaxşı iqtisadi və ticari əlaqələr yaratmaqda çox israrlısınız. Cənab Prezident, bu sahəni necə inkişaf etdirmək olar və insanlar arasında onların gündəlik həyatına müsbət təsir göstərəcək təmasları necə artırmaq olar? Regionunuzun daha cəlbedici olması üçün nə etmək lazımdır? Bu, həm Sizi, həm digər region rəhbərlərini maraqlandıran sualdır...

- Bəli, haqlısınız. Biz bunun üzərində işləyirik. İnsanlar arasında təmaslara gəldikdə, bu yaxınlarda biz Çin vətəndaşları üçün viza məhdudiyyətlərini aradan qaldırmışıq. Hazırda Azərbaycana səfər etmək istəyən hər kəs öz evindəki kompüter vasitəsilə maksimum üç gün və hətta bəzən bir neçə saat ərzində elektron viza ala bilər. Bu, tərəfdaşlığımızın təzahürü olaraq, Çin vətəndaşlarının ölkəmizə səfərləri üçün daha yaxşı imkanların yaradılmasına görə edilmişdir. Ticarətimizi inkişaf etdirmək məqsədilə biz bir neçə ixrac missiyalarını Çinin müxtəlif bölgələrinə göndərmişik. Artıq yaxşı nəticələrimiz var. Biz Çində Azərbaycan şərabları evlərini açmışıq. Biri Şanxaydadır, digəri isə başqa şəhərdədir. Çində təşkil olunan böyük sərgilərdə dövri olaraq öz kənd təsərrüfatı məhsullarımızla iştirak edirik. Biz çinlilərə nailiyyətlərimizi göstərmək istəyirik və mallarımız üçün çox böyük, əhəmiyyətli, cəlbedici bazara çıxışı əldə etmək arzusundayıq. Eyni zamanda, qapılarımız Çinin iş adamları üçün açıqdır. Artıq söylədiyim kimi, biz onları daha çox sərmayədar, ticarət aparan tərəf, podratçı kimi görmək istərdik. İşləyəcəyimiz daha çox sahələr var. Əlbəttə ki, Azərbaycanda, həmçinin onun enerji sektorunda işləyən Çin şirkətləri var. Lakin hesab edirəm ki, bu, istədiyimiz qədər deyil. Bu, xüsusən də podratçı və ticari layihələrə aiddir. Fikrimcə, biz bunu birgə etməliyik və bizim üçün bu, əsas prioritetlərdən biridir. Biz bu yaxınlarda ticarət nümayəndəliklərini yaratmağa başlamışıq. Azərbaycanın ilk ticarət nümayəndəliklərindən biri Çində açıldı. Bütün bunlar ticarət sahəsində güclü tərəfdaşlığı qurmaqda, insanlar arasında təmasların yaradılmasında iradəmizi nümayiş etdirir. Bu isə, avtomatik olaraq, həyatımızın bütün başqa sahələrinə müsbət təsir göstərəcək.

- Cənab Prezident, dünyada böyük dəyişikliklər baş verir. Siz bunu əvvəldə dediniz. Siz rəhbərin, yəni, ölkə rəhbərinin qlobal səviyyədə ən mühüm keyfiyyətini nədə görürsünüz? Mən burada böyük praqmatik yanaşmanın şahidiyəm. Sizin gərgin fəaliyyətinizdən məlumatlıyam. Cənab Prezident, rəhbərin ən mühüm keyfiyyəti hansıdır?

- Fikrimcə, bir neçə çox əhəmiyyətli məsələ var. Xatırladığım birinci məsələ uzunmüddətli inkişaf strategiyasının planlaşdırılmasıdır. Yəni, səyləri yalnız siyasi gündəlikdə duran tədbirlərlə məhdudlaşdırmaq lazım deyil. Siz xalqınızın 20 və ya 30 ildən sonra ölkənizi hansı səpkidə görmək arzusuna bələd olmalısınız və həmin məqsədə çatmaq üçün bu gün nə edəcəyinizi bilməlisiniz. Başlanğıcda biz uzunmüddətli infrastruktur haqqında danışırdıq. Bundan çox vaxt keçir. Lakin bu gün o, artıq öz nəticələrini verir. Fikrimcə, bu işlər, ilk növbədə, vacibdir. İkinci ən mühüm məsələ xalqa heç zaman yalan danışmamaq. Heç zaman həqiqət olmayan məsələni deməmək və icra edə bilməyəcəyiniz vədləri verməməkdir. Mənə gəldikdə, mən çalışıram və hesab edirəm ki, bu meyarlara cavab verməyi bacarıram. Eyni zamanda, səni tənqid edənlərə nail ola biləcəyin işlərlə cavab verməlisən. Əgər sənin haqqında danışan və yazan, səni tənqid edən və hücum çəkən hər kəsə cavab versən, sadəcə, vaxtını itirəcəksən, özünü o səviyyəyə salacaqsan. Lakin cavabını işlərinlə göstər. Biz, fikrimcə, buna nail olmuşuq və skeptik düşüncədə olanların hamısına, bilərəkdən bu cür davrananlara, səylərimizi sual altına almağa, qarşımızda maneə yaratmağa çalışanlara belə cavab verdik. Biz Bakıya gələn hər kəsə bunu göstəririk və onlar bilir. Onlar paytaxtın gözəlliyinin şahidi olur, bölgələrə gedirlər və nəticələri görürlər. Hesab edirəm ki, bu iki məsələ həm ölkə, həm liderin özü üçün vacibdir. Əgər o, istəyirsə ki, xalq ona inansın, etimad etsin, dəstəkləsin, bu iki məsələ hər zaman liderin gündəliyində olmalıdır.

- Sözlər deyil, işlər daha güclüdür. Cənab Prezident, Sizinlə görüşməkdən çox məmnun oldum. Sizə Davosda böyük uğurlar arzu edirəm.


- Sağ olun.

Qeyd edək ki, sonra Prezident İlham Əliyev CGTN televiziya kanalının xatirə kitabına ürək sözlərini yazdı.
"Bravo"-dan alınmış yeməkdən görün nə çıxdı? - BİABIRÇILIQ - FOTO"Bravo" supermarketlər şəbəkəsində xoşagəlməz hadisə yaşanıb.

Anews.az xəbər verir ki, "Bravo" supermarketindən alınan kökənin içindən plastik şüşə çıxıb. Bu barədə blogger Bəxtiyar Hacıyev sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, bu kimi hallarla tez-tez rastlaşıb, lakin bunu ictimiləşdirməyib:

"Caspian Plaza ilə üz-üzə Bravo Supermarket-dən bir dəfə salat almışdım, xarab çıxdı, dinmədim. Yaxın günlərdə dilimlənmiş və paketlənmiş meyvə almışdım, bir-iki dilim yeyəndən sonra xarab olduğunu görüb dinmədim. Bu səhər göbələkli kökə almışam, içindən barmaq ucu boyda plastik şüşə çıxıb. "Bravo", sənə, Bravo!", - deyrək iradını bildirib.

O, həmçinin başqa bir müştərinin də aldığı məhsuldan narazı olduğunu qeyd edib:

"Kassada bir qadın etiraz edir ki, toyuq iylənib. Deyir ikinci dəfədir. İndi şikayət yazır. İkinci fotoda onun şikayətidir, icazə alıb, çəkmişəm", - deyə blogger vurğulayıb.
"Bravo"-dan alınmış yeməkdən görün nə çıxdı? - BİABIRÇILIQ - FOTO
"Bravo"-dan alınmış yeməkdən görün nə çıxdı? - BİABIRÇILIQ - FOTO
Mədət Quliyevin sosial şəbəkələrdə heç bir səhifəsi yoxdur - DTX-dan AÇIQLAMASosial şəbəkələrdə, o cümlədən Facebook-da Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyevə aid olduğunu bildirən saxta səhifələrin yaradılmasına cəhdlər müşahidə olunub.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Bununla əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi bildirir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyevin sosial şəbəkələrdə heç bir səhifəsi, profili və akkauntu mövcud deyil:

"Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin adından sosial şəbəkələrdə yaradılmış bütün səhifələr saxtadır!

Bir daha diqqətə çatdırılır ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinin adından, eləcə də Dövlət Təhlükəsizliyi Xidmətinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır!

Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi www.dtx.gov.az səhifəsindəki DTX-nin rəsmi Facebook, Twitter və Youtube hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud həmin rəsmi səhifə və kanallara abunə yazılmaqla məlumatları əldə etmək olar".

İsmayıllıda nişanlı qız itkin düşübİsmayıllı rayonu İsmayıllı kənd sakini 1996-cı il təvəllüdlü Babayeva Aynurə Alik qızı yanvar ayının 16-da evdən çıxıb bir daha geri qayıtmayıb.

Oxu.Az-ın məlumatına görə, qızın anası Babayeva Tamilə bildirib ki, Aynurə bir ilə yaxındır öz istədiyi oğlanla nişanlıdır.

Qızının sakit təbiətli olduğunu deyən ana gələcək həyat yoldaşı ilə münasibətinin yaxşı olduğunu bildirib.

O qeyd ki, qızında son günlər dəyişiklik hiss edirdi. Aynurənin telefonunu dəyişdiyini deyən ana, qızının yeni telefonla çox danışdığını bəzən isə özünə qapanıq olduğunu vurğulayıb.

Aynurə sonuncu dəfə evdən çıxarkən nişanlısına mesaj yazaraq halallıq istəyib.

Hadisə ilə bağlı ailə hüquq-mühafizə orqanlarına müraciət edib.
Ayyət Əhməd Elçin Mirzəbəylinin şeirini fransız dilinə tərcümə etdiMüasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Elçin Mirzəbəylinin "Sən qoyduğun küncdə..." şeirini təqdim edirik. Ədibin qələmə aldığı bu şeir öz orjinallığı, fəlsəfi və poetik gücü ilə fərqləndiyi üçün onu əcnəbi oxuculara çatdırmaq istədik. Bu məqsədlə şairin bu şeirini fransız dilinə tərcümə etdik:

"Sən qoyduğun küncdə..."


Bir bilsən nə qədər yorğunam, Allah,
Alan yox bu yükü çiynimdən mənim...
Ruhum əzab çəkir bu dar bədəndə,
Soyundur bu ömrü əynimdən mənim...

Quruyub dodağım, quruyub dilim...
Qalmışam kimsəsiz, tək, ayaq üstə.
Daha zamanın da əyilib beli
Di götür şəklini çək ayaq üstə.

Verdiyin ömrü də yormuşam, Allah,
Vaxtın qələmini qırmışam, Allah.
Sən qoyduğun küncdə durmuşam, Allah,
Əlləri havada, tək ayaq üstə.....

Nous présentons la poésie appelée "Dans le coin où tu m' a mis..." » de Eltchin Mirzebeyli - une preséntable poète de la poésie moderne de l’Azerbaïdjan . Cette poésie se caractérise avec son orginalité et sa force philosophique et poétique. De ce point de vue, nous avons voulu le faire parvenir aux lecteurs étrangers. Et nous avons traduit cette poésie de ce poète en français .

"Dans le coin où tu m' a mis..."

Dieu, si tu sais, je suis si fatiguė que...
Personne ne prend ce fardeau de mon ėpaule, encore...
Et mon âme souffre dans ce corps etroit,
Enlève cette vie de mon corps... !

Mes levres et ma langue ont seché...
Et je suis résté seul, mais debout.
Déja, "le dos du temps" s'est courbé,
Alors, dessine son image etant débout !

Dieu, j' ai assomé la vie donné par toi, chaque jour.
J’ai cassé "le crayon du temps", dieu.
Je suis resté dans le coin où tu m' a mis, dieu,
Les mains en air et sur un pied comme toujour...

Tərcümə etdi: Ayyət Əhməd
Traducteur: Ayyat Ahmad
Ayyət Əhməd Elçin Mirzəbəylinin şeirini fransız dilinə tərcümə etdi
Azyaşlını dəfələrlə zorladı - SabirabaddaSabirabad rayonunda azyaşlı oğlana təcavüz etməkdə təqsirli bilinən Mərdan Məmmədov barəsindəki (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işinə baxılıb.

Publika.az xəbər verir ki, məhkəmə prosesində məlum olub ki, Mərdan Məmmədov həmyerlisi Rasim Səmədova (azyaşlı olduğu üçün ad şərtidir) qarşı təcavüz edib. Mərdan Rasim ilə birlikdə yolda gedərkən onunla cinsi əlaqədə olmaq istəyib.

Meşədə cinsi əlaqə


Bu zaman Mərdan Rasim ilə qeyri təbii yolla cinsi əlaqədə olmaq istədiyini deyib. Mərdanın dediklərini anlamayan azyaşlı onunla razılaşıb.

Azyaşlının razılaşdığını görən Mərdan onun meşə ərazisinə aparıb. Orada azyaşlının soyunduraraq, onunla qeyri təbii yolla cinsi əlaqədə olub.

Cinsi əlaqədə olan zaman azyaşlı ağrıların təsirindən ona müqavimət göstərib. Amma Mərdanın müqavimətini sındıra bilməyib.

Seksual hərəkət və hədə-qorxu


Mərdan niyyətini başa çatdırandan sonra azyaşlıya hədə-qorxu gəlməyə başlayıb. O, azyaşlıdan baş verənləri heç kimə deməməyi tapşırıb.

Əks halda Mərdan azyaşlının anasını və atasını öldürəcəyini söyləyib. Azyaşlıda valdeynlərinin öldürülməsindən qorxuya düşüb. Bu səbəbdən meşədə baş verən olayı heç kimə danışmayıb.

Çöllükdə iyrənc əməl


Növbəti dəfə Mərdan Rasimi cinsi əlaqədə olmaq üçün çöllük əraziyə aparıb. Orada cinsi əlaqədə olan zaman onun bu iyrənc hərəkətini görən olub.

Bundan sonra azyaşlının valideynləri hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında Mərdan həbs edilib.

İstintaq orqanı tərəfindən Mərdan Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan edilib.

7 il 6 ay həbs


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mərdan Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Mərdan Məmmədovun barəsində olan hökmdən apelyasiya şikayəti verilib.

Mərdan Məmmədovun barəsində olan hökmün dəyişdirilməsini, ona daha yüngül cəza verilməsini xahiş edilib.

Hökm narazılıq yaratdı


Bu şikayətə Şirvan Apelyasiya Məhkəməsində hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada baxılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Mərdan Məmmədovun barəsində verilən apelyasiya şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Mərdan Məmmədovun vəkili kasasiya şikayəti verib. Vəkil müvəkkili barəsində olan hökmün ləğv edilməsini, ona Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Seksual manyakın istəyi reallaşmadı


Vəkilin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət araşdırılması üçün hakim Gülzar Rzayevanın icraatına verilib.

Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti belə nəticəyə gəlib ki, birinci instansiya məhkəməsi Mərdan Məmmədovun ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada aşağı həddə cəza təyin olunub.

Bu səbəbdən hakim heyəti Mərdan Məmmədovun barəsində verilən kasasiya şikayətini təmin etməyib.
71 yaşlı qadın 17 yaşlı oğlanla evləndi - Oğlunun yasında tanış olub..."Bədbəxtlik içində xoşbəxtliyimi tapmışdım sanki"

İngiltərədə yaşayan 72 yaşlı qadın öz oğlunun dəfn mərasimində tanış olduğu gənc oğlanla evlənib.

AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, Almeda adlı 72 yaşlı qadın 35 yaşlı oğlunun dəfn mərasimində 17 yaşlı bir oğlanla tanış olub. Almeda “Mən onu ilk dəfə oğlumun dəfnində gördüm. Özümdən asılı olmadan tez-tez o olan tərəfə baxırdım. Bədbəxtlik içində xoşbəxtliyimi tapmışdım sanki” deyib.

Qadın tanışlıq hekayəsini belə nəql edib: “Dəfndən sonra görüşmək qərarına gəldik. Restoranda oturanda "Mənim 71 yaşım var, sənin 17. Bu sənin üçün çox deyilmi?’ dedim. O isə ‘Bunlar sadəcə rəqəmdir’ dedi. Elə bundan iki həftə sonra da evləndik”.

Hazırda 21 yaşı olan Gray, Almeda ilə münasibətlərinə anası və nənəsinin də dəstək verdiyini deyib.
Telefonunu itirən tələbə özünü öldürdü - FOTO20 yaşı var idi...

İngiltərənin Hertfordshire qraflığında universitetin yataqxanasında Arçi Deya adlı tələbənin meyiti tapılıb.

AzNews.az DailyMail-ə istinadən xəbər verir ki, tələbə Mançesterdəki klublardan birində öz iphone-nu itirir. Dostlarının sözlərinə görə, Arçi bundan çox kədərlənir. Hətta onu hönkürtü ilə ağlayan yerdə görüblər.

Növbəti gün isə onun meyiti Salford universitetinin yataqxanasında tapılıb. O, jurnalistika fakultəsində təhsil alırdı.

Məlum olub ki, Arçi bir müddət depressiyadan əziyyət çəkib. Ailəsinin sözlərinə görə o, heç vaxt özünü öldürmək istəməyib. Onun çoxlu dostları var idi və o, həvəslə təhsil alırdı. Ailəsi düşünür ki, Arçi güclü alkoqolun təsirindən özünü idarə edə bilməyib.

Dostları onun depressiyadan əziyyət çəkdiyini bilsələr də, məsələnin belə ciddi olacağını düşünməyiblər.

Telefonu tapmaq mümkün olmayıb. Arçi polislərə deyib ki, onu soyublar. Lakin, müşahidə kameralarına belə bir hadisə düşməyib, belə bir hadisəni görən də olmayıb.

Əli Abdalov Mehman Hüseynovla barışdı - FOTO - VİDEOPenitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalov həbsdə olan bloqqer Mehman Hüseynovla barışıb.

“Report” xəbər verir ki, bununla bağlı videoda Ə.Abdalov və M.Hüseynov arasında səmimi söhbət aparıldığı görünür.

Xatırladaq ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb. Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.

Ötən il dekabrın dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bildirib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanmışdı.

Bir qrup hüquq müdafiəçisi, eləcə də Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mehman Hüseynov onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi üçün dövlət başçısına müraciət edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman olduğu kimi ədalət və humanizm prinsiplərini önə çəkərək həmin müraciətləri nəzərə alıb və cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyə edib. Azərbaycan Respublikasının Prezidentinin tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən istintaq orqanına M.Hüseynovun barəsində hazırda istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verilib. İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.
Tanınmış aparıcı: "Bacımın 2 günlük ömrü qalıb"Tanınmış aparıcı Zamirə Dadaşova ağır günlər yaşayır. Aparıcının xərçəng xəstəliyindən əziyyət çəkən bacısının vəziyyəti ağırdır.

O, hər şeyin bitdiyini deyib:

"Xəstəxanadan evə gəlmişik. Artıq hər şey bitdi. Bacım iki günlük qonağımdır”.

Qeyd edək ki, Z.Dadaşova AzTV və "Space” kanallarında aparıcı kimi çalışıb.

Yenicag.az