Əhməd Əhmədzadə sabiq deputatı 200 min dollar zərərə salıb"İndi də Əhməd Əhmədzadənin Avropadakı mal mülkü haqqında məlumatlar yayırlar. Mənim isə yadıma 15 il əvvəlki hadisələr düşür".

Bu sözləri sabiq deputat Nazim Bəydəmirli sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə, Əhməd Əhmədzadənin hikkəsi üzündən vaxtı ilə 200 min dollar zərərlə qarşılaşıb:

"Hörmətli Əhməd müəllimin hikkəsi və təsiri səbəbindən mənə 2003-2004 cü illərdə 200 min dollardan çox ziyan dəyib. İnvestisiya qoyduğum "Meliorasiya və Su Təssərrüfatı" ASC-nin Əli-Bayramlı (indiki Şirvan) şəhərindəki zavodunu məhkəməyə versəm də, məhkəmə analoqu olmayan qərar verib. Qərara əsasən, qoyduğumuz vəsaitin 25 min manatı və avadanlıqların bir hissəsi geri qaytarılmalı idi. Ancaq o pulu da indiyə qədər ala bilməmişəm...".

Sabiq deputat yazır ki, hətta deputat olan vaxtı bu barədə bir neçə dəfə Əhməd Əhmədzadəyə xatırlatma edib: "Lakin o, zarafata salıb deyirdi ki, "sən varlı adamsan, neyləyirsən o xırda pulu. Get, o direktordan al". Direktor Muxtarov da and-aman edirdi ki, mənlik deyil, Əhməd müəllimlikdir".

Sabiq deputat sonda belə sual edib: "Bu dünyada halallıqdamı yoxdur?".
Diasporla İş üzrə Dövlət Komitəsi yalan məlumat verib?Bir neçə gün öncə Diasporla İş üzrə Dövlət Komitəsi ABŞ-da azərbaycanlı Elçin Xəlilovun qətl hadisəsini diqqət mərkəzində saxladığı və soydaşımızın cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı tədbirlər gördüyü, cənazənin Azərbaycana gətirilməsi xərclərini Azərbaycan Diasporuna Dəstək Fondunun öz üzərinə götürdüyü ilə bağlı məlumat (http://diaspor.gov.az/xeberler/x292.php) dərc edib.

Hətta komitənin əməkdaşları bu məlumatları sosial şəbəkədə ictimailəşdiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsi yalan məlumat verib?
Amma komitənin yaydığı xəbəri o qədər də ciddiliyə almadıq. Axı bu vaxtadək Komitə xaricdə qətlə yetirilən azərbaycanlıların cənazələrinin vətənə gətirilməsi prosesini öz üzərinə götürməmişdi.

Bu gün E.Xəlilovun cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı yayılan xəbərlərdə isə qeyd edilir ki, dostları E. Xəlilovun meyitinin Azərbaycana ekstradisiyası üçün fond yaradıb. Qısa zamanda fonda 35 min dollar pul toplanıb və beləcə mərhumun cəsədi vətənə göndərilib.
Diasporla İş üzrə Dövlət Komitəsi yalan məlumat verib?
Məlumata bir daha aydınlıq gətirməkdən ötrü komitənin saytındakı həmin xəbərin linkinin üstünə vurduq və gördük ki, xəbər silinib.
Diasporla İş üzrə Dövlət Komitəsi yalan məlumat verib?
Xəbərin nədən ictimailəşdirildiyi və sonra silindiyi səbəbləri maraqlıdır... Mərhumun cənazəsinin Azərbaycana gətirilməsi xərcini Komitə öz üzərinə götürüb, yoxsa dostlarının topladığı vəsaiti ilə bu baş tutub?

Qeyd edək ki, Elçin Xəlilov Sumqayıtda 3 saylı orta məktəbi bitirib, 2011-ci ildə Memarlıq və İnşaat Universitetindən məzun olub.

2015-ci ildə qazanc məqsədi ilə ABŞ-a köçən gənc Şimali Karolina ştatında Şərqi Şarlot şəhərində “Fixer Electronic Repair” dükanını açıb. Elçin mobil telefonların satışı və təmiri ilə məşğul olub.

Bu il yanvarın 14-də yerli vaxtla səhər 11 radələrində onun sahibi olduğu mağazadan oğurluq etməyə çalışan şəxs Elçini güllələyərək öldürüb. Cinayətkar mağazadakı bütün pulları götürərək qaçıb. Polis hələ də onun izindədir.

Bakı vaxtı ilə səhər 8:30-da Elçinin cənazəsi Heydər Əliyev adına hava limanına çatdırılıb.

Meyiti qəbul etmək üçün Elçinin qardaşı və yaxın dostları Bakı aeroportuna gediblər. Mərhumun cəsədi dəfn olunmaq üçün doğulduğu Sumqayıt şəhərinə aparılıb. Dəfn mərasimi bu gün günorta saatlarında baş tutub.

Allah rəhmət eləsin!

Avrasiya.net
“Əli Kərimli gəncləri qələbəyə yox, həbsxanaya göndərəcək“Niyaməddin Orduxanlı :“Əli Kərimlinin oğlu İngiltərədə konfort həyat yaşayır. Utanmadan gənclərə deyir ki, siz qələbəyə aparacam. O gənclərdən istifadə edib, yüz minlərlə qran qazanıb”

Milli Şuranın son mitinqi ilə bağlı Avrasiya.net-ə açıqlama verən BAXCP sədrinin müavini, tanınmış QHT sədri , ictimai fəal Niyaməddin Orduxanlı bildirib ki, keçirilən aksiya radikal müxalifət qüvvələrinin birgə aksiyasi idi: Əli Kərimli nifrət etdiyi adamların qapılarını gəzib onlardan xahiş edirdi. Bu da onu göstərir ki, Kərimli yenə xaricdən sifariş alıb. Onu yaxından tanıyan adamlar yaxşı bilir ki, xaricdən sifariş almasa idi, heç zaman Arif Hacılının, İlqar Məmmədovun qapsında boynunu pükməzdi. Əli Kərimlinin dünənki aksiyasi hakmiyyətin də maraqlarına cavab verirdi. Belə olmasa idi, hakmiyyət İsgəndər Həmidovun liderliyi ilə yaradılan təşkilata və Musavat Partiyasına icazə verilmədiyi halda Milli Şuraya da icazə verməzdi. Bilirsiniz ki, AŞPA-da Azərbaycanla bağlı məsələnin müzakirəsi var və bu daha çox iqtidara lazım idi. Əli Kərimli tələbəlik illərindən iqtidarların və müxtəlif xarici dairələrin hər zaman xidmətində olub. ABŞ-ın Milli Demokratiya İnstitunun taşırığı ilə 2003-cü ilin prezident seçkilərində Etibar Məmmədovu müdafiə etməsinə də bu yaxınlarda ən sadiq tərəfdarlarından biri Qorxmaz Əsgərov aydınlıq gətirdi. O yazıb ki, Kərimli xarici tapşırıqla İsa Qəmbəri deyil, Etibar Məmmədovu dəstəklədi. ABŞ səfirinin tapşırığı ilə Ki Uest (Key West) şəhərində Qarabağla bağlı danışıqlar zamanı elan olunmuş mitinqin təxirə salmasını da hamı bilir. Onu hamı tanıyır, heç kim etibar etmir və hər kəs bacardığı formada istifadə edir. Bunları ona görə söyləyirəm ki, bəzi gənclər ola bilsin onu yaxşı tanımır. Onu yaxından tanıyanlar əvvəlkilər kimi xəyal qırıqlığına uğrayacaq. O tərəfdarlarını nəinki qələbəyə aparmayacaq, əksinə onlara yalnız məhrumiyyətlər yaşadacaq. Hər zaman Kərimli bu cür şoular göstərməklə bır sıra gəncləri həyatlarını məhv edib.”

Niyaməddin Orduxanlının sözlərinə görə, bu gün Əli Kərimliyə jurnalsitlər sual verməlidir ki, İngiltərədə yaşayan oğlun ali təhsilini başa vurdugu halda, niyə gəlib öz əsgərlik xidmətini yerinə yetirmir:” Qışqıra-qışqıra deyir ki, sizi qələbəyə aparacam. O gəncləri qələbəyə yox, həbsxanalara göndərəcək. Hər zaman olduğu kimi. Qənimət Zayidov canlı efirdə deyir ki, Əli Kərimlinin oğlu İngiltərədə təhsilini tam başa vurub və orada işə düzəlib.1992-ci il təvəlüdlü oğlu Türkel Kərimli əsgərlik xidmətindən qalmasına Azərbaycanın hüquq-mühafizə orqanları aydınlıq gətirilməldiir. 27 yaşlı bir şəxsin əsgərlikdən yayınması faktı varsa, bunu ictimaiyyət bilməlidir. Ən azından Əli Kərimlinin oğlu fəraridirsə, bunu onun yanında olan gənclər bilməlidir. Öz övladlarının İngiltərədəki unversitetlərə yüz minlərlə avro vəsait ödəyirdi. Oğlunu əsgərlikdən yayındıran bir adamın səmimiyyətinə inanmayın. Bilin ki, bu adam növbəti dəfər həmin gənclərdən, şəxslərdən istifadə edir. Aldığı tapşırığı yerinə yetirir. O insanlara hesabına Kərimliyə yüz minlərlə avro vəsait verəcəklər. O da həmin pulları İngiltərədə konfort həyat yaşayan övladlarına xərcləyəcək...”
Bakü şehitlerinin 29 yıldönümü Belçikada anıldı20 Ocak 1990 Bakü şehitleri 29. Yıldönümünde Belçika’nın Ham şehrinde sergili bir anma töreni gerçekleştirildi. Belçika Azerbaycan Dostluk Cemiyeti Başkanı Ayhan Demirci’nin öncülüğünde gerçekleştirilen sergide Azerbaycanlı Ressam Ali Seiran İmamzade’nin yaptığı o gün ve Azerbaycan kültürüyle ilgili yağlı boya resimleri ilgiyle izlendi.
20 Ocak 1990 Bakü şehitleri 29. Yıldönümünde Belçika’nın Ham şehrinde sergili bir anma töreni gerçekleştirildi. Bilindiği gibi bir müddet önce, bu şehrin Belediye binası önüne Azerbaycan’ın meşhur ‘Karabağ At’ını temsil eden bir at heykelide dikildi.

Belçika Azerbaycan Dostluk Cemiyeti Başkanı Ayhan Demirci’nin öncülüğünde gerçekleştirilen sergide Azerbaycanlı Ressam Ali Seiran İmamzade’nin yaptığı o gün ve Azerbaycan kültürüyle ilgili yağlı boya resimleri ilgiyle izlendi.

BADC Başkanı Ayhan Demirci’nin davetlilerini karşıladığı sergiye Azerbaycan Cumhuriyeti Brüksel Büyükelçisi Fuad İskenderov, Azerbaycan Nato nezdinde Büyükelçi Kaya Mamadov, Ham belediye Başkanı Dirk Devis, BTMB Kurucu Başkanı Hüseyin Dönmez, Gent Türkocağı Onursal Başkanı Recep Tuncer Sarı, Music Club Başkanı İsmail Erdoğdu, CHP Belçika Birliği Gent Temsilcisi Bilal Özcan, Azerbaycan misyon şefleri ve kalabalık davetli katıldı.

Duayen Gazeteci ve Televizyon program yapımcısı Hüseyin Dönmez’in başarılı sunumu ve şehitlere saygı duruşuyla program start aldı. Dönmez Flamanca olarak ’20 Ocak 1990’ yılında o dönemki Rus yöneticilerin katliamlarıyla ilgili tarihi bilgileri aktardı.

BADC Başkanı Ayhan Demirci’nin davetlileri selamlaması ve hoş geldiniz konuşması ardından Büyükelçiler İskenderov ve Mamadov İngilizce, o günkü katliamı anlattılar.

Programa ev sahipliği yapan Başkan Dirk Devis ise, “20 Ocak 1990’ yılında Bakü’de gerçekleşen bu katliamı kınayarak, Azerbaycan halkının ve tüm insanlığın bu tür katliamlardan dersler çıkararak, geleceğe daha barışçıl ve daha özgürlükçü bakmaları gerektiğinin” altını çizdi.

Konuşmaların ardından Ressam Ali Seiran imamzade’nin birbirinden güzel yağlı boya tablolarının incelenmesiyle program verilen ikram ile son buldu.

Belçika Aydın haber olarak bir kez daha bu katliamı kınıyor, Azerbaycanlı şehitlerimize Allah’tan rahmet, Azerbaycan halkına başsağlığı diliyoruz.

www.belcikaaydinhaber.com
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı - 20 nəfər saxlanıldı"Əli Kərimli keçid qaydalarına riayət etməyəcəklərini bildirib"

Bu gün Ümumxalq hüzn günü - 20 Yanvar şəhidlərinin anım mərasimi ilə əlaqədar "milli şura" adalanan qurumun rəhbərləri və fəalları Şəhidlər Xiyabanında mövcud qaydaları kobud şəkildə pozaraq, ictimai asayişi və nizam intizamı təmin edən hüquq mühafizə orqanlarının nümayəndələri ilə ciddi qarşıdurma yaradıblar.

Polis tələblərə uyğun olaraq və anım mərasiminə qatılan vətəndaşların təhlükəsizliyini, nizam intizamı təmin etmək məqsədilə Şəhidlər Xiyabanına keçid norması müəyyənləşdirib və vətəndaşları qrup şəklində buraxır.

Sübh tezdən Şəhidlər Xiyabanına gedən dövlət qurumlarının, ayrı-ayrı təşkilat və müəssisələrin əməkdaşları da məhz bu qaydaya uyğun keçirlər.

Saat 15:00-da öz tərəfdaşları ilə Şəhidlər Xiyabanına gələn Əli Kərimli keçid qaydalarına riayət etməyəcəklərini bildirib, onun tərəfdarları isə kordonu yararaq polislə qarşıdurma yaradıb.

Nəticədə polisin qanuni tələbinə riayət etməyən və ictimai asayişi pozan 20 nəfərə yaxın şəxs saxlanılıb.

Xatırladaq ki, yanvarın 19-da "Məhsul" stadionunda mitinq zamanı Əli Kərimli öz tərəfdarlarını yanvarın 20-də saat 15:00-da Şəhidlər Xiyabanına gəlməyə çağırıb.

Daxili İşlər Nazirliyindən əldə etdiyimiz məlumata görə, saxlanılan 20 nəfərdən 15-i məhkəmənin qərarı ilə həbs edilib. (AzNews.az)
Ermənilərlə azərbaycanlılar barışa bilərmi? - VİDEOAzərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşündən sonra Azərbaycan Xarici İşlər Nazirliyi "faydalı və çox müsbət fikir mübadiləsi aparıldığını" bəyan edib.

XİN-in bəyanatında həmçinin erməni və Azərbaycan əhalisinin sülhə hazırlanacağı qeyd olunub.

XİN-nin sözçüsü Leyla Abdullayeva BBC News Azərbaycancaya deyib ki, çərşənbə günü iki ölkənin xarici işlər nazirləri Paris görüşündə "ölkə əhalisini sülhə hazırlamaq üçün konkret tədbirlərin görülməsinə ehtiyac duyulması barədə" razılaşıblar.

"Bununla bağlı ötən ilin dekabrında Milanda iki ölkə xarici işlər nazirləri və ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən qəbul olunmuş birgə bəyanatda da "əhalinin sülhə hazırlanması üçün konkret addımların atılması ilə bağlı çağırış əks olunmuşdur", XİN sözçüsü deyib.

Yerevanda keçirdiyimiz sorğuda Ermənistan vətəndaşları əhalinin sülhə hazırlanması barədə fikirlərini bölüşürlər.(BBC)
Pirallahıda “20 Yanvar – Qəhrəmanlıq Səlnaməsi” adlı tədbir keçirilib20 yanvar 2019-cu il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Neft Daşları" NQÇİ ərazi ilk partiya təşkilatında “20 Yanvar – Qəhrəmanlıq Səlnaməsi” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları ilk öncə 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə-kompleksinin önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.

Öncə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Neft Daşları” NQÇİ-nin baş mühəndisi Azər Rüstəmov 1990-cı ilin yanvarında Sovet İmperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışaraq, xalqımızın yaddaşına silinməz faciə kimi yazılmış bu qanlı hadisənin tariximizin qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib, həmin gecə Azərbaycan xalqının özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdiyini deyib.
Pirallahıda “20 Yanvar – Qəhrəmanlıq Səlnaməsi” adlı tədbir keçirilib
Keçmiş SSRİ-nin sonuncu rəhbərliyinin Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik və düşmənçilik siyasətindən bəhs edən YAP Pirallahı rayon təşkilatı “Neft Daşları” ərazi ilk partiya təşkilatı sədrinin müavini Əhməd Musayev faciənin törədilməsində əsas məqsədin işğalçı Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının gerçəkləşməsinə münbit hərbi şərait yaratmaq olduğunu bildirərək, baş vermiş qanlı olaylardan dərhal sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin Respublikanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının mühüm əhəmiyyətini diqqətə çatdırıb. Ümummilli liderin 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət verilməsində əvəzsiz rolunu xüsusilə vurğulayaraq bildirib ki, Heydər Əliyev 20 Yanvar faciəsi şəhidlərinin ailələrini, əlil olmuş vətəndaşlarımızı hər zaman diqqət mərkəzində saxlayıb. Heydər Əliyev hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə heç nədən çəkinmədən öz millətinin hüquqlarını müdafiə etməyi bacardı. Ulu öndərin diqqət və qayğısını bu gün layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə və sağlamlığını itirmiş şəxslərə verilən təqaüd və müavinətləri daim artırır.

Tədbirin sonunda Qanlı Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya və video materiallar nümayiş olunub.

ABŞ-da öldürülən azərbaycanlının meyiti vətənə gətirildi - FOTOABŞ-da öldürülən azərbaycanlı Elçin Xəlilovun meyiti Azərbaycana gətirilib.

Publika.az xəbər verir ki, Elçinin cənazəsi Bakı vaxtilə səhər 8:30-da Heydər Əliyev adına hava limanına çatdırılıb.

Meyiti qəbul etmək üçün Elçinin qardaşı və yaxın dostları Bakı aeroportuna gediblər. Mərhumun cəsədi dəfn olunmaq üçün doğulduğu Sumqayıt şəhərinə aparılıb. Dəfn mərasimi bu gün günorta saatlarında baş tutacaq.

Qeyd edək ki, Elçin Xəlilov Sumqayıtda 3 saylı orta məktəbi bitirib, 2011-ci ildə Memarlıq və İnşaat Universitetindən məzun olub. 2015-ci ildə qazanc məqsədi ilə ABŞ-a köçən gənc Şimali Karolina ştatında Şərqi Şarlot şəhərində «Fixer Electronic Repair» dükanını açıb. Elçin mobil telefonların satışı və təmiri ilə məşğul olub.

Bu il yanvarın 14-də yerli vaxtla səhər 11 radələrində onun sahibi olduğu mağazadan oğurluq etməyə çalışan şəxs Elçini güllələyərək öldürüb. Cinayətkar mağazadakı bütün pulları götürərək qaçıb. Polis hələ də onun izindədir.

Qeyd edək ki, dostları Elçinin meyitinin Azərbaycana ekstradisiyası üçün fond yaradıb. Qısa zamanda fonda 35 min dollar pul toplanıb və beləcə mərhumun cəsədi vətənə göndərilib.(femida.az)
Valiyə sui-qəsd: 8 ölü, 10 yaralıƏfqanıstanın Loqar bölgəsinin valisi Məhəmməd Ənvər İshaqzeyin maşın karvanına hücum edilib.

Axar.az xəbər verir ki, bu barədə Loqar polis şöbəsinin sözçüsü Şapur Əhmədzey danışıb.

Onun sözlərinə görə, avtomobil karvanına partladıcı yerləşdirilmiş digər bir maşınla hücum edilib. Hadisə nəticəsində valinin 8 cangüdəni dünyasını dəyişib, daha 10 cangüdən yaralanıb.