Hitler həyat yoldaşı ilə heç vaxt cinsi münasibətdə olmayıb - TÜKÜRPƏDƏN SƏBƏBNasist Almaniyasının unudulmaz lideri Adolf Hitlerin şəxsi həyatı haqqında bilinməyən detallar ortaya çıxıb.

Publika.az “Daily Mail”ə istinadən xəbər verir ki, Hitlerin həyat yoldaşı Eva Braunun bioqrafiyası haqqında kitab yazan professor Tomas Landmark onun nadir ginekoloji xəstəlikdən əziyyət çəkdiyini bildirib.

Xəbərə görə, Eva Braun Mayer Rokitansky Küster Hauser sindromundan əziyyət çəkib. Buna görə də onlar heç vaxt ər-arvad münasibətlərində olmayıblar. Bu sindrom cinsi münasibəti çətinləşdirən, ya da ağrı verən narahatlıqdan sonra ortaya çıxır.

Professor isə bu bilgini Münhendə yaşayan Qustav Şolten ilə məktubları sayəsində öyrənib. Bununla bağlı başqa bir dəlil isə həkimin həyat yoldaşının gündəliyindən əldə olunub. Dəlillər arasında führerin Berqof meşəsindəki evindən Şoltenə zəng vuraraq təşəkkür etdiyi barədə not var. Professor Landmark həkimin oğlunu da tapıb. O, atasının müalicə etdiyi Evanın xəstəxanada fiziki ağrılardan əziyyət çəkdiyini təsdiqləyib.

Bu fakt liderin Berqofdakı evinin təmizlik işçisi tərəfindən də təsdiqlənib. Professor bildirir ki, Hitlerlə Braunun evlənməsinin tək səbəbi nasist lideri əlavə dedi-qodudan qorumaq olub.

Qeyd edək ki, Adolf Hitler və Eva Braunun rəsmi evliliyi cəmi bir gün davam edib.
Türkmeneli lideri Ersat Salihi 20 Yanvar Bakü şehitlerini andıTürkmeneli Lideri Irak Türkmen Cephesi Başkanı Erşat Salihi 20 Ocak 1990 tarihinde Rus ordusunun Türk milletine karşı Bakü’de yaptığı soykırıma karşı açıklama yaparak Aziz şehitlerimizi andı.

“Değerli Azerbaycan Türk’ü kardeşlerimiz 20 Yanvar (KARA OCAK) Bakü Şehitleri için büyük bir yürüyüş gerçekleştirecek ve bizlerde yüreğimizle kardeşlerimizin acısını paylaşmaktayız.

“Türkler var olduklarından buyana vatan, millet demiş, bu uğurda kanlarının son damlasına kadar mücadele etmekten vazgeçmemişlerdir. Döktüğü kan ile suladığı toprağı vatan bilmiş ve o toprağı asla terk etmeyen tek millet Türklerdir.

Yüzyıllar boyunca şehitler verdik. Osmanlı’da,Türkiye’de,Azerbaycan’da,Kıbrıs’ta,Kerkük’te,Halep’te,Kırım’da…Türk’ün olduğu her yerde..

Henüz birkaç gün önce 16 Ocak’ta Türkmen şehitlerimizi andık.Bugün de aynı haklı sebep ile 20 Ocak’ta Bakü’de verdiğimiz aziz şehitlerimizi de aynı acı ile anıyoruz.

Turaneli Azerbaycan’da Rus işgali ve Ermeni katliamlarına karşı verilen, Türkçü direniş ve bağımsızlık mücadelesi sırasında Ermenilere destek bahanesiyle Rusların katliamlarına maruz kalan kardeşlerimiz verdikleri bağımsızlık mücadelesi ile gelecek nesillere bağımsız bir devlet armağan etmişlerdir.

Bu vesile ile yeniden hatırlatmak isterim ki; Türk’ün Türk’ten başka dostu yoktur. Türklerin varlık mücadelesi boyunca yaşadığı bütün katliamlarda olduğu gibi 20 Ocak Bakü katliamında da durum yine aynıydı. Dünyanın gözü önünde yapılan katliamlarda,haksızlıklarda Türk’ten başka kimsenin kılı kıpırdamadı,içi sızlamadı.

Bu yüzden bütün dünya Türkleri olarak kenetlenmeli,bizim için kanını,canını feda eden aziz şehitlerimizi her an yad etmeli ve unutturmamalıyız. Gelecek nesil nasıl bir vatan sorumluluğu taşıdığını bilmeli ve gerektiğinde canlarını bir karış vatan toprağı uğruna, bayrağı uğruna verebilmelidir.

Bizler Türkmeneli olarak yine aynı bilinç ile bütün dünya Türklerinin şehitleri için cenabı haktan cennet mekan niyaz ederek Herzaman dediğimiz gibi yine Tanrı Türk’ü korusun ve yüceltsin..”
İSESCO ilk dəfə olaraq 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydıİslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) ilk dəfə olaraq 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb. Avrasiya.net xəbər verir ki, bəyanatda insanlığa qarşı törədilmiş cinayətin – 20 Yanvar hadisələrinin Azərbaycan xalqının acısına şərik çıxan ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri tərəfindən pislənildiyi qeyd olunur.

Həmçinin, dünya ictimaiyyətinə və beynəlxalq insan haqları təşkilatlarına faciəyə hüquqi qiymətin verilməsinə, bu cinayəti törədən şəxslərin beynəlxalq hüquqa uyğun olaraq cəzalandırılmasına çağırış edilib.

Eyni zamanda, bəyanatda baş direktor Əbdüləziz bin Osman əl-Tuveycri tərəfindən dünyanın bu vacib regionunda sülhün və təhlükəsizliyin bərqərar olması üçün beynəlxalq ictimaiyyətə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal geri çəkilməsinə məcbur edilməsinə dair müraciətin ünvanladığı da vurğulanır.
GAK Azərbaycan xalqına başsağlığı veribAzərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 29 il keçir. Keçmiş sovet ordusu həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) adından şəhidlərmizin ailələrinə başsağlığımızı bildiririk. Uğurunda ölən varsa vətən var!
 “Killerlər atama hücum edir”- azərbaycanlı iş adamına qarşı sui-qəsd planının yeni təfərrüatlarıRusiyada azərbaycanlı iş adamına qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. O, hadisədən sonra Azərbaycana qayıdıb və burada həbs edilib. Sui-qəsdin digər iştirakçısı isə Rusiyada həbs edilib.

Musavat.com bu cinayət işi üzrə yeni təfərrüatlar əldə edib. Zərərçəkmişlərin, şahidlərin ifadələrindən hadisənin yeni təfərrüatları üzə çıxıb.
Bildirək ki, “Ümumrusiya Azərbaycan Konqresinin” Ulyanovski regional bölməsinin sədri Hüseynov İslam Rövşən oğlunun mühafizəçisini öldürməkdə, özünü isə öldürməyə cəhddə ittiham edilən 1977-ci il təvəllüdlü Salyan şəhər sakini Bağırov Ramin Ramiz oğlunun məhkəməsi keçirilib.

Ramiz Bağırov Cinayət Məcəlləsinin 120.2.6-ci (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürmə), 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 228.2.1-ci (odlu silah gəzdirmə) maddələri ilə ittiham edilib.

Belə ki, Ramin Bağırov qohumu Nahid Zahidovla birlikdə plan quraraq “Ümumrusiya Azərbaycan Konqresinin” Ulyanovski regional bölməsinin sədri İslam Hüseynovu öldürmək istəyiblər. Bu sui-qəsd planı Nahid Zahidov tərəfindən təklif olunub. İslam Hüseynov Nahid Zahidovun iş və ticarət əlaqələri ilə bağlı təklifini qəbul etmədiyi üçün aralarında mübahisə yaranıb.

İslam Hüseynovdan kobud cavab alan Nahid Zahidov şəxsi düşmənçilik zəminində onu öldürmək qərarına gəlib. Nahid Zahidov İslam Hüsynovun mühafizəçilərlə gəzdiyinə görə bunu təkbaşına edə bilməyəcəyini düşündüyündən Ramin Bağırovla bu işi görməyi planlaşdırıb.

Onlar qanunsuz olaraq "İJ-78-7,6" və "6P42" modelli qaz tapançalarından kustar üsulla hazırlanmış iki ədəd odlu silah hesab edilən tapança, patronlar, səs boğucuları əldə edib maşında gizlədiblər. İstintaq müəyyən edib ki, hər iki şəxs 11 sentyabr 2012-ci il tarixdə saat 12:20 radələrində İslam Hüseynovu izləyib, mühafizəçisi İqor Beznosyuk ilə işə gəldiyini görüblər.

Ofisə gələrək əvvəlcə İqor Beznosyukla danışıb və İslam Hüseynovla görüşmək istədiklərini, maddi yardım almaq üçün gəldiklərini deyiblər. Mühafizəçi onları İslam Hüseynovun otağına dəvət edib. Onlar otağa daxil olarkən əvvəlcə mühafiçəyə 7 dəfə atəş açıblar. İqor Beznosyuk döş qəfəsindən, boyun, çiyin və sifət nahiyələrindən aldığı güllə yaraları ilə yerindəcə keçinib. Daha sonra Nahid Zahidovla İslam Hüseynov əlbəyaxa olublar.

İstintaq müəyyən edib ki, bu zaman Ramin Bağırov İslam Hüseynovun baş nahiyyəsindən silahla vurmaq istəyib. Lakin silahda patron qurtardığından atəş aça bilməyib. Bu zaman silahla onun baş nahiyyəsinə zərbələr endirib. İslam Hüseynovun dəhlizdə olan oğlu Rövşən Hüseynov və onun dostu Amil Hüseynov silah səsləri eşidərək otağa qaçıblar.

Rövşən Hüseynov və Amil Hüseynov hücum edən şəxslərin silahlarını əllərindən almağı bacarıblar. Ramin Bağırov cibində olan bıçağı çıxararaq Rövşən Hüseynova hücum edib. Bıçaqla Rövşən Hüseynovu vurmaq istəyərkən Amil Hüseynov stulla onun baş nahiyəsindən vurub. Bundan sonra Nahid Zahidov və Ramin Bağırov hadisə yerindən qaçıblar.

İş üzrə zərərçəkmiş Rövşən Hüseynov ifadəsində göstərib ki, dostu Amillə atasının iş yerinə gedib. R.Hüseynov söyləyib ki, atası iclasda olduğu üçün onu gözləyiblər.

“Atamla görüşəndən sonra otaqdan çıxdım. Bir nəfər dəhlizdə məndən atamın tək olub-olmadığını soruşdu. Mən də “bəli” cavabını verdim. Həmin vaxt dəhlizin əks tərəfində stulda 35 yaşlı eynəkli bir kişi də gördüm. Həmin şəxslər özlərini şübhəli aparırdı. Buna görə də onlara tərəf baxdım. Biri atamın iş otağına girdi, onun ardınca isə digəri. İkinci girənin gödəkçəsinin altından səsboğucusu olan silah çıxartdığını gördüm. Atamın təhlükədə olduğunu bilib dostum Amili də çağıraraq ofisə tərəf qaçdıq. Silah səsləri eşitdim. Otağa çatanda mühafizəçi İqor yerdə uzanmışdı, atam isə iki kişi ilə mübarizə aparırdı. “Killer”lərdən biri tapançanı atamın başına tuşlamışdı. Onun üz nahiyəsinə yumruqla zərbələr vurdum, tapança əlindən düşdü. Hər ikisi mənə hücum etdi, əlbəyəaxa olanda biri bıçaq çıxarıb məni vuranda Amil içəri girdi və stulla onu vurdu. Digər “killer” bıçaq çıxarıb məni vuranda atam arxadan onun başından vurdu. Hər iksi otaqdan çıxıb qaçdılar”- deyə zərərçəkmiş bildirib.

Şahid Amil Hüseynov da istintaqda dindirilən zaman Rövşən Hüseynovla eyni məzmunlu ifadə verib. O deyib ki, Rövşənin “killerlər atama hücum edir”- deyə qışqırdığını eşidib, onun yanına gəlib.

Bu iş üzrə həbs edilən digər şəxs, hazırda Moskvada həbsxanada cəza çəkən Nahid Zahidovun da ifadəsi məlum olub. O deyib ki, 2012-ci ildə bir neçə dəfə İslam Hüseynova zəng edib yenidən yaxın münasibətlər qurmağı, işi və ticarəti ilə əlaqədar öz köməyini təklif edib. Nahid Zahidov söyləyib ki, İslam Hüseynov ona kobud formada rədd cavabı verib və bundan sonra aralarında ziddiyyət, şəxsi düşmənçilik yaranıb.

İfadəsinin davamında Zahidov qətl planı qurduğunu etiraf edib: “İslamın mühafizəçilərlə gəzdiyini bilirdim. Bunu təkbaşına edə bilməyəcəyimi düşündüm. Moskvaya gəlib Raminlə danışdım. Razılaşdıqdan sonra İslamın ofisinə getdik. Məndə səsboğucusu olan kiçik tapança, Ramin də isə “PM” markalı tapança var idi. İslamın ofisinə daxil olanda mühafizəçisinə müalicə üçün maddi yardım almağa gəldiyimizi dedik. Kabinetə girəndə İslam silahları görüb qışqırmağa başladı. Mühafizəçi qışqırığı eşidərək Ramin Bağırova hücum etdi. İslam da mənə hücum etdi. Tapançanın səs boğucusundan tutdu. Tapançanı kənara atıb bıçağı çıxardım. Cavan oğlan içəri girəndə bıçağı atıb kabinetdən qaçdım. Ramin də kabinetdən qaçdı. Sonra Raminin İslamın mühafizəçisini öldürdüyünü dedi. Buna görə Raminə iradımı bildirdim”.

Ramin Bağırov isə elan olunmuş ittihamla özünü təqsirli bilməyib. Deyib ki, qohumu Nahid Zahidovla İslam Hüseynovun yanına gedib. Həmin vaxt İslam Hüseynov və adamları Nahid Zahidova hücum edib. Ramin Bağırov özünü müdafiə edərək oradan qaçdığını və Azərbaycana qayıtdığını deyib.

Bildirək ki, Nahid Zahidov hadisədən bir müddət sonra Moskvada həbs edilib. Ramin Bağırov isə Azərbayacan qayıtdıqdan bir neçə il sonra saxlanılıb.

Qeyd edək ki, Ramin Bağırov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib 13 il müddətinə azadlıqdan məhrum edilib.
"Onların mitinqi xalq üçün aktual deyil""Azərbaycanın ənənəvi müxalifəti cəmiyyətin siyasi konstruksiyasında özünə yer tapa bilməyib. Müxalifət demək olar ki, unudulub. Səbəbləri barədə dəfələrlə danışmışıq. Ən əsas səbəb müxalifətin sosial dayaqlarını itirməsidir."

Avrasiya.net xəbər verir ki, bu fikirləri YAP-ın Sədr müavini – icra katibi Əli Əhmədov Trend-in "Yeni Azərbaycan Partiyası Milli Şuranın 19 yanvar mitinqini necə qiymətləndirir" sualını cavablandırarkən səsləndirib.

Milli Şuranın 19 yanvar tarixində keçirilən mitinqinin əvvəllər olduğu kimi, yenə də uğursuz keçdiyini diqqətə çatdıran Əli Əhmədov bildirib: "Mənə belə gəlir ki, bu mitinqin əsas mənası müxalifətin öz varlığını göstərmək cəhdi ilə bağlıdır. Müxalifət öz varlığını göstərmək üçün mitinq keçirirsə, deməli əslində bir siyasi qüvvə kimi mövcud deyil. Digər tərəfdən, Milli Şura insanlardan, xalqın istək və arzularından ayrı düşüb. Onun təşkil etdiyi mitinqin insanları düşündürən məsələlərlə heç bir əlaqəsi yoxdur. Bu gün Azərbaycan cəmiyyəti üçün aktual olan məsələlərdən müxalifət çox uzaqdır. Ona görə də onların mitinqi xalq üçün aktual deyil. İnanın ki, əhalinin heç bir faizi də bu gün müxalifətin mitinqə çıxmasından xəbəri yoxdur. Cəmiyyət müxalifətə və onun kiçik, əhəmiyyətsiz mitinqlərinə çoxdan biganədir."

YAP Sədrinin müavini "İqtidar müxalifətin mitinq fəallığının artmasından ehtiyatlanırmı" sualına cavabında isə qeyd edib ki, iqtidarın xalq tərəfindən dəstəyi kifayət qədər yüksək və qətidir: "Azərbaycanda insanlar üçün yaradılmış təhlükəsizlik və sabitlik, inkişaf, gələcəyə nikbinlik, əmin-amanlıq və s. pozitiv məqamlar xalqın bugünkü iqtidara müsbət münasibətin əsasını təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan köklü surətdə dəyişib, inkişaf edib. Hazırda müsbət dəyişikliklər prosesi davam edir, daha da intensivləşir. Azərbaycanın gələcəyi ilə çox böyük layihələr həyata keçirilir. İnsanların optimizmi də təbii olaraq artır. Belə olan halda kiçik müxalifətin kiçik mitinqləri iqtidara heç bir təhlükə mənbəyi deyildir."

Ə.Əhmədov qeyd edib: "Sonda onu demək istəyirəm ki, Azərbaycanda son 10-15 il ərzində çox şey müsbətə doğru dəyişib, bir müxalifətdən başqa. Bu günün ənənəvi müxalifəti inert, aktuallığını itirmiş ideyaların daşıyıcısı olan azsaylı marginal qrup olaraq qalmaqdadır. Yeni Azərbaycan Partiyası onu siyasi güc olaraq görmür".
İranda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirildiAzərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsini təşkil edən 20 Yanvar faciəsi hər bir azərbaycanlının qəlbində kədər qədər də fəxarət hissi oyadır. Xalqımıza qarşı törədilmiş bu qanlı faciənin İran ictimaiyyətinə daha ətraflı çatdırılması üçün Azərbaycanın İrandakı səfirliyi bir sıra tədbirlər həyata keçirib.

Publika.az xəbər verir ki, səfirlikdə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən səfir Bünyad Hüseynov 1990-cı il yanvarın 20-də Azərbaycanda baş verən hadisələrin siyasi mahiyyəti haqqında məlumat verib.

Səfirlik tərəfindən Azərbaycan, fars və ingilis dillərində hazırlanmış “20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı” press-reliz və bu faciəni əks etdirən fotoşəkillər İranda akkreditə olunmuş diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatların Tehrandakı təmsilçilərinə, eləcə də yerli kütləvi informasiya vasitələrinə göndərilib. Bunlarla yanaşı, Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin və Qafqaz Müsəlmanları İdarəsinin 20 Yanvar faciəsinin 29-ci ildönümü ilə əlaqədar bəyanatları İranın kütləvi informasiya vasitələrinə, İnsan Hüquqları Şurasına və diplomatik nümayəndəliklərə təqdim edilib. Müasir dünyada informasiyanın yayılmasında internetin və sosial şəbəkələrin əvəzedilməz rolunu nəzərə alan səfirlik özünün internet resurslarında fars, ingilis və Azərbaycan dillərində faciə haqqında geniş məlumat və fotolar yerləşdirib.

Səfirliyin saytında, “Twitter” səhifəsində və “Telegram” kanalında 20 Yanvar faciəsi ilə əlaqədar hazırlanmış ətraflı məlumat, press-reliz və fotolar dərc olunub. Səfirliyin təşəbbüsü ilə “AVA Diplomatic” analitik informasiya portalında 20 Yanvar hadisələrini əks etdirən press-reliz və foto material yerləşdirilib.

Eləcə də İranda dərc olunan “Asiya” qəzetində və “Asiya news” informasiya portalında “20 Yanvar azadlıq uğrunda mübarizənin rəmzidir” sərlövhəli məqalə dərc edilib. Yazıda qeyd olunub ki, yanvarın 19-dan 20-ə keçən gecə Bakıya daxil olmuş sovet ordu birləşmələri küçələrə çıxıb haqsızlıq və ədalətsizliyə qarşı etirazlarını bildirən dinc əhaliyə atəş açıb. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirilib, 25-i qadın, 20-si uşaq olan 700-dən artıq vətəndaş yaralanıb. Bu hadisələrdə, ümumilikdə, 147 nəfər mülki insan həlak qətlə yetirilib.

Bildirilir ki, Qanlı Yanvar hadisəsinə ilk hüquqi-siyasi qiymət verən ümummilli lider Heydər Əliyev oldu. O faciənin səhəri günü özünün və ailəsinin həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək kommunist rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pislədi. Xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirdi. Xarici ölkələrin mətbuat nümayəndələri qarşısında təqsirkarların cəzalandırılması tələbi ilə bəyanat verdi və Azərbaycan xalqının kədərini bölüşdü. Ulu öndər Heydər Əliyev xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə Milli Məclisin sessiyasında Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi. Faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi və Ulu Öndərin quruculuq siyasəti ilə şəhidlərimizin canlarını qurban verikləri azadlıq və müstəqillik ideyaları reallığa çevrildi. 20 Yanvar şəhidlərinini xatirəsini əbədiləşdirmək məqsədilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanlara həsr olunmuş “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verildi.

Bu siyasət Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev də 20 Yanvar şəhidi ailələrinin və yaralılarının qayğılarını daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının fərmanlarına əsasən 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin təqaüdlərinin artırılması onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu diqqət və qayğının daha bir bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən cinayətdir. Bu hadisələr Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdi. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə xalq daha da mətinləşdi və düşmənin gözünə dik baxdı. Həmin müdhiş gecədə həlak olan Vətənin oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Məhz buna görə də 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.

Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsini təşkil edən 20 Yanvar faciəsi hər bir azərbaycanlının qəlbində kədər qədər də fəxarət hissi oyadır. Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini Azərbaycan Respublikasının suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi hər il qeyd edir. Xalq öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir və bu faciəni heç vaxt unutmayacaqdır.
"Uğursuz mitinq Əli Kərimliyə və tərəfdaşlarına növbəti məğlubiyyət dərsi verdi""Onları maraqlandıran ciblərinə axacaqları qrantlar və s. maddi vəsaitlərdir".

Əvvəlcədən də gözlənildiyi kimi, özünü "Demokratik Qüvvələrin Milli Şurası" adlandıran qurumın mitinqi növbəti uğursuzluqla nəticələndi və bu reallıq artıq uzun illərdir ki, Əli Kərimlini müşayiət etməkdədir.

Bunu Trend-ə “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bu gün Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda “Milli Şura”nın keçirdiyi mitinqi və onun nəticələrini şərh edərkən deyib.

Baş redaktorun sözlərinə görə, sağlam düşüncəli ictimai rəy bu qaragüruhçuların sözlərinə, fikirlərinə ümumiyyətlə əhəmiyyət vermir, çünki onların məqsədləri heç də Azərbaycanın dövlətçilik məsələlərinə yönəlməyib:

“Bu mitinqdə çıxış edən qaragüruhçu “liderlər”in bir neçə gün öncə Avropa Parlamentinin qəbul etdiyi saxta və əhəmiyyətsiz “qətnamə"sindən doğan çirkin məqsədlərinin şahidləri olduq. Corc Sorosun və onun Rebbeka Harms kimi əlaltılarının buyruq qullarına çevrilən bu siyasətbazlar guya “aclıq aksiyası” keçirənlərdən, xüsusilə Mehman Hüseynov sarıdan “narahat” olduqlarını dilə gətirdilər. Lakin hər kəs əmindir ki, onların heç biri nə Əli Kərimlini, nə də digərlərini maraqlandırır. Onları maraqlandıran ciblərinə axacaqları qrantlar və s. maddi vəsaitlərdir. Ümumiyyətlə, uğursuz mitinq barədə bir çox mülahizələr irəli sürmək olar və ən əsası, bu adamlar öz siyasi aksiyalarında bir dəfə də olsun ki, qaçqınlarımız, işğal olunmuş torpaqlarımız barədə etiraz səslərini ucaltmayıblar. Məhz bu fakt başda “Milli Şura” və onun rəhbərləri olmaqla, bütövlükdə dağıdıcı müxalifətin aşkar simasızlığını ortaya qoymuş olur”.

B.Quliyev qeyd edib ki, artıq hər kəs Ə.Kərimlinin, Cəmil Həsənlinin çağırışlarından, boş-boş vədlərindən bezib. Əbəs deyil ki, “Milli Şura”nın mitinqinə qatılmayan insanlar bu və ya digər şəkildə müxalifət “liderlər"inə qarşı antipatiyalarını sərgiləyirlər. Artıq cəmiyyət bütün mənalarda dövlətçiliyin yanında olmağın vacibliyini dərk edir:

“Diqqət yetirsək görərik ki, vaxtilə radikal dindarlardan öz məqsədləri üçün istifadə edən Əli Kərimli və havadarları indi də cinsi azlıq nümayəndələrindən faydalanmağa çalışırlar. Əbəs deyil ki, Avropa Parlamentinin saxta və qərəzli “qətnamə"sində bu məsələyə də toxunulub və AXCP sədri dərhal həmin məsələni öz maraqları üçün istifadə etməyə çalışır. Bəlkə də o bunu açıq şəkildə etiraf etməyə də bilər, amma fakt budur ki, Avropa Parlamentinin saxtakarlığına dəstək verilirsə, deməli, həmin “qətnamədə” irəli sürülən “müddəalar” da “liderlər” tərəfindən qəbul edilir. Ümumiyyətlə, nə mənəvi, nə əxlaqi, nə də digər meyarlara sığan bu kimi halların məhz Əli Kərimli, eləcə də “Milli Şura”nın digər rəhbərləri tərəfindən dəstəklənməsindən təəccüblənməyə də dəyməz. Belə ki, bu antimilli qüvvələr şeytanla da əməkdaşlığa hazırdır, təki Azərbaycanın imici korlansın. Bu onların aşkar sifətlərdirir”.

Ekspert sonda vurğulayıb ki, bu gün Azərbaycan xalqı və dövləti islahatlarla, inkişaf və tərəqqi ilə ölkənin yüksəlməsi istiqamətində vahid şəkildə birləşib və bu vəhdəti, bu birliyi heç bir xəyanətkar, satqın, antimilli qüvvələr pozmaq iqtidarında, gücündə deyil: “Çox yəqin ki, uğursuz mitinq Əli Kərimliyə və onun tərəfdaşlarına növbəti məğlubiyyət dərsi verdi. Lakin ardıcıl, rüsvayçı məğlubiyyətlərdən nəticə çıxarmamaları onları daha dərin, dibi görünməyən uçuruma doğru yuvarladır”.
Müxalifətin mitinqində 2800 nəfər iştirak edibBu gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, saat 15.00-dan 17.00-dək davam edən toplantıda Şuraya daxil olan partiyaların, hərəkatların, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2800 (iki min səkkiz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.
Azərbaycanda üç futbol komandası ləğv olunduAFFA milli komandalarla bağlı siyasətində dəyişiklik edib.

Ötən ilin əvvəlində yaradılan 16, 18 və 20 yaşadək futbol yığmalarımız ləğv olunub.

AFFA İcraiyyə Komitəsinin üzvü və Məşqçilər Şurasının sədri Vaqif Sadıqov Oxu.az-a açıqlamasında bu xəbəri faktiki olaraq təsdiqləyib:

"Bizə yalnız U-17 və U-21 yığmalarımıza məşqçilərin namizədliyinin müzakirəsi tapşırılıb. Bildiyiniz kimi, artıq U-21-ə serbiyalı Milan Obradoviç təyin olunub. U-19-un baş məşqçisi Vüqar Məmməddir. Yalnız U-17-nin baş məşqçisi postu boş qalıb”.

Qeyd edək ki, əvvəl U-16 millimizi Azər Məmmədov, U-18-i Zaur Həşimov və U-20 yığmamızı Rəşad Sadıqov çalışdırıb. Bu üç milli komanda özündən bir üst yığma üçün futbolçu hazırlamaq üçün yaradılmışdı.