"Avropa Parlamentin qərəzli qətnaməsi çirkin kampaniyanın tərkib hissəsidir""Avropa Parlamentin qəbul etdiyi qərəzli qətnamə, ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının arxasında erməni lobbisi və anti-Azərbaycan qüvvələr dayanır.” Bu fikirləri "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktor bildirib ki, Mehman Hüseynov məsələsi sadəcə olaraq bəhanədir: "Hələ Avropa Oyunları zamanı Azərbaycana qarşı nə qədər qərəzli və çirkin kampaniyaların aparılmasının şahidi olduq. Avropa Parlamentinin də məlum qətnaməsi və orada Azərbaycanla bağlı səslənən qərəzli ittihamlar həmin kampaniyanın tərkib hissəsidir. Ümumi olaraq isə Azərbaycanı gözü götürməyən, ölkəmizin inkişafını qısqanan, eyni zamanda erməni lobbisinin təsiri altında fəaliyyət göstərən müəyyən qrupların işidir. Bunları təşkilat adlandırmaq olmaz, hamısı qruplaşmalardır. Görəsən Ermənistanda baş verən cinayətlər, qanunsuzluqlar, parlament səviyyəsində törədilən terror hadisələri nə üçün Avropa Parlamentinin “diqqətindən” kənarda qalır? Ümumiyyətlə, son günlər Avropa ölkələrini, o cümlədən Fransanı mitinqlər bürüyüb və yüzlərlə aksiya iştirakçısına qarşı insan haqqları ən kobud şəkildə pozulur. Amma həmin təşkilatlar öz qulaqları dibində olan hadisələri görmürlər, görməzdən gəlirlər. Lakin Azərbaycanda Mehman Hüseynov məsələsini qəsdən şişirdirlər”.

V.Rəhimzadə deyib ki, M.Hüseynov jurnalistika fəaliyyətinə görə deyil, konkret cinayət əməlinə görə həbs edilib: "Açıq-aşkar görünür ki, burada çirkin məqsəd var. Amma həmin qüvvələr heç vaxt öz məqsədlərinə çata bilməyəcək. Azərbaycan öz haqlı mövqeyi ilə irəliyə doğru gedir. Ölkəmizin inkişafı və öz mövqeyini davamlı şəkildə qoruması elə həmin dairələrə ən tutarlı cavabdır”.
Neftçalada 25 yaşlı üç uşaq anası itkin düşübNeftçala rayonunda üç uşaq anası itkin düşüb. Hadisə rayonun Kürqarabucaq kəndində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Nuranə Elxan qızı Səmədova yanvarın 10-da gecə saat 05:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Artıq bu barədə doğmaları tərəfindən polisə məlumat verilib. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (Report)
Qaxda biabırçılıq: Şəhidlər Xiyabanına gedən yolda zibil aşıb-daşır - FOTOQax rayonunda Heydər Əliyev prospekti ilə Natavan küçəsinin kəsişməsində zibil əlindən tərpənmək mümkün deyil.

Bunu Qlobal.az-ın elektron poçtuna ünvanladıqları şikayət məktubunda sakinlər yazır.

Sakinlərin bildirdiyinə görə qeyd olunan ərazidə zibil qutusunun bir dənə olmasına görə məişət tullantıları ətraf ərazilərə səpələnir.

Sakinlər yazır: "Şəhərin gözəlliyinə xələl gətirən acınacaqlı durum barədə dəfələrlə Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbərliyinə müraciət etmişik. Ancaq Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Eldəniz Şabanov hər dəfə bizə rayonda zibil qablarının çatışmadığını deyir".

Küçəyə səpələnmiş zibilə görə azyaşlı uşaqlarını gəzməyə buraxmayan sakinlər daha sonra yazır: "Burada baş verənlər antisanitariya yaratmaqla bərabər, həm də, utancverici bir haldır. Zibil qabının qoyulduğu yerdən 10 metr aralı Şəhidlər Xiyabanı yerləşir. İyirmi Yanvar faciəsinin ildönümü ərəfəsində şəhər rəhbərliyinin yaranmış vəziyyətə biganə qalması bizi məcbur etdi ki, xoşagəlməz hadisəni ictimailəşdirək".

Qax rayon İcra Hakimiyyətindən sakinlərin şikayətinə münasibət bildirilmədi.
Avropa İttifaqı ölkələrində hər gün yaşanan media insidentlərivə ya Mehman Hüseynovu Avropa Parlamenti üçün hollandiyalı fotobloqqerlərdən fərqli edən nədir?

Avropa Parlamentinin diqqət yetirməli olduğu proseslər

Arxiv axtarmağa ehtiyac yoxdur: Avropa İttifaqı ölkələrində “media azadlığı”nın durumu barədə təsəvvür formalaşdırmaq üçün gündəlik yaşanan hadisələrə nəzər salmaq bəs edir. 2019-cu ilin ilk 18 günündə baş verənləri ciddiyə almaq kifayət edir ki, Avro Parlamentinin üzvləri təşvişə düşsünlər, həyəcan təbili çalsınlar, öz ərazilərində peşəkar medianın xilası üçün addımlar atsınla.

Yanvarın 15-də Berlində radikal sağçı qrupun üzvləri ölkənin parıcı KİV-lərindən “Tageszeitung” (TAZ), “Frankfurter Rundschau”, və “ARD Hauptstadt”ın jurnalistlərinə hücum ediblər. Hücumlar son dövrlər intensiv xarakter aldığı üçün ciddi narahatlıq yaradıb. Almaniya Jurnalistlər Birliyinin (DJU) rəhbəri xanım Kornelia Berger bildirib ki , bu hücumlar Almaniyada jurnalistlərin hansı vəziyyətdə işlədiklərinin real göstəricisidir: “Bu, Almaniyadakı media azadlığınının durumunun göstəricisi və azadlığa qarşı olan basqıların göstəricisidir. Dövlət qurumlarının biganəliyi belə insidentləri stimullaşdırır. Dövlət qurumları bu hücuma öz etirazlarını bildirməli və belə hallara artıq son verilməsi üçün əllərindən gələni etməldirlər”. Təşkilat təmsilçisi təəssüflə qeyd edib ki, oxşar hücumlar Almaniyadan əvvəl İtaliya və Fransada da qeydə alınıb və getdikcə ağır bir prosesə çevrilir. .

Yanvarın 14-də isə Hollandiyada müstəqil fotojurnalistlər və fotobloqqerlər (yəni, Mehman Hüseynovun bənzərləri) özlərinə qarşı olan neqativ münasibətə etiraz olaraq bəyanat yayıblar. Onlar işləmək üçün şəriat yaradılmasını, həmçinin, normal əməkhaqqı ilə təmin olunmalarını istəyirlər. Müstəqil fotojurnalistlərin və fotobloqqerlərin hüquqlarını müdafiə edən həmkarlar təşkilatları (NVF və NVJ) Hollandiyanin müvafiq qurumlarına müraciət edərək müstəqil fotojurnalistlərin heç olmasa ciddiyə alınmalarını, onlarla dioloq şəraiti yaradılmasını, dinlənilmələrini istəyiblər.

İttifaq özlərinə qarşı laqeyd, sayqısız münasibətə etiraz olaraq yanvarın 25-də aksiya keçirməyi planlayırlar. Artıq 300 yaxın media nümayəndəsi bu aksiyalarda iştirak edəcəyini təsdiqləyib.

Yanvarın 11-də isə Myanmarda “Reuters”in 2 jurnalistindən hər birinə 7 illik həbs cəzası verilib. Onlar araşdırma apardıqları üçün şərlənərək tutulublar.

Yanvarın 5-də 20 nəfər fransalı jurnalist məhkəməyə müraciət edərək haqlarının qorunmasında yardım istəyiblər. Bəlli olub ki, 2018-ci il dekabrın 8-də Parisdə “Sarı jiletlilər”in aksiyasını izləyib report hazırlamaq, güc strukturlarının insanlara qarşı vəhşiliklərini lentə almaq istəyərkən, onların imkanları məhdudlaşdırılıb; polis çəkiliş aparan jurnalistlərin nadir çəkilişlərini zorla əllərindən alaraq məhv edib, özlərinə fiziki xəsarət yetirib”. Fransa Jurnalistlər Sendikası dekabrda aksiya keçirərək “jurnalistlərin vəzifələrini yerinə yetirmək üçün bütün imkanlarının məhdudlaşdırıldığını” elan etmişdi.

Gözardı edildiyi üçün təhlükəli hal alan proseslər

Avropa jurnalist təşkilatları tərəfindən hazırlanan statistik məlumatlar göstərir ki, medianın durumu Avropanın mərkəzində, xüsusən, Fransada, Almaniyada, Hollandiyada, Avstriyada, Polşada son illər pisləşməyə doğru gedir. Avropa İttifaqına daxil olan ölkələrdə son 5 il müddətində 13 nəfər jurnalist qətlə yetirilib ki, bunlardan 8 nəfəri Fransanın payına düşür (1 nəfər Bolqarıstan, 1 nəfər Slovakiya, 1 nəfər Danimarka, 1 nəfər Malta, 1 nəfər Polşa, 8 nəfər Fransa).

Bununla paralel olaraq, media mühitini ağırlaşdıran, jurnalist imkanlarını məhdudlaşdıran yeni qanunlar yaradılır. 2018-ci ildə Avropanın əksər ölkələrində xəbər istehsalçılarının kütləvi aksiyaları keçirilib. Polşada, Avstriyada bəyanatlar formasında ictimailəşdirilən problem Macarıstan, Litva, Serbiada kütləvi aksiyalar formasında təzahür edib. 2019-cu ilin ilk günlərində də davam etdirilən bu aksiyaları avropalı həmkarlarımız “Qul qanunu”na etiraz şüarları ilə keçirirlər. Onlar “İctimai yayım” haqqında qanuna son dəyişiklikləri belə dəyərləndirirlər. Media təmsilçiləri hesab edirlər ki, hakimiyyətlər ictimai yayım sektorunu inhisara alır, ifadə azadlığını məhdudlaşdırırlar. Redaksiya müstəqilliyi, jurnalist toxunulmazlığı, ifadə azadlığı meyarları məhdudlaşdırılır.

Bənzər faktlar kifayət qədər olsa da, əlavə sıralamaya lüzum yoxdur. Normalda Avropa Parlamenti bunlardan hər birinə diqqət yetirməli, müzakirələr açmalı, aradan qaldırılması üçün addımlar atmalı idi. Çünki, redaksiya müstəqilliyi, jurnalist toxunulmazlığı, ifadə azadlığı “Avropa dəyərləri” üçün meyardırlar. “Avropa dəyərləri” sırasında ilk yeri söz azadlığı tutur və ifadə azadlığının indiki məhdudlaşdırılması demokratik azadlıqların sürətlə itirilməsi kimi assosasiya olunur. Beynəlxalq təşkilatların ümumi rəyi budur ki, “Avropada mətbuat azadlığının səviyyəsi son 13 ildə ən aşağı həddə düşüb”.

Maraqlıdır, Avropa Parlamentinin üzvləri bu qədər hadisəni, bu qədər bəyanatı, çağırışı görmürlərmi? Nədən bu hadisələrdən heç birini ciddiyə almır, hər hansı müzairə keçirilmir, mövqeyini açıqlamır?

Paradokslar

Paradoksal haldır ki, Avropa İttifaqının strukturları, Avropa Parlamenti öz tərkibində olan ölkələrdə baş verən bu proseslərdən heç birinə reaksiya verməyib, müzakirə keçirməyib, problemlərin aradan qaldırılması üçün hər hansı addım atmayıb. Əvəzində AP, nə qədər qəribə olsa da, Azərbaycana “diqqət yetirib”, yanvarın 17-də fotobloqqer Mehman Hüseynovun məsələsini müzakirəyə çıxarıb, Azərbaycan hökumətindən onun dərhal azad olunmasını tələb edən qətnamə qəbul edib.

Növbəti paradoks budur ki, Azərbaycan Avropa İttifaqının üzvü deyil, bu kontekstdə Azərbaycan üzrə müzakirə aparmaq Avropa Parlamentinin səlahiyyətləri çərçivəsində deyil. Əgər Azərbaycan Aİ üzvü deyilsə, Avropa Parlamentinin deputatlarının müstəqil bir ölkənin hakimiyyət orqanlarından kiminsə dərhal azadlığa buraxılmasını tələb etmək hüquqları varmı? Görünən bu ki, Avropa Parlamentinin deputatları öz səlahiyyət çərçivələrini aşırlar.

Diqqət çəkən digər bir məqam Aİ ticarət üzrə komissarı Cecilia Malmströmun müzakirələrdəki çıxışıdır. O, Aİ ölkələri səfirlərinin Mehman Hüseynovla görüşlərinə şərait yaradıldığını bildirib, real duruma aydınlıq gətirmək istəyib, narahatlıqların dialoq yolu ilə aradan qaldırılacağına inandıqlarını da qeyd edib. Amma AP-nin “maxinator deputatları” üçün bu, “yetərli olmayıb”.

Avropa parlamentinin marağı nədir?

Deputat Miguel Urban Crespo “media azadlığı və insan hüquqlarının durumunu nəzərə alaraq” Aİ-nin Azərbaycanla apardığı assosiasiya danışıqlarının dayandırılmasını tələb edib. Bununla da işarə verib ki, Mehman Hüseynov da, media azadlığı da, insan hüquqları da yalnız bəhanədir. Məqsəd bu cür vasitələrdən istifadə edib Azərbaycana təzyiq göstərmək, assosiasiya danışıqları prosesində öz maraqlarının təmin edilməsinə nail olmaqdır. Bu, bir metoddur: Azərbaycan planlaşdırdığı qlobal və regional layihələrin hər biri üzərində müzakirələr apararkən, bənzər proseslərlə üzləşib; “küçədən bir it ölüsü tapılıb”, bu tapıntı insan haqları kontekstində dəyərləndirilib, şişirdilib, qlobal aksiyaya çevrilib, nəticə etibarilə Azərbaycana qarşı təzyiq göstərilməsi, hansısa layihədə aparıcı dövlətlərin maraqlarının təmin edilməsi üçün vasitəyə çevrilib. Bu gün də bənzər hadisə başverir. Sadəcə bəyanat vermək üçün quraşdırılan bəhanə “ölü it cəmdəyi” deyil, Mehman Hüseynov mövzusudur.

Müşfiq Ələsgərli
Xərçəngin və digər bütün xəstəliklərin səbəbi TURŞUDUR Dünya şöhrətli alman alimi, biokimyaçı, Nobel mükafatçısı Otto Varburq hesab edir ki, qələvi mühitində heç bir xəstəlik, hətta xərçəng də yarana bilməz.

Varburq canlı hüceyrədə redoks proseslərini öyrənən alimdir. O, kimya və fiziologiyada geniş istifadə edilən bioloji obyektlərin öyrənilməsi üçün bir çox alət və cihazları inkişaf etdirib. Alim şiş hüceyrələrinin metabolizmasını, fotosintez və fermantasiya kimya məsələlərini dərindən araşdırıb. 1931-ci ildə Varburq təbiətin və "tənəffüs fermentlərinin" funksiyalarının aşkar edilməsi üzrə fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görülüb.

"Xərçəng digər xəstəliklərdən fərqli olaraq, çoxsaylı ikinci dərəcəli səbəblərə sahibdir. Ancaq xərçəngin belə əsaslı bir səbəbi var. Kobud dildə desək, xərçəngin kök səbəbi - normal bir hüceyrənin oksigen istifadə edərək tənəffüsün digər növ enerji - qlükoza fermantasiyası ilə dəyişdirilməsidir” , - deyə o, mühazirəsində qeyd edib.

O, hesab edirdi ki, qənd halına salınmış şəkər yalnız insulinin səviyyəsini yüksəltmir, həm də xərçəng qəfəsləri üçün qidalandırıcıdır. Bu fakt elmə çoxdan məlumdur. Hələ 1931-ci ildə tibb üzrə Nobel mükafatı laureatı Otto Varburq müəyyən etdi ki, şişlər şəkərlə qidalanır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bir çox insanda turşu (Turşu – metal atomu və ya mürəkkəb ion molekulu ilə əvəz oluna bilən hidrogen atomlarından və turşu qalığından ibarət olan mürəkkəb maddədir) səviyyəsi artıb. Bu, hazır məhsulların, rafinə edilmiş və genetikası modifikasiya edilmiş məhsulların hesabına baş verir. Lakin çoxu fərqində deyil ki, onlar bununla birlikdə xərçəng, artıq çəki və bir çox ağır xəstəliyin inkişafı üçün münbit şərait yaradırlar. Xoşbəxtlikdən orqanizmdə qələvi mühit yaratmaq çox sadədir.

Oxucuları orqanizmdə qələvi balansını təmin edən üsullarla tanış edirik:

1. Ən faydalı üsul günə içinə limon şirəsi sıxılmış bir stəkan su içərək başlamaqdır. Limon turş olsa da, bədən üzərində əks təsiri vardır. Mədəni təmizləmək üçün acqarına limonlu su için.

Yaxud da hər gün acqarına bir stəkan alma sirkəsi əlavə edilmiş su içə bilərsiniz. Bir stəkan suya 1-2 xörək qaşığı sirkə kifayətdir.

2. Limon suyu sıxılmış və zeytun yağı əlavə edilmiş salat və göy-göyərti çox yeyin. Meyvə və tərəvəzlər ən yaxşı qələvi mikroelementlər mənbələrindən biridir. Bədəndə pH balansını saxlamaq üçün gün ərzində onları yeyin.

3. Acmısınız? Duzsuz çiy badam yeyin. Bu, qanda şəkərin miqdarını normallaşdırmaqla yanaşı, turşu balansını da nizama salır. Çünki tərkibinə maqnezium ve kalsium gibi bir çox qələvi mikroelementlər daxildir.

4. Badam südü için və yaşıl tərəvəzlərdən smuzi hazırlayın.

5. Gəzintiyə çıxın, idmanla məşğul olun. Aktiv hərəkət hər zaman faydalıdır. Məşqlər orqanizmdən turş məhsulları və maddələri atmağa kömək edir.

6. Oksigenlə zəngin olan yerdə dayanıb dərindən nəfəs alın. Mümkün qədər havası təmiz olan yerləri tez-tez ziyarət edin. Orqanizmdən şlakları xaric etmək üçün tez-tez su için.

7. Hər gün ət yeməyin. Çünki gündəlik ət yemək turşu balansını artırır.

8. Yüksək şəkərli desertlərdən və qazlı içkilərdən imtina edin. Şəkər ən turş məhsullardan biridir. Bir şüşə qazlı içkinin turşuluğunu neytrallaşdırmaq üçün 30 stəkandan çox su tələb olunur.

9. Menyunuza daha çox tərəvəz daxil edin. Qeyd: kartof sayılmır! Bibər, qulançar, badımcan və "kabaçki" çox faydalı olacaq.

10. Və nəhayət, bol Brüssel kələmi yeyin. Onun tərkibində orqanizm üçün faydalı olan çox faydalı fermentlər var.
Mehriban Əliyeva fəxri medalla təltif edildiAzərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib.

Kult.az xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqı Mehriban Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmiş dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələrə görə fəxri medalın ilk nüsxəsini təqdim etməyi qərara alıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə 2005-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə birinci muğam müsabiqəsi keçirilib. 2008-ci ildə dahi bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş “Üzeyir dünyası” layihəsi işıq üzü görüb. Həmin nəşrə “Ömür salnaməsi”, “Üzeyir Hacıbəyli ensiklopediyası”, “Bədii və publisistik əsərlər” kitabları, “Leyli və Məcnun”, “Koroğlu” operaları və “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarının klavir, libretto və CD-ləri daxildir. Bunlardan əlavə, 2009-cu ildən etibarən ənənəvi olaraq bir çox ölkələrdən dünya şöhrətli musiqiçiləri bir araya toplayan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil edilir.

2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ağ-qara formatda çəkilmiş, Azərbaycan kino sənətinin əfsanəsi olan “Arşın mal alan” filmi bərpa edilərək rəngli versiyası hazırlanıb.
"Öz aləmlərində Azərbaycanı hər sahədə neqativ göstərmək istəyiblər"Avropa Parlamentinin (AP) "Azərbaycanda Mehman Hüseynovun işi" adlı qətnaməsi ümumən ölkəmizə ünvanlanmış qərəzin növbəti nümunəsidir. Qətnamə açıq demarş tonludur, ondan hegemonluq duyulur. Belə hal yolverilməzdir. Avrasiya.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, ümumən hansısa sənədə münasibət bildirərkən ona kompleks yanaşmaq lazımdır: "AP-nin qətnaməsi Azərbaycana baxışın kompleks ifadəsidir. Baxış isə mənfidir. Diqqət yetirək: qətnamədə Azərbaycanda LGBT ilə bağlı da narahatlıq bildirilir və hakimiyyət LGBT ilə çalışan hüquq müdafiəçilərinə əngəl törətməməyə və onları qorxutmamağa çağırılır. Anlamaq olmur, Avropa Parlamenti bu sahədə narahatlığın mövcudluğunu necə müəyyənləşdirib? Görəsən, hansı hüquq müdafiəçiləri LGBT ilə işləmək istəyib, ancaq məhdudiyyətlərə məruz qalıblar? Göründüyü kimi, qeyri-ciddi yanaşma, konkretlikdən uzaq ifadə tərzi var və bu, təsadüfi deyil, məqsədlidir. Yəni öz aləmlərində Azərbaycanı hər sahədə neqativ göstərmək istəyiblər. Konkret şəxsin, bu halda jurnalistin adı ilə adlandırılmış qətnaməyə bu cür qeyri-ciddi, hətta nəzəri baxımdan heç bir əsası olmayan fikri daxil etmək çoxmu vacib idi?”

Ə.Amaşov bildirib ki, məlum qətnamədə guya Azərbaycan hakimiyyətinin ölkədəki pozuntulara görə öz ünvanına olan tənqidləri yumşaltmaq üçün Avropa Şurasının bəzi üzvlərini ələ aldığı iddia olunur: "Belə bir fikrin səslənməsi Avropadakı bəzi dairələrin öz maraq və mənafeləri naminə hər yola əl ata biləcəklərinin növbəti təsdiqidir. Bu fikir nəinki qeyri-ciddidir, eyni zamanda, bütün etik prinsiplərin aşılmasıdır, bütövlükdə Avropa dəyərlərinə həqarətdir. Avropa Şurasının üzvləri nəyinsə müqabilində ələ alınan şəxslərdirsə, əslində, deyiləcək başqa söz də qalmır”.

Millət vəkilinin fikrincə, jurnalistlərin hüquqi məsuliyyətə cəlb edilmələri, həmçinin azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaları söz və ifadə azadlığı prinsiplərinə istər-istəməz xələl gətirir: “İstər Azərbaycan olsun, istərsə də bir başqa ölkə, məsələ belədir. Çünki jurnalistika ictimai çəkiyə malik peşədir və cəmiyyət üzvləri, sadə vətəndaşlar jurnalistlərdən nümunə götürürlər. Ancaq bu da bir reallıqdır ki, jurnalistlərin hüquqazidd hərəkətləri də daha xoşagəlməz tendensiyalara yol açır. Jurnalist bilərəkdən kimisə təhqirlərə məruz qoyursa, kiməsə böhtan atırsa, kiminsə şəxsi həyatına müdaxilə edirsə, siyasi oyunlarda iştirakçıya çevrilirsə, öz üzərindən hansısa planların qurulmasına imkan yaradırsa, bundan cəmiyyət zərər çəkir. Qətnamədə adları çəkilən şəxslərə gəldikdə isə onlara qarşı irəli sürülmüş ittihamlar konkretdir. Bu ittihamların heç birini söz və ifadə azadlığı ilə bağlamaq düzgün deyil".

Mətbuat Şurasının sədri onu da bildirib ki, Avropa Parlamenti kimi nüfuzlu qurumlar ziddiyyətli mövqe tutmamalı, məsələlərə daha geniş kontekstdə yanaşmalı, müəyyən siyasi maraqlar üçün alət olmamalı, öz dəyər və prinsiplərini alətə çevirməməlidirlər: “Kənardan hər şey çox yaxşı görünür. Azərbaycana qarşı hansı siyasi oyunların oynandığı, hansı təzyiq vasitələrindən istifadə edildiyi də məlumdur. Hesab edirəm ki, bu yanaşmadan əl çəkilməli, qarşılıqlı səmimiyyətə əsaslanmış bərabər səviyyəli münasibətlər qurulmalıdır. Faydalı əməkdaşlıq məhz bu zaman mümkündür. Tanrı həbsxanada olan hər kəsin qapısını açsın, o cümlədən Mehman Hüseynovun da, qeyrilərinin də. Avropa Parlamenti də bunu səmimi şəkildə istəməlidir, elə davranmamalıdır ki, Azərbaycandakı bütün qapıların bağlı saxlanılmasında maraqlı olduğuna dair təəssürat formalaşsın”.
Ebru Gündeşi Bakıya gətirəcəyini dedi, iş adamlarından 200 min dollar aldı və…Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan “Velizadə prodakşın”ın rəhbəri Tural Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org-un xəbərinə görə, T.Vəlizadə azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri - Sıla və Ebru Gündeşi Bakıya gətirib, konsert verdirəcəyini deyib. O həmin şəxslərdən ümumilikdə 200 min dollar pul alıb. Lakin sonradan vədinə əməl etməyib.

Zərərçəkmişlərin şikayətləri əsasında T.Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən T.Vəlizadə ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilməyib, iş adamlarından pulu borc aldığını deyib.

Prosesdə zərərçəkmiş Rövşən Hacıyevin vəkili Babək Həmidov vəsatət qaldıraraq cinayət işində adı şahid qismində keçən Əli Vəliyevin də cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.

Vəkil qeyd edib ki, Ə.Vəliyev iş adamı R.Hacıyevin işçisi olub, T.Vəlizadəni də onunla o tanış edib: "Rövşən müəllimə türkiyəli müğənnilər - Sıla və Ebru Gündeşin Bakıya konsert üçün gətirilməsi təklifini Əli verib. Əli də Rövşən Hacıyevdən ümumilikdə 140 min dollar pul alıb, Turala verib. Tural isə deyir ki, Əli ona ümumilikdə 120 min dollar pul verib. Məhkəmədən xahiş edirik ki, həmin şəxs də cinayət məsuliyyətinə cəlb edilsin".

Məhkəmə prosesi yanvarın 25-də davam edəcək.

Xatırladaq ki, T.Vəlizadə “Velizadə prodakşın”ın rəhbəri olmaqla yanaşı, müğənnilik də edib.
Bədxərc Zamirənin əmlakı Bakıya qaytarıla bilər?Böyük Britaniya hökuməti Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın əmlakı, var-dövlətinin müsadirə edilməsi barədə hökm çıxarıb satarsa, o pulun Azərbaycana verilməsi Britaniyanın qanunvericiliyindən asılıdır. Hətta Britaniya hökuməti müsadirə edilərək satılan əmakın pulunun onlarda qalmalı olduğunu iddia edə bilər.

Bu sözləri Axar.az-a hüquqşünas, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Böyük Britaniya hökumətinin Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın var-dövlətinin müsadirə edilməsi təhlükəsi barədə danışarkən deyib. F.Mehdiyev bildirib ki, Azərbaycan hökuməti müsadirə ediən əmlakdan alınan pulun geri veriməsi üçün iddia qaldıra bilər:

" Azərbaycan hökuməti sübut etməlidir ki, həmin əmlaklar Azərbaycandan oğurlanan, mənimsənilən pullar hesabına ərsəyə gəlib. Bu zaman mülki qaydada bir iddia ortaya qoyumalıdır. Təbii ki, Azərbaycanın dövlət olaraq bunu məhkəmədə irəli sürməsinə ehtiyac yoxdur. Hesab edirəm ki, bu, diplomatik kanallarla irəli sürməlidir".

Xatırladaq ki, Böyük Britaniya hökuməti Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya var-dövlətin qeyri-məlum mənbəsi barədə iki order təqdim edib. Lakin Z.Hacıyeva sərvətinin mənbəyini izah etməkdən yenə imtina edib. Britaniya KİV-in yazdığına görə, Z.Hacıyeva maliyyə vəsaitlərinin mənbəyini açıqlamaqdan imtina etməyə davam edərsə, məhkəmə onun əmlakının, o cümlədən Londonun qərbində, Naytsbricdəki dəyəri 11,5 milyon funt sterlinq olan malikanəsinin və Askotdakı dəyəri 10,5 milyon funt sterlinq olan şəhərkənarı qolf klubunun müsadirə edilməsi barədə hökm çıxara bilər.
""Qondarma “mətbuat katibi”nin səsləndirdiyi fikir bizim üçün yeni deyil"Parisdə keçirilmiş danışıqların perspektivləri ilə əlaqədar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səsləndirdiyi bəyanat ümidverici olsa da, biz danışıqlardan daha konkret nəticələr gözləyirik.

Axar.az xəbər verir ki, bu sözləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə bu ilin 16 yanvar tarixində Parisdə keçirilmiş görüşlə bağlı ölkəmizin işğal edilmiş torpaqlarında yaradılmış və özünü qanunsuz rejimin başçısının qondarma “mətbuat katibi” kimi təqdim edən David Babayanın son şərhinə münsibət bildirən Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev deyib.

"David Babayanın səsləndirdiyi “yeni elementlər” və “konkret addımlar qismində tərəflərin dialoqa cəlb edilməsi” fikirlərinə gəldikdə isə biz, Dağlıq Qarabağın azərbaycanlı icması olaraq, daha öncə səsləndirdiyimiz bəyanat və şərhlərdə erməni və azərbaycanlı icmaları arasında konstruktiv dialoqun aparılması və təmasların qurulmasının tərəfdarı kimi çıxış edərək, münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlı tərəf olduğumuzu dəfələrlə bəyan etmişik və buna hazır olduğumuzu bir daha təkrar edirik. Bu baxımdan, qanunsuz rejimin başçısının qondarma “mətbuat katibi”nin səsləndirdiyi fikir bizim üçün yeni deyil. Həmçinin, Babayana bir daha xatırlatmaq istərdim ki, münaqişənin tərəfləri kimi Ermənistan və Azərbaycan, maraqlı tərəfləri qismində isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları müəyyən edilib və bu, ATƏM-in Nazirlər Şurasının 1992-ci ildə Helsinkidə keçirilmiş görüşündə qəbul edilmiş sənədlə təsbit edilib. Ona görə də maraqlı tərəf kimi yalnız Dağlıq Qarabağın erməni icmasından danışmaq və azərbaycanlı icmasını görməzdikdən gəlmək Paris görüşündə səsləndirilmiş bəyanatın ruhuna ziddir və konstruktivlik mühitinin yaradılmasına kömək etmir", - deyə o, qeyd edib.

T.Gəncəliyev vurğulayıb ki, eyni zamanda, 16 yanvar tarixində keçirilmiş Paris görüşü nəticəsində verilmiş bəyanatdan göründüyü kimi, tərəflər arasında nəticəyə yönəlik danışıqların davam etdirilməsi məsələsinə toxunulub:

“Hesab edirik ki, icmalararası dialoq və təmaslar Paris danışıqları zamanı gündəmdə olan hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarının müzakirəsi müstəvisində xüsusi əhəmiyyət kəsb edir. Bir daha vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması tezliklə münaqişənin sülh yolu ilə tənzimlənəcəyinə və erməni icması ilə birgə yaşayışın təmin ediləcəyinə ümid edir".