Qurbanov məğlubiyyətdə hava şəraitini əsas gətidiQurbanov məğlubiyyətdə hava şəraitini əsas gətidi"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Antalyada təlim-məşq toplanışı çərçivəsində Macarıstanın "Uypeşt" klubuna 0:1 hesabı ilə uduzduqları ilk yoxlama oyunundan sonra fikirlərini bildirib.

Qol.az-ın məlumatına görə, o, küləyin hər iki komandaya çox maneə olduğunu söyləyib.

- Oyun necə keçdi?

- Gördüyünüz kimi, külək hər iki komandaya çox əngəl oldu. Ancaq deyərdim ki, çox şeydən razı qaldım. Hansılar ki, məşqlərdə bunun üzərində işləyirdim, futbolçulardan tələb edirdim. Razı qaldığım epizodlar çox oldu. Ancaq texniki səhvlər, bəzi çatışmazlıqlar var. Bu da başadüşüləndir, ilk oyunumuz idi. İnanıram ki, qarşıdakı oyunda daha aktiv, daha mobil, daha çox düşünən bir komanda olacaq.

- Buraxdığınız qol kuryoz oldu...

- Bəli, elə oldu. Standart vəziyyətlərdə belə qollar həmişə olur. Bəzən düşünmədiyin halda qapında top görürsən. Diqqətsizlik deməzdim. Hava şəraiti hər şeyi idarə etməyə maneə olurdu. Ancaq hər bir halda, qol buraxmışıqsa, deməli, hardasa diqqətsizlik olub.

- Əməliyyatdan qayıdan hücumçunuz İnnosent Emeqaranın yoxluğu hələ çoxmu davam edəcək?

- Xeyr. O, komandayla demək olar 2 gündür məşq edirdi. Bir az ehtiyat edirdik. Sabahdan tam olaraq komandayla hazırlığa qoşulacaq. Həkimlərlə məsləhət edəndən sonra yəqin ki, qarşıdakı oyunda 20-30 dəqiqə meydanda olacaq.

- Reynaldonun vəziyyəti necədir? Eşitdiyimizə görə, dizində şiş var...

- Bəli, Antalyada 3-cü məşqdə zədələndi. Sərt mübarizə epizoduna girdilər və onda ciddi zərbə aldı. Hiss olunur ki, dizində şiş var. Ancaq Reynaldo bu gün məşqə başladı. Yəqin ki, sabahdan meydana çıxacaq.

- O da növbəti oyunda meydana çıxacaq?

- Xeyr. Ola bilər ki, iki oyun komandayla olmasın.

- Bu gün Hannes Halldorssona şans tanımadınız. İslandiyalı qapıçınız növbəti oyunlarda olacaq, yoxsa yalnız məşqlərdə çalışacaq?

- İndidən heç nə demək olmaz. Qarşıdakı oyunlara baxacağıq.
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilibMusavat Partiyasının başqanı Arif Hacılı səhhətində ürək-damar sistemi ilə bağlı olan bəzi problemlərə görə Türkiyədə müalicə alır.

Musavat.com bildirir ki, bu haqda Müsavat Partiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Arif Hacılının səhhəti indi normaldır.

Müsavat başqanı yaxın günlərdə Bakıya dönəcək.
Sumqayıtda 24 yaşlı gənc itkin düşdü - FOTOBu barədə polisə itkin düşən gəncin yaxınları məlumat verib.

Sumqayıt şəhərində 24 yaşlı gənc itkin düşüb.

Sumqayıt şəhər sakini, 1995-ci il təvəllüdlü Orxan Xoşbəxt oğlu Əhmədov yaşadığı Yaşıldərə yaşayış massivindəki evindən çıxıb və geri qayıtmayıb.

Bu barədə polisə itkin düşən gəncin yaxınları məlumat verib.

Faktla bağlı Sumqayıt şəhər Polis idarəsinin 1-ci polis bölməsində araşdırma aparılır. (report)
Gürcüstanda azərbaycanlılar “donuz qripi”nə tutulduGürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda “donuz qripi” adlandırılan A (H1N1) virusuna iki yoluxma halı qeydə alınıb.

“Report”un verdiyi xəbərə görə, 59 yaşlı kişi qrip simptomları ilə rayon xəstəxanalarından birinə yerləşdirilib.

Həkimlərin bildirdiyinə görə, həmin şəxsin vəziyyəti ağırdır və o, reanimasiya şöbəsində müalicə olunur.

Kişinin A (H1N1) virusuna yoluxması laboratoriya şəraitində təsdiq olunub.

Marneulidə 39 yaşlı qadının da “donuz qripi” diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi və onun da vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, bu günə qədər Gürcüstanda “donuz qripi”ndən 17 nəfər ölüb
"Azərbaycan və Gürcüstan müstəqil ölkələr olaraq böyük uğurlar qazanıblar"Gürcüstan və Azərbaycan xalqlarının çox oxşar xüsusiyyətləri var. Hər iki xalq 1918-ci ilin mayında müstəqil dövlət qurublar. Müəyyən səbəblərdən bu dövlətlər süqut etsələr də, sonradan - 1980-ci ilin sonları 1990-cı ilin əvvəllərində müstəqillik uğrunda mübarizəyə başlayıblar.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Kvemo Kartli bölgəsinin qubernatorunun müavini Zaur Darğallı söyləyib.

O deyib: “Çox təəssüflər olsun ki, müstəqillik uğrunda mübarizəyə başlayan hər iki xalq bu yolda qurban verməli olub. Hər ilin 9 aprelində gürcü xalqı öz şəhidlərini anır. Azərbaycan xalqı isə 1990-cı ilin Qanlı Yanvar hadisələrindən sonra hər il 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad edir. Bu günlərdə Azərbaycan səfirliyinin təşkilatçılığı ilə Gürcüstanın müxtəlif bölgələrində 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd olunur, şəhidlərin xatirəsi ehtiramla anılır”.

Z.Darğallı bildirib ki, tarixə Qara Yanvar kimi yazılan bu hadisəni Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin parlaq qələbəsi kimi qiymətləndirilməlidir. Azərbaycan xalqı 20 Yanvar hadisələri zamanı göstərdi ki, o, öz müstəqil dövlətini qurmağa qadirdir.

Siyasətçinin sözlərinə görə, Azərbaycan müstəqil dövlət olaraq, bu gün yüksək sürətlə inkişaf edir.

“Bu gün həm Azərbaycan, həm də Gürcüstan müstəqil ölkələr olaraq regionda və dünyada böyük uğurlar qazanıblar. Strateji tərəfdaş olaraq biz birgə bir sıra vacib layihələr həyata keçiririk. İnanıram ki, qurbanlar hesabına qurduğumuz, şəhidlərimizdən bizə miras qalmış Azərbaycan və Gürcüstan dünya birliyində daha böyük nailiyyətlər qazanacaqlar”, – deyə Z.Darğallı vurğulayıb.
Xərçəngin yeni müalicəsi TAPILDI - Alimlər İNANILMAZI BACARDIİsveçrəli alimlər xərçəng xəstəliyi ilə mübarizədə yeni üsulu uğurla sınaqdan keçiriblər.

Publika.az xəbər verir ki, Bazel Universitetində siçanlar üzərində aparılan tədqiqatlar nəticəsində alimlər xərçəng hüceyrələrinin piy hüceyrələrinə çevrilməsinə nail olublar. Bu üsul sayəsində şişlərin metastazlar yaratmasının qarşısı alınıb.

Tədqiqatçı qrupun rəhbəri Qerhard Xristofori əldə olunan nəticələri izah edərkən bildirib ki, bu uğurda yeni hazırlanmış təsir maddələrinin kombinasiyası mühüm rol oynayır. Eyni zamanda, xərçəng hüceyrələrinin yüksək plastik təbiətə malik olması və öz bioloji xarakterini dəyişə bilməsi alimlər üçün mühüm faktorlar olub. Alim qeyd edib ki, qan dövranında hərəkət edən və dəyişkən xassəyə malik xərçəng hüceyrələri sürətlə yayıla bildiyi kimi, digər hüceyrələrə çevrilmə xassəsinə də malikdir. Məhz bu xassəni nəzərə alan alimlər bədxassəli xərçəng hüceyrələrini “yenidən proqramlaşdırmağa” və onların təhlükəsiz piy hüceyrələrinə çevrilməsinə nail olublar. Xərçəng hüceyrələri piy hüceyrələrinə çevrildikdən sonra yayılma dayanıb və hərəkətsiz hala gələn yeni hüceyrələr orqanizm üçün heç bir təhlükə yaratmayıb.

Rosiqlitazon və trametinib adlı iki maddənin kombinasiyasından ibarət preparat siçanlar üzərində uğurla sınaqdan keçirilsə də, onun uzun müddət tədqiqat yolu keçməsi lazım gələcək. Alimlər bildiriblər ki, yeni preparatın əsas üstünlüklərindən biri də xərçəng hüceyrələrinin inkişafını dayandırmaqla yanaşı, eyni zamanda, digər orqanlara mənfi təsir göstərməməsidir. Hazırda döş vəzi xərçənginə qarşı sınaqdan keçirilən yeni mübarizə üsulunun xərçəng xəstəliyinin digər formalarına qarşı da tətbiqi nəzərdə tutulur.
SOCAR 2500-dək neftçini təxliyə etdiHava şəraitinin kəskinləşməsi ilə əlaqədar 2500-dək neftçi təxliyə edilib.

SOCAR-dan bildirilib ki, yanvarın 16-sı saat 18:00-a olan məlumata görə, şirkət yanvarın 17-də hava şəraitinin kəskinləşməsi, dənizdə qasırğanın gözlənilməsi ilə əlaqədar maksimum dərəcədə təhlükəsizlik tədbirləri həyata keçirib. Bütün sahələrdə növbətçilik təşkil olunub, yalnız istehsalat qəzalarının baş verməməsi məqsədilə növbətçilər sahələrdə saxlanılıb. Hava və dəniz nəqliyyatları vasitəsilə ümumilikdə 2500 nəfərədək neftçinin sahilə çıxarılması üçün tədbirlər görülüb.

Gözlənilən qasırğa ilə bağlı bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər maksimum dərəcədə məhdudlaşdırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında bütün sahələrə göstərişlər verilib.

Mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla birgə tədbirlərin həyata keçirilməsi, mövcud vəziyyətin daimi nəzarətdə saxlanılması davam etməkdədir. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-in yanğından mühafizə gəmiləri növbətçilik həyata keçirirlər.

Hava şəraitinin kəskin dəyişməsi və temperaturun aşağı düşməsi ilə əlaqədar olaraq “Azəriqaz” İB-yə və Qaz İxrac İdarəsinə zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verilib.axar.az
Azərbaycana küləklə birlikdə donuz qripi virusu gəlir?Sosial şəbəkələrdə küləklə birlikdə Azərbaycana donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bu barədə Avrasiya.net-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verib.

Qeyd olunub ki, ölkəmizdə bu virus yayılmayıb:

“Ümumtəhsil müəssisələrində dərslərin dayandırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə dəyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqəlidir. Vətəndaşlardan xahiş olunur ki, təxribata uymasınlar. Ölkədə epidimioloji durum tam nəzarət altındadır”.

Qeyd edək ki, “Whatsapp” da yayılan səsyazısında sabah ölkəyə külək vasitəsilə donuz qripinin yayılacağı iddia edilir.

MehmanXana məzhəkəsu uzanırAclıq keçirməmiş insan əsla anlaya bilməz ki, yeməkdən imtina edən adamın şüurunda hansı dəyişikliklər baş verir, o, necə təlatümlər yaşayır və iradəsi necə sınağa çəkilir. Yeməklə bağlı düşüncələr gün ərzində əsas fikrə çevrilir. Az sonra isə aclıq edən adam həbsxana divarlarının o tayındakı insanları əlçatmazlıq qədər uzaqda görür. Belə insan cəmiyyətə, sanki, “oradan” Yerə baxan ölü nəzərləri salır”

Məşhur psixiatr, alman nasistlərinin konslagerinin əsiri olmuş Viktor Frankl belə yazırdı.

Azərbaycanlı bloqer Mehman Hüseynovun da aclıq etdiyi deyilir. Hər halda onun qardaşı, Avropa ilə ABŞ arasında barraj vurub “Qardaşım ölüm ayağındadır!” ifadəsinin ən müxtəlif formada və ahəngdə təkrarlayan Emin Hüseynov belə deyir.

Son günlərdə isə o, qardaşını ukraynalı kinorejissor Oleq Sentsovla müqayisə edir.

Mehman Hüseynovun “süd məhsulları qəbul edərək aclıq aksiyası” keçirdiyini vurğulayan Emin Hüseynovun sözlərinə görə, burada qeyri-adi heç nə yoxdur.

Hər açıqlamasını senzurasız ifadələr, Azərbaycana ünvanlanmış təhqirlərlə müşayiət edən E.Hüseynov son “bəyanat”larından birində söyləyib: “Bu, Azərbaycan hakimiyyəti anlamır aclıq necə olur. Mehman aclıq edir. Süd məhsulları qəbul edir — yemək yemir! Oleq Sentsov da belə aclıq etmişdi”.

O.Sentsovla qardaşını müqayisə edən E.Hüseynov ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı ilə mükalimələrində bu bənzətməni dəfələrlə təkrarlayıb.

“Mehmanın aclıq etmədiyini deyənlər Sentsovun aclığını xatırlasınlar” söyləyən E.Hüseynov əksini düşünənləri “şərəfsiz”, “ləyaqətsiz”, “hakimiyyət yaltaqları” və s. adlandırmaqdan da, sanki, həzz alır.

Hüquq müdafiəçisi olduğunu iddia edən, amma son günlər bu statusunu xaricdəki “müstəqil bloqer”liklərini vurğulayan və küçə lüğətini seçmiş marginalları, siyasət lümpenlərini, Sorosun uşaqlarını təkrarlayan Emin Hüseynov iddialarında haqlı deyil və onun bənzətməsi də elə Mehman Hüseynovun “aclıq aksiyası” təki qüsurludur.

Əslən Ukraynanın Simferopol şəhərindən olan 43 yaşlı rejissor Oleq Sentsov “Avtomaydan” aksiyası zamanı Krımdakı aksiya iştirakçılarına ərzaq daşıyırdı.

2015-ci ildə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində 3 nəfərlə birlikdə saxlanan O.Sentsov Simferopol, Yalta və Sevastopol şəhərlərində terror aktları hazırlamaqda suçlandı. O, 20 il müddətinə azadlıqdan məhrum olundu.

Rusiyanın Yamal yarımadasındakı Labıtnanqi qəsəbəsində yerləşən islah-əmək düşərgəsində cəza çəkən Oleq Sentsov ötən ilin mayın 14-də müddətsiz aclıq aksiyasına başladı. O, özü ilə bahəm, Rusiyada həbs olunmuş 64 ukraynalının təcili azad olunmasını tələb edirdi.

Mayın 28-də Sentsov aclıq aksiyasının formatını dəyişdi, iyulun 19-da isə gündə iki qaşıq qida qarışığı qəbul etməklə aclığı davam etdirdi.

Aclığa başlayandan sonra o, 15 kq arıqlamışdı.

Oktyabrın 5-də, saat 17.23-də O.Sentsov aclıq aksiyasını dayandırdı.

Sentsovun dediyinə görə, “Marçenkonun əməli”ni təkrarlamaq istəyib.

Məşhur sovet dissidenti Anatoli Marçenko tam 117 gün aclıq etmişdi. Sonucda o, məcburi qaydada qida qəbul etdi.

Marçenkodan fərqli olaraq, Oleq Sentsov “Nutridrink” adlı qida qarışığı qəbul edirdi. Bu qarışığın 16 faizi zülallar, 35 faizi yağlar, 49 faizi karbohidratlardan ibarətdir. Yəni tam normal, balanslaşdırılmış qidadır.

Həkimlər bilir ki, sadəcə, “Nutridrink”lə qidalanan insan aylarla yaşaya bilər.

Mehman Hüseynova gəldikdə isə, o, Oleq Sentsov deyil və qida qarışığı yox, süd məhsulları qəbul edir. Yəni süd, yoqurt, qatıq, kefir və s.

Bu isə heç bir halda aclıq aksiyası sayıla bilməz — Sevinc Osmanqızı və Emin Hüseynovun iddialarına, sosial şəbəkələrdə “virtual mübarizə-matəm”ə qatılıb “Mehman Hüseynova azadlıq!” heşteqi ilə fotolar və statuslar paylaşanların qətiyyətli izharlarına rəğmən, aclıq aksiyası sayıla bilməz.

Ölənədək aclıq edən irlandlar

1981-ci ildə Şimali İrlandiyanın paytaxtı Belfastddan 11 km aralıdakı “Meys” həbsxanasında aclıq aksiyası başlanmışdı.

Şimali İrlandiyanın azadlığını tələb edən yarıterrorçu “İrlandiya Respublika Ordusu”nun mənsubu olan Bobbi Sends münaqişə zamanı həbs olunmuş şəxslərə verilən “Special Category Status”un bərpasını tələb edirdi. Britaniya qanunvericiliyi bu statuslu şəxsləri siyasi, yarıhərbi məhbus sayırdı.

1981-ci il martın 1-də Senlsin başladığı aksiyaya martın 15-də daha bir nəfər, martın 22-də isə iki nəfər qatıldı.

Onlar həbsxanada məhbus paltarını geyinməmək, işləməmək, başqa məhbuslarla azad ünsiyyət saxlamaq, həftədə bir məktub, bir görüb və bir baratın alınmasını, bəraət üçün tam hüquq tələb edirdilər.

Həmin dönəmdə Britaniyanın baş naziri olmuş Marqaret Tetçer aclıq aksiyasının iştirakçılarının şərtlərin qəbul etmədi. Aksiya İRA-nın 10 üzvünün ölümü ilə nəticələndi.

Aksiya 1981-ci ilin oktyabrın 3-də başa çatmışdı.

Dünyaya səs salmış “İrland aclığı” aksiyasının iştirakçılarının siyahısı belədir:

1. Bobbi Sends — 66 gün aclıq

2. Frensis Hyuz — 59 gün

3. Reymond MakKriş — 61 gün

4. Petsi O-Hara — 61 gün

5. Co MakDonnell — 61 gün

6. Martin Hörson — 46 gün

7. Kevin Linç — 71 gün

8. Kiran Doherti — 73 gün

9. Tomas MakElvi — 62 gün

10. Maykl Devayn — 60 gün

…. Tələblər uğrunda həyatlarını qurban vermiş bu 10 nəfər nəyə nail oldular? Faktiki olaraq, heç nəyə. Şimali İrlandiya yenə də Britaniyanın tərkibindədir və irlandlar arasında bu vəziyyətdən narazı qalanların sayı çox deyil.

Aksiyaya ciddi reaksiya, sadəcə, İranda olmuşdu. Tehrandakı Uinston Çörçil küçəsinin adını dəyişərək Bobbi Sends xiyabanı etmişdilər.

Britaniyanın səfirliyi bu küçədə yerləşirdi və Dumanlı Albionun diplomatları da binanın əsas giriş qapısını hördülər, yan küçəyə qapı açdılar.

“İrland aclığı” edənlər siyasi aksiya qismində aclıq aksiyasının çox yüksək həddini bəlirlədilər. “Ya öl, ya tələblərinin icrasına nail ol!” şərti ultimatumdur. Əksər hallarda da nəticəsiz qalır.

Mehman Hüseynovun aclığı, gerçəkdən də etiraz aksiyasıdırsa, onda “İrland aclığı” nə idi? Sual ritorik təsir bağışlaya bilər, amma cavabı məlumdur.

2011-ci ildə belaruslu bloqer və “Azadlıq Radiosu”nun jurnalisti Dmitri Qalko da siyasi tələblərlə aclığa başlamışdı. Aksiya 20 gün davam etdi, ona daha bir neçə jurnalist də qatıldı. Amma heç bir nəticə olmadı.

2010-cu ildə kubalı dissident Gilfermo Farinyas da 134 gün davam edən aclıq aksiyası keçirmişdi. O, Kuba həbsxanalarındakı 52 siyasi məhbusun azad olunmasını tələb edirdi.

Aclıq toxluq kimi


Əslinə baxsaq, 1991-ci ildən bəri Azərbaycanda çox aclıq aksiyası olub. Məsələn, hələ sovetlər dönəmində professor Tofiq Qasımov sabiq Dövlət Təhlükəsizliyi Komitəsinin həbsxanasında aclıq aksiyası keçirmişdi.

Sonralar ən müxtəlif şəxslər fərqli, bəzən tragikomik səbəblərdən aclıq aksiyasına əl atmışdılar. Lakin onların total əksəriyyəti siyasi mübarizənin bir növü olan aclıq aksiyasını, ümumiyyətlə, gözdən saldılar.

Çünki bəziləri “Öldü var, döndü yoxdur!” desə də, gizlincə yemək yeyirdi, bəziləri bir-iki gün yataqda uzanıb fotolar çəkdirəndən sonra “ailə üzvlərinin və dostların təkidi ilə” bəhanəsini səsləndirdi, bəziləri isə aclıq aksiyasının fayda verməyəcəyini anlayıb siyasi alverin başqa üsuluna əl atmağı düşündü.

İllər əvvəl “Bu hakimiyyət getməldir!” şüarını hayqıranlardan bir neçəsi “Azadlıq” qəzeti və AXCP-nin qərargahının müştərək binasının birinci mərtəbəsindəki otaqda “aclıq aksiyası yapmaq” qərarına gəlmişdilər.

Müvafiq anturaj da vardı. Divarlarda “X.-a azadlıq!”, “U. dərhal azad olunsun!”, “Z, T və B — sizinləyik!” şüarları, fotolar. Otağın mərkəzində çarpayılarda, yerdə döşəklər, o döşəklərdə balışlara dirsəklənmiş adamlar və jurnalistlər.

Müsahibələr, şüarlar, qətiyyətli və iradəli görkəmdə fotolar.

Gecənin bir aləmində, əl-ayaq çəkiləndən sonra isə həmin “aclıq qəhrəman”larından ikisi binanın çayxanasının sağındakı kiçik otağa çəkilərək yeyirdilər.

Sonra daha iki nəfər.

Bu əllaməçiliyin üstü açılanda qalmaqal qopmasın deyə “ictimaiyyətin, dostların və xaricdəki siyasətçilərin çoxsaylı xahişləri” ilə aksiya dayandırılmışdı.

Həmin fırıldaqçılardan biri günlər sonra söyləmişdi: “Mübarizə aparmaq üçün sağ qalmalıyıq. Ölən adamı 40-cı gün unudurlar. Problemlər elə həll olunmur. Aclıq aksiyasına başlayan hakimiyyətin tələbləri qəbul etməyəcəyi təqdirdə nə edəcəyini özü üçün əvvəlcədən müəyyənləşdirməlidi. Yəni adam özünə bu sualı verməlidi — “Sənin ölümün kiməsə gərəkdirmi?” Əgər ailən varsa, aclıq aksiyası çox təhlükəli məsələdir. Üstəlik, bu aksiya tələblərin icrasını təmin etmir.

Dünya miqyasında isə aclıq aksiyası siyasi tələblərin yerinə yetirilməsi vasitəsi sayılmır artıq. Düzən, şüur və anlam dəyişsə də, Azərbaycan müxalifətinin reallığı dərk formatı hələ də 1990-cu illərin əvvəllərindəki dönəmdən üzübəri çıxa bilmir.

Mehman Hüseynov indi istəsə belə, aksiyasını özbaşına dayandıra bilməz. Səbəblər çox bəsitdir.

Əvvəla, Mehman Hüseynovun “aclıq aksiyası”na başlamazdan əvvəl yayılmış bəyanatına fikir verin. Bu gənc bloqerə xas ifadələrdən, stildən tam fərqli cümlələr.

Fərqi hiss edənlər ciddi yanlışlığa yol verdiklərini anlayanda tələsik “Bu uşaq nə tez böyüdü belə!” yazaraq sosial şəbəkələrdə belə rəy yaratmağa çalışdılar ki, Mehman Hüseynov çox dəyişib və bu səbəbdən də bəyanatdakı cümlələr, ifadələr və söz birləşmələri yad təsir bağışlamamalıdır.

Aksiyanın ilk günündən prosesin ABŞ-dakı “Milli Demokratiya Fondu”nun (The National Endowment for Democracy, NED) tam nəzarətində olması da təsadüf deyil.

Vaşinqtonda mətbuat konfransının keçirilməsi, orada Emin Hüseynovla Sevinc Osmanqızının “benefis” təşkil etmələri, daha sonra prosesə “Beynəlxalq Amnistiya”nın qatılması — bütün bunlar əvvəlcədən hazırlanmış incə gedişli ssenarinin tərkib hissələri idi.

Və ən nəhayət, “Mehman Hüseynov azadlıq” çağırışlı heşteqlərin sosial şəbəkələrdə “trend” statusuna malik olması üçün şəbəkələşmiş təşkilatların pullu reklamlardan da istifadə etməsi baş verənlərin Bakıya aşkar təzyiq vasitəsi olduğunu göstərir.

Mehman Hüseynov gəncdir, siyasi prosesləri əsla anlamayan, özü ilə bağlı ölkədəki “əsl demokrat”larla ölkə xaricindəki bəlli təşkilatların birgə intriqasının incəliklərinə vaqif olmayan şəxsdir.

Onun azadlığa çıxmasını istəyirik, amma Mehman onun azadlığını siyasi alver və maliyyə mənbəyinə çevirənlərdən azad olacaqmı?

Öz əlindədir…
MehmanXana məzhəkəsu uzanır
MehmanXana məzhəkəsu uzanır

Elçin Alıoğlu
Şok olay! "Arvadım çılpaq fotolarını kişilərə göndərir, onu boşaya bilmirəm" deyən kişi kömək istədiTürkiyənin Dənizli vilayətində arvadından ayrılmaq istəyən ər məhkəməyə müraciət edib. 30 yaşlı E.K adlı şəxsin iddiası media tərəfindən böyük müzakirələrə səbəb olub.O, arvadı haqqında fahişəlik etdiyi iddiası ilə məhkəməyə müraciət edib.

Məhkəmə sənədlərindən məlum olub ki, 25 yaşlı N.K adlı qadın fiziki qüsurlu uşağını götürərək evi tərk edib. Daha sonra uşağı küçənin mərkəzində qoyaraq fahişəlik xidməti göstərilən məkana gedib.

Arvadından şübhələnən kişi sosial şəbəkələrdə "arvadımın qaldığı evə çoxsayda kişilər girib-çıxırdı.Buna görə də onun fahişəliklə məşğul olduğundan şübhələndim. Məhkəməyə müraciət etmişəm,araşdırılır", deyərək keçmiş arvadı ilə fotosunu paylaşıb.

Daha sonra o arvadı ilə ayrılma səbəbinə də aydınlıq gətirib.

"Maddi imkanım zəif olduğundan arvadımın da işləməsini istədim. Bunu eşitdikdən sonra arvadım mənə "özünə işləyən həyat yoldaşı taparsan", deyib evi tərk etdi" ifadəsini deyib.

Məhkəmədə ifadə verən keçmiş ər arvadı haqqında inanılmaz fikirlər səsləndirib. Onun sözlərinə görə, arvadının bank hesabında xeyli miqdarda pul var.

"Arvadım çılpaq fotolarını kişilərə göndərir. Onlarla pul qarşılğında görüşdükdən sonra qazandığı pulları bank hesabına yatırır.Bunu sübut edən faktları keçmiş arvadımla münasibətdə olan kişilər mənə təqdim edib", deyə ər məhkəmədə bildirib.

Pulu olmadığı üçün arvadını boşaya bilmir...

Arvadından boşanmaq istəsə də, buna nail ola bilməyib. Səbəbsə arvadının ondan 10 min Tl pul istəməsi olub. Pulu verə bilmədiyi üçün bu günə qədər arvadından boşana bilməyən ər sosial media vasitəsi ilə insnalardan kömək istəyib.

Femida.az