Tural Mirzəliyevin işdən çıxardığı şəhid qardaşı: “Mənə rüşvət təklif etdi...”“Mirzəliyevin özü ilə gətirdiyi müavini Gülşən mənə dedi ki, biz şəhid ailəsi tanımırıq”.

Bu fikirləri Yenicag.az-a müraciət edərək, Bakı şəhəri, Nizami rayonu 220 saylı məktəb-liseyin direktoru Tural Mirzəliyevin işdən çıxardığı şəhid qardaşı Sadıqov David deyib.

Şəhid qardaşının sözlərinə görə, onun işdən azad edilməsinə səbəb məktəb direktorunun ona rüşvət təklif etməsi olub:

“Məktəbdə texniki işçi – ocaqçı idim. Digər texniki işçilər üçün yer boş idi. Mənə ayda 120 manat pul təklif etdilər ki, onların işini də mən görüm. Mən isə bildirdim ki, əgər o işlər mənə həvalə olunursa, bu məsələ qayda-qanunla sənədləşdirilsin.

Tural Mirzəliyev isə mənə dedi ki, rəsmi işçi kimi qeydiyyata ala bilmərik, ancaq o işləri görrmək üçün sənə ayda 120 manat pul verə bilərik. Onun mənə təklif etdiyi rüşvətin mənbəyini bilirdim.

Yəni məktəbdə müəllimlər repetitorluq edirdilər və buna görə onlardan rüşvət alınırdı. Mənə təklif olunan pulu da toplanan həmin rüşvət hesabına verərək, elektirik, santexnik işlərini gördürmək istəyirdilər.

Məni hədələyərək dedi ki, əgər istəməsən, səni xüsusi maddə ilə işdən uzaqlaşdıracam. Mən də ona dedim ki, şəhid ailəsiyəm, siz bilmirsiz ki, şəhid ailəsinə necə münasibət bəsləyirlər?

Tural Mirzəliyevin özü ilə gətirdiyi müavini Gülşən mənə dedi ki, biz şəhid ailəsi tanımırıq. Bu sözlərdən elə vəziyyətə düşdüm ki, mənə qarşı haqsızlıq edildiyi barədə heç bir qruma müraciət etmədim”.

Sadıqov iddia edir ki, Tural Mirzəliyev məktəbdə işləyən müəllimlərdən rüşvət yığır:

“Orada işləyəndə müəllimlərdən eşitmişəm ki, Tural Mirzəliyev böyük siniflərdə dərs deyən müəllimlərin hər birindən 100 manat rüşvət alır”.

Sadıqov daha sonra Tural Mirzəliyevin məktəbdə işləyən bəzi qadın müəllimlərə qarşı yolverilməz davranışı haqda da danışıb:

“Məktəbdə rəqs müəllimi var idi. O, rəqs dərslərində şagirlərlə birlikdə uyğun geyimlərdə olurdular. Rəqs geyimində olduqlarını deyən müəllimin etirazına baxmayaraq, Tural Mirzəliyev bir neçə dəfə rəqs dərslərini izləyib.

Sonucu dəfə isə həmin müəllim Tural Mirzəliyevi sərt şəkildə təhqir edərək, işdən çıxdı. Camaat övladını məktəbə etibar edir, direktor isə rəqs geyimində olan uşaqları izləyir. Bu, heç bir əxlaqa sığmır”.

Məktəb direktorunun qanunsuz işlər gördüyünü deyən şəhid qardaşının sözlərinə görə, o, müəllimlərin öz istəkləri ilə işdən çıxmalarına nail olmaq üçün onları bezdirirdi:

“Tural Mirzəliyev qəsdən müəllimləri bezdirirdi ki, işdən çıxsınlar, onların yerinə isə öz adamlarını gətirib qoysun”.
Rusiyanın dünya çempionunu öldürən azərbaycanlıdan SON XƏBƏR - VİDEORusiyanın Xabarovsk şəhərində pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçevi öldürməkdə günahlandırılan Anar Allahverənov 19 il azadlıqdan məhrum edilə bilər.

Publika.az xəbər verir ki, bu haqda “Gazeta.ru” saytı yazıb.

Xatırladaq ki, 2017-ci il avqustun 20-də Xabarovsk şəhərində kafelərindən birinin qarşısında Anar Allahverənov rusiyalı dünya çempionu ilə dava zamanı ona öldürücü zərbələr endirib. Təcili yardım Draçevi xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Anar hadisədən sonra qaçıb. Federal və İnterpolun axtarışına verilən Allahverənov sentyabrın 18-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Xabarovsk diyarı üzrə idarəsinə təslim olub
“Ermənistanı sülhə və barışa dəvət edirik” - Əli Həsənov"Biz sülh və qarşılıqlı inkişaf naminə bütün dövlətlərlə əməkdaşlığa açığıq".

“Azərbaycan və Türkiyə arasındakı iş birliyi, nə qonşu, nə də başqa ölkələri təhdid edir. Biz sülh və qarşılıqlı inkişaf naminə bütün dövlətlərlə əməkdaşlığa açığıq”.

Bunu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyənin Anadolu Agentliyinə müsahibəsində deyib. O, bildirib ki, Ermənistan hakimiyyəti işğalçı siyasəti və Türkiyəyə qarşı əsassız iddiaları ilə öz xalqını təhdid edir: “Əgər Ermənistan sülh, Azərbaycan və Türkiyənin birlikdə etdiyi milli və beynəlxalq layihələrə qatılmaq istəyirsə, buyursun, işğal etdiyi topraqlardan çəkilsin. Sülhün tələb etdiyi şərtləri və hüququn tələblərini yerinə yetirsin. Biz Ermənistanı sülhə və barışa dəvət edirik”.

Ə. Həsənov xatırladıb ki, Heydər Əliyev Azərbaycanın Xəzər dənizindəki təbii qaz və neft yataqlarının istismarı zamanı Türkiyəni “iki dövlət bir millət” prinsipiylə hərəkət edərək layihələrdən kənar qoymadı: “Sözügedən layihələrin Bakı-Tiflis-Ceyhan boru xətti üzərindən dünyaya açıldığını bəyan etdi. Heydər Əliyev Türkiyənin bundan faydalanması üçün böyük mübarizə apardı. Biz istəyirik ki, bizi hər zaman dəstəkləyən, çətin günlərimizdə yanımızda olan Türkiyə olsun. Ona görə də Türkiyə ilə böyük proyektləri bir millətin iki dövləti kimi edirik. Star neft emalı zavodu, Petkim də, həmçinin bundan sonra həyata keçiriləcək layihələrdə Azərbaycanın mövcud zənginliyindən Türk xalqının faydalanmasını istəyirik. Türkiyədə iş yerləri açıb rifah gətirmək istəyirik. Çünki biz eyni şeyləri Türkiyədən də görürük. Türkiyə hər zaman Azərbaycanın yanındadır”.

Azərbaycan və Türkiyə arasında ticarət-iqtisadiyyat əlaqələrinə də toxunan Həsənov bildirib ki, hazırki mövcud potensial yetərli deyil: “Dövlətlərimizin milli vəzifəsi var. Xalqlarımızın təhlükəsizliyini təmin etmək və yüksək inkişaf yolunda işləmələrinə davam etdirmək”.

Ə. Həsənov həmçinin Türkiyənin Suriyada yaşanan insanlıq dramına səssiz qalmadığını da ifadə edib: “Türkiyə həmin insanlara kömək etdi. Fələstində yaşanan hadisələrə Türkiyə və Azərbaycan olaraq yardım edirik. Birlikdə həyata keçirdiyimiz layihələr də milli vəzifəmizin bir hissəsidir. Çünki bu işlər bütün insanların rifahı üçündür.

Dünyada baş verən böhranlara səssiz qalmayacağıq. Sivil dünyanın bir parçası və iştirakçısı olaraq Türkiyə və Azərbaycan böhranları yaradan səbəblərin aradan qalxması üçün çalışır”.
"Hadi Rəcəbli dövlətin pulunu altına yığıb belə danışır""Hadı Rəcəbli kimi millətin əleyhinə səs verən adamların, vaxtilə Heydər Əliyevə xəyanət edən və sonra H.Əliyevi ələ salan insanların vasitəsi ilə gəlib Milli Məclisdə komitə sədri olması bu dövləti sevmək deyil”.

Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Milli Məclisin ötən iclasında yaşayış minimumu və ehtiyac meyarı haqqında qanun layihələrinin müzakirəsi zamanı Hadı Rəcəblinin 143 manatla bir ay normal yaşamağın mümkün olduğunu deməsinə münasibət bildirərkən deyib:

"Hadı Rəcəbli kimi vaxtilə Azərbaycanın müstəqilliyinin əleyhinə səs verən adamlar istəyir ki, insanlarda dövlətə qarşı kin-küdurət yaratsınlar. Bu, onların bir nömrəli məqsədidir. Onlar heç vaxt dövlətə xidmət etmək istəmirlər. Hadı Rəcəblidən soruşmaq lazımdır ki, onu bir toya dəvət edəndə nə qədər pul yazdırır. Hələ bunun yas yeri - filan var. Onun bir gündə yeməyinə çəkdiyi xərc nə qədərdir. Hadı Rəcəblinin bu dövlətə, xalqa xidməti nə olub ki, Lənkəranda özünün heykəlini qoydurub. Bu gün orda mollaları öyrədib dövlət başçısının üzərinə qaldırırlar. Ona görə də H.Rəcəbli kimi millətin əleyhinə səs verən adamların, vaxtilə Heydər Əliyevə xəyanət edən və sonra H.Əliyevi ələ salan insanların vasitəsi ilə gəlib Milli Məclisdə komitə sədri olması bu dövləti sevmək deyil. H.Rəcəbli bilməlidir ki, dediyi 143 manat bir adamın bir gün normal yaşayışını təmin etmir. Əgər onun özü və yaxınları dediyi məbləğlə yaşaya bilirsə, biz buna etiraz etmirik. Biz yarı ac, yarı tox yaşayan adamlarıq. Səhər heç yemirəm, günortda da bir-iki manatlıq nəsə alıb yeyirik. Bizim ailələrimiz də bu şəraitdə yaşayır. Amma çox təəssüf ki, biz Azərbaycanın müstəqilliyini qazanıb və gətirib bu cür (yolverilməz ifadə)lərin əlinə verdik. Bizi "yandıran” budur.

Acınacaqlısı odur ki, Azərbaycanın müstəqilliyinin əleyhinə səs verən insanlar ölkədə "Şah” kimi yaşayır, amma bu da müvəqqətidir. Zaman özü hər şeyi həll edəcək, haqq-ədalət bərpa olunandan sonra Hadı Rəcəblilər xalq tərəfindən dar ağacından asılacaq. Buna çox az vaxt qalıb. Ona görə də H.Rəcəblinin fikirlərinı sərt qınayıram. Düzdü, dəfələrlə müəyyən adamlar vasitəsi ilə mənə sifariş göndərərək deyib ki, məndən nə istəyir. Mən H.Rəcəblidən vicdan, qeyrət və namusdan başqa heç nə istəmirəm. H.Rəcəbli dediyi məbləğlə dolana bilirsə, onun detallarını açıqlasın. Bu gün sağımız-solumuz düşmənlərimizdir. Bunlar belə fikirlər səsləndirməklə kimlərə xidmət edirlər, biz bunu bilməliyik”.

H.Hacıyev ay ərzində bir ailəyə yaşamaq üçün beş min manata qədər pul lazım olduğunu bildirib:

"Bizdə övladlarım ayrı yaşayır. Ay ərzində yeməyim iki min manat pul tutur, amma onu alıb yeyə bilmirik. Dilənçi vəziyyətində yaşayırıq. Normal yaşamaq üçün 3 min və ya beş min manat pul lazımdır. Biz də insanıq axı. Hər ay on toya çağırılsan və hərəsinə də 100 manat yazdırsan min manat pul edir. Allah heç kimə qismət eləməsin o qədər də yas mərasimlərinə çağırılsIn, o da xeyli pul edir. H.Rəcəbli indi dövlətin pulunu altına yığıb belə danışır. Düşünürəm ki, bu cür insanları xalqımız "top atəşinə” tutmalıdır. Bizim millət unutqan millətdir, millətin xeyrinə danışan, xalq üçün ömrünü "şam kimi əridən” insanlar ehtiyac içində yaşayırlar”.

H.Hacıyev şəhid ailələrinə verilən 11 min manat kompensasiyanı da verə bilmədiyimizdən şikayətlənib:

"Bu gün şəhid ailələrimiz küçələrdə övladlarına veriləcək pulu ala bilmirlərsə, biz hansı kişilikdən danışırıq?! Şəxsən mən partiya sədri və siyasətçi olduğuma görə özümə nifrət edirəm. Dörd dəfə ölkədə prezidentliyə namizəd olan bir şəxs kimi yanıma yüzlərlə şəhid ailələri gəlir, amma biz onların pulunu verə bilmirik. H.Rəcəblinin nəvələri bu gün eyş-işrət işində yaşayır. Milləti bu cür ələ salmaq olmaz axı, nə vaxtsa bizdən bunun hesabını soracaqlar. Xalq bizi daşqalaq edəndə soruşacaq ki, Hafiz Hacıyev, bütün bunları gördüyünə görə niyə susurdun?! Ona görə də ortaya çox ciddi mövqe qoymalıyıq. H.Rəcəblini xeyirdə-şərdə görəndə dediyi sözlərə görə ondan cavab tələb etməliyik. Azərbaycan dövlətinin əleyhinə işləyən adamlara qarşı kəskin mövqe ortaya qoymaq lazımdır. Xalqımdan onu istəyirəm ki, öz haqları uğurunda mübarizə apararkən fəal olsunlar”.
''Lotu Quli''nin ailəsində üç gün üç gecə toy oldu - Məşhurlar pulsuz oxudu (VİDEO)Azərbaycanlı ''qanuni oğru'' ''Lotu Quli''nin ailəsində toy mərasimi baş tutub.

Avrasiya.net xəbər verir ki, unikal.org həmin toyla bağlı maraqlı təfərrüatlar əldə edib. Belə ki, Nadir Səlifovun bacısı qızının Gürcüstanda möhtəşəm toy məclisikeçirilib.

''Lotu Quli''nin bacısı qızı Rusiyada tanınmış azərbaycanlı iş adamı Zakir müəllimin oğlu Samir bəylə ailə həyatı qurub.

Bu toydan öncə Bakıda dəbdəbəli nişan və toy mərasimi olub. Tbilisinin ən məşhur şadlıq saraylarının birində keçirilən toyda tanınmış müğənnilər Ədalət Şükürov, Samir Piriyev, Nazənin, Rüfət Axundov, Bahar Lətifqızı, Şəbnəm Tovuzlu, İbrahim Borçalı, Türkan Vəlizadə, meyxanaçılar Namiq Qaraçuxulu, Vasif Əzimov, Pərviz Bülbülə və tanınmış şairə Nazilə Səfərli iştirak edib.

Adıçəkilən sənət adamları ''Lotu Quli'' kimi tanınan azərbaycanlı ''qanuni oğru'' Nadir Səlifova hörmət əlaməti olaraq bu toyda təmənnasız iştirak ediblər.

Gürcüstanda keçirilən toyda ''qanuni oğru'' ''Lotu Quli''nin də iştirak etdiyi bildirilir. Şadlıq sarayının toy keçirilən zalında onun üçün xüsusi stol hazırlandığı bildirilir.

Toyda şairə Nazilə Səfərlinin onun anasına yazdığı "Həccə gedən gözəl anam" şeiri və mahnısı səsləndirilib. Müğənni Şəbnəm Tovuzlu həmin mahnını səsləndirərkən Hacı xanım sənət adamlarına nəmər verib. Bundan sonra digər ziyafət iştirakçıları sənət adamlarını pul yağışına tutublar.
“Paşinyanı çətin günlər gözləyir”“Ermənistanda növbədənkənar parlament seçkiləri ilə bağlı təbliğat kampaniyası başlayıb. Bu proses 12 gün çəkəcək. Yəni dekabr ayının 9-da seçkilərdir. 9 partiya və 2 blok, onların biri də Paşinyanın rəhbərliyi ilə seçkiyə gedir. Odur ki, bu günlərdə Ermənistanda çox gərgin bir vəziyyət hökm sürür”.

Politoloq Arzu Nağıyev bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Ekspert Ermənistanın baş nazir əvəzinin manevrlərinə də diqqət çəkdi: “Paşinyan çalışır ki, ”Sasna tser" radikal qruplaşması da partiya kimi seçkilərdə iştirak etsin və bu, belə də olacaq. O çalışır ki, bu radikal millətçilər vasitəsilə Dağlıq Qarabağda da “hakimiyyəti” dəyişdirsin. Bununla əlaqədar artıq Los-Ancelesdə 11 milyon dollara yaxın vəsait də toplanıb. Bundan başqa, Paşinyanın rəhbər olduğu “Mənim addımım” bloku da seçkilər üçün 500 min dollara yaxın vəsait toplamağa nail olub. Anti-Rusiya təbliğatından başlayan mitinqlər də davam etməkdədir və regionda yaranmış kritik vəziyyət də bu təbliğatı daha da aktuallaşdırıb. Həmçinin Ukraynada, Rusiyanın cənub bölgələrində baş verən proseslər də öz təsirini göstərir. Bir sıra müşahidəçilərin verdiyi proqnozlara görə, hazırda seçki keçirilsə, Paşinyan və onun təmsilçiləri təxminən 65 faiz səs toplaya bilərlər. Digər partiyalar isə 10 faizli baryeri belə keçmək iqtidarında deyillər".

A.Nağıyevin fikrincə, belə proqnozların olmasına baxmayaraq, gərginlik hər an öz pik həddinə çata bilər: “Çünki Qarabağ klanı da başa düşür ki, onların sonudur və tam şəkildə müqavimət göstərəcəklər və bu, hətta silahlı qarşıdurmaya da gətirib çıxara bilər. Paşinyan bu gün demək olar ki, əsasən mitinqçilərdən istifadə edir və hakimiyyətin də bütün imkanlarını səfərbər edib. Məlumdur ki, Rusiya ilə razılaşdırılmış ssenari ilə yanaşı, Qərblə, o cümlədən ABŞ-la müəyyən separat danışıqlara gedilib. Ona görə də Paşinyan tam arxayın olmasa da, mitinq siyasətinə və güc strukturlarına daha çox güvənir. Buna görə də o, seçkilərdə qalib gələcəyinə əmindir, lakin seçkisonrası gərginlikləri tənzimləmək onun üçün həddən artıq çətin olacaq. Radikallar Rusiya bazarlarının çıxarılmasından tutmuş, Dağlıq Qarabağ və digər sosial-iqtisadi məsələlərin də həllini tələb edəcəklər. Bu isə Paşinyanın gücündə olan məsələ deyil. O zaman artıq ən böyük gərginliklər yaşanacaq. Bu gün mitinqlərdə çaxır içən Paşinyan hələ ki eyforiyadadır”.
Hadi Rəcəbli haqqında yazılanlara CAVAB VERDİ: “Mən belə söz deməmişəm”Sosial şəbəkələrdə və bəzi saytlarda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin adından tirajlanan bir xəbər geniş müzakirələrə səbəb olub. İddia olunur ki, Milli Məclisin son iclasında yaşayış minimumu və ehtiyac meyarı haqqında qanun layihələrinin müzakirəsi zamanı H.Rəcəbli gələn il üçün yaşayış minimumunun 143 manat səviyyəsində müəyyənləşdirilməsini normal qiymətləndirib. Və deyib ki, “143 manata bir ay normal yaşamaq olar”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Modern.az saytına açıqlamasında bu dəfə də onun adından yayılan məlumatın həqiqəti əks etdirmədiyini vurğulayıb:

“Yəqin ki, həmin iclası izləyən parlament jurnalistləri də təsdiqləyər ki, mən belə bir söz deməmişəm. Mən söyləməmişəm ki, 143 manat ehtiyac meyarı ay ərzində insana bəs edir. Demişəm ki, 2019-cu il üçün nəzərdə tutulan ehtiyac meyarı ötən ildəkindən 13 manat çoxdur. Bu da 17 min ailə üçün yenidən ünvanlı yardım almaq imkanı yaradacaq və yaxşı haldır. Mən deməmişəm ki, 143 manat insanların dolanışığına bəs edir. Belə bir söz deməmişəm. Bir öyrənin daha sonra yazın da... Ehtiyac meyarının həddi onun üçündür ki, ünvanlı sosial yardım müəyyənləşdirilən zaman bu rəqəm əsas götürülsün”.

Hadi Rəcəbli sosial şəbəkələrdə onu ittiham edənləri vicdanlı olmağa çağırıb.
Arvadını bıçaqlayan alimə iş kəsildiHakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Azər Qədirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A. Qədirov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə hökm çıxararkən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışığını nəzərə alıb.

İttihama görə, A.Qədirov münaqişə zəminində həyat yoldaşı Aidə Qədirovanı boynundan bıçaqlayıb. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.

Xatırladaq ki, A.Qədirov Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib və fizika-riyaziyyat elmləri namizədidir, dosentdir.

O, AMEA Geologiya və Geofizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb.(oxu.az)
Balanslaşdırılmış daxili və xarici siyasət bizi yeni qələbələrə doğru ruhlandırmaqdadır
Hikmət Şikarov
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri


Azərbaycan kifayət qədər mürəkkəb və strateji əhəmiyyətli regionda yerləşdiyinə görə xarici siyasət kursunu müəyyənləşdirərkən, bir tərəfdən öz milli maraqlarını qorumaq, bölgənin aparıcı dövləti statusunu möhkəmlətmək, digər tərəfdən, bölgədə maraqları olan bütün dövlətlərlə, eləcə də qonşu dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamaq və genişləndirmək kriteriyalarından çıxış edir. Bu baxımdan Azərbaycan dövlətinin xarici siyasətinin əsasını balanslaşdırılmış siyasət, müstəqilliyimizin beynəlxalq dayaqlarını daha da möhkəmləndirməyə istiqamətlənmiş qlobal layihələrin həyata keçirilməsi təşkil edir. Uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünya dövlətləri ilə yaxın münasibətlər qurub. Tam əminliklə deyə bilərik ki, Azərbaycan bütün ölkələrlə qarşılıqlı anlaşma, hörmət və heç bir dövlətin daxili işlərinə qarışmadan və bütün dünyada qəbul edilmiş demokratik prinsiplərə əsaslanan müstəqil siyasət həyata keçirir.

Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Belarusiyaya və Türkmənistana rəsmi səfərləri ölkələrimiz arasında münasibətlərin daha da inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Artıq beşinci dəfədir ki, Azərbaycan Prezidenti İlham Əliyev Belarusa səfər edir. Təbii ki, bu münasibətlərin əsasını hər şeydən öncə dövlət başçılarının səmimi dostluq münasibətləri şərtləndirir. Prezidentlər arasında bütün görüşlərdə olduğu kimi, sonuncu görüş zamanı da hər iki dövlət başçısı Azərbaycan-Belarus əlaqələrinin daha da inkişaf etdirilməsi üçün imkanların mövcudluğunu vurğuladılar. Tərəflər arasında doqquz vacib sənəd, ən əsası isə Azərbaycan Prezidenti və Belarus Prezidentinin birgə bəyanatı imzalandı. Xüsusilə qeyd etmək lazımdır ki, bəyanatın altıncı bəndində Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT TŞ-nın məlum qətnamələri və beynəlxalq hüquq normaları əsasında tənzimlənməsinın aydın şəkildə ifadə olunması bir daha göstərdi ki, Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır və hər iki dövlət istər ikitərəfli münasibətlər sistemində, istərsə də beynəlxalq arenada biri-birini səmimi və ciddi şəkildə dəstəkləyirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana birgünlük səfəri çərçivəsində hər iki ölkə arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında, 2019-2021-ci illər üçün elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair, keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə, eyni zamanda hər iki ölkənin Elmlər Akademiyaları arasında sənədlərin imzalanması hər iki dövlətin gələcək münasibətlərin inkişafında maraqlı olduğunu göstərdi.

Bu səfərlər bir daha onu göstərir ki, Cənab Prezidentin başçılığı ilə Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu daxili və balanslaşdırılmış xarici siyasət dünyada hörmətlə qarşılanaraq, həm regional, həm də beynəlxalq müstəvidə mövqeyimizin möhkəmlənməsini daha da sürətləndirərək bizi yeni-yeni qələbələrə doğru ruhlandırmaqdadır.