Jurnalist Əfqan Sadıqov saxlanıldıJurnalist Əfqan Sadıqov Səbail Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 30 günlük həbs edilib. Avrasiya.net Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova məlumat verib.

Məlumata görə, Əfqan Sadıqov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə tabe olmama) maddəsi ilə təqsirli bilinib.
"Heydər Əliyev bizim xalqa kömək etdi, kömək əlini uzatdı"Möhtərəm İlham Heydər oğlu, dəvətə və bizə vaxt ayırdığınıza görə sağ olun. Fürsətdən istifadə edərək, Sizi yenidən xalqın etimadı ilə Prezident seçilməyiniz münasibətilə bir daha təbrik etmək istərdik.

Avrasiya.net xəbər verir ki, bunu Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə bildirib.

“Siz təkcə Azərbaycanda deyil, bütövlükdə müsəlmanlar üçün xeyirxah işlər görürsünüz. Biz Sizin qardaşlıq münasibətləri qurduğunuzu, konfranslar keçirdiyinizi, təkcə dini liderləri deyil, bizim regionların rəhbərliyini də qəbul etdiyinizi və yalnız müsəlmanları deyil, bütün konfessiyaları birləşdirdiyinizi görürük. Bu, çox qiymətlidir. Buna görə də bunu həm Azərbaycan xalqı, həm də bütün Qafqaz xalqları görür. Bizimlə görüşə vaxt ayırdığınız üçün çox şadam. Şadam ki, bizim qardaşlıq və dostluq münasibətlərimiz var. İndi mədəni, idman və digər sahələrdə münasibətləri inkişaf etdiririk. Ən əsası isə qardaşlıq münasibətləridir. Çünki xatırlamaya bilmərəm, ən çətin illərdə Prezident Heydər Əliyev bizim xalqa kömək etdi, kömək əlini uzatdı və sonadək kömək etdi, bizi dəstəklədi. Biz bunu heç vaxt unutmayacağıq. Buna görə, biz hörmətli Heydər Əliyevin xatirəsinə bağ salmışıq. Onun açılışında əziz, böyük qardaşımızın iştirakını gözləyirik. Əgər Siz imkan tapıb Çeçenistan Respublikasına gələ bilsəniz bu, bizim üçün həm siyasi, həm qardaşlıq, həm də insani cəhətdən çox mühüm olacaq. Bizi dəvət etdiyinizə, bizə vaxt ayırdığınıza, bütün müsəlmanlar və Qafqaz, xüsusən bizim region üçün hər şey etdiyinizə görə bir daha “Çox sağ olun” demək istəyirəm”.
İlham Əliyev icra başçısını təltif etdiNoyabrın 28-də Mahir Quliyevin 60 yaşı tamam olacaq.

Mahir Hacı oğlu Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, M.Quliyev Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısıdır və noyabrın 28-də 60 yaşı tamam olacaq.
Bərdədə kütləvi dava: 4 nəfər bıçaqlandı - FOTOLAROnların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Bərdə rayonunda kütləvi dava baş verib.

Hadisə rayonun Lək kəndi yaxınlığındakı meşədə qeydə alınıb.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Bərdə rayon Qaradəmirçi kənd sakinləri Nurlan, Sərxan və Orxan Əlikram oğlu Ramazanov qardaşları və onların yaxın dostu Elnur Dəmir oğlu Qurbanov kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralıların ikisi Reanimasiya, digər ikisi isə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Bərdə rayon Polis şöbəsində əməliyyat qrupu yaradılıb, hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Araşdırma aparılır. (report)
Bərdədə kütləvi dava: 4 nəfər bıçaqlandı - FOTOLAR
David Şahnazaryan: “Paşinyan Ermənistanı Qarabağ məsələsində güzəştlərə hazırlayır”Nikol Paşinyan Qarabağ məsələsi üzrə güzəştlər hesabına xaricdən legitimlik dəstəyi almağa səy göstərəcək. Bunu Ermənistan Respublikaçılar Partiyasının proporsional siyahısında yer almış David Şahnazaryan jurnalistlərə bildirib.

Əvvəllər Şahnazaryan və hazırkı baş nazirin vəzifələrini icra edən Nikol Paşinyan müxalifət barrikadalarının eyni tərəfində idilər. Hazırda Şahnazaryan əvvəllər tənqid etdiyi ERP-in siyahısındadır və Paşinyanın ən sərt tənqidçilərindən biridir.

Paşinyanın silahdaşı – Qarabağ müharibəsi “veteranı” Sasun Mikaelyanın qalmaqallı bəyanatını şərh edərkən Şahnazaryan ehtimal edib ki, bununla hakimiyyət Qarabağ məsələsində güzəştlər üçün zəmin hazırlayır. Bu halda Mikaelyanın sözləri “torpağın möhkəmliyini yoxlamaq” cəhdidir.

O hesab edir ki, Paşinyan Qarabağ məsələsi üzrə güzəştlər hesabına xaricdən legitimlik dəstəyi almağa səy göstərəcək.

“Orduya məqsədyönlü hücumlar, onu gözdən salmaq cəhdləri də elə bu qəbildəndir. Zabitlərin həbsi, hərbçilərə qarşı çoxsaylı cinayət işləri Silahlı Qüvvələrin obrazının qaralanmasına yönəldilib”, - ERP siyahısında yer alan Şahnazaryan qeyd edib.

David Şahnazaryan eyni zamanda hakimiyyəti amnistiya qərarına görə tənqid edib. Xatırladaq ki, həmin qərarla “Sasna Tsrer” silahlı qruplaşmasının üzvləri azadlığa çıxıb və hazırda partiya yaradıblar. Şahnazaryanın fikrincə, bu qrupun üzvlərinin atəş açdığı polis əməkdaşları üçün bundan böyük rəzaləti düşünmək çətindir.

Qeyd edək ki, daha öncə seçkiqabağı mitinqdə Sasun Mikaelyan bildirib ki, apreldə baş vermiş “məxməri inqilab” Qarabağ müharibəsində qazanılmış qələbədən daha vacibdir. Bu çıxışdan sonra Paşinyan etiraf edib ki, ifadə uğursuz formalaşdırılıb və üzr istəməyə hazırdır.
Deputatlarımız İrəvanda QDİƏT PA-nın sessiyasında - FOTOLARMilli Məclisin deputatları QDİƏT Parlament Məclisinin İrəvanda keçirilən 52-ci Plenar Sessiyasında iştirak edirlər.

İrəvanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin 52-ci Plenar Sessiyası keçirilir. Noyabrın 29-dək davam edəcək sessiyada QDİƏT Parlament Məclisinin fəaliyyəti barədə hesabat dinlənilib, regional iqtisadi əməkdaşlığın inkişafında və möhkəmlənməsində üzv dövlətlərin parlamentlərinin və həmkarlar ittifaqlarının rolu, həmin ölkələrdə kiçik biznesin və turizmin fəaliyyəti, onların inkişaf perspektivləri mövzularında müzakirələr aparılıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Aqrar Siaysət Komitəsinin sədr müavini Eldar Quliyev “Regional iqtisadi əməkdaşlığın inkişafında parlamentlərin rolu” mövzusunda məruzə edib. O, çıxışında iqtisadi və humanitar təhlükəsizlik, informasiya təhlükəsizliyi məsələlərindən, beynəlxalq terrorizmlə, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə tədbirlərindən, regiondakı ekoloji problemlərdən söz açıb. E.Quliyev bildirib ki, region təkcə iqtisadi deyil, ümumən qlobal layihələrin gerçəkləşdiyi məkandır. Komitə sədrinin müavini bu baxımdan Azərbaycanın mövqeyini qabardıb və ölkəmizin adı ilə bağlı olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin yeri və rolunu vurğulayıb, dövlətimizin artan iqtisadi qüdrətinin təzühuru olan nəhəng təşəbbüsləri önə çəkərək xüsusən də TANAP-ın əhəmiyyəti üzərində dayanıb.
Deputatlarımız İrəvanda QDİƏT PA-nın sessiyasında - FOTOLAR
Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “Azərbaycan Respublikasında kiçik biznesin inkişafında dövlət dəstəyi” mövzusunda çıxış edib. Azərbaycanda sahibkarlığın inkişafına ciddi önəm verildiyini vurğulayan deputat bu baxımdan qeyri-neft sektoruna göstərilən diqqəti önə çəkib. O bildirib ki, görülən işlər Azərbaycanın ixrac potensialını gücləndirməyə xidmət edir.

Ə.Amaşov Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndən də söz açıb. Sənədin biznes mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün maliyyə resurslarının ayrılması, onların xarici bazarlara çıxışının təmin edilməsi və sair vəzifələr müəyyənləşdirdiyini diqqətə çatdırıb.
Deputatlarımız İrəvanda QDİƏT PA-nın sessiyasında - FOTOLAR
“Kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı”ndan bəhs edən Ə.Amaşov sənədin stimullaşdırıcı tərəflərini sadalayıb. Deputat eyni zamanda ölkədə kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilməkdə olan tədbirlərdən danışıb və vurğulayıb ki, Azərbaycanın dövlət başçısının 23 sentyabr 2016-cı il tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində yaradılmış “ABAD” publik hüquqi şəxsin fəaliyyəti son illər bu istiqamətdə yeni müsbət tendensiyaların müşahidə ediləcəyindən xəbər verir. Ə.Amaşov çıxışında həmçinin QDİƏT-ə daxil olan ölkələrdə kiçik sahibkarlıq sahəsində əməkdaşlığı gücləndirilməsinə ehtiyacın duyulduğunu da vurğulayıb.

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin İrəvanda keçirilən 52-ci Plenar Sessiyasında iştirak edən Azərbaycan, Türkiyə, Gürcüstan və Ukrayna nümayəndə heyətləri təşkilatın yaranmasının 25 illiyi yubiley medalı ilə təltif olunmaqdan imtina ediblər.

Onu da bildiririk ki, sessiyada QDİƏT sədrinin və baş katibinin müavinləri seçilib. Sabah öz işini davam etdirəcək tədbirdə təşkilati məsələlərə baxılacaq. O cümlədən əlifba sırası əsasında, rotasiya qaydasına uyğun olaraq QDİƏT-in Parlament Məclisinə sədrlik Azərbaycana keçəcək.
500 mindən çox insanın maaşı artır? - NazirƏməkhaqqının rəsmi əmək müqaviləsində göstərilməməsi həmin şəxslərin pensiya hüququndan məhrum edilməsi deməkdir. Bu qanun layihəsinin qəbul edilməsi yüzminlərlə insanın pensiya hüququnun bərpasına imkan yaradacaq.

Bu sözləri Vergilər naziri Mikayıl Cabbarov Milli Məclisdə Vergi Məcəlləsinə dəyişiklik barədə çıxış edərkən deyib.

Nazir bildirib ki, statistikaya görə, 2014-2016- illər ərzində müqaviləsiz işləyənlərin sayı artıb.

“Bu ilin 10 ayı ərzində 4100 pozuntu aşkar edilib və cinayət işi açılıb. Bu tədbirlər sahibkarda motivasiya yaratmadığından istənilən effekti vermir. Bu qanun layihəsinin qəbulu əhalinin bank kreditlərinə çıxış imkanını genişləndirəcək. Qanunun qəbulu özəl sektorda 500 mindən çox insanın əməkhaqqının artırılması anlamına gəlməməlidir, sadəcə mövcud əməkhaqqının qanuniləşdirilməsidir”, - nazir qeyd edib.
Elmar Vəliyevin oğluna yüksək vəzifə verildiGəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğluna yüksək vəzifə verilib.

Bir müddət öncə Elmir Vəliyev Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri təyin edilib.

O, buna qədər Milli Məclisdə həmin şöbədə baş məsləhətçi vəzifəsində çalışırdı.

Xəbəri Milli Məclisdən təsdiqləyiblər.(unikal.org)
Kərkükün qədimi bazarı yandırıldı - FOTOLARİraqın türkmənlər yaşayan Kərkük şəhərində 1885-ci ildə Osmanlı dövründə tikilmiş tarixi bazarda yanğın olub.

Bu barədə Avrasiya.net-ə Kərkükdən bildirilib.

Məlumata görə, yanğın törədilməzdən əvvəl müşahidə kamerası bağladılıb ki, hadisəni törədən görünməsin. Bazarda 365 mağaza olub və oradakı bütün əşyalar, hətta Osmanlı imperiyasına məxsus qiymətsiz türk əsərləri də yanaraq külə dönüb.

Hadisənin kim və nə səbəbdən törədildiyi məlum deyil.
Kərkükün qədimi bazarı yandırıldı - FOTOLAR
Kərkükün qədimi bazarı yandırıldı - FOTOLAR
Kərkükün qədimi bazarı yandırıldı - FOTOLAR
Kərkükün qədimi bazarı yandırıldı - FOTOLAR
Kərkükün qədimi bazarı yandırıldı - FOTOLAR
Ermənilərin bitib-tükənməyən xalça sevdasıAzərbaycan xalqının tarixi taleyinin ən əsas hissələrindən biri xalçaçılıq olmuşdur. Bu adət-ənənə bu gündə yaşamaqdadır. Tarixi sənədlərə nəzər saldıqda aydın olur ki, keçən əsrin əvvəllərində Zaqafqaziya respublikaları arasında yun və xalça istehsalına görə Azərbaycan bir neçə dəfə digər respublikalardan öndədir. Nəzərə alsaq ki, həmin dövrdə Gürcüstan və Ermənistan ərazilərində yaşayanların əksəriyyətini azərbaycanlılar təşkil etmiş, yun istehsalı və toxuculuq sahəsində onlarında yetərli payı var, bu zaman bir çox qaranlıq məqamlara da tam aydınlıq gəlmiş olar. Bu gün təkcə torpaq iddiası ilə deyil, maddi-mənəvi dəyərlərimizi əlimizdən alıb özününküləşdirməyə çalışan ermənilər tarixi sənədlərdə yazılmış Azərbaycan və azərbaycanlı sözlərini silib, Ermənistan və ermənilər kəlməsi ilə əvəzləşdirərək dünya miqyasında hay-küy qoparırlar.

Ermənistan mətbuatında, həmçinin bir çox ermənipərəst KİV-lərdə bilərəkdən azərbaycan xalçaları ermənistan xalçaları kimi təqdim və təbliğ olunur. Ermənistan hökumətinin başçılıq etdiyi bu kompaniya bəzən səngisədə hərdən bir gücləndirilir. Bəli, son bir neçə ay ərzində istər sosial şəbəkələrdə, istərdə KİV-lərdə Azərbaycan xalçalarının Ermənistan xalçaları kimi göstərilməsi prosesi daha çox vüsət alıb. Bununda əsas səbəbi Azərbaycanda son dövrlərdə xalçaçılığın inkişaf etdirilməsinə dövlət qayğısının artırılmasıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı tərtib edilmişdir. Həmin proqram üzrə hal-hazırda respublika üzrə 20-yə yaxın xalçaçılıq şəbəkəsi yaradılmış və bunların sayının 2019-cu ilin sonunadək 31 filiala çatdırılması nəzərdə tutulur.

Öz dədə-baba sənətimizi inkişaf etdirmək istəyimizdən xəbər tutan erməni toplumu bu proqrama qarşı adekvat bir addım atmışdır. Ermənistan Mərkəzi Bankı tərəfindən 25 sentyabrda "Ermənistan xalçası" adlı yeni seriya gümüş sikkələr hazırlanmışdır. İlk baxışdan çox sadə görünən bu işin arxasında erməni məkirliyi dayanır. İstehsal edilən 8 gümüş metaldan olan sikkələrin bir üzünə həkk edilmiş xalça şəkillərinin hər biri Azərbaycan xalçaçılıq məktəblərinin xovlu və yun xalça növünün ən maraqlı nümunələrindən olan azərbaycan xalçalarıdır: "Qoçbuynuz Xanlıq", "Lampa", "Qasımuşağı", "Çələbi", "Ziynətnişan" və digərləri.

Tanıtım məqsədi ilə hazırlanan sikkələrin maya dəyəri 1000 dram olmaqla gümüşdən hazırlanmış, ölçüsü 32,5mm x 48,0mm, çəkisi isə 33,6 qramdır. Hər sikkədən cəmi 500 ədəd zərb edilmişdir. Sikkənin hazırlanmasına Anna Xaçatryan və Vardan Vardanyan müəlliflik etmişdir. Onu da qeyd edək ki, sikkələr Litva Respublikasındakı zərbxanaların birində hazırlanmışdır. Sikkələrin satışı Ermənistan Mərkəzi bankı tərəfindən həyata keçirilir.
Bütün bunlarla yanaşı Ermənistandan kənarda yaşayan erməni fərdləri və icmaları bu təbliğat maşınının irəliləməsinə yaxından dəstək olurlar. Məsələn, ABŞ-ın Kaliforniya ştatında, Los-Anceles dairəsində yerləşən və Amerika ermənilərinin çoxunun yaşadığı Qlendeyl şəhərinin mərkəzi küçələrinin birində olan “Artsakh” adlı mağazada bir çox Azərbaycan xalçaları müəyyən restavrasiya aparılmaqla, ya da yeni xalçalar toxunmaqla erməni xalçaları kimi satışa çıxarılır. Bu işlərdə erməni əsilli, məşhur xalçaçı kolleksioner Hratch Kozibeyokian kimilərinin böyük xidmətləri var. Onlar sosial şəbəkədə ətrafına topladığı özü kimi ermənilərlə birləşib təkcə mədəniyyət sahəsində deyil, tarixi gerçəklərə və tarixi faktlara erməni donu geyindirməklə məşğuldurlar. Apardıqları erməni yönümlü, həqiqətdən uzaq təbiliğat və təşviqat nəticəsində bir çox insanları çaşdırır, doğru ilə yalan arasında seçim etmək zorunda qoyur. Bu cür faktları sadalamaqla qurtarmaz.

Qeyd edim ki, dünyanın müxtəlif satış nöqtələrindən əldə etdimiş Azərbaycan xalçaları, həmçinin Qarabağ müharibəsi zamanı işğal edimiş ərazilərdən qarət edilən xalçalar bu tip insanların əlində toplanır, müxtəlif dəyişikliklər aparılır və Ermənistan xalçası adı ilə satışa çıxarılır. Təkcə Qarabağ xalçaları deyil, Borçalı, Quba, Şirvan, Gəncə, Qazax, həmçinin Təbriz xalçalarınıda erməniləşdirməyə çalışan ermənilər hər vasitədən istifadə edirlər.

Ermənilərin bitib-tükənməyən xalça sevdasıBütün bunların qarşılığında təkcə xalça toxumaq və onun satışını təşkil etmək bizim üçün çox-çox azdır.. Bu sahədə hökumətlə yanaşı xaricdə yaşayan və xarici dilləri bilən, təcürbəli insanlarında köməyinə çox ehtiyac duyulur. Xalçaların təbiğatı ilə yanaşı erməni uydurmalarına qarşı beynəlxal aləmdə yetərincə maarifləndirmə işlərinin aparılmasına önəm vermək lazımdır. İnanaq ki, itirilmək təhlükəsi ilə üz-üzə qalan və Azərbaycan mədəniyyətinin kiçik, lakin çox dəyərli bir parçası olan, nənələrimizin toxuduğu xalçalrımız erməni təbiğatı maşının qurbanı olmayacaq.
Ermənilərin bitib-tükənməyən xalça sevdası
Sultan HÜMBƏTOV