Neftçalada keçmiş polis müstəntiqi qətlə yetirildiÖtən gün Neftçala rayonunda qətl hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Neftçala şəhər sakini, 1956-cı ildə anadan olmuş Vaqif Kəlbiyev bıçaqlanaraq qətlə yetirilib. Vaqif Kəlbiyev sovetlər dönəmində Rusiyanın DİN orqanlarında xidmət edib, SSRİ dağıldıqdan sonra isə doğulduğu Neftçala rayonuna dəyişilərək uzun illər Neftçala Rayon Polis Şöbəsində müstəntiq işləyib. O, 2011-ci ildə yaş həddinin tamam olması ilə əlaqədar pensiyaya çıxıb.

Qətlin namus üstündə, mərhumun həyətindəki hüquq yardımı ofisində bacanağı İbrahim İbrahimov tərəfindən törədildiyi deyilir.

Qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
Bakıda Alpaqut Turan döyüş sənəti üzrə I Dünya çempionatının açılış mərasimi keçirilib24 noyabr 2018-ci il tarixində Bakıda Alpaqut Turan döyüş sənəti üzrə I Dünya çempionatının açılış mərasimi keçirilib.

Avrasiya.net xəbər verir ki, "Sərhədçi" idman olimpiya kompleksində baş tutan çempionatın açılış mərasimində Dünya Alpaqut Federasiyasının prezidenti, millət vəkili Nizami Cəfərov yarış iştirakçılarını salamlayaraq bildirib ki, bu döyüş növü eyni zamanda, mübarizliyin, əzmin və sülhün çağırışçısıdır. Federasiyanın birinci vitse-prezidenti, millət vəkili Qənirə Paşayeva, Federasiyanın İdarə Heyətinin sədri, Alpaqut döyüş sənətinin müəllifi Kutsan Vasif Namazov, Federasiyanın ictimai əlaqələr üzrə vitse-prezidenti, S-1 döyüş liqasının prezidenti, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov və digər rəsmilər də idmançıları salamlayaraq qeyd ediblər ki, Alpaqut Turan döyüş sənəti üzrə I Dünya çempionatının Azərbaycanda keçirilməsi ümumiyyətlə, həm ölkəmizin, həm də bu döyüş sənəti ilə məşğul olan idmançıların uğurudur.
Bakıda Alpaqut Turan döyüş sənəti üzrə I Dünya çempionatının açılış mərasimi keçirilib
Azərbaycan, Türkiyə, Pakistan, Almaniya Əfqanıstan, Rusiya, Hindistan, Gürcüstan, İran, Kamerun, Türkmənistan, Nigeriya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Nepal, Ukraynanı təmsil edən 330 idmançının qatıldığı yarışda S-1 döyüş liqasını təmsil edən 11 nəfərdən ibarət Azərbaycan komandası yüksək nəticə əldə etmişdir. Yarışın 2-ci günündə Məhəmməd Abbaszadə və Zaur Heydərli gərgin keçən final qarşılaşmasında qalib gələrək Alpaqut Turan döyüş sənəti üzrə I Dünya çempionatının qızıl medallarını qazanmışlar. Həmçinin, Ələs Bayramlı, Məhəmməd Şükürlü, Məhəmməd Cahangirov, Tural Məmmədov, Tural Əliyev, Elgün Musayev, Uğur Məmmədov çempionatın gümüş, Ayxan Əlizadə və Diyar İsmayılov isə bürünc mükafata layiq görülmüşlər.
Bakıda Alpaqut Turan döyüş sənəti üzrə I Dünya çempionatının açılış mərasimi keçirilib
Mükafatların təqdimetmə mərasimində iştirak edən Dünya Alpaqut Federasiyasının ictimai əlaqələr üzrə vitse-prezidenti, S-1 döyüş liqasının prezidenti, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qalibləri təbrik edərək qeyd etmişdir ki, Azərbaycan Dünyada idman ölkəsi kimi tanınır. Bu isə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir. Artıq Azərbaycan Avropa və dünya miqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Əlbəttə ki, qeyd olunanlar, ölkə başçısı cənab İlham Əliyevin idmanın inkişafındakı misilsiz xidmətləri nəticəsində gerçəkləşmişdir.
Bakıda Alpaqut Turan döyüş sənəti üzrə I Dünya çempionatının açılış mərasimi keçirilib
Bakıda Alpaqut Turan döyüş sənəti üzrə I Dünya çempionatının açılış mərasimi keçirilib
Bakıda Alpaqut Turan döyüş sənəti üzrə I Dünya çempionatının açılış mərasimi keçirilib
Bakıda 54 yaşlı kişi itkin düşüb - FOTOOnun alzheimer xəstəsi olduğu bildirilir.

Bakıda daha bir nəfər itkin düşüb.

Hadisə paytaxtın Binəqədi rayonu, M. Rəsulzadə qəsəbəsi, ev 31-də baş verib. Həmin ünvanda yaşayan 1964-cü il təvəllüdlü Vüqar Əhmədov bu gün səhər 9 radələrində evdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun alzheimer xəstəsi olduğu bildirilir.

V. Əhmədov evdən çıxarkən üzərində göy rəngli gödəkçə olub.

Onu görənlərdən (055) 741-22-31 telefon nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur. (qafqazinfo)
Tehranda kütləvi istefalar başladı - Siyahıda İranın Türkiyədəki səfiri də varDünən İranda prezident Həsən Ruhaninin 10 köməkçisi və müşaviri istefa verib.

İranda təqaüdçülərin dövlət qulluğunda fəaliyət göstərməsini qadağan edən qanun layihəsinin qüvvəyə minməsi ilə ölkədə bir çox vəzifəli şəxslər istefa veriblər.

İstefa verənlər arasında İranın Türkiyədəki səfiri Məhəmməd İbrahim Taherian Fard da var.

Qeyd edək ki, yeni qanunun qəbulundan sonra dünən İranda prezident Həsən Ruhaninin 10 köməkçisi və müşaviri istefa verib.

İstefa verən prezidentin qadın köməkçisi Şahindoht Molaverdi yazılı açıqlamasında Milli Məclisin qəbul etdiyi qanun layihəsini sərt şəkildə tənqid edib.

Bundan başqa, 31 vilayətdən 14-nün valisi də istefa verib. (qafqazinfo)
Məşhur futbolçu da Bakıda mənzil fırıldağının qurbanı olub Bakıda bir mənzili bir neçə nəfərə sataraq dələduzluq edən və ümumilikdə 58 nəfərə zərər vuran şəxslərin məhkəməsi keçirilib. Məhkəmə prosesində məlum olub ki, zərərçəkmişlər arasında tanınmış futbolçulardan Rahid Əmirquliyev də var.

Avrasiya.net musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Çingiz Bağırov və Eynur Xudiyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmişlər ifadə verib.

İlk zərərçəkmiş kimi dindirilən şəxs "Qarabağ"ın tanınmış sabiq futbolçusu, hazırda "Səbail" klubunda forma geyinən Rahid Əmirquliyev olub. Onun aldığı iki mənzilin başqa şəxslərə satıldığı üzə çıxıb.

R.Əmirquliyev ifadəsində göstərib ki, mənzil almaq üçün bir neçə tikinti şirkəti ilə maraqlanıb. Yasamalda tikilən binadakı mənzillərlə maraqlandığını deyən Əmirquliyev "Bakı" MTK-nın elanları ilə rastlaşdıqdan sonra oradan mənzil almağı qərarlaşdırdığını deyib.

Həmin MTK-ya getdim. Mənzillərə özüm baxdım. Evləri MTK-nın rəhbəri Emil Məhərrəmovdan almışam. Pulu da ona vermişəm. İndi də ondan şikayətçiyəm" - deyə Əmirquliyev bildirib.

Amma dövlət ittihamçısı xatırladıb ki, Əmirquliyev istintaqda fərqli ifadə verib. Belə ki, o, istintaqdakı ifadəsində evləri alarkən Eynur Xudiyevlə tanış olduğunu, mənzillərə onunla baxdığını, onun vasitəsi ilə pulu verdiyini deyib.

Bu xatırlatmadan sonra Rahid Əmirquliyev bildirib ki, hadisənin üzərindən uzun müddət keçdiyi üçün bəzi məqamları dəqiq xatırlamır. Amma o, istintaqda dediklərini də təsdiq edib.

R.Əmirquliyev ifadəsinin davamında qeyd edib ki, iki mənzil də hazır olub: "Mənzillərdə kirayşinlər var idi. Mən də evi kirayəyə verəcəkdim. Ona görə də dedim ki, kirayədə yaşayanları çıxarmasınlar. İki mənzilin də pulunu tam olaraq ödədim. Sonradan məlum oldu ki, evin bir neçə sahibi var. Evi 550 manata kirayəyə vermişdim. Eynur 3 ay mənə 550 manatdan kirayə pulu vermişdi".

Futbolçunun ifadəsindən məlum olub ki, hazırda həmin mənzillərdə ayrı şəxslər yaşayır. Ona dəymiş ümumi zərər 150 min manatdan çoxdur.

Məhkəmədə daha bir neçə nəfər zərərçəkmiş ifadə verib. Zərərçəkmiş Mətanət Həmidova dindirilən zaman göz yaşlarını saxlaya bilməyib. Söyləyib ki, bu mənzil hadisəsindən sonra övladının nişanı qaytarılıb. 103 min manat pul verdiklərini və aldadıqlarını deyən Mətanət Həmidova çarəsiz durumda olduqlarını söyləyib: "Mən ev almaqdan qorxurdum. Yeni tikilənlərdən almadıq ki, bizi aldadarlar. Bu ev hazır idi, hətta kirayəşini var idi. Dedik ki, toya qədər təmir edəcəyik. Elə o vaxta qədər də kirayəyə verək. Aylıq 700 manat ödəməli idilər. Sonra məlum oldu ki, ev başqa şəxslərə də satılıb. Oğlumun 29 yaşı var. Biz çox çətin haldayıq. Nə edəcəyimizi bilmirəm. Xahiş edirəm, bizə kömək edin".

Eynur Xudiyev suallara cavabında Mətanət Həmidovanı aldatdığını təsdiqləyib. Bildirib ki, yalandan mənzilin öz adına olduğunu deyərək onu yenidən Mətanət Həmidovaya satıb. Amma Eynur Xudiyev deyib ki, bu işlərin başında Emil Məhərrəmov dursa da o, məsuliyyətə cəlb edilməyib.

Xatırladaq ki, təqsirləndirilənlərdən Çingiz Ç.Bağırov 14 il əvvəl quldurluq ittihamı ilə məhkum olunub. İttiham akıtına əsasən, "Bakı" MTK-nın vəzifəli şəxsləri Ç.Bağırovla E.Xudiyev başqasına satılan mənzili təkrarən bir neçə nəfərə sataraq dələduzluq ediblər.

Belə ki, onlar vətəndaş Ruslan Babayevin adına olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 6 nömrəli binanın 6-cı mərtəbəsində yerləşən 68 kvadratmetrlik mənzili 2014-cü il dekabrın 10-da Siyavuş Dadaşova 166 min 600 manata satıblar. Həmin mənzili dekabrın 30-da isə 180 min dollara Ramiz Hüseynova satıblar.

Həmin şəxslər bu işləri şirkətin İdarə Heyətinin sədri Emil Məhərrəmovla birgə həyata keçiriblər. Daha sonra onlar Rəşad Əliyevdən 144 min dollar, Fuad Babayevdən 135 min manat alaraq başqalarına satdıqları mənzili təkrar satıblar.

Bundan başqa, təqsirləndirilən şəxslər Ulduzə Cəbrayılovaya məxsus mənzili Eldar Rüstəmova 170 min manata, İmam Süleymanlıya məxsus mənzili isə Dilşad Məmmədovaya 99 min 500 manata sataraq dələduzluq ediblər.
"Hicab taxmayan qadının əri qeyrətsiz hesab olunur" - Azərbaycanlı ilahiyyatçı insanları TƏHQİR ETDİ - VİDEOAzərbaycanlı ilahiyyatçı Veysəl Orucovun hicab taxmayan qadınlar haqqında söylədiyi fikirlər sosial şəbəkələrdə qınaqla qarşılanıb.

Veysəl Orucov hicab taxmayan qadınların ərlərini "qeyrətsiz" adlandırıb:

"Hicab taxmayan qadının əri qeyrətsiz hesab olunur".(Bax TV)


modern.az
Paşinyan “Qarabağ klanı”nı və Saakyanı yumşaltmağa çalışacaqSon günlər Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin separatçı başçısı Bako Saakyan “fəallığı” ilə diqqət çəkməkdədir. Belə ki, Fransa və ABŞ-a reallaşdırdığı səfərlərdən sonra son olaraq Rusiyaya səfər edib. Təbii ki, burada ilk diqqət çəkən məqam separataçı Saakyanın ATƏT-in Minsk Qrupunun həmsədir ölkələrinə səfər etməsidir. Saakyanın səfərlərində diqqət çəkən məqamlar var. ABŞ keçmiş Sovet İttifaqı ərazisindəki digər qanunsuz qurumların nümayəndələrinə viza vermir. Məsələn, 2014-cü il aprelin 12-də ABŞ Krımın “yüksək rütbəli” separatçılarına sanksiyalar tətbiq edib. Amma nədənsə Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin başçısı Saakyana bu, şamil olunmur.

Belə bir qadağa Fransada da var. Xüsusilə, Cənubi Osetiya, Abxaziya, Krım və Dnestryanı bölgələrindən olan şəxslərə Fransa ərazisinə daxil olmağa icazə verilmədiyi halda, bu, separatçı Bako Saakyana aid olunmur. Bundan əlavə, Fransanın ondan artıq şəhər merləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək, işğal altında olan şəhərlərimizlə “qardaşlaşma” sazişləri imzalayıblar. Lakin Korsikada separatizmə qarşı sərt və kəskin siyasət aparan rəsmi Paris Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara göz yumur və separatçıların qarşısını almaq məqsədilə heç bir tədbir görmür. Əvvəla onu qeyd edim ki, Saakyanın Fransa və ABŞ-a səfərinin əsas məqsədi qondarma rejimin legitimliyinə nail olmaq və danışıqlar masasında “dövlət” olaraq təmsil olunmaqdır. Bu səbəbdəndir ki, son səfərini Qafqaz da əsas aktor olan Rusiyaya edib.

Təbii ki, burada da ilk məqsəd qondarma rejimin legitimliyi üçün danışıqların aparılmasıdır. Digər tərəfdən, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə səfərlər reallaşdırmaqla Azərbaycan hökumətində “narahatlıq” yaratmaq düşüncəsidir. Xüsusilə, Rusiya-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğu bir vaxtda belə bir səfərin reallaşdırılması da ayrı bir məna kəsb edir. Ələlxüsus da Ermənistanda növbədənkənar parlament seçkilərinə hazırlıq getdiyi və Rusiya ilə Ermənistan münasibətlərində gərginliyin, soyuqluğun davam etdiyi bir vaxtda belə bir səfərin reallaşdırılması baş nazir vəzifəsini icra edən Nikol Paşinyana sətiraltı mənaları geniş olan bir mesajdır.

Yaxın zamanlarda separatçı Saakyan tərəfindən bölgədə və cəbhədə vəziyyəti gərginləşdirə biləcək addımlar görə bilərik. Həmçinin Paşinyanı narahat edəcək bir neçə açıqlamar da Saakyan tərəfindən səsləndirilə bilər. Təbii ki, Saakyanı ən çox narahat edən amil Paşinyanın yenidən baş nazir seçiləcəyi və parlamentdə üstünlük əldə edəcəyi təqdirdə “Qarabağ klan”ın mövqeyinin zəifləməsi və bu hadisələrin fonunda onun qondarma rejimdəki gələcəyi ilə də bağlıdır. Belə ki, Saakyan çox gözəl anlayır ki, Paşinyan Ermənistanda parlamentdə üstünlüyü ələ aldıqdan sonra qondarma rejimdə də eynisini etməyə çalışacaq və köhnə rejimin qalıqlarını oradan da təmizləmək istəyəcək. Xüsusilə də Qarabağ məsələsinin taleyi ilə bağlı narahat olan “Qarabağ klanı” Saakyanın bütün səylərini dəstəkləyəcəklər. Lakin bütün bunları görən Paşinyan isə Azərbaycana qarşı təhdid xarakterli açıqlamalar verməklə “Qarabağ klanı”nı və Saakyanı yumşaltmağa çalışacaq.

Analitik Ehtiram Aşırlı
“Turan coğrafiyasının vahid güc kimi formalaşmasına çalışırıq” "Fəaliyyətimiz Türk Şurası platformasının memarlarından olan cənab prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xəttə əsaslanır".

Avrasiya.net xəbər verir ki, bunu Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud bildirib.

Noyabrın 26-da Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumu işinə başlayacaq. Məlum olduğu kimi Türk Şurası 2009-cu ilin oktyabrın 3-də Naxçıvanda yaradılan, Türk ölkələrini birləşdirən beynəlxalq təşkilatdır. Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinə xüsusi önəm verən, ortaq dil, mədəniyyət və tarixə malik dövlətlərlə münasibətlərin inkişafı və resurların ümumi milli məqsədlər ətrafında səfərbər olunması istiqamətində ardıcıl və prinsipal fəaliyyət göstərən ölkədir. Bakı həm də, Türk Konseyinin üç mərkəzindən (İstanbul, Bakı və Astana) biridir.

Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumu çərçivəsində gələcək planlar müzakirə ediləcək və platformanın birgə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi ilə bağlı qərarlar qəbul olunacaq. Forum çərçivəsində Naxçıvanın tarixi-mədəni abidələri, turizm obyektlərinə ekskursiyalar da təşkil ediləcək. Həmçinin, bir sıra mədəniyyət və idman tədbirlərinin keçirilməsi də nəzərdə tutulub.

“Cənab prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 11 sentyabr 2015-ci ildə Qazağıstanda keçirilən V Sammitindəki çıxışında vurğuladığı tezislər hesab edirəm ki, Türk Dünyası gənclərinə verilmiş çox önəmli mesajdır. Ölkə başçısı çıxışında qeyd etmişdi ki, "Bizim əsas birləşdirici amilimiz birliyimizdir, etnik köklərdir, ortaq tarixdir, mədəniyyətdir. Budur bu gün bizi birlikdə gücləndirən amillər. Əminəm ki, gələcək nəsillər də bu amallarla yaşayacaq və bizim birliyimiz daimi olacaqdır". Əlbəttə ki, Türk dünyasının birliyi istiqamətində çalışan Azərbaycan gəncləri olaraq fəaliyyətimiz Turan coğrafiyasının vahid güc kimi formalaşması üçün Türk Şurası platformasının və bu çərçivədə atılan mühüm addımların memarlarından olan cənab prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xəttə əsaslanır. Ortaq gələcəyi birlikdə qurmaq, tarixi, mədəni dəyərlərə söykənərək bütün sahələrdə həmrəyliyi daha da gücləndirmək baxımından bu Forum mühüm əhəmiyyətə malikdir”,-Elməddin Behbud bildirib.
Azərbaycanda gənc şair intihar etdi – FOTOGənc şair Şaiq Sadıqzadə intihar edib.

Publika.az xəbər verir ki, 27 yaşlı Ş.Sadıqzadə yaşadığı evin həyətindəki ağacdan özünü asaraq həyatına son qoyub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ş.Sadıqzadə Lənkəran Dövlət Universitetinin məzunu olub və coğrafiya müəllimi işləyirmiş. O, tələbə olarkən ixtira etdiyi cihazla gündəmə gəlmişdi.

Şaiq Sadıqzadə həm də şair kimi tanınıb, çoxlu şeirlər müəllifi olub.
İspaniya "erməni soyqırımı"nı tanıya bilərİslandiya parlamentinə qondarma erməni soyqırımının tanınması üçün qanun layihəsi təqdim olunub.

Axar.az xəbər verir ki, təqdim olunan qanun layihəsinin altında iqtidar və müxalifət partiyalarından 11 millət vəkilinin imzası olub.

Millət vəkillərinin təklifində 1915-ci il hadisələrinin soyqırım kimi tanınması nəzərdə tutulub. Həmin dövrdə 600 min-1.5 milyon arasında erməninin öldürüldüyü iddia olunub. Bundan əlavə hadisələrin əvvəlinin heç də 1915-ci il olmadığı, ermənilərə qarşı təcavüzlərin hələ 1884-cü ildən başladığı bildirilib.