Britaniyalı general: Rusiya İŞİD və "Əl Qaidə"dən daha çox təhlükədirBritaniya silahlı qüvvələrinin baş qərargah rəisi Mark Karlton Smit (Mark Carleton-Smith) hesab edir ki, Rusiya, Britaniya və onun müttəfiqlərinə “İslam dövləti” qrupu və “Əl Qaidə” təşkilatından daha çox təhlükədir.

O,“The Telegraph” qəzetinə müsahibəsində bildirib ki, ordusunun potensialına görə Rusiya tərəfdən təhlükə həmişə qalmaqdadır.

Generalın sözlərinə görə, Moskva kiberməkan, kosmos və suyun altı da daxil olmaqla yeni mübarizə vasitələri hazırlamaqla Qərbdə sabitliyi pozmağa çalışır.

General həmçinin NATO-nu gücləndirməyə çağırıb və vahid Avropa ordusu yaratmaq ideyasını rədd edib.

Qeyd edək ki, Böyük Britaniya Suriya və İraqda “İslam dövləti” qrupuna qarşı mübarizə aparan beynəlxalq koalisiyaya daxildir.

Mark Karlton Smit qeyd edib ki, radikal islamçı qruplar məğlub edildiyindən və bütün əraziləri itirdiklərindən son vaxtlar bu cür qruplar tərəfinfən təhlükə xeyli azalıb.

Şahzadəyə məxsus 450 milyonluq tablo yoxa çıxdı - FotoSəudiyyə vəliəhdi Məhəmməd bin Salmanın ötən il 450 milyon dollar ödədiyi “Salvador Mundi” (Dünyanın xilaskarı) adlı tablo yoxa çıxıb.

Kult.az xəbər verir ki, məşhur rəssam Leonardo Da Vinçiyə aid olduğu deyilən tablo dünyanın ən bahalı rəsm əsəri hesab edilir.

Salmanın Birləşmiş Ərəb Əmirliklərində yerləşən Luvr muzeyi üçün aldığı sənət əsərinin oğurlanması və ya aqibəti haqqında heç bir məlumat yoxdur.

Bundan əvvəl tablonu sərgiyə çıxaracağını elan edən muzey məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, 500 illik tarixə malik “Dünyanın xilaskarı” tablosu 1958-ci ildə saxta olduğu ehtimal edilərək 45 sterlinqə satılıb. 2011-ci ildə London milli qalereyasında sərgilənən tablonun Da Vinçinin əsərlərindən biri olduğu müəyyənləşdirilib.
Lotu Quli Türkiyədə azad edildi, adamı isə tutuldu"Lotu Quli" ləqəbli qanuni oğru Nadir Səlifov bu gün azadlığa buraxılıb.

Axar.az xəbər verir ki, Lotu Qulinin yaxın ətrafına istinadla Missiya.az onun barədə İstanbulda araşdırmanın sona çatdığını yazıb. Araşdırmalar nəticəsində Qulinin Türkiyədə qalmasında heç bir qeyri-qanuni halın olmadığı müəyyən edilib. Ona görə də Nadir Səlifov bundan sonra da Türkiyə ərazisində yaşaya biləcək. Onun sərbəst buraxılması barədə qərar bir neçə saat əvvəl çıxarılıb.

Qeyd edək ki, Lotu Quli oktyabrın əvvəlində İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılmışdı. Onun Rusiyaya deportasiya ediləcəyi haqda xəbər yayılmışdı.

Lotu Qulinin yaxın adamı sayılan Rəşad Məmməd oğlu İsmayılov isə həbs olunub. A24.az “Rəşad Gəncinski” kimin tanınan kriminal avtoritetin Minskdə saxlanıldığını xəbər verib.

Rəşadın üzərindən odlu silah və narkotik vasitə götürülüb.
Azərbaycanda nazir, deputat və başçıların maaşları – SiyahıAzərbaycanda dövlət orqanlarının rəhbərlərinin aylıq əmək haqqı Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı «Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında» sərəncamı ilə müəyyən olunub. İndiyədək sərəncama və məbləğlərə bəzi dəyişikliklər edilib. Həmçinin, Milli Məclis üzvlərinin maaşlarında bu ilin may ayında artımlar olub.

Axar.az Milli Məclis üzvləri, dövlət orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşlarını təqdim edir:

Milli Məclisin sədri – 2475 manat (ezamiyyətə və səfərlərə görə 3712,5 manat);

Spikerin birinci müavini – 2227 manat (ezamiyyətə və səfərlərə görə 3340,5 manat);

Spikerin müavinləri – 2103 manat (ezamiyyətə və səfərlərə görə 3154,5 manat);

Komitə sədrləri – 1980 manat (ezamiyyətə və səfərlərə görə 2970 manat);

Komitə sədrlərinin müavinləri – 1856 (ezamiyyətə və səfərlərə görə 2784 manat);

Deputatlar – 1732 manat (ezamiyyətə və səfərlərə görə 2598 manat);

Baş nazir – 2460 manat

Baş nazirin birinci müavini – 2160 manat

Baş nazirin müavinləri – 2060 manat

Nazir, komitə sədrləri, xidmət rəisləri – 1925 manat

Digər mərkəzi icra hakimiyyəti orqanı və ona bərabər tutulan vəzifə rəhbərləri – 1595 manat

Nazir, komitə sədrləri, xidmət rəislərinin birinci müavinləri – 1375 manat

Nazir, komitə sədri, xidmət rəislərinin müavinləri, digər mərkəzi icra orqanı rəhbərlərinin birinci müavinləri – 1280 manat

Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbərinin müavinləri – 1155 manat

Bakı meri – 1925 manat

Gəncə və Sumqayıt meri – 1280 manat

Digər icra başçıları:

əhalinin sayı 100 mindən çox alan rayon başçısı – 1045 manat

əhalinin sayı 100 minə qədər olan rayon başçısı – 990 manat

əhalinin sayı 50 minə qədər olan rayon başçısı – 880 manat
Ermənistanı 430 min adam tərk edib - İqtisadçıİqtisadi baxımdan Ermənistan bundan sonra gedilməsi mümkün olmayan bir mərhələyə çatıb.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni iqtisadçı Baqrat Asatryan deyib. Onun sözlərinə görə, Ermənistan əhalisinin respublikanı tərk etməsi ölkədəki iqtisadi vəziyyətlə bağlıdır:

“Son 10 ildə Ermənistanı 430 min nəfər tərk edib. Narahatlıq üçün səbəb var. Bunun üçün xarici və daxili səbəblər də yetərlidir. Məsələn, Ermənistanın əsas ixrac məhsulu olan misin beynəlxalq bazarlarda qiymətləri 10-11% ucuzlaşıb. Ölkəyə təsir edən ikinci faktor Rusiyadakı situasiyadır. Rusiyanın iqtisadi artımı azalır. Bütün bunlar erməni ixracatçıya təsir göstərir. Təkcə avqust-sentyabr aylarında Rusiyadan pul köçürmələri 7-8% azalıb”.
İşçiləri federasiyanı məhkəməyə verdi - Maaş verilmirİşçilər federasiyaya qarşı məhkəmə iddiası qaldırıblar.

Zamanov Balağa, Xaliqov Mikayıl, Hacıyev Nizami, İmaməliyev Orxan iddia ərizəsində Azərbaycan Güləş Federasiyasından 4 aylıq maaşlarını və məzuniyyət pullarının ödənilməsini tələb ediblər.

Məhkəmə iddianı qismən təmin edib. Qərar belə olub ki, federasiya maaşları ödəsin, məzuniyyət pulları isə ödənilməsin. AGF bu qərarla razılaşmayıb və apellasiya şikayəti verərək maaşları ödəmək istəmədiklərini bildirib və belə qərar çıxarılmasını istəyib. Hazırda proses davam edir.

Azərbaycan Güləş Federasiyasının prezidenti keçmiş vergilər naziri Fazil Məmmədov olub. O, bir müddət əvvəl bu vəzifəsindən istefa verib.
"Qafqazinfo”
Abel Məhərrəmov bizə niyə "uduzdu"?Nə deyim, nə yazım, çoxunuz onu məndən yaxşı tanıyırsınız. 19 il BDU-nun rektoru işlədi. Bəlkə də bu 19 ildə yanına xeyli xahişə gedənləriniz də olub. Bəlkə də xahişlərinizi eşidib, bəlkə də eşitməyib. Amma fərq etmir, müəllim işdən çıxarıldı və yaza bilən hər birimiz bacardığımızı yazdıq. Müşahidə etdiyim o oldu ki, heç kim Abel müəllim haqqında xoş bir söz demədi, hansısa yaxşı əməlini xatırlamadı. Amma belə olmamalıydı axı, bu 19 ili insanlığın yox, lap elə təbiətin vəhşi qanunlarının ixtiyarına buraxsaydıq da, Abel müəllim rektor yox, bioloji varlıq olaraq kiməsə, lap bir nəfərə olsa belə yaxşılıq etməli idi.

O bir nəfər mütləq də var. Amma susdu. Ətrafındakılara bənzəmək istədi - "Palaza bürünüb, ellə sürünənlərə"...

Və köməksiz qaldı Abel Məhərrəmov!

Əslində onun yerində kim olsaydı da, tək qalacaqdı. Cünki 30 ildir cəmiyyətdə psixoloji xaos hökm sürür. Qəzəbli cəmiyyət hər an "yem" istəyir - hansısa vəzifəli şəxs işdən çıxarılsın, hansısa nazir danlanılsın, hansısa deputat çıxışında, ya mətbuata verdiyi açıqlamasında bir səhv buraxsın, ki, cəmiyyət də qəzəbini boşalda-psixoloji orqazma çata bilsin.

Ancaq Abel Məhərrəmov olayının gedişatından görünür ki, cəmiyyət bu məsələdə "psixoloji orqazm"a çata bilməyib, necə deyim, "proses" hələ ki davam edir.

Yəqin sizlər də fikir vermisiniz. Abel müəllimin fizionomiyasında qəribə bir soyuqluq var. Soyuqluğa da bənzəyir, yadlığa da. Adamda sanki həmişə "millilik" çatışmayıb. Özümdən götürürəm, müəllimi ilk dəfə televizorda görəndən içim qaynamayıb, könlüm yatmayıb. Düşünürəm ki, yaşadığım bu hal çoxunuza tanışdır, Abel Məhərrəmov sizlərə də soyuq təsir bağışlayıb, yad adam kimi görünüb.

Bəs bu soyuqluğun, yadlığın kökündə nə dayanır? Rüşvətxor, korrupsioner rektor olmağımı, saysız-hesabsız villalara, obyektlərə, avtomobillərə sahib olmağımı? Xeyr! Azərbaycanda o qədər villası, avtomobilləri, obyektləri olan korrupsioner məmur var ki. Amma həmin məmurlar Abel müəllim qədər bizdə qəzəb oyatmayıb, oyatmır da, oyatmayacaq da. Hələ də vəzifədə olan, daha doğrusu dövləti-xalqı talamaqda davam edən həmin məmurlar Abel müəllim qədər bizə "yad" adam olmayıblar. Hələ bəlkə də yeri gələndə o korrupsioner məmurların hansınısa tərifləmişik, xeyirxah, mərhəmətli, səxavətli olduğunu demişik. Bəzən özümüzə yaxın hesab etmişik. "Böyük insan" olduğunu demişik. Amma Abel müəllim başqa idi, bumbuz idi...

Sizə qəribə gələ bilər. Abel Məhərrəmovun "soyuqluğunun", "yadlığının" səbəbi məncə onun bioqrafiyasında "gizlənib", daha doğrusu "kodlaşdırılıb". Abel müəllimin bioqrafiyasındakı iki məqam, necə deyərlər onun bizə olan "yadlığının", "soyuqluğunun" "təməl daşıdır". Birincisi, adam anadan olanda atası ona öyrəşdiyimiz kimi, hansısa imamın, peyğəmbərin adını yox, tanımadığımız rizayiyyatçı alimin adını verib. Abel müəllimin bu ad altında alim olmasının, uğur qazanmasının səbəbi isə sovetlər ittifaqı ilə bağlıdır. Bəlkə də biz 1991-ci ildə yox, məsələn, 1950 və yaxud 1970-ci illərdə müstəqillik əldə etsəydik Abel müəllim bu adla ən yaxşı halda Bakıda tanınmış repititor ola bilərdi. Və biz də bu "soyuq" adama isinişməyə-isinişməyə yenə də övladlarımızı savad alması üçün aparıb onun yanına qoyardıq. Hələ bəzilərimiz arada kənddən çaxır-zad da gətirərdik. Abel müəllimin bizə olan "yadlığının", "soyuqluğunun" bioqrafiyasında "gizlənən" ikinci məqamı isə müstəqilliyimizin ilk ilində müdafiə etdiyi doktorluq dissertasiyasıdır. Müəllimin dissertasiyasının mövzusu da özünün adı kimi cəmiyyətimizə yaddır: "Alkenlərin, üçüzvlü karbo və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar"!

Ruhu sazla, sözlə yoğrulan, nağıllarında divi aşsüzənlə çaya su gətirməyə göndərən, quyuya sallanan qardaşının kəndirini kəsən xalqın hansı nümayəndəsinə "Alkenlərin, üçüzvlü karbo və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş Abel adlı alim doğma gələ bilərdi?!

... Dəhşət bu deyil. Heç Abel Məhərrəmovun vəzifədən çıxarılması da deyil. Sizlər kimi mən də Abel müəllimin vəzifədən çıxarıldığı gündən "psixoloji orqazm" yaşamaqdayam. Dəhşət YAP-ın 26 illiyində Abel Məhərrəmovun Fəxri Xiyabana tək getməsində idi məncə. Zənnimcə bunu etməyə, YAP-ın Fəxri Xiyabana ziyarətə gələn kolonuna qoşula, sakit gəlib-sakit gedə də bilərdi. Amma bunu etmədi. Yəqin, artıq özü də bizlərə "soyuq" olduğunun, "yad" olduğunun fərqində idi. Fəxri xiyabana tək gəldi, şəkil çəkdirdi, mətbuata açıqlama verərək siyasi kursa sadiq qaldığını, əslində bizlərdən biri olduğunu, bizlərə yad olmadığını dedi.

Axı adam kimdən artıq nə etmişdi, neyləmişdi ki? Bunu izah edən tapılmadı. Tək deyilən multikulturalizm mövzusunda İspaniyada keçirilən konfransa gedən təyyarədə Abel müəllimin çaxır içməsi idi. Deyilənə görə təyyarədə Qafqazın Şeyxülislamı da olmuşdu.
Abel Məhərrəmov bizə niyə "uduzdu"?
Multikulturalizmin bariz nümunələrindən birinin də şeyxin olduğu təyyarədə çaxırın içilməsi deyilmi?!
Abel Məhərrəmov bizə niyə "uduzdu"?
Mübariz Məmmədov
“Levelend” 150-dən çox vətəndaşı aldadıb - O qədər pasport yoxa çıxıbXarici ölkələrdəki ali məktəblərə imtahansız qəbul, müxtəlif ixtisasartırma kursları vəd edən və vətəndaşları aldadan təhsil mərkəzlərinin birindən - “Levelend” xaricdə təhsil mərkəzindən virtualaz.org-a çoxsaylı şikayət daxil olub.

Şikayətçilərin sözlərinə görə, təhsil mərkəzi ilə müqavilə bağlanıb, pul və sənədlər verilib, lakin mərkəz vədinə əməl etməyib.

Zərərçəkmiş Zaur Qurbanov bu ilin mayında paytaxtın Səbail rayonu, Nizami küçəsi, 48 ünvanda yerləşən “Levelend” xaricdə təhsil mərkəzinə müraciət edib. ABŞ-ın Nyu-York şəhərində bir aylıq ingilis dili kursu proqramı üçün rəsmi müqavilə əsasında kursun rəhbəri İsgəndər Ağayevə 1800 dollar ödəyib. Z.Qurbanova cəmi bir həftə sonra Amerikaya gedəcəyi deyilib. Bir həftə sonra Z.Qurbanov təhsil mərkəzinə müraciət etdikdə mərkəzin bağlı olduğunu görüb. Kursun rəhbərinə zəng vurub, telefonuna zəng çatmayıb. Bir qədər sonra İ.Ağayev ona mesaj yazaraq bildirib ki, müvəqqəti olaraq Amerikadadır, nigaranlığa heç bir əsas yoxdur, hər şey yaxşı olacaq.

Sonradan adıçəkilən təhsil mərkəzinin bağlandığını və onun yerində başqa şirkətin fəaliyyət göstərdiyini görən Z.Qurbanov çıxış yolunu polisə müraciət etməkdə görüb. O, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edib. Az sonra məlum olub ki, adıçəkilən şirkət tərəfindən xaricdə təhsil adı ilə aldadılan təkcə Zaur Qurbanov olmayıb.

Dəfələrlə İ.Ağayevdən pulunu və pasportunu tələb etdikdə “səninlə əlaqə saxlayıb pulunu və pasportunu qaytaracaqlar” deyib: ”Hər dəfə bir bəhanə gətirir, xarici pasportum neçə aydır ki, ortada yoxdur. Konkret olaraq sənədin harada və kimdə olduğunu demir”.

İ.Ağayevlə bağlı sosial şəbəkələr üzərindən axtarış apardığını bildirən Z.Qurbanov son bir il ərzində onun müxtəlif adlarla xaricdə bakalavr-magistr və ya sadəcə bir neçə aylıq dil kursu adı ilə vətəndaşlardan 1000-2000-3000 dollar pul toplayaraq vacib sənədləri (xarici pasport, diplom, attestatlar) özü ilə götürərək guya imzaladığı müqavilələrdə qeyd etdiyi öhdəlikləri yerinə yetirmək üçün Amerikaya getdiyini öyrənə bilib: “İsgəndər Ağayevin ölkədən çıxışı iyulun 16-da olub. Bu günə kimi nə pullarımız qayıdıb, nə də sənədlərimiz. Aldadılan şəxslərin əksəriyyəti polisə şikayət edib. Şikayətçilərin sayı 150 nəfərdən çoxdur”.

Polşada ali təhsil almaq niyyətində olan Elxan Ağayev də eyni üsulla aldadılıb. O, rəsmi müqavilə ilə təhsil mərkəzinə 1900 manat ödəyib: “İsgəndərin dələduz olduğu anlaşılandan sonra onu ofisində tapa bilmədik. Məktublarımıza, zənglərimizə cavab vermədi. Polisə müraciət etdik”.

1997-c il təvəllüdlü Carullah Xəlilli də Polşada təhsil alacaq ümidi ilə təhsil mərkəzinə 2000 min manat pul ödəyib. Həmçinin, xarici pasportunu, attestatını və doğum haqqında şəhadətnaməsini də təqdim edib: “Sənədlərimin kimdə olduğunu təkidlə soruşduqda deyirdi ki, qardaşım Xaqanidədir, qaytarılacaq. Adları çəkilən hər iki şəxslə bağlı hüquqi tədbirlərin görülməsini xahiş edirəm”.

Finlandiyanın Helsinki şəhərində bir aylıq fin dili kursu proqramı üçün 3000 dollar ödəyən Alqış Eminliyə mart ayına təyin olunmuş kurs proqramının “təxirə” düşməsi bildirilib: “Bu bəhanə ilə iyul ayına kimi vaxtı uzatdılar. Sonradan isə suallarım cavabsız qaldı, İsgəndərin nömrəsinə zəng çatmadı. Sənədləri də özü ilə götürüb Amerikaya getdiyini dedilər”.

Xaricdə təhsli almaq istəyən və dələduzluğun qurbanı olduqlarını iddia edənlərin arasında Bakı şəhər sakini Fatimə Qurbanova, Sumqayıt şəhər sakini Güllər Qarayeva, Hüseyn Abdullayev, Zərnigar Əliyeva, Zərxanım Ağayeva da var.

Aldadıldıqlarını deyən gənclər aidiyyatı orqanlara müraciət edərək onlardan kömək istəyirlər: “Dələduzluq yolu ilə pullarımızı mənimsəyib xaricə qaçmış İsgəndər Ağayevin beynəlxalq axtarışa verilib tapılmasını və min bir əziyyətlə borc-xərc topladığımız pulların geri qaytarılmasına köməklik göstərməyinizi xahiş edirik”.

Qeyd edək ki, Təhsil Nazirliyi dəfələrlə belə mərkəzlərlə bağlı ictimaiyyətə müraciət ünvanlayaraq ehtiyatlı olmaqlarını tövsiyə edib. Nazirliyin xəbərdarlığında deyilir ki, xarici ölkələrdə ali təhsil almaq, eləcə də kurslarda iştirak etmək istəyənlər özləri birbaşa olaraq xarici ali təhsil müəssisələrindən qəbul prosesdurlarını sorğu edərək aidiyyatı üzrə müraciət etsinlər. Azərbaycan vətəndaşları xaricdəki bəzi təhsil şirkətlərinin xidmətlərindən istifadə edərkən daha diqqətli olsunlar.
Ermənilər Avropada Qarabağa pul topladı: Azərbaycanlılar niyə susdu?1992-ci ildə yaradılan ümumerməni “Hayastan” Fondu “ənənəsinə” sadiq qalaraq bu il də Los-Ancelesdə növbəti telemarafon keçirib. Dünyada yaşayan ermənilərdən təxminən 11 milyon dollar toplanıb. Baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyan da fonda ianə köçürüb. Prezident Armen Sarkisyan isə yarım illik maaşından keçib. 2016-ci ildə telemarafona 15 milyon dollar, 2017-ci ildə 12 milyon dollar, bu il daha bir milyon dollar az pul yığılıb.

Separatçılar yığılan pulla Dağlıq Qarabağda müxtəlif layihələr həyata keçirməyi planlaşdırır. Vəsaitin müəyyən hissəsini işğalçı rejim Azərbaycanın işğal altındakı torpaqlarında günəş elektrik stansiyalarının tikintisinə xərcləyəcək.

Qeyd edək ki, Avropada keçirilən telemarafonda ermənilər 1 milyon 242 460 avro toplayıb. Hətta həmin telemarafona separatçı rejimin “lideri” Bako Saakyan da qatılıb. Bu marafon Fransanın Marsel şəhərində start götürüb. Daha sonra Paris, Tuluza və digər şəhərlərin erməni icmaları da vəsait toplanmasına qoşulub. Telemarafona Almaniya, Yunanıstan və İsveçrə erməniləri də dəstək verib. Bu minvalla toplanan vəsaitin əksər hissəsi Fransadan yığılıb ki, bu da 1milyon 137 min 746 avro təşkil edib. İkinci yerdə Almaniya (73 845 avro), üçüncü yerdə İsveçrə (19717 avro), dördüncü yerdə isə Yunanıstan (11 min 150 avro) dayanıb.

Maraqlıdır ki, Azərbaycan əleyhinə atılan addımlarda erməni lobbisinin barmağı olsa da, bu hadisələr zamanı xaricdə yaşayan soydaşlarımızın etiraz səslərini eşitmədik. Nə diaspor təşkilatları, nə də fəal soydaşlarımız Bako Saakyanın qanunsuz səfərindən tutmuş telemarafonda toplanan vəsaitin Qarabağda xərclənməsinə qədər heç bir prosesə fəal etirazları ilə gündəmə gəlmədi.
Halbuki hər il dövlət büdcəsindən diaspor fəaliyyətinə milyonlarla vəsait ayrılır.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmisi Vəsilə Vahidqızı məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında deyib ki, dünya azərbaycanlılarının böyük həcmdə ianə fondu mövcud deyil. Ona görə də bu mövzuyla bağlı suala Komitənin cavabı yoxdur.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının fikrincə isə Azərbaycandan kənarda yaşayan soydaşlarımız milli məsələlərdə o qədər də fəallıq nümayiş etdirmirlər:

“Əvvəllər az-az da olsa, müəyyən işlər görülürdü. Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri dəyişdirildi. İndiki rəhbər Fuad Muradov müəyyən işlər görür və çox ümidliyik ki, bu işlərin nəticəsi olacaq. Avropa ölkələrində müxalifətdən olan bəzi nümayəndələr fəaliyyət göstərir ki, onlar da müəyyən işlər görür. Amma bu məsələdə də müəyyən boşluq var. Onlar da hansısa maliyyənin gələcəyini gözləyirlər. Hesab edirəm ki, bu təşkilatlar işlərini öz imkanları və Azərbaycan dövlətinin maraqları çərçivəsində qurmalıdırlar”.
Arvadını kənddə qonşu kişi ilə tutdu, sonra dayısı ilə... - AğcabədidəQətl hadisəsi törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Musa Əliyev bacısı qızının ailəsində yaranan problemi həll etmək məqsədilə 12 iyul 2015-ci il tarixdə yeznələri İlham Həsənovgilə gedib. Yol kənarında sahibsiz gördüyü avtomobilin sükanı arxasına əyləşən Musa Əliyev həmin gün saat 17.30-da İlhamın evinə gəlib.

Musa Əliyevin bacısı qızı Gülbəniz Həsənovanın qısqanclıq zəmnində bir neçə gün əvvəl həyat yoldaşı İlham Həsənov tərəfindən evdən qovulmasının səbəbini aydınlaşdırmaq istəyib. Həmin vaxt evdə İlham Həsənovun atası Zahid və digərləri də olub.

Musa Əliyev İlham Həsənovdan arvadına qarşı hərəkətinin səbəbini soruşub.

İlham Həsənov ona həyat yoldaşını evdən qovmasının səbəbini izah edib. O bildirib ki, həyat yoldaşı Gülbəniz Həsənovanın bir gün əvvəl evlərinin həyətyanı bağ sahəsinə açılan pəncərə qarşısında kirvəsi Ramil Mehdiyev ilə görüşüb, ona xəyanət edib, bu səbəbdən onu evdən qovub.

Lakin Musa Əliyev bacısı qızının belə bir hərəkət etməsinə inanmayıb. O, hadisənin baş verdiyi yeri ona göstərməyi təklif edib. İlham Həsənov da onunla həyətlərindəki qeyd etdiyi yerə gəlib və oranı Musa Əliyevə göstərib. Orada Musa ilə İlham arasında mübahisə yaranıb. İlhamın Gülbəniz Həsənovaya qarşı etdiyi hərəkətdə haqlı olub-olmadığı barədə biri-birinə qarşı iradlarını bildiriblər.

Bu zaman İlham Həsənov həm Gülbəniz Həsənovanın, həm də Musa Əliyevin ünvanına xoşagəlməz ifadələr işlədib. İlham Həsənovun bu hərəkətlərindən Musa Əliyev hiddətlənib və bıçağa əl atmalı olub. İlham Həsənov aldığı bıçaq xəsarətlərindən hadisə yerində ölüb.

“İlham mənə dayı deyərək müraciət edib”


İstintaq orqanı Musa Əliyevi Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham edib. Bu cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Asim Hacıyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Cinayət işi üzrə ifadə verən Musa Əliyev ona verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. Qeyd edib ki, Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 185.1-ci (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə) maddələri ilə özünü təqsirli bilir. Musa Əliyev ona verilən Cinayət Məcəllənin 120.2.2 və 120.2.4-cü maddəsi ilə özünü təqsirli bilməyib.

Təqsirləndirilən şəxs qeyd edib ki, mərhum İlham Həsənov onun bacısı Sevil Babayevanın qızı Gülbəniz Həsənovanın əri olub: “Gülbənizin atası olmadığından ona ata əvəzi kimi himayədarlıq etmişəm. Hadisəyədək İlham Həsənov və onun ailə üzvləri ilə münasibətlərim yaxşı olub. İlham mənə dayı deyərək müraciət edib”.

“Bacım qızına şər atıldığını dedi”

Musa Əliyevin sözlərinə görə, 11 iyul 2015-ci il tarixdə İlham Həsənov öz arvadı Gülbənizi qısqanclıq zəminində evdən qovduğunu eşidib: “İyulun 12-də, nahardan sonra bacım Sevil öz oğlu Səxavətlə birlikdə evimə gəldi. Bacım bildirdi ki, 2 gün əvvəl kirvələri Ramil Mehdiyev axşam saatlarında İlham Həsənovun yaşadığı həyətə gəlib, İlham onu görüb və arvadı Gülbənizlə yaxın əlaqədə olmaq üçün gəldiyindən şübhələndiyini deyib. Buna görə onlar arasında dava-dalaş olub, sonra Ramil qaçaraq gedib. İlham da bundan polisə şikayət edib”.

Təqsirləndirilən şəxs bildirib ki, daha sonra İlham öz arvadı Gülbənizi Ramillə ona xəyanət etməkdə günahlandırıb və Sevilə zəng edərək qızını aparmağı tələb edib: “Bacımda Gülbənizi öz evinə gətirib. Sevil qızı Gülbənizə şər atıldığını, onun ərinə xəyanət etmədiyini, İlhamın valideynlərinə müraciət etsələr də, Gülbənizi əri evində geri qayıtmasına İlhamgilin razılaşmadıqlarını bildirdi. Bacım məndən Gülbənizin atası əvəzi kimi İlhamın valideynləri ilə bu məsələni qaydasına qoymaq üçün danışmağımı xahiş etdi. Odur ki, məsələni aydınlaşdırmaq məqsədilə İlham Həsənovun valideynləri ilə görüşüb, bunu müzakirə etmək qərarına gəldim”.

“Qardaşının hərəkəti barədə danışmaq istədim”

Musa Əliyevin sözlərinə görə, İlhamgilə zəngi edib: “İlhamın atası Zahid və anası Solmaz Həsənovlarla danışaraq onları evimə dəvət etdim. Lakin İlhamın anası və atası evimə gəlməkdən imtina etdi. Bildirdilər ki, bu məsələni müzakirə etmək fikirləri yoxdur. İlhamın valideynlərinin bu gözlənilməz cavabından əsəbiləşdim. Buna görə də İlhamgilə özüm gedərək, onlarla danışmağı qərara aldım. Odur ki, küçəyə çıxaraq piyada Həsənovların evinə yollandım. Həmin vaxt bacım oğlanları – Elnur Hüseynov və İsmayıl Quliyev də ardımca gəldilər. Bu zaman yanımdan bir “07” markalı avtomobil keçdiyini gördüm. Onu bacım qızının adına söz çıxarılmasına səbəb olmuş həmkəndlimiz Ramilin qardaşı Vidadinin idarə etdiyini güman etdim. Odur ki, ona çataraq qardaşının hərəkəti barədə danışmaq istədim. Bu zaman kanal kənarında həmkəndlimiz Əbil Məmmədovun “VAZ 21099” markalı avtomobilinin dayandığını və açarının kilid yerində olduğunu gördüm. Avtomobilin yanında heç kim olmadığından onu idarə edərək Vidadi olmasını güman etdiyim avtomobilə çatmaq istədim. Buna görə də sükan arxasına keçərək avtomaşını işə saldım və yanımdan ötən “07” markalı avtomobilin getdiyi istiqamətə sürdüm. Lakin VAZ 2107 markalı avtomobilə yaxınlaşarkən, onu Vadadinin idarə etmədiyini gördüm”.

“Dedi ki, İlham onları orada tutub”

Musa Əliyevin sözlərinə görə, daha sonra avtomobili İlhamgilin evinə tərəf sürüb: “Yolda bacım oğlanları İsmayılla Elnur qarşısına çıxdı. Onları da avtomobilə götürdüm. Birlikdə İlhamgilin evinin qarşısına gəldik. Həyətə daxil olanda, orada İlhamın atası Zahid Həsənov, İlhamın özü, onların qohumu Cəsarət, Zöhrab, sahə müvəkkili Pərviz Süleymanov masa arxasında idilər. Zahidgilə yaxınlaşaraq hər biri ilə görüşdüm və masa arxasında əyləşdim. Zahid Həsənovdan nə baş verdiyini soruşdum. O həyətə işarə edərək, dedi ki, İlham onları orada tutub, yəni Gülbənizi başqası ilə görüb”.

“Dedi ki, bu pəncərə qarşısında Gülbəniz Ramillə tutub”

Musa Əliyev qeyd edib ki, sonra İlhama müraciət edib və məsələni danışmasını istəyib: “İlham dedi ki, arvadım mənə Ramillə xəyanət edərkən tutmuşam. Onun dediklərinə inanmadığım üçün onları harada tutmasını və yerini mənə göstərə biləcəyini soruşdum. İlham göstərəcəyini deyərək məni evin arxa tərəfinə dəvət etdi. Mən də onunla birlikdə evin arxa tərəfinə keçdim. İlham evin bağ sahəsinə açılan pəncərəsini göstərdi və dedi ki, bu pəncərə qarşısında Gülbəniz Ramillə tutub. Həmin vaxt yanımızda heç kim olmayıb, İlhamın göstərdiyini, dediyini eşidən də olmayıb”.

“Dedi ki, evdən qovmuşam, qeyrətlisənsə, get, sən öldür”

Musa Əliyev deyib ki, İlhama bacısı qızı barəsində dediklərinə inanmayıb: “Bildirdim ki, əgər arvadını xəyanət edərkən tutmuşsa, onda nəyə görə onları buraxıb, niyə ikisini də yerində cəzalandırmayıb, öldürməyib. İlham isə “mən öldürmədim, evdən qovmuşam, qeyrətlisənsə, get, sən öldür”, - deyə cavab verdi. Daha sonra İlham bacım qızı və yaxınlarımın ünvanına nalayiq sözlər işlətdi. Həmçinin İlham məni bacım qızını cəzalandırmaq əvəzinə, onu sorğu-sual etməkdə günahlandırdı. O, məni şərəfsiz adlandırdı. İlhamın sözlərindən əsəbiləşdim. Buna görə də ona yumruq atdım. İlhamın yaxasından tutan zaman üstümə bıçaq çıxardı. İlhamın əlindən həmin bıçağı almaq istərkən, bıçaq ovcumu kəsdi. Savaşdığımız zaman bıçaq ola bilsin ki, İlhamın bədəninə dəyib. Sonra İlhamın əlindəki bıçağın yerə düşdüyünü gördüm və onu yerdən götürdüm”.

“Ünvanına söyüş işlətdim”

Musa Əliyevin ifadəsinə görə, bu zaman İlham onu güllələcəyini deyib və həyətə qaçıb: “Düşündüm ki, İlham evindən tüfəng götürməyə qaçır və bir neçə addımlığında olan İlhama çataraq, ona arxadan kürəyinə bir bıçaq zərbəsi vurdum. Həmin vaxt İlham yıxılmadı və dayanaraq qışqırdı. O, həyətdə olan atasıgil oturduğu tərəfə qaçdı. Mən də İlhamın ardınca getdim. İlham həyətdə yerə yıxıldı”.

Musa Əliyevin bildirdiyinə görə, bu zaman İlhamın atası Zahid və yanında olanlar masadan ayağa qalxıb: “Həmçinin evdən İlhamın anası, başqa qadınlar çıxaraq məni qarğışladı, lakin heç kim mənə yaxın gəlmədi. Özümü itirdiyim və əsəbi olduğum üçün Zahidgilin ünvanına söyüş işlətdim, daha sonra oradan getdim”.

“Polisə məlumat verdim”


Təqsirləndirilən şəxs qeyd edib ki, yolda əsəbi olduğu üçün sürdüyü avtomobili hasara vurub: “Orada avtomaşını ataraq getdim. Sonra yaxınlıqdakı su arxında əllərimin qanını yudum və yonca sahəsinə getdim. Yoncalıqda ertəsi günədək vaxt keçirdim, sakitləşdikdən sonra evimə getdim. Paltarımı dəyişəndən sonra Ağcabədi rayon polis şöbəsinə gəldim və törətdiyim hadisə barədə məlumat verdim”.

Musa Əliyev qeyd edib ki, himayəsində 2 azyaşlı uşağı var, Qarabağ döyüşlərində iştirak edib. O, məhkəmədən bunları nəzərə alaraq, ona yüngül cəzanın təyin edilməsini xahiş edib.

“İlham arvadını izləməyə başlayıb”

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dinidirilən Almaz Həsənova bildirib ki, oğlu İlham Həsənov öz arvadı Gülbəniz və 3 azyaşlı övladı ilə birlikdə onunla və əri Zahid Həsənovla bir evdə yaşayıb: “Gəlinim Gülbənizin dayısı Musa Əliyev ilə özümün və oğlumun münasibətləri əvvəllər yaxşı olub. Hadisədən 3-4 gün əvvəl oğlum arvadı Gülbənizin kirvələri Ramil Mehdiyevlə ona xəyanət etməsindən şübhələnib. İlham təxminən bir ay əvvəl Ramilin əlini Gülbənizin donu altına salaraq, bədəninə toxundurduğunu görüb. Bundan sonra İlham arvadı Gülbənizi izləməyə başlayıb”.

“Qızını bağışlamağı xahiş etdi”

Mərhumun anasının sözlərinə görə, iyulun 10-da, saat 22 radələrində İlham evdən velosipedlə harasa gedib: “Bir müddət keçəndən sonra yatdım. Lakin nəvəm Tacirin ağlamaq səsinə ayıldım və nəvəm olan otağa gəldim. Gülbənizi nəvəmin yanında görmədim. Nəvəm anasının harasa getdiyini dedi. Bundan sonra həyətə çıxdım. Bu vaxt Gülbəniz qarşıma çıxaraq həyətdə İlhamla Ramilin dalaşdıqlarını bildirdi. Sonra oğlum da yanımıza gəldi. Bildirdi ki, Ramili güdərkən onun gəlib Gülbənizin yataq otağının pəncərəsinin qarşısında dayandığını görüb. Oğlum Ramillə savaşanda Gülbəniz də ora gəlib, Ramili oğlumun əlindən alıb qaçmasına kömək edib”.

“Gülbənizi evinə apardı”

Almaz Həsənova qeyd edib ki, bu hadisədən sonra İlham arvadı Gülbənizə anasının evinə getməsini, daha onunla yaşamaq istəmədiyini bildirib: “Gülbəniz özü anası Sevilə zəng edərək çağırdı. Sevil bacısı Gülbani, Zemfira, oğlu Səxavətlə birlikdə gəldi. O, qızını bağışlamağı xahiş etdi. Lakin İlham onunla razılaşmadı. Odur ki, Sevda Gülbənizi götürərək evinə apardı”.

“Bıçağı əlində yelləyərək hamımızı doğruyacağını dedi”

Mərhumun anası daha sonra ifadəsində gəlinin dayısı Musa Əliyevin onlara gəlməsindən, baş verən qətldən danışıb: “Musa Əliyevin həmin gün bizə nə vaxt gəldiyini görməmişəm. Lakin saat təxminən 17.30 radələrində evinin qonaq otağında olarkən bağ sahəsinə açılan pəncərəsindən oğlumun “oy” deyə qışqırtısını eşitdim. Buna görə də pəncərədən bağa boylandım. Bu zaman İlhamın yerə çökmüş vəziyyətdə olduğunu, onun yanında isə Musa Əliyevin dayandığını gördüm. Musanın əlində nə olduğunu görməsəm də, oğlumun vurulduğunu anlayaraq evdən həyətə çıxdım. Qışqırdım ki, Musa İlhamı vurdu, öldürdü. Həyətə çıxanda artıq İlhamı evimizin qarşı tərəfində yerə yıxılmış vəziyyətdə, Musanı isə əlində bıçaq gördüm. Musaya qarğış etdik, nəyə görə bunu etdiyini soruşduq. Bu zaman Musa əlindəki bıçağı havada yelləyərək “yaxın gəlsəniz hamınız doğrayacam, oğraşlar” dedi və həyətimizdən getdi. Bundan sonra boğazından, bədəninin müxtəlif nahiyyələrindən yaralanmış oğlumu Cəsarətin maşını ilə xəstəxanaya apardıq. Lakin həkimlər artıq onun yolda keçindiyini bildirdilər”.

“İlham məni qısqanmağa başladı”

Cinayət işi üzrə şahid qismində ifadə verən Gülbəniz Həsənova bildirib ki, mərhum İlham ilə birgə nigahdan 3 uşaqları var: “Biz qayınatam Zahid Həsənovun evində yaşamışıq. Ramil Mehdiyev onların böyük oğlu Fəridin kirvəsidir. Hadisədən təxminən bir ay əvvəl Ramilin mənə pis gözlə baxmasını hiss etdim və bunu İlhama dedim. İlham da məni Ramilə qısqanmağa başladı. İyulun 10-da, axşam saat 10 radələrində həyətdə səs-küy eşitdim və evdən çıxarkən kənardan, baxçadan Ramillə İlhamın söyüşməsini eşitdim. Bildim ki, onlar dalaşır, ona görə də haray salaraq qonşunu çağırdım. Sonra qayınanam Almazla qayınatam Zahid gəldi. Bu vaxt İlham da evə gəldi və bildirdi ki, guya məni Ramillə görüb və bunu bəhanə edərək məni evdən qovdu. Anam da gələrək məni öz evinə apardı. Atam öldüyündən dayım Musa Əliyev mənə ata əvəzi olub. Ona görə Musa Əliyev bu hadisəni eşidəndə İlhamgilə gedib və məsələni yoluna qoymaq qərarına gəlib. Lakin hadisə başqa nəticə verib”.

“Arvadı ilə yaxınlıq etməyimdən şübhələndiyini bildirdi”

Ramil Mehdiyev ifadəsində göstərib ki, mərhum İlham Həsənovun oğlu Fəridin kirvəsi olub: “İlhamla əvvəllər münasibətlərimiz yaxşı olub. Məlum olmayan səbəbdən İlham Həsənov məni öz arvadına qısqanıb. İyulun 12-də, axşam vaxtı İlham Həsənovun yanına gələrkən İlham məni evinin həyətində qarşıladı və arvadı ilə yaxınlıq etməyimdən şübhələndiyini bildirdi. Bu səbəbdən aramızda mübahisə baş verdi. İlham boğazımdan tutaraq cırmaqladı. Bundan sonra İlhamın əlindən çıxaraq evimizə getdim”.

İlk cəza: 13 il

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Musa Əliyevə verilmiş maddələrdə dəyişiklik edilib. Məhkəmə Musa Əliyevi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə0 maddələri ilə təqsirli bilib.

Hökmə əsasən, Musa Əliyev 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluq Musa Əliyevin cəzasının ağırlaşdırılmasını istəyib.

Həmçinin Musa Əliyevin vəkili Sadiq Abışov da apelyasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxsin barəsində daha yüngül cəzanın təyin olunmasını xahiş edib. Tərəflərin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti bir müddət əvvəl hakim Amil Dosiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Prokurordan etiraz

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Şirvan Apelyasiya Məhkəməsinin qərarına əsasən, həm prokurorluğun protesti, həm də təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan prokurorluq kasasiya protesti verib. Prokurorun protestinə Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiyada baxılıb.

Hakim kollegiyası prokurorluğun protestini araşdırandan sonra qərar elan edib. Qərara görə, prokurorun protesti təmin olunub. Şirvan Apelyasiya Məhkəməsinin qərarı tamami ilə ləğv olunub, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Bu səbəbdən iş materialları yenidən Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim İsmayıl Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Artırılan cəza

Bu günlərdə apelyasiya şikayəti və protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü tamamilə ləğv edilib, Musa Əliyevin barəsində yeni hökm çıxarılıb.

Yeni hökmə əsasən, Musa Əliyev Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 185.1-ci maddələri ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Musa Əliyev 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.