Putin Həbib Nurməhəmmədova nömrəsini verdi: "İstədiyin vaxt zəng elə""Böyük məmnuniyyətlə səni qonaq gözləyirəm”.

Rusiya prezidenti Vladimir Putin MMA döyüşçüsü Həbib Nurməhəmmədova telefon nömrəsini verib və istənilən vaxt zəng edə biləcəyini deyib.

H. Nurməhəmmədovun avtobioqrafiya kitabının həmmüəllifi Zaur Qurbanov bildirib.

O, Putinin Nurməhəmmədova UFC çempionatının final döyüşündən sonra zəng etdiyini deyib.

“Vladimir Vladimiroviç döyüşü izləyirdi. O bu sözləri dedi: “Səninlə fəxr edirik, təxribatlara önəm vermə. Əgər nə isə olsa, istənilən vaxt bu nömrəyə zəng edə bilərsən. Başını dik tut. Böyük məmnuniyyətlə səni qonaq gözləyirəm”, - deyə Z. Qurbanov bildirib. (oxu.az)
Hikmət Şikarov Dünya Alpaqut Federasiyasının vitse-prezidenti seçilibBu gün Atatürk Mərkəzində Alpaqut Turan döyüş sənəti üzrə I Dünya çempionatında iştirak etmək üçün ölkəmizə gəlmiş xarici ölkə təmsilçilərinin iştirakı ilə Beynəlxalq konfrans keçirilib.

Konfransın işinə Dünya Alpaqut Federasiyasının prezidenti, millət vəkili Nizami Cəfərov, Federasiyanın birinci vitse-prezidenti, millət vəkili Qənirə Paşayeva, Federasiyanın İdarə Heyətinin sədri, Alpaqut döyüş sənətinin müəllifi, Kutsan Vasif Namazov, eləcə də Dünya çempionatında iştirak edcək Azərbaycan, Türkiyə, Pakistan, Almaniya Əfqanıstan, Rusiya, Hindistan, Gürcüstan, İran, Kamerun, Türkmənistan, Nigeriya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Nepal, Ukrayna təmsilçiləri qatılıblar.

Alpaqut döyüş sənətinin müəllifi, Kutsan Vasif Namazov qonaqları və tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, bu döyüş sənətinin dünyada rəğbət qazanması həm də onun tanınması deməkdir: “Azərbaycanda Dünya çempionatının keçirilməsi ümumiyyətlə, həm ölkəmizin, həm də bu döyüş sənəti ilə məşğul olan idmançıların uğurudur”. Çıxış edən Alpaqut Federasiyasının prezidenti, millət vəkili Nizami Cəfərov bildirib ki, bu döyüş növü eyni zamanda, mübarizliyin, əzmin və sülhün çağırışçısıdır. Digər idman növləri kimi, Alpaqut döyüş sənəti də inkişaf edir: “Bu gün Azərbaycanda idmana göstərilən diqqət və qayğının nəticəsidir ki, artıq ölkəmiz bir çox mötəbər idman yarışlarına ev sahibliyi edir. Keçiriləcək Dünya çempionatı da bunun bariz göstəricisidir”.
Hikmət Şikarov Dünya Alpaqut Federasiyasının vitse-prezidenti seçilib
Millət vəkili, federasiyanın birinci vitse-prezidenti Qənirə Paşayeva da çıxış edərək, ayrı-ayrılıqda Dünya çempionatında iştirak edəcək alpaqutçulara uğurlar arzulayıb: “Hər bir idman növünün özünəməxsus özəlliyi vardır və belə özəlliklərdən biri də Alpaqut döyüş sənətidir. Əbəs deyil ki, bu döyüş növü artıq dünyanın hər yerinə yayılıb və bu, bilavasitə Azərbaycanın uğuru sayılır. Çünki bu idman növünün ölkəmizdə yaranması da belə deməyə zəmin yaradır. Keçiriləcək Dünya çempionatında hər bir idmançıya uğur və qalibiyyət arzu edirəm”.

Sonra təşkilati məsələlərə baxıldı və Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov S-1 döyüş liqasının prezidenti, eyni zamanda Dünya Alpaqut Federasiyasının ictimai əlaqələr üzrə vitse-prezidenti seçildi. Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev isə S-1 döyüş liqasının 1-ci vitse-prezidenti seçildi. Həmçinin, S-1 döyüş liqasının 2-ci vitse-prezidenti Dünya və Avropa çempionu, bir sıra beynəlxalq yarışların qalibi Mərdan Vəliyev seçildi.
Hikmət Şikarov Dünya Alpaqut Federasiyasının vitse-prezidenti seçilib
Hikmət Şikarov Dünya Alpaqut Federasiyasının vitse-prezidenti seçilib
Təşkilati məsələlərdən sonra yeni seçilənlərə və təbir iştirakçılarına hədiyyələr təqdim olundu.

Çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri, S-1 döyüş liqasının prezidenti və Dünya Alpaqut Federasiyasının ictimai əlaqələr üzrə vitse-prezidenti Hikmət Şikarov ona göstərilən yüksək etimada görə Federasiyanın rəhbərliyinə və bütün üzvlərinə öz minnətdarlığını bildirib və qeyd edib ki, Azərbaycanda idmanın inkişafı dövlət qayığısı ilə əhatələnib. “Əbəs deyil ki, bu gün ölkəmizdə bir sıra beynəlxalq tədbirlər keçirilməklə yanaşı, dünya və Avropa çempionatları üzrə müxtəlif yarışlar da keçirilir. Bütün bunlar ölkəmizin bütün sahələrdə əldə etdiyi inkişafın bariz nümunəsidir. Bu inkişafı xalqımıza cənab Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti bəxş edib. Eyni zamanda, gənclərimizin idmanla məşğul olması sağlam gələcəyimizin təminatıdır. Belə bir missiyada məhz Dünya Alpaqut Federasiyasının da rol alması sevindirici və fərəhləndiricidir”.

Hikmət Şikarov da Dünya çempionatında iştirak edəcək idmançıların hər birinə uğurlar arzulayıb.
Hikmət Şikarov Dünya Alpaqut Federasiyasının vitse-prezidenti seçilib
Tədbirin sonunda xatirə şəkilləri çəkilib.
Röya ağır qəzaya düşdü Hazırda o, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılır.

Müğənni Röya avtomobil qəzasına düşüb.

Avrasiya.net BakuPost.az-a istinadən xəbər verir ki, hazırda o, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılır.

Müğənninin HB Güvən klinikasına aparıldığı bildirlir.

Klinikadan xəbəri təsdiqləyiblər. Bildiriblər ki, klinika rəhbərliyi xəstənin qəbul üçün xüsusi tapşırıq verib: "Bütün tibbi personalın toplanması üçün tapşırıq verilib. Röya xanım əvvəlcə rentgen olunacaq”.
Novxanıda qeyri-qanuni dini fəaliyyət aşkarlandıBu barədə Dövlət Komitəsindən məlumat verilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt Şəhər İdarəsi, Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi qanunsuz dini fəaliyyətin qarşısını almaq məqsədi ilə birgə baxış keçirib.

Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan vətəndaşı Hüseynov Elçin Sovet oğluna məxsus olan və Sumqayıt şəhəri Novxanı qəsəbəsi bağlar massivi, Çinarlı küçəsi 1886 ünvanında yerləşən bağ sahəsinə baxış keçirilib. Nəticədə qeyri-qanuni dini fəaliyyət aşkarlanıb.

Faktla bağlı inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərilib.
“Bu addımı mütləq atmalıyıq” - Əflatun AmaşovMətbuat Şurası 2013-cü ildən mediada monitorinq aparır.

Azərbaycan Prezidentinin imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmana əsasən Tədbirlər Planını hazırlamaq üçün yaradılan İşçi qrupu "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlayaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinə təqdim edib. Tədbirlər Planında "Radio, televiziya, qəzet, jurnal redaksiyalarında, internet saytlarında çalışan yaradıcı əməkdaşların ədəbi dil bilikləri üzrə vaxtaşırı attestasiyalarının keçirilməsi” barədə bənd də yer alıb.

Layihədə əksini tapan təkliflə bağlı Azərbaycan Mətbuat Şurasının sədri, Dövlət Dil Komissiyasının üzvü Əflatun Amaşov deyib ki, Mətbuat Şurası 2013-cü ildən mediada monitorinq aparır.

Ə. Amaşovun sözlərinə görə, monitorinqdə əsas məqsəd Azərbaycan ədəbi dil normalarının nə dərəcədə qorunmasını müəyyənləşdirmək və bu sahədə hansı meyllərin yarandığını üzə çıxarmaqdır. Qarışaya çıxan problemlər də qruplaşdırılır: "Bu sahədəki problemlərlə bağlı ayrı-ayrı tədbirlərdə jurnalistləri, ictimaiyyəti məlumatlandırırıq. Pozuntular sırasında ilk növbədə leksik pozuntuları qeyd etmək lazımdır. Söhbət dilimizə gələn alınma sözlərin nə dərəcədə yerində işlənməsi, dialekt və şivə sözlərin ədəbi dilə gətirilməsi, yeni terminlərin, yeni sözlərin yaranmasının uğurlu, yaxud uğursuz olmasından gedir.

Qrammatik pozuntulara gəlincə, bu pozuntular daha geniş və daha əhatəlidir. Morfoloji qaydalara əməl olunmaması ilə bağlı pozuntular qrammatik pozuntular arasında kifayət qədər böyük yer tutur. Məsələn, felin nəqli keçmiş zamanı ilə bağlı "mış” şəkilçisi bəzi hallarda öz mahiyyətini dəyişir, "dı” şəkilçisi ilə əvəz olunur. Feli sifətlərdə zaman anlayışı ciddi məsələdir, bu prinsiplərə əməl olunmur. Feli bağlamalarda da bu sayaq səhvlər olur. Sintaksis qaydalara əməl olunması ilə bağlı pozuntular da diqqəti cəlb edir, cümlələrdə söz sırasının pozulması müşahidə olunur. Azərbaycan dilində cümlənin əvvəlində mübtəda gəlməli, cümlə xəbərlə bitməlidir. Amma bəzi məqamlarda bu prinsip pozulur. Bəzi hallarda cümlə və söz birləşmələri arasında sintaksis əlaqələrə əməl edilmir, durğu işarələri düzgün işlədilmir. Tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlələr arasında tələb olunan əlaqələr yaranmır. Bunlar kifayət qədər ciddi məsələlərdir və dilin quruluşu ilə bağlıdır. Biz sonuncu pozuntuları üslubi pozuntular adlandırırıq”.

Mətbuat Şurasının sədri orfoqrafiya lüğətinin tələblərinə əməl edilməyərək, sözlərin müxtəlif cür yazılmasına da diqqət çəkib: "Bu həm də orfoqrafiya lüğətlərinin az olması ilə bağıldır. Məsələn, danışıq dilinin xüsusiyyətləri və normaları bəzi məqamlarda yersiz olaraq yazılı nitqə gətirilir. Bu da özünü doğrultmur. Bəzən jurnalistin Azərbaycan dilini bilmədiyini də görürük. Azərbaycanlı olsa da, Azərbaycan dilinin xüsusiyyətlərini bilmir. Hiss olunur ki, yazını Azərbaycan dilinin qrammatik qaydalarını bilmədən yazıb. Biz bu sayaq məsələləri ümumiləşdirir, diqqətə çatdırırıq”.

Ə. Amaşov Azərbaycan Milli Elmlər Akademiyası və Mətbuat Şurasının "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı” çərçivəsində birgə layihə hazırladığını nəzərə çatdırıb: "Layihə qəbul ediləndən sonra bu sahədə nəzarət funksiyası AMEA və Mətbuat Şurasının üzərinə düşəcək. Layihədə bu sahədə səlahiyyətlərin məhz bu iki quruma həvalə olunması nəzərdə tutulur. Redaksiyalarda, informasiya portallarında redaktə və korrektə işinin təkmilləşdirilməsi, bu sahədə problemlərin aradan qaldırılması üçün vaxtaşırı attestasiyaların keçirilməsi təklif olunur. Yəni redaktə və korrektə ilə məşğul olan insanların üslubi səhvlər buraxmamasına nail olmaq istəyirik. Layihə qəbul ediləndən sonra AMEA və Mətbuat Şurasının birgə hansı işləri görəcəyi ilə bağlı addımlar atılacaq. Yəqin ki, yenə də müəyyən problemlər qalacaq. Layihədə qəzetlərdə və ayrı-ayrı informasiya portollarında korrektor ştatının yaradılması təklifi də əksini tapıb. Media orqanlarımızın durumu fonunda qəzetlərdə və ayrı-ayrı informasiya portollarında korrektor ştatının yaradılmasına, redaktənin keyfiyyətinin artırılmasına nail ola biləcəyikmi? Bunu zaman göstərəcək. Doğurdan da Azərbaycan mediasının dilinin kifayət qədər keyfiyyətli olmasını, ədəbi dilin qaydalarının gözlənilməsini istəyiriksə, bu addımı mütləq atmalıyıq”.
İcra nümayəndəsi Zabratda zəbt olunan zeytun bağı haqda sualı eşidib gizləndiBakının 1-ci Zabrat qəsəbəsində, 18 Oktyabr küçəsindəki zeytun bağının qanunsuz zəbt edilməsi və hasarlanması faktı ilə bağlı məmurların üç gündür apardığı araşdırma hələ də bitmək bilmir. Araşdırma bu suala cavab verməlidir: prezident İlham Əliyevin Bakıda yaşıllıqların məhv edilməsinə son qoyulması barədə növbəti sərt xəbərdarlığından, belə əməllərə yol verənlərin cəzalandırılacağını bəyan etməsindən cəmi bir ay sonra həmin ictimai ərazini-35-40 sotluq zeytun bağını kim və hansı əsasla zəbt edib və orada kafe tikməyə hazırlaşır?

Virtualaz.org xatırladır ki, Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov bu faktı nəzarətə götürüb. Şəhər İcra Hakimiyyətindən bildirildiyinə görə Əzizovun tapşırığı ilə bu gün əraziyə “məsələni araşdırmaq üçün” nümayəndə göndərilib. Və araşdırmanın nəticəsi günün sonuna qədər məlum olacaq.

Belə olanda Zabrat qəsəbə icra nümayəndəliyinin rəhbəri İlqar Süleymanova zəng vurub zəbt olunmuş zeytunluqla bağlı araşdırmanın nə yerdə olduğunu soruşduq. O bildirdi ki, ərazi hasarlananda məzuniyyətdə idi və baş verənlərdən “xəbərsiz olub”: “Mən elə bu gün, bax elə düz bir saat əvvəl işə çıxmışam. Araşdırıb sizə məlumat verəcəyəm”.

Lakin iş günün sonuna doğru İ.Süleymanova təkrar zəng vuranda bu dəfə onun işdə olmadığını deyiblər: “İlqar müəllim yoxdur, işə çıxmır. Məzuniyyətdədir, kabineti də bağlıdır”.


* * *11:44

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sabunçu rayonunda, 1-ci Zabrat qəsəbəsində yüzlərlə çoxillik ağaclarının olduğu 35-40 sotluq zeytun bağının qanunsuz zəbt edilməsi və hasarlanması faktını nəzarətə götürüb. Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, bu barədə yazılanlardan sonra Eldar Əzizov faktın araşdırılmasını müvafiq şöbəyə tapşırıb.

“Tapşırq verilib, müvafiq şöbədən ora gediblər, araşdırırlar. Nəticəsi barədə məlumat verəcəyik”-şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov belə deyib.

Xatırladaq ki, 1-ci Zabrat qəsəbəsində, 18 Oktyabr küçəsində “Neftmaştəmir” ASC ilə üzbəüz yerləşən zeytun bağı təxminən 10-12 gün əvvəl zəbt olunub və hündür hasara alınıb. İçəridə kafe tikintisinə hazırlıq aparılır.

Prezident İlham Əliyevin Bakıda yaşıllıqların qanunsuz zəbt edənlərə və belə hallara imkan yaradan məmurlara qarşı növbəti sərt xəbərdarlığından cəmi bir ay keçmiş törədilmiş bu özbaşınalıqla bağlı virtualaz.org daha əvvəl Sabunçu rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də rəylərini dərc etmişdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları həmin ərazidə araşdırma aparıb, zeytun bağının qanunsuz hasarlandığı təsbit olunub və nazirlik tərəfindən hasarın təcili sökülməsi barədə həm rayon İcra Hakimiyyətinə, həm Bakı şəhər İcra Hakimiyyətinə təcili telefonoqram göndərilib. Sabunçu rayon İcra Hakimiyyətindən isə ərazini hasarlayanların gah “sovet dövründə alınmış qanuni sənədlərinin” olduğunu, gah da 2000-ci ildə yerli bələdiyyədən bu ərazini uzunmüddətli icarəyə götürdüklərini deyiblər. Hansı ki, zeytunluq sahəsi bələdiyyə mülkiyyəti deyil.

Sakinlər deyirlər ki, həmin zeytunluğun bir hissəsini bir neçə il əvvəl zəbt edib orada kafe açıblar. İndi hasarı çəkənlər də həmin kafenin sahibləridir, hansı ki, bu adamlar hansısa nüfuzlu adamların adlarını çəkir.
Azərbaycan dilinin tədqiqi və tədrisi ilə bağlı alimlərlə müəllimlərin birgə konfransı keçirildiAMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Təhsil İnstitutunun nümayəndələri, AMEA-nın alimləri, paytaxtda və bölgələrdə fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak ediblər.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu açılış nitqində Bilik Fondunun təşəbbüsü ilə dilçilik üzrə tədqiqatçı alimlərlə dili tədris edən müəllimlərin görüşünü mühüm hadisə kimi dəyərləndirərək, hər bir xalqın mənəviyyatı və milli dəyərlərinin onun ana dilində yaşadığını deyib. Ulu öndər Heydər Əliyevin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” kəlamını xatırladan akademik Azərbaycan dilinin zənginliyi, ahəngdarlığı, tarixiliyi, cazibədarlığı, işlənmə xüsusiyyətləri ilə başqa dillərdən seçildiyini vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyev AMEA-nın 70 illik yubiley mərasimindəki çıxışında “Dilimiz o qədər zəngindir ki, əcnəbi sözlərə ehtiyac yoxdur” fkrini səsləndirməklə dil adlı dəyəri qorumağın vacibliyini bir daha diqqətə çatdırıb, “İşığına toplaşdığımız Fərmandan irəli gələn vəzifələr bunun bariz nümunəsidir” – deyə qeyd edib.
Azərbaycan dilinin tədqiqi və tədrisi ilə bağlı alimlərlə müəllimlərin birgə konfransı keçirildi
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov alimlərlə müəllimlərin qatıldıqları konfransda səmərəli müzakirələr aparılacağına əminliyini ifadə edərək, rəhbərlik etdiyi qurumun dilimizin qorunması və təbliği istiqamətində gördüyü işlərdən söz açıb. “Azərbaycan dilini öyrənirik”, “Yazmağı bacaracaqsan”, “Gənclikdən soraq”, “Ekran və efirdə ədəbi dil normaları”, “Dilimiz sərvətimizdir” layihələrini xatırladan O.Səmədov qeyd edib ki, onların icrası çərçivəsində paytaxtın rus pravoslav kilsələrində, etnik qrupların yaşadıqları bölgələrdə rusdilli vətəndaşlar üçün ödənişsiz “Azərbaycan dili” kursları açılıb, məktəblilərə yazı vərdişləri aşılanıb, gənclərin mütaliəyə münasibəti öyrənilib, telelviziya və radio əməkdaşlarına ədəbi dil normalarına dair təlimlər keçirilib, alimlər respublika ərazisində mühazirələrə cəlb olunublar, müxtəlif formatlı tədbirlər baş tutub.

Fondun dilin inkişafı ilə bağlı yaxın gələcəkdə planlaşdırdığı layihələr barədə ümumi məlumat verən O.Səmədov müəllimləri doğma ana dilimizi qorumağa, yad təsirlərə məruz qalmasının qarşısını almağa çağırıb, Bilik Fondunun dəstəyi ilə Azərbaycan dili müəllimləri arasında “Ən yaxşı metodik yazı” müsabiqəsinin keçiriləcəyini bildirib.
Azərbaycan dilinin tədqiqi və tədrisi ilə bağlı alimlərlə müəllimlərin birgə konfransı keçirildi
Azərbaycan Respublikası Təhsil İnstitutunun şöbə müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Asif Hacıyev xalqın dilin yaradıcısı, daşıyıcısı və qoruyucusu olduğunu diqqətə çatdıraraq, dövlətin dəstəyi ilə prosesin bu məntiqlə uğurla davam edəcəyini vurğulayıb. Onun sözlərinə görə, öncə valideynlər, sonra müəllimlər doğma dili şagirdlərə sevə-sevə öyrətməli, gələcək nəslin nümayəndələrinin səlis nitq qabiliyyətinə malik olmalarına dəstək verməlidirlər. A.Hacıyev Azərbaycan dilinin saflaşması, tədrisinin müasir tələblərə uyğun təkmilləşdirilməsi ilə bağlı Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Konfransda Dilçilik İnstitutu Müasir Azərbaycan dili şöbəsinin müdiri, professor İsmayıl Kazımovun “Müasir dövrdə Azərbaycan dilinin tədrisində mətn üzərində işin təşkili məsələləri”, Tətbiqi dilçilik şöbəsinin müdiri professor İsmayıl Məmmədlinin “Orta məktəblər üçün Azərbaycan dili dərsliklərinin dili”, Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın “Azərbaycan dili terminologiyasının inkişafı” mövzularında məruzələri dinlənilib.

Alimlər biliriblər ki, dərsliklərə salınan mətnlərin düzgün seçilməsində, təklif olunan çalışmalarda əksini tapan çatışmazlıqlar mütəxəssislərin müdaxiləsi nəticəsində hər ötən il aradan qaldırılır, müxtəlif sahalər üzrə terminologiya lüğətlərinin hazırlanması istiqamətində ciddi addımlar atılır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası 100-dən çox lüğət nəşr etdirib.

Məruzələr dinlənildikdən sonra orta məktəb müəllimləri mövzu ətrafında fikirlər səsləndiriblər. Abşeron rayonu Xırdalan şəhər 4 nömrəli tam orta məktəbin direktor müavini Hüseyn Şahbəndiyev, Qobustan rayonu Pirallahı qəsəbəsi 168 nömrəli tam orta məktəbin müəllimi Sevda Alxasova, Sabunçu rayonu Nardaran qəsəbəsi 295 nömrəli tam orta məktəbin müəllimi Zamin Təhməzov, Ağsu rayon 3 nömrəli tam orta məktəbin müəllimi Rəhilə Musayeva, Bakı şəhəri 6 nömrəli məktəb-liseyin müəllimi Mənsurə Ağakişiyeva çıxışlarında Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı fikirlərini səsləndirib, tədris prosesində qarşıya çıxan çətinliklərdən danışıblar.

Konfransda bu cür görüşlərin bölgələrdə silsilə şəklində keçirilməsi qərara alınıb, alimlərlə müəllimlərin Azərbaycan dilinin tədqiqi və tədrisi ilə bağlı müzakirələrinin davamlı olacağı bildirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Suriya türkmanları birləşdi: Vahid bayraq qaldırıldı - FotoSuriya türkmanları Çobanbəy şəhərində keçirilən konqresdə özlərinin vahid milli bayrağını təsis ediblər.

Axar.az xəbər verir ki, konqresə Hələb, İdlib, Bayır-Bucaq, Rakka, Həma, Tartus, Dera və Dəməşqdən olan 250 nümayəndə qatılıb. Nümayəndələr sırasında Suriya Türkman Assambleyasının üzvləri, türkman şəhərlərindəki ağsaqqallar, türkman komandirlər, qeyri-hökumət təşkilatının üzvləri yer alıblar.

Yeni bayraq mavi, qırmızı və ağ rəngdən ibarətdir. Burada mavi rəngin türk kimliyini, ağ rəngin ümumbəşəri dəyərləri simvolizə etdiyi vurğulanıb. Qırmızı rəngli ay-ulduz isə şəhidlərə işarədir.
Azyaşlı oğlana təcavüz edən şəxsə 14 il iş kəsildi - BakıdaBakıda 12 yaşlı uşağa təcavüz edən şəxsə hökm oxunub

AzNews.az xəbər verir ki, 12 yaşlı uşağa qarşı seksual xarakterli hərəkətlərdə ittiham olunan Həsənxan Məmmədov məhkəmənin qərarı ilə 14 il azadlıqdan məhrum edilib.

Proses Ağır Cinayətlər Məhkəməsinində hakim Azər Paşayevin sədrliyi ilə keçirilib.

Qeyd edək ki, Həsənxan Məmmədov 12 yaşlı Rəşad Hümbətovu (ad-soyad şərtidir) aldadıb apararaq, yaşadığı evə yaxın ərazidə ona seksual xarakterli hərəkətlər etdiyi deyilir.