Şair Əli Hacı axır ki, həbs olundu - 7 il aldıBakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Əli Hacı Ağaevli və Fuad Kərimovun məhkəməsi davam edib.

Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Əli Hacı Ağaevli 7 il, Fuad Kərimov 5 il azadlıqdan məhrum ediliblər. Hər iki şəxs məhkəmə zalından həbs olunublar.

İttihama görə, Ə.Ağaevli və F.Kərimov zərərçəkmiş Qabil Mehdiyevdən yarım milyon manata yaxın pul alaraq dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunurlar.

Əli Hacı Ağaevli QHT sədri, 1996-1998-ci illərdə “Varlıq” şirkətinin prezidenti kimi fəaliyyət göstərib. O, eyni zamanda şairliklə məşğul olur, bir neçə şeir kitabı çap olunub.
Sərkisyan ailəsini də götürüb, kəndə köçdüErmənistanın sabiq prezidenti Serj Sərkisyan bu ilin yazında ona verilmiş hökumət iqamətgahını tərk edib.

Musavat.com xəbər verir ki, iqamətgahın açarlarını təhvil verən Sərkisyan öz ailə üzvləri ilə birlikdə kəndə köçüb.

Eks-prezidentin ofisinin rəhbəri Nairi Petrosyan deyib ki, S.Sərkisyan Kotayk vilayətinin Dzoraxbyur kəndinə köç edib. Sərkisyan bu kənddə onun kürəkəni Mikael Minasyana məxsus olan evdə yaşayacaq.
Rəqsanə də Təranənin həbsindən yazdı: "O, indi yaşadıqlarını vaxtilə mənə və başqalarına çox yaşadıb"Müğənni Rəqsanə İsmayılova küsülü olduğu prodüser Təranə Səmədovanın həbs olunmasına münasibət bildirib.

O, fikirlərini sosial şəbəkədə bölüşüb: "Bu gün baxıram və bunu demək istəyirəm ki, bir neçə ilə nəzər salın, baxın... Bu gün yaşadıqlarını mən və ailəm bir vaxtlar yaşadıq. Neçə illər mənim başıma gəlməyən qalmadı. Hansı ki, indi o qardaşlar da həbsdədir. Uşağımın adına açılan sosial şəbəkədə profil, bacımın, anamın başına gətirilən oyunlar... Bəs, mən bu günə kimi dözdüm, hər yerdə yazdılar, dedilər, amma dözdüm. Ailəmin arxasında oldum, nələr çəkdim bir Allah, bir mən bilirəm.

Bu gün Təranəyə sevinmirəm. Çünki balası var. Allah yenə də qapısını açsın, İradə xalaya səbr versin. Anası çox yaxşı insandır, heç kimə pislik etməyin, çörəyin yeyib ayağının altını qazmayın. Hər yerdə mənim haqqıma girirdi. Aysunun adından sosial şəbəkədə profil açıb, Təranə, nələr etdin. Övladım məktəbə getməyə utanırdı.

Dünən onun başına gələnləri oxuduqca, bütün başıma gələnlər gözümün qabağından keçdi. Dedim, Rəqsanə sən nələrə dözüb, sinə gərdin. Hanı o qardaşlar, hardadır? Onlar da həbsdədir. Onlarla əlbir olub mənə nələr etmədiz. Üzümə bəlkə 40 nəfər adam qoydunuz, yalan yerə... Heç nə sübut olmadı, qanun isə xitam verdi.

O qədər yazası sözüm var. Yenə də deyirəm, özünə görə yox... Özü bu gün yaşadıqlarını vaxtında mənə və başqalarına çox yaşadıb. Amma Allah onun körpə balasına və anasına görə qapısını açsın. Uşağın, ananın heç bir günahı yoxdur.

Bu günə qədər bir dəfə də olsun, mən onun anasının və balasının adını çəkməmişəm. Çünki mən də anayam, övladlarım var. Amma sən mənim anamın, bacımın, övladımın haqqına girdin. Nələrə əl atdın, nələr etdin. Belə günə sevinən gərək insan olmasın. Elə ürəyə sahibəm ki, ailəsinə kömək olaram. Bilirəm ki, onların heç kimi yoxdur. Bir il tez gəlib keçər, övladının yanında olarsan".

Qeyd edək ki, Təranə bir vaxtlar Rəqsanənin prodüseri olub. Onlar qalmaqallı şəkildə ayrılıblar.
Təranənin keçmiş əri: “Onun ailəsinə sahib çıxaram”Müğənni Kərim Abasov keçmiş həyat yoldaşı Təranə Səmədovanın həbs olunmasından bəhs edib.

İfaçı onu Təranənin həbsinə sevinməkdə ittiham edənlərə cavab verib: “Allah şahidimdir ki, bu insanın tutulmağına sevinmədim. Gərək, elə qəddar, şərəfsiz olasan ki, insanın bu halına sevinəsən. Mən o ürəyin sahibi deyiləm. Sadəcə anasına ürəyim yanır, bir gün görməyib. Xəstəlikdən əziyyət çəkir. Allah onu anasına, balasına bağışlayıb ki, 1 il cəza ilə canını qurtarıb. Mənim də Allahım var. Allah qapısını açsın. Nə qədər düşmənim olsa da, reallıq var. Onunla evli olmuşam. Anası qabağıma yeməyin ən gözəl yerini qoyub, paltarımı yuyub. Haqqı var üzərimdə. Atası uşağına sahib çıxmadı. Mən onun ailəsinə baxaram, sahib çıxaram. İnsanın dar günüdə onu baltalamaq olmaz”.
AZAL-ın vitse-prezidentinə qarşı təxribatBir sıra kütləvi informasiya vasitələri məlumat yayıblar ki, DYP-nin yol hərəkəti qaydalarını pozanlara qarşı reydi zamanı AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin oğlu saxlanılıb.

Bildirilir ki, 1990-cı il təvəllüdlü Fərhad Eldar oğlu Hacıyev sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb. Gənc 10 NG 800 dövlət nömrə nişanlı “Jaguar” markalı avtomobilin sükanı arxasında olub.

Lakin virtualaz.org-un əməkdaşı ilə söhbətində AZAL-ın vitse-prezidenti Eldar Hacıyev bu məlumatı təkzib edərək qeyd edib ki, onun Fərhad adlı oğlu yoxdur.

“Mənim üç uşağım var. Əli (1990-cı il təvəllüdlü), Arslan (1993) və qızım Şükufə (1997). Fərhad adlı oğlum yoxdur”, - Eldar Hacıyev bildirib.

O, həmçinin jurnalistləri məsuliyyətli olmağa və yoxlanmamış məlumatları yaymamağa çağırıb.
3 polis əməkdaşı 23 yaşlı qızı zorladılar Hadisə dünən Ufa şəhərində baş verib.

Ufa şəhərində Daxili işlər nazirliyinin miqrasiya işləri üzrə şöbənin 3 əməkdaşı öz həmkarlarını - 23 yaşlı tədqiqatçı qızı səhərədək zorlayıblar.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı İnterfaks agentliyi yayıb.

Mənbə bildirir ki, hadisə dünən baş verib.

Şübhəli hesab edilən polis əməkdaşları tutulub, onlar haqda "Zorlanma" maddəsi ilə istintaq işinə başlanılıb.

Rusiya daxili işlər nazirliyinin rəsmi nümayəndəsi İrina Volk Baş idarənin bir neçə əməkdaşının Ufa şəhərinə ezam edildiyini vurğulayıb: "Günahkarlar öz cəzalarını alacaqlar, əməlləri sübuta yetirilsə, həmin an işdən qovulacaqlar".

ProUfu.ru portalı yazır ki, zərərçəkən Rusiya qvardiyasının yüksək vəzifəli məmurunun qızıdır.
Tanınmış stilist həbs edildi - Qadınları fahişəliyə cəlb edibİntizam Yusifov saxlanılıb.

Məşhur stilist, “İntus” ləqəbli İntizam Yusifov Bakı şəhər sakinləri olan yetkinlik yaşına çatmayan qadınları fahişəliyə cəlb etdiyinə görə İnsan Alverinə Qarsı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

O, Nərimanov rayon məhkəməsinin hakimi Rəşad Abdulov tərəfindən həbs edilərək istintaq təcridxanasına göndərilib.

Qeyd edək ki, bir müddət əvvəl prodüsser Təranə Səmədova da məhkəmə qərarı ilə qadın alverinə görə azadlıqdan məhrum edilib.(qafqazinfo.az)
Azərbaycan bu sahədə dünyada yeni rekorda imza atdı - BÖYÜK UĞURDünya Bankının hazırladığı “Doing Business 2019” hesabatı ilə bağlı mətbuat konfransı keçirilir.

Publika.az xəbər verir ki, konfransda çıxış edən Prezident Administrasiyasının nümayəndəsi Vüsal Şıxəliyev Prezident İlham Əliyevin elan etdiyi kimi neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq islahatların daha da dərinləşdiyini bildirib:

“Bunun nəticəsində maliyyə sabitliyi, iqtisadi artım müşahidə edilir. Prezident İlham Əliyev tərəfindən biznes mühitinin bütün sahələri tikinti üçün icazə, elektrik təchizatı şəbəkələrinə qoşulma, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı ilə bağlı inkişaf əldə edilib”.

Onun sözlərinə görə, “Duing Bizness 2019” hesabatına görə, Azərbaycan dünyanın 10 ən islahatçı ölkəsinin sırasına daxil edilərək ən çox islahat aparan ölkə olub:

“2017-ci illə müqayisədə builki hesabatda Azərbaycanın yeri 32 pillə irəliləyib. 190 ölkə arasında 21-ci yerə yüksəlib. Tikinti üçün icazələrin alınması üzrə 100 pillə irəliləyib, biznesə başlama indikatoru üzrə ilk onluğa düşüb. Ümumilikdə 10 indikatordan 8-i üzrə Azərbaycanda irəliləyiş əldə edilib. Azərbaycan bu il ümumi reytinqdə yeni rekorda imza atıb”.
Qaşıqçı boğularaq öldürüldü, sonra hissələrə bölündü və… - Rəsmən AÇIQLANDISəudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna girən səudiyyəli jurnalist Camal Qaşıqçı əvvəlcədən hazırlanan plan uyğun olaraq, boğularaq öldürülüb, daha sonra isə cəsədi parçalara bölünərək yox edilib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda İstanbul Respublika Baş prokurorluğundan bildirilib.

Bildirilir ki, gerçəyin ortaya çıxarılması üçün Türkiyə tərəfindən göstərilən bütün yaxşı niyyətlərə baxmayaraq, İstanbula səfər edən Səudiyyə Ərəbistanının Baş prokuroru Səud əl-Muaciblə görüşlərdən konkret nəticə əldə etmək mümkün olmayıb. Açıqlamaya görə, cinayətdə şübhəli bilinən şəxslərin Türkiyədə mühakimə olunması barədə Ankaranın tələbi Səud əl-Muaciblə görüşlərdə təkrarlanıb.

Qeyd edək ki, Qaşıqçının öldürülməsi ilə bağlı indiyə kimi müxtəlif versiyalar irəli sürülmüşdü.
Ermənistan homoseksualların ümidinə qalıb – AnalitikNikol Paşinyan jurnalist kimi fəaliyyət göstərdiyi illər ərzində LGTB tərəfdaşı kimi çıxış edib. Yazılarında həmişə bu mövzuya toxunub. Belə nəticəyə gəlmək olar ki, Ermənistanda mövcud olan LGTB tərəfdaşlarının Avropadan böyük dəstək göstərilməsinə ilk səbəbkarlardan biri də məhz Nikol Paşinyandır.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Ehtiram Aşırlı deyib. O bildirib ki, son zamanlar Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfərlər həyata keçirilir və bununla da beynəlxalq hüququn norma və prinsipləri, eləcə də Azərbaycanın qanunları kobud şəkildə pozulur:

“Belçika parlament üzvlərinin Azərbaycan torpaqlarına qanunsuz səfəri Azərbaycan-Belçika münasibətlərinə inkişafına mənfi təsir göstərə bilər. Xüsusilə də, bu səfəri üzdəniraqlar tərəfindən reallaşdırılması qondarma rejimin nə qədər biabırçı vəziyyətdə olduğunu göstərir. Separatçı rejim bu səfərləri təşkil etməklə çalışır ki, özünü “müstəqil ölkə” kimi tanıtsın. Lakin buna nail ola bilməyəcəklər. Xatırlayırsınızsa, avqust ayında “internet qumarbazı” Den Bilzerian işğal altında olan Azərbaycan torpağına səfər etmişdi. Separatçı rejim bu hərəkəti ilə daxili ictimaiyyətinə hər şeyin müsbətə doğru dəyişdiyini göstərməyə çalışır. Separatçı rejim nə qədər çalışsa da bu istəyinə nail ola bilmədi”.

Analitik vurğulayıb ki, qondarma rejim porno ulduzu, internet qumarbazı və üzdəniraqlar və s. kimilərinin dəstəyi ilə dünya arenasında tanınmağa çalışır:

“Onda bu separatçı rejimdən hər şey gözləmək olar. Onlar indi də üzdəniraqların dəstəyi ilə özlərini Avropa dəyərlərinə sadiq biri kimi göstərmək arzusundadır. Lakin bir şeyi unudurlar ki, Avropa dəyərləri işğalçılıq siyasəti üzərinə qurulmayıb. Həmçinin onlar üzdəniraqların səfərlərini təşkil etməklə maliyyə dəstəyi əldə etməyi planlaşdırır”.

Analitikin sözlərinə görə, separatçı rejim homoseksuallara möhtac vəziyyətdədir:

“Həmçinin Avropada nüfuzu olmayan homoseksual deputatın Qarabağa səfərinin ermənilər tərəfindən fəxarətlə təqdim edilməsi separatçıların və erməni lobbisinin üzdəniraqlarla əməkdaşlığının və onların əsl kimliklərinin növbəti sübutudur. Fikrimcə, yaxın zamanda homoseksuallıq qondarma rejimdə geniş yayılmasını müşahidə edəcəyik. Hətta bu səfər çərçivəsində maliyyə dəstəyinin təmin olunması qarşılığında qondar rejimdən belə bir şərt iləri sürülə bilər. Xüsusilə, işğal olunmuş ərazilərimizdə xidmət göstərən erməni əsgərlərinin arasında homoseksuallığın geniş yayıldığı bir vaxtda bu, olduqca inandırıcıdır. Bundan əlavə, Ermənistanın LGBT icmasına 30 min avro göndərdiyi barədə yazılar çıxmaqdadır. Bu yaxınlarda Henrix Bell Fondunun Cənubi Qafqaz ofisi tərəfindən həyata keçirilən və Aİ tərəfindən maliyyələşdirilən “Ermənistan və Gürcüstanda LGBT nümayəndələri üçün həmrəylik şəbəkəsi” layihəsi çərçivəsində “Zorakılıqsız cəmiyyət” ictimai təşkilatının köməyilə “Ermənistanda eynicinsli cütlüyün xoşbəxt, amma çoxları üçün anlaşılmaz hekayəsi” adlı yeni bir yazı yayımlanıb. Bu yazıda Romik Danial və Narek adlı iki eyni həmcinsin bir-birinə qovuşmasından, bunun timsalında sevgilərindən bəhs olunur. Son olaraq, bu gün Romik və Narek uşaq arzusundadır, Romikin sözlərinə görə bu, qələbə rəmzi olacaq”.

Analitik qeyd edib ki, bu gedişatla Paşinyan Ermənistanı geylər ölkəsinə çevirəcək:

“Görünür, bu işə qondarma rejimdən başlayıb. Bir sözlə, hesab edirəm ki, qondarma rejim özünü tanıtmaq və maliyyə dəstəyi almaq üçün bir çox üzdəniraqları qəbul edəcək. Ola bilsin ki, yaxın zamanlarda üzdəniraqları təmsil edən partiya da yaradılsın. Bu partiya qondarma rejimdə də ola bilər, Ermənistanda da”.