“Məktəbli eruditlər” layihəsinin qalibi Quba məktəbliləri olubAzərbaycan Respublikasının Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"nin fərdi kateqoriya üzrə qalibi Quba rayon Təlabıqışlaq kənd tam orta məktəbinin müəllimi Nərgiz Mahmudovaının icra etdiyi "Məktıbli eruditlər" region məktəblilərinin intellekt festivalı adlı layihə çərçivəsində Quba rayonunda məktəblilərin Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə final mərhələsinin oyunu keçirilib.

Rəsmi hissədə çıxış edən layihə rəhbəri Nərgiz Mahmudova layihəsini dəstəklədiyinə görə əhsil Nazirliyinə və regionda uurla icrasına kömək göstərdiklərinə görə Quba, Qusar və Şabran rayon təhsil şöbələrinə münnətdarlığın bildirib. Layihə barədə məlumat verən natiq qeyd edib ki, məqsəd məktəblilərinin asudə vaxtlarının intellektual oyunlar vasitəsilə səmərəli təşkilinə nail olmaq, onlarda oxumağa, təhsilə, elmə maraq oyatmaq və dünyagörüşlərinin, məntiqi təhliletmə bacarıqlarının inkişafına təkan verməkdir.
Bu məqsədlə layihə çərçivəsində Quba, Qusar və Şabran rayonlarında seçim turları keçirilib və nəticədə hər rayonda ilk 3 yeri tutan komndalar final iştirak etmək hüququ əldə edib. Yarışda iştirak edən Quba, Qusar və Şabran məktəblilərinə uğurlar arzu edən layihə rəhbəi bu tipli tədbirlərə şagirdlərin marağını nəzərə alaraq gələckdə də müxtəlif layhələrin icrasının münkünlüyünü qeyd edib.
“Məktəbli eruditlər” layihəsinin qalibi Quba məktəbliləri olub
Tədbirdə çıxış edən Quba rayon Təhsil Şöbəsinin metodisti Mehparə Rüstəmova bu kimi tədbirlərin şagirdlərin ictimai aktivliyinin artırılmasında, sosiallaşmasında, şəbəkələşməsində, eləcə də tədrisə maraq oyanmasında müstəsna əhəmiyyyəti olduğunu bildirərək layihə rəhbərinə bu ideyasını rəli sürdüyünə görə və layihəni dəstəklədiyinə görə Təhsil Nazirliyinə təşəkkürünü bildirib.

Rəsmi hissədən sonra yarışa start verilmişdir.

Final mərhələsində Quba şəhər 2 saylı məktəb-lisey, Texniki Təmayllü Lisey və Zərdabi qsəbə tam orta məktəbinin, Qusar şəhər 1 və 3 saylı və Balaqusar kənd tam orta məktəbinin, Şabran rayon 1,3 və 5 saylı tam orta məktəblərinin şagirdləri də iştirak edib.
“Məktəbli eruditlər” layihəsinin qalibi Quba məktəbliləri olub
Ümumilikdə 9 komanda tərkibində 54 nəfər şagirdin qatıldığı turnirdə qalib adını Quba şəhər 2 saylı məktəb-liseyin “İstedadlar” komandası tutub. Quba rayonu Zərdabi qəsəbə tam orta məktəbinin “Atom” biliciləri ikinci, Qusar şəhər 1 saylı tam orta məktəbinin “Varlord” komandası isə üçüncü mükafata sahib çıxıb.
Yekunda qalib və mükafatçılar kubok, diplom və medallarla təltif olunub.

Qeyd edək ki, “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi” dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.
Monqolustan prezidenti aclıq aksiyasına hazırlaşır"Böyük Xalq Xuralı (parlament) özünü buraxdığını elan etməsə, aclığa başlayacaq, yaxud da fərdi qaydada piketə çıxacağam".

“Report” xəbər verir ki, bunu C1 dövlət telekanalının canlı efirində Monqolustan prezidenti Xaltmaaqiyn Battulqa bildirib.

Dövlət başçısı Xural və hökumət tərəfindən onun tənqidlərinə laqeyd münasibət bəslənilməsi, parlamentin özünü buraxmaq məsələsini müzakirə etmək təklifinə fikir verməməsi müqabilində hansı addımları atacağı barədə suala “Aclığa başlamaq. Görün nə günə qalmışıq” deyə cavab verib.

Xatırladaq ki, X.Battulqa müxalifətdəki Demokrat Partiyasını təmsil etdiyi halda, Böyük Xalq Xuralında üstünlük ta 1920-ci illərdən Monqolustan Xalq İnqilabçı Partiyası adı ilə hakimiyyətdə olan, 80-ci illərin demokratikləşmə dövründə isə Monqolustan Xalq Partiyasına çevrilən keçmiş kommunistlərə məxsusdur.
Ərəb qaçqınları 18 yaşlı alman qızını zorladılar - Almanlar ayağa qalxdılarOnlar gecə klubunda qıza narkotik maddə veriblər.

Almaniyada 18 yaşlı alman qızı bir neçə ərəb qaçqın tərəfindən zorlanıb.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, hadisə Frayburq şəhərində baş verib.

Ərəb qaçqınları gecə klubunda qıza narkotik maddə veriblər, sonra isə çirkin niyyətlərini həyata keçiriblər.

Bu iyrənc olaya etiraz etmək üçün şəhər sakinləri əllərində "Sərhədi qoruyaq, həyatımızı xilas edək!", "Cinsi zorakılığa yox deyək" məzmunlu şüarlarla küçələrə axışaraq mitinq keçiriblər.

Onlar tələb ediblər ki, Almaniya sərhədi qaçqınlar üçün bağlansın, qaçqınlar tərəfindən cinsi zorakılığa son qoyulsun.

Yerli polis qızı zorlayanlardan 7 nəfəri həbs edib. Məlum olub ki, onlar Suriya qaçqınlarıdır.
Baş nazirin müavini məmurları döydü, dizə qədər soyuq suda saxladı...Özbəkistanda yerli məmurları orta əsrlər üslubunda cəzalandıran baş nazirin müavini işdən çıxarılıb və barəsində hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladılıb.

Avrasiya.net “Azadlıq” radiosunun özbək xidmətinə istinadən xəbər verir ki, baş nazirin müavini Zoir Mirzəyev oktyabrın 25-də Daşkənd vilayətindəki Akkorqan rayonunda taxıl sahələrində işlərin gedişini izləyib. Bu zaman buğda sahələrinin vaxtında suvarılmadığını görən Mirzəyev rayon icra başçısının kənd təsərrüfatı üzrə müavinini, yerli suvarma müdirini, rayon kənd təsərrüfatı şöbəsinin rəhbərini və üç fermeri əvvəl döyüb, sonra onları dizə qədər soyuq suda bir saata yaxın saxlayıb.

Məmurların dizə qədər suda saxlanıldığı barədə görüntülərin sosial şəbəkələrdə yayılması ölkədə qalmaqal yaradıb. Prezident Şövkət Mirziyoyev baş nazirin müavini insan ləyaqətini alçaldan hərəkətlərə görə ötən gün oktyabrın 29-da işdən azad edib. Özbəkistan Baş prokurorluğu isə faktla bağlı təhqiqata başlayıb.

Baş nazir Abdulla Aripov izə öz müavinini “prezidentin siyasətinə qarşı çıxmaqda” günahlandırıb. “Bu, mənim üçün çox xoşagəlməz və biabırçı hadisədir. Çünki mənim müavinim prezidentin siyasətinə qarşı çıxıb. Prezident bu hadisədən oktyabrın 27-də xəbər tutub və həmin gün Mirzəyevi işdən çıxarıb. Lakin Konstitusiyaya görə şənbə və bazar günləri prezidentin sərəncam və fərmanları dərc edilə bilməz, ona görə də bu sərəncam oktyabrın 29-da dərc olunub”-baş nazir bildirib.
Baş nazirin müavini məmurları döydü, dizə qədər soyuq suda saxladı...
Aripov deyib ki, onun müavininin bu hərəkəti xalqa xidmət edən prezident tərəfindən bağışlana bilməzdi.

Habelə oktyabrın 29-da prezident Mirziyoyev bütün səviyyələrdə məmurlara tapşırıq verib ki, insanların məcburi əməyə cəlb edilməsinin istənilən formasının qarşısını almaq üçün üzərlərinə öhdəlik götürsünlər.

Məlumata görə oktyabrın 25-də Akkurqanda döyülənlər və suda saxlanılanlar ifadə vermək üçün Baş prokurorluğa çağırılıblar.

Şahidlərdən biri anonimlik şərti ilə bildirib ki, baş nazirin müavini taxıl sahələrinin vaxtında suvarılmadığını görəndə həmin üç məmuru işdən azad edib, sonra onları döyüb və üç yerli fermerlə birlikdə soyuq suya salıb. “Onları suda 40-45 dəqiqə saxladılar, sonra avtomobilin qabağına salıb 1 kilometrə qədər piyada getməyə məcbur etdilər. Mən heç vaxt belə şey görməmişdim, çox dəhşətli idi”-həmin şəxs bildirib.

Digər şahid isə yazıb ki, Z.Mirzəyev həmin gün keçirdiyi müşavirədə yerli məmurları, o cümlədən rayon başçısını təhqir edib.

Özbəkistanda məmurların öz tabeçiliyindəkiləri və məcburi əməklə bağlı tapşırıqları yerinə yetirməyən, pambıq planını doldurmayan büdcə təşkilatları işçilərini döyüb təhqir etməsi əvvəllər İslam Kərimovun dövründə tez-tez rast gəlinirdi. Lakin indiki prezident Şövkət Mirziyoyev insanların məcburi əməyə cəlb edilməsini dayandırıb və məmurların vətəndaşlarla daha normal münasibətlər saxlamasını təmin edib.
Qurban Qurbanov onu 20 min dollar cərimələdi"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Donald Geryeyə sərt üzünü göstərib.

Avrasiya.net sportinfo.az-a istinadən xəbər verir ki, haitili müdafiəçi 20 min dollar cərimələnib.

Adıçəkilən legionerin təcrübəli mütəxəssisin qəzəbinə tuş gəlməsinə səbəb millinin düşərgəsindən gec qayıtmasıdı. O, dönüş tarixindən yalnız 3 gün sonra klubun düşərgəsinə təşrif buyurub.

Donald yubanmasını şəxsi problemləri ilə əlaqələndirməyə çalışsa da, nizam-intizam məsələsində barışmaz mövqe tutan Qurbanov fikrindən dönməyib və ona böyük cərimə kəsib.
“Dövlətçiliyi yeni mərhələyə yüksəldən lider" - YAP Pirallahı rayon təşkilatının tədbiriBu gün Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı “Neft Daşları NQÇİ” ərazi ilk partiya təşkilatında 31 oktyabr - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasiminin 15 illiyi ilə əlaqədar “Dövlətçiliyi yeni mərhələyə yüksəldən lider" adlı dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədr müavini, "Neft Daşları" NQÇİ-nin rəisi və ərazi ilk partiya təşkilatının sədri Qoçalı Mahmudov bildirib ki, ötən 15 il müddətində dövlət başçısı Azərbaycanda müstəqil dövlət quruculuğunu bütün sahələr üzrə sürətli inkişafa doğru apara bilib. Keçən müddətdə ölkə bir-birinin ardınca böyük uğurlar qazanıb. İlham Əliyev fəaliyyətinin ilk anlarından bu günə qədər dövrün tələblərinə tam cavab verən və milli dövlət suverenliyini qoruyan proqramları uğurla həyata keçirir. Onun daxili siyasətlə xarici siyasəti balanslaşdıra bilməsi digər dövlət başçıları üçün də bir nümunə kimi göstərilir.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin Azərbaycanda müstəqil dövlət quruculuğunu 2003-cü ildən başlayaraq faktiki olaraq yeni səviyyəyə yüksəldib. Çünki bu, strateji və konseptual bir məsələdir. İndi Azərbaycan Qərbdən tutmuş Şərqə qədər bütün dövlətlərlə əməkdaşlıq edir. Bu gün hansı layihədə Azərbaycan varsa, orada da əməkdaşlıq və sülh var. Bu nailiyyətin 2003-cü ildən sonrakı memarı isə Prezident İlham Əliyevdir!
“Dövlətçiliyi yeni mərhələyə yüksəldən lider" - YAP Pirallahı rayon təşkilatının tədbiri
Sonra tədbirdə çıxış edən "Neft Daşları NQÇİ" ərazi ilk partiya təşkilatının sədr müavini və "Neft Daşları" NQÇİ-nin Sosil - İnkişaf şöbəsinin rəisi Əhməd Musayev sosial sahədə uğurlu dövlət siyasətinin həyata keçirildiyini qeyd edib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli, çevik və mükəmməl iqtisadi strategiya nəticəsində sosial islahatların miqyası getdikcə genişlənib və əhalinin rifah halı daha da yaxşılaşıb. Bu strategiya ötən dövr ərzində iqtisadi sahələrdə çalışan insanların pul gəlirlərinin artımı ilə yanaşı, sosial bölmələrdə təmsil olunan vətəndaşların güzəranının yaxşılaşmasına da müsbət təsir göstərmişdir. Bunun nəticəsidir ki, ölkə vətəndaşlarının bütün təbəqələri hər il əlavə sosial qayğılarla əhatə olunur, onların rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin miqyası genişləndirilir.

Daha sonra tədbir iştirakçıları 15 il ərzində keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdən, Prezident İlham Əliyevin müstəqilliyimizin qorunmasında və inkişaf etdirilməsində misilsiz xidmətlərindən danışıb, müstəqilliyimizin daimi və əbədi olacağına inamlarını ifadə ediblər.
Prezident idmançıları və onların məşqçilərini mükafatlandırdıPrezident İlham Əliyev Argentina Respublikasının Buenos-Ayres şəhərində keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncamla Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün Milli Olimpiya Komitəsinin mükafatlarının məbləği aşağıdakı qaydada müəyyən edilib:

- Birinci yeri tutan hər bir idmançıya 25 min manat, onun məşqçisinə isə 12 min 500 manat

- İkinci yeri tutan hər bir idmançıya 15 min manat, onun məşqçisinə isə 7 min 500 manat

- Üçüncü yeri tutan hər bir idmançıya 10 min manat, onun məşqçisinə isə 5 min manat

- Komandanın baş məşqçisinə idman növü üzrə ən yüksək nailiyyət göstərmiş idmançıya görə şəxsi məşqçisinin aldığı məbləğ qədər (bir dəfə).
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif etdi - SİYAHIPrezident İlham Əliyev kənd təsərrüfatı işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncamda qeyd edilir ki, kənd təsərrüfatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar kənd təsərrüfatı işçisi”

Dilbazi Gülrux Hacı qızı

Həsənov Fikrət Əyyub oğlu

Sadıxova Laləzər Qafar qızı

Seyfəddinov Savalan Şahbaba oğlu

“Əməkdar müəllim”

Qurbanov Xalid Hümbətəli oğlu

Məmmədov Nurəddin Nəcəf oğlu.

Eyni zamanda ölkə başçısı kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Allazov Bayram Osman oğlu

Hüseynov Bəyverdi Dənzi oğlu

Mirzəyeva Familə Mirzə qızı

Osmanova Sevil İdris qızı

Səlimov Əlibala Xanəhməd oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Abbasov Xaliq Dilavər oğlu

Alıyev Rahid Qoşqar oğlu

Hüseynov Bəhman Afət oğlu

Məmmədova Solmaz Tələt qızı

Sərdarlı İsmayıl Zülfüqar oğlu

Şahbazova Zərifə Şahbaz qızı

Təhməzov Ramiz Xansuvar oğlu


“Tərəqqi” medalı ilə

Ağayev Fizuli Ədil oğlu

Bəhrəmov Teymur Sahib oğlu

Hacıməmmədov İmralı Mahmud oğlu

Həsənov Eldəniz Əli oğlu

Həsənov Həzi Kərəm oğlu

Həsrətov Bədrəddin Hacıbəy oğlu

Hümbətov Zaur İsrafil oğlu

Hüseynov Balaeyvaz Balaqardaş oğlu

Hüseynov Oqtay Qılınc oğlu

Hüseynov Pamir Nəsurullah oğlu

Hüseynov Sədafər Misir oğlu

İsrafilov İsrafil Paşa oğlu

Qubatov Əfrasiyab Qubat oğlu

Məmmədli Əşrəf Teymur oğlu

Məmmədov Eynəddin Hüseyn oğlu

Məmmədov Fuad Hüseyn oğlu

Məmmədov İldırım Nurulla oğlu

Mirzəyev Xanlar Soltanəhməd oğlu

Paşaliyev İbrahim Süleyman oğlu

Sadıqov Talıb Hüseyn oğlu

Şeydayev Fayiq Mövlud oğlu

Tağıyev Tağı Məsim oğlu

Usubov Adil Sabir oğlu

Yağubov Araz Mirzəkişi oğlu.
Novruz Məmmədov 3 vəzifəli şəxsi işdən çıxardıNazirlər Kabinetinin bir şöbə müdiri və iki şöbə müdirinin müavini işdən çıxarılıb.

Avrasiya.net “Report”a istinadən xəbər verir ki, kabinetin Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Şahin Salahov yaş həddi ilə əlaqədar vəzifədən azad olunub.

Bundan başqa, Nazirlər Kabinetinin Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin müdir müavini Nail Sadıqov vəzifəsindən azad edilib. O, dövlət qulluğunda işləmənənin son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.

Nazirlər Kabinetinin Hüquq şöbəsinin müdir müavini Səriyyə Əzimova isə öz ərizəsi əsasında işdən çıxarılıb.