Balıq tutan gənci cərəyan vurduQazax rayonunda yerli sakini elektrik cərəyanı vuraraq öldürüb.

Rayonun 1989-ci il təvəllüdlü Abbasbəyli kənd sakini Abdullayev Elmar Fərman oğlu elektrikli qurğu ilə göldə balıq tutan zaman cərəyan onu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.(report.az)
YAP-a yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib - PirallahıdaBu gün Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı 10 saylı Birləşmiş Şəhər Xəstəxanası ərazi ilk partiya təşkilatında YAP sıralarına yeni qəbul olunmuş 81 nəfərə üzvlük vəsiqəsi təqdim edilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı İdarə Heyətinin üzvü, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi və ərazi ilk partiya təşkilatının sədri Ələddin Muxtarov qeyd edib ki, bu gün Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə ulu öndər tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salmalı, orada Heydər Əliyevin qurmaq istədiyi, görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıyıq.
YAP-a yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib - Pirallahıda
YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirib ki, 1992-cil noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə milli birliyin,vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış etmiş, ümummilli ideyaları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanmışdır. Ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, monolit siyasi təşkilatdır. Ötən müddətdə yüksək nüfuz qazanmış Yeni Azərbaycan Partiyası siyasi mübarizələrlə dolu şərəfli yol keçmişdir. İqtidar partiyası olaraq Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini vermiş və bundan sonra da verəcək.

Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə genişlənir. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir. Artıq monolit birliyi, sosial bazası və yüksək intellekti olan bir siyasi təşkilata çevrilən, öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirir. Bu gün partiyanın sıralarında 723 mindən artıq üzvün birləşməsi ulu öndər Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricisidir.
YAP-a yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib - Pirallahıda
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edildi. Yeni üzvlər birmənalı olaraq bildirdilər ki, bu gün onların həyatında çox əlamətdar hadisə kimi qalacaq. İnkişaf və müasirlik partiyası olan Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyət və şərəfdir.

Səudiyyə Türkiyəyə milyonlar ödəməyə hazırdı - Şokİslam dinini qəbul etmədən əvvəl “Çaqqal Karlos” ləqəbi ilə tanınan Salim Məhəmməd “Baran” jurnalında yayımlanan sonuncu məqaləsində jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı maraqlı məqamlara toxunub.

Axar.az xəbər verir ki, Məhəmməd “Səudiyyə şahzadəsinə qurulan tələ: Qaşıqçı sui-qəsdi” adlı məqaləsində ABŞ Prezidenti Donald Trampın Qaşıqçı cinayəti ilə bağlı məsələdə xüsusi canfəşanlıq nümayiş etdirdiyini vurğulayıb.

Salim Məhəmmədin Qaşıqçı cinayətinə həsr olunmuş “Səudiyyə şahzadəsinə qurulan tələ: Qaşıqçı sui-qəsdi” adlı məqaləsini təqdim edirik:

“Ər-Riyad rejimi çirkli əməlləri ilə tanınan bir rejimdir və bölgədəki müsəlmanların ən böyük düşmənlərindən biridir. Camal Qaşıqçı “Vaşinqton Post” üçün yazan bir jurnalist idi. Vaşinqtonun ən vacib nəşrlərindən sayılan “Vaşinqton Post” yüz ildən artıq tarixi, böyük bir əhəmiyyəti var. Qaşıqçının burada hələ bir neçə gün əvvəl rejimi tənqid edən yazıları dərc olunmuşdu. Türk əsilli bir ailəyə mənsub olan Qaşıqçının İstanbulda olması təbii haldır, ancaq onun burada həm də konsulluqda niyə öldürüldüyünü yaxşı düşünməliyik. Vaşinqtonda da konsulluğa gedirdi bəs nə üçün orada öldürülmədi?

Qaşıqçı nə üçün konsulluğa getdi? Böyük ehtimalla konsulluğa çağırıldığı üçün ora gedib. Bir davada öldürüldüyü iddia edilir, ancaq şahzadə Salmana aid xüsusi dəstənin təyyarələrlə İstanbula gəlib dərhal qayıtmaları, ölüm açıqlamasının bir çox müzakirələrdən sonra verilməsi bu iddianın yalan olduğunu qəti şəkildə ortaya qoyub.

Səudiyyə kralı xəstəliklərin cəngindədir və şahzadə yaxın vaxtlarda taxta çıxmağa hazırlaşır. Bu çərçivədə bir sıra oyunlar oynanılır. Qaşıqçı məsələsi də bununla bağlıdır, əks halda ABŞ Prezidenti Donald Tramp niyə bu hadisəyə müdaxilə etsin? Camal Qaşıqçı ABŞ vətəndaşı deyil və hadisə də ABŞ sərhədləri daxilində yaşanmayıb. Bunların hamısını bir bütöv olaraq düşünmək lazımdır.

ABŞ bu gün müttəfiq olduğu hər kəsə səhəri gün xəyanət edə biləcək bir dövlətdir. Səudiyyə Ərəbistanının da vəziyyəti elə görünür. Qaşıqçının sui-qəsdi vasitəsilə Səudiyyə Ərəbistanına qarşı bir əməliyyat keçirilir. Səudiyyənin ən böyük müttəfiqi İsrail və ABŞ-dır. Bu əməliyyat müttəfiqliyin qarşısını kəsə bilməyəcək.

Sionistlər eynilə II dünya müharibəsindən sonra olduğu kimi tarixi dəyişdirməyi hədəfləyən əməliyyatlar keçirir. Sionistlərin təbliğatına baxmayaraq Türkiyənin məsələ ilə bağlı həqiqəti təyin edəcəyini düşünürəm. Səudiyyəlilər hazırda bu hadisə ilə əlaqədar olaraq Türkiyəyə milyonlarla dollar ödəməyi qəbul edəcək qədər çətin vəziyyətdədir”.
Qubada  “Məktəblilərin debat klubu” adlı layihəyə yekun vurulubAzərbaycan Respublikasının Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"nin fərdi kateqoriya üzrə qalibi olan "Məktəblilərin debat klubu” adlı layihə çərçivəsində Quba şəhərində mini debat turniri keçirilib.

Turnirdə layihə çərçivəsində təlimlər keçirilən Hacıqayıb, Ağbil və Qəçrəş kənd məktəblərinin şagirdləri iştirak edib.

Quba şəhər 4 saylı məktəb-liseyin akt zalında keçirilən tədbirdə çıxış edən layihə rəhbəri, Quba rayonu Qəçrəş kənd tam orta məktəbinin müəllimi Aygün Mövlanova layihə barədə məlumat verərək bildirib ki, məqsəd məktəblilərinin natiqlik bacarıqlarının artırılması, fikiryürütmə, təhliletmək, araşdırmaq, nəticə çıxarmaq kimi keyfiyyətlərinin yüksəldilməsinə xidmət etmək, onlarda oxumağa, təhsilə, elmə maraq oyatmaq və dünyagörüşlərinin, məntiqi təhliletmə bacarıqlarının inkişafına təkan verməkdir.

Layihənin yekunuda Quba məktəblilərinin ilk debat turnirinin təşkil edilməsinin də məqsədi təlimdə öyrəndiklərinin əyani şəkildə tətbiqini izləmək və gələcək üçün natiqlər müəyyənləşdirməkdir.
Qubada  “Məktəblilərin debat klubu” adlı layihəyə yekun vurulub
Rəsmi hissədən sonra “Elektron resurslar şagirdin tədris keyfiyyətinə müsbət təsir göstərir” mözuzsunda debat turnirinə start verilmişdir.

Yekunda daha hazırlıqlı və daha uğurlu çıxış edən Hacıqayıb kənd tam orta məktəbinin “Aypara” debatçıları turnirin qalibi adını qazanıb. Ağbil kənd tam orta məktəbinin “Ağbil” komandası ikinci, Qəçrəş kənd tam orta məktəbinin “Atom” debatçıları isə üçüncü mükafata sahib olub.

Hacıqayıb kənd tam orta məktəbinin debat komandasının üzvü Ləman Niyyətova turnirin ən yaxşı natiqi seçilib.

Yarışın sonunda qalib və mükafatçılara layihə çərçivəsində hazırlanmış kubok, medal, diplom və kitab hədiyyələri təqdim edilib.
Qubada  “Məktəblilərin debat klubu” adlı layihəyə yekun vurulub
3 ay müddəti əhatə edən layihə çərçivəsində Quba rayonunun Hacıqayıb, Ağbil və Qəçrəş məktəblərində ümumilikdə 45 nəfər 9, 10 və 11-ci sinif şagirdi təlimlərə cəlb edilmiş və yekunda mini debat turniri üçün hər məktəbdən 3 nəfər natiq seçilərək yarışda iştirak etmək haqqı qazanmışdır.

Qeyd edək ki, “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi” dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.
Qubada  “Məktəblilərin debat klubu” adlı layihəyə yekun vurulub
Bu yaxınlarda işdən çıxarılmış icra başçısı xəstəxanaya yerləşdirildiOnun xarici ölkələrdən birində müalicə aldığı bildirilir

Bir müddət öncə prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən Beyləqanın sabiq icra başçısı, professor Vaqif Abdullayevin səhhətində problem yaranıb.

Vaqif Abdullayev səhhəti ilə bağlı müalicə alır. Onun xarici ölkələrdən birində müalicə aldığı bildirilir.

Məsələ ilə bağlı açıqlama verən Beyləqanın sabiq icra başçısı səhhətində problem olduğunu təsdiqləyib. o, bu barədə ətraflı məlumat verə bilməyəcəyini və hazırda kənarda olduğunu deyib. (unikal.org)
Qüdrət Həsənquliyev və BAXCP funksioneri Aslan İsmayılovu məhkəməyə verirKeçmiş vəkil Niyaməddin Orduxanlıya qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb.

Azərbaycan Respublikası Vəkillər Kollefiyasının üzvlüyündən xaric edilmiş Aslan İsmayılov BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlını xüsusi ittiham qaydasında yenidən məhkəməyə verib. Bu barədə Avrasiya.net-ə açıqlama verən N.Orduxanlı bildirib ki, Aslan İsmayılov onunla bağlı Abşeron rayon məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edib:

“28 oktyabr tarixində poçt vasitəsin ilə bildirş almışam. Ancaq sən demə mənimlə bağlı təqdim edilmiş iddia ərizəsi əsasında proses oktyabrın 25-ə təyin edilibmiş".

Orduxanlı bildirib ki, onun Aslan İsmayılov tərəfindən məhkəməyə verilməsi birinci dəfə deyil:

"İki il bundan öncə Aslan İsmayılov özünün Facebook səhifəsində BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev haqqında tərbiyəzlik etdi. Mən də öz liderimi- Qüdrət Həsənquliyevi sosial şəbəkədə müdafiə etmişəm! Aslan- Allahverdi kimlər həddini aşanda, təbii ki, cavablarını da almalıdırlar! Bundan sonra o, düz 5 dəfə Səbail rayon məhkəməsinə müraciət etdi. Dəfələrlə məhkəmə prosesi keçirildi".

Partiya sədrinin müavini bildirib ki, Aslan İsmayılov onun və BAXCP sədri Qüdrət Həsənquliyevin ünvanına dəfələrlə təhqir dolu ifadələr işlədib:

"Bütün matrealları toplayırıq. Onun bu cür özbaşınalığına son qoyulması üçün məhkəməyə müraciət edəcəm. Həmçinin BAXCP sədri Qüdrət Həsənquliyev də bütün bunlara hüquqi qiymət verilməsi üçün məhkəməyə müraciət edəcək. Bütün bunlar faktdır ki, o insanlar haqqında çox eybəcər söyüşlər söyür. Burada deyiləsi, yazılası mümkün olmayan təhqirlərə əl atır. İnsanların qüruruna toxunur. Aslanın- Allahverdinin bu təhqirlərinə son qoyulmalıdır"!
Jurnalist intihar etdiJurnalist mürəkkəb sevgi münasibətlərinə görə intihar edib.

Rusiyanın NTV kanalının jurnalisti Nikita Razvozjayev dünyasını dəyişib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı kanalın mətbuat xidməti yayıb.

"Çox qorxulu bir faciə yaşanıb. Bizim həmkarımız Nikita Razvozjayev özünə qəsd edib. Bu olay bütün kanal əməkdaşlarını sarsıdıb. Nikitanın yaxınlarına başsağlığı veririk. Bu, ailə faciəsi olduğundan əlavə məlumat vermək istəmirik". Kanaldan bildiriblər.

TASS agentliyi isə yazır ki, jurnalist mürəkkəb sevgi münasibətlərinə görə intihar edib: "O, Kadomçevo səmtində yaşayış evində həyatına qəsd edib.".

Jurnalist ölümündən öncə sosial şəbəkələrin birində ölümü qayda qeyd yazıb.

Xatırladaq ki, Nikita 1993-cü il iyul ayının 22-də Saratov şəhərində dünyaya gəlib. Saratov Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib və "Saratov" televiziyasında işləməyə başlayıb.

2016-cı ilin sonunda isə NTV-də "Fövqəladə hadisə" proqramında işləyib.
İran prezidentinin telefonu dinlənilirmiş“İran Prezidenti Həsən Ruhaninin cib telefonunun dinlənilməsi hadisəsindən sonra dinlənilməsi mümkün olmayan bir telefon istehsal etmək haqqında qərar qəbul etdik”.

“Anadolu” agentliyi xəbər verir ki, bunu İran mülki müdafiə təşkilatının sədri Qulamrza Celali bildirib.

O, “Ruhaninin cib telefonunun dinləndiyi ilə bağlı son hadisə” dedikdə nəyi nəzərdə tutduğu barədə məlumat verməyərək, dinlənilməsi mümkün olmayacaq telefon istehsal etmək qərarına gəldiklərinə söyləyib.

Qeyd edək ki, Mülki Müdafiə Təşkilatı İran Silahlı Qüvvələrinin Baş Qərargahına bağlı qurumdur.
Məktəb Bakıda 15 yaşlı şagirdin qaçırıldığını təkzib etdi"Onun qızının 2 gün dərsə gəlməməsinin səbəbi xəstə olmasıdır"

Bakının Qaradağ rayonundakı Sahil qəsəbəsində 15 yaşlı məktəbli qızın qaçırılması barədə xəbər yayılıb.

Bu barədə hüquq-mühafizə orqanlarına qızın anası – 38 yaşlı Samirə Əliyevanın məlumat verdiyi bildirilir. İddia olunur ki, anası oktyabrın 28-də qızı X.Mikayılovanın 20 yaşlı qəsəbə sakini Teymur İsgəndərov tərəfindən evlənmək məqsədilə oğurlandığını söyləyib.

Məsələ ilə bağlı Sahil qəsəbəsindəki 319 nömrəli tam orta məktəbdən açıqlama verilib.

Bildirilib ki, Mikayılova X.-nin anası ilə əlaqə saxlanılıb. Ana qızının hazırda evdə olduğunu deyib.

“Həmçinin valideyni vurğulayıb ki, onun qızının 2 gün dərsə gəlməməsinin səbəbi xəstə olmasıdır”.

Qeyd edək ki, bu barədə ilk xəbəri Sputnik.az yazıb. (Modern.az)
Sabiq deputat xaricdən telefon aldı, ölkəyə gətirə bilmədi: "Gömrük komitəsi ləğv olunmalıdır...""Amazon.com-dan telefon almışam, bağlamanı camex.az daşıma şirkətinin xaricdə (ABŞ-dakı) anbarına göndərmişəm, elektron bəyan edilib və 5.30 dollar gətirilmə xərci ödənilib..bir həftədir anbarda durur".

Avrasiya.net xəbər verir ki, bu sözləri keçmiş deputat Nazim Bəydəmirli sosial şəbəkədəki səhifəsində yazıb.

Sabiq deputat qeyd edib ki, indicə ona daşıyıcı şirkətdən zəng ediblər ki, biz sizin bağlamanı gətirə bilmərik: "Çünki Gömrük komitəsi icazə vermir. Nə qədər başa salmağa çalışsam da ki, bunu mən bəyannamə verib, pulunu ödədikdən sonra etməyə haqqınız yoxdur, dedilər yox, geri qaytarmağa 50 dollar verəcəksiz. Ki, satıcıya çatdıraq, ya da45 gündən sonra bağlamanız məhv ediləcək".

Sabiq deputatın sözlərinə görə, bütün belə əndrabadi qaydalara görə Gömrük komitəsi ləğv olunmalıdır:

"Hazırda Gömrük komitəsi ilə daşıyıcı şirkəti məhkəməyə vermək üçün bu sahədə ixtisaslaşmış vəkil axtarıram".