Ukrayna üç "vor zakon"a qadağa qoyub - Aralarında azərbaycanlı da varSon həftə ərzində Ukraynanın polis əməkdaşları ölkə ərazisində üç “vor zakon”un cinayətkar fəaliyyətinə son qoyublar. Bu barədə ölkənin Milli Polisi xəbər yayıb. Saxlanılan “qanuni oğru”ların üçü də xarici ölkələrin vətəndaşlarıdır.

Operativ məlumatlara görə, Ceyran Xonski kimi tanınan 41 yaşlı “vor zakon” Ceyran Kintsuraşvili pərakəndə fəaliyyət göstərən avtomobil oğruları qrupları üzərində nəzarəti öz əlinə götürmək üçün Ukraynaya gəlibmiş. Lakin o, buna müvəffəq ola bilməyib – oktyabrın 25-də Ceyran Xonski Xarkov hava limanında saxlanılıb və geriyə - Türkiyənin İstanbul şəhərinə deportasiya edilib. Bildirildiyinə görə, öz ölkəsində axtarışda olan “vor zakon” son vaxtlar Türkiyədə yaşayır. Məlumata əsasən, Kintsuraşviliyə növbəti 5 il ərzində Ukraynaya daxil olmaq qadağan edilib.

Digər iki “vor zakon” ukraynalı hüquq-mühafizə işçilərinə yaxşı tanışdır. Onlar dəfələrlə ölkədən deportasiya ediliblər, lakin bir müddət sonra saxta sənədlərlə yenidən geri qayıdıblar.

39 yaşlı Tengiz Çaraya (Tenqo Qalski) 2018-ci ilin aprelində 2012-ci ilə qədər Ukraynaya daxil olması qadağan edilməklə deportasiya olunubmuş. Bu dəfə o, ölkəyə Kiyevdən daxil olub. Bir il əvvəl elə həmin Kiyevdə o, sərhədi keçərkən saxlanılıbmış. 2016-cı ildən bəri Tenqo Qalski Ukraynaya 3 dəfə gəlib. Bildirilir ki, onun bura gəlməkdə məqsədi mənzil oğurluğu ilə məşğul olan qruplara nəzarəti həyata keçirməkdir.

Hazırda Tenqo Qalski Ukrayna Dövlət Miqrasiya Xidmətinin əcnəbilər üçün müvəqqəti saxlanma məntəqəsindədir. Tezliklə o, Ukraynadan deportasiya ediləcək.

Lakin sadaladığımız iki “qanuni oğru” ilə müqayisədə 32 yaşlı azərbaycanlı, Dato Ağcabədinski kimi tanınan Cavid Məmmədov inadkarlığı ilə xüsusilə seçilir. 2018-ci ilin may ayından bəri o, müxtəlif regionlar vasitəsilə 4 dəfə Ukraynaya daxil olmağa cəhd edib. Baxmayaraq ki, ona hələ 2018-ci ilin iyul ayında ölkəyə daxil olmaq qadağan edilib.

Ukrayna Milli Polisinin başçısının birinci müavini Vyaçeslav Abroskin özünün “Facebook” səhifəsində kriminal aləmin liderlərinin dönə-dönə ölkəyə daxil olmağa cəhd etmələrinin səbəbini izah edib.

Onun sözlərinə görə, Ceyran Xonski bildirib ki, Ukraynaya “dincəlməyə və istirahət etməyə” gəlir, o biri saxlanılanlar da təxminən eyni sözləri deyirlər. Onlar barəsində qanunvericilik sərtləşdirilməyənə qədər, mütəmadi olaraq deportasiya edilmələrinə baxmayaraq, “qanuni oğru”lar Ukraynaya “müalicə olunmağa” gələcəklər. Abroskin belə deyib.
Bakıda yeni ailə quran 19 yaşlı gəlini əri alçaltdı - HƏYATINA QƏSD ETDİBakıda 19 yaşlı qız intihara cəhd edib.

Publika.az xəbər verir ki, Gəncə şəhər sakini, 1999-cu uil təvəllüdlü Sevil Məmmədova (adlar şərtidir) Bakı şəhər Nizami rayonu Nəsimi küçsində kirayə yaşadığı mənzildə damarlarını doğrayıb. Ona tibbi yardım göstərilib, həyatı üçün təhlükənin olmadığı bildirilib.

Polisə ifadə verən 19 yaşlı qız deyib ki, həyat yoldaşı şəhriyar Məmmədov mütəmadi olaraq onu alçaldaraq işgəncə verir. Bu səbbədən də həyatına son qoymaq qərarına gəlib.

Faktla bağlı araşdırma aparılır.
İlham Əliyev Qaxa səfər etdi Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qax rayonuna səfərə gəliblər.

Avrasiya.net AZƏRTAC-a xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev rayonda görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 28-də Kənd Təsərrüfatı Nazirliyinin yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyasının açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım stansiyanın rəmzi açılışını bildirən lenti kəsdilər.

Kənd təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya burada yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, Qax Damazlıq İpəkçilik Stansiyasının əsası 1973-cü ildə qoyulub. Maliyyə çətinliyi səbəbindən stansiya 1998-ci ildən fəaliyyətini dayandırmışdı. Nazirlər Kabinetinin 2015-ci ildə qəbul etdiyi qərarla stansiya Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumların siyahısına daxil edilib. Prezident İlham Əliyevin ötən il imzaladığı “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqla təchiz olunması məqsədilə Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat vəsait ayrılıb. Ötən ildən başlayaraq stansiyada əsaslı yenidənqurma işləri həyata keçirilib.

Məlumat verildi ki, stansiyanın ümumi ərazisi 5 hektar, tikintialtı sahəsi 2 min kvadratmetrdən çoxdur. Stansiyanın ərazisində inzibati bina, hər biri ikimərtəbəli olmaqla laboratoriya və inkubasiya mərkəzi, həmçinin hibrid toxumların istehsalı mərkəzi var. Burada, eyni zamanda, baramaqurdu ailələrinin yemlənməsi binası da yaradılıb. Qax Damazlıq Stansiyasında yeni yaradılmış tut ipəkqurdu cins və hibridlərinin yüksək keyfiyyətli ilkin materialının hazırlanması, çoxaldılması, onların bioloji və texnoloji göstəricilərinin yaxşılaşdırılması, barama toxumu zavodlarının və kümçülərin ipəkqurdunun sənaye qrenası ilə yerli istehsal hesabına təmin edilməsi nəzərdə tutulub. Stansiyada hər il 2 min ton yaş barama istehsalını təmin edəcək 4 min qutu hibrid ipəkqurdu toxumunun, eyni zamanda, 4 kiloqram superelit və 50 kiloqram elit sinfinə aid ipəkqurdu toxumlarının istehsalı planlaşdırılır.

Stansiyanın ərazisində 3 hektar sahədə Çin texnologiyası əsasında intensiv tipli tut bağları salınıb. Bu müəssisənin istifadəyə verilməsi ölkəmizdə ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Bununla yanaşı, stansiya yeni iş yerlərinin yaradılmasında da mühüm rol oynayır. Hazırda stansiyada 11 nəfər daimi işlə təmin edilib. Müəssisə tam işə düşdükdən sonra burada 59 nəfər daimi, 150 nəfər isə mövsümi işlərlə təmin olunacaq.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müəssisədə süni yemin yaradılması istiqamətində davam etdirilən tədqiqatlar haqqında məlumat verildi.

Qeyd olundu ki, burada tut yarpağının, qarğıdalı nişastasının, aktivləşdirilmiş mayanın, vitamin qarışığının və mərmər tozunun hazırlanması nəzərdə tutulur. Bu layihə ilboyu barama məhsulu istehsalının 6 min tona çatdırılmasını, toxum istehsalının sürətləndirilməsini, emal müəssisələrinin davamlı fəaliyyətini və kənd əhalisinin daimi işlə təminatını nəzərdə tutur.

Dövlətimizin başçısına və birinci xanıma Stansiyada “Ağıllı Kənd” – “Dövlət Kənd İnkişafı layihəsi” barədə də məlumat verildi.

Bildirildi ki, bu innovativ layihə kənd əhalisini və infrastrukturunu yeni texnoloji həllərlə təmin edir. “Ağıllı Kənd” layihəsi bir çox mühüm elementləri özündə birləşdirir. Onların arasında məktəblərdə elektron tədris və təlim mərkəzləri, onlayn təlim platforması, elektron tibbi xidmətlər, alternativ və bərpa olunan enerjidən istifadə, ağıllı suvarma sistemləri, elektron və SMS məlumatlandırma daxildir. Bundan başqa, ağıllı biznes və təsərrüfatın qurulması məqsədilə layihə bazara rahat çıxış platformaları, təchizatçılar, istehsalçılar üçün daxili və xarici bazara rəqəmsal çıxış, onlayn bank xidmətləri və digər xidmətlər təqdim edir. Layihə “Ağıllı Dövlət İdarəçiliyi” istiqamətində elektron kənd təsərrüfatı, elektron xidmətlər, “bir pəncərə” sistemi, GIS əsaslı real zamanda nəzarət və ağıllı yerli idarəetmə imkanlarını da nəzərdə tutur.

Stansiyanın ərazisində geniş abadlıq-quruculuq işləri aparılıb, qazanxana, müxtəlif təyinatlı su anbarları da inşa olunub.

Görülən bu işlərin əsas məqsədi ölkədə ipəkçiliyin dayanıqlı əsaslarla inkişafına nail olmaq, ipək emalı sənayesinin xammal təminatını yüksəltmək, istehsal edilən məhsulun keyfiyyətini və həcmini artırmaq, yeni təsərrüfat subyektləri yaratmaq, ipək məhsullarının ixrac potensialını gücləndirmək və məşğulluğu artırmaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün baramaçılığa və ipəkçilik sənayesinə investisiyaların cəlb olunmasının təşviqi, barama istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinə səmərəli iqtisadi dəstək mexanizminin formalaşdırılması, mövcud bağlarda bərpa və yenidənqurma işləri aparmaqla tut ağaclarının məhsuldarlığının artırılması, barama toxumçuluğunun inkişafı, yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, bu sahədə sənayenin müasir texnologiyalar əsasında təşkili və digər mühüm məsələlər nəzərdə tutulur.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 28-də Qax şəhərində “Ulu Yurd” Məhdud Məsuliyyətli Cəmiyyətin “Yurd Hotel” mehmanxanasının açılışında iştirak ediblər.

Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.

“Ulu Yurd” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Cuma Əhmədzadə burada yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, mehmanxananın inşasına 2017-ci ilin sentyabrında başlanılıb. Yüksək keyfiyyət və zövqlə görülən tikinti işləri bu ilin sentyabrında başa çatdırılıb.

Qax şəhərindən 8,5 kilometr məsafədə yerləşən mehmanxana, İlisu kəndində ümumi sahəsi 3,3 hektar olan “Yaşıl Park” istirahət mərkəzinin ərazisində inşa edilib. Kompleksin tikinti sahəsi 2100 kvadratmetrdir. Yüz yerlik, üçmərtəbəli mehmanxana binasında müxtəlif kateqoriyalara uyğun 48 otaq var. Otaqlardan 45-i standart, 3-ü ailəvidir. Burada, eyni zamanda, VIP kottec də yaradılıb. Mehmanxananın otaqlarında müştərilərin rahatlığı üçün ən xırda detallar da nəzərə alınıb. Qonaqların asudə vaxtlarının təşkili bu mehmanxana kompleksinin yaradılmasında əsas meyarlardan biri kimi seçilib.

Turistlərin idmanla məşğul olması üçün ərazidə mini futbol meydançası yaradılıb. Eyni zamanda, burada qonaqlara açıq tipli kafe-bar və restoran da xidmət göstərəcək.

Bu cür mehmanxanaların yaradılması, ilk növbədə, Qaxın və ümumilikdə bölgənin turizm potensialının gücləndirilməsində mühüm rol oynayacaq, turist axının artmasına zəmin yaradacaq. Bütün bunlarla yanaşı, turizm obyektlərinin istifadəyə verilməsi əhalinin məşğulluğunun artırılmasında, yeni iş yerlərinin yaradılmasında da müstəsna əhəmiyyətə malikdir. Belə ki, “Yurd Hotel” mehmanxanasında 15 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı başlıca prioritetlərdən olmaqla, qarşıya əsas məqsəd kimi qoyulub. Bu baxımdan ölkədə turizmin inkişafına da xüsusi diqqət ayrılır. Azərbaycanda hotel biznesinin dünya standartları səviyyəsində yenidən qurulması, bölgələrimizdə bir-birindən gözəl və müasir mehmanxana komplekslərinin yaradılması, qonaqlara yüksək səviyyədə xidmət göstərilməsinin təmin edilməsi, çox sayda turistlərin qəbulu üçün silsilə tədbirlərin reallaşdırılması turizm sektorunun inkişafında mühüm rol oynanıb. Bütün bunlar Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, ölkəyə gələn turistlərin sayının artmasına da zəmin yaradır. Bu kompleks təkcə Qax üçün deyil, bütün bölgə üçün əhəmiyyətli turizm obyektidir.

***

Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ulu Aqro” MMC-nin Qax Aqroparkının açılışında iştirak ediblər.

Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq aqroparkların yaradılması geniş vüsət alıb. “Ulu Aqro” MMC-nin Qax Aqroparkının yaradılması da bunun bariz nümunəsidir. Aqroparklar aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq etmək və bununla da nəinki yerləşdikləri bölgələrin, ümumilikdə ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsində, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, ixracyönümlü məhsulların sayının çoxaldılması ilə ixrac potensialımızın artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Aqroparkların yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında əhəmiyyətli rol oynayır. Aqroparklarda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, logistikası və satışı bütünlükdə bu zənciri özündə birləşdirir. Bu zəncir kənd təsərrüfatı məhsullarının tarladan istehlakçının süfrəsinədək bütün mərhələlərini özündə əks etdirir. Bu isə kənd təsərrüfatı məhsullarının istehsalına çəkilən xərclərin, eləcə də onların maya dəyərinin aşağı düşməsinə və keyfiyyətin yüksəlməsinə imkan verir. Nəticədə istehlakçıya yüksək keyfiyyətli və daha ucuz qiymətə kənd təsərrüfatı məhsulu çatdırmaq mümkün olur. Bu cür layihələrin icrası daha bir mühüm məqamı özündə ehtiva edir: Aqroparkların məşğulluğun artırılmasına, yeni iş yerlərinin yaradılmasına töhfəsi böyükdür.

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Qax Aqroparkında görülən meliorativ tədbirlər, həmçinin Əyriçay su anbarı magistral kanallarının planı barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, Qax rayonunun “Ağyazı” qışlaq otlağının ərazisində yerləşən aqroparkın yaradılması üçün meliorativ tədbirlərə 9 milyon manat, elektrik təminatına 4,7 milyon manat olmaqla, ümumilikdə 13,7 milyon manat dövlət əsaslı investisiya qoyulub. Aqroparkın ümumi ərazisi 2094 hektardır. Suvarılan sahə 1268 hektarı əhatə edir. Ərazinin 863 hektarında 28 pivot qurğusu qurulub, 405 hektarında isə “damcılama” sistemi yaradılıb. Əkin sahələrinin davamlı və keyfiyyətli su təminatı üçün Aqroparka dövlət investisiyaları hesabına 4,6 kilometr uzunluğunda su xətti çəkilib, tutumu 50 min kubmetr olan beton su hovuzu tikilib, bütün zəruri melioratov tədbirlər görülüb. Buraya 15 kilometr məsafədən 10 kV-luq elektrik xətti çəkilib, transformatorlar quraşdırılıb. Aqroparka yaxın ərazidən keçən Qax-Qıpçaq-Ağyazı avtomobil yolunda əsaslı təmir işləri aparılıb.

Qeyd edək ki, ölkəmizdə hazırda 30 rayon üzrə 192 min hektar ərazidə ümumi dəyəri 1,4 milyard manatdan çox olan 45 aqropark və iri fermer təsərrüfatlarının yaradılması üzrə işlər sürətlə davam etdirilir. Aqroparkların təşkili üçün dövlət vəsaiti hesabına infrastrukturun yaradılmasına ümumilikdə 219 milyon manat investisiya qoyulub. İndiyədək investisiya dəyəri 469 milyon manatdan çox olan 17 aqroparkın yaradılmasına 111 milyon manat güzəştli kredit ayrılıb və 15 aqropark üzrə dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib. İlin sonunadək daha 13 aqroparkın istifadəyə verilməsi nəzərdə tutulur.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına və birinci xanıma İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə Şəki-Zaqatala iqtisadi rayonunda yaradılan və fəaliyyəti genişləndirilən müəssisələr, həmçinin tütün, fındıq, bal, quru meyvə istehsalı üzrə respublika, o cümlədən bu iqtisadi rayondakı ötən ilin statistik göstəriciləri barədə məlumat verdi.

Bildirildi ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən Şəki-Zaqatala iqtisadi rayonu üzrə 2400-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 109 milyon manat güzəştli kredit verilib və bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10 mindən çox yeni iş yerinin açılmasına imkan yaradıb. Bununla yanaşı, İqtisadiyyat Nazirliyi tərəfindən Şəki-Zaqatala iqtisadi rayonu üzrə ümumi dəyəri 74 milyon manat olan 20 sahibkarlıq subyektinə 24 investisiya təşviqi sənədi verilib və bu sənədlər əsasında 6 milyon manat vəsaitə qənaət olunub. Bu iqtisadi rayon üzrə müasir texnologiyaların tətbiqi ilə güzəştli kreditlərdən istifadə etməklə Şəki və Qax rayonlarında 1400 hektar ərazidə yeni fındıq bağları salınır. Həmçinin Şəki rayonunda 30 tütünqurutma kamerası, “Made in Azerbaijan” brendi ilə xarici bazara məhsulun çıxarılmasına imkan verən, Qax rayonunda balın sənaye üsulu ilə emalı və qablaşdırılması, Balakən rayonunda meyvəqurutma, sərinləşdirici içkilərin istehsalı və qablaşdırması müəssisələri qurulur.

Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış edərək bu aqroparkın açılışının əhəmiyyətini vurğuladı, kənd təsərrüfatının inkişafına dövlət qayğısından danışdı, hazırda ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edildiyini bildirdi. Son illərdə Qaxda çoxlu infrastruktur layihələrinin icra olunduğunu qeyd edən Prezident İlham Əliyev bu işlərin gələcəkdə də davam etdiriləcəyini bildirdi.

Sonra Prezident İlham Əliyev aqroparkın suvarma sisteminin işə salınmasını bildirən düyməni basdı və əkin sahəsinə baxdı.

Məlumat verildi ki, aqroparkda 1200 hektar sahədə buğda, 169 hektarda qarğıdalı və 65 hektarda soya əkilib. Bundan başqa, 217 hektar badam, 50 hektar qoz, 32 hektar şaftalı, 30 hektar alma, 23 hektar gavalı, 12 hektar ərik və 11 hektar gilas bağları salınıb. Bu aqroparkın yaradılmasına dövlət tərəfindən 2 milyon manat güzəştli kredit verilib. Buraya verilən investisiya təşviqi sənədi sayəsində 183 min manat vəsaitə qənaət olunub. “Ulu Aqro” MMC-nin Qax Aqroparkının illik istehsal gücü 3 min ton meyvə, o cümlədən alma, armud, gilas, ərik, şaftalı və gavalıdır. Bundan başqa, burada il ərzində 0,5 min ton badam, 0,4 min ton qoz, 5,2 min ton taxıl, 2,4 min ton qarğıdalının istehsalı nəzərdə tutulub. Ümumilikdə, burada illik 15,2 milyon manatlıq məhsulun istehsalı gözlənilir. Bu aqropark kənd təsərrüfatının inkişafına təkan verməklə yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalı, ölkəmizdə rəqabətqabiliyyətli məhsulların sayının və çeşidinin artırılması, ixrac potensialımızın gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Aqropark yeni iş yerlərinin yaradılmasına da töhfəsini verir. Belə ki, burada 90 nəfərin işlə təmin olunması nəzərdə tutulub.

Aqroparkın müasir logistika mərkəzi də var. Burada yaradılan idarəetmə mərkəzində iclas və brifinq zalları, kənd təsərrüfatı mütəxəssislərinin qalması üçün on nəfərlik yataq otaqları yaradılıb. Layihənin icrası zamanı aqroparkın logistika mərkəzində informasiya-kommunikasiya texnologiyalarının son yenilikləri tətbiq edilib. Tutumu 4,5 min ton olan taxıl anbarı, sahəsi 5,4 min kvadratmetr olan bina tipli 4 anbar, ofis və yardımçı binalar tikilib. Logistik mərkəzdə, eyni zamanda, 7 yataqxana binası, maşınyuma məntəqəsi inşa olunub, elektron tərəzi, transformator yarımstansiyası, generator quraşdırılıb. Aqroparkda istifadə üçün 13-dən çox adda 54 ədəd texnika və aqreqat alınıb. Gələcəkdə aqroparkın fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur.

Aqroparkın bütün ərazisindəki fəaliyyətə burada yaradılan müasir logistik mərkəzdən nəzarət olunur. Aqroparkın əhatə etdiyi sahədə ən müasir avadanlıq tətbiq edilir. Burada xüsusi meteoroloji stansiyalar da quraşdırılıb. Bu stansiyalar aqroparkın hava durumu, torpağın hərarəti, rütubət kimi amillər barədə logistik mərkəzə məlumatlar ötürür.

***

Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər haqqında dövlətimizin başçısına məlumat verdi.

Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən həyata keçirilib. Yol 13 məntəqəni əhatə etməklə burada yaşayan 4 min nəfər əhalinin rahat gediş-gəlişini təmin edəcək, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətində mühüm rol oynayacaq.

Qeyd olundu ki, Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun uzunluğu 44,5 kilometr, hərəkət hissəsinin eni 6-7 metrdir. Yol uzun müddət əsaslı təmir edilmədən istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyularaq deformasiyaya uğramış, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Müvafiq olaraq, III və IV texniki dərəcələrə aid olan ikizolaqlı hərəkət hissəli yolun inşası yüksək keyfiyyətlə, bütün texniki tələblərə və ardıcıllığa uyğun aparılıb. Layihə çərçivəsində zəruri olan yerlərdə suötürücü borular quraşdırılıb, siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr qoyulub, yol-cizgi xətləri çəkilib. İnşaat işləri zamanı Qax şəhərinin girişində yolun dağ yamacı hissəsində çay daşından 2250 metr uzunluğunda istinad divarı tikilib. Həmçinin ümumi uzunluğu 69 metr olan iki körpü təmir edilib.

Avtomobil yolunun inşası 13 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Bu yolun müasir səviyyədə yenidən qurulması həm yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, yetişdirilən məhsulların rahat şəkildə bazarlara daşınmasına imkan yaradacaq, həm də bölgənin turizm potensialının möhkəmləndirilməsi işinə də xidmət göstərəcək. Eyni zamanda, yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə imkan verəcək. Bu yolun ölkə əhəmiyyətli Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolundan ayrılması isə onun sosial və iqtisadi əhəmiyyətini daha da artırır.

Dövlətimizin başçısına Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 124-164 kilometrlik hissəsini əhatə edən Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmir olunması barədə də məlumat verildi. Bu yolda əsaslı təmir işləri Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən yüksək keyfiyyətlə aparılıb. Əsaslı təmir olunan yolun uzunluğu 40 kilometr, eni isə 13 metrdir. Buraya hər iki istiqamət üzrə iki metr enində çiyinlər və genişləndirildikdən sonra eni 9 metrə çatdırılan hərəkət hissəsi daxildir. Tikinti layihəsinə əsasən yolboyu mövcud olan beş avtomobil körpüsünün əsaslı şəkildə təmiri də aparılıb. Suların ötürülməsi üçün yolun altında müxtəlif ölçülü 68 ədəd dəmir-beton borular quraşdırılıb. Bütün işlər texnoloji ardıcıllığa riayət edilərək görülüb.

Əsaslı təmir edilən Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun tərkib hissəsinə aid olan Zaqatala-Balakən-Mazımçay hissəsi 100 mindən çox əhalinin yaşadığı iki rayonun inzibati ərazisindən keçməklə 16 yaşayış məntəqəsini birləşdirir. Təmir işləri yolboyu yaşayan əhali ilə yanaşı, yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, Gürcüstan istiqamətində, həmçinin əks istiqamətdə yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına mühüm töhfə verəcək.

Prezident İlham Əliyevə Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin yenidən qurulması barədə də məlumat verildi. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan respublika əhəmiyyətli Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsini əhatə edən yol başlanğıcını Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometrliyindən - Qax şəhərinin girişindən götürür. Yol Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 125-ci kilometrinədək uzanır. Ümumi uzunluğu 29,8 kilometr olan yol üçüncü texniki dərəcəyə uyğun yenidən qurulub. İki hərəkət zolaqlı yolun ümumi eni 12 metrdir.

Layihə çərçivəsində 52 ədəd suötürücü boru tikilib, beton kanal və drenaj işləri görülüb, rabitə və su xətlərinin yeri dəyişdirilib, 4 yerdə heyvanların keçidi inşa olunub. Tikinti işləri zamanı Qum çayı üzərində uzunluğu 23,2 metr və Süzgənc çay üzərində uzunluğu 46 metr olan dəmir-beton körpülər tikilib. Dərnə, Atagar, Muxax və Lekit çayları üzərində yerləşən mövcud körpülərdə isə əsaslı bərpa və bərkitmə işləri aparılıb.

Qax-Zaqatala avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyi ilə uzanır və ölkənin ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Yol xüsusilə Qax-Zaqatala rayonlarının 37 min nəfərdən çox əhalisi olan 22 yaşayış məntəqəsində nəqliyyat xidmətini yaxşılaşdırmağa imkan verəcək. Eləcə də Qax və Zaqatala rayonları arasında hazırda mövcud olan yol məsafəsi xeyli qısalacaq.

Sonra Prezident İlham Əliyev Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.




Bakıda satılan köynəyin üstündəki yazı şoka saldı - FotoBakıda “Berşka” adlı brend mağazada satılan köynəyin üzərinə həkk olunmuş ingiliscə yazı növbəti dəfə bu mövzunu gündəmə gətirib.

Axar.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə foto da paylaşılıb. Paltarın üzərində, “Mən bacımın sevgilisini oğurladım. Hər şey qasırğa kimi bir anda baş verdi və biz bir həftə ərzində valideynlərimizi öldürdük, sonra da səyahətə çıxdıq” deyə yazılıb.

Sosial şəbəkə istifadəçiləri isə buna kəskin reaksiya veriblər. Bu məzmunlu yazıların xüsusən azyaşlıların psixologiyasına mənfi təsiri barədə fikirlər səsləndirilib.

Qeyd edək ki, vaxtaşırı olaraq brend mağazalarımızda satılan paltarların üstündə bu cür əxlaqa zidd ifadələrin olmasına rast gəlinib. Təəssüf ki, rekasiyalara baxmayaraq, hələ də bir çox tacir satdığı köynəyin yazısına əhəmiyyət vermir və ya bunu qəsdən edir.
Gürcüstanda qadın namizəd prezident seçildi - Exit pollO, 52.3 faiz səs toplayıb.

Gürcüstanda keçirilən prezident seçkilərində müstəqil namizəd olan Salome Zurabişivili prezident seçilib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, sağ partiya hesab edilən "Gürcü arzusu"nun dəstəklədiyi Salomenin 52.3 faiz səs topladığı deyilir.

Qeyd edək ki, bu, exit poll-un əldə etdiyi nəticədir.
Kütləvi dava: İvanişvili və Saakaşvili tərəfdarları əlbəyaxa olduGürcüstanda keçirilən prezident seçkiləri zamanı müxalif və iqtidaryönlü qüvvələr arasında dava baş verib.

Axar.az xəbər verir ki, nəticədə Kvemo-Kartli bölgəsində hakim Gürcü Arzusu – Demokratik Gürcüstan və müxalif Vahid Milli Hərəkatın üzvləri saxlanılıb.

Gürcüstan polisinə İmirli kəndində 59 saylı seçki komissiyasının üzvünün döyülməsi barədə məlumat daxil olub. Hadisə yerinə yollanan polislər Gürcü Arzusu və VMHP tərəfdarları arasında kütləvi davanın şahidi olublar. Polis xəbərdarlıqlara məhəl qoymayan qruplara müdaxilə etməyə məcbur olub.

Nəticədə hər iki tərəfdən bir çox şəxs saxlanılıb.
İlham Əliyev Ərdoğanı təbrik etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı Türkiyə Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə təbrik edib.

Avrasiya.net məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident, Əziz Qardaşım,

Türkiyə Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu gün qardaş Türkiyə özünün hərtərəfli və dinamik inkişafı ilə dünyanın ən qabaqcıl ölkələri sırasında qərar tutmuşdur. Sizin rəhbərliyinizlə həyata keçirilən islahatlar, irimiqyaslı infrastruktur layihələri ölkənin iqtisadi qüdrətinin gündən-günə artmasına xidmət edir. Türkiyə, həmçinin dünyada və regionda cərəyan edən proseslərdə fəal rol oynayaraq qətiyyətli mövqe nümayiş etdirir.

Əminəm ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı, ikitərəfli münasibətlərimizin əsasını təşkil edən müttəfiqliyimiz və strateji tərəfdaşlığımız bundan sonra da bütün nailiyyətlərimizi şərtləndirən başlıca amil olacaqdır.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim sülh və firavanlıq diləyirəm".
Qaşıqçı cinayətinin “memar”ının adı açıqlandı - Şok faktlarJurnalist Camal Qaşıqçının ölümü ilə bağı qaranlıq məqamlar üzə çıxır.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, meşədəki kəşfiyyat maşınındakı şəxs Almuzaini olub. Belə ki, dəhşəti cinayətin "memarı" istihbarat şefi Əhməd Abdullah Almuzainidir. O, qətldən öncə kəşfiyyat aparan maşında olub.

Qaşıqçının öldürülməsindən bir gün öncə Almuzaini Belqrad Meşəsinə gedərək kəşfiyyat işləri aparıb. Bu maşın təhlükəsizlik kameralarına düşmüşdü, lakin içindəkinin Almuzaini olduğu bilinmirdi. Bu kəşfiyyat Qaşıqçının öldürüldükdən sonra meşədə basdırılması üçün idi. Amma oktyabrın 2-də plan dəyişdi.

Almuzaini Qaşıqçının öldürülməsi əmrini və planını Ər-Riyaddan gətirən şəxsdir. Başqa sözlə desək, vəliəhd şahzadə Məhəmməd bin Salmana bağlı olan Kəşfiyyat Nazirliyinin ikinci şəxsi Əhməd Əsiridən ölüm əmrini və planını alıb yerinə yetirən şəxsdir.

Almuzaini sentyabrın 29-da paytaxt Ər-Riyada getdi. 1 oktyabrda qayıtdı və Qaşıqçı cinayətinin axşamı yenə Ər-Riyada getdi. Orada yeni vəzifədən azad olunan Əhməd Əsiri ilə görüşdü. Burada ondan 15 nəfərlik qrupla bağlı əmr aldı və İstanbula qayıtdı. Bütün bunlar onun bu cinayətin "beyni" olduğunu bir daha sübut edir.

Almuzaini cinayətdən sonra bütün sirlərlə birgə ölkəsinə döndü. Onun baş konsul Məhəmməd əl-Uteybi kimi bir daha Türkiyəyə dönməyəcəyi ehtimal edilir.
Elçin Mirzəbəyli: "Qara siyahı"ya salırsan, "qara qutu"dan çıxırlar"“İllərdir müxtəlif adlar və təyinatlar altında daldalanıb reketçiliklə, şantajla, ictimai-siyasi “maşa” funksiyasını yerinə yetirməklə qanunlara, dəyərlərə meydan oxuyan cinayətkarları media sektorundan təmizləyə bilmirik”.

Avrasiya.net xəbər verir ki, bu sözləri “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli reket jurnalistika ilə bağlı fikirlərini bildirərkən qeyd edib.

Elçin Mirzəbəyli reketçiliklə məşğul olanlara qarşı daha sərt tədbirlərin görülməsinin vacibliyini vurğulayıb: “Adları “Qara siyahı”ya salınır, “qara qutu”dan çıxırlar. Əməllərinə görə məhkəmə qapılarından dışarı çıxmayacaqlarını düşünürsən, çıxmaları bir yana qalsın, pərvazlanıb uçurlar, əvvəl 1 saytları vardısa, 5-ni açırlar. Mətbuat Şurasının İdarə Həyətinin üzvlərini, Azərbaycan dövlətinə, onun informasiya təhlükəsizliyinə xidmət edən hər kəsi açıq-aşkar, çəkinmədən şantaj edirlər. Onlara qahmar çıxanlar, hətta “peşəkar jurnalist” adlandıranlar, dəstək verənlər də tapılır, təəsüf ki.. O cümlədən “xidmətlərindən" istifadə edənlər də…

Bu baxımdan, “Reallıq.info” adlanan şantaj alətinin, onun peşəkar böhtançı “sahibi” İkramın, yan-yörəsinin Mətbuat Şurasını hədəfə almasının iki əsas səbəbi olduğu qənaətindəyəm:

Mətbuat Şurasını susdurmaq, reketçiliyin, şantajçılığın media məkanını qəsb etməsinə yol açmaq;

“İkram” qarşılığında ləyaqətli, prinsipial mövqeyi olan insanlari hədəfə alaraq gözdən salmaq.

Olmadı… Hüquq-mühafizə orqanları pis adamdan xeyir görməyə çalışanların da, şantajçıların da arzularını ürəklərində qoydular.

Amma bununla iş bitmir. Reketçiliyə, şantajçılığa qarşı təkcə Mətbuat Şurası, müvafiq dövlət qurumları mübarizə aparmalı deyillər. Kimliyindən asılı olmayaraq özünün, övladının daha təhlükəsiz həyat yaşamasını istəyən hər kəs bu “epidemiya”nın qarşısında dayanmalı, prinsipial mövqe, xarakter nümayiş etdirməlidir!”
Qaxda yük maşını qatarla toqquşduQax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə səhər saatlarında Yevlax-Balakən dəmir yol xəttinin Qax rayonunun Kötüklü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı-Balakən xətti ilə hərəkətdə olan sərnişin qatarı Kötüklü stansiyası yaxınlığında dəmir yol xəttini keçən, 1958-ci il təvəllüdlü Ramazan İsmayıl oğlu Hacıyevin idarə etdiyi KamAZ markalı yük maşınını vurub. Hadisə nəticəsində R.İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzadan sonra yük maşını ərazidən aparılıb və sərnişin qatarı marşut üzrə hərəkətini bərpa edib.

Xəstəxanadan bildirlib ki, R.Hacıyevin müalicəsi Cərrahiyə şöbəsində aparılır. Onun vəziyyəti orta-ağır qiymətləndirlir.

Faktla bağlı araşdırma aparılır.