Azərbaycanlı biznesmen Rusiyada güllələndiRusiyanın Sankt-Peterburq şəhərinin Nevsk rayonunun polisi azərbaycanlı iş adamına qarşı hücumu araşdırır. Hücumda iş adamının həmyerliləri olan 2 qardaş şübhəli bilinir.

Avrasiya.net oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı regionun daxili işlər orqanlarından məlumat verilib.

Hadisə oktyabrın 25-də Narodnoy küçəsində baş verib. Zərərçəkmişin sözlərinə görə, ona iki gənc oğlan yaxınlaşıb. Cinayətkarlar travmatik silahdan iş adamına 4 dəfə atəş açıblar. Güllələr azərbaycanlı biznesmenin sinəsindən dəyib. Bundan sonra cinayətkarlar iş adamının avtomobilinə əyləşib və aradan çıxıblar.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır. Polis 27 və 29 yaşlarında olan iki azərbaycanlını axtarır. Məlumdur ki, onlar iki qardaşdır və Peterburqda qanunsuz yaşayır.
Ermənistanda hökumət binasını partlatmaq istədilərErmənistanda naməlum şəxs qumbara ilə hökumət binasını partlatmaq istəyib.

Şənbə günü Ermənistanda əlində qumbara olan naməlum şəxs hökumət binasına daxil olaraq onu partlatmaq istəyib, lakin hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən zərərsizləşdirilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibi Samson Qaltsyan deyib.
Sofiya Leyla Əliyeva ilə söhbət etdi - FotoOktyabrın 27-də Heydər Əliyev Mərkəzində “Qlobal İnfluenser Günü” keçirilib.

Kult.az xəbər verir ki, tədbirin çıxışçıları arasında süni intellekt sahibi, robot “Sofiya” da olub. O bildirib ki, fərqli mədəniyyətlərin, dinlərin təmsilçilərini bir araya gətirən Azərbaycanın böyük potensialı var.

Tədbirdə iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Sofiya” ilə söhbət edib.

“Qlobal İnfluenser Günü” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşdırılan “İnnovasiya həftəsi” çərçivəsində keçirilib.

Tədbirdə informasiya dövründə insan beyninin inkişafından danışıldı. “Keepface DMCC” və “FA International Trade Events” tərəfindən təşkil olunan və “İnnovasiya həftəsi” çərçivəsində baş tutan “Qlobal İnfluenser Günü” Azərbaycanda müasir kommunikasiya və marketinq texnologiyalarına dövlət tərəfindən verilən önəmin təzahürü kimi qiymətləndirilib.

Çıxış edənlər bildirdilər ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən startapçılar üçün zəruri infrastruktur yaradılıb. “Qlobal İnfluenser Günü” konfransı da bunun əyani göstəricisidir.

“Keepface” Qlobal İnfluenser Marketinq Platformasının həmtəsisçiləri Emin Vəliyev, Elşad Yusifli və Vaqif Abbasov çıxışlarında iştirakçılara tədbir barədə məlumat verdikdən sonra influenser marketinqin ideya və fəlsəfəsi barədə danışıblar, üç il əvvəl fəaliyyətə başlayan və auditoriyası bir milyard olan “Keepface” Qlobal İnfluenser Marketinq Platformasının 35 ölkədə çalışdığını diqqətə çatdırdılar. “Fəxr edirik ki, Azərbaycanda yaranan və azərbaycanlılardan ibarət komandası olan platforma yerli brendləri dünyaya təqdim edir”, - deyən “Keepface” Qlobal İnfluenser Marketinq Platformasının həmtəsisçiləri onları dəstəkləyən Azərbaycan dövlətinə minnətdarlıqlarını bildirdilər.

Yüksək texnologiyalar və innovasiyalarla bağlı videoçarxın nümayişindən sonra hamının maraqla gözlədiyi çıxışçı, süni intellekt sahibi, robot “Sofiya” səhnəyə çıxdı. Sofiya “Qlobal İnfluenser Günü” ideyasını yüksək qiymətləndirdi və tədbir təşkilatçılarına təşəkkürünü bildirdi. “Sofiya” Heydər Əliyev Mərkəzinin binasının möhtəşəm olduğunu qeyd etdi. O, bugünkü tədbirdə geyindiyi Azərbaycan milli geyimini də çox bəyəndiyini bildirdi.

Çıxışı zamanı “Sofiya” insan-robot münasibətlərinə də toxundu. “Bəziləri robotlardan qorxurlar, düşünürlər ki, yaxın gələcəkdə robotlar insanları özlərinə tabe edə bilərlər”, - deyən “Sofiya”nın sözlərinə görə, belə bir şey baş verə bilməz, çünki robotları yaradan insan zəkasıdır. Qeyd etdi ki, robotlar insanlara kömək etmək üçün yaradılır. O, səyahət etməyi xoşladığını söylədi, sosial şəbəkələrin əhəmiyyətinə toxundu, süni intellektin imkanlarından danışdı, Azərbaycanın üstünlüklərini vurğuladı. Bildirdi ki, fərqli mədəniyyətlərin, dinlərin təmsilçilərini bir araya gətirən Azərbaycanın böyük potensialı var. Çıxışı zamanı tamaşaçılar “Sofiya”nın zarafatının da şahidi oldular. “Sofiya” mətbəximizin nümunələrini dada bilmədiyindən təəssüfləndiyini bildirib.

Sonra Leyla Əliyeva Heydər Əliyev Mərkəzində təşkil edilən “Fobia Viar” sərgisi ilə tanış oldu. “Fobia Viar” Azərbaycanda virtual reallığın ən iri mərkəzlərindən biridir. Buranı ziyarət edənlər yüksək texnologiyalara dair müxtəlif müasir aparatlarla tanış ola bilərlər. Bu sərgi təkcə “Game zona”, yəni, oyun məkanı kimi deyil, eyni zamanda, virtual reallıqla bağlı proqramların yaradıldığı bir mərkəz kimi təqdim edilir. Mərkəz virtual reallığın muzeylərdə incəsənət sahəsində tətbiqini həyata keçirir.

Tədbirin sonunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva robot “Sofiya” ilə ünsiyyət qurub, şəkil çəkdirib.

“Sofiya” dünyada ilk süni intellektli humanoid robotdur. Bu robot 2015-ci ildə “Hanson Robotiks” şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. “Sofiya” bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak edib.
İkram Rəhimovun “açıq məktubu”na sözardı...Və ya onun həbsini kim “sifariş edib”?

“Reallıq.info” saytını media qurumu, özünü də bu qurumun baş redaktoru kimi təqdim edən İkram Rəhimov oktyabrın 26-da saxlanılıb. AZƏRTAC-ın yaydığı məlumata görə, onu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlayıblar. Səbəb, “Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradaraq, müntəzəm şəkildə ayrı-ayrı vətəndaşlar barəsində rüsvayedici, böhtan xarakterli məlumatlar yayması, bu qəbil materialların yayımın dayandırılması müqabilində pul tələb etməsi, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplamasıdır...”. İnanırıq ki, obyektiv istintaq aparılacaq, həqiqətlər üzə çıxacaq. Arzu edək ki, həbsdə saxlanılmasına səbəb olacaq qədər faktlar olmasın, günahsızlığını isbat edib, azadlığa qovuşun, Allah qapısını açsın!

Amma təəssüf ki, İkram Rəhimov və tabeliyində olan şəbəkə, hətta bu anda belə, baş verənlərlə bağlı yanlış informasiyalar yayır, ictimai rəyi çaşdırır, onun saxlanılmasına səbəb olan real məqamların açıqlanmamasına çalışırlar. İkram Rəhimov DTX tərəfindən saxlanılmamışdan öncə Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Cənab Əli Həsənova açıq məktub ünvanlamış, həmən məktubda Mətbuat Şurasının təmsilçilərindən biri olaraq, şəxsimə qarşı yalan, qərəz dolu ittihamlar səsləndirmişdir. Guya Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və Şuranın Şikayətlər üzrə komissiyasının sədri olaraq mən, İkramın həbsini istəmişik! Onun Cənab Həsənova ünvanladığı məktub-məqalənin ictimailəşməsindən bir müddət sonra İkram Rəhimovun saxlanılması, istər-istəməz elə rəy yaradır ki, bu iki məsələ arasında əlaqə var. Məsələnin təfsilatını bilməyənlər üçün belə düşünmək, məntiqlidir.

Amma durum tam fərqlidir. Səbr edib yazını sonadək oxuyanlar, nəticə çıxara biləcəklər. İkramın mətbuatda dərc edilmiş məqalə-məktubunu oxuyanda dərhal anladım ki, həmişəki kimi yenə məntiqi çaşıb, hansısa yanlış arqumentin təsiri altındadır: hədəfi qarışdırıb, hədəf olaraq məni və təmsil olunduğum Mətbuat Şurasını seçib, amma məktubu Prezident Administrasiyasına ünvanlayıb?! Biz onun belə “çaşqın” davranışlarına, bir növ, alışqanıq. Bənzər proses bir ilə yaxındır ki, davam edir, 2017-ci ilin sentyabr ayından bu günə qədər barəmizdə dəfələrlə yazı yazıb, sosial şəbəkələrdə status paylaşıb, olmazın ittihamlar səsləndirib. Dinməmişik, cavab verməmişik, fikirləşmişik ki, bəlkə ağlı başına gələndə durub düşünər, özünə baxar, nə hallara düşdüyünün, nə işlər çevirdiyinin fərqinə varar. Əgər biz ona öz səviyyəsində cavab versəydik, ağlı kəsən biri deyərdi ki, İkram anlamadı, düşünə bimədi, Siz niyə kəmhövsələ davrandınız?! Amma olmadı, adam cavab almadıqca ruhlandı, ağlına gələni uydurdu və sosial şəbəkələrdə paylaşdı. Görünür, “ölünü özbaşına qoyarsan, vurub kəfəni dağıdar” misalı boşdan yaranmayıb!

Sonuncu “məktub-məqaləsində” yer alan detallara vaxt ayırmıram. linki əlavə etmişəm (İşarə 1), marağı olanlar baxa bilərlər. Aydınlıq yaransın deyə, onun MŞ və mənimlə öz arasında mübahisə saydığı prosesin mahiyyətini təsvir etmək istəyirəm.

2017-ci ilin avqust ayında Neftçala Elektrik Şəbəkəsinin rəhbərliyi adından MŞ-yə şikayət ərizəsi daxil oldu. Şikayətdə «Nia.az» və «Reallıq.info» xəbər portallarının bu müəssə barədə qərəzli informasiyalar yaydıqları bildirilirdi («Nia.az» barədə aşağıda əlavə məlumat veriləcək. İndilik onu qeyd edib ki, bu xəbər saytı İkramın “media şəbəkəsinə” daxil olan səkkiz saytdan biridir). Şikayət ərizəsində iddia olunurdu ki, portal təmsilçiləri yayılan materialların dayandırılması qarşılığında onlardan qanunsuz olaraq külli miqdirda vəsait istəyirlər. Məsələnin bu tərəfi ilə işimiz yox: biz hüquq –mühafizə orqanı deyilik, “rüşvət” məsələsini isbat etmək üçün nə mexanizmimiz, nə də səlahiyyətimiz yoxdur. Mətbuat Şurası daxil olan şikayətlərə yazılmış yazılar və onların peşə kodeksinə uyğunluğuna görə qiymət verir. Baxdıq, materiallar birtərəfli, qarşı tərəfin rəyi olmadan hazırlanmış və yayılmışdı. Bu yazıların əksəriyyəti İkramın facebook səhifəsində də var. İstəyənlər daxil olub oxuya və onları peşəkarlıq müstəvisində dəyərləndirə bilərlər. Azərbaycan Jurnalistlərinin Peşə davranışı Qaydalarının bütün prinsipləri pozulub bu yazılarda. Həm reallıq.info-ya, həm də NİA.az-a xəbərdarlıq etdik, fəaliyyətində dönüş yaratmalarını tövsiyyə etdik. Tənqidi material hazırlanırsa, qarşı tərəfin rəyi öyrənilməlidir qaydasını, yəqin ki, hər kəs bilir. Amma İkram Rəhimov bilmir. Biz də onu xatırlatdıq. Adam nəticə çıxarmadı, əksinə, üzərimizə gəldi, həm də uydurmalarla, şərlə, böhtanla. Boş verdik, düzələr dedik, hər necə olsa, “media cameəsinin təmsilçisidir” dedik. Yanlış nəticə çıxardı, səhvlərini davam etdirdi, bizə saymazlıq nümayiş etdirirmiş kimi, daha “intensiv” işlədi, daha kobud səhvlər törətdi. Şikayətlər çoxaldı.

Birini də Sabirabad rayonunun Nizami kəndinin sakini göndərdi (adını yazmıram ki, mübahisəyə cəlb olunmasın, ərizəsi MŞ-də qorunur). Şikayətçi iddia edirdi ki, onunla həmkəndlisi arasında mülkiyyət davası olub. Münaqişə qarşı tərəfin həbsi ilə nəticələib. Amma bir müddət sonra hüquq pozuntusuna görə həbsə düşən şəxs (adını yazmıram, ərizəsi MŞ-də qorunur) barədə yeni, heyrətləndirici fakt əldə edib. Hüquq mühafizə orqanlarından xəbər alıb ki, münaqişə və xuliqanlıq sonucunda türməyə düşən şəxs məhkəməyə müraciət edərək işinə yenidən baxılmasını istəyib. Ərizəsinə əlavə edib ki, guya “jurnalistdir” və guya jurnaistik fəaliyyətinə görə şərlənib. Hətta vəkili vasitəsilə bəzi ölkələrə müraciət edərək, “təqibə məruz qalan jurnalist” qismində siyasi sığınacaq da istəyib. Şikayətçi MŞ-yə gəldi, konfliktli tərəfin, yəni məhbus “jurnalistin” vəsiqəsini bizə təqdim etdi. Yəqin ki, söhbəti niyə bu qədər detallı təsvir etməyimin səbəbini təxmin etdiniz: həmin vəsiqə «Reallıq.info» saytının vəsiqəsi idi, İkram Rəhimovun imzası ilə verilmiş vəsiqə! Məsələ ondadır ki, vəsiqə həmin şəxsə, məhbəs həyatı yaşadığı zaman verilib! (Surəti MŞ-də saxlanılır). İşin bir tərəfi, saxta vəsiqələrlə, saxta sənədlərlə siyasi sığınacaq düzəldən və Azərbaycan adını xaricdə rüsvay edən şəbəkəyə bağlanır. Hər halda görüntü budur, bizim əlavə təhqiqat aparmaq mexanizmimiz və marağımız yoxdur. Sadəcə həmən vaxt, 2017-ci ilin dekabrında, şikayət ərizəsi gələn vaxt İkramı yenidən MŞ-yə dəvət etdik, iradımızı bildirdik. Adam “yazdığım yazılara görə məndən qisas alırsız” dedi, üzərimizə şər atdı, böhtan danışdı. Sonda da “kimlərəsə bağlı olduğunu” dilə gətirdi, bizi “ağır cəzalandıracağı” ilə hədələdi. Boş verdik, ağıllanar dedik. Olmadı, öz şəbəkəsi ilə yeni proses başlatdı.

İşin bu çağında İkramın “dost, qardaş” adlandırdığı, Neftçalada əlbir hərəkət etdiyi şəxs, NİA.az-ın baş redaktoru (yuxarıda bilgi vermişdim) Bəhruz Əliyevi həbs edildi. Biz də hamı kimi mediadan oxuduq ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi jurnalist adı altında reketliklə və şantajla məşğul olan Bəhruz Əliyevi NİA.az-da sifarişli materiallar dərc etdirdiyinə görə həbs edib. O, müxtəlif məmurları və biznesmenləri barələrində ləkələyici məlumatlar yaymaqla hədələyərək iri məbləğlərdə pul alırmış. Bəhruz Əliyev, həm də, erməni xüsusi xidmət orqanları ilə əmıkdaşlıqda suçlanır. Bilmirik, bəlkə də günahı isbat olunmayacaq, amma bugünkü durum belədir. İşimiz bunda deyil. Vurğulamaq istədiyim budur ki, o həbsi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi keçirib, İkram isə günahı Mətbuat Şurasında görür?! Adam hara dönürsə, şər əməlləri qarşısına çıxır. Baxın onun Facebook-dakı hesabına, adamın separatizmə çağırışdan tutmuş insanlara şər-böhtan atmağa qədər, ölkənin konstitusion quruluşuna qarşı çıxmağa qədər hər şey var. Bəlkə də, etdiklərini anlamır, başa düşmür, fərqinə varmır? Mümkündür, adam səhv edə bilər. Amma adam, əgər adamdırsa, gərək səhvlərdən nəticə çıxarmağı bacarsın, deyilənləri dinləsin. Bu isə özünü islah etmir, günahı kimdəsə axtarır. Biz nə etmişik?

Ona xəbərdarlıq etmişik ki, əyri əməllərindən əl çək, bunun sonu yoxdur, axırı hüquqi ölçü götürməkdir, həbsdir, başqa cəzalardır. Bu necə nəticə çıxarıb? Bu gün Əli müəllimə ünvanladığı məktubda yazıb ki, “Mətbuat Şurasında məni həbslə hədələdilər”! Budur İkramın məntiqi, düşüncə tərzi və bu “məntiq qəlibinə” girməyən hər kəsə qarşı savaş açır, mübarizə aparır. Mətbuat Şurasına və Şuranın Şikayətlər üzrə Komissiyasının sədri olaraq mənə qarşı apardığı təbliğat da bu qəbildəndir. Elə mübarizə metodları da bənzərdir. Öz ağlına görə bir şəbəkə yaradıb. Yuxarıda qeyd etdiyim kimi, bizim bildiyimizə görə, həmən şəbəkəyə ən azı 8 xəbər saytı daxildir. Şəbəkə üzvlərindən birini 2017-ci ildə, dekabrın 29-da təsadüfən, başqa bir şikayət üzrə Mətbuat Şurasına dəvət etmişdik. Emin Ramazanov (Emin Haqq) adlanan bu şəxs Lənkəranda «Realnewsinfo.com» və «Real media» saytlarına başçılıq edir. Hirkan milli parkının kollektivi onu şikayət etmişdi. Dəvət etdik, həvəslə gəldi. Heç demə, “İkram şəbəkəsi”nin üzvü imiş və MŞ-yə gəlməyə fürsət axtarırmış.

Gəlib, öz ağlınca, “gizli lent yazısı” hazırlamağı planlaşdırıbmış. İclas keçirdik, səhvlərini dedik, iradları bildirdik. Təkzib verəcəyinə boyun oldu. Amma MŞ-dən çıxandan sonra fərqli davrandı. İclasın gedişini “gizli lentə aldığını” və bizi “ifşa edəcəyini” açıqladı. Gözlədik, “nə etmişik ki?” deyə düşündük. Səs yazısı yayıldı, amma Emin Haqq tərəfindən yox. Sizcə kim açıqlasa yaxşıdır? Yəqin təxmin etdiniz: İkram Rəhimov. Həm də elə təqdim etdi ki, guya bu lent yazısında MŞ-ni ifşa edən ciddi faktlar var imiş. Həmən səs yazısını aşığıda paylaşıram. Marağı olanlar diqqətlə dinləsinlər. Əgər gizlilik və bizi ifşa edəcək bir nüans tapsanız, lütvən, mənə də bildirin. Adamın özünə görə düşüncə tərzi, mübarizə metodları, ən qəribəsi isə, orijinal “jurnalistikası” var. Onun təxəyyülündəki jurnalistika fərqlidir, nə qanunlara, nə də peşə kodeksinə aidiyatı yoxdur. Hədəf seçdiyi obyektlərə də, oz prinsipləri ilə yanaşır.

Mətbuat Şurası xəbərdarlıq etdi, anlamadı. RNYTN dəfələrlə xəbərdarlıq etdi, anlamadı. Rəhbərlik etdiyi saytların fəaliyyəti qanunlara sığmadığı üçün dəfələrlə bloklandı, nəticə çıxarmadı. Reallıq.info bloklandı, əvəzində reallıqinfo.az saytını açdı, o da bloklandı, əvəzində reallıq.org açdı....Bu münvalla rəhbərlik etdiyi saytlar barədə 6 dəfə inzibati ölçü götürüldü, nəticə çıxarmadı. İndi də həbs edilib. Yenə nəticə çıxarmır. Hələ də iddia edir ki, kiminsə bəlasına tuş gəlib! Hədəf seçdiyi adamlara çıxış yolu buraxmır. Adamlar reallıq.info səhifələrində şərə, böhtana, təhqirə məruz qalırlar. Hara üz tutsunlar? Mətbuat Şurasını dinləmir, Rabitə, Nəqliyyat, Yüksək Texnologiyalar Nazirliyini dinləmir, məhkəmə dinləmir...Onun şərindən əziyyət çəkənlər, sonda DTX-ya müraciət ediblər. Əgər bu da nəticə verməsə, yəqin ki, İkramla “ənənəvi qaydada” hesablaşacaqdılar. Yaxşı ki, ölkəmiz hüquqi dövlətdir, məsələlər hüquq müstəvisində həll edilir. Amma hüquq, onu anlayan, dərk edənlər üçündür. Əgər İkram ilk mərhələdə, Mətbuat Şuasından xəbərdarlıq aldığı zaman nəticə çıxarsaydı, fəaliyyətini qanuni müstəvidə qursaydı, indiki duruma düşməzdi. Burada nə mən, nə Mətbuat şurası, nə də başqa biri günahkar deyil.

Belə, İkram sərgüzəştləri barədə yazdıqca-yazmaq olar. Amma güman edirəm ki, adamın kimliyi və düşüncə tərzi barədə təəssürat formalaşdıra bildim. Qalanı təfərrüat.

Müşfiq Ələsgərli
Azərbaycan Mətbuat Şurasının bəyanatı2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında yaradılmış Azərbaycan Mətbuat Şurası media məkanımızın saflaşması, jurnalistikamızın siyasi maraqlardan, qrup mənafelələrindən xilas olması üçün mübarizə aparıb, barışmaz mövqeyi ilə seçilib. Ötən müddətdə Şuranın cəmiyyətdə etibarlı ictimai institut kimi özünü təsdiqləməsi də məhz bu məramın gerçəkləşməsinə olan məsuliyyətli yanaşmadan irəli gəlib.

Mətbuat Şurasının media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsinə yönələn missiyası heç də birmənalı qarşılanmayıb. Fəaliyyətinin ilk illərində bir-birinə zidd siyasi qütblər tərəfindən qınaq obyektinə çevrilmiş Şura sonrakı zaman kəsiyində mətbuatdan sui-istifadə, şantaj və böhtan əməllərini gerçəkləşdirmək niyyətində olan şəxslərin tənələri, təhdidləri ilə üzləşib. Qurumun İdarə Heyətinin üzvləri təhqirlərə, nalayiq ifadələrə məruz qalıblar. Mətbuat Şurasına qarşı məhkəmə iddiaları da olub.

Nə özlərinin media ilə bağlı yarımçıq təsəvvürlərini həqiqət hesab edib cəbhə açanlar, nə də kimlərəsə sığınıb guya komanda oyunu oynadıqlarını düşünənlər uğur qazanıblar. Ölkə ictimaiyyəti onların düşdükləri durumun acınacaqlı sonluğunun görüb. Bu aqibət söz və ifadə azadlığının ruhuna, mahiyyətinə xəyanətin məntiqi nəticəsidir. Təəssüf ki, media orqanı adı ilə fəaliyyət göstərərək ölkəmizdə yaradılmış söz azadlığına, plüralizmə zor tətbiqi yolundan dönməyənlər qalmaqdadırlar. Onlar jurnalistika ilə bağlı bəsit təsəvvürlərini dəyər kimi ictimailəşdirməyə cəhd göstərirlər.

Mətbuat Şurasının istədiyi «Reallıq.info» və digər saytların rəhbəri olan İkram Rafiqoğlu kimilərinin jurnalist adı ilə ayrı-ayrı vətəndaşlara, idarə, müəssisə və təşkilatlara yanaşmasındakı «damokl qılıncı» obrazını heçə endirmək, bu üsul və vasitələrin əsl jurnalistika prinsipləri baxımından yolverilməzliyini, demokratik cəmiyyət quruculuğuna zidd təmayüllərini isbatlamaqdır.

Mətbuat cəmiyyətdəki naqislikləri, ayrı-ayrı məmurların özbaşınalıqlarını, onların ictimai maraq və mənafeləri heçə saymasını arqumentli şəkildə göstərməli, ifşa etməlidir. Müstəqillik illərində bununla bağlı kifayət qədər nümunələr var. Bu nümunələrin nəticəsidir ki, mediamız ictimai qınaq institutu olaraq qəbul edilir, onun funksiya və vəzifələrinə dəyər verilir. Ancaq İkram Rafiq oğlu Rəhimov kimi «reallıq axtarıcıları» nə istedad, nə şəxsi keyfiyyətlər baxımından bu nümunələrdə nəinki yer alıblar, heç həmin nümunələrin kənarına yaxın düşəcək səviyyəyə belə qalxmayıblar.

Bu gün Mətbuat Şurası ikramları, informasiya reallığını gözlərində gilyotin kimi görən rafiqoğluları və onun düşüncə kasadlığını bölüşənləri öz ofisinə dəvət edib, onlarla söhbətlər aparırsa, nəyi və nələrisə izah etməyə çalışırsa, tutduqları yolun yanlışlığını anladırsa, bu, Şuranın öz prinsiplərinə verdiyi dəyərdir. Qurumun yanaşmasından nəticə çıxaranlar və çıxarmayanlar var.

Azərbaycan Mətbuat Şurası ölkə jurnalistlərinin yaratdıqları, tərkibini seçdikləri medianın özünütənzimləmə orqanıdır. Qurumun İdarə Heyətinin hər bir üzvünə aşağılayıcı münasibət, böhtan və təhqir onları bu mövqeyə layiq görmüş media cameəsinə ünvanlanmış davranışdır.

İkram Rafiq oğlu Rəhimov «Reallıq.info» və digər informasiya saytları yaradaraq nəinki Mətbuat Şurasının İdarə Heyətinin üzvlərini, çoxlu sayda digər şəxsləri hədəfə alırdı. Şura «Reallıq.info»nun fəaliyyətindəki forma və metodların hüquqi prizmada dəyərləndirilməsinin vacibliyini məqbul saydığından ona qarşı ən sərt ölçü tədbirini seçmiş, adını özünün «qara siyahı»sına daxil etmişdi. Lakin İ.Rafiqoğlu heç bir hada bundan nəticə çıxarmamış və yarıtmaz fəaliyyətini davam etdirmişdi. Bu gün İ.Rəhimov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı irəli sürülən ittihamlar Şuraya «Reallıq.info»nun fəaliyyəti ilə bağlı daxil olmuş çoxsaylı şikayət məktublarının motivləri ilə tam uyğunluq təşkil edir. Əminik ki, aparılacaq istintaq araşdırmaları əsl həqiqətləri üzə çıxaracaqdır.
“Şəffaflığın təmin olunması Şura üçün prinsipial məsələlərdən biridir” – VideoAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov ARB TV-nin “Günə Baxış” verlişində təmsil etdiyi qurumun ötən 10 ildə QHT-lərə göstərdiyi yardımların istiqamətləri və əldə olunan nəticələr haqqında danışıb.
"100 milyon verməsən sənin və uşaqlarının başını deşəcəm, şrup bağlayacam..."Hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan Çeçenistan Respublikası Daxili İşlər Nazirliyinin polkovniki Said Axmayev və baş leytenant Leçi Bolatbayevin cinayət işi üzrə keçirilən məhkəmə prosesi zamanı dövlər ittihamçısı təqsirləndirilən şəxslərin 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Həmçinin, prokuror cinayət işi üzrə adları hallandırılan iş adamı Yevgeniy Katkovun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il 5 ay, Movlad və Ahmed Bulquçev qardaşlarının hər ikisinin 7 il azadlıqdan məhrum olunmasını istəyib.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Dəstə üzvləri külli miqdarda pul tələb etməkdə ittiham olunurlar. Onlara qarşı Rusiya Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü bəndi ilə ittiham irəli sürülüb.

İstintaq materiallarına əsasən, banda üzvləri iş adamı Konstantin Jukova hədə-qorxu gələrk ondan 100 milyon rubl almağa cəhd ediblər.

DİN əməkdaşları olan S.Axmayev və L. Bolatbayev Jukovun keçmiş ortağı Y.Katkovu da bu işə cəlb ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəməyə verdikləri ifadələrində iş adamını qorxudaraq yüz milyon verməyəcəyi təqdirdə onun və uşaqlarının başını deşib, şrup bağlayacağı ilə hədələdiklərini etiraf ediblər.

Dəstə üzvləri iş adamı iki dəfə kafedə görüşüblər. Görüş zamanı Jukov pulu ödəməkdən imtina etdikdə polkovnik və baş leytenant tərəfindən ona güc tətbiq olunub. Ailə üzvlərini ölkədən çıxaran iş adamı hüquq-mühafizə orqanlarına müraciət edib. Bir ay güc strukturları onların telefonlarını dinləyib və iş adamı ilə növbəti görüş zamanı hər ikisi həbs olunub. Axtarış zamanı onlardan çoxlu sayda silah-sursat, bıçaq, xəncərlər, istintaq komitsənin sənədləri aşkar olunaraq götürülüb.

Təqsirləndirilən şəxslər onlara elan olunmuş ittihamla özlərini təqsirli bilməyiblər.
Usubov Sabunçu DYP-yə rəis təyin etdiKeçmiş rəis Sabir Abdullayev bir neçə gün əvvəl nazirin əmri ilə təqaüdə göndərilmişdi.

Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinə yeni rəis təyinatı olub.

Bu vəzifəyə həmin şöbənin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Məmmədov Hafiz Abbas oğlu təyin edilib.

Qeyd edək ki, keçmiş rəis Sabir Abdullayev bir neçə gün əvvəl nazirin əmri ilə təqaüdə göndərilmişdi. (avtosfer.az)
“Lotu Quli”nin saxlanılmasının səbəbi məlum oldu – “Qanlı mafiya hesablaşması”Oktyabrın 8-də İstanbulda saxlanılmış kriminal avtoritet Nadir Səlifov indiyədək deportasiya olunmayıb və azad edilməyib.

Türkiyə polisindəki mənbələrin Turan Agentliyinə daxil olan məlumata görə, dünən Lotu Quli ləqəbli Səlifovu İstanbuldan Tekirdağ regional miqrasiya mərkəzinə göndəriblər.

Mənbənin məlumatına görə, bu, bir neçə il əvvəl Ədirnədə, Bolqarıstan sərhədi yaxınlığında törədilmiş bir cinayətin araşdırması ilə bağlıdır. Mövcud məlumatlara görə, polis Səlifovu “qanlı mafiya hesablaşmasında” iştirakı ilə bağlı dindirmək niyyətindədir.

Qeyd edək ki, Səlifova qarşı hələ də hər hansı rəsmi ittiham irəli sürülməyib.

Bir müddət əvvəl Rusiya hakimiyyəti Rusiya sahibkarlarından pul tələb etməkdə ittiham olunan Səlifovun təhvil verilməsi xahişi ilə müraciət edib.

Etnik azərbaycanlı olan Gürcüstan sakini Nadir Səlifov MDB məkanında ən nüfuzlu kriminal avtoritetlərdən biri hesab olunur. O, Azərbaycanda ağır cinayətlərə görə uzunmüddətli həbs cəzasına məhkum edilmişdi. Bir il əvvəl o, gözlənilmədən vaxtından əvvəl şərti azadlığa buraxılıb və dərhal Türkiyəyə gedib.
Bakıda 16 yaşlı oğlan itkin düşübBakıda yeniyetmə oğlan itkin düşüb.

Trend-in məlumatına görə, hadisə Xətai rayonu ərazisində baş verib.

Rayonun M.Hadi küçəsi, ev 9, mənzil 122-də yaşayan 2002-ci il təvəllüdlü Kərimov Tural Kamran oğlu oktyabrın 23-də səhər saat 9 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

T.Kərimovun anası hadisə barədə Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinə müraciət edib.

Faktla bağlı araşdırmalara başlanıb.