Gürcüstan azərbaycanlıları üçün yeni təhsil imkanıMixeil Batiaşvili “Gələcək” (Momavali) adlı özəl beynəlxalq təhsil mərkəzində olub.

Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda yeni açılmış “Gələcək” (Momavali) adlı özəl beynəlxalq təhsil mərkəzində olub.

Nazir təhsil mərkəzində yaradılmış şəraitlə tanış olub, şagirdlər, valideynlər və müəllimlərlə söhbət edib.

M.Batiaşvili təhsil mərkəzində tədrisin gürcü dilində aparılmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, Marneuli kimi çöxmillətli rayonda gürcü dilinin tədrisi dövlət əhəmiyyəti kəsb edir. Mərkəzdə çalışan müəllimlərin əksəriyyətinin gənc kadrların təşkil etdiyini vurğulayan nazir, bu cür uğurlu layihənin həyata keçirilməsinə dəstək göstərmiş donor təşkilatlar və özəl sektora minnətdarlıq edib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Kvemo-Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Marneuli rayonunun rəhbər şəxsləri, “SOCAR Georgia Gas” şirkətinin direktoru Azər Məmmədov və digər rəsmilər iştirak ediblər.

Bolqarıstanın Gürcüstandakı səfirliyi və Avropa İttifaqının dəstəyi ilə açılan beynəlxalq təhsil mərkəzinin nəzdində uşaq bağçası da fəaliyyət göstərir.

Bildirilib ki, Marneuli və Tbilisidən olan gənc və təcrübəli müəllimlərin çalışdığı təhsil mərkəzində hazırda 150-yə yaxın şagird təhsil alır. Onların da əksəriyyətini etnik azərbaycanlılar təşkil edir.

Məlumat üçün qeyd edək ki, 500 şagird üçün nəzərdə tutulmuş müasir təhsil mərkəzi bu ilin sentyabrından fəaliyyətə başlayıb.(AZƏRTAC)
Sofiya İlham Əliyevlə görüşündən yazdıDünyanın ən məşhur robotu Sofiyanın rəsmi Tvitter səhifəsində onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə dair paylaşım edilib.

Qaynarinfo.az xəbər verir ki, Sofiyanın ölkə başçısı ilə birgə çəkilmiş fotosu paylaşılaraq, "Azərbaycan Prezidenti ilə görüşmək şərəf idi. Biz ASAN Xidməti və süni İntellektin dövlət sektorunu necə yaxşılaşdıra biləcəyini müzakirə etdik. Məni qəbul etdiyiniz üçün təşəkkürlər!" - deyə yazılıb.

Xatırladaq ki, məşhur robot Sofiya oktyabrın 22-də İmişli ASAN Həyat kompleksində Prezident İlham Əliyevə təqdim olunub.

It was an honor to meet with Cenab Prezident @presidentaz of Azarbaijan! We discussed ASAN Services and how AI can enhance the public sector. Thanks for having me! pic.twitter.com/7srHX6TTrx

— Sophia (@RealSophiaRobot) October 26, 2018
“Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm”Ellərə doğmadır şairin səsi,
Mən necə sevməyim, el sevən kəsi ?
Zəlimxan Yaqub


Bu gün Azərbaycanın ciddi düşünülmüş, uzun illərə hesablanmış genişmiqyaslı, çoxşaxəli iqtisadi inkişafı təmin olunur. Bu inkişafı və uğurları düzgün, düşünülmüş iqtisadi siyasət şərtləndirir. Həmin siyasətin nəticəsi olaraq, Azərbaycanın bütün bölgələri kimi, ölkəmizin qərb qapısı hesab olunan Qazax da inkişaf edir, abadlaşır, gözəlləşir.

Mediaxeberleri.az xəbər verir ki, Məktəbəqədər təhsil uşaqların intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında mühüm rol oynayır. Həmçinin, uşaqların məktəbə hazırlanmasına, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq və həyati bacarıqların formalaşmasına ciddi təsir edir. Maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur.

Prezident cənab İlham Əlievin sərəncamı ilə Qazaxa icra başçısı təyin edilən Rəcəb Babaşov rayonda görüləsi genişmiqyaslı işlərlə yanaşı baxçalarda da sürətli inkişafın həyata keçirilməsini ön plana çəkmişdir. Kabinetdə oturmağı sevməyən rayon rəhbəri Qazaxda fəaliyyət göstərən bütün baxçaların qeydiyyatını aparmış, hər birini gəzib yerli sakinlərlə söhbətlər apararaq hamısını əasalı təmir edəcəyini bildirib. Artıq həmin günlərdən 2il yarım ötüb. Qısa bir müddətdə baxçaların əsaslı təmirləri başa çatıb. Avropasayağı əsaslı təmirdən çıxan baxçaların hər birinə uşaqlar üçün ən müasir avadanlıqlar gətirilib. Yemək, yatacaq, kuxna dəstləri tamamilə yenilənib. Onu da bildirək ki, bu gün rayonda 25 bağça fəaliyyət göstərir. Onlardan 6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir. Həmin bağçalardan böyük əksəriyyəti əsaslı şəkildə təmir olunaraq yendən qurulub. Bəziləri üçün yeni binalar inşa olunub. Bu gün həmin təmirli şəhər bağçalarından - 1,2,3,4,5 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarının öz gözəllikləri, yaradılan şəraitlə göz oxşayan bağçalar sırasındadır.

İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında da ilk gündən tikinti işləri sürətlə aparılıb. Baxçanın 22 oktyabr tarixində təntənəli açılışı olub və fidan balalarımızın ixtiyarına verilib.

Kənd sakinləri ilə yanaşı, müəllim və valideynlər də rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərinə, eləcə də İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulmasına görə ölkə başçısına, rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər. Görülən işləri gələcəyimiz olan uşaqlara göstərilən yüksək qayğı kimi qiymətləndiriblər.

Hazırda Qazax şəhər 6 saylı körpələr evi–uşaq baxçasında əsaslı təmir demək olar ki, başa çatmaq üzrədir. Onu da qeyd etmək yerinə düşər ki, 2-ci Şıxlı kəndindəki 2 saylı körpələr evi- uşaq baxçası istifadəyə verildikdən sonra, cənab Babaşov həmin gün kənddəki 3 saylı uşaq baxçası-körpələr evində olub. Sovet dönməindən təmirə ehtiyacı olan baxçada da yaxın günlərdə əsaslı təmir işlərinin aparılacağı haqqında kənd sakinlərinə məlumat verib.

Ölkə rəhbərinin gənc nəslin hərtərəfli inkişafı, gələcəyin elmli-bilikli, istedadlı qurucuları kimi yetişməsi üçün göstərdiyi diqqət və qayğının nəticəsi olaraq respublikanın, o cümlədən Qazaxın təhsil sistemində aparılan geniş reforma və yeniliklər körpə balaların həyatla, cəmiyyətlə ilk təmasda olduqları uşaq baxçalarından da yan ötməmişdir.

Bunu uzun illər Bakı Dövlət Universitetinin Qazax filialında çalışaraq, ixtisas artırma və yenidən hazırlanma fakultəsinn dayaq məntəqələri ilə əlaqə kabinetində medodist işləmiş təcrübəli pedaqoq İradə Mustafayevanın müdir olduğu, bu ilin yanvar ayında açılışı qeyd olunan 1saylı körpələr evi - uşaq baxçasının timsalında da aydın görmək mümkündür.

Burda körpə balaların həvəslə qoşulduqları maraqlı səhər idmanından tutmuş onların baxçadan ayrılmaq istəmədikləri axşam saatlarına qədər davam edən “səhər idmanı vaxtı” uşaqların fiziki və zehni inkişafına, sağlamlığına xidmət edir. Şəhərin Bakı küçəsində yerləşən 100 yerlik bu baxçanın 3 müxtəlif yaş qrupunda öz peşələrini və körpə balaları ürəkdən sevən 10 tərbiyəçi-müəllimə olmaqla 26 nəfər işçi uşaqların gündəlik qayğısına qalır, nəvazişini çəkir.

...1,5 yaşından 5 yaşınadək uşaqların tərbiyə aldıqları qrupların birində fidan balalar yumşaq xalı-xalçaların üzərində dövrələmə oturaraq, maraqla tərbiyəçi-müəllimənin danışdığı nağıllara qulaq asır, özlərinə məxsus şirin uşaq ləhcəsi ilə şeir söyləyir, bir-birinə aman verməyərək, tapmacaların cavabını daha tez deməyə cəhd göstərir, digər bir qrupda isə balaca “kişilər” oyuncaq ayı və şirlərlə “vuruşur”, “kubik”lərlə “ev” tikir, maşın sürür, gəlinciklərlə oynayan qızcığazlar isə onlara “ay uzunsaç, qaragöz...” mahnısını oxuyaraq, əzizləyib-oxşayır, “laylay” deyirlər. Bir-neçə müddət sonra isə (adətən – nahardan, günorta yuxusundan sonra) uşaqların hamısı özlərinin kiçik masaları arxasına keçərək, televizorda göstərilən multiplikasiya filmlərinə tamaşa edir, müəllimənin yeri düşdükcə izahat verdikləri uşaq kinolarına baxırlar.

Burada 29 ildən artıq çalışaraq, uşaqlara göstərdikləri əsl ana qayğısı və nəvazişi ilə yalnız balacaların deyil, onların valideynlərinin də rəğbətini qazanmış tərbiyəçi-müəllimə Sultan Məmmədrzayeva, onun həmkarı, kiçik qrupun müəlliməsi Arzu Hacıyeva uşaqlara ata-anaları işdə olduğu bütün gün ərzində elə diqqət və qayğı gostərirlər ki, onların bəziləri günün sonunda belə baxçadan getmək, müəllimələrindən ayrılmaq istəmirlər.

- Hər yerdə olduğu kimi, bizim baxçamızda da sevimli balalarımız olan bu uşaqların hər biri ilk dəfə bura ayaq açanda ağlayırlar - təbii ki, valideynlərinin dalınca, - deyə Arzu müəllimə uşaqlardan söhbət açır. Çünki gözünü açıb ata-ananı görmüş 1-2 yaşlı uşaq onun üçün yad olan mühiti, valideynlərindən ayrı düşməsini qəbul edə bilmir. Ancaq bu hal iki-üç gündən artıq davam etmir. Düşündüyünün əksinə olaraq, ata-anasının onu “həmişəlik baxçada qoyub” getmədiklərinə, hər gün axşam onu yenə evə apardıqlarına əmin olduğu sonrakı günlərdə uşaq yaşıdları ilə birgə olmaq, birgə oynamaq sevinci ilə baxçaya can atır.
Həqiqətən də, valideynlərin də razılıqla bildirdiklərinə görə, burda hər səhər uşaqlar baxçaya həvəslə, sevinə-sevinə gəlirlər – bilirlər ki, onları burda özləri kimi balaca yaşıdları və sevimli, qayğıkeş müəllimələri gözləyirlər.

Baxçadakı müxtəlif yaş qruplarına baş çəkərək, özlərinin nağılabənzər uşaq dünyalarına qapılmış uşaqların burada şən və sevincli olduqlarını görmək istər-istəməz adamda xoş ovqat, xoş təəssürat yaradır, hətta uşaq olub onlara qoşulmaq istəyirsən. (Bu, nostalji duyğularla yanaşı bəlkə də bir qədər qibtə hissi ilə də baglıdır. Axı, mən və yaşıdlarım baxçaya gedərkən bu qədər çox maraqlı oyun-oyuncaq, yumşaq çarpayılar, mult-filmlərin və uşaq kinolarının göstərildiyı televizor, maraqlı tədbirlərin keçirilməsi, ən əsası – bu cür diqqət və qayğı olmayıb).

Baxçada olarkən biz bunun bilavasitə şahidi olduq. Uşaqlar nəinki rəngləri ayırd edir, hərfləri və rəqəmləri tanıyır, sadə hesablamaları yerinə yetirir, hətta stol üzərinə qoyulmuş xüsusi monitorun oyun və məşğələ proqramlarını sərbəst işə salıb, sevinc və maraqla əylənir, müəllimənin verdiyi tapşırıqları səylə yerinə yetirməyə çalışırlar.

İradə müəllimə ötən il digər baxçalardan olan tərbiyəçi həmkarları ilə birgə məktəbəqədər təhsil kurikulumu üzrə təlim kursu keçmişdir və indi həmin təlimi uğurla tətbiq edərək, uşaqlara oynayıb-əylənməkdə, təlim-tərbiyədə daha çox sərbəstlik verən, uşaq fantaziyasının genişlənməsinin və təşəbbüskarlığının vacibliyini əsas tutan, fəallığının artmasını şərtləndirən həmin təlimin daha səmərəli olduğunu uşaqların zehni, intellektual inkişafında daha aydın müşahidə edir və bundan xoş bir məmnunluq duyur.

Uşaqların sensor tərbiyəsinin təməlinin mükəmməl olması, interaktiv kurikulum təlimi onların zehni inkişafının və gələcək həyatının uğurla davam etməsində mühüm rol oynayır, - deyə baxçanın müdirəsi İradə Mustafayeva balacaların həyatda formalaşmasında sensor amilinin əhəmiyyətindən danışır. - Uşaqların sensor inkişafı onların ətrafda gördüklərinin xaricı əlamət və xüsusiyyətlərini – rəngini, formasını, ölçüsünü, iyini, dadını qavrayıb qəbuletmə bacarığının və onlar haqqında təsəvvürlərinin inkişaf etdirilməsinin, formalaşdırılmasınin əsasını təşkil edir. Dünyanın məktəbəqədər pedaqoqika və psixologiya üzrə görkəmli alimləri uşaqların şüurunun inkişafının onların ətraf aləmi dərketmə xüsusiyyətindən asılı olduğunu əsas tutaraq, onların intellektual inkişafına xidmət edən sensor tərbiyəsinin erkən yaşlarından başlanılmasını vacib saymış və yüksək dəyərləndirmişlər. Çünki şüurun bütün digər əsas formaları – yadda saxlama, fikirləşmə, təsəvvüretmə məhz ətrafdakı obrazları dərketmə əsasında yaranaraq inkişaf edir. Bu səbəbdən də, Qazaxın əksər baxçalarında olduğu kimi, bizim baxçada da uşaqların tərbiyəsinə, onların sərbəstlik və fəallıqlarının artmasına xidmət edən kurikulum təliminə xüsusi diqqət yetirilir.

Baxça ilə tanışlıqdan sonra məndə burada təlim-tərbiyə alan uşaqların zehni inkişaf etdiyini, hər şeyi dərk etməyə necə həvəs və maraqla səy göstərdiklərini görmək, bundan fərəh duymaq üçün burada tez-tez olmaq istəyi yarandı. Ancaq yaxşı olardı ki, övladlarının təlim-tərbiyəsini uşaqlara böyük məhəbbət və qayğı bəslənilən bu cür qabaqcıl baxçalara etibar etmiş valideynlər də belə bir istəklə uşaqlarının tərbiyə aldıqları qruplarda hərdən heç olmasa yarım saat, bir saat olaydılar ki, həm övladlarının necə gözəl şəraitdə böyüyüb, boy atdığını, inkişaf etdiyini bilavasitə görəydilər və balalarının evdəki təlim-tərbiyəsini baxçadakına uyğun şəkildə davam etdirəydilər.

Bu olduqca mühüm əhəmiyyət kəsb etmiş olardı.
“Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm”
“Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm”
“Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm”
“Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm”

Ələddin Kəsəmənli
İlham Hacalı Qazaxdan Mediaxeberleri.az üçün
Sevgilisini öldürdü, özünü isə ölümcül yaraladıBakıda kişi küçədə qeyri-qanuni yaşadığı qadını qətlə yetirib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 63 ünvanında baş verib.

Həmin ünvanda yaşayan 1994-cü il təvəllüdlü Qocayev Mahir Famil oğlu və 1994-cü il təvəllüdlü Allahverdiyeva Ülviyyə Rafiq qızı çoxsaylı bıçaq xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib.

Ü.Allahverdiyeva aldığı xəsarətlərdən ölüb.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində məlum olub ki, M.Qocayev həmin ünvanın qarşısında şəxsi münasibətlərin pozulması zəminində qeyri-qanuni ər-arvad münasibətində olduğu Ü.Allahverdiyevaya bıçaqla çoxsaylı zərbələr endirməklə onu öldürüb, daha sonra isə özünün qarın boşluğuna daxilə nüfuz edən bıçaq xəsarətləri yetirib. M.Qocayevin vəziyyəti ağır olduğundan onu dindirmək mümkün olmayıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Qubada ərinin əmisi oğlu ilə qaçan gəlinlə bağlı ŞOK FAKTQuba rayonunda 26 yaşlı oğlanın əmisinin gəlinini qaçırdığı üçün linç edilərək öldürülməsi hadisəsi ilə bağlı bir neçə nəfər həbs edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Tülər kəndində baş vermiş dəhşətli cinayət faktı ilə əlaqədar istintaqa cəlb edilən və ifadələri alınan 60-dan çox şəxsdən 6-sı Quba rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. Onların barəsində istintaq müddəti üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Həbs edilərək təcridxanaya göndərilən şəxslər arasında ərinin əmisi oğlu ilə qaçan 25 yaşlı Aynurun atası, dayısı, qayını və əri də var. Aparılan araşdırmaların gedişində həbs edilənlərin sayının artması istisna edilmir.

Bildirilir ki, məlum cinayətdə qaçan gəlinin dayısı da yaxından iştirak edib. Rusiyadan yenicə Azərbaycana qayıdan həmin şəxs baş vermiş cinayətin təşkilatçılarından olub.

Həbs edilən şəxslər Bakıya qaçmış Aynurla Elşadın oğurlanaraq məcburi şəkildə Qubaya gətirilməsində, Tülər kəndində linçetməni təşkil etməkdə və qətldə şübhəli bilinirlər.

Qeyd edək ki, həyat yoldaşının 26 yaşlı əmisi oğlu ilə qaçan qadın 2 uşaq anası olub və o, övladlarını ataraq evdən çıxıb. E.Ə. ilə əmisinin gəlini A.Ə. kənddən çıxandan sonra birbaşa Bakıya gəlib və 2 gün ərzində paytaxtda qalıblar. Bu müddət ərzində qadının ailə üzvləri, eləcə də atası və qardaşları onu axtarıblar. Həmçinin onun itkin düşməsi ilə bağlı polisə məlumat verilib.

Qətlə yetirilən gənc Bakıda başqa qızla nişanlı imiş.

Araşdırmalar davam etdirilir.
Qaşıqçının nişanlısı Xədicə Çingiz göz yaşları içində baş verənləri danışdı - VİDEOKonsulluğun qarşısında gözləyəndə davamlı ətrafa baxırdım.

Öldürülən jurnalist Camal Qaşıqçının nişanlısı Xədicə Çingiz Habertürk TV-də aparıcı Mehmet Akif Ersoyun suallarına cavab verib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, ilk dəfə canlı efirdə danışan Çingiz baş verənləri danışdığı zaman göz yaşlarına boğulub.

Camal Qaşıqçı ilə necə tanış olduqlarını söyləyən Xədicə Çingiz daha sonra bunları deyib:

"Mərhumun ailəsinə, övladlarına yaxın dostlarına Səudiyyə Ərəbistanı xalqına baş sağlığı arzulayıram. Ərəbcə bildiyimə görə, bir sıra QHT-lərlə, Ərəb baharından sonra gələn intellektual qruplarla, yazıçılarla yaxın təmasda olmuşam. Camal bəy ilə tanış olanda yazılarını oxuduğumu söylədim. Yazılarının Türkiyədə də yayımlanmasını danışdıq.

Çünki Camal bəy Avropa və Amerikada çox tanınmış bir jurnalist olmasına baxmayaraq Türkiyədə o qədər də tanınmırdı. Türkiyəyə gələndə görüşdük. Sonra ABŞ-a qayıtdı, amma yenə gəlmək istədiyini söylədi. Biz tanış olanda il yarım idi ki, ABŞ-da yaşayırdı".

ABD vətəndaşlığını almaq üçün müraciət etmişdi,amma hələ təsdiqlənməmişdi

Camal Qaşıqçı ilə ilk tanış olduğu zamanlarda jurnalistin özünü çox tənha hiss etdiyini deyən Çingiz "O, Səudiyyə Ərəbistanının vətəndaşı idi. Tənha yaşayırdı. Bəlkə bizim tanış olmağımız onu bu tənhalıqdan xilas edəcəkdi.

Səudiyyə Ərəbistanındakı ailəsi ilə bağlı dərindən məlumatım yoxdur. Son evliliyinin siyasi səbəblərdən bitdiyini demişdi mənə. Həm tək idi, həm də çox kədərli.

Camal bəyin ümumiyyətlə mövqeyini müxalif olaraq adlandırmaq nə qədər doğru olar, bilmirəm.

Ailəsinin olmadığını və yenidən evlənmək istədiyini deyərdi. İstanbula çox tez-tez gələrdi. İstanbulu, Türkiyəni çox sevən biri idi. Prezidentlə də bir dostluğu var. Evlilik ideyası yarananda onsuz da gedib gəldiyi bir ölkədə ev almaq pis bir fikir kimi gəlmədi" deyə danışıb.

Konsulluğun qarşısında gözləyəndə davamlı ətrafa baxırdım...

Müsahibənin davamına video materialda baxa bilərsiniz.
Güləşçimiz Eldəniz Əzizli dünya çempionudur!Macarıstan paytaxtında güləş üzrə dünya çempionatı davam edir.

Virtualaz.org-un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, yunan-Roma güləşi üzrə yarışlarda 55 kiloqrama qədər çəki dərəcəsində Azərbaycanı təmsil edən Eldəniz Əzizli dünya çempionu adını qazanıb.

Finalda o, qırğızıstanlı idmançı Jolaman Şarşenbekova 10:0 hesabı ilə qalib gəlib. Qələbə üçün Eldənizə 1 dəqiqədən də az vaxt tələb olunub.
"Azərbaycanın tolerantlıq, multikulturalizm təcrübəsi dünyaya nümunədir"«Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib. Bu reallığı da qeyd etməliyik ki, əvvəllər həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmaq üçün bu və ya digər ölkələrə səfər etməyə ehtiyac yaranırdısa, bu gün hər həftə, hər ay Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə bu istəyini gerçəkləşdirir. Dövlətimizin xarici siyasətinin çevikliyi və açıqlığı istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafına və yeni istiqamətlər üzrə davam etdirilməsinə yol açır. Ümumilikdə bu uğurlarımız düşünülmüş və məqsədyönlü siyasətimizdən, eyni zamanda, Azərbaycanın yerləşdiyi coğrafi məkandan və malik olduğu təbii resurslardan səmərəli istifadəsindən qaynaqlanır.» Bu fikirləri YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ölkəmizin ev sahibliyi etdiyi VI Beynəlxalq Humanitar Forumun yekunları ilə bağlı KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan müasir dünyanın bütün çağırışlarını yüksək səviyyədə cavablandırır, qarşıya qoyulan məqsədlərə çatmaq üçün birgə səylərin, təcrübə mübadiləsinin zəruriliyini əsaslandırır. Azərbaycanın tolerantlıq, multikulturalizm təcrübəsi dünyaya nümunədir, ölkəmiz daim İslam həmrəyliyinə, multukultural cəmiyyətlərin formalaşmasına davamlı töhfələr verir.

YAP Siyasi Şurasının üzvü bildirib ki, dövlətimizin başçısı cənab İlham Əliyevin Forumdakı nitqində də dünyaya önəmli mesajlar öz əksini tapıb. Belə ki, Azərbaycanın humanitar fəlakətlə üzləşdiyini vurğulayan cənab İlham Əliyev işğalçı Ermənistanın beynəlxalq qurumların qəbul etdiyi qərar və qətnamələrə məhəl qoymadığını, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğunu tədbir iştirakçılarının diqqətinə çatıraraq, bir daha dövlətimizin dəyişməz mövqeyini bəyan etmişdir: «Azərbaycan heç vaxt işğalla barışmayacaq,

ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bunu tarixi ədalət və beynəlxalq hüquq tələb edir.»

Vüqar Rəhimzadə Forum iştirakçılarının say tərkibində nəzərə çarpan artımı Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun, eyni zamanda, müxtəlif mədəniyyətləri və dinləri bir araya gətirən belə mötəbər tədbirlərə marağın göstərici kimi qeyd edib: «Hər bir tədbir gündəmə gətirilən məsələnin, mövzunun müzakirəsi baxımından əhəmiyyətlidir. VI Beynəlxalq Humanitar Forumun mövzusu da bu günümüzün çağırışlarından birini özündə əks etdirir: ««Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı»»

«İki sahil» qəzetinin Baş redaktoru onu da bildirib ki, dünyada münaqişələrin, toqquşmaların baş verdiyi, gərginliklərin artdığı bir zamanda bəşəriyyəti narahat edən məsələlərin müzakirəsi əhəmiyyətlidir. Dünyanın bugünkü mənzərəsi belədir: beynəlxaq hüquq problemi yaşanır, maraqlar ədaləti üstələyir, dünya ikili yanaşmalardan xilas ola bilmir. Bu bəyanat dövlətimizin başçısı İlham Əliyev tərəfindən bütün tədbirlərdə bəyan edilir ki, beynəlxalq hüquq normaları bütün dövlətlərə eyni şəkildə tətbiq olunmalı, vahid mexanizm müəyyənləşdirilməlidir. Bu, dünyada ədalət meyarını unutmamağa bir çağırışdır. Tolerantlığı, multikulturalizmi dövlət siyasətinin əsası kimi qəbul edib, sivil, hüquqi, demokratik dövlət quruculuğu yolunda inamlı addımlar atan, bütün azadlıqların ölkəmizdə qorunmasına səy göstərən, ən əsası yenilikçi ölkə kimi tanınan Azərbaycanın belə tədbirlərə ev sahibliyi etməsi əsaslıdır, bugünümüzün uğurlarının təsdiqidir. Dünyanı narahat edən probelmlərin ölkəmizin ev sahibliyi etdiyi tədbirlərdə müzakirə olunması, ümumi yanaşmanın ortaya qoyulması Azərbaycanın ölkələr, xalqlar arasında dostluq korpüsü roluna işıq salmaqla yanaşı, eyni zamanda, hər bir məsələnin həllində ədalətli mövqeyə, beynəlxalq hüququn norma və prinsiplərinə önəm verməsinə əsaslanır.

V.Rəhimzadə bildirib ki, son illərdə dünyada, o cümlədən Şərq ölkələrində baş verən hadisələr də təsdiqlədi ki, multikulturalizmin

alternativi yalnız ksenofobiya, islamofobiya, antisemitizm, irqçilik və ayrı-seçkilik ola bilər. İslam aləminin ayrılmaz parçası olan, islami dəyərlərə sadiqliyini əməli işi ilə subut edən Azərbaycan islamofobiyaya qarşı mübarizədə öz sözünü deyən ölkələrdəndir.

«VI Beynəlxalq Humanitar Forum bir daha təsdiqlədi ki, Azərbaycan mühüm məsələlərin müzakirə olunduğu önəmli məkandır» deyən V.Rəhimzadə onu da diqqətə çatdırıb ki, işini uğurla başa çatdıran Forumda müzakirə olunan məsələlər, aparılan diskusiyalar birgə əməkdaşlığa, qarşıya qoyulan məqsədlərə böyük töhfə olaca
İçki süfrəsində əyləşdiyi iddia edilən Hacı Surxaydan açıqlama – FotolarSosial şəbəkələrdə “Cümə məscidi”nin axundu, ilahiyyatçı Hacı Surxay Həsənlinin qalmaqal yaradan fotosu yayılıb. Belə ki, onun spirtli içki məclisində əyləşdiyi iddia edilən görüntü müzakirələrə yol açıb.

Minval.info xəbər verir ki, Hacı Surxay Həsənli yayılan məlumat barədə sosial media hesabında açıqlama verib. O, deyilənlərin və ortaya atılan iddianın əsassız olduğunu bildirib.

İlahiyyatçı eyni zamanda, süfrədə olan içkinin şəklini yaxından çəkib paylaşaraq bunun limonad və qazlı su olduğunu qeyd edib:

“Biz ailəvi dostumuzun evində olanda bu sulardan istifadə etmişik. Həmin yalan məlumatı yayan səhifənin ifşa etmək üçün bu şəkilləri paylaşıram. Mən 7 yaşımdan Quran oxuyuram. Ömrümdə bir gün də olsun içki məclisində oturmamışam. Mənim haqqıma girənlərə halallıq vermirəm”.

İlahiyyatçının sözlərinə görə, onun fotosunu yayan səhifənin admini ateistdir:

“Mənim adımdan yalan paylaşmaqla özünü tanıtmaq istəyir. Özü mey əhli olduğu üçün hər gördüyü şüşəni şərab bilir. Bu təxribat xarakterli başlıqlara inanmayın”.
İçki süfrəsində əyləşdiyi iddia edilən Hacı Surxaydan açıqlama – Fotolar
İçki süfrəsində əyləşdiyi iddia edilən Hacı Surxaydan açıqlama – Fotolar
Mikayıl Müşfiqi şəxsən Mircəfər Bağırov güllələyibAtama danışmışdılar ki, Mircəfər Bağırov özü bir dəfə Müşfiq əmimin kamerasına girib, onunla danışıb.

Avrasiya.net xəbər verir ki, bu sözləri görkəmli şair Mikayıl Müşfiqin əmisi nəvəsi Vahab İsmayılzadə Aznyus.az-a müsahibəsində deyib. O, Müşfiqi şəxsən Mircəfər Bağırovun qətlə yetirdiyini bildirib:

“Ondan soruşub ki, səni incitmirlər? Müşfiq də cavab verir ki, yox. Mircəfər də istehza ilə deyib ki, üz-gözündən görürəm. Bütün sifəti partlaq-partlaq imiş, dırnaqlarını çıxarıbmışlar. İşgəncə görsə də, Mircəfərə şikayət eləməyib. Mircəfər çıxanda deyib ki, sənin dilini açmağın yolunu taparam. Bu görüşdən sonra onu başqa kameraya köçürürlər. Kameranın yeri şüşə qırıqları ilə dolu imiş, orda yatıb, orda dururmuş. Mircəfər Bağırov bu kamerada da ona baş çəkir. Qapı açılanda Müşfiq ona nə deyir, nə demirsə, Mircəfər tapançanı çıxarıb birinci gülləni vurur. Yanındakı da kontrol gülləsini başından vurur”.

Vahab İsmayılzadə Müşfiqin nəşinin dənizə atılması ilə bağlı əllərində bir faktın olmadığını vurğulayıb.