Mingəçevirdə 1 uşaq anası özünü asdıMingəçevir şəhərində 37 yaşlı qadın intihar edib.

Publika.az xəbər ki, hadisə şəhərin Vaqif küçəsi, 19 ünvanında yerləşən beşmərtəbəli binadakı mənzillərin birində qeydə alınıb.

Belə ki, həmin mənzildə bir övladı ilə kirayədə yaşayan, 1981-ci il təvəllüdlü Samirə Aslan qızı Musayeva özünü asaraq öldürüb.

Hadisə zamanı övladının evdə olmadığı bildirilir.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.
Qaşıqçının oğlu Səudiyyəni tərk etdi - Müəmmalı addımMərhum jurnalist Camal Qaşıqçının böyük oğlu Saleh Qaşıqçı Səudiyyə Ərəbistanını tərk edib.

Axar.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.

İkili vətəndaşlığa sahib (Səudiyyyə-ABŞ) Qaşıqçının hansı ölkəyə getməsi ilə bağlı məlumat verilməyib.

Xatırladaq ki, bir neçə gün əvvəl kral və vəliəhd Səudiyyənin İstanbul konsulluğunda öldürülən Camal Qaşıqçının ailə üzvlərini qəbul etmişdi.
Əri və uşaqlarını atıb başqa kişiylə qaçan gəlin yenidən ailəsinə qayıdıb - UcardaÖtən il Ucar rayonunun Qaradağlı kəndində başqasına qoşularaq qaçan iki uşaq anası yenidən ailəsinə qayıdıb.

Avrasiya.net xəbər verir ki, bu barədə A24.az-a kənd sakinləri məlumat verib. Məlumatda bildirilir ki, iki azyaşlı uşağını atıb, başqa kişiyə qoşularaq qaçan kənd sakini, 1991-ci il təvəllüdlü Çinarə Ağayeva əri və onun ailəsi ilə barışıb.

Məlumata görə, qoşulub qaçdığı kişi ilə bir neçə ay yaşayan Ç.Ağayeva hazırda Qaradağlı kəndində həyat yoldaşı, 1993-cü il təvəllüdlü Ayaz Ağayevlə birlikdə yaşayır.

"Çox xoşbəxt ailədirlər. Qız başqa kişiyə qoşularaq qaçdı. Bir neçə aydan sonra isə qayıdıb evlərinə gəldi. Yoldaşı da onu qəbul etdi. İndi heç nə olmamış kimi yaşayırlar. İki uşaqları var. Övladları da məktəbə gedir. O gündən sonra ailələrində heç bir problem yaşanmayıb. Ayaz da fəhlə işləyir. Başlarını aşağı salıb dolanırlar”, – deyə kənd sakinləri bildiriblər.

Xatırladaq ki, Ç.Ağayeva ailə qurandan sonra tanış olduğu başqa kişi ilə bir müddət sevgi münasibətində olduqdan sonra 2017-ci ilin iyulunda iki azyaşlı övladını və həyat yoldaşını ataraq ona qoşulub qaçmışdı.
Əmisi oğlunun arvadını qaçıran oğlanın yasına gələn olmadı – Söyüş qoyulubmuşAzərbaycanda əmisi oğlunun həyat yoldaşını qaçırdığı üçün öldürülən gəncin qətli ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Avrasiya.net baku.ws-ə istinadla xəbər verir ki, ATV-də yayımlanan “Bizimləsən” verilişində hadisənin baş verdiyi Qubanın Tülər kəndindən süjet yayımlanıb.

Mərhumun evində olan kanal əməkdaşları öldürülən 26 yaşlı Elşad Əsədovun yas mərasiminə qatılan yaxınlarından açıqlama alıb. İki uşaq anası olan Aynuru qaçıran Elşadın qohumları dəhşətli cinayətin detallarından danışıblar.

Bildirilib ki, Elşadı gecə kəndin camaatı döyüb. Ürəyinə iki dəfə bıçaq vurulub. Anası iddia edir ki, öləndən sonra da oğlunu döyüblər. Onu vurmayan kənd camaatına süyüş qoyulub. Hətta yas mərasimində iştirak etmək istəyənlərə də söyüş söyülüb. Məhz buna görə Elşadın yasında cəmi 4 nəfər iştirak edib.

Qeyd edək ki, oktyabrın 22-də Elşad 2 uşaq anası olan Aynuru qaçırdığı üçün qadının yaxın qohumları tərəfindən yaşadıqları kənd ərazisində döyülmüş və o, aldığı xəsarət nəticəsində hadisə yerində ölmüşdür.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri davam etdirilir.
"Azərbaycan heç vaxt işğalla barışmayacaq, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir""Azərbaycan heç vaxt işğalla barışmayacaq, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir".

Avrasiya.net-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Heydər Əliyev Mərkəzində “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışında çıxışı zamanı bildirib.

"Biz humanitar əməkdaşlığa çox böyük əhəmiyyət veririk. Bu məsələlər dost ölkələrlə həm ikitərəfli formatda, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində daim gündəlikdədir. Ancaq biz özümüz böyük humanitar fəlakətlə üzləşmişik. Bir həftə bundan əvvəl – oktyabrın 18-də biz Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünü qeyd etmişik. Cəmi 27 ildir ki, Azərbaycan müstəqil dövlət kimi yaşayır və müstəqilliymizin ilk günləri, ilk illəri çox ağır və faciəvi idi. Həm siyasi böhran, daxili çəkişmələr, vətəndaş müharibəsi, iqtisadi tənəzzül, kütləvi itaətsizlik, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti böyük fəlakətə, bəlalara gətirib çıxardı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır, xalqımıza qarşı Ermənistan tərəfindən etnik təmizləmə siyasəti aparılmışdır, 1 milyondan çox azərbaycanlı öz doğma torpağında köçkün vəziyyətinə düşmüşdür. Bütün aparıcı beynəlxalq təşkilatlar bu münaqişə ilə bağlı qərar və qətnamələr qəbul etmişlər, o cümlədən BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələrin qəbul olunmasından 25 il keçir. Ermənistan bu qətnamələri icra etmir və əfsuslar olsun, hələ də beynəlxalq mexanizm işlənilməyib ki, təcavüzkarı beynəlxalq aparıcı qurum tərəfindən qəbul edilmiş qətnamələrin icrasına məcbur etsin. BMT-nin Baş Assambleyası oxşar qətnamə qəbul edib, digər beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti və digər təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünə dəstək göstərilir və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi tələb olunur. Münaqişənin həlli üçün yeganə yol məhz budur, ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan dərhal, qeyd-şərtsiz çıxarılmalıdır, - necə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərilir, - və Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpaqlarına qayıtmalıdırlar", - dövlət başçısı qeyd edib.

Preziden İlham Əliyev deyib ki, Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, Azərbaycanın ayrılmaz hissəsidir: "Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Bizim tarixi abidələrimiz, şəhərlərin, kəndlərin toponimləri bu torpaqların Azərbaycan xalqına məxsus olduğunu sübut edir. Əfsuslar olsun ki, təcavüzkar dövlət işğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimizi də dağıdıb, məhv edib. İşğal edilmiş torpaqlarımıza iki dəfə ezam olunmuş ATƏT-in faktaraşdırıcı və müşahidə missiyası öz məruzələrində bu barədə məlumat verib. Bizim məscidlərimiz, qəbirlərimiz dağıdılıb, muzeylərimiz talan edilib və işğal olunmuş torpaqlarda mədəni soyqırımı törədilib. 1992-ci ildə isə ermənilər Xocalı soyqırımını törədiblər. Bu dəhşətli hərbi cinayət nəticəsində 600-dən çox günahsız dinc insan, onların arasında 60-dan çox uşaq vəhşicəsinə qətlə yetirilib. Xocalı faciəsi dünyanın 10-dan çox ölkəsi tərəfindən rəsmi olaraq soyqırımı kimi tanınıb. Bu soyqırımı zamanı mindən çox insan itkin düşüb və onların taleyi haqqında heç bir məlumat yoxdur. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Azərbaycan heç vaxt işğalla barışmayacaq, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bunu tarixi ədalət və beynəlxalq hüquq tələb edir. Bu humanitar fəlakətə baxmayaraq, hesab edirəm ki, müstəqillik dövründə Azərbaycan çox uğurlu inkişafa nail ola bilibdir".

Bakıda polis rusiyalı turistin itirdiyi portmanatını taparaq sahibinə qaytarıbÖtən gecə saat 00:10 radələrində Bakı metrosunun “Avtovağzal” stansiyasında xidmət aparan Metropolitendə Polis Şöbəsinin əməkdaşlarına yaxınlaşan bir nəfər portmanatını itirdiyini bildirib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Polis məntəqəsinə dəvət olunan həmin şəxsin Rusiyadan ölkəmizə turist kimi gəlmiş Nikita Runkovski olduğu məlum olub. Paytaxtdakı hostellərin birində qaldığını deyən turist Şəkidən gələrkən portmanatını taksidə unutduğunu, gecələmək üçün pulu olmadığından ümid yeri kimi polisə müraciət etdiyini bildirib.

Polis əməkdaşları müəyyən məlumatları dəqiqləşdirdikdən sonra Nikitanı hostelə yerləşdiriblər və dərhal portmanatın tapılması üçün əməliyyat tədbirlərinə başlayıblar.

Bakı Beynəlxalq Avtovağzalına yollanan əməkdaşlar qısa vaxtda turistin gəldiyi taksini müəyyənləşdiriblər. Sürücü həqiqətən də portmanatın avtomobildə qaldığını deyib və onu polislərə təqdim edib.

Səhər tezdən Metropolitendə Polis Şöbəsinin rəhbərliyi Nikita Runkovski ilə əlaqə saxlayıb bu barədə məlumat verib.

Rusiyalı turist belə operativliyə və peşəkarlığa görə, xüsusən də nəzakətli davranışa və xoş münasibətə görə polis əməkdaşlarına təşəkkürünü bildirib.
Azərbaycanda bu banklar bağlana bilər - Ekspertdən təhlükəli xəbərdarlıq"Bank of Baku"nun məcmu kapitalı bu ilin 9 ayına 27 milyon 452 min manat təşkil edib. Bu, ötən ilin 3-cü rübü ilə müqayisədə 3 milyon 161 min manat azdır. "AG Bank"ın isə hazırda 40 milyon 846 min manat məcmu kapitalı var. Bu yerdə bildirək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) banklara qarşı məcmu kapital tələbinə görə, bankın məcmu kapitalı 50 milyon manatdan az olmamalıdır.

Bankların hesabatlarını şərh edən iqtisadçı alim Vüqar Bayramov kommersant.az-a açıqlamasında bildirib ki, bankların bağlanması arzuolunan deyil:

"Rəqəmlər göstərir ki, bəzi bankların məcmu kapitalı yerinə yetirməsi ilə bağlı problemləri var. Bu isə onların bağlanması və ya bağlanma ilə bağlı qərarın qəbul edilməsi anlamına gəlməməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatası ilin sonunda qiymətləndirmə apararaq banklarla bağlı qərarını elan edəcək. Məcmu kapitalın artırılması ilə bağlı banka verilən müddət ərzində məcmu kapital 50 milyon manata çatdırıla bilmirsə, bankın bağlanması ilə bağlı qərar çıxarıla bilər. Palata, eləcə də Azərbaycan Mərkəzi Bankı (AMB) çalışmalıdır ki, bankların bağlanmasını yox, sağlamlaşdırılmasını həyata keçirsin. Bank sektoru, iqtisadi, xüsusilə də real sektorun inkişafı baxımından kifayət qədər əhəmiyyətlidir. 2016-2017-ci illərdə 11 bankın bağlanması bank sektoruna mənfi təsir göstərdi. Bu fakt ondan xəbər verir ki, Palata tərəfindən bankların sağlamlaşdırılması siyasəti aparması daha məqsədəuyğundur. Palatanın son nizamnaməsində edilən dəyişikliklərdən və idarəetmə aparatının çevikləşməsindən sonra bankların sağlamlaşdırılması istiqamətində fəaliyyətini daha da genişləndirə biləcəyi ehtimal olunur".

İqtisadçı, bəzi bankların məcmu kapitalını yerinə yetirməsi ilə bağlı yaranan problemlərin səbəblərindən də danışıb:

"Məcmu kapitalı yerinə yetirməkdə çətinlik çəkən bankların ən böyük problemi məhz əvvəlki dövrlərdə problemli kreditlərin geri qaytarılmasındakı çətinliklərlə bağlıdır. Kreditlər kifayət qədər yüksək faizlərlə verilib. Bank sektorunda bu konteksdə görüləcək işlər çoxdur. Əsas problemlər bankın özündən qaynaqlanır. Təəssüf ki, 2010 və 2014-cü illərdə Azərbaycanda kredit bumu yaşandı və kifayət qədər yüksək faizli kreditlər banklar tərəfindən paylaşdırıldı. Bahalı kreditlərə asan çıxış imkanları müşahidə olundu. Nəticədə devalvasiyadan sonra həmin bahalı kreditlərin qaytarılması ilə bağlı çətinliklər yarandı. Çətinliklər bu gün də davam etməkdədir".

Ekspert, vəziyyəti yaxşı olan bankları da qeyd etməyi unutmayıb:

"9 ayın rəqəmlərinə baxsaq, kredit və depozit portfelində artımlar var. Bu, müsbət tendensiyadır. Söhbət 12 milyard manatdan artıq olan kredit və 18 milyard manatdan artıq olan depozit portfelindən gedir. Təxminən 20 bank, sistem əhəmiyyətli hesab edilir. Onların vəziyyəti müqayisəli şəkildə normal hesab olunur. 5 bankın vəziyyəti isə daha yaxşıdır".
Elmar Vəliyevin oğlunun adamları işdən çıxarılır - Direktor və rəis vəzifələrini itirdiXəbər verdiyimiz kimi, "Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin sədri, Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev vəzifəsindən istefa verib.

Avrasiya.net Fanat.az-a istinadən xəbər verir ki, Elmir Vəliyevin istefasından sonra "Kəpəz"də "təmizlik" başlayıb.

Belə ki, Gəncə stadionunun direktoru Namiq Abdullayev və klubun rəisi Ruslan Nağıyev vəzifələrini itiriblər.

Saytın iddiasına görə, yaxınlarda daha bir nəfər - faktiki olaraq "Kəpəz"ə rəhbərlik edən icraçı direktor Elnur Camalxanov da işdən çıxırılacaq.
Rusiya analoqu olmayan silahlar yaradacaq - Putin"Biz öz ölkəmizin qorunması üçün hər şeyi etməliyik".

Rusiya analoqu olmayan silahlar yaradacaq.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Kremldə hərbçilərlə görüşdə deyib.

"Rusiya heç kəsə təhlükə yaratmır. Biz beynəlxalq təhlükəsizlik sahəsində və silahlara nəzarətdə qəbul edilən beynəlxalq öhdəçiliklərə riayət edir. Ancaq buna baxmayaraq biz öz ölkəmizin qorunması üçün hər şeyi etməliyik", - deyə Putin qeyd edib.
“Eldar Mahmudovun qohumu qaraja hücum çəkdi, bütün marşrutlarım Faiq Xaliqoğluna keçdi...”“Hafka” kimi tanınan məşhur iş adamı Hafiz Məmmədov müflis duruma salınmasından səbəblərindən biri haqda bu günlədə haqqin.az virtualaz.org saytlarına sensasion fakt açıqlayıb. Bildirib ki, onun şirkətinin dövlət dəstəyi hesabına ölkəyə idxal etdiyi sərnişin avtobuslarından bir hissəsini “Xaliq Faiqoğlu” MMC şirkəti (Bakıda sərnişindaşıma ilə məşğuldur) götürüb, amma pullarını verməyib. Söhbət bu şirkətin rəhbəri Faiq Xaliqoğlunun “Hafka”ya olan və bu günə qədər ödənilməmiş qalan 23 milyon dollar borcundan gedir.

Hafiz Məmmədov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun mafiyası tərəfindən necə talandığı və müflis duruma salındığı barədə epizodlardan birini belə nəql edir: “Elə bu yaxınlarda bakılılar Koreydan alınan yeni “Daewoo” avtobuslarını sevinclə qarşıladılar. Amma az adam xatırlayır ki, həmin avtobusları “City Bus” və “Logistik” şirkətləri idxal etmişdi, “Baghlan Group” holdinqinə məxsus olan “Trangeyt” şirkəti isə bilavasitə sərnişindaşıma fəaliyyəti ilə məşğul olurdu. Dövlətin köməyi ilə bu markadan olan xeyli avtobus ölkəyə gətirildi, “Transgeyt” avtobuslardan bir hissəsini başqa şirkətlərə verdi ki, onlar nəqliyyat vasitələrini istismar edib əldə etdikləri vəsait hesabına bu avtobusların pullarını ödəsinlər”.

“Hafka” nəql edir ki, belə şirkətlərdən biri qalmaqallı iş adamı, adı əvvəllər də Eldar Mahmudovun qruplaşmasında hallanan Faiq Seyidova məxsus olan “Xaliq Faiqoğlu” MMC (oğlunun adını daşıyır) idi. Belə ki, H.Məmmədovun gətirdiyi avtobuslar hələ də bu şirkətə məxsus marşrutlarda işləyir.

Şirkətin rəhbəri Faiq Seyidov (Xaliqoğlu) “Transgeyt” şirkətindən təxminən 23 milyon dollar dəyərində avtobuslar götürüb. “Hafka”nın bildirdiyinə görə o, 10 milyon dollar dəyərində avtobusları öz şirkətinin adına rəsmiləşdirib. Qalanlarını isə yaxın adamlarının adlarına keçirdib. Belə ki, F.Seyidov yaxın adamı Şahnisə Məmmədovanın “Transgeyt”dən aldığı avtobuslara görə 3 milyon dollarlıq borc öhdəliyinə təminat verib, ayrıca olaraq Ş.Məmmədovanın “Kənan” MMC, “Uğurlu” MMC və “Transkontrol” MMC adlı firmalarının müvafiq olaraq 2 , 1.5 və 4 milyon dollarlıq borclarının ödənilməsi üçün təminatçı qismində çıxış edib.

Lakin Faiq Seyidov və adamlarının götürdükləri avtobusların pulları ödənilməyib-nə o vaxt, nə də illər keçəndən sonra.

“İndi isə mən öz mühasibatlıq sənədlərimi diqqətlə gözdən keçirəndə görürəm ki, bütün bu əməliyyatlar qanunsuz şəkildə, bizim həm “Transgeyt” şirkətində, həm mənə məxsus olan “Bank of Azerbaijan”da işləyən bəzi əməkdaşları da cinayətkar sövdələşməyə cəlb etməklə həyata keçirilib. Belə ki, müvafiq protokollardan heç birində bankın müşahidə şurasının rəhbərinin, yəni mənim imzam yoxdur. Və ən başlıcası “Bank of Azerbaijan”ın müşahidə şurasının Faiq Xaliqoğluna verilən kreditlər üzrə sonuncu protokolunda (2015-ci ilin sentyabrı) da bankın müşahidə şurasının sədrinin imzası yoxdur”-Hafiz Məmmədov danışır.

“Hafka” bildirir ki, müşahidə şurasının həmin protokolunda Faiq Xaliqoğlunun kredit borcunun qaytarılması müddətinin 2018-ci ilə qədər uzadılmasından bəhs edilir.

“Yeri gəlmişkən, həmin 2015-ci ildə ləğv edilmiş MTN-in keçmiş rəhbəri Eldar Mahmudovun yaxın qohumu “Transgeyt” şirkətinin qarajına açıq-aşkar hücum çəkdi. Nəticədə şirkətin bütün marşrutları Faiq Xaliqoğlunun əlinə keçdi”-“Hafka” bildirir.

Faiq Xaliqoğlu “Baghlan Group” şirkətinin ilk müştərilərindən biridir. Şirkət əvvəlcə “Daewoo” avtobusları ilə başlayıb, daha sonra ölkəyə “İsuzu” markalı daha 200 avtobus gətirib. Bu avtobusların da pullarını “Bank of Azerbaijan”ın kreditləri hesabına ödəyib. Nəticədə Faiq Xaliqoğlunun şirkətinə məxsus yüzlərlə avtobus Bakı küçələrində sabahdan axşama qədər sərnişin daşıyır. Hər avtobusdan onun gündəlik təmiz gəliri azı 150-200 manatdır. Və bu, 10 ildir davam edir.

Beləliklə, “Hafka” deyir ki, Faiq Xaliqoğlu sərnişindaşımadan sanballı gəlir götürür və bu gəlirlərin bir hissəsini ona olan kredit borcunu qaytarmağa sərf edə bilər. Amma bunu etmir.

“Bundan əlavə, bizim şirkətlərdən biri ölkənin banklarından birinə 1.7 milyon dollar borclu idi. Biz “Xaliq Faiqoğlu” MMC ilə müqavilə bağladıq ki, o bizə olan borcunun bir hissəsinin əvəzində həmin pulları banka ödəsin. İllər keçdi, amma pul ödənilmədi. Bu cür müştərilərin sayəsində həmin bank artıq bağlanıb, sahibi isə kredit alıb qaytarmayan müştəriləri axtarmağa və borc barədə xatırlatmağa məcburdur”-Hafiz Məmmədov deyir.

“Hafka”nın bildirdiyinə görə, Faiq Seyidov özü hər yerdə deyir ki, onun borcu cəmi 1.7 milyon dollar idi. Və bu pulları Hafiz Məmmədova çoxdan qaytarıb. Lakin o, 23 milyon dollar borcundan cəmi 3 milyon dollar qaytarıb. “1.7 milyon dollara gəldiksə isə xatırladıram ki, həmin pul onun bizim şirkətlərdən biri qarşısındakı borcu idi. Yəni bu adamın əsas borcu bu günə qədər ödənilməyib. Heç olmasa mənim bu çıxışımdan sonra nəqliyyat maqnatının yaddaşının oyanacağına və borcumu qaytarmaq barədə düşünəcəyinə ümid edirəm. Biz ona 23 milyon dollarlıq borc barədə sənədləri təqdim edə bilərik, amma əmin deyiləm ki, Faiq Seyidov həmin pulları bizə ödədiyi haqda qəbzlər təqdim edə bilsin”-H.Məmmədov deyir.

Xatırladaq ki, Faiq Seyidov ötən iş adamı Azadxan Xanmmədovla daşınmaz əmlak münaqişəsi ilə gündəmə gəlmişdi. Bu münaqişə Azadxan Xanməmmədovun həbsi ilə nəticələnib. Xanməmmədovun vəkilləri bildirirdi ki, Faiq Seyidov iş adamının mülkiyyətində olan daşınmaz əmlakdan 5 ildən çoxdur supermarket kimi istifadə edib, icarə haqqı da ödəməyib və üstəlik obyekti boşaltmaqdan imtina edib. A.Xanməmmədov “Riyad” mühafizə şirkəti ilə obyektinin mühafizəsinə dair müqavilə bağlayıb mülkiyyətinə sahib çıxmaq istəyəndə F.Seyidovun adamları ilə münaqişə baş vermişdi. Və Seyidovun şikayəti əsasında A.Xanməmmədov həbs edildi.

Daha sonra üzə çıxdı ki, Faiq Seyidovun oğlu 2014-cü ildə Bakıda Müdafiə Nazirliyinin polkovnik-leytenant rütbəli zabitini avtomobillə vurub. Zabit aldığı xəsarətlərdən hospitalda keçinib. Amma iş adamı ərköyün övladını cinayət məsuliyyətindən yayındırmaq üçün zabitin “xəstəliklər nəticəsində öldüyü” barədə rəy alıb. Ötən il bu məsələ ilə bağlı yeni sənədlər açıqlanandan sonra hüquq-mühafizə orqanları ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini təzədən araşdırmağa başlamışdılar.