Başına 4 milyon qoyulan terrorçu öldürüldü - FotoBaşına 4 milyon qoyulan terrorçu öldürüldü - FotoBaşına 4 milyon qoyulan Cümə Mardin öldürülüb.

Türkiyə hüquq-mühafizə orqanlarının qırmızı xətt üzrə axtarışa verdiyi Məhmət Səid Sürer öldürülüb.

Türkiyə silahlı qüvvələri terrorçunu sentyabrın 6-da Madrində hava əməliyyatı zamanı məhv edib.

“Cümə Mardin” ləqəbli terrorçunun başına 4 milyon türk lirəsi qoyulmuşdu.(teleqraf.com)
Sumqayıtda 34 yaşlı qadın özünü binanın damından ataraq intihar edibSumqayıtda intihar hadisəsi baş verib. Hadisə 6-cı mikrorayon ərazisində baş verib.

Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü İsayeva Vüsalə Bəşir Qızı özünü yaşadığı 6-cı mikrayon, 35 saylı binanın damından ataraq intihar edib.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
Heydər Əsədovun villaları - "Milyonerlər məhəlləsi"ndən “Tarqovı”ya qədər...Sabiq nazirin KTN-dəki fəaliyyətini araşdıran olacaqmı?

Sabiq nəqliyyat nazirinin qudası, keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun Bakıda milyon manatlarla qiyməti olan 2 villası üzə çıxıb. Unikal.org-un məlumatına görə, paytaxtın Binəqədi rayonu “Vorovski” qəsəbəsində olan villalardan biri 5 mərtəbəlidir, tikintisi 6 milyon manata başa gəlib. Həmin villa 20 sot torpaq sahəsinin içərisində tikilib. Digər 3 mərtəbəli villa isə 2 milyon manata tikilib. Azərbaycanda nazirlərin, komitə sədrlərinin və digər yüksək vəzifəlilərin aylıq maaşları ilə həyat tərzləri arasındakı fərqi hər kəs bilir.

Özəlliklə neft milyonlarının ölkəyə axdığı ötən illər ərzində Azərbaycanın nazirləri ərəb şeyxlərinin həyat tərzini yaşamağa başlayıb. Belə şəxslərdən biri də eks kənd təsərrüfatı naziri Heydər Əsədov olub. Bundan əvvəl Hesablama Palatasının sədri olmuş Heydər Əsədov digər komanda üzvlərindən fərqli olaraq, öz sahəsinin peşəkarı kimi tanınırdı.

Ziya Məmmədovla quda olandan sonra nazir təyinatı alan Heydər Əsədovun da adı korrupsiya qalmaqallarında hallanmağa başladı. Heydər Əsədovun Bakının “Milyonerlər məhəlləsi” adlanan məkanında da, Bakının Səbayel rayonundakı məşhur “Torqovı” küçəsində də böyük evləri var. Əlbəttə ki, həmin evlər, mənzillər Heydər Əsədov nazir postu tutarkən alınıb. Azərbaycanda kənd təsərrüfatının real durumu ilə dövlət büdcəsindən bu sahəyə ayrılan milyardlarla manatın arasında böyük bir qeyri-bərabərlik, uyğunsuzluq var.

Dövlət büdcəsindən Heydər Əsədovun rəhbərlik etdiyi nazirliyin nəzdindəki təkcə “Aqrolizinq”ə son bir neçə ildə hər il 400 milyon manat ayrılıb. Bu, Heydər Əsədova tabe olan bir quruma hər il ayrılan məbləğdir və bu pullar onun əlindən keçib, onun dərkənarına əsasən xərclənib. Belə bir halda Heydər Əsədovun Bakının dörd bir tərəfindəki prestijli məhəllələrdə 5-6 milyon dəyərindəki villalarına xərclənən məbləğlərin mənbəyini axtarmaq üçün müstəntiq olmaq lazım deyil ki?

Yetər ki, Baş Prokuror yanında Korrupsiya İdarəsində stajor olan bir hüquqşünasa müvafiq araşdırma aparması tövsiyə olunsun. Qalan məsələlər texniki xarakter daşıyacaq. Məsələn, həmin hüquqşünas mətbuatda yayılan villaların fotolarını qabağına qoyub kənd təsərrüfatının ayrı-ayrı istiqamətlərindəki durumu əks edən fotolarla müqayisə etsə və yaranan suallara cavab axtarmağa başlasa, düz Heydər Əsədovun özünə uzanan ittihamlar avtomatik formalaşacaq. Üstəlik, bu ən kəsə və sadə yoldur...

E.HÜSEYNOV,
“Yeni Müsavat”
 Biləcəri bələdiyyəsində sədr dəyişikliyi baş veribBinəqədi rayon Biləcəri bələdiyyəsinin bu gün keçirilən iclasında təşkilatı məsələyə baxılıb.

Belediyye.infoya daxil olan məlumata görə, bələdiyyə iclasında sədr Hikmət Quliyevin istefa ərizəsi müzakirə edilib.

Hikmət Quliyevin səhhətiylə bağlı vəzifəsindən azad edilməsi təklifi səs çoxluğu ilə qəbul edilib.

Bələdiyyə üzvü olan İlham Xəlilov yenidən bələdiyyə sədri seçilib. Qeyd edək ki, İlham Xəlilov 2005-2015-ci illərdə Biləcəri bələdiyyəsinin sədri vəzifəsində çalışıb. Əlavə edək ki, Hikmət Quliyev 2015-ci ilin sentyabrından bu vəzifəyə seçilmişdi.

Hikmət Quliyevin sədrliyi dövründə Biləcəri bələdiyyəsi bir sıra layihələrin icrasına nail olsa da, ötən üç il ərzində sədr olaraq bələdiyyənin əvvəlki sədrlərinin rəhbərliyi dövründən yığılıb qalmış borc probleminin həllinə nail olunması mümkün olmamışdır.

İclasda Binəqədi RİH-in rəhbər vəzifəli şəxslərinın də iştirak etdiyi bildirilir.

Bələdiyyədən sayta daxil olan məlumatı təsdiqləmişlər.
Şəmkirdə iki uşaq anası intihar edibŞəmkir rayonunda iki uşaq anası intihar edib.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir şəhərində qeydə alınıb.

Belə ki, Şəmkir rayon sakini, 1997-ci il təvəllüdlü Aytac Dəmir qızı Rüstəmova atası evində özünü asaraq öldürüb.

İlkin məlumata görə, intihara səbəb qadının həyat yoldaşı ilə aralarında yaranmış narazılıq səbəb olub. A.Rüstəmova iki azyaşlı uşaq anası olub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Bir qrup təhsil işçisi təltif edilib - SİYAHIPrezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə aşağıdakı təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adı verilsin:

Abasov Məşədi Abas oğlu

Abdiyev Cəfər Yahya oğlu

Abdullayeva Səkinə Əli qızı

Ağayeva Olqa Mixaylovna

Axundov Natiq Lyutfiq oğlu

Allahverdiyev Elçin Həmid oğlu

Allahverdiyeva Elmira Zərbəli qızı

Babayev Abasət Nadir oğlu

Bağırov Arif Rəşid oğlu

Bağırov Hüseynəli Məmmədəli oğlu

Baxşiyeva Nüşabə Məmməd Tağı qızı

Balakişiyev Kamal Babakişi oğlu

Bezraşvard Nigar Ənvər qızı

Bəşirov Qalib Zakir oğlu

Cavadov Cəmil İsmayıl oğlu

Cavadova Nərgiz Bayram qızı

Cəfərova Laləzər Kazım qızı

Əhmədova Zərxanım Yusif qızı

Əliyeva Təranə Əhmədağa qızı

Əsədova Gülçöhrə Həbibulla qızı

Əskərova Yeganə Nurəddin qızı

Gözəlova Kamilə Kamal qızı

Hacıbalayeva Şəhla Baba qızı

Hacıyeva Pakizə Əsgər qızı

Hacıyeva Sülhiyyə Əlyar qızı

Hacıyeva Zərqələm Cümşüd qızı

Həmzəyev Firidun Ələsgər oğlu

Həsənov İlham Musa oğlu

Həsənova Mədinə Allahverdi qızı

Hüseynli Şərafət Hüseyn qızı

Hüseynova Fəridə Ağababa qızı

Hüseynova Ülkər Həmzə qızı

Xasməmmədova Tahirə Oruc qızı

Xəlilova Afət Mürşüd qızı

İbrahimova İradə Hacı qızı

İbrahimova Sevil Fərrux qızı

İsmayılova Nadejda Astan qızı

Kərimova Rəna Tanırverdi qızı

Qarayeva Fatma Heydar qızı

Quliyeva Tahirə Ramiz qızı

Mehdiyeva Xuraman Məhiyəddin qızı

Məcidova Fatma Məhəmməd qızı

Mədədova İltifat İbad qızı

Məmmədov Allahverdi Nəsib oğlu

Məmmədova Amalya Mirzəbala qızı

Məmmədova Gülüş Balagədə qızı

Məmmədova Heyran Səməd qızı

Məmmədova Nahidə Qaraca qızı

Məmmədova Ruxsarə Çıraq qızı

Məmmədova Tamella Cavid qızı

Məmmədyarova Zərifə Orxan qızı

Mirizadə Gülşən Məmməd qızı

Musayeva Zinyət Əsgər qızı

Mustafayev Ənvər Mustafa oğlu

Mustafayeva Rahilə Əsgərxan qızı

Mustafayeva Yaqut Ömər qızı

Namazova Sevda Fazil qızı

Nəbiyev Fikrət Nəbi oğlu

Nəmətova Bəsdi Məhəmməd qızı

Rəhimov Salman Məmməd oğlu

Sultanova İlhamə Qəribağa qızı

Şabanova Pərixanım Hənifə qızı

Vəliyeva Güllər Xalid qızı

Yevtuşenko Olqa Aleksandrovna.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə aşağıdakı təhsil işçiləri “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Abbasova Sevinc Ağaməmməd qızı

Abduxalıqov Telman Məhərrəm oğlu

Abdullayeva Bahar Fərzalı qızı

Abdullayeva Hədiyyə Veysəl qızı

Abışova Aliyə Eyvaz qızı

Ağayev Kamil Xudaşükür oğlu

Allahverdi Hidayət Fehruz oğlu

Aşurova İmarət Abdulkərim qızı

Babayeva Nəzakət Heybət qızı

Bağırova Adilə Nəriman qızı

Baxşəliyeva Diləfuruz Musa qızı

Baqişeva Amaliya Həsən qızı

Balaqardaşova Afət Səlvər qızı

Bullayeva Nəzani Abdulvaris qızı

Cabbarova Tahirə Mustafa qızı

Cəfərov Zaur Əlizadə oğlu

Cümşüdov Asif Cümşüd oğlu

Dadaşova Fidan Mahir qızı

Dəmirova Aidə Saday qızı

Əhmədov Nizami Hüseyn oğlu

Əhmədova Dərya Hidayət qızı

Əhmədova Svetlana Ədalətovna

Ələkbərova Gülnar Camal qızı

Əliyev Kəmaləddin Qurban oğlu

Əliyeva Məlahət Avıl qızı

Əmrahova Sevinc Zakir qızı

Əskərov Vilayət İsa oğlu

Əskərova Cəmilə Səlim qızı

Hüseynov Eldəniz Nəriman oğlu

Hüseynov Eldəniz Zahid oğlu

Hüseynova Məlahət Seyfəddin qızı

Hüseynova Ülviyyə Misirxan qızı

Xəmmədova Sevil Ənvər qızı

İbrahimova Gülbəniz Qeyrət qızı

İsmayılova Lyubov Vladimirovna

Qasımov Dadaş Həsən oğlu

Qayayeva Yasəmən Naib qızı

Qazıyev Azər Arif oğlu

Qədirli Sevda Həzrətqulu qızı

Liftiyev Rasim Şahab oğlu

Məcnunov Aydın Tapdıq oğlu

Məmmədov Vahid Abasqulu oğlu

Məmmədov Yavər Allahverdi oğlu

Məmmədova Elmira Yasın qızı

Məmmədova Zahidə Faiq qızı

Mirzəyeva Rüxsarə Məhərrəm qızı

Musayeva Kəmalə Hüseyn qızı

Namazov Şahingöz Yunis oğlu

Nəcəfov Əli Nəcəf oğlu

Nəcəfova Rəfiqə Rza qızı

Novruzov Rafiq Manaf oğlu

Novruzova Tamilla Gülağa qızı

Osmanov Osman Əhəd oğlu

Rüstəmov Kamaləddin Paşa oğlu

Seyidova Sədaqət Neymət qızı

Səmədova Aygün Ələsgər qızı

Səmədova Səkinə Çərkəz qızı

Şıxəliyeva Yeganə Şıxəli qızı

Vəliyeva Raifə İsmayıl qızı

Yusifov Avaz Abdulla oğlu

Zeynalov Abusət İsaq oğlu

Zeynalov Ziyafət Məmmədbağır oğlu

Zeynalova Fatma Nurəddin qızı.
Vüqar Rəhimzadə: Deputatın AP-də qalıb-qalmaması məsələsinə baxılmalıdır“Avropa Parlamentinin (AP) qanlı separatçılığı və etnik təmizləməni təşviq edən üzvü Eleni Teoxarusun qondarma Dağlıq Qarabağa dəstək nümayiş etdirməsi ikili yanaşmanın göstəricisidir. Hesab edirəm ki, bu, Avropanın bəzi beynəlxalq təşkilatlarının nümayiş etdirdiyi ədalətsizlikdən xəbər verir”. Bu fikri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.

Baş redaktorun sözlərinə görə, Avropa Parlamentinin belə bir üzvünün olması utancverici hadisədir: “Hesab edirəm ki, Avropa Parlamentinin bəzi ölkələrə ikili yanaşma nümayiş etdirməsi ədalətsizliyin və ikili standartların nümunəsidir. Bu, birmənalı şəkildə, həmin deputatların xarakterlərini, əsl xislətlərini ortaya qoyan amillərdən biridir.

Avropa Parlamentinin qanlı separatçılığı və etnik təmizləməni təşviq edən üzvü Eleni Teoxarusun bu addımı beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlib. Bunlar bir çox hallarda antiazərbaycan dairələrlə əlaqəli işləyən insanlardırlar. Bu insanlar öz şəxsi düşüncələri ilə bərabər, kimlərinsə sifarişlərini icra edirlər. Ümumiyyətlə, o insanların Avropa Parlamentində qalıb-qalmaması məsələsinə baxılmalıdır. Əgər AP haqdan, ədalətdən, demokratiyadan, qanunların aliliyindən danışırsa, bunu düşünməlidir”.
Biznesmen Allahverdi Quliyevə 2 milyon rüşvətə görə 4 il həbsRusiyanın Kirov vilayətində “Çepetsk istixana kompleksi”nin baş direktoru Allahverdi Quliyev müstəntiqə 2 milyon rubl rüşvət verməkdə təqsirli bilinərək 4 il həbs cəzasına məhkum edilib. Hökmə əsasən azərbaycanlı biznesmen 20 milyon rubl cərimə də ödəməlidir. Virtualaz.org Rusiya mənbələrinə istinadən bildirir ki, Quliyev bu rüşvəti zorlamada ittiham olunan tanışını həbsdən çıxarmaq və Rusiyadan qaçırmaq üçün verib, amma cinayət başında yaxalanıb.

Məlumata görə 54 yaşlı Allahverdi Quliyev bu ilin may ayında saxlanılıb. O, azyaşlıya qarşı seksual zorakılığa yol verdiyi üçün həbs edilən tanışının işini aparan müstəntiqə 2 milyon rubl rüşvət təklif edib. Quliyev rüşvətin əvəzində xahiş edib ki, onun pedofil dostunun barəsində həbs qətimkan tədbiri dəyişdirilsin, həmin adam başqa yerə getməmək barədə iltizam verməklə sərbəst buraxılsın. Quliyev bu yolla dostunu Rusiyadan qaçırmaq istəyirmiş.

Lakin müstəntiq rüşvət təklifi barədə rəhbərliyə və digər müvafiq orqanlara məlumat verib. Federal Təhlükəsizlik Xidmətinin regional idarəsinin əməkdaşları Quliyevi cinayət başında yaxalamaq üçün əməliyyat qurub və mayın 7-də azərbaycanlı biznesmen müstəntiqə rüşvət verərəkən yaxalanıb. O, istintaqa ifadəsində təqsirini tam boynuna alıb.

Bildirilir ki, Quliyevin həbsindən sonra onun rəhbərlik etdiyi istilik kompleksinin də fəaliyyəti zəifləyib, müəssisə bağlanmaq üzrədir.
Polis xanım jurnalistə təzyiq göstərib? – Rəsmi cavabDaxili İşlər Nazirliyi (DİN) jurnalist Aytac Əhmədovanın Zabrat qəsəbəsində çəkiliş apararkən polis təzyiqinə məruz qalması barədə yayılan məlumatlara münasibət bildirilib.

Nazirliyin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Report-a bildirib ki, adıçəkilən xanımın polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması barədə iddiaları həqiqətdən uzaqdır:

“Dünən saat 19 radələrində bir qrup şəxs Zabrat qəsəbəsində nəqliyyatın hərəkətinin intensiv olduğu ərazidə yolu bağlamağa və ictimai asayişi pozmağa cəhd göstərən zaman sözügedən xanım həmin şəxslərin qanunsuz hərəkətlərinin qarşısını alan polis əməkdaşlarının qanuni xidməti vəzifələrini yerinə yetirmələrinə maneçilik törədib. Jurnalist olduğunu iddia edən, lakin şəxsiyyətini və harada işlədiyini təsdiqləyən sənəd təqdim etməyən həmin xanım saxlanılaraq sonrakı araşdırmalar üçün Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə aparılıb. Burada şəxsiyyəti müəyyənləşdikdən sonra bölmə rəisi tərəfindən onunla müvafiq profilaktiki söhbət aparılıb və sonra sərbəst buraxılıb. İstər saxlanılarkən, istərsə də bölmədə ona qarşı hər hansı təzyiq göstərilməsindən söhbət gedə bilməz. Bütün hallarda onunla mövcud qanunvericiliyin tələbləri çərçivəsində rəftar olunub. Buna rəğmən, Aytac Əhmədovanın guya zorakılığa məruz qalması barədə açıqlamaları ictimai rəyi çaşdırmağa və polisin işgüzar nüfuzuna xələl gətirməyə yönəlmiş bir addım, “qara piar”dır”.
Bakıda iki avtobus toqquşdu - Yaralılar var (Foto)Ən azı beş nəfərin yaralandığı bildirilir.

Paytaxtın Sabunçu rayonunda iki avtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 163 və 217 nömrəli avtobuslar toqquşub.

Hadisə yerinə bir neçə təcili tibbi yardım briqadası cəlb edilib.

Ən azı beş nəfərin yaralandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır. (Oxu.Az)
Bakıda iki avtobus toqquşdu - Yaralılar var (Foto)