Azərbaycanlı gənc qız qonşu ölkədə oteldə ölü tapıldıGürcüstanın Bakuriani kurortunda yerləşən hotellərin birində 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı ölüb.

Avrasiya.net “Report”a istinadən xəbər verir ki, 21 yaşlı Zeynəb Vəlizadə hoteldə mədəniyyətlə bağlı keçirilən beynəlxalq tədbirdə iştirak edib.

Şahidlərin sözlərinə görə, gənc qız özünü pis hiss edib və daha sonra hotel otağında meyiti aşkar olunub.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi üzrə cinayət işi açıb. Z.Vəlizadənin meyiti ölüm səbəbinin müəyyən olunması üçün ekspertizaya göndərilib.

Azərbaycanın Gürcüstandakı səfirliyi Z.Vəlizadənin ailəsi ilə əlaqə saxlayıb və cənazənin Vətənə çatdırılması istiqamətində işlər həyata keçirir.
Atalarını doğrayan bacılar azadlıqda - VİDEOMoskvanın Basmannı məhkəməsi 57 yaşlı erməni avtoritet Mixail Xaçaturyanı öldürən 3 doğma qızından ikisinin azadlığa buraxılması barədə qərar qəbul edib.

Axar.az xəbər verir ki, kiçik Mariya və ortancıl Angelina hakim Yuliya Safinanın hökmü ilə azadlığa qovuşub.

Məlumata görə, tədqiqatçıların tələbi ilə proses bitmiş elan edilib və tərəflər etiraz etməyiblər.

Bildirilib ki, bacılara yaşayış yerini tərk etmək, tanımadığı şəxslərlə əlaqə saxlamaq qadağan edilib. Hətta bacıların bir-biri ilə ünsiyyətdə olmağı, mobil telefondan və internetdən istifadəsi də 28 dekabra kimi yasaqlanıb.

Qeyd edək ki, Rusiyanın “Mash” teleqram kanalı da bacılardan böyüyü – Kristinanın da azadlığa çıxması barədə informasiya yayıb.

Xatırladaq ki, iyulun 27-də M.Xaçaturyan doğma qızları Angelina, Kristina və Mariya tərəfindən doğranaraq, qətlə yetirilib.

Qızları ataları tərəfindən daim psixoloji işgəncəyə məruz qaldıqlarını bildirdilər.
Bakı Mühəndislik Universitetinin tələbəsinin ölüm xəbəri gəldi - FOTO"Sağlam Düşüncə" Gənclər Təşkilatının İdarə heyətinin üzvü Zeynəb Vəlizadə 21 yaşında vəfat edib. Hadisə Gürcüstan Respublikasında baş verib. Belə ki, xanım Vəlizadə qonşu ölkədə keçirilən təlimdə iştirak etmək üçün oraya gedib.

Ötən gün axşam saatlarında Z.Vəlizadənin vəziyyəti qəfil pisləşib və onun həyatını xilas etmək olmayıb.

Gənc qızın hansı səbəbdən dünyasını dəyişdiyi bilinmir.

Qeyd edək ki, Z. Vəlizadə 1997-ci ildə Sumqayıt şəhərində anadan olub. Bakı Mühəndislik Universitetin(keçmiş "Qafqaz”) tələbəsidir.(xeberle.com)
Seymur Nəsirov EGYPT qəzetinə müsahibə verib“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyin sədri tədqiqatçı- alim Seymur Nəsirovun, Misirin EGYPT qəzetində müsahibəsi dərc olunub.
Diaspora sədri Misirlə Azərbaycan arasında tarixi, mədəni və siyasi əlaqələrdən danışarkən, Şİrvan Şahların

əslən ərəblərdən olduğunu da qeyd etmişdir. Hal-hazırda Azərbaycanda çoxlu sayda ərəb adında kəndlərin olması xalqlarımız arasında tarixi əlaqələrin olmasının bariz nümünələrindən biri olduğun bildirmişdir.
O, həmçinin Azərbaycanın Neft ölkəsi kimi də tanındığını geyd etmişdir. Bakı nefti haqqında XIII əsrdə yaşamış böyük ərəb alimi Yaqut əl-Həməvi öz "Mucəm əl-Buldan" əsərində Bakı neftindən bəhs etdiyini də qeyd etmişdir.

S. Nəsirov Misirin Azərbaycanın müstəqilliyini tanıyan və diplomatik əlaqələrin qurulması haqqında müqavilələr imzalayan ilk ölkələrdən biri olduğunu qeyd etmişdir. Bu gün dövlətlərimiz arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu və gündən-günə inkişaf etdiyini diqqətə çatdıran diaspora sədri, Misir prezidenti Əbdu əl- Fəttah əl-Sisi Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşündə "Azərbaycan bizə qardaş ölkədir" ifadəsini də diqqətə çatdırmışdır.
S. Nəsirov Ulu Öndərin 1994- cü ildə, cənab prezident İlham Əliyevin 2007-ci ildə Misirə etdikləri səfərin əhəmiyyətindən və Misirdə Azərbaycan diasporu və səfirliyin Azərbaycan Xalq Cümhüriyyətinin yaranmasının 100 illiyi ilə bağlı keçirdikləri tədbirdəndə söhbət açmışdır.

Qeyd edək ki, S.Nəsirov hal-hazırda Misirdə təhsil alan 58 ölkədən olan 1000 dən çox tələbəyə rəhbərlik edir. 20 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat aparır, 250 dən çox əslən azərbaycanlı olan alimlər haqqında iki kitabın müəllifidir, çoxlu sayda elmi və publisist məqalələri ərəb və Azərbaycan dillərində dərc olunmuşdur. Qahirə Universitetində Azərbaycan dilini tədris edir.

http://www.egyptnewnews.com/newspaper/2018/09/23/%D8%B3%D8%A8%D9%85%D9%88%D8%B1-%D9%86%D8%B5%D9%8A%D9%88%D9%81-%D9%85%D8%B5%D8%B1-%D9%84%D9%87%D8%A7-%D9%85%D9%83%D8%A7%D9%86%D8%A9-%D8%AE%D8%A7%D8%B5%D8%A9-%D9%81%D9%89-%D9%82%D9%84%D9%88%D8%A8/
http://www.egyptnewnews.com/newspaper/2018/09/23/%D8%B3%D9%8A%D9%85%D9%88%D8%B1-%D9%86%D8%B5%D9%8A%D8%B1%D9%88%D9%81-%D8%A7%D9%84%D8%A7%D8%B0%D8%A7%D8%B1%D9%8A%D9%8A%D9%86-%D9%8A%D9%82%D9%88%D9%84%D9%88%D9%86-%D8%A8%D8%A3%D9%86-%D8%A7%D9%84%D8%B4/
Həmsədrlər tərəflərdən izahat istədi - BəyanatATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu York görüşünə dair bəyanatla çıxış ediblər.

Axar.az xəbər verir ki, bəyanatda həmsədrlərin görüş zamanı tərəflərdən narahatlıq doğuran bəyanatlar və insidentlərlə bağlı izahat istədikləri bildirilir.

Qeyd olunub ki, həmsədrlər insan ölümləri hallarının davam etməsindən dərin təəssüf hissi keçirdiklərini vurğulayıblar. Onlar nazirləri gərginləşmənin təhlükəli olması barədə xəbərdar ediblər, tərəfləri pozitiv mühitin formalaşmasında konstruktiv iştiraka və aqressiv ritorikadan çəkinməyə çağırıblar.

Vasitəçilər qeyd ediblər ki, hərtərəfli nizamlanma bütün tərəflərdən güzəştlər tələb edəcək.

Azərbaycan və Ermənistan XİN rəhbərləri isə danışıqlar prosesinin fəallaşması üçün tədbirlərin, habelə gərginliyin azaldılması üçün əlavə tədbirlərin vacibliyini vurğulayıblar.
"Azərsu"nun fəhləsi uçqun nəticəsində öldüAbşeron rayonunda torpaq uçqunu zamanı fəhlə ölüb.

Report-un məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində kanalizasiya xəttinin çəkilişi zamanı qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Elvin Mütəkəllim oğlu Sadıqov ehtiyatsızlıq nəticəsində torpaq uçqununun altında qalıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Onun "Azərsu" ASC-nin Tikinti idarəsinin əməkdaşı olduğu bildirilir.
İnfarkta səbəb olan energetik içkilər - VideoEnergetik içkilər ani ölümlərə səbəb ola bilər.

Enerji içkilərinin sağlamlıq üçün təhlükəli fəsadları hələ 2014-cü ildə sübut edilib. ABŞ və Avropa tədqiqatçıları və Dünya Səhiyyə Təşkilatının apardığı araşdırmalar zamanı bir çox fakt üzə çıxıb.

Tədqiqatçılar bildirib ki, energetik içkilərin tərkibində olan kofein ürək-damar sisteminin ən böyük düşmənidir.

Avrasiya.net Real TV-yə istinadən mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edir: