Səlim Müslümov kafedra müdiri vəzifəsinə təyin olunubKeçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yeni vəzifəyə götürülüb.

Eks-nazirin dostları modern.az-a bildiriblər ki, Səlim Müslümov Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsinə təyin olunub.

Bildirilib ki, eks-nazirin Bakıdan kənarda olması və səhhətində problemlərin yaranması barədə məlumatlar əsassızdır.

“Ölkədən kənara çıxması barədə deyilənlər yalandır. Səlim Müslümov hazırda elmi işlə məşğuldur. Bu yaxınlarda Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsinə təyinat alıb. O, əvvəllər Azərbaycan Dövlət İqtisad Universitetində də çalışıb. Həmçinin, Səlim müəllimin xarici ölkələrdə də pedaqoji təcrübəsi olub. Rus və ingilis dillərində sərbəst danışa və dərs deyə bilir”.

Milli Aviasiya Akademiyasından saytımıza eks-nazir Səlim Müslümovun Dünya iqtisadiyyatı kafedrasında dərs dediyini təsdiqləyiblər.

Qeyd edək ki, S.Müslümov iqtisad elmləri doktoru, professordur.

Xatırladaq ki, Səlim Müslümov 1995-ci ildən bəri hazırki iqtidarın komandasında yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib.
Həlledici məqam çatdı, Azərbaycan ordunu QARABAĞA YERİDİRAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanya BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda görüşdü.

Publika.az xəbər verir ki, görüş əvvəlcə Minsk qrupu həmsədrlərinin iştirakı ilə keçirilib, daha sonra nazirlər ikilikdə müzakirələr aparıblar. Nazirlər dialoqun davam etdirilməsi üzərində razılığa gəliblər, hətta növbəti görüşün oktyabrda olacağı gözlənilir.

“Ümumilikdə danışıqlar 3 saatdan çox davam etdi. Bu münaqişənin davam etməkdə olan həllinin inkişafı üzrə, habelə bölgəyə dayanıqlı sülhün gətirilməsi üçün nə edilməli olduğu məsələlərinə dair maraqlı və mühüm fikir mübadiləsi oldu. Biz danışıqların həmsədrlərin bölgəyə səfəri də daxil olmaqla gələn ay davam etdirilməsinə razılaşdıq”, - deyə Məmmədyarov görüş haqqında bildirib.

Bu görüşün təmas xəttində gərginliyi azaldacağına və Ermənistanın konstruktiv mövqe ilə danışıqlar masasına qayıtması ilə nəticələnəcəyinə ümidlər var idi. Lakin işğalçı ölkə görüş ərəfəsində Dağlıq Qarabağda hərbi aviasiya təlimlərinə başlamaqla ümidləri “beşiyində boğdu”. Hərçənd, oktyabrda nazirlərin yenidən görüşü gözlənilsə də, bundan da ciddi nəticə gözləmək çətindir. Böyük ehtimalla Ermənistan tərəfi həmsədrlərin istəyini yerə salmamaq üçün bu görüşə formal olaraq razılıq vermişdi. Çünki görüşdən öncə Paşinyan Mnasakanyan da daxil olmaqla başının dəstəsini toplayıb işğal altındakı Qarabağa səfər etdi və “biz sülh istəyirik, lakin müharibəyə də hazırıq” mesajını verdi. Sentyabrın 25-də - nazirlərin görüşündən bir gün öncə Qarabağdakı separatçı rejim Ermənistan hakimiyyətinin göstərişi ilə aviasiya təlimlərinə start verdi. Təlimlərin bu gün – sentyabrın 28-də başa çatması gözlənilir. Nikol Paşinyanın özü isə BMT tribunasında çıxışı zamanı Azərbaycanı qondarma iddialarla ittiham etdi və müharibəyə açıq çağırış etdi. Nazirlərin görüşdüyü vaxt isə erməni hərbi birləşmələri cəbhədə təxribata əl atdı, Ordumuzun cavab atəşi nəticəsində düşmən itki verərək geri çəkildi. Bu, onu deməyə əsas verir ki, siyasətçilərdən çox silahlar danışır. Və bütün bunlar danışıqlar masasının çoxdan boş qaldığını və Ermənistanın qondarma iddiaları davam etdiyi müddətdə bundan sonra nazirlərin istənilən görüşünün nəticəsiz başa çatacağını deməyə əsas verir. Çünki Ermənistanın bütün addımları təxribat xarakteri daşıyır və açıq şəkildə müharibənin başlanmasına hesablanıb.
Ermənistan ictimaiyyətinin özü də danışıqlardan heç bir nəticə gözləmədiklərini, Paşinyan hökumətinin qarşıdurma yaradacaq addımlar atdığını bildirirlər.

Misal üçün, erməni şərhçi Sərkis Artsruni yazır ki, nəticəsiz danışıqlar Qarabağda yeni eskalasiyanın başlanmasına gətirib çıxara bilər.

“Ön cəbhədə gərginlik artır və Yaxın Şərqdəki eskalasiya fonunda baş verənlər bizim regionumuzda da böyük toqquşmanın ola biləcəyini göstərir”, - deyə erməni şərhçi müharibənin nəticəsinin Ermənistan üçün ağır ola biləcəyindən qorxduğunu etiraf edir.

Əslində Nikol Paşinyanın bütün təxribat davranışları Azərbaycana əraziləri azad etmək üçün hərbi yoldan başqa çıxış qoymur. Və bunu yaxşı anlayan rəsmi Bakı böyük ehtimalla bu planı masada önə çəkib. Xüsusilə Rusiya-Ermənistan münasibətlərinin uçurumun kənarına qədər gəlib çıxması da şərtləri Azərbaycanın xeyrinə dəyişdirir.
Bu kontekstdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Orucun Rusiya prezidenti Vladimir Putinin Bakı səfərinə həsr etdiyi məqaləsində toxunduğu məqam diqqət çəkir.

“Qəlbi Amerikanın, ətəyi Avropanın yanında olan bir dövlətin arxasını Qarabağda rus əsgəri qoruyası deyil. Ermənistan Rusiyanın forpostluğundan çıxan kimi Azərbaycan əsgəri döyüş əmrini alacaq! Güclü liderlər və sərkərdələr müharibəni əvvəlcə siyasi-diplomatik cəbhədə qazanır, sonra silahlı meydana atılır. İlham Əliyev on illər ərzində apardığı transmilli iqtisadi-enerji savaşını gerçək hərbi eskalasiyaya çevirməyə hazırdır! Azərbaycan Ordusunun qələbəsi tarixdə ilk dəfədir, nə Moskvanın, nə Tehranın, nə də Qərbin məğlubiyyəti olacaq!”, - deyə Z. Oruc yazır.

Ola bilərmi ki, rəsmi Bakı cəmiyyətə əraziləri işğaldan etmək üçün müharibəyə hazırlaşmaq mesajlarını verir? Və bu prosesdə Azərbaycan liderinin əslində hər şeyi hər kəsdən yaxşı bildiyi və sadəcə olaraq siyasi məqamın yetişməsinə qədər gözləmək seçimini etdiyini və bu məqamın yetişməkdə olduğu göstərilir?

Bu sualların cavabı hələ ki qeyri-müəyyəndir. Müəyyən olan məqam isə Bakının artıq ordunu Qarabağa yeridə biləcəyidir və böyük ehtimalla buna hazırlıq gedir. Azərbaycan liderinin illərlə ilmə-ilmə hördüyü siyasi şərtlərin yetişməsi də həlledici məqamın çatdığını deməyə əsas verir.
"Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır"Hikmət Şikarov
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri


Azərbaycan-Rusiya münasibətləri bütün səviyyələrdə əməkdaşlığı inkişaf etdirmək üçün güclü potensiala malikdir. Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu iki ölkənin həyatında xüsusi yer tutaraq, özünün vacibliyini və səmərəliliyini sübut edəcək, dövlətlərimiz arasında etimada əsaslanan işgüzar əlaqələrin nə dərəcədə davamlı olmasını nümayiş etdirəcəkdir. Bu Forum ilk növbədə bütövlükdə regionun gələcəyi kontekstində qiymətləndirilməli olan münasibətlərin bariz göstəricisidir.

Rusiya prezidentinin ölkəmizə səfəri bu forum çərçivəsində bir tərəfdən Azərbaycan və Rusiya regionları arasında yeni, qarşılıqlı faydalı əlaqələr yaranmasına, digər tərəfdən isə dövlətlərimizin strateji tərəfdaşlığının daha da möhkəmlənməsinə şərait yaradacaq. Bu gün Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir. Azərbaycan-Rusiya tərəfdaşlığı ilbəil genişlənir, iki ölkənin regionlararası əməkdaşlığı və əhatə dairəsi sürətlə inkişaf edir. Bu səfər Azərbaycan-Rusiya münasibətlərinin strateji və dostluq xarakterini, iki ölkənin dost və tərəfdaş olduğunu bir daha təsdiqləmişdir.

Hazırda Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. İki ölkə qarşılıqlı şəkildə bir-birinə investisiya yatırır. Bütün bunlar ölkələrimiz arasında əməkdaşlığın miqyasına və əhəmiyyətinə təsir edir. Azərbaycan ilə Rusiya arasında qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsinin təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün çox böyük potensialı var. Tamamilə aydındır ki, bu forum çərçivəsində ünsiyyətin forması bir tərəfdən Azərbaycan və Rusiya regionları arasında yeni, qarşılıqlı faydalı əlaqələr yaranmasına, digər tərəfdən isə dövlətlərimizin strateji tərəfdaşlığının möhkəmlənməsinə şərait yaradacaq.

"Hələ ki, İraqda çox sayda azərbaycanlı uşaq var" - Hicran Hüseynovaİraqın paytaxtı Bağdad şəhərində saxlanılan azərbaycanlı uşaqların ölkəmizə gətirilməsi üçün bütün vasitələr səfərbər olunub.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova vaxtilə "İslam dövləti" (İŞİD) terror təşkilatına qoşulan azərbaycanlı cihadçıların uşaqlarından danışarkən deyib. .

Komitə sədri qeyd edib ki, azərbaycanlı uşaqların qaytarılması prosesi yüksək səviyyədə təşkil olunub:

"Bu məsələyə ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət var. Bundan əvvəl 9 uşaq gətirilib, hazırda onların reabilitasiyası aparılır. Bildiyiniz kimi, uşaqlar orada çətin vəziyyətdə olublar, psixoloji travma alıblar, eyni zamanda, digər bu kimi problemləri var. Biz komitə olaraq, onların geyimdən tutmuş bütün həyati vacib məsələlərini nəzarətə götürmüşük".

H.Hüseynova deyib ki, uşaqların Azərbaycana gətirilməsi bir neçə dövlət qurumu ilə birlikdə kompleks şəkildə təşkil olunub:

"Səhiyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və bizim komitə birlikdə bu işi aparır. Çox vacibdir ki, bütün qurumların dəstəyilə hamımız bu uşaqları reabilitasiya edək. Hələ ki, İraqda çox sayda azərbaycanlı uşaq var. Bu gün onların əsas problemi sənədlərlə və vəsiqələrinin olmaması ilə bağlıdır. Hazırda onların üzərində iş gedir. Gətirilənlər və gətiriləcək uşaqların sağlam şəkildə ailələrinə verilməsi üçün bütün qurumlar səfərbər olunub".

Qeyd edək ki, Bağdad şəhərinin uşaq evində saxlanılan Azərbaycan Respublikası vətəndaşları olan, İŞİD-ə qoşulan valideynlərini itirmiş azyaşlı uşaqların Azərbaycana gətirilməsi, daha sonra yerləşdirilməsi, səhiyyə xidmətlərinə cəlb edilməsi, sosial və psixoloji realibitasiyası və digər tədbirlərin görülməsi ilə bağlı proseslərin əlaqələndirilməsi üçün müvafiq dövlət orqanlarının iştirakı ilə İşçi Qrup yaradılıb. (milli.az)
Bu qadınların övladları daha ağıllı olurCiddi və sərt anaların övladları daha ağıllı və bacarılqı olur. Dolayısı ilə onların həyatda uğur qazanmaq şansı daha yüksəkdir.

Publika.az xəbər verir ki, ekspertlərin sözlərinə görə, uşağı ideal etmək cəhdlərinə və daim narazı valideynlərə tab gətirmək asan deyil. Amma belə tərbiyədən sonra uşaqlar valideynlərinə çox minnətdar olur.

Sorğu 2004-cü ildən 2010-ci ilədək olan dövrdə aparılıb və 15 000-dən çox 13-14 yaşında uşaq iştirak edib.

Esseks Universitetinin professoru Erik Rasson bu barədə araşdırma aparıb. Araşdırmanın nəticələrində məlum olub ki, güclü anaların bacarıqlı uşaqları yetişir. Və ya əksinə, bacarıqlı insanların anaları çox tələbkar olub. Erik Rasson bildirib ki, bu tədqiqat ali təhsilə münasibəti öyrənib. Valideynlərin əksəriyyəti uşaqdan bunu tələb edir, xüsusilə də analar.

Uşaqlarına böyük ümidlər bəsləyən anaların övladları daha çox özünəinamlı və əzmkardır. Tədqiqatın nəticələri göstərib ki, sərt anaların qızlarının vaxtından əvvəl hamilə qalmaq şansı 4 faiz azdır. Həmçinin sərt anaların uşaqlarının məzun olmaq və yaxşı iş tapmaq ehtimalı daha yüksəkdir. Bu, qeyri-real görünə bilər, amma, tələbkar və ciddi anaların uşaqları daha bacarıqlıdır.

Psixoloq məsələni belə izah edib:

“Bir çox hallarda valideynlərin iradəsi əleyhinə gedərək bizim üçün ən münasib hesab etdiyimiz işlərdə uğur qazanırıq. Amma biz nə qədər çalışsaq da, valideynlərimizin verdiyi istənilən tövsiyələr qəbul etdiyimiz qərarlara təsir edir. Lakin biz hesab edirik ki, hər şeyi özümüz həll edirik".

Uşaqların əksəriyyəti zəhmli anaları düşməni hesab edir. Hərdən elə gəlir ki, onlar uşağın həyatını cəhənnəmə çevirirlər. Amma sonra uşaq böyüyür və buna görə anasına təşəkkür edir. O, anasının onu gücləndirmək üçün etdiyi bütün səylərini anlaya və qiymətləndirə biləcək. Və ehtimal ki, eyni tərbiyə nizamnaməsini növbəti nəslə ötürəcəkdir.
“İraq gözəli” maşınında güllələndi1972-ci ildən sonra ilk dəfə 2015-ci ildə İraqda gözəllik kraliçası seçilən Tara Fares Bağdadda avtomobilində qətlə yetirilib.

Bu barədə ölkənin səhiyyə xidmətinin rəhbəri Ər-Rasaf Kasəm Əbdül Hadi bildirib: “Tara Faresin cəsədi şeyx Zeyd xəstəxanasına gətirilib. Onun üzərində 3 güllə yarası olub: ikisi başından, üçüncüsü sinəsindən”.

İraqın Daxili İşlər Nazirliyindən 30 yaşlı modelin ölümü ilə bağlı tədqiqatlara başlanıldığı bildirilib.

Qeyd edək ki, 2015-ci ildə “İraq gözəli” seçilmiş Tara bir müddət Avropada olduqdan sonra yenidən ölkəsinə qayıdıb. O, sosial şəbəkələrdə açıq-saçıq fotoları ilə də məşhurdur. (qafqazinfo.az)
Azərbaycanda iyrənc cinayət: Ata azyaşlı qızını zorladı, övladı dünyaya gəldi – TəfərrüatYetkinlik yaşına çatmayan qızını zorladığına görə həbs edilən ata cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.

“Ölkə.Az”ın məlumatına görə, atanın iyrənc əməlindən 1 övlad da dünyaya gəlib.

Xatırladaq ki, 2016-cı ilin iyun ayında Gəncə Ağır Cinayətlər Məhkəməsində zorlama cinayətində təqsirli bilinən Samux rayon sakini, 1972-ci il təvəllüdlü Aydın Nadirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qoca anasına baş çəkmək adı ilə qızını yarmcıq tikilidə zorladı

Aydın Nadirov 1998-ci ildə anadan olmuş qızı S.Nadirovanı zorlamaq qərarına gəlib. O, istintaqa məlum olmayan günlərin birində, axşam saat 22 radələrində, sərxoş vəziyyətdə qızını zorlamaq məqsədilə aldadaraq, anasına baş çəkmək bəhanəsi ilə yaşadıqları Samux rayonunun Lək Kəndində T. H. ova məxsus fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş və dörd bir tərəfi metal torla çəpərlənmiş torpaq sahəsinə aparıb.

A.Nadirov həmin ərazidə qızının qollarından tutaraq burub yerə yıxıb və köməksiz vəziyyətdə olan qızı ilə cinsi əlaqədə olaraq, onu zorlayıb.

Ata qızı ilə öz arvadının gözü qarşısnda 10-12 dəfə cinsi əlaqədə olub

A.Nadirov öz cinayətkar hərəkətlərini davam etdirirək mütamadi olaraq istintaqa məlum olmayan tarixlərdə yaşadıqları Samux rayonu Lək kəndində yerləşən evində S. Nadirovaya fiziki zor tətbiq edərək öldürəcəyi hədəsi ilə sonuncunun anası B. Nadirovanın gözləri qarşısında onunla təxminən 10-12 dəfə cinsi əlaqədə olub.

Sonuncu dəfə isə 2015-ci ilin dekabrın 25-də, gecə saat 1 radələrində sərxoş vəziyyətdə S. Nadirovanı döyüb və sonra anasının gözləri qarşısında onunla cinsi əlaqədə olub.

Qızını qısqanan ata…

Bundan başqa A. Nadirov dekabrın 24-də saat 15 radələrində, sərxoş vəziyyətdə yaşadığı Samux rayonu, Lək kəndində yerləşən evində qısqanclıq zəminində S. Nadirovaya sillə, yumruq vuraraq xəsarətlər yetirib.

Manyak atanın ittiham olunduğu maddələr…

Bununla da təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 132-ci (döymə), 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama), 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama)149.2.5-ci (təkrar zorlama) maddələri ilə ittiham edilib.

“Qızımı sərxoş olub zorlamışam”

Məhkəmədə ifadə verən Aydın Nadirov də törətdiyi cinayət əməlini etiraf edib, əməlindən peşman olduğunu bildirib. O, törətdiyi cinayət əməlini sərxoşluğu ilə əlaqədar törətdiyini göstərib. O, daha sonra qeyd edib ki, öldürmə hədəsi ilə cinayət törətməyib.

Manyakın ailəsi və doğma qızından bir oğul övladı…

Cinayətdə ittiham olunan Aydın Nadirov üç uşaq atasıdır. Onun həyat yoldaşı ilə olan nikahdan 1 qızı, 2 oğlu var. Həbsdə olduğu müddətdə onun ailəsində bir nəfər də artıb. Belə ki, zorladığı doğma qızı öz atasından bir oğul dünyaya gətirib. Cinayətdə ittiham olunanın ailəsində yalnız həyat yoldaşı əmək qabiliyyəti var, o da heç bir yerdə işləmir.

Manyak atanın cəzası…

Məhkəmə hesab edib ki, A. Nadirovun peşmançılığından və ya cinayəti sərxoş olduğu üçün törədilməsindən söhbət gedə bilməz. Ona görə də məhkəmə kollegiyası hökmdə təqsirləndirilən şəxsin sərxoşluğunu onun cəzasının yüngülləşdirən hal kimi əməlinə heç bir təsir etmədiyi qeyd edilir. Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Zabil Qasımovun sədrlik etdiyi kollegiyada təqsirləndirilən şəxsin barəsində hökm elan edilib. Məhkəmənin hökmü ilə Aydın Nadirov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Manyak ata həmin hökmdən apellyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini xahiş edib. Həbs olmayan cəza ilə cəzasının əvəz edilməsini xahiş edən A. Nadirov qeyd edib ki, ailəyə yeganə pul gətirən təkcə özü olub. O, utanmadan doğma qızından da övladının olduğunu dilə gətirərək onu da dolandırmaq lazım olduğunu bildirib. Onun apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Hakim Ceyhun Əhmədovun sədrlik etdiyi kollegiyada A. Nadirovun cəzasından bir il çıxılıb və barəsində qəti olaraq 9 il müddətinə cəza təyin edilib.

Yeni qanun manyak atanı cəzadan 1 il xilas etdi

Qeyd edək ki, A. Nadirovun cəzasından bir il çıxılmaqla onun apellyasiya şikayəti təmin olunmuş hesab edilmir. Çünki yeni qanunvericiliyə görə, Cinayət Məcəlləsinin 132-ci (döymə) maddəsi cinayət işindən xaric edilib və bu maddənin tərkibində cinayət əməli ləğv edilib. Əlavə edək ki, Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə olan hissəsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 29 uyun 2012-ci il tarixli Qanunun 5-ci maddəsinə əsasən əməlinin cinayət olmaması və cəzalanmalı olmasını aradan qalıdıran yeni qanun qüvvəyə minib. Buna görə də həmin maddə üzrə təqsirləndirilən şəxsin əməlində olan cinayət işinə xitam verilib.
Daha bir ölkədə eynicinsli nikahlara icazə verilibRumıniyada eynicinsli cütlüklərin ailə qurmaq hüququ tanınıb.

Oxu.Az xəbər verir ki, müvaviq qərar Rumıniya Konstutusiya Məhkəməsi tərəfindən verilib.

Qərarda bildirilir ki, eynicinsli cütlüklərin münasibətləri özəl həyata, o cümlədən ailə həyatına aiddir.

Qeyd edək ki, 2000-ci ilədək homoseksual münasibətlər Rumıniyada cinayət sayılırdı.
Erməni diversantdan sensasion iddia: "Azərbaycan həmin əraziləri azad etdi..."Ermənistan xüsusi təyinatlı kəşfiyyat-diversiya dəstəsinin banisi Vova Vartanov Azərbaycan Ordusunun Naxçıvan istiqamətində neytral ərazi üzrə irəlilədiyini açıqlayıb.

Publika.az xəbər verir ki, “İravunk” qəzetinə müsahibəsində erməni kəşfiyyatçı Azərbaycan Ordusunun cəbhədə vəziyyətə nəzarət etdiyini, yavaş-yavaş irəlilədiyini etiraf edib.

- Naxçıvan cəbhəsində baş verənlər cəmiyyət üçün anlaşılmaz olaraq qaldı. İnsanları Naxçıvan cəbhəsinə apardılar, göstərdilər ki, hər şey yaxşıdır. Amma ekspertlər Azərbaycanın irəlilədiyi haqqında danışırlar.

- Naxçıvan cəbhəsinə nümayəndə heyəti aparanda məni dəvət etmədilər. Çünki bilirdilər mən reallığı danışacam. Bəli, vəziyyət həyəcanlıdır, 100 faiz narahatlıq var. Azərbaycan mövqelərini irəli çəkdi, lakin bununla həm də İrəvan-Mehri yolunu nəzarətə götürdülər. Hansı ki, bu yolu havaya pilotsuz təyyarələr qaldırmadan artilleriya ilə vura bilərlər. Yəni Azərbaycan Ordusu erməni qoşunlarının hərəkət etdiyi, silah-sursat daşındığı yolu nəzarətə götürüb. Bütün bunlar narahatlıq yaratmırmı?

- Azərbaycan Ordusu Naxçıvan cəbhəsində təxminən nə qədər ərazini nəzarət altına götürüb?

- Areni kəndini... Lakin mən bunu açıqlayıb narahatlıq yaratmaq istəmirəm. Əgər vəziyyət sakitdirsə, hələ ki problem yoxdur. İndi ara-sıra atəş səsləri eşidilir. Lakin gələcəkdə irihəcmli əməliyyat başlayacaqsa, bu, ciddi problemlər yaradacaq. Çünki Azərbaycan Ordusu Zəngəzura gedən yolları nəzarətə götürüb.

- “Aprel müharibəsi”ndə Azərbaycanın 800 hektar ərazini (əslində 2 min hektar ərazi - red.) azad etdiyi deyilir. Bu fakt sonradan açıqlandı. Mümkündür ki, bir müddət sonra Azərbaycanın Naxçıvan istiqamətində yüzlərlə hektar ərazini azad etdiyi açıqlanacaq?

- Orada nəsə qeyri-müəyyənlik var, biz tam dəqiq bilmirik. Lakin onu dəqiq bilirəm ki, rəqibin mövqelərini məhv etməliyik, əks təqdirdə Naxçıvan istiqamətində erməni ordusunun bütün hərəkəti onun nəzarəti altında qalacaq.

- Naxçıvan cəbhəsində məğlubiyyətimizin səhvi kimdədir?

- Birmənalı olaraq, Müdafiə Nazirliyində. Müdafiə Nazirliyi Azərbaycanın istehkam-mühəndis işlərinə barmaqarası yanaşdı. Nəticəsi də ortadadır.
Azərbaycan Ordusu düşmənin 5 hərbi qulluqçusunu məhv edibQoşunların qarşıdurma xəttindəki son vəziyyəti ehtiyatda olan polkovnik Şair Ramaldanov son günlər cəbhədə baş verənləri şərh edib.

Avrasiya.net-in məlumatına görə, polkovnik bildirib ki, son bir həftə ərzində Azərbaycan Ordusunun bölmələri bütün istiqamətlərdə düşmənin 5 hərbi qulluqçusu məhv edib.

“Bir neçə nəfəri isə ağır yararlanıb. Hazırkı Ermənistan höküməti və erməni əsgərləri baş nazir Nikol Paşinyan və onun populist çıxışlarının əsirinə çevirilib. Həmişəki kimi qarşı tərəf yalnız Ermənistandan olan 3 çağrışçının adını rəsmi olaraq bəyan edib.

Digər 2 nəfər isə Qarabağdan hərbi xidmətə çağrıldığı üçün onların adları gizlədilib. Azərbaycan Ordusunun əsgərləri N.Paşinyan və onun kimi digər cinayətkarların səsləndirdiyi sərsəm bəyanatlara cavab verir və verməyə də davam edəcək.

Bunlar hamısı Azərbaycan Ordusunun gücünü göstərir. Bu, Ordumuzun işğal altında olan torpaqlarımızı azad etməyə hazır olduğunu bir daha sübut edir.

Əminəm ki, bundan sonra N.Paşinyan və onun kimilər nəqədər ki, sərsəm bəyanatlar səsləndirəcək o vaxta qədər də təmas xəttindən erməni əsgərlərinin leşini yığmaqla məşğul olacaqlar”.