Avropalı deputata Azərbaycanda cinayət işi açıldıAzərbaycan Xarici İşlər Nazirliyi (XİN) erməni mətbuatında yayılmış, Avropa Parlamentinin üzvü Eleni Teokarusun cari ilin 27 sentyabr tarixində işğal altında olan Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı açıqlama yayıb.

XİN-dən Avrasiya.ne-ə verilən məlumata görə, Avropa Parlamentinin Kipr Respublikasından olan üzvü Eleni Teokarusun adı ölkəmizin ərazisinə girişi qadağan olunan şəxslər siyahısındadır və ona qarşı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb.

"Ermənistan və erməni lobbisinin təsiri altında fəaliyyət göstərən bu şəxs, Ermənistan hakim dairələrinin işğalçı siyasətinə haqq qazandırmaq və onların təcavüzkar siyasətini təşviq etmək mövqeyini sərgiləyir", - deyə XİN-nin bəyanatında bildirilib.
İlahiyyat İnstitutunda “Gəncliyin fəlsəfəsi” mövzusunda tədbir keçirilibBu gün Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Gəncliyin fəlsəfəsi” mövzusunda seminar keçirib.

İnstitutdan Avrasiya.net-ə verilən məlumata görə, seminarda insitututun rəhbər-müəllim heyəti, tələbələri və ictimaiyyət nümayəndələri iştirak edib.

Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov dövlət-din siyasətin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyini və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun qayğısı ilə əhatə olunduğunu qeyd edib. C.Məmmədov ölkədə mövcud olan sağlam din münasibətlərinin, yüksək mənəvi mühitin qorunub saxlanılmasında institutun üzərinə düşən vəzifələrindən bəhs edərək dövlətin gənclər siyasətinin əsas istiqamətləri, gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı məsələlərinə toxunub. Rektor, gəncliyin cəmiyyətin aparıcı qüvvəsi olduğunu, inkişafın yalnız yüksək elm, təhsil, qabiliyyət və bacarıqla mümkün olduğunu vurğulayıb və gəncləri hər bir sahədə fəal iştiraka səsləyib.

Sonra AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə “Gəncliyin fəlsəfəsi” mövzusunda məruzəsini təqdim edib. Mövzunun əsas məqsədinin gəncliyin hikmətini açmaqdan ibarət olduğunu qeyd edən K.Bünyadzadə bildirib ki, gənclik qurulacaq insan abidəsinin postamentini qiymətləndirən, möhkəmləndirən və üzərində ucaldılacaq abidənin miqyasını təyin edən mərhələdir.
İlahiyyat İnstitutunda “Gəncliyin fəlsəfəsi” mövzusunda tədbir keçirilib
Məruzəçi əsrlər keçməsinə baxmayaraq, tarixdə izi qalan, öz gənc yaşına baxmayaraq müdrikliyi ilə bəşəriyyətə, millətinə nümunə, lider, hətta xilaskar ola bilən gənclərin şəxsiyyətini təhlil edib. Gəncliyin əhəmiyyətli bir tərəfi, hətta ən böyük assosiasiyası cəsarət, hünər olduğunu deyən alim müzakirə zamanı gənc sərkərdələrdən də bəhs edib və onların simasında qılınc və qələmin kamil tandemini göstərməyə çalışıb. K.Bünyadzadə, “Tarixin istənilən kəsiyində dünya mənzərəsinə baxanda ön planda həmişə gəncliyi görmək mümkündür. Yeni ideyalar irəli sürən, cəsarətli addımlar atan, savaşlarda göz qırpmadan canını fəda edən, eyni zamanda, cəmiyyətin sabitliyini kökündən sarsıda bilən hərəkatlar, təşkilatlar yaradan, müstəqil seçim adı ilə fanatizmə qurban gedə bilənlər də məhz gənclərdir”- deyə bütün nüansları açıqlayıb.
İlahiyyat İnstitutunda “Gəncliyin fəlsəfəsi” mövzusunda tədbir keçirilib
Seminar gənclərin maddiyyat və əbədiyyət, qılınc və qələm arasında etdikləri seçim, gənclik və cəmiyyət, gəncliyin fateh ruhu, onun qorxuları, sevgisi, yaradıcılıq axtarışları kimi əlaqəli kontekslərdə müzakirə ilə davam edi
“Tank” ləqəbli kikboksçu Xəyal Əhmədov döyüşə çıxırAzərbaycan Kikboksinq Federasiyasının idmançısı, nüfuzlu beynəlxalq yarışların qalibi, dünya çempionu,”Tank” ləqəbli məşhur kikboksçu Xəyal Əhmədov 2018-ci il 6 oktyabr tarixində Almaniyanın Boxum şəhərində döyüşə çıxacaq.

Xəyal Əhmədov rəqibi Lukas Boçenski qarşı döyüşəcək. Döyüş ruhrconqress adlı yerdə olacaq.

“İnanıram ki, döyüşdən qələbə ilə ayrılacam. Hər döyüşdən nəsə öyrənirəm. Bu dəfə də məni çətin və məsuliyyətli döyüş gözləyir. Arzumdur ki, çox sevdiyim üçrəngli bayrağımızı zirvələrə qaldırım”, - deyə idmançı Avrasiya.net-ə bildirib.

Qeyd edək ki, Xəyal Əhmədov bir sıra beynəlxalq yarışların qalibidir. Əsasən peşəkar sahədə döyüşür.
Elmir Axundov öldü: polis mayoru həbs edildiBir neçə gün əvvəl sosial KİV-də Qazax rayon sakin Elmir Axundovun ölməsi haqda informasiya yayılmışdı. Bildirilirdi ki, Elmir Axundova yerli polis bölməsində ölümünə qədər işgəncə veriblər.

Şəkillərdə mərhumun bədənində çoxsaylı qançırlar görünürdü. İnformasiya sosial şəbəkələrdə geniş ictimai rezonans və müzakirələr doğurmuşdu.

Bir gün sonra Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bu hadisəyə reaksiya verdilər və birgə məlumatla çıxış etdilər.

Məlumatda bildirilirdi ki, sentyabrın 25-də Qazax rayon Müalicə Diaqnostika Mərkəzindən rayon sakini Elmir Axundovun ölmüş vəziyyətdə təcili-tibbi yardım briqadası tərəfindən xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumat əsasında dərhal Rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, E.Axundovun anası sentyabrın 24-də Rayon Prokurorluğuna müraciət edərək oğlunun rayon sakini Kərim Əhmədov tərəfindən döyüldüyünü bildirib. Müraciət əsasında E.Axundovun izahatı alınıb, barəsində məhkəmə-tibbi ekspertizası təyin olunaraq müayinə edilib və döyülmə nəticəsində bədənində xəsarətlər aşkarlanıb.

Eyni zamanda, qeyd edilən tarixdə K.Əhmədov da Rayon Polis Şöbəsinə müraciət edərək E.Axundov tərəfindən döyüldüyünü bildirib. Bununla əlaqədar sentyabrın 25-də E.Axundov izahatının alınması məqsədilə Polis Şöbəsinə dəvət edilib və həmin gün saat 22 radələrində səhhəti pisləşdiyi üçün Təcili-Tibbi Yardım Xidmətinə müraciət olunub, həkim briqadası Rayon Polis Şöbəsinə gələrək E.Axundovu ölmüş vəziyyətdə yerli Diaqnostika Mərkəzinə aparıb.
Elmir Axundov öldü: polis mayoru həbs edildi
Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Cinayət işinin istintaqı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülməklə hər iki qurumun məsul əməkdaşları Qazax rayonuna ezam olunub.

K.Əhmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Bu arada hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org-a məlum olub ki, bu iş üzrə həmçinin, Qazax Rayon Polis Şöbəsinin əməkdaşı-mayor İlham Süleymanov da saxlanılıb.

O, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Efirdə halı pisləşdiyi deyilən Aydın Xırdalanlı: “Məni ələ salmağa çağırmışdılar...”“Verilişə bir neçə meyxanaçı gəlməli idi, lakin gəlib gördüm ki, çoxu gəlməyib. Daha sonra bizə danışmağa imkan vermədilər, dərhal meyxana deməyimizi istədilər. Qafiyələri yazıb qutuya atıblar. Elə bil ki, yarış keçirirlər. Bu, mənə lazım deyil. Üstəlik gördüm ki, qafiyəni Elza Seyidcahan yazıb. Elza müğənnidirsə, getsin müğənniliyin etsin. Meyxana üçün qafiyə yazmasın. Bir meyxanaçı kimi bunu qəbul etmirəm. Onun yazdığı qafiyəyə bir neçə meyxana dedim. Lakin sonra hirsləndiyim üçün verilişi tərk edib, evə gəldim”.

Publika.az xəbər verir ki, bu sözləri “Şou ATV” proqramını yarımçıq təkr edən meyxanaçı Aydın Xırdalanlı verdiyi açıqlamasında deyib. Verilişin aparıcısı Nanə Ağamalıyeva A.Xırdalanlının reklam fasiləsindən sonra efirə çıxmamasını qəfildən halının pisləşməsi ilə izah edib. Məlum olub ki, meyxanaçının verilişdən getməsinin səbəbi başqadır. Aydın Xırdalanlı məsələni belə izah edib:

“Səhhətimdə heç bir problem yoxdur, toylara, məclislərə də gedirəm. ATV kanalı başqa bəhanə tapa bilməyib, verilişi yarımçıq tərk etməyimi səhhətimlə əlaqələndirib. Başqa səbəb tapa bilmirdiniz? Gərək aləmi bir-birinə vurardınız? Deyin görək hansı verilişə çıxım? Normal səviyyəli veriliş var ki? Adamı ələ salırlar... Məni ələ salmağa çağırmışdılar? Odur ki, verilişlərdən imtina etmişəm".

Aydın Xırdalanlı Vüqar Əbdülovun həmkarları Pərviz Bülbüləni və Namiq Qaraçuxurlunu meyxana sənətinə laqeyd yanaşması haqqında bunları deyib:

“Yəqin ki, onlar haqqında mən çıxandan sonra danışmağa başlayıb. Onun özü də musiqili meyxana deyir də. Özü də oxuyur da”.

Qeyd edək ki, Aydın Xırdalanlı qaraciyər sirrozundan əziyyət çəkir.
Paşinyan İlham Əliyevin qarşısında belə əzildi - VideoMDB dövlət başçılarının Düşənbədə keçirilən iclası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın ayaqüstü söhbəti olub.

Avrasiya.net Publika.az-a istinadla xəbər verir ki, MDB dövlət başçıları görüşdən öncə ümumi foto çəkdirib. Bundan sonra Azərbaycan lideri ilə erməni baş nazir videokameralar qarşısında qısa söhbət edib.

Videoda Paşinyanın Azərbaycan lideri qarşısında sıxıldığı aydın görünür. Bu detal Ermənistan mediasının diqqətini xüsusi cəlb edib. Erməni mediası Paşinyanı zəiflikdə və təcrübəsizlikdə günahlandırıb.
Sumqayıtda şok əməliyyat: nazirlik əməkdaşları həbs edildiAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks islahatlar çərçivəsində uğurla icra edilən işlərdən biri kimi son illər sosial müdafiə sisteminin əhatəliliyi və səmərəliliyi daha da artırılmış, sosial siyasətin başlıca istiqamətlərindən biri kimi əhalinin sosial müdafiəsi və təminatı sahələrində idarəetmənin təkmilləşdirilməsində, eləcə də ünvanlılıq və şəffaflığın təmin olunmasında əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin Avrasiya.net-ə daxil olan birgə məlumatında qeyd olunur ki, bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək neqativ amillərə, o cümlədən əhatə etdiyi geniş əhali kateqoriyasına görə sosial-müdafiə sferasının mühüm komponentlərindən olan sosial müavinət və təqaüd sistemində baş verə biləcək sui-istifadə hallarına və vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş digər qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin vəzifəli şəxslərinin yaşa görə müavinətlərin təyini üçün vətəndaşlardan rüşvət tələb etmələri ilə bağlı Baş Prokurorluğa daxil olmuş vətəndaş müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz tədbirlər görülmüşdür.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Fondun Sumqayıt şəhər Şöbəsinin Sosial Yardım və Müavinətlər sektorunun baş məsləhətçisi vəzifəsində işləyən Elnur Quliyevin xidməti otağına baxış keçirilərkən ayrı-ayrı şəxslərin adlarına tərtib edilmiş sosial müavinət kartı və müavinət işləri aşkar edilərək götürülmüşdür.

Aparılmış birgə araşdırmalarla E.Quliyevin xidməti vəzifəsinin icrası ilə əlaqədar yaşa görə müavinətin həcminin daha artıq məbləğdə hesablanaraq verilməsinə görə müavinəti alacaq tərəflə əvvəlcədən aralarında olan razılaşma əsasında vətəndaşın bank kartını bankomata daxil edib kart hesabına köçürülmüş 1800 manat məbləğində birdəfəlik müavinət məbləğinin 600 manatını nağdlaşdırmasına, bununla da rüşvət kimi birbaşa yolla əldə etdiyi həmin pulun 300 manatını özünə götürməklə, qalan hissəsini qabaqcadan aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq işlədiyi sektorun müdiri Vidadi Eyvazova verməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır.

Cinayət işinin istintaqı gedişində toplanmış ilkin sübutlar əsasında Elnur Quliyev və Vidadi Eyvazova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Məhkəmədən Ramin Hacılı ilə bağlı - QərarBu gün Nərimanov rayon Məhkəməsində dövlət sərhədini qanunsuz keçməyə cəhddə təqsirləndirilən Ramin Hacılı barəsində seçilmiş həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Report-un məlumatına görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqdimat təmin edilib, R.Hacılının həbs müddəti daha iki ay artırılıb.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumata əsasən, iyunun 4-də DSX-nin sərhəd qoşunlarının Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Belə ki, həmin tarixdə sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəx­rəddin Azad oğlu saxlanılıb.

İlkin araşdırma zamanı R.Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazi­sinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçirilməsində ona kömək etməsini etiraf edib. F.Qasımov da eyni məzmunlu ifadə verib.

R.Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qaytarmağa çalışmasını bildirib.

DSX İstintaq İdarəsində onun barəsində 29, 318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsinin qərarı ilə R.Hacılı barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra onun həbs müddəti daha 2 ay 15 gün müddətinə uzadılıb.
Arvadını xalası oğlu ilə yataqda çılpaq tutdu, toyu yasa çevirdi - TƏFƏRRÜATSentyabrın 16-da Şamaxı rayonunda baş verən dəhşətli hadisənin müəmmalı tərəfləri hələ də açılmayıb. Bir saatın içərisində bir nəfər ölüb, digəri ölümcül yaralanıb. Bu faciə rayonun Pirbəhli kəndində qeydə alınıb.

Kənd sakini Əmrah İbrahimovun evində xalası oğlu, 27 yaşlı Şirinbala Mövlamov ölü tapılıb, Əmrahın arvadı 36 yaşlı Mixək isə qarnından güllə yarası alıb.

Şamaxı rayon Prokurorluğunda hadisə ilə bağlı araşdırmalar başlanılıb. İşi aparan müstəntiq Sənan İbrahimov bu qənaətə gəlib ki, hadisədə təqsirli bilinən şəxs Əmrahdır.

Ona arvadını xüsusi amansızlıqla öldürməyə cəhd etməyə görə ittiham verilib və Şamaxı rayon Məhkəməsinin qərarı ilə dörd aylıq həbs olunub. Lakin hələ də Şirinbalanın ölümü ilə bağlı istintaq hər hansı nəticəyə gələ bilmədiyi üçün bu fakt üzrə ittiham verilməyib.

İstintaqın gəldiyi qənaətə görə, Ə.İbrahimov arvadının ona Şirinbala ilə xəyanət etdiyini bildikdən sonra tüfənglə onu vurmaq istəyib və silahı ona tərəf doğruldub. Lakin həmin zaman otaqda olan uşaqlar ona analarını vurmaması üçün yalvarıblar. Buna görə Əmrah silahı arvadı Mixəyə verib və ondan özünü öldürməsini tələb edib. Qadın da uşaqlarının gözü qarşısında özünü qarın boşluğundan vurub.

Xəstəxanaya yerləşdirildiyi üçün o həyatda qalıb. Lakin təqsirləndirilən Əmrah İbrahimov bu ittihamı qəbul etməyib və hadisədə heç bir günahı olmadığını bildirib.

Vəkili Vasif İsrafilov müvəkkili ilə görüşdükdən sonra hadisənin detallarını öyrənib və Ə.İbrahimovun azadlığa buraxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə vəsatət verib.

V.İsrafilov qeyd edib ki, hadisə günü Ə.İbrahimov dörd yaşlı oğluna sünnət toyu edib. Toyun qonaqlarından biri də Əmrahın xalası oğlu Şirinbala olub. Əmrahın mərhum bacısı ilə evli olmuş Şirinbala Quba rayonundan toya gəlib və çoxlu içki qəbul edib. Məclisdən sonra da xalaoğlular evdə yeyib-içməyə davam ediblər. Daha sonra hər ikisi sərxoş vəziyyətdə yatıblar.

Əmrah gecə saat 02:00 radələrində oyanıb və arvadının yanında olmadığını görüb. Yan otağa keçən zaman Mixəyin orada Şirinbalanın yanında çılpaq uzandığını görüb. Arvadını gecə ilə qayınanasıgilə aparıb və boşanacağını bildirib. Daha sonra evə qayıdıb, Şirinbala isə sərxoş olduğu üçün baş verənlər zamanı oyanmayıb.

Əmrah səhər təxmən saat 06:00-da mal-qaranı naxıra qoşmaq üçün evdən çıxıb, saat 07:30 radələrində evə qayıdıb və həyətdə olarkən evdən güllə səsi eşidib. Evə qaçarkən uşaqları ağlayaraq onun qabağına çıxıb və Şirinbalanın özünü öldürdüyünü, buna görə də analarının da özünü öldürmək istədiyini deyiblər. Əmrah uşaqlarla birgə otağa girib və görüb ki, Mixək Şirinbalanın meyitinin ayaqlarının yanında əlində tüfənglə dayanıb və özünü öldürəcəyini deyib.

Əmrah tüfəngi ona verməsini və özünü öldürməməsini desə də, Mixək təkid edib. Bu zaman Əmrah tüfəngdən atəş açılarsa, qırma dəyməsin deyə uşaqları otaqdan çölə çıxarıb, həmin vaxt da otaqdan atəş səsi gəlib. Dərhal otağa qayıdan Əmrah Mixəyin yaralı olsa da, sağ olduğunu görüb, polisə və təcili tibbi yardıma məlumat verib. Onun sayəsində Mixək həyatda qalıb.

Həmçinin, tüfəngin necə əldə edilməsi də müəmmalı qalır. Çünki tüfəng ayrı otaqda, patronlar başqa otaqda gizli yerdə saxlanılıb. Qonaq olan Şirinbala isə onların yerini bilməyib. Müdafiə tərəfinin versiyasına görə, Mixək atası evindən Əmrahın evinə gəlib tüfəngi və patronları götürərək Şirinbalanı oyadıb və o, özünü öldürüb. Tərəf hətta Şirinbalanı Mixəyin güllələməsindən də şübhələnir.

Ə.İbrahimovun oğlundan, başqa 12 və 14 yaşlarında iki qızı var. İstintaq onları da dindirib. Vəkil bildirib ki, uşaqların ifadəsi qanuni nümayəndə olmadan qanunsuz olaraq alınıb.

Ə.İbrahimovun barəsində həbs-qətimkan tədbirinin ləğv olunması ilə bağlı vəsatəti Sumqayıt Apellyasiya Məhkəməsi təmin etməyib, o həbsdə qalıb. (qafqazinfo)