“Müsəlləh əsgərəm, mən də bu gündən” - Qubada hərbi vətənpərvərlik turnirinə yekun vurulubQubada “Müsəlləh əsgərəm, mən də bu gündən” adlı məktəblilərin peyntbol üzrə hərbi vətənpərvərlik turnirinə yekun vurulub.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"nin qalibi olan "Müsəlləh əsgərəm, mən də bu gündən" adlı layihə çərçivəsində məktəblilərin peyntbol üzrə turniri çərçivəsində sonuncu tədbir keçirilib.

Tədbirdə çıxış edən layihə rəhbəri, Quba rayonu Talabıqışlaq kənd tam orta məktəbinin müəllimi Ayaz Qədirov layihə barədə məlumat verərək bildirib ki, məqsəd gənclərin hərbi vətənpərvərik ruhunda tərbiyə olunması, hərbin sirlərini şagirdlərə əyləncəli oyunlar vasitəsilə təbliğ etməkdir.
“Müsəlləh əsgərəm, mən də bu gündən” - Qubada hərbi vətənpərvərlik turnirinə yekun vurulub
Layihə rəhbəri qeyd edib ki, bu günə qədər Quba rayonunun 12 kənd məktəbində təhsil alan şagirdlərin iştirakı ilə 3 turnir keçirilb və müvafiq olaraq Qırmızı qəsəbə, Qəçrəş və Dağlı kən məktəblərinin komandaları hərbi bilikərini yarışda uğurla tətbiq edərək qalib adını qazanıblar.

Son turnirdə Quba rayonunun Qımılqışlaq, Hacıqayıb, və Küçeyi kənd məktəblərində təhsil alan məktəblilər mübarizə aparıb. Gərgin və maraqlı keçən yarışda Qımılqışlaq kənd ümumi orta məktəbinin “Vur, komandir!” komandası qalib adını qazanıb.
“Müsəlləh əsgərəm, mən də bu gündən” - Qubada hərbi vətənpərvərlik turnirinə yekun vurulub
Yekunda qalib və mükafatçılar kubok, diplom və medallarla təltif olunub.

Qeyd edək ki, layihə çərçivəsində Quba rayonunun 15 kənd məktəbinin 75 şagirdi iştirak edərək asudə vaxtlarını səmərəli təşkil etmiş, hərbi dərslərdə yiyələndikləri bilik və bacarıqlarını nümayiş etdirmişlər.
“Müsəlləh əsgərəm, mən də bu gündən” - Qubada hərbi vətənpərvərlik turnirinə yekun vurulub
Azərbaycanlı nazir övladları harada çalışırlar – SİYAHIOnların arasında xaricdə işləyənlər də az deyil

Xəbər verdiyimiz kimi, bu günlərdə səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Moskva diyarının mədəniyyət naziri təyin edilib. Xatırladaq ki, Şirəliyeva Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, müxtəlif kütləvi informasiya vasitələrində çalışıb. İngilis və fransız dillərini bilir.

2013-cü ildən Moskva qubernatorunun administrasiyasında çalışıb.

Bu fakt bizə digər nazir övladlarının iş yerləri ilə bağlı arayış hazırlamağı aktual etdi. Nazirlər, komitə sədrləri, vəzifəli məmurlar... onların övladları harada çalışır, hansı sahədə təmsil olunur? “Yeni Müsavat” bununla bağlı arayış hazırlayıb.

Bu ilin aprelində daxili işlər naziri Ramil Usubov indiki baş nazir Novruz Məmmədovun oğluna yüksək vəzifə verib. R.Usubovun əmri ilə bir müddət bundan əvvəl Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin rəisi təyin edilən polis polkovnik-leytenantı İsmayıl Məmmədov Noruz Məmmədovun oğludur. İsmayıl Məmmədov bundan əvvəl Daxili İşlər Nazirliyində (DİN) çalışıb.

2015-ci ildə Səbayel Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Fərhad Eyyubov Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib. F.Eyyubov baş nazirin müavini Yaqub Eyyubovun oğludur.

Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun iki oğlu var. Onun oğlanlarından biri – Orxan Əhmədov prokurorluq sistemində işləyir. Oğlu Fikrət Əhmədov 2014-cü ildən hal-hazıradək Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında həkim uroloq və Urologiya şöbəsinin müdiri vəzifələrində çalışır. Eyni zamanda 2017-ci ilin dekabr ayında ATU-nun xarici tələbələrlə iş üzrə dekanlığında dekan müavini vəzifəsinə təyin olunub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov adını dəyişib. Abu Bəkr Abutalıbov olan mer oğlu İstanbulun Sultanahmet məhəlləsində dəyəri 20 milyon dollara olan otel alıb. O, Türkiyədə vətəndaşlıq statusu alıb, otelin yenilənməsi üçün daha bir neçə milyon xərcləyib. “Ajwa” adı ilə fəaliyyət göstərən oteldə Azərbaycan mətbəxini təklif edən ayrıca restoran da fəaliyyət göstərir. Abu Bəkr Abutalıbov “Ajwa” markası ilə ikinci otelini də Kapadokyada açacaq.

“Yeni Müsavat” yazır ki, İsrafil Abutalıbov adı illərdir ki, mətbuatın gündəmindən düşmür. 2006-cı ildə qəzetlər İsrafil Abutalıbovun öz bahalı avtomobilində İstiqlaliyyət küçəsindəki elit dükanların birinə girərək qəzəbli halda oradan biri 2 min dollar olan qadın paltarı aldığını, həmin paltarla maşınının şüşələrini və təkərlərini silib nümayişkaranə şəkildə cırdığını və zibil qutusuna atdığını yazırdı. Səbəb də o imiş ki, İsrafil bəyin rəfiqəsi o dükandan həmin paltarı almaq istəyib. Amma satıcılar ona paltarı əyninə geyib yoxlamağa icazə verməyib.

Sabiq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun qızı ilə boşanandan sonra İsrafil Abutalıbov uzun müddət Londonda yaşamışdı.

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun oğlu Fariz Məmmədov isə hazırda Bakıdakı 12 saylı Hüquq Məsləhətxanasının müdiri vəzifəsində çalışır. Fariz Məmmədov həm də Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvüdür.

Fariz Məmmədov 1998-2002-ci illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq (bakalavr) ixtisası üzrə təhsil alıb. 2003-2005-ci illərdə Bakı Dövlət Universitetində mülki hüquq üzrə magistr dərəcəsi alıb.

Daha sonra ali təhsilini xaricdə davam etdirib. 2005-ci ildə Sorbonn Universitetində (Fransa) hüquqşünaslıq (magistr) təhsili alıb. O, 12 ildir vəkillik fəaliyyəti ilə məşğuldur.

11 ildir nazir işləyən Elmar Məmmədyarovun 2 oğlu var: Riyad və Emin. Azərbaycanın xarici işlər nazirinin hər iki oğlu hazırda Amerikada ali təhsil alır. Riyad və Emin Məmmədyarovlar ABŞ-ın Nyu-York Universitetinin tələbələridirlər. Onlar da öz istəkləri ilə özlərinə ixtisas seçiblər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin Nərgiz və Nigar adlı iki qızı, iki nəvəsi var. M.Abbaszadənin qızı Nərgiz Birk-Petersen (Abbaszadə) Xəzər Universitetində oxuyanda Tələbə Televiziyasının ingiliscə yayımlanan xəbər proqramında müxbir kimi fəaliyyət göstərib. Sonra hüquq təhsili almaq üçün ABŞ-a gedib. Ali təhsilini tamamladıqdan sonra ABŞ və Rusiyada hüquqşünas işləyib. Ana dili ilə yanaşı, ingilis, rus, Danimarka dillərini də bilir.

Nərgiz xanım 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsinə iddialı olan “Bakı-2020” Olimpiya hərəkatının ictimai əlaqələr departamentinin direktoru vəzifəsini tutub. O, 2012-ci il aprelin 16-da Moskvada 2020-ci il Olimpiya Oyunlarının keçirilməsinə iddiaçı şəhərlərin, o cümlədən Bakının təqdimat mərasimində çıxış edib. Danimarka vətəndaşı Ulrik Birk-Petersenlə ailə həyatı qurmuş Nərgiz xanım hazırda bu ölkənin paytaxtı Kopenhagendə yaşayır. O, Danimarka vətəndaşıdır. Nərgiz Birk-Petersenin iki övladı var.

Azərbaycan maliyyə naziri Samir Şərifovun oğlunun harada çalışması ilə bağlı məlumatlar isə geniş yayılmayıb. Onunla bağlı daha çox dünyada “Anadolu aslanı” kimi tanınan Kanqal (poyraz) it cinsini alması barədə xəbər var. Azərbaycan maliyyə nazirinin oğlu qardaş ölkədə məşhur olan çoban itləri alıb saxlayır. Nazir Şərifovun övladının “Anadolu aslanı” kimi tanınan Kanqal (poyraz) it cinsini alıb saxladığını elə it fermasının sahibi Birol Başyiğit özü təsdiqləyib.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov 2011-2012-ci illərdə Londondakı Cass Business School-da neft və energetika sənayesi ixtisasına yiyələnib. 2009-cu ilin oktyabrından 2011-ci ilin noyabrınadək Azərbaycan Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində işləmiş Arif Rəhimov sonradan DDLAR GROUP adlı özəl şirkətini qurub və hazırda da ona rəhbərlik edir. Arif Rəhimov evlidir və hazırda Londonda yaşayır. Bununla paralel Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış “Baku Grand Prix” şirkətinin də rəhbəridir.

Mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayeva Londonda məşhur “Sotheby s” hərrac evində layihə meneceri vəzifəsində işləyir. O, YARAT müasir incəsənət təşkilatının sərgilər və daimi kolleksiyalar üzrə kurator direktorudur.

Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyevin oğlu Murad Qulubəyli isə hələ ali təhsil alır. Onunla bağlı xəbərlər isə daha çox Novruz bayramı münasibəti ilə imkansız ailələrə yardım etməsi ilə bağlıdır.

Kəmaləddin Heydərovun oğlu Tale Heydərov diaspor fəaliyyəti göstərən “Avropa-Azərbaycan Cəmiyyəti”nin sədri, “Qəbələ” Futbol Klubunun prezidentidir. T.Heydərov hazırda İngiltərədə yaşayır. O, həm də “United Enterprises International” şirkətlər qrupunun İdarə Heyətinin sədridir. Fövqəlnazirin kiçik oğlu Nicat Heydərov həmin “United Enterprises International” şirkətlər qrupunun sədr müavinidir.

Baş nazirin müavini Yaqub Eyyubovun oğlu Emin Eyyubov Azərbaycanın Avropa Şurası yanında diplomatik missiyasına rəhbərlik edir. O, bundan öncə ölkəmizi Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfir və Avropa İttifaqı yanında Nümayəndəliyin başçısı kimi təmsil edib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev Türkiyədə fəaliyyət göstərən “İNDEX” təşkilatına rəhbərlik edir.
19 yaşlı qız ata-anası üçün özünü satışa çıxardı - 1,2 milyon avroyaLondon sakini 19 yaşlı Emi bakirəliyini rekord məbləğə - 1,2 milyon avroya hərraca çıxarıb.

Publika.az xəbər verir ki, bu haqda “Daily Star” nəşri bildirib.

Onun sözlərinə görə, pulun bir hissəsini valideynlərə verəcək, qalanını isə təhsilə və səyahətlərə xərcləyəcək.

“Kişilər qədim vaxtlarından bakirəliyi nəsə müqəddəs hesab edirlər. Onlar yalnız bakirə qızlarla evlənmək istəyirlər, amma mənim üçün bunda xüsusi heç nə yoxdur. Mən öz ailəmə kömək etmək, dünya üzrə səyahət etmək və maliyyə cəhətdən müstəqil olmaq istəyirəm. Düşünürəm ki, bu, mənim həyatımda yeni fəsildir. Siz bilirsiniz, nə qədər qadın özünün maliyyə müstəqiliyyi barədə qorxularla kişilərlə yaşayır”, - Emi deyib.

Emi iddia edir ki, artıq potensial alıcılarla banker və Premyer-Liqanın oyunçusu ilə anlaşmaq üçün görüşüb.
Ramil Usubov polis rəisini işdən çıxardıDaxili işlər naziri Ramil Usubov polis rəisini işdən çıxarıb.

Nazir Ramil Usubov Tərtər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rauf Məcidovun işdən azad edilməsi ilə bağlı əmr imzalayıb.
Məlumatı Unikal.org-a Tərtər Rayon Polis Şöbəsindən təsdiqləyiblər.

Şöbədən bildirilib ki, hazırda rəis vəzifəsini polis polkovniki İlqar Fərəcov icra edir.
Elmar Vəliyevə qarşı sui-qəsdə dəstək verənlər müəyyənləşdiBaş prokuror Zakir Qaralov Gəncə hadisələrinə görə həbs edilənlər barədə danışıb.

Qaynarinfo xəbər verir ki. Z.Qaralov Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsd hadisəsinə və daha sonra şəhərdə iğtişağa cəhdlərə dəstək verən şəxslərin tam olaraq müəyyən edildiyini bildirib.

Baş prokurorun sözlərinə görə, bu günə kimi 77 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlar müvafiq məhkəmələrin qərarları ilə həbs edilib, 11 nəfər haqqında axtarış elan edilib.

O bildirib ki, axtarışda olan 2 nəfər tutularaq ölkəyə gətirilib.

"Bəzi cinayətkarların yerləri müəyyən edilib, onların da ekstradisiyası ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Həmin terror aktının təşkilatçıları və təhrikçiləri istintaq tərəfindən tam müəyyən edilib", - Z.Qaralov vurğulayıb.
Canlı yayım edən Orduxanı ələ saldılar: Holland ona orta barmağını göstərdi - VİDEOAvropada yaşayan siyasi mühacir Orduxan Teymurxan sosial şəbəkədə növbəti dəfə canlı yayım edib.

Azxeber.com xəbər verir ki, o canlı yayım edərkən sürprizlə qarşılaşıb.

Belə ki, Hollandiya küçələrində gəzən Orduxanın canlı yayım etdiyini görə bir nəfər ona yaxınlaşaraq, orta barmağını göstərib.

Maraqlıdır ki, bu hərəkətdən şoka düşən mühacir həmin şəxsə heç bir söz deyə bilməyib.

Bütün günü cəsarətdən, davadan danışan bir şəxsin ona orta barmağını göstərən şəxsə cavab verə bilməməsi birmənalı qarşılanmayıb.

Yayımı izləyən şəxslər Orduxana irad bildirsələr də, o həmin şərhləri silmək və şəxsləri blok etməklə kifayətlənib.

Həmin görüntüləri təqdim edirik:
Beş rayonun azad edilməsi planı işə salınırRusiya prezidenti Vladimir Putinin Bakı səfəri və Azərbaycan prezidenti İlham Əliyevlə apardığı müzakirələr regionun əsas gündəmidir. Səfər və Bakıda müzakirə olunan məsələlərlə bağlı ekspert dairələri müxtəlif versiyalar irəli sürürlər. Rusiyanın “Pravda” nəşrinin səfərlə bağlı yayımladığı məqalə də bu kontekstdə diqqət çəkir.

Publika.az xəbər verir ki, nəşrin “Putinin Bakı səfəri: Qarabağı böldülər?” sərlövhəli məqaləsində Putinin Bakıya Rusiya-Azərbaycan regionlararası forumunda iştirak və cüdo üzrə dünya çempionatının final mərhələsinə baş çəkmək üçün getdiyi, lakin bağlı qapılar arxasında hərbi-texniki əmkdaşlığın, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Dağlıq Qarabağ məsələsinin nizama salınmasının müzakirə edildiyi qeyd olunur.

“Kremldə bu yaxınlarda Bakıya gələn İsrailin müdafiə naziri Aviqdor Libermanın səfəri yaxından izlənilirdi. Liberman Azərbaycana ən müasir hava hücumundan müdafiə sistemlərinin çatdırılacağı sözünü verdi. Bundan başqa, Azərbaycan İsraildən pilotsuz təyyarələri almağa davam edəcək. Təbii ki, Moskva İsrailin təşəbbüslərini qabaqlamağa çalışır. Kreml Cənubi Qafqazın hərbi əməkdaşlıq etdiyi əsas ölkəsinin İsraillə çox da yaxınlaşmasını istəməzdi. Bəs, Rusiya əvəzində Azərbaycana nə təklif edə bilər? Sentyabrın 1-də Soçidə keçirilən görüşdə İlham Əliyev bildirdi ki, “Azərbaycan son 10 ildə Rusiyadan 5 milyard dollar həcmində silah aldı və bu rəqəm artacaq”. İki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələsi o sualı yenidən aktuallaşdırır ki, “Azərbaycan MDB-nin müdafiə ittifaqının – KTMT – tamhüquqlu iştirakçısı olmağa hazırlaşırmı, heç olmasa Rusiya silahını dünya qiymətlərinə yox, daxili bazar qiymətlərinə almaq üçün... Lakin Azərbaycan Qoşulmama Hərəkatının iştirakçısıdır və bu, onun öhdəsinə hər hansı hərbi ittifaqa daxil olmamağı qoyur. Bununla belə, İlham Əliyev güzəştə gedə və KTMT ilə əməkdaşlığa başlaya bilər. Lakin bu güzəştin qarşılığında Putinə saziş təklif edir: Bakı KTMT-yə daxil olur, Rusiya isə işğal altındakı Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun heç olmasa beşinin azad edilməsi üçün Azərbaycan Ordusunun ildırımsürətli hərbi əməliyyatına mane olmur. Putinin bu təklifə reaksiyası hələlik məlum deyil. Mümkündür ki, o, belə bir saziş haqqında düşünmək üçün pauza götürdü. Analitiklər hesab edirlər ki, hər şey Ermənistanın yeni lideri Nikol Paşinyanın özünü aparmasından asılı olacaq. Əgər Paşinyan Ermənistanı Moskvanın orbitindən çıxarmaq və Avropa İttifaqı ilə NATO-ya yaxınlaşmaq kursu götürəcəksə onda Moskva Bakının təklif etdiyi sazişi sevə-sevə qəbul edəcək”, - deyə məqalədə bildirilir.

Nəşr qeyd edir ki, saziş baş tutarsa, erməni hərbi birləşmələrinin işğal edilmiş ərazilərdən çıxarılması Moskva üçün Paşinyanın da siyasi oyundan çıxarılması ilə nəticələnəcək: “Təbii ki, İrəvanın cəbhədə məğlubiyyəti Paşinyanın ölkədən qaçması ilə nəticələnə bilər. Lakin Ermənistanın indiki hakimiyyəti hadisələrin belə inkişafının risklərini anlayır, buna görə də Qərbə tələsmədən addım-addım yaxınlaşır və Rusiya ilə də dostluq münasibətləri saxlamağa çalışır. İrəvanda Putinin Bakı səfəri diqqətlə izlənilirdi. Onlar səhnə arxası danışıqların nəticələri haqqında öyrənməyə cəhd edirlər. Putin Bakı səfərindən sonra MDB dövlət başçılarının iclasında iştirak etmək üçün Düşənbəyə yola düşdü. Gözlənilir ki, Putin orada İlham Əliyevə Paşinyanın görüşünü təşkil etsin, lakin Paşinyan belə görüş üçün ilkin şərt irəli sürür. Digər tərəfdən, Azərbaycan lideri erməni baş nazirlə görüşə cəhd etmir və Paşinyanın Qarabağın danışıqlar masasına əyləşməsi istəyini qəti şəkildə rədd edir”.

Məqalədə regiondakı siyasi situasiyanın mürəkkəb olduğu vurğulanır.

“Azərbaycan KTMT-yə daxil olmur. Sentyabrın 27-də MDB ölkələrinin hava hücumundan müdafiə güclərinin birgə təlimində də iştirak etmir. Hesab etmək olar ki, mürəkkəb geosiyasi oyunda paylar edilib: Qarabağda hələlik status-kvonun kəskin dəyişikliyi gözlənilmir, lakin Bakı Qarabağ ətrafındakı rayonların ilkin mərhələdə beşinin azad edilməsi planını işə salır. Və bu yaxınlarda Azərbaycan və Türkiyə qoşunları hərbi aviasiyanın da daxil olduğu birgə parad keçirdi. Bütün bunlar münaqişə zonasında hərbi addımların yenilənməsi ehtimalını istisna etmir”, - deyə nəşr yazır.
Ronaldo zorlamada ittiham olunurPortuqaliyalı forvard tanınmış futbolçu Kriştiano Ronaldoya qarşı ittiham irəli sürülüb.

Ronaldo amerikalı Ketrin Mayorqu təcavüz etməkdə ittiham olunur.

Almaniyanın nüfuzlu "Spiegel" nəşrinə görə təcavüz hadisəsi 2009-cu ildə ABŞ-da Las-Veqasda baş verib.

Qadın Ronaldonun ona susması üçün 375 min dollar ödədiyini bildirib.

34 yaşlı Mayorqun 9 illik dəhşətli hadisəni ilk dəfə mətbuata danışdığı qeyd edilir.

Məlumata görə məbləğ müqabilində qadın heç kimə ittiham barədə danışmamaq və bütün sübutları məhv etmək haqda razılığa gəlib.

Qeyd edək ki, Mayorqun bu bəyanatından sonra Ronaldonun vəkilləri apelyasiya məhkəməsinə müraciət ediblər.(modern.az)
Bakıda gənc oğlanı girov götürdülər – Anasına zəng edib…Bakı sakini oğlunun girov götürülməsi ilə bağlı polisə müraciət edib.

Avrasiya.net Publika.az-a istinadən xəbər verir ki, Nizami rayon Polis İdarəsinə müraciət edən Gülşən Qəribova Naxçıvanski küçəsində yaşadığını və oğlu, 1989-cu il təvəllüdlü Anarın sentyabrın 22-dən itkin düşdüyünü bildirib.

Qadın şikayət ərizəsində qeyd edib ki, ayın 22-də oğlu Habil və İxtiyar adlı tanışları ilə Gürcüstana getmək adı ilə evdən çıxıb. Lakin o, bir müddət Anardan xəbər ala bilməyib. Nəhayət, sentyabrın 27-də Habil adlı şəxs Gülşən Qəribovaya zəng edərək oğlunu girov saxladıqlarını bildirib. Həmin şəxs Anarın azad edilməsi üçün 5 min manat tələb edib.

Müraciət əsasında polis tərəfindən araşdırmalara başlanılıb.
Həbsdən çıxdı, bacısının ərini baltalayıb öldürdü, meyitin yanında uzandı və… – Azərbaycanda DƏHŞƏTLənkəranda törədilmiş dəhşətli qətllə bağlı bəzi məqamlar aydınlaşıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, Vilvan kəndində bacısının həyat yoldaşı, 1960-cı il təvəllüdlü Sakit Yusubovu amansızlıqla öldürən 48 yaşlı Mahir Əzimov yenicə həbsxanadan çıxıbmış.

Bildirilir ki, M.Əzimov qeyri-sağlam həyat tərzi sürdüyündən atası evi-həyəti qızına və kürəkəninə bağışlayıbmış. Bir müddət əvvəl həbsxanadan çıxan Mahir isə həmin həyətdən torpaq sahəsi istəyib və bacısının həyat yoldaşı ilə münaqişə yaradıb. Həm də spirtli içki aludəçisi olan M.Əzimov münaqişə zəminində balta ilə yeznəsinə hücum edib və onun başına zərbələr endirib. Ailə üzvləri müdaxilə etmək istəsə də Mahir qışqıraraq heç kimin yaxın gəlməməsini deyib.

Əks təqdirdə onları da baltalayacağını deyib. Hətta o, Sakiti öldürükdən sonra baltanı əlindən qoymayıb və meyitin yanında uzanaraq dayanıb. Qohum-qonşu, kənd sakinləri cəmləşsə də o, qan içində qalmış Sakitin yanından tərpənməyib və ailə üzvlərinin meyiti götürməsinə imkan verməyib. Nəhayət hadisə yerinə gələn polislər Mahir Əzimovu yaxalayaraq polis şöbəsinə aparıb.

Qeyd edək ki, hadisəni törədən şəxs əvvəllər bir neçə dəfə məhkum edilib. Qətlə yetirilən S.Yusubov isə müsbət xarakterli insan kimi tanınıb.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.