"Həmin gecəni mənimlə..." - Oteldə 21 yaşlı sevgilisinin başını kəsən şəxs - VİDEOAbşeronda oteldə törədilən qətlin təfərrüatı məlum olub.

Avrasiya.net "Report”a istinadən xəbər verir ki, Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki "Oskar" otelində 35 yaşlı Nəriman Əliyev 21 yaşlı sevgilisi, Aysel Orucovanı 11 bıçaq zərbəsi ilə qətlə yetirib.

Araşdırma zamanı N.Əliyevlə A.Orucovanın üç il əvvəl Pirşağada yerləşən klubların birində tanış olduğu və bu zaman ərzində tez-tez görüşdükləri məlum olub.

Təqsirləndirilən şəxs polisə verdiyi ifadəsində hadisəni A.Orucovanın ona yalan danışdığına görə törətdiyini bildirib: "Aysel həmin gecəni mənimlə birgə keçirəcəyinə söz verdi. Ancaq verdiyi sözü tutmadı. Görüşdükdən sona yenidən çalışdığı kluba qayıtmaq istədiyini dedi. Bu zaman əsəbləşdim, digər otağa keçib bıçaq götürdüm və onu bıçaqladım. O, qan içində qıvrılırdı və öldüyünü gördükdən sonra qaçdım"

N.Əliyev qaçsa da, Abşeron rayon Polis idarəsi və Mehdiabad polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.
“İrşad Electronics”in rəhbərinin sirli ölümü... - Qardaşı danışdıSentyabrın 14-də dünyasını dəyişən və intihar etdiyi bildirilən "İrşad Electronics” MMC-nin rəhbəri İrad Hacıyevin ailəsi mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

Mərhumun qardaşı, tanınmış rejissor Əhəd Hacıyev Publika.az-a açıqlamasında bildirib ki, qardaşının intihar etməsi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir: "İndidən ölüm səbəbini dəqiq söyləmək mümkün deyil. Faktla bağlı ekspertiza təyin edilib və ekspertizanın rəyini gözləmək lazımdır. Bizə həkimlərin dediyi ilk o oldu ki, qardaşım ürək tutmasından, yəni ürəyindəki trombdan qəfil vəfat edib. Prokurorluq hər bir ehtimalı araşdırır deyə bu hadisəni intihar kimi qiymətləndirmək doğru deyil”.

Azərbaycan Dövlət Musiqili Teatrının rejissoru olan Ə.Hacıyev bildirib ki, qardaşının hər hansı problem, sıxıntısı olmayıb: "O, neçə il idi ki, anamızı xaricdə müalicə etdirirdi və hadisədən iki gün sonra ora uçmalı idi. Necə ola bilər ki, bu qədər mübarizə aparan, həyata bağlı olan insan intihar etsin. Həm də onun maddi sıxıntısı, problem yox idi. Şirkətin işləri də normal gedirdi. Ailəsi, övladları, hər şeyi qaydasında idi və onun psixologiyasına təsir edə biləcək bir şey baş verməmişdi”.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Hacıyev İrad Ağahüsyn oğlunun ölüm faktı ilə bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Əvvəlcə zorlandığını sonra kəbinli olduğunu dedi – 15 yaşlı Qasımovun müəmmalı cinayəti işiAnası ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşayan şəxsi bıçaqlayan 15 yaşlı gənc məhkəmə önünə çıxarılıb.

Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 2003-cü il təvəllüdlü Əli Qasımovun (ad və soy ad şərtidir) cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

İttihamda yazılır ki, Əli Qasımov atası ilə əlbəyaxa dava edən Qurban Qarayevin kürək nahiyyəsindən bir neçə zərbə endirib. Əlinin valideynləri ayrılıb. Qurban Qarayev onun anası ilə ər-arvad münasibətlərində yaşayırmış. Qurban Qarayev həmin gün Əlinin anasının yaşadığı evə gəlib. Bu zaman Əlinin atası da orada olub. Bu səbəbdən də aralarında mübahisə yaranıb.

Məhkəmədə sərbəst ifadə verən Əli Qasımov əməlini etiraf edib və özünü təqsirli bilib. O, ifadəsində deyib ki, bıçaqladığı şəxs Qurban Qarayev atası ilə mübahisə edib.

Əli onları sakitləşdirmək istəyib, amma sonda qanlı cinayəti törədib: “Həmin vaxt özümdə olmamışam. Qorxdum ki, bir-birlərinə nəsə edərlər. Bıçağı həyətdən yerdən tapdım. Necə vurduğumu bilmirəm”.

Prosesdə zərərçəkmiş Qurban Qarayev yenidən dindirilib. Q.Qarayev deyib ki, həbs edilən Əlinin anası Reyhan Əliyeva (ad və soyad şərtidir) ilə münasibətləri olub.

“Mən də ailəli olub ayrılmışam. Həmin gün Reyhan məni evlərinə çağırdı. Ora gedəndə Əlinin atası ilə rastlaşdım. Onunla sözümüz çəp gəldi. Əlbəyaxa olduq. Qapının ağzından yerə yıxıldıq. Mən Əlinin atasının üstündə idim. Kürəyimdən bıçaqla vurdular” – deyən Qurban Qarayev onu bıçaqlayan şəxsi görmədiyini qeyd edib.

Suallara cavab verən Qurban Qarayev onu bıçaqlayan şəxsi görmədiyini deyir. O, iddia edir ki, Əlinin atası ilə dava edərkən onu arxadan vurublar.

Məhkəmədə Əlinin anası Reyhan Əliyeva da yenidən dindirilib. Reyhan Əliyeva ötən prosesdəki ifadəsində göstərmişdi ki, uşaqlarının atasından ayrıldıqdan sonra Qurban Qarayevlə ər-arvad kimi yaşamağa başlayıblar. Aralarında sadəcə kəbin kəsilib. R.Əliyeva istintaqa ifadəsində hazırda zərərçəkmiş şəxs olan Qurban Qarayev tərəfindən dəfələrlə zorlandığını deyib. Hətta zorlanması barədə Xətai Rayon Prokurorluğuna da şikayət edibmiş.

Bu gün baş tutan prosesdə isə hakim hadisə günü baş verənləri yenidən Reyhan Əliyevadan soruşub. O, deyib ki, oğlu evdə olub. Keçmiş əri ilə Qurban Qarayev dava edəndə oğlu orada olmayıb.

Hakim növbəti dəfə Əlidən cinayəti törədib-törətməməsini soruşub. Əli bir daha bunu təsdiqləyib və Qurban Qarayevi bıçaqladığını deyib.

Daha sonra Əlinin vəkili onunla məsləhətləşmək üçün məhkəmədən vaxt istəyib. Əli vəkili ilə məsləhətləşdikdən sonra fikrini dəyişib və bildirib ki, cinayəti o törətməyib. Əli istintaqda müstəntiqin təzyiqi ilə belə bir ifadə verdiyini deyib. Söyləyib ki, cinayəti etiraf etməyəcəyi halda atası və anasının da həbs ediləcəyi deyilib. Buna görə də cinayəti boynuna alıb.

Prokuror isə yaranmış vəziyyətə etiraz edib. Bildirib ki, Əli istintaqda təzyiqlə üzləşdiyini desə də məhkəmədə sərbəst ifadə verib. Və burada da əməlini etiraf edib. Prokuror təqsirləndirilən şəxsin məhkəmədə yalan ifadə verdiyini deyib. Hakim isə bildirib ki, təqsirləndirilən şəxsin ifadəsini dəyişməsi onun hüququdur.

Məhkəmədə o da məlum olub ki, Reyhan Əliyeva bir zamanlar sevgi münasibətlərində olduğu Qurban Qarayev tərəfindən şantaj edilir, hədələnir. Reyhan Əliyeva da bunu təsdiqləyib. Hakim tərəflərin hər birinə xəbərdarlıq edib ki, yalan ifadə verməyə görə məsuliyyət daşıyırlar.

Daha sonra suallara cavab verən Reyhan Əliyeva tamamilə fərqli ifadə verib. Söyləyib ki, Qurban onların evinə gələndə üzərində bıçaq olub. Məhz bıçaqlama hadisəsində istifadə edilən bıçaq həmin bıçaq imiş. Reyhan Əliyevanın ötən prosesdə isə hadisə zamanı ümumiyyətlə bıçaq görmədiyini dediyi məlum olub.

Əlinin atası da məhkəmədə dindirilib. O, deyib ki, həyətdə Qurbanla dava edəndə onu kimin bıçaqladığını görməyib. Bildirib ki, dava zamanı yerə yıxılıb və buna görə də bıçaqlanmanı görməyib.

Hakim qərara alıb ki, iş üzrə Əlinin bacısı və dava zamanı orada olan qonşu da şahid qismində dindirilsin. Bu səbəbdən də məhkəmə iclası oktyabrın 1-nə təxirə salınıb.

Qeyd edək ki, 15 yaşlı Əli Qasımov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.
İlhamə Qədimova nazir müavini təyin edilibAzərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Hüquq Şöbəsinin müdiri İlhamə Qədimova nazir müavini təyin edilib.

İlhamə Qədimova Bakı şəhərində anadan olub.

1993-2009-cu illərdə Türkiyə Respublikasının Ankara və Mərmərə Universitetlərində hüquqşünas ixtisası üzrə bakalavr, dövlət hüquqi üzrə maqistratura, doktorantura təhsili almış və hüquq elmləri üzrə doktor elmi dərəcəsi alıb.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

2010-2012-ci illərdə Prezident yanında Dövlət Qulluğu Komissiyasında hüquqi təminat şöbəsində baş məslətçi vəzifəsində çalışıb. 2012-ci il 18 dekabr tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin may ayından Kənd Təsərrüfatı Nazirliyinin hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.
Piter Elçinin qardaşını öldürənin cəzası artırıldıBu gün Şirvan Apellyasiya Məhkəməsində kriminal aləmdə “Piter Elçin” ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu öldürməkdə təqsirləndirilən Murad Quluzadənin barəsində olan hökümdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Report-un məlumatına görə, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun apllyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxcardığı qərar dəyişdirlib.

Belə ki, M.Quluzadənin 14 il müddətinə azadlıqdan mərhumetmə cəazsı 1 il artırılaraq 15 ilə qaldırılıb.

Qeyd edək ki, ittiham aktına əsasən, 26 sentyabr 2012-ci il tarixdə Rusiya paytaxtı Moskva şəhərində M.Quluzadənin əmisi oğlu Amil Quliyev öldürülüb. M.Quluzadə əmisi oğlunun ölümündə Lənkəran rayonunun Boladi kənd sakini, 1979-cu il təvəllüdlü Fariz İsmayilovun iştirakı olduğunu güman edib və qisas məqsədilə onu qəsdən öldürmək qərarına gəlib.

F.İsmayılovu izləyən M.Quluzadə onun mağazaya girdiyini görəndən sonra maşınını idarə edən qohumu Xəyal Quluzadəni oradan uzaqlaşdırmaq bəhanəsi ilə mağazaya göndərib. Özü isə avtomaşında gözləyib. O, F.İsmayilov mağazadan çıxaraq maşınına əyləşəndə ona silahla basqın edib, tapança-pulemyotdan fasiləsiz olaraq 24 atəş açıb. F.İsmayılov aldığı xəsarətdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən M.Quluzadəyə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi həmin məcəllənin 120.1-ci maddəsinə tövsif edilib. Məhkəmənin hökmü ilə M.Quluzadə 14 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror apellyasiya protesti verərək, cəzanın ağırlaşdırılmasını istəyib. Həmçinin Murad Quluzadə də cəzasının yüngülləşdirilməsi barədə apellyasiya şikayəti verib.

Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə həm prokurorun protesti, həm də təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan prokuror Ali Məhkəməyə kassasiya protesti ilə müraciət edib. Ali Məhkəmənin qərarına əsasən, prokurorun verdiyi protest təmin edilib. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul olunub.

Qeyd edək ki, qətlə yetirilən F.İsmayılov 4 qardaş olublar. Onların böyük qardaşı kriminal aləmdə nüfuza malik olan “Piter Elçin” ləqəbi ilə tanınan Elçin İsmayılovdur. 4 qardaşdan ikisi qətlə yetirilib.

Qardaşlardan Maarif 2015-ci ilin iyununda Sankt-Peterburqun əsasən azərbaycanlıların nəzarətində olan "Sofiysk" meyvə-tərəvəz bazarında güllələnərək öldürülüb. Bu hadisədən bir il keçməmiş isə F.İsmayılov güllələnib.

Piter Elçindən başqa sağ qalan digər qardaş isə xəstəlikdən əziyyət çəkir və hazırda doğulduğu Lənkəran rayon Boladi kəndində yaşayır.
Rəqsanədən borc qalmaqalına cavab: “Bu işi belə qoymayacam”Müğənni Rəqsanə İsmayılova haqqında bir çox insana pul borclu olması ilə bağlı iddialara cavab verib.

Avrasiya.net axşam.az-a istinadən xəbər verir ki, jurnalist Ülviyyə Alovlu ifaçının onu aldadıb, pulunu ödəmədiyini söyləmişdi. Rəqsanə isə Alovluya hər ay min manat ödədiyini bildirib:

“Ülviyyə Alovlunu şəxsən tanımamışam. Özümə mətbuat katibi axtarırdım. Firuzə Cəlilova bizi tanış etdi və aylıq min manat əmək haqqı ilə razılaşdıq. Amma dediyi qalan sözlərin hamısı yalandır. Guya mənim Firuzə ilə pul üstündə söz-söhbətim olub. İnanmırsınızsa, zəng edin Firuzədən soruşun. Mənim onunla pul üstündə heç bir anlaşılmazlığım olmayıb. Ülviyyə ALovluya 2 ay ardıcıl 1000 manat əmək haqqı ödəmişəm. Amma yenə də gördüyü iş məni qane etmirdi. Çünki elə xəbərlər var idi ki, ona cavab vermək və yerli mediada dərc etdirmək lazım idi. Amma Ülviyyə bu işi görə bilmirdi. Bu səbəbdən üçüncü ay ona 500 manat ödədim və sağollaşdım. İşini görə bilməyən adamla kim çalışar? Gördüyü işləri göstərsin və desin ki, bu işi gördüm, amma pulumu verməyib.

Deyir ki, guya dükanlara, salonlara, maşın salonuna borcum var. Məgər biz gözə görünməzik? Oxuduğum məkan da bilinir, telefon nömrələrim də 24 saat açıqdır. Bizi tapmağa nə var ki? Qızım da Bakıda yaşayır. 7 ildir Nigar adlı işçim var. Bizə zəng edən yoxdur. Rəqsanənin heç kəsə borcu yoxdur. Sən Ülviyyə kimsən ki, mənə görə səni axtarsınlar? Hansı dövrdə yaşayırıq ki, insanları aldadıb iş görəsən və pulunu verməyəsən.

Qanun var, hüquq var. Bu qədər yalan və şərə görə adamı məhkəməyə verərlər. Heyif ki, hazırda bu işlərə ayıracaq vaxtım yoxdur. Amma mən bu işi belə qoymayacağam. Hər şey qanuni yolla öz həllini tapacaq. Heç kəs haqqımda yalan və uydurma fikirlər səsləndirib, özünü gündəmə gətirməsin.

Türkiyədə arajiman isə Hacı Nazim ilə olub. Mən 3 min dollar ödədim, amma mahnını heç götürmədim. Zəng edin bunu da Hacı Nazimdən soruşun”.
Qısqanclıq zəminində 21 yaşlı sevgilisini öldürdü - Bakıda oteldəDünən Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki oteldə 21 yaşlı qızın öldürülməsi hadisəsinin təfərrüatları məlum olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, Ucar rayon sakini olan 21 yaşlı Aysel Orucovanın tanışı, 35 yaşlı Kürdəmir sakini Nəriman Əliyev tərəfindən qətlə yetirilməsi qısqanclıq zəminində baş verib.

Bildirilir ki, əvvəllər məhkum edilmiş N.Əliyevlə Aysel bir müddət əvvəl tanış olub və onların arasında sevgi münasibəti yaranıb. Bu müddətdə cütlük bir neçə dəfə görüşərək cinsi əlaqədə olub. Son olaraq onlar dünən Fatmayıdakı yerdə görüşüblər. Belə ki, Nəriman qeyri-rəsmi münasibətdə olduğu gənc qızı növbəti dəfə otelə gətirib və otaqda olarkən Nərimanla Aysel arasında mübahisə baş verib. N.Əliyev Ayselin başqa şəxslərlə görüşdüyünü öyrəndiyini deyib. Daha sonra mübahisə münaqişəyə çevrilib və Nəriman özü ilə gətirdiyi bıçaqla sevgilisinə çoxsaylı zərbələr endirərək onu öldürüb.

Hadisədən sonra sakitcə oteli tərk edən N.Əliyev daha sonra Xırdalanda polislər tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
İraq türkmanları təhlükədə - Qətliam baş verə bilərİraqın Kərkük şəhərindəki türkmanlar PKK terror qruplaşmasının şəhərə sızmaq cəhdlərindən böyük narahatlıq keçirir. Əhali terror qruplaşmasının türkmanlara qarşı qətliam törətməsindən ehtiyat edir.

Axar.az xəbər verir ki, bu barədə İraq Türkman Cəbhəsinin Kərkük üzrə nümayəndəsi Məhəmməd Saman danışıb.

Kərkükdəki türkmanlar PKK terrorçularının təxminən bir il əvvəl şəhəri tərk edən peşmərgə və asayiş qüvvələrinin keçmiş mənsubları adı altında bölgəyə geri döndüklərini və türkmanları narahat etməyə başladıqlarını bildiriblər.

“PKK terror qruplaşması yenidən Kərkükün müxtəlif bölgələrində yerləşməyə başlayıb. Terrorçular kirayə qalmaq üçün xüsusilə İraq Türkman Cəbhəsi binaları yaxınlığında mənzillər seçirlər”, - Saman bildirib.

Saman eyni zamanda kürd siyasi partiyalarının Bağdadda yeni hökumətə qatılmaq üçün irəli sürdükləri “peşmərgə qüvvələrinin yenidən Kərkükə qayıtması” şərtinin də narahatlıqlarını artırdığını dilə gətirib:

“Peşmərgə və kürd asayiş qüvvələri arasında PKK terror qruplaşması üzvləri də olacaqdır. PKK-nın türkmanlara qarşı qətliam təşkil edə biləcəyindən narahatıq. Yenidən o günləri yaşamaq istəmirik. Kərkükdə təhlükəsizliyin tək mərkəzi Bağdad hökuməti olmalıdır. Silahın dövlətin əlində olmasını istəyirik”.
Avrasiya.net-in xəbəri təsdiqləndi - Bakı İslam Universiteti fəaliyyətini dayandırıbDünən Avrasiya.net xəbər verib ki, Bakı İslam Universiteti fəaliyyətini dayandırıb.

Universitetin birinci kursuna qəbul olunan tələbələr digər universitetlərə köçürüləcək, bu da universitetin bağlanacağı deməkdir.

Bu gün məsələ ilə bağlı Axar.az-a açıqlama verən Dövlət İmtahan Mərkəzinin mətbaut xidmətindən Xanlar Xanlarzadə bildirib ki, artıq üuniversitetin birinci kurslarının digər ali təhsil müəsissələrinə köçürülməsi prosesi davam edir:

“Nazirlər Kabineti tərəfindən DİM-ə müraciət olunub ki, Bakı İslam Universitetinin 1-ci kursuna qəbul olan 139 tələbə digər ali təhsil müəssisələrinin boş qalan yerlərinə yerləşdirilsin. Buna görə də DİM tərəfindən həmin tələbələr dəvət olunub. Hazırda onların digər ali təhsil müəssisələrinin boş qalan ixtisaslarına yerləşdirilməsi prosesi həyata keçirilir".
Orta məktəbin 2-ci sinif şagirdi dərsdə vəfat edib - BakıdaBakı şəhəri, Sabunçu qəsəbəsi 67 saylı orta məktəbin 2 b sinif şagirdi Xəlilov Sabir Adil oğlu dərsdə dünyasını dəyişib.

Avrasiya.net-in əldə etdiyi məlumata görə, hadisə bu gün saat 4-5 radələrində baş verib. Şagirdin tənəffüs zamanı çörəklə sosiska yediyi zaman ürəyi bulanıb və bu müəllimənin diqqətindən yayınmayıb, təcili uşağa ilkin yardım göstəriblər. Lakin heç bir nəticə əldə olunmayıb, çagird elə dərs otağında vəfat edib.

Onun meyidi ailəsinə təhvil verilib.

Sayt məktəblə əlaqə saxlayıb və fakt təsdiqlənib.