"Oğlunun başını kəsən ata" saxta videosunun əsl görüntüləri – VİDEOSosial şəbəkələrdə bir xəbər dolaşır. Xəbərin özü yox, ora əlavə olunan video hər kəsi heyrətə gətirib. Və demək olar ki, bu barədə danışmayan qalmadı. Qeyd olunurdu ki, İraqda Aşura mərasimində ata uşağının başını kəsir. Bu görüntülərə baxıb hər kəs ölkə müsəlmanlarını, xüsusi ilə Aşura mərasiminə gedənləri ən təhqiredici şəkildə söyməyə başladılar. Görünən odur ki, elə əsl məqsəd də bu olub. Amma XXI əsrdə yalan məlumatın ömrü heç 1 gün də çəkmir və aparılan araşdırmalar nəticəsində əsl həqiqət ortaya çıxır.

FaktXəbər olaraq həmin görüntülərin əslini tapmağa çalışdıq və 2 saatlıq bir araşdırma buna kifayət etdi.

İlk öncə onu qeyd edək ki, görüntülər heç də Aşura gününə aid deyil və 2016-cı ilin may ayının 22-də çəkilib. 2016-cı ildə Aşura günü isə oktyabrın 12-nə təsadüf edib. Xəbərdəki ilk saxtakarlıq budur.

Daha sonra bu xəbərin nə zaman və harada yayılmasını araşdırdıqda məlum olur ki, sözügedən görüntülər 18 sentyabr tarixində, yəni Aşuradan 2 gün qabaq yəmənli jurnalist Sami əl-Ğubari tərəfindən paylaşılıb.

Jurnalistin tvitter səhifəsinə baxdıqda isə onun fərari prezident Mənsur Hadinin təbliğatçılarından olduğu görünür. Hansı ki, Yəmən xalqının haqlı tələbindən sonra qırğın törədərək Səduiyyə rejiminə sığınıb. İndi isə yeni Yəməndə hakimiyyətə qayıtmaq üçün hər şeyə hazır olduğunu ortaya qoyub. Bunun üçün də öz xalqının hər gün bombardman edilməsi üçün dəridən-qabıqdan çıxır. Hakimiyyət eşqi ilə 20 milyondan artıq əhalisi olan Yəmənin daha çox blokadada saxlanılması, insanların xəstəlikdən, aclıqdan ölməsi üçün çalışır. Sami əl-Ğubari isə onun təbliğatı ilə, xalqın haqlı tələblərini aşağılamaqla məşğuldur. O qədər saxtakarlıqla məşğuldur ki, 100 minlərlə insanın qatıldığı kütləvi aksiyadan foto paylaşır və fotodakı insanların fotoşopla çoxaldıldığını yazır. Həmin aksiyanın video görüntüləri isə yenə onun saxtakarlığını ortaya qoyur. Eyni ilə "Aşura günü İraqda övladının başını İmam Hüseyn üçün kəsən ata”nın görüntüsü kimi. 6 dəqiqəyə yaxın bir videonu kəsərək, keyfiyyətini aşağı salıb, bununla da iyrənc sifətini ortaya qoyub. Azərbaycanın bəzi KİV-ləri də ona qoşulub. Axı nə çətin işdir bir fotonun, videonun əslini axtarıb tapmaq? Əslində çətin deyil, sadəcə şiə müsəlmanları, onların 14 əsrdir qeyd etdiyi Aşura mərasiminə kölgə salmaq niyyəti var.

Tanınmış İslam alimləri Aşura və digər mərasimlərdə özünə xətər yetirməyi birmənalı şəkildə haram elan ediblər və sözügedən mərasimlərin İslama, Əhli-beytə yaraşar şəkildə keçirilməsini buyurublar. Bədənə əziyyət verilən hər bir işin İslamda bəyənilmədiyini bildiriblər. Alimlərin bu tövsiyyələrinə uyğun şəkildə illərdir Azərbaycanda da zəncirlə, qılıncla özlərinə xəsarət yetirmək yox, Aşura günü qana ehtiyacı olan insanlar üçün məscidlərdə, ibadət ocaqlarında qanvermə aksiyası keçirilir və çox da müsbət qarşılanır.

Kimlərsə bu fətvalardan kənara çıxırsa, alimlərin tövsiyyələrini dinləmirsə, həmin fərdlərin əməlləri İslamla bir çərçivəyə salınmamalıdır. Bu ona bənzəyir ki, orta məktəbdə Riyaziyyat fənnini pis oxuyan uşağa görə, Riyaziyyat fənnini, Pifaqoru, Dekartı, Evklidi söyəsən.

Gələk videonun əslinə.

Yuxarıda da qeyd etdiyimiz kimi video 2016-cı ilə aiddir və İraqda çəkilib. Görüntülərdə yer alanlar isə Kərkükdə yaşayan Qadiriyyə təriqətinin dərvişləridir və icra etdikləri ayin də sırf onlara məxsusdur və İslamla da yaxından-uzaqdan əlaqəsi yoxdur. Onlar bu cür çalğı alətləri ilə məclislər keçirir, oxuyur və ayinlər icra edirlər. Bu ayinlər isə kəsici-deşici alətlərlə özlərinə xəsarət yetirməkdən ibarətdir.

Təqdim etdiyimiz videoda da bu aydın şəkildə görünür. Uşağını yerə uzadaraq başını qılıncla kəsmək kimi bir görüntü sərgiləyirlər. Əgər bizim mediada iddia edildiyi kimi həmin uşağın başını ata kəsirsə, ətrafa qan sıçramalı, yerə qan tökülməli, uşaq qışqırmalıdır. Amma videonun təqdim etdiyimiz keyfiyyətli videosunda belə bir görüntü yoxdur. Videonu keyfiyyətsiz şəkildə yayanların əsl məqsədi də məhz bunu gizlətmək olub.

O qədər saxtakardırlar ki, iyrənc niyyətlərini həyata keçirmək üçün videonun keyfiyyətini aşağı saldıqdan sonra oradakı uşağın oğlan deyil, qız olduğunu da unudublar.
Eldar Əzizov su basan rayonların icra başçılarını ƏRAZİLƏRƏ ÇAĞIRDIBakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən Eldar Əzizov paytaxtın su basan icra hakimiyyətlərinin rəhbərlərini fəsadlar baş verən ərazilərə çağırıb.

Eldar Əzizov Bakı Şəhərinin ən çox su basan Səbail, Nəsimi, Binəqədi rayon icra hakimiyyətlərinin başçıları və təsərrüfat birliklərinin rəhbərlərini yarana biləcək fəsadların qarşısını almaq üçün səfərbər edib. E.Əzizov səhər saatlarından paytaxtın ən çox yağış suları altında qalan küçələrində olub.Fəsadlar aradan qaldırılana qədər adıçəkilən rayonların icra başçıları ərazini tərk etməyiblər.Müəyyən edilib ki, yağış sularının fəsadlar törətməsi kanalizasiya kollektorlarının vaxtında işə düşməməsi səbəbindən baş verib.Buna görə də Eldar Əzizov digər aidiyyatı dövlət qurumlarının rəhbərlərindən yaranan fəsadları aradan qaldırmaq üçün kömək istəyib.Məlumatı Bakı Şəhər İcra Hakimiyyətindən Unikal.org-a təsdiqləyiblər.
Millimizin baş məşqçisinə ŞOK RÜŞVƏT İTTİHAMI - BƏYANATAzərbaycan Güləş Federasiyası (AGF) Elçin Mürşüdov adlı şəxsin yığmanın baş məşqçisi Firdovsi Umudovla bağlı sosial şəbəkələrdə yayılan çıxışı ilə bağlı bəyanat yayıb.

Avrasiya.net xəbər verir ki, AGF-nin bəyanatında adıçəkilən şəxsin baş məşqi barədə dediklərinin yalan olduğu vurğulanıb.

Məlumat üçün bildirək ki, özünü Elçin Mürşüdov kimi təqdim edən şəxsin videoçıxışı yayılıb. O, çıxışında öncə sərbəst güləş üzrə ölkə çempionu olduğunu, daha sonra isə UFC-yə keçdiyini deyib. Bundan sonra qaydasız döyüş üzrə yığmaya cəlb olunmaq üçün sərbəst güləş yığmamızın baş məşqçisi Firdovsi Umudova müraciət etdiyini və bunun üçün ondan 4500 manat tələb olunduğunu açıqlayıb.

Federasiyanın bəyanatına görə, əslində iki dəqiqəlik müsahibədə o qədər bir-birinə zidd, məntiqsiz fikirlər səsləndirib ki, onun iddialarının əsassız olduğunu buradan da anlamaq olardı. Ən azı jurnalistika peşəkarlığına uyğun addım atılmalı və qarşı tərəfin - AGF-nin və ya Firdovsi Umudovun fikirlərini öyrənməliydilər. Bu zaman həqiqət ortaya çıxacaqdı.

AGF bəyan edir ki, belə bir şəxs sərbəst güləşdə ölkə çempionu olmayıb. Məsələnin ən maraqlı tərəfi isə qaydasız döyüşlə məşğul olan birisinin yığmaya düşmək üçün AGF-yə müraciət etməsidir. Sərbəst güləşdə böyük və baş məşqçi kimi böyük uğurlar qazanmış Firdovsi Umudov başqa idman növü ilə məşğul olan bir şəxsi necə milliyə cəlb edə bilər? İstər qaydasız döyüş yığması olsun, istərsə də güləş. Yığmanın çalışdırıcısı üzünü belə görmədiyi şəxsdən 4500 rüşvət istəməkdə ittiham olunur.

Bu şəxsin yalançı (bəlkə də ondan belə danışmaq tələb olunub) olduğunu anlamaq üçün son cümlələrindən birinə diqqət yetirin: "2-3-cü yerlər uğrunda döyüşdə azərbaycanlı idmançını döyüb 2-ci yerə çıxdım".

Özünü dünya 2-cisi adlandıran bu şəxs bilməlidir ki, əksər fərdi idman növlərində çempionluq və 3-cü yer uğrunda görüş keçirilir. İkinci yeri yalnız finalda uduzmaqla tutmaq mümkündür.

"Son vaxtlar AGF və xüsusən Firdovsi Umudov bəzi mətbu orqanlar tərəfindən əsassız ittihamlara məruz qalır. KİV-dən xahiş edirik ki, hər hansı şübhəli məsələ haqqında mövqeyimizi də öyrənin", - deyə bəyanatda qeyd olunub.
Həyat yoldaşından ayrılmaq istəmədi, qayınanasını öldürdü - VideoHəyat yoldaşından ayrılmaq istəməyən oğlan qayınanasının evinə gedərək qətl törədib.

Avrasiya.net-in məlumatına görə, hadisə ötən gün axşam saatlarında Saatlı rayonunda olub. 28 yaşlı rayon sakini Xəyal Həşimov ailə münaqişəsi zəmnində qayınanası, 58 yaşlı Hökumə Alışovaya və həyat yoldaşı 25 yaşlı Gülbikə Həşimovaya bıçaqla xəsarətlər yetirib. Hökumə Alışova aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib, Gülbikə Həşimova isə Saatlı Rayon Mərkəzi Xəstəxanasına, ordan isə əməliyyat olunmaq üçün Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, Həşimovlar ailəsi Bakı şəhərində yaşayırmışlar. Ailədə münaqişə yarandığından rəsmi boşanma ərəfəsində olublar. Qadın Saatlı rayonuna, ata evinə qayıdıb. Ötən gün axşam saatlarında sərxoş vəziyyətdə həmin evə gələn Xəyal Həşimov baş verənlərdən əsəbiləşərək hadisəni törədib. Polis onu axtarır.
Başını kəsdiyi adamlarla şəkil çəkdirən məşhur cəllad ələ keçdi – FotolarSuriyada qanlı cinayətlər törətmiş terror təşkilatı İŞİD-in məşhur cəlladlarından biri Türkiyədə xəstəxanada tutulub.

Avrasiya.net Publika.az-a istinadən xəbər verir ki, Hələb sakini olan və yeniyetmə yaşlarından İŞİD-ə qoşulan Ahmed İsa adlı terrorçu Adana xəstəxanasında müalicə olunarkən saxlanılıb.

Məlum olub ki, Suriyadakı döyüş əməliyyatları vaxtı ağır yaralanan və Kilisdən Türkiyəyə keçən terrorçu burada ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Xəstəxanada müalicə olunduğu müddətdə onun kimliyini dəqiqləşdirmək mümkün olmayıb. Nəhayət Türkiyə hüquq-mühafizə orqanları bir ayağı amputasiya edilmiş şəxsin İŞİD-in məşhur cəlladı olan Ahmed İsa olduğunu müəyyən edib.

İŞİD sıralarında döyüşərkən “Əbu Eyyub” və ya “Azuz Habbuş” kod adlarından istifadə edən terrorçunun xeyli müddət əvvəl Türkiyəyə keçdiyi üzə çıxıb. Onun telefonunda aparılan araşdırma zamanı xeyli başı kəsilmiş, dəmir barmaqlıqlardan asılmış insan fotoları tapılıb. Bəzi fotolarda o, öldürdüyü şəxslərin cəsədləri qarşısında əlində avtomatlı formada görünür.

Artıq A.İsa həbs edilib. Onun başına 100 min dollarlıq mükafat qoyulduğu bildirilir.
Başını kəsdiyi adamlarla şəkil çəkdirən məşhur cəllad ələ keçdi – Fotolar
İran cavab zərbəsinə hazırlaşır - HƏRBÇİLƏR İNTİQAM ANDI İÇDİİran İnqilabının Keşikçiləri təşkilatı dünən Xuzestan vilayətinin Ahvaz şəhərində baş vermiş terror aktı ilə bağlı bəyanat verib.

Publika.az İran mediasına istinadən xəbər verir ki, hərbi təşkilat terror aktını planlaşdıran və yerinə yetirən qüvvələrdən “unudulmaz və ölümcül” intiqam alacaqlarını bildirib.

Bildirilir ki, Ahvazdakı hərbi keçid zamanı törədilmiş partlayışda inqilab keşikçilərinin 12 hərbçisi həlak olub.

İranın ən güclü hərbi təşkilatı olan inqilab keşikçilərinin intiqam andı sosial şəbəkələrdə və ölkə kanallarında geniş işıqlandırılıb.
Atasını öldürdü, meyiti iki gün maşında saxladı, sonra... - DƏHŞƏTLİ HADİSƏTürkiyənin Aksaray şəhərində atasını güllələyərək öldürən şəxs meyiti 2 gün yük maşınında saxlayıb.

Publika.az “Habertürk”ə istinadən xəbər verir ki, 30 yaşlı Aziz Candan atası Ali Candanın onu danlamasını qəbul etməyib. Ata ilə oğlu arasında yaranan mübahisə daha sonra qanlı cinayətlə nəticələnib və Aziz bacısı Rukiyenin gözü qarşısında atasını güllələyərək öldürüb. O, bacısını hədələyərək hadisə barədə heç kimə danışmamasını tapşırıb. Bundan sonra meyiti atasının sürdüyü yük maşınının kuzasına yerləşdirən oğul 2 gün müddətində onu basdırmağa yer tapa bilməyib. Nəhayət 2 gündən sonra cinayətin üstü açılıb.

Qeyd edək ki, hadisə Aziz Candanın xeyli borca girməsinə görə yaranmış mübahisə zəminində baş verib.

Bildirilir ki, hadisə ilə bağlı ilk olaraq Rukiye Candan saxlanılsa da, o sərbəst buraxılıb və qardaşı istintaqa təhvil verilib.
Bakını sel niyə basdı – “Azərsu” açıqladıBu gün Bakını bürüyən sel suları mətbuatda və sosial şəbəkələrdə müzakirə olunan əsas mövzulardan birinə çevrildi. Qısamüddətli leysan xarakterli yağış Bakının mərkəzində yolların su altında qalmasına səbəb oldu.

Yağışın bu cür ciddi fəsadlar yaratmasının səbəbi haqqında Musavat.com-a danışan Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıl bildirib ki, 1 saat ərzində Bakıya aylıq yağıntı normasından daha artıq yağış yağıb: "Qısa müddətdə intensiv və leysan xarakterli yağış bəzi yerlərdə fəsadların yaranmasına səbəb oldu. Bəzi ərazilərdə bizim xətlərimizin bu suları daşımağa gücü çatmadı. Ona görə də biz məcburiyyət qarşısında qalıb Bulvar ərazisindən keçən sənayə kollektorunu açmalı olduq. Bu istiqamətdə iki nöqtədə təxliyə xətlərimiz var. O xətlər vasitəsilə suları dənizə buraxdıq ki, bu sistem suları götürə bilsin. Yəni suyun həcminin həddindən artıq çox olması müəyyən ərazilərdə yığılmalara səbəb oldu. Bununla belə, bizim Bakı Su Kanal İdarəsi, rəhbərləri də daxil olmaqla ərazilərə cəlb olundular. Hazırda da bizim layihə departamentinin əməkdaşları da ərazidə işləyirlər. Fəsadlı yerlərdə suyun yığılmasının səbəblərini araşdırırlar. Həlli yolları ilə bağlı yəqin ki, təkliflər hazırlayacağıq".

A.Cəbrayıl onu da vurğulayıb ki, suyun belə fəsadlar verməsinin səbəbi qısa zamanda yağıntının miqdarının həddindən artıq çox olmasıdır:

"Bakıya aylıq normanın 122 faizi qədər yağıntı düşüb. Sentyabr ayında yağıntının orta göstəricisi 17 mm-dir. Ancaq yarım saat ərazində 21 mm yağıntı düşüb. Yəni aylıq normadan 22 faiz çox. Bizim qurum, Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hazırda bu problemləri aradan qaldırmağa çalışırıq. Ən çox Neftçilər prospektində fəsadlar oldu. Bildiyiniz kimi Bakı amfiteatr formasındadır. Bütün sular axaraq orada toplanır. Bir yerdə istinad divarları uçdu. Bunun özü yağıntının çoxluğundan xəbər verir. Binəqədi şosesində isə ötən il yeni kollektorların qurulması səbəbindən hər hansı problem yaşanmadı".
Bakıda avtobusları su basdı - Sərnişinlər suyun içində qaldı- VİDEO"Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb".

Avrasiya.net xəbər verir ki, bu gün Bakıya yağan yağış küçələrdə nəqliyyatın hərəkətində çətinlik yaradıb. Belə hallardan biri "Baku Bus" avtobuslarında baş verib və yağan yağış suları avtobusun içinə dolub.

Həmin görüntüləri təqdim edirik:
Etimad İsmayılovun qətli ilə bağlı – Yeni xəbərAzərbaycanlı iş adamı Etimad İsmayılovu Türkiyədə Floryadakı ofisində güllələyərək öldürən sabiq polis rəisi Gözəl Dəmirov və Barış adlı sürücüsü ilə bağlı yeni xəbər yayılıb.

Teleqraf.com xəbər verir ki, Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov və sürücüsünün İstanbul Təhlükəsizliik Müdirliyi İctimai Təhlükəsizlik Şöbəsindəki işinin məhkəməyə göndərildiyi məlum olub.

Qeyd edək ki, iş adamı Etimad İsmayılov sentyabrın 19-da başından 2, ürəyindən 1 güllə yarası alaraq dünyasını dəyişib. O, Azərbaycanın keçmiş baş prokuroru və ədliyyə naziri İlyas İsmayılovun oğlu, tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı idi.