Qarabağda erməni əsgər öldürüldüİşğal olunmuş Qarabağda qoşunların təmas xəttində erməni hərbçi öldürülüb.

Bu barədə Oxu.Az “Sputnik-Armeniya”ya istinadla xəbər verir.

Məlumata əsasən, sentyabrın 22-də yerli vaxtla saat 16:00 radələrində işğalçı erməni ordusunda xidmət edən 1998-ci il təvəllüdlü hərbçi Ovsepyan Artsax Mqeroviç ölümcül güllə yarası alıb.
Bakıda ad günündə oğlan qıza görə qardaşını bıçaqlayıb: intim qalmaqal… – TəfərrüatSüpürgəçi xanıma olan sevgisi şadlıq sarayının administratorunu bıçağa əl atma həddinə çatdırıb. Bakıda cavan oğlan öz ad günü qardaşına qarşı ağır cinayət törədib. Bu barədə Sputnik Azərbaycan-a Yasamal rayon hüquq mühafizə orqanlarından məlumat verilib.

Qeyd edək ki, daha əvvəl sentyabrın 18-də axşam saat 18:00 radələrində 1-ci Alatava küçəsində yerləşən evlərin birində qardaşlar arasında qanlı münaqişə baş verib. Münaqişə nəticəsində 1991-ci il təvəllüdlü Həcallı Sərxan Alxan oğlu 1990-ci il təvəllüdlü qardaşı Acalov Qaraxan Alxan oğluna bıçaqla xəsarət yetirib. Sərxan Qaraxanın sinə və qarın nahiyəsinə 3 dəfə bıçaqla zərbə endirib. Zərərçəkmiş hazırda ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindədir. Cinayətdən dərhal sonra Həcallı soyadlı qardaş qaçaraq gizlənib.

Yasamal RPİ-nin 29-cu polis bölməsinin əməkdaşları hələ də şübhəlinin saxlanılması istiqamətində tədbirlər görürlər.

Bu arada bıçaqlanma hadisəsinin təfərrüatları bilinib. İlkin araşdırma zamanı məlum olub ki, həmin gün Sərxanın ad günü olub. Böyük qardaş Qaraxan kiçik qardaşının ad gününü qeyd etmək üçün işdən icazə alıb. Qeyd edək ki, qardaşlar eyni ünvanda yaşayıblar. Qaraxan evə gəldiyi zamanı onu qarşılayan həyat yoldaşından Sərxanın harada olduğunu soruşub. Həyat yoldaşı qapını göstərərək Sərxanın qonağı olduğunu bildirib. Böyük qardaş qapını döyür, lakin cavab gözləmədən qapını açıb və cütlüyü qucaq-qucağa görüb. Qardaşının bu cür davranışı Qaraxanın xoşuna gəlməyib və Sərxanı tənqid edib. O, qardaşına həyat yoldaşının və uşaqlarının olduğu evə yad qızı gətirməyin düzgün olmadığını bildirib.

Bu an dərhal paltarını geyinən Sərxan mətbəxə keçib və qardaşını ora çağıraraq onu bıçaqlayıb. Qardaşına ağır bədən xəsarətləri yetirdikdən sonra Sərxan evə gətirdiyi yad qızı da götürərək naməlum istiqamətdə hərəkət edib. Hazırda hər iki şəxsi polis axtarır və hələlik onlar barədə heç bir məlumat yoxdur. Yasamal rayon İstintaq İdarəsi müəyyənləşdirib ki, Sərxan Binəqədi rayonunda yerləşən “Qızıl Buta” şadlıq sarayında administrator işləyib, onun sentyabrın 18-i evə gətirdiyi qız isə həmin şadlıq sarayında süpürgəçi işləyib.

Bu arada, Binəqədi rayon Prokurorluğu təcavüz haqqında daha bir cinayət işini araşdırır. Bu işin də axtarışda olan Sərxan Həcallı ilə birbaşa əlaqənin ola bilməsi ehtimalı da var. Bu işdə bir çox şeylər üst-üstə düşür və çətin ki, bu təsadüf olsun.

Belə ki, Binəqədi rayonu 5-ci polis bölməsinin ərazisində yerləşən populyar şadlıq saraylarından birinin süpürgəçisi ərizə yazaraq təcavüzün qurbanı olduğunu bildirib. Onun sözlərinə görə, sentyabrın 18-i saat 03:00 radələrində iş yerində onu Sərxan adlı administrator zorlayıb. Bu halda da şübhəli şəxs saxlanılmayıb.

Yəni, əgər biz fərz etsək ki, bu iki hadisə elə eyni Sərxanın işidir, onda belə çıxır ki, o sentyabrın 18-nə əsaslı şəkildə hazırlaşıb. Ad günü olan kimi o güc yolu ilə süpürgəçilərdən biri ilə cinsi əlaqədə olub, daha sonra digər süpürgəçini onlara tort yeməyə getməyə inandıra bilib. Lakin süpürgəçilər və özünü seks nəhəngi hiss edən administratorun cəsarətli fantaziyaları yaxşı heç nə ilə nəticələnməyib.

Bu versiya istintaq tərəfindən istisna edilmir və hazırda onun üzərində iş aparılır.
Bakıda ana 8 yaşlı qızını bu səbəbdən CƏZALANDILRDIBakıda ana 8 yaşlı qızını oğlanlarla oynadığı üçün döyüb. Avrasiya.net BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə "Təmiz Dünya" qadınlara yardım ictimai birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

Onun sözlərinə görə, qadın iki azyaşlı qızı ilə sığınacaqda məskunlaşıb. O, qızını sığınacağın digər sakinləri - 4-5-6 yaşlı oğlan uşaqları ilə oynadığına görə möhkən döyərək cəzalandırıb.

Zeynalova deyir ki, qadına xəbərdarlıq edilib ki, bu hal bir də təkrarlanarsa, polisə müraciət ediləcək: "Hər gün, hər saniyə qadın-kişi bərabərliyi arasında yaranmış çatların dərinləşdiyini hiss edirəm. Qorxuludur... Yaxşı ki, qanunlar var. Sığınacaqda bir qadın bu günlərdə qızını möhkəm döydü. Əgər bu, bir də təkrarlanarsa, ondan şikayət verəcəyimizi dedik. Uşaq olduqca ağıllı və dərrakəlidir. Təhsildə çox bacarıqlıdr. Ana isə bütün günü bu qızı kiçik bacısına dayə kimi baxmağa məcbur edir".
Filologiya üzrə fəlsəfə doktorunun ürəyi dayandı - Dərs zamanıTənqidçi-esseist, filologiya üzrə fəlsəfə doktoru, Yazıçılar Birliyinin üzvü Sabir Bəşirov vəfat edib.

Avrasiya.net BakuPost-a istinadən xəbər verir ki, Sabir Bəşirov çalışdığı Yardımlı rayon Peştəsər kənd orta məktəbində ürək tutmasından 62 yaşında dünyasını dəyişib.

O, ucqar kənddə yaşasa da Azərbaycan ədəbi proseslərinin fəal iştirakçısı olub. Peşəkar tənqidçi kimi tanınıb və ədəbi mühitin istiqamətlənməsində əvəzedilməz rol oynayıb.

Qeyd edək ki, Sabir Bəşirov 15-dən çox kitabın, 100-ə qədər elmi məqalənin, Anar" (1994), "Əlabbas: Sözün köhnə kişisi" (2005), "Sabir Rüstəmхanlı: Sərhədsiz ruhumuzun yolçusu" (2006), "60-cılar nəsrinin etik problemləri" (2006), "Yaradıcılıq şəхsiyyətlə üst-üstə düşəndə..." (2010), "Nizami Cəfərov: Şəхsiyyət və yaradıcılıq fenomeni" (2010), "Nəriman Əbdülrəhmanlı: işıq adamı" (2010), "Xanəli Kərimli: Bir ömrün nağılı" (2011), "Firuz Mustafa: İdrakla hissin vəhdəti" (2012), "Əjdər Ol: nəsrin imkanları" (2014) "Yunus Oğuz: Elmi təfəkkürlə bədii təfəkkürün vəhdəti” (2015) kimi monoqrafiyaların müəllifidir.

1989-cu ildə "Metodist müəllim” və "Qabaqcıl maarif xadimi” adlarını qazanmışdır.
İlyas İsmayılovun oğlunun qətli – milyon dollar və Avstriya silahı…
İstanbulda öldürülən Etimad İsmayılov Nardaranda dəfn olundu; qətli törədən Gözəl Dəmirov istintaqda susur, yoxsa yalan danışır?

Sentyabrın 19-da axşam İstanbulda qətlə yetirilən Etimad İsmayılovun cənazəsi Türkiyədə Florya Yeni Camidə baş tutan vida mərasimindən sonra Bakıya göndərilib. Qeyd edək ki, vida mərasimində İstanbul Polis İdarəsinin rəisi Mustafa Çalışkan, sabiq baş nazir Əhməd Davuoğlu, “Star” qəzetinin rəhbəri Nuh Albayraq və digər tanınmış isimlər qatılıb.

E.İsmayılovun Bakıya yola salınan tabutunun Türkiyə bayrağına sarılması diqqət çəkib ki, bu da ölkə qanunları ilə tənzimlənir. Bildirilir ki, tabutun Türkiyə bayrağına bürünməsi sözügedən ölkənin protokol qaydasına görədir. Türkiyə dövləti önəmli şəxslərin vida mərasimini bu formada keçirir. Yada salaq ki, E. İsmayılov Türkiyədə yaşasa da, atasının rəhbəri olduğu Ədalət Partiyasında sədrin xarici əlaqələr üzrə müavini vəzifəsini tutub.

Sentyabrın 20-də axşam E.İsmayilovun nəşi atasının Bakının Nardarandakı bağ evinə gətirilib. Sentyabrın 21-də səhər isə cənazəsi ata evindən götürülərək Nardaran qəbiristanlığında dəfn olunub. Dəfn mərasiminə ölkənin bir çox tanınmış şəxsləri də qatılıb.

Müəmmalar qalır

E.İsmayılovu qətlə yetirən keçmiş polis rəisi Gözəl Dəmirovun həbs edildikdən sonra polisə hansı ifadə verməsi barədə ziddiyyətli xəbərlər yayılıb. “Yeni Müsavat” ötən sayında qətlin motivi haqda üç versiya haqda yazmışdı. Birinci iddiaya görə, sabiq polis polkovniki E.İsmayılova Belarusda ən yüksək səviyyədə ciddi əlaqələrinin olduğunu deyərək, ondan birgə iş görmək adı altında külli-miqdarda borc pul alıbmış və bu pulu qaytarmırmış. Mərhumun atası da qətldən bir neçə saat sonra bu versiyanı səsləndirib. İlyas İsmayılov qeyd edib ki, oğlunun həyat yoldaşı, jurnalist Sevil Nuriyeva ona zəng vurub və deyib ki, qatil Gözəl Dəmirovun onun oğluna böyük miqdarda borcu olub.

Oğlunun Gözəl Dəmirovla ümumi biznesinin olub-olmadığı ilə bağlı suala cavabında İlyas İsmayılov bildirib ki, Etimad onu öz işlərinə qatmayıb.

İkinci iddia o yöndədir ki, G.Dəmirovun işləri son vaxtlar yaxşı getmirmiş və maddi sıxıntı çəkirmiş. Ona görə də azərbaycanlı iş adamlarına dəstək üçün xahiş edibmiş. Guya E.İsmayılov da bu xahişi geri çevirdiyi üçün mübahisə yaranıb və G.Dəmirov silahını çıxararaq şərikinə üç güllə vurub.

Üçüncü versiyaya görə isə guya mərhumun G.Dəmirova borcu varmış…

İndi elə əsas ziddiyyətli xəbərlər də bu borc məsələsi ilə bağlıdır. Belə ki, dost ölkənin bəzi online mediası qətlin dəyəri 4 milyon dollar olan 2 faizlik səhm paketi üstündə baş verdiyini iddia edir.

“Hürriyet” qəzeti yazır ki, həmin 2 faizlik səhm paketini Dəmirov İsmayılova təhvil verməli olsa da, bu proses ləngiyib. Nəticədə onların arasında konflikt yaranıb. Digər media strukturları isə əksini iddia edir. Yəni E.İsmayılovun 2 faizlik səhm paketini Dəmirova vermədiyi üçün iş qanla bitib. “Sabah” qəzeti isə ortaq şirkətin 2 faizlik səhm paketinin 1 milyon dollar dəyərində olduğunu göstərib. Və yazıb ki, həmin hissələrin təhvil-təslimi üçün tərəflər sentyabrın 19-da günorta saatlarında görüşüblər. Lakin müzakirədən nəticə əldə olunmayıb və onlar mübahisə edərək ayrılıblar. Daha sonra Dəmirov evindən “Glock” markalı tapançasını götürərək geri qayıdıb və Etimad İsmayılovu ofisində güllələyib.(virtualaz.org).

G.Dəmirovun polisə bu iddiaların hansının doğru olduğunu təsdiqlədiyi bilinmir. Amma G.Dəmirovun istintaqı yanıltmaq və ya səhv yola yönəltmək kimi şansı yox. İkinci bir tərəfdən, S.Nuriyeva uzun illərdir ki, Türkiyədə yaşayır və onun bu ölkənin siyasi elitası ilə yaxşı əlaqələri var. Bu səbəbdən də 4 yaşlı oğlu ilə gözüyaşlı qalan xanımı qətlin motivlərinin tam açılmasına nail olacaq.

“Glock” tapançası – “götür və atəş aç”

“Yeni Müsavat” xəbər verir ki, qətldə istifadə edilən tapança “Glock” şirkəti tərəfindən Avstriya ordusu üçün hazırlanır. Döyüş keyfiyyəti və etibarlılığına görə mülki müdafiə silahı kimi geniş şəkildə istifadə olunur. Fərqli seçimlərdə fərqli güllələr üçün istehsal olunur. 9?19 mm Parabellum, .40 S&W, 10 mm Auto, 357 SIG, 45 ACP və 45 GAP.

Tapançanın əsas xüsusiyyəti təhlükəsizlik fitilinin olmamasıdır. Tapançanın əsas hissəsi möhkəm istiyə dözən 200°C plastikdən hazırlanır. Buna görə də Glock 17 yüngüldür və olduğca möhkəmdir. Glock 17 “götür və atəş aç” prinsipi ilə işləyir, ancaq atəş açmaq üçün tətiyi tam basmaq lazımdır. Cəmi 33 hissədən ibarətdir və bir neçə saniyə ərzində sökülüb yığıla bilər.

Dəmirov haqda yeni bilgilər və Etimadı tanıyanlar…

Gözəl Dəmirov haqda da yeni maraqlı məlumatlar var. Modern.az yazır ki, onun atası Böyükkişi Dəmirov uzun illər Sabirabad rayonunda aptek müdiri kimi çalışıb və imkanlı ailə olublar. Sonra evlərini satıb Bakıya köçüblər.

Etimad İsmayılovun ölümü Türkiyədə yaşayan həmyerlilərimizi də üzüb. Axar.az xəbər verir ki, qardaş ölkədə yaşayan azərbaycanlılar E.İsmayılovun ölümü ilə bağlı fikirlərini sosial şəbəkələrdə paylaşıblar.

Sabiq deputat Aqil Səmədbəyli: “İstanbulda Etimad İsmayılovun evindəyik. Dərin bir hüzn var. Dəli-dolu, gerçək bir vətənsevəri itirmək çox ağırdır. Sevil xanım mətin olmağa çalışır. Çox çətindir…”

Professor Toğrul İsmayıl: “Sözün bitdiyi yer. Duyduğum ən acı xəbər. Çox dəyər verdiyim və hər zaman dostluğumuzla qürur duyduğum ”Star” qəzetinin köşə yazarı, həqiqi jurnalist, Azərbaycan və Türkiyə sevdalısı, əziz bacım Sevil Nuriyevanın həyat yoldaşı Etimad bəy ofisində vəhşicəsinə qətlə yetirilib.

Sevil xanıma Allahdan səbir, Etimad bəyə isə rəhmət diləyirəm. Məkanı cənnət olsun, nur içində yatsın, ruhu şad olsun, başımız sağ olsun”.

Professor Aygün Attar: “Qürbətdən cənazə gedir vətənə. Ailəsindən, uşağından doymadan doyunca yaşayamadığı doğma torpağına yol alır Etimad İsmayılov. Yar-yoldaşından, evindən-eşiyindən ayrılaraq çox gənc yaşda tabutla gedir son səfər üçün Azərbaycana. Sözlərin ifadə etməkdə çətinlik çəkdiyi faciənin açdığı yaranı xəfiflətmək üçün əlimizdən heç nə gəlmir. Başın sağ olsun, Sevil, oğluna sarıl, dua edənlərin sözləri eşidiləcək və sənə səbir, mətanət olaraq geri dönəcək”
İlham Əliyev cüdo üzrə dünya çempionatında yarımfinal qarşılaşmasına baxıbSentyabrın 22-də cüdo üzrə Bakıda keçirilən dünya çempionatında Azərbaycan idmançısı Hidayət Heydərov bürünc medal uğrunda mübarizə aparacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri yarımfinal qarşılaşmasına baxıblar.

Yetmiş üç kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov yarımfinalda Yaponiya idmançısı, dünya çempionu Soiçi Haşimotoya məğlub olub. O, bürünc medal uğrunda Monqolustan idmançısı Tsoqtbaatar Tsend-Oçirlə qarşılaşacaq.

Qeyd edək ki, 2013-cü və 2014-cü illərdə yeniyetmələr arasında Avropa çempionu olan Hidayət Heydərov 2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən gənc cüdoçuların dünya çempionatında bürünc medal qazanıb. O, 2017-ci ildə "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub, həmçinin Avropa çempionu adını qazanaraq qitənin "Ən yaxşı gənc cüdoçu”su xüsusi mükafatına da layiq görülüb.
Prezident Tahir Süleymanovu ordenlə təltif etdiAzərbaycan Prezidenti İlham Əliyev Tahir Süleymanovun “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Tahir Süleyman oğlu Süleymanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilir.
“Üzrü günahından betər” olanlar... - Əmrah Fəqanoğlu yazırƏmrah Fəqanoğlu

Hər kəs kimi, mənim də başıma gəlib. Özü də bir yox, bir neçə dəfə. Bəzən özümə “boş ver, bu da keçər”lə təskinlik vermişəm, bəzənsə nə qədər çalışsam da, ovuna bilməmişəm, layiq olduqaları kəlməni üzlərinə deməklə yanaşı, səlahiyyət həddini aşdıqlarına, öz vəzifələrini düzgün icra etmədiklərinə görə layiq olduqları cəzanı almaları üçün böyüklərinə şikayət yazmışam. Başlayım elə yol polislərindən. Təxminən beş ay bundan əvvəl Nizami rayon yol polisinin inspektoru heç bir fakta istinad etmədən məni qayda pozmaqda günahkar bilib, tərtib etdiyi protokola imza atmağıma təhrik etmişdi. Özü də komandiri ilə birlikdə. Bu barədə daxili işlər nazirinin elektron poçtuna onlayn qaydada ümvanladığım şikayət ilkin mərhələdə Bakı şəhər Baş Polis İdarəsinin təhqiqatçısına yönləndirilmişdi, o da məni dəvət edib, izahat aldı, sonda da dedi, arxayın ol, həmin yol polisi cəzalandırılacaq, protokol ləğv ediləcək. Əsas tələbim iddia olunan qayda pozuntusunu törətməyimə dair video, yaxud foto görüntünün təqdim edilməsi idi. Üstündən xeyli vaxt ötdü, həmin təhqiqatçıya zəng edib araşdırmanın nəticəsi ilə maraqlandım. Mənə kobud cavab verib, “o videogörüntülər var” dedi, amma təsvir etməyindən başa düşdüm ki, doğru danışmır. Çünki onun təsvir etdiyi istiqamətdə ümumiyyətlə hərəkət etməmişdim. Bununla belə, razılaşıb, “xahiş edirəm, o görüntü mənə təqdim olunsun” söylədim. Acıqla cavabı bu oldu ki, yaxşı, ünvanınıza göndəriləcək. O “yaxşı”- bu “yaxşı”, həmin gündən nə təhqiqatçıdan soraq gəldi, nə də foto-video görüntü üzə çıxdı. Bununla da şikayətimin uzun sürən hekayəti birdəfəlik qapadılıb tarixə kömüldü. Cəriməni də üstünə dəbbə pulu gəlməsin deyə, banka gedib ödədim... Mənim qənaətimə görə, həm haqsız yerə cərimə ödəməli oldum, həm də sürücülük sənədimə üç bal yazıldı... Şikayətimə baxılmamasına və tələbimin nəticəsiz qalmasına görə isə nə üzrxahlıq edən oldu, nə də özünü günahkar bilən...

O gün də yanacaqdoldurma stansiyasında “Kapital” bankın kartı vasitəsilə ödəniş edəndə bank sistemində yaranan nasazlığa görə kart bağlandı. (Sözügedən bank sistemində belə hallarla şəxsən bir neçə dəfə rastlaşmışdım.) Ertəsi gün səhər saatlarında bankın metronun Həzi Aslanov stansiyası yaxınlığındakı filialına gəldim, 1 saatlıq növbədən sonra əməliyyatçya yaxınlaşanda sistemin dayandığını və bir qədər gözələməymi bildirdi. Yenidən iyirmi dəqiqə də gözlədim, üç manata yaxın ödəniş etməyim müqabilində guya kartı açdı. Guya ona görə deyirəm ki, bankın qarşısındakı bankomat yenə də kartı qəbul etmədi. Filial müdirinə yaxınlaşıb, problemi dedim, həm də vaxtilə kartın bankdan iki surət verildiyini, ikisində də eyni problem yarandığını izah etdim. Sözü bu oldu ki, sabah o biri kartı gətir, növbədənkənar həll olunar. Ertəsi gün ikinci kartla gəldim və yenə də həmin problem. Filial direktoru isə, üzrxahlıq etmək əvəzinə, yenidən uzun-uzadı növbəyə durub, əməliyyatçıya müraciət etməyi məsləhət gördü. Bankda yaranan sistem fəaliyyətsizliyi ilə bağlı itirdiyim vaxta və xidmətin sıfır səviyyəsində olmasına görə üzrxahlıq etmək əvəzinə, məni borclu çıxarmağa mənasız cəhd göstərdi. Təsəvvür edin, bank sistemində yaranan problemə görə kartının kodu bağlanır, banka gəlirsən, səndən üç manata yaxın pul alırlar ki, kartı aktivləşdirdik, onların gözü qarşısında yenə də kartdan pul çıxara bilmirsən və sonda səni borclu çıxarırlar.

İctimai nəqliyyatdan, xüsusən də avtobuslardan istifadə zamanı da tez-tez sürücülərin kobudluğu ilə qarşılaşıram, əslində isə sərnişinlərlə nəzakətli davranmaq onların bir nömrəli vəzifəsidir. Məsələn, bu günlərdə Yasamaldakı ASAN xidmətin qarşısında 18 saylı marşrut üzrə hərəkət edən avtobuslardan birinə minmək istəyirdim, içəri boş ola-ola sürücü qapını açmırdı. Nəhayət, nazlana-nazlana qapını açdı, “niyə bayaqdan açmırdınız?” soruşanda hikkə ilə “siz camaata yaxşılıq yoxdu də, deyirdim arxaya keçsinlər, sonra açım”-deyə minnət qoymağa başladı. Mən isə salonu göstərib, “burada heç bir sıxlıq yox idi” cavabladım, amma sürücü avtobus idarə edəndən daha çox “razborka” edən sifəti alıb, uca səslə qıcıq doğuran sözlər işlətməyə, hədə-qorxu gəlməyə davam elədi. Əvvəldə dediyim kimi, “bu da keçər” düşüncəsi ilə sürücünün intizamsız və kobud davranışından dostumuz Mais Ağayevin qurumuna şikayət etməkdən daşındım... Bilirdim ki, qurum işə qarışandan sonra uzaqbaşı məndən üzr istəyəcək, o da “üzrü günahından betər” formasında. Buna da heç zaman ehtiyac duymamışam.

Marketlərdəki xidmətlər də kimini razı, kimini narazı salır, təbii. “Bizim market”də bir dəfə mühafizəçilər arabada boş su butılkası tapıb, buna görə mənə ödəniş etdirmək istəyirdilər. Üç-dörd cantaraq oğlan yarım lirtrlik boş su butılkasına görə bir hay-həşir salmışdı ki, gəl görəsən. Deyəsən, o suyun qiyməti 20 qəpik idi, ödəyib sakit gedə bilərdim. Amma ödəmədim, indi də orada yarım saatlıq vaxtımın xərclənməsindən qətiyyən təəssüflənmirəm. İçmədiyim suya görə nə üçün pul ödəməli idim, özü də kütlənin arasında yaradılan o boyda həngamədən sonra? Hə, nəhayət, mühafizəçilərindən biri “tədbirli” çıxıb, kamera görüntülərinə baxmağı məsləhət gördü, mən də kinayə ilə gülümsünüb, “əlbəttə,baxın” dedim. Üçü getdi, biri qaldı... Yarım saat keçəndən sonra biri qayıtdı, “müəllim, gedə bilərsiniz, o butılka səbətdə əvvəldən var imiş, sizlik deyil” - dedi. “Bəs mənə vurduğunuz mənəvi ziyana görə kim üzr istəyəcək?” sualıma cavab olaraq, “xətir qalmasın” formasında elə üzrxahlıq elədi ki, etməsəydi, ondan min dəfə yaxşıydı. Lap elə Molla Nəsrəddinin bayaqdan bəri xatırlatdığım məşhur “üzrü günahından betər” lətifəsində olduğu kimi... “Səbət” marketin işçilərinin marketdən iyirmi manatlıq yağ oğurlayanı qovub tutandan sonra necə amansızlıqla şil-küt etdiklərini görəndən sonra isə düşünürəm ki, mən mühafizəçilərdən yaxşı, yəni sağ-salamat qurtulduğuma görə oturub-durub, gündə on dəfə Allahıma şükr etməliyəm. Sağlamlığımı itirəndən sonra nəyimə lazımdı cinayət törədənə nə qədər həbs cəzası kəsirlər, yaxud hakimin “mərhəməti” sayəsində “aç-burax” eləyib, “get yaşa” deyirlər? Gərək həkimlərə ətək-ətək pul tökəsən ki, sağlamlığını bərpa edəsən, hələ o da ya qismət. Ya da ömür boyu sürünə-sürünə yaşamaq məcburiyyəindəsən. Görəsən adamları mühafizə işinə götürən rəhbər bunlara niyə əməlli-başlı təlimat keçmir ki, “ay oğul, vurmaq olmaz, axı qarşındakı daş-qaya parçası deyil, adamdı, əzilər, ölər.” Ən əsası da sən ictimaiyyətə xidmət sahəsində çalışırsan, nəzakətli, mədəni olmaq peşə borcundur, sənin davranışın təmsil etdiyin qurumun birbaşa imicini formalaşdırır. Öz “ayı xidmətinlə” qara piar xidməti göstərmiş olursan axı. İctimaiyyətdə necə qıcıq və ikrah doğurmağın isə ayrı söhbətin mövzusudur. Nə isə... Sözümün canı budur ki, Allah hər birimzi “üzrü günahından betər” olanların əməllərindən qorusun. Həm da çalışıb özümüz özümüzü belələrindən qoruyaq.
Etimad İsmayılova şeir həsr olundu: “Məni dəfn etməyə gələrsən, ANA!”Bir neçə gün əvvəl İstanbulda qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun faciəvi ölümü ictimaiyyətimizdə dərin kədər doğurdu. Mərhumun İlyas İsmayılovun oğlu olması da bu hüznü artıran məqamlardandır.

Sevilən, seçilən insanların ölümünə şeirlər, ağılar həsr etmək Azərbaycan xalqının tarixi matəm ənənələrindəndir. Ölümüylə sevənlərinin qəlbini göynədən eloğlumuzun da əziz xatirəsinə bu cür ağı həsr olunub.

Şeirin müəllifi hüquqşünas Sərdar Əliyevdir. Onun şeirini oxuculara təqdim edirik:


Taleyin hökmündən titrəyən, əsən

Bir cənnət hurisi, ya mələkmisən?

Dayanıb məzarım qarşısında sən

Ağlarsan, sızlarsan hey yana-yana,

Məni dəfn etməyə gələrsən, ANA!

***

Görəndə əksimi məzar daşımda

Min fikir dolaşar o an başında.

Dərd səni sürüklər qoca yaşında

İnanmam, göz yaşın axıb dayana,

Məni dəfn etməyə gələrsən, ANA!

***

Bilirəm, bu ölüm dözülməz dərddir.

Məni belə görmək sənə dəhşətdir.

Bu həyat - fanidir, ölüm - gerçəkdir,

Qısılıb sevdiyim qızla yan-yana,

Məni dəfn etməyə gələrsən, ANA!

(ovqat.com)