“Azərbaycanda daxildə təhlükə mənbələri yoxdur”"Enerji siyasətimizə gəldikdə, bunun təsiri təkcə ölkəmizdə hiss olunmur, Azərbaycanın təşəbbüsü ilə bölgədə, Avrasiya məkanında həyata keçirilən layihələr önəm daşıyır. Biz dənizləri birləşdiririk. Xəzər dənizini neft kəmərləri ilə Qara dənizlə, Aralıq dənizi ilə, Azərbaycanı isə qaz xətti ilə Avropa ilə birləşdiririk. Bu gün həyata keçirilən "Cənub Qaz Dəhlizi” bölgədə ən böyük infrastruktur layihələrindən biridir, ümumi dəyəri 40 milyard dollara bərabərdir. Demək olar ki, bu layihə enerji xəritəsini tamamilə yenidən yaradır”.

Avrasiya.net-in xəbərinə görə, bunu Prezident İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda deyib.

"Əlbəttə ki, Azərbaycan öz coğrafi vəziyyətindən bundan sonra da uğurla istifadə edəcək. Nəqliyyat mərkəzlərindən birinə çevrilməyimiz artıq reallıqdır. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Keçməyə də bilərdi, əgər biz bu coğrafiyaya böyük sərmayə qoymasaydıq, əgər qonşu ölkələrlə çox yaxşı münasibətlərimiz olmasaydı. Əgər onun qonşularla münasibətləri yaxşı deyilsə, ölkə necə tranzit ölkəyə çevrilə bilər, bu, mümkün deyil. Ona görə də xarici siyasətimiz daxili vəziyyətimizin daha da yaxşı olmasına hesablanıb. Xarici siyasətimiz, eyni zamanda, Azərbaycanda təhlükəsizliyin təmin edilməsində də mühüm rol oynayır. Azərbaycanda daxildə təhlükə mənbələri yoxdur. Mən bunu dəfələrlə demişəm. Biz özümüzü mümkün olan risklərdən isə öz siyasətimizlə, o cümlədən uğurlu xarici siyasətimizlə qoruyuruq. Eyni zamanda, dünyada təhlükəsizliyə töhfəmiz də getdikcə artır. Təkcə təhlükəsizliyə yox, biz təhlükəsizliyi böyük dərəcədə şərtləndirən insanlararası, dinlərarası dialoqa da böyük töhfə veririk. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünya miqyasında multikulturalizmin mərkəzlərindən biri kimi tanınır. İlk növbədə, bu siyasət bizə lazımdır. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri çox rahat, bir ailə kimi yaşayırlar. Eyni zamanda, bu siyasət dünyaya lazımdır. Çünki bu gün dinlərarası məsələlər getdikcə narahatlıq doğurur. Toqquşmalar, anlaşılmazlıq, ayrı-seçkilik, ksenofobiya - bütün bunları biz dünyada görürük. Biz öz siyasətimizi ortaya qoyuruq, öz nümunəmizi göstəririk. Bakıda keçirilən bir çox beynəlxalq tədbirlər ən böyük beynəlxalq təşkilatlar, o cümlədən BMT, UNESCO və digər təşkilatlar tərəfindən yüksək qiymətləndirilir”, - dövlət başçısı bildirib.
İmam məsciddə qadınla yaxalandı: “Burada necə namaz qılacağıq?!” – ŞOKTürkiyədə məscid imamının hərəkəti dindar kəsimi özündən çıxarıb.

Minval.info xəbər verir ki, Manisa şəhərində din xadiminin otağında qadınla yaxalanması aranı qarışdırıb. Belə ki, Eyub Ö. adlı imam günorta namazından və dindarların məscidi tərk etməsindən sonra suriyalı qadını yanına gətirib. Bundan xəbər tutan bir neçə nəfər polisə məlumat verib.

Əraziyə xeyli sayda hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. Məscidin qapılarını bağlayan imam 40 dəqiqə boyunca bayıra çıxmayıb.

Polisin tələbindən sonra suriyalı qadın qapını açaraq “çox yorulmuşuq, təmizliklə məşğul idik” deyib. Türkiyə mediası yazır ki, onun ardınca çıxan Eyub Ö. təlaş içində olub. Polis şöbəsinə aparılandan sonra onlardan izahat alınıb və sərbəst buraxılıblar.

Evli və iki uşaq atası olan imamın daha öncə də yardım bəhanəsi ilə bir neçə suriyalı ailəli qadınların evinə getdiyi bildirilir.

Baş verənlərdən sonra camaat namazı zamanı öndə dayanan Eyub Ö.-yə dindarlar sərt reaksiya verib. Nəticədə din xadimi namazı saxlayaraq, məscidi tərk etmək məcburiyyətində qalıb. Narazı inanclılar “bundan sonra burada necə namaz qılacağıq?” deyərək ibadət evinin görüş yerinə çevrildiyini dilə gətirərək qəzəblərini ifadə ediblər.

Hadisə ilə əlaqədar ərazi üzrə Dini İdarə məscid imamını vəzifəsindən müvəqqəti uzaqlaşdırıb və araşdırma aparır.
Putinin snayper atışının SİRRİ ÜZƏ ÇIXDI - Güllə əslində kimə atıldı?Ərdoğan və Putin Soçidə İdliblə bağlı tarixi razılaşmaya imza atdılar, beləliklə, müharibənin qarşısını aldılar. Lakin bu razılaşmadan dərhal sonra Suriyada Rusiyaya məxsus təyyarə vuruldu və 15 rus əsgəri öldü. Təyyarə Əsəd rejimi tərəfindən atılan raketlə vurulmuşdu, lakin Moskva buna görə İsraili ittiham etdi. Çünki Suriyaya hücum edən İsrail təyyarələrinin rus təyyarəsini Əsədin raketinin hədəfinə gətirdiyi deyilir. Rusiya təyyarəsinin vurulmasının da məhz İdlib razılaşmasına mesaj olduğu ehtimal edilir.

Publika.az xəbər verir ki, türkiyəli yazar Taha Dağlı baş verənləri şərh edib.

T.Dağlı bunun Rusiyaya qarşı ikinci hücum olduğuna diqqət çəkib: “Bundan əvvəl də 29 yanvarda keçirilən Soçi görüşü ərəfəsində Rusiya bazasına hücum edildi. Görüşdə Suriya böhranı, xüsusilə İdlib məsələsi müzakirə ediləcək və qərar veriləcəkdi. Həmin vaxt Türkiyə hələ “Zeytun budağı” əməliyyatına başlamamışdı, ABŞ-ın Suriyanın şimalında yaratmaq istədiyi “terror dəhlizi” layihəsi də gündəmdə idi. Soçi görüşündən əvvəl – 31 dekabrda rusların Xmeymim bazasına hücum edildi. 7 təyyarə yararsız hala düşdü, 2 rus əsgəri öldü, 10-u yaralandı. Hücumun vaxtı diqqət çəkirdi və bunun təxribat olduğu məlum idi. Kimlərsə Rusiya bazasını hədəf alaraq, bunu İdlibdəki müxaliflərin üzərinə yıxmaq və prosesi pozmaq istəyirdi. Lakin reallıq fərqli idi və ruslara atılan raket İdlibdən deyil, cənubdan gəlmişdi. Çünki həmin topun hədəf məsafəsi 6 kilometrdir və Lazkiyədən bazanın cənubundakı bölgədən atılmışdı. Bu bölgədəki kəndlərə giriş-çıxış tamamilə rusların əlindədir. Bəs hücumu kim etmişdi? Ortadakı məlumatlar Əsəd rejimindən ayrılmış qrupa işarə edir. Xmeymim bazasına hücum edənlər rejimin içinə yerləşdirilmiş “Ələvilər ordusu” adlı qrup idi. Lakin o da dəqiqdir ki, bu qrup Əsəd rejiminin içindən çıxsalar da, ABŞ tərəfindən idarə olunurlar. Ruslar məsələni araşdırdı və həqiqəti öyrəndilər. Buna görə də Putin “Xmeymim bazasına hücumun arxasında hansı ölkənin olduğunu bilirik” deyə bildirmişdi”.

Türkiyəli yazar qeyd edib ki, bu gün yenə eyni mənzərə yaranıb.

“İdlib böhranı Soçi görüşündə Türkiyə və Rusiyanın səyi nəticəsində həllini tapdı. Ən böyük zərbə ABŞ-ın PKK planına vuruldu. Və bu razılaşmanın əldə olunduğu günün axşamı Xmeymim yaxınlarında Rusiya təyyarəsi vuruldu. Əsəd rejimi İsrail F-16 təyyarəsini vurmaq istəyəndə rus təyyarəsini vurmuşdu. Putin “təyyarəmizi İsrail vurmadı”, - deyə bildirdi və böyük ehtimalla hücumun arxasında hansı ölkənin dayandığını bilir. Buna görə də hadisədən sonra snayperlə atəş açaraq, kimlərəsə mesaj göndərdi”, - deyə T. Dağlı diqqətə çatdırıb.
Ana: Oğlumu qorxutdular ki,  türmədə zorlanacaqsan, o da özünü öldürdü - ŞİKAYƏTGöyçay rayonu, Hacağabəyli kənd sakini Fətəliyeva Firəngiz Qüdrət qızı Avrasiya.net-ə yazaraq oğlu Fətəliyev Anar Tahir oğlunun özünü asıb öldürməsində günahkarların cəzasız qalmalarından şikayətlənib.

Ana yazır ki, oğlunun ölümü ilə bağlı Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə başlamış cinayət işi üzrə Göyçay rayon prokurorluğunda saxtakarlıqla, qanunszuluqla ibtidai istintaq aparılır: "Belə ki, ibtidai istintaqı aparan Göyçay rayon prokurorluğu öz maddi maraqlarına görə oğlum Anarı özünü öldürmə həddinə çatdırmış bir qrup şəxsləri cinayət məsuliyyətindən kənarda saxlamışdılar. Hansı ki, oğlum Fətəliyev Anarın intihar həddinə təqsirləndirilən şəxs Məryəm tək yox, onun qızı Günel, oğlu Rizvan və kürəkəni Zaur Nuriyev əlbir olub çatdıraraq bu cinayəti törədiblər. Adların qeyd etdiyim həmin 4 nəfər şəxs 20 iyul 2018-ci il tarixdə oğlum Anarın evinə basqın edib onu vəhşicəsinə döymüşdülər. Oğlum həmin vaxt ağır xəsarət alsa da Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, Göyçay rayon hüquq mühafzə orqan əməkdaşları ilə əlbir olub cinayət hadisəsinin üstünü ört-basdır etmişdilər. Hətta Göyçay Rayon Polis Şöbəsində oğlumu hədələyib demişdilər ki, səni etdiyin əmələ görə həbs edəcəklər və türmədə zorlayacaqlar. Oğlum Anar vəhşicəsinə döyülüb xəsarət almasına baxmayaraq günahkarların açıq-aşkar müdafiə olunmasından, həbsə atılıb zorlanması ilə hədələnməsindən vahilənib intihar etmişdir".
Ana: Oğlumu qorxutdular ki,  türmədə zorlanacaqsan, o da özünü öldürdü - ŞİKAYƏT
Ana bildirir ki, biz bu cinayət işinin Göyçay rayon prokurorluğunda aparılmasına etiraz edirik: "Mən bir ağbirçək ana kimi mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadaya müraciət edirəm; Oğlum Fətəliyev Anarın özünü öldürmə həddinə çatması ilə bağlı açılmış cinayət işinin Göyçay rayon prokurorluğundan alınaraq ibtidai istintaq edilməsi üçün başqa rayon prokurorluğuna verilməsinə tapşırıq verməyinizi və cinayəti törətmiş digər şəxslərində cinayət məsuliyyətinə cəlb edilməsi barədə qanunu tədbirlər görməyinizi xahiş edirəm".

Yazıda adları hallanan şəxslərin də mövqelərini dərc etməyə hazırıq.
Bakıda qadın türkiyəli biznesmeni aldatdı – 50 MİN MANATLIQ DAVABakıda biznes fəaliyyəti ilə məşğul olan türkiyəli iş adamı üzləşdiyi dələduzluq əməli ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Publika.az xəbər verir ki, Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsinə müraciət edən 1960-cı il təvəllüdlü Axıska İlhan Kamil oğlu bildirib ki, bir müddət əvvəl 1970-ci il təvəllüdlü Məmmədova Sevda İlyas qızı onun işlətdiyi “Zeyko” mebel salonundan mebel alıb. Lakin həmin şəxs mebelin dəyəri olan 50 min manat pulu söz verdiyi vaxtda çatdırmayıb və ödənişi etməkdən boyun qaçırıb.

Türkiyəli biznesmen məsələnin hüquq-mühafizə orqanları tərəfindən həll edilməsini xahiş edib.

Araşdırma aparılır.
Sevil Nuriyevadan əri ilə bağlı paylaşım – FotoTürkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılov haqqında həyat yoldaşı Sevil Nuriyeva İnstaqram hesabında paylaşım edib.

Kult.az xəbər verir ki, tanınmış telejurnalist bu gün dəfn edilən həyat yoldaşına aşağıdakı vida sözlərini ünvanlayıb:

“İgidim, qəhrəmanım. Əbədi dünyada bəxtiyar ol, Canım… Və məni gözlə… İnşallah...”

Qeyd edək ki, azərbaycanlı iş adamı Etimad İsmayılov İstanbuldakı ofisində 19 sentyabrda silahlı hücuma məruz qalıb. Başından 2, sinəsindən 1 güllə yarası alan İsmayılov xəstəxanaya çatıdırlsa da, həyatını xilas etmək mümkün olmayıb. Silahlı hücumu törətdikdən sonra hadisə yerindən qaçan, Azərbaycan DİN-in keçmiş polkovniki, uzun müddətdir Türkiyədə yaşayan və iş adamı olduğu bildirilən Gözəl Damirovun yaxalanması üçün polis əməliyyatlara başlayıb və o, 3 saatdan sonra Beşiktaşda sürücüsü ilə birgə tutulub.

E.İsmayılov bu gün Nardaran qəbiristanlığında torpağa tapşırılıb.
Sevil Nuriyevadan əri ilə bağlı paylaşım – Foto
Rəqsanə ilə jurnalist arasında qalmaqal: “Pulumu vermir, haramı olsun”Jurnalist Ülviyyə Alovlu müğənni Rəqsanə İsmayılova ilə işbirliyinə qalmaqallı şəkildə son qoyub.

Buna səbəb sənətçinin jurnalistin pulunu verməməsi olub. Ülviyyə açıqlamasında bildirb ki, Rəqsanə ilə çalışdıqdan sonra onun bir çox sirrini öyrəndiyini deyib:

“Bütün jurnalist həmkarlarıma, musiqiçilərə, konsert salonlarına, konfrans zallarına və ümumiyyətlə, sənətlə, musiqi ilə bu və ya digər formada əlaqəsi olan hər kəsə müraciət edirəm: pulu öncədən qəpiyinədək almadan Rəqsanə İsmayılova ilə heç bir iş görməsinlər. Bu insan, beş aydır ki, min vəd versə də, görülən işin qonorarını ödəmir.

Əslində bu qadınla ömründə iş görməzdim. Amma onun üçün müraciət edən aparıcı Fira (Firuzə Cəlilova – red.) oldu. Ölkədə daha heç kim onunla işləmirdi. Çünki bütün media ilə məhz pul məsələlərinə görə problem yaşamışdı. Fira o pulu şəxsən özünün ödəyəcəyinə söz verdi. Amma ödəniş günü çatanda Fira da Rəqsanə kimi geri çəkildi. Dedi ki, Rəqsanə ona da atıb.

Hələ bu azmış kimi, mənim Rəqsanənin işlərini gördüyümü öyrənən borc sahibləri də məni narahat etməyə başladı.
Sən demə, bunun illərdir paltar alverçilərindən tutmuş kirayə maşın salonlarına qədər hamıya borcu var imiş. Bunun heç şəxsi maşını da yox imiş. Bu illər ərzində kirayə maşın götürüb sürürmüş. Hələ də birinə 5 min dollar borcu var.
Yazdırdığı mahnılar və Türkiyədə elətdirdiyi aranjimanlara görə bir hörmətli musiqiçiyə 4000 dollar borcu var. Ona borcu qaytarmamaq üçün kimlərəsə zəng elətdirib, hədə-qorxu gəlib ki, o borcu unutdursun.

Haqqımı ona halal etmirəm, haramı olsun”.

Axşam.az
“Aşurada iraqlı atanın oğlunun başını kəsməsi” videosu saxta çıxıb – VideoAzərbaycanda bəzi KİV-lər bir səhnələşdirilmiş video yayımlayaraq, onun Aşura günü ilə əlaqədar həyata keçirildiyini iddia ediblər. Lakin az keçməmiş onun Aşuraya aid olmadığı həm də səhnələşdirilmiş video olduğu ortaya çıxıb.

SalamNews xəbər verir ki, ötən gün Azərbaycanda bəzi KİV-lər bir səhnələşdirilmiş video yayımlayaraq, onun Aşura günü ilə əlaqədar həyata keçirildiyini iddia ediblər.

Yayımlanan xəbərdə iddia edilib ki, bir iraqlı ata Aşura günündə öz kiçik oğlunun başını kəsərək onu İmam Hüseyn (ə) yolunda qurban edib.

Lakin azacıq araşdırmadan sonra videonun 5 ay öncəyə həm də Kərkük dərvişlərinin “ayini”nə aid olduğu ortaya çıxıb.

Belə ki, bu videonun dünyanın bir çox bölgələrində eləcə də Kərkükdə yaşayan Qadiriyyə sufi təriqətinin Rifaiyyə dərvişləri qanadına aid olduğu bəlli olub. Sünni və ya şiə məzhəbindən olmayan bu qrup Kərkükdə adətən də mövlud günlərində müxtəlif çalğı adətləri ilə avazlar və ahənglər oxuyur və bədənə müxtəlif kəsici alətlərlə xəsarət yetirməklə müxtəlif nümayişləri sərgiləyirlər.

Amma “İmam Hüseynə görə başı kəsilən uşağ”ın videosuna gəldikdə isə onun elə ilk baxışda real deyil, səhnələşdirilmiş olduğunu eləcə də şiə əzadarlıq ayini deyil, Qadiriyyə-Rifaiyyə dərvişlərinin ayini olduğu əldə edilir. Məsələn çalğı alətləri, qara deyil ağ geyimlər, kütlənin o cümlədən azyaşlıların orada hazır olması göstərir ki, bu səhnələşdirlmiş və Aşuraya aid olmayan görüntüdür.

Burada daha maraqlı məqam sözügedən videonun Aşuraya, şiələrə nisbət verən tərəfin kimliyidır. Azacıq araşdırmadan sonra məlum oldu ki, 5-6 ay bundan öncəyə aid olan videonu Aşuraya nisbət verən ilk şəxs təkfirçi və məzhəbçi Sam əl-Ğubari adında yəmənli bir “jurnalist”dir. O bu videonu 18 sentyabrda öz twitter səhifəsində paylaşıb və təxribat yaratmaq istəyən digər saytlar da onu dərc ediblər. Səudiyyə Ərəbistanı koalisiyasının Yəməndəki müharibəsini dəstəkləyən Sam əl-Ğubari paylaşdığı əksər yazılarında digər məzhəblərin xüsusilə də haşimiləri, şiələri və sair təhqir və təkfir edir.
Azərbaycanda körpənin ölümünə səbəb olan həkimlər klinikanı bağlayıb qaçdı Abşeron rayon sakini həkim səhlənkarlığının qurbanı olduğunu iddia edir.

Masazır qəsəbəsində yaşayan Cəmilə Məhərrəmova minval.info-ya özəl klinikada başına gələnləri danışıb. Qadın hamiləliyi dövrdə həkim müayinəsi üçün yaxınlıqda yerləşən “Masazır Medical Center” klinikasına müraciət edib. Orada müvafiq qaydada müayinədən keçən C.Məhərrəmovaya səhhətinin yaxşı olduğu deyilib.

“İyul ayının 16-sı özəl klinikada analiz vermişəm. Sonra vəziyyətimin pisləşməsi ilə əlaqədar Respublika Klinik Xəstəxanasına yerləşdirilmişəm. Orada məlum olub ki, “Masazır Medical Center”dəki analizlərin cavabları hamısı yanlışdır. Ardınca isə sözügedən klininkanın lisenziyasının olmadığı ortaya çıxıb və onların fəaliyyət göstərə bilməzlər. Yaxınlarım buna görə “Masazır Medical Center”ə gediblər. Onlara Əsəd adlı səlahiyyətli şəxs deyib ki, “lisenziyanın sizə heç bir aidiyyatı yoxdur, bunun cəriməsi 200 manatdır, verəcəyik, işləyəcəyik”. Həmin səhv analizlərin cavabının yaxşı olduğunu isə həkim laborant Fatma Muradova deyib” – Məhərrəmova söyləyir.

Avqust ayının 1-i körpəsinin tələf olduğunu deyən Cəmilə xanım həmin klinikanın bu hadisədən sonra fəaliyyətini dayandırdığını bildirir.

Məhərəmova ona analizlərin cavablarının müsbət olduğunu dedikləri üçün müalicə almadığını söyləyir.

C.Məhərrəmova baş verənlərlə əlaqədar Abşeron Rayon Prokurorluğuna izahat verib. Amma o, bununla bağlı heç bir irəliləyişin olmadığını deyir. Cəmilə xanım körpəsinin tələf olmasına görə, günahkarların cəzalandırılmasını istəyir.

Qeyd edək ki, həmin klinika barədə internet resurslarında axtarış edən zaman heç nəinki məlumat, xırda şəkil belə əldə edə bilmədik.
Bakıda gənc oğlanın dəniz sahilində qolları doğranmış meyiti tapıdı: Onu kim tanıyır? (FOTO 18+)Sentyabrın 20-si saat 08:00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi dəniz sahilində 30-40 yaşlarında naməlum kişi meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, meyit tapılan zaman qollarında kəsilmiş xəsarətlər aşkar edilib.

Onun xarakterik əlamətləri: boyu 175-santimetr, orta bədən quruluşlu, saçlarının rəngi qaradır və arxaya daranır.

Gözlərinin rəngi qəhvəyidir. Meyit tapılan zaman əynində qara cins şalvar, qara kəmər və üzərində göy, boz və çəhrayı köndələn zolaqlar olan köynək olub.

Şəxsiyyəti məlum olmayan şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə (012) 457-57-02, həmçinin 050-393-22- 22 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.