
Katalon seperatçıları ilə görüşünün həmvətənlərimiz arasında möhkəm əks-sədaya və eyni zamanda AAK ətrafında səs-küylü skandala səbəb olduğu ‘’Avropa Azərbaycanlıları Konqresi’’ nin (AAK) Prezidenti Sahil Qasımov bir daha Azərbaycan xalqının düşüncələrinə hörmətsizlik nümayiş etdirdi. Bir çox azərbaycanlıların cənab Qasımovun Kataloniya səfərinə sosial şəbəkələrdə çox tənqidi və sərt reaksiyasına baxmayaraq, ‘’Avropa Azərbaycanlıları Konqresi’’nin prezidenti bu günlərdə ölkəmizin paytaxtı Bakı şəhərini ziyarət edir. Baxmayaraq ki, bir sıra sosial şəbəkə istifadəçiləri Kataloniyanın hakimiyyət nümayəndələri ilə görüşündən sonra Sahil Qasımovu bir daha Azərbaycana gəlməməyə və Ermənistandakı dostlarının yanına getməyə səsləmişdilər…
Lakin, çox təəssüf ki, bu skandal məsələdən sonra diaspor təşkilatlarımızdakı əksər həmvətənlərimizin gözündə pul yuyulması ilə məşğul olan bayağı struktura və hər cür fitnənin mənbəyinə çevrilən ‘’Avropa Azərbaycanlıları Konqresi’’ ətrafındakı hadisələr vətənpərvərlik yönündə inkişaf etmir. Belə bir məlumat var ki, Sahil Qasımov Bakıda Prezident administrasiyasının və Diasporla iş üzrə Dövlət Komitəsinin bir sıra yüksək rütbəli məmurları ilə görüşlər keçirməyə hazırlaşır.
Əgər bu məlumat həqiqəti əks etdirirsə, İspaniyanın seperatçı regionuna səfər etməklə Azərbaycanın və Azərbaycan xalqının maraqları naminə öz həyatları bahasına vətənimizi müdafiə edən əsgər və zabitlərimizə, Qarabağ müharibəsi veteranlarına hörmətsizlik edən, şəhidlərimizin xatirəsini təhqir edən Sahil Qasımov üçün böyek jest olacaq.
Hələ də bir çox həmvətənlərimiz AAK ətrafındakı hadisələrin başqa yönə çevriləcəyini, xüsusilə də Sahil Qasımovun ‘’Avropa Azərbaycanlıları Konqresi’’ nin prezidenti postundan biabırçı şəkildə qovulacağını gözləyirdilər. Lakin, bütün bunlardan sonra çox məntiqli sual ortaya çıxır: bu qədər səs-küylü skandallardan sonra ‘’Avropa Azərbaycanlıları Konqresi’’ nin prezidenti postunda qalan Sahil Qasımovun arxasında kim dayanır?
Axı öz əməlləri ilə diasporu birləşdirmək yerinə daha da dağıdan bir insanı Avropa ölkələrində diasporumuzun başlıca strukturu olmaq istəyən bir ictimai təşkilatın prezidenti vəzifəsində necə saxlamaq olar? Nə üçün maliyyə fırıldaqçılığı və fitnə-fəsadlarla məşğul olan və seperatçılara aşkar rəğbət bəsləyən Sahil Qasımov diasporumuzun birbaşa işləri ilə məşğul olan yüksək rütbəli məmurlarımız tərəfindən cəzalandırılmadı? Axı heç olmasa Azərbaycanın maraqlarına zidd gedən Sahil Qasımovu xalqın gözü önündə aşkar sözlərlə cəzalandırmaq olardı.
‘’Avropa Azərbaycanlıları Konqresi’’ ətrafındakı bu skandaldan sonra azərbaycan diasporunun hansısa birliyindən danışmaq olarmı? Axı hər kəsə bəllidir ki, Azərbaycan diasporunu məhz Sahil Qasımov kimi adamlar dağıdır, məhz onlar həmvətənlərimizin birləşməsi yolunda maneələr yaradırlar.
Bir sıra Azərbaycan KİV lərindəki məqalələrdən və Facebook sosial şəbəkəsinin Azərbaycan seqmentindəki yazılardan belə anlamaq olur ki, bu gün Sahil Qasımov əksər həmvətənlərimizin gözündə Azərbaycan xalqının düşməninə çevrilib. ‘’Avropa Azərbaycanlıları Konqresi’’ ətrafındakı hazırkı skandal gözlənilmədən cənab Qasımovun tərcümeyi-halındakı bir sıra qara səhifələri üzə çıxardı. Bu səbəbdən əgər kimsə onu AAK prezidenti vəzifəsində saxlamağa qərar veribsə, o zaman bu insanlar faktiki olaraq bu ictimai təşkilatı dəfn edirlər və diasporumuzu dağıdırlar. Axı bu sirr deyil ki, artıq həmvətənlərimizin heç biri şübhəli nüfuza malik şəxsin rəhbərlik etdiyi təşkilatla iş görməyəcəklər.
Əgər bu təşkilata aşağı intellektə və köhnəlmiş düşüncəyə malik dünənki ofisiant rəhbərlik edirsə, bundan sonra Avropada yaşayan tanınmış Azərbaycan ziyalılarına, yazıçılarına, ictimai xadimlərə və iş adamlarına necə təklif etmək olar ki, ‘’Avropa Azərbaycanlıları Konqresi’’ ətrafında birşləşsinlər? Hələ də qanuni fəaliyyəti sənədlərlə sübut olunmamış bir təşkilata kim inanar və sərmayə qoyar?
Çoxları səbrsizliklə gözlədilər ki, Sahil Qasımov həmvətənlərimizə ‘’Avropa Azərbaycanlıları Konqresi’’ nin qeydiyyatdan keçmiş Əsasnaməsini, bank hesabının mövcudluğunu, o cümlədən bu təşkilatın Avropa standartlarında maliyyə hesabatlarını göstərəcək. Lakin, 2 ay ərzində biz heç nə görmədik.
Qasımov susqunluğunu qoruyur və həmvətənlərimizin suallarına cavab vermir. Əgər o susursa, deməli deməyə sözü yoxdur. O və onun yoldaşları etiraf etməkdən qorxurlar ki, ‘’Avropa Azərbaycanlıları Konqresi’’ faktiki olaraq ölüdür və bu təşkilatın 14 illik fəaliyyəti diasporumuzun aldadılmasına, o cümlədən dövlət və sponsor pullarının yuyulmasına hesablanmış bir yalandır.
Lakin, sivil və yüksək inkişaf etmiş Avropada yaşayan cənab Qasımov bilməli idi ki, öz rəqiblərinin suallarına və iddialarına məhəl qoymamaqla avropa demokratiyası prinsiplərinə zidd gedir. İstənilən inkişaf etmiş Avropa ölkəsində dövlət məmurunu və ya özəl şirkət rəhbərini öz rəqiblərinə hörmətsizlik nümayiş etdirərək suallarına və tələblərinə cavab verməməyə görə işdən qovardılar.
Çox üzücüdür ki, ‘’Avropa Azərbaycanlıları Konqresi’’ ətrafındakı hazırki skandal o vəziyyəti də aşkara çıxartdı ki, əksər azərbaycanlılar hətta Avropada ümumavropa demokratiya prinsipləri, söz azadlığı, insan hüquqlarına və şəxsiyyətinə hörmət prinsipləri ilə yaşamağı öyrənmədilər. Bu Avropada sayı milyonu ötmüş bütün diasporumuz üçün böyük çatışmazlıqdır. Lakin, Sahil Qasımov kimi aşağı intellekt səviyyəsinə malik insanlar, öz məkrli və şəxsi maraqları ilə nəinki diasporumuzu bu bataqlıqdan çıxarmaq və onu birləşdirmək qabiliyyətinə malik deyillər, əksinə həmvətənlərimiz arasında feodal-kriminal psixologiya toxumları səpərək onu daha da geriyə itələyirlər.
Artıq o üzücü faktı etiraf etmək vaxtıdır ki, bizim diasporumuz Qasımov kimi insanlarla avropa ölkələrində nüfuzu və təsiri hər gün artan, Avropadakı həmvətənlərimiz üçün real təhlükəyə çevrilən erməni diasporuna hələ uzun müddət həsədlə baxacaqlar. Ona görə də Sahil Qasımovun və onun yoldaşlarının fəaliyyəti yalnız Azərbaycan diasporunu dağıtmır, həm də xalqımıza və müstəqil dövlətçiliyimizə sağalmaz zədələr vurur. Sahil Qasımovun davranışlarını diqqətlə təhlil etsək, əmin olacağıq ki, o xalqımızın əsl düşmənidir və Azərbaycan xalqının düşmənlərinin dəyirmanına su tökür. Sahil Qasımovu və onun ətrafını qeyri-aşkar şəkildə dəstəkləyənlər isə faktiki olaraq Azərbaycan xalqının əleyhinə çalışırlar.
Redaksiyadan: Redaksiyamıza göndərilən bu müəllif yazısında ortaya qoyulan fikirlərlə bağlı qarşı tərəfin mövqeini də dərc etməyə hazırıq.
Veteninfo.az