Gömrük Komitəsinin inspektoru rüşvət üstündə işdən qovulduDövlət Gömrük Komitəsinin (DGK) inspektoru Pərviz Hüseynov rüşvətə görə vəzifəsindən azad edilib. Bu barədə Avrasiya.net-ə DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Belə ki, Dövlət Gömrük Komitəsinə gömrük əməkdaşının vəzifə səlahiyyətlərindən sui istifadə etməklə ölkə ərazisinə qanunsuz yollarla malların idxal olunmasında vasitəçilik etməsi barədə əməliyyat məlumatı daxil olub.

Daxil olan məlumat əsasında Komitənin səlahiyyətli vəzifəli şəxsləri tərəfindən Türkiyə Respublikasından Azərbaycan Respublikasına sərnişin daşınmasını həyata keçirən "Lüks İstanbul" firmasına məxsus "Mersedes Benz travego" markalı, 34 VY 3100 nömrə nişanlı sərnişin avtobusu Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda gömrük nəzarətini keçdikdən sonra saxlanılıb və təkrar gömrük nəzarətinə cəlb edilib. Yoxlama zamanı sərnişin avtobusunun yük yerində gömrük orqanlarında idxal olunması qeydə alınmayan "metal borular" adlı mallar aşkar olunub. Avtobusun sürücüsü Sağlam Yücel Receb oğlu ilə sorğu-sual aparılaraq müəyyən edilib ki, o həmin "metal borular" adlı yükün gömrük postundan keçirilməsində köməklik göstərilməsi üçün "Qırmızı Körpü" gömrük postunun inspektoru Hüseynov Pərviz Bəhruz oğlu ilə sövdələşib və bunun müqabilində Pərviz Hüseynova 400 ABŞ dolları məbləğində pul verib və yoxlama nəticəsində fakt öz təsdiqini tapıb.

Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən, Hüseynov Pərviz Bəhruz oğlu dərhal tutduğu vəzifədən azad edilib və fakt üzrə müvafiq sənədlər tərtib olunaraq vəzifə səlahiyyətlərindən sui istifadə edən gömrük əməkdaşı barəsində xidməti araşdırmaya başlanılıb.
“Eurovision”da ikinci yer tutan Fərid Nyu-Yorkda kuryer işləyir - VideoMüğənni Fərid Məmmədov ABŞ-a köçüb.

Avrasiya.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, iki il bundan əvvəl Nigar adlı xanımla ailə quran Fərid müğənniliyin də daşını atıb.

O, xanımıyla 1 ildən artıqdır ki, Amerikada yaşayır. 28 yaşlı ifaçı Nyu-Yorkda kuryer kimi fəaliyyət göstərir.

Xatırladaq ki, müğənni “Eurovision – 2013” mahnı müsabiqəsinə Azərbaycanı təmsil edib, ikinci yerin sahibi olub.

Qeyd edək ki, Fəridin toyu mediaya qapalı keçirilmişdi. Hətta toyda bəylə gəlinlə şəkil çəkdirmək də qadağan olunmuşdu.
Məktəbli bu gün suda boğulduDostları onu sudan çıxarmağa çalışsalar da bunu bacarmayıblar

Xaçmaz şəhər sakini, 12 yaşlı Hüseyn Osmanov bu gün saat 17 radələrində Ağçayda batıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, şəhər məktəbinin 6-cı sinfində oxuyan Hüseyn Osmanov dərsdən sonra dostları ilə çaya çimməyə gedib, çayın burulğan yerində boğularaq ölüb. Dostları onu sudan çıxarmağa çalışsalar da bunu bacarmayıblar. Mərhum məktəblinin meyiti çaydan FHN-nin xilasediciləri tərəfindən çıxarılıb.

Hüseyn Osmanovun sentyabrın 7-də 12 yaşı tamam olubmuş. Məlumatı Xaçmaz ih başçısının Hülövlü İƏD üzrə nümayəndəsi Fərman Babayev İstiPress-in şimal bürosuna verib.

Xaçmaz rayon prokurorluğunda araşdırma başlanılıb.
Öldürüb, çılpaq formada küçəyə atdılar – Azərbaycanda dəhşətli hadisə (VİDEO)“Space” Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Gəl dərdini Danış” verilişində illər sonra qətl hadisəsinin təfərrüatları ortaya çıxıb.

Minval.İnfo xəbər verir ki, verilişə müraciət edən Gəncə sakini qardaşının ölümü haqqında danışmaq istədiyini bildirib. İllərdi danışmadığı sirləri açan Səlimxan qardaşı Asifin ölümündə günahkar bibisi oğlanlarının olduğunu deyib.

O iddia edib ki, qardaşını öldürən doğma qohumlarıdır. Qardaşlar bildirib ki, Asifi öldürüb, cəsədini gecə ilə Gəncədə Nizaminin məqbərəsinin yaxınlığına yarı çılpaq formada atıblar:

“Qardaşımı öldürüb küçəyə atıblar. Amma mən o vaxt araşdırdım və qardaşımın siqareti, alışqanı və paltarları bibimgildən çıxdı. Bu necə ola bilər? Qardaşımla yola getmirdilər. Qardaşım onlara borc pul vermişdi. Rusiyadan birbaşa Gəncəyə məhz pulu almağa gəlmişdi”.

Onun iddiası bununla da bitməyib. Səlimxan bildirib ki, qardaşının ölüm xəbəri gələndə ailəliklə Rusiyadan Azərbaycana gəliblər: “Biz gələnə kimi onu basdırıblar. Özü də sellofana bükərək… Bir az sonra ekspertiza gəldi. Ayağının birini kəsib apardılar. Guya avtoqəzada ölüb. Hələ də, qardaşımın ayağını gətirməyiblər”.

İnanılmaz faktları açıqlayan Səlimxan Asifin ölümündən əvvəl aralarında olan dialoqu da olduğu kimi Amil Xəlilə danışıb…

Olduqca maraqlı anları sizə təqdim edirik:
Keçmiş polisin qonşusunu lüt soyundurub sonra öldürməsinin ŞOK SƏBƏBİ ÜZƏ ÇIXDIDünən Kürdəmir rayonunda keçmiş polis əməkdaşının qonşusunu güllələyərək öldürməsi hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, rayon sakini, 1974-cü il təvəllüdlü Mübariz Əhmədov keçən il həyat yoldaşı ilə əlaqəsi olduğuna görə və mütəmadi yazışdığı üçün döydüyü Elsevər Məmmədov həmin hadisədən sonra bir müddət Rusiyada yaşayıb. Belə ki, qonşu qadınla adına xoşagəlməz sözlər yayılan və qadının həyat yoldaşı tərəfindən çöllük əraziyə aparılaraq lüt soyundurulan E.Məmmədov qonşu ölkəyə gedib. O, Rusiyada olduğu müddətdə Mübarizdən qisas almaq məqsədi ilə sosial şəbəkələrdə onun həyat yoldaşı ilə yazışmalarını paylaşıb. Bu azmış kimi Yutubda bununla bağlı video da yerləşdirib. Mübariz Əhmədovun xəbərdarlığı və digər tanıyan şəxslərin müdaxiləsindən sonra həmin paylaşımların bir hissəsi sosial şəbəkələrdən silinib.

Nəhayət bir müddət əvvəl Elsevər Rusiyadan Azərbaycana qayıdıb və Kürdəmirdəki evində yaşamağa davam edib. Bütün xoşagəlməz hadisələrin və qonşusunun onun həyat yoldaşı ilə əlaqəsinin olması ilə bağlı söz-söhbətlərin təsiri altında olan Mübariz odlu silahla onu öldürmək qərarına gəlib. O, dünən günorta saatlarında qonşusunun evinə gələrək onu güllələyib. E.Məmmədov hadisə yerindəcə keçinib.

Qeyd edək ki, keçən il Mübariz Əhmədov Elsevəri arvadı ilə yazışdığı üçün rayonda çöllük əraziyə apararaq, bir qrup şəxslə döyüb və orada Elsevəri lüt soyunduraraq geri qayıdıb. Elsevər Məmmədovun həmin hadisədən şikayətçi olması səbəbindən məhkəmə keçirilib və M.Əhmədov 1 il müddətinə islah işlərinə məhkum edilmişdi.

Qətl hadisəsi ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Düşmən itki verdiCəbhədə atəşkəsi pozan Ermənistan ordusu itki verib.

“Qafqazinfo” news.am-a istinadən xəbər verir ki, hadisə bu gün baş verib.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, müqaviləli hərbçi, 1980-ci il təvəllüdlü Aykaz Babkenoviç Matevosyan atışma zamanı boynundan yaralanıb.

O, hospitala aparılarkən yolda ölüb.
Separatçıları görüşüb rəsmi Bakını pis vəziyyətə qoyan diaspor rəhbəri Bakıya gəlir – SəbəbAvropa Azərbaycanlıları Konqresində (AAK) bunt yaşanır; Sahil Qasımov Bakıda dəstək axtarır…

Əldə etdiyimiz məlumata görə, Avropa Azərbaycanlıları Konqresinin (AAK) sədri Sahil Qasımov sabah Bakıya gəlir. Avropadakı Azərbaycan diasporunun rəhbərinin Bakıya gəliş səbəb isə ilgincdir. Belə ki, Sahil Qasımovun hazırda ona qarşı üsyan edən AAK üzvlərini sakitləşdirməkdən ötrü rəsmi Bakıdan dəstək alamaq üçün Bakıya təşrif gətirdiyi iddia olunur.

PİA.az-ın xaricdəki diaspor nümqyəndələrindən əldə etdiyi məlumata görə, Sahil Qasımov Bakıda olduğu müddətdə Diasporla İş Komitəsinin sədri Fuad Muradovun və eyni zamanda Xarici İşlər Nazirliyinin hamiliyini qazanmağa çalışacaq. Lakin bu, heç də asan görünmür. Çünki sabiq Diasporla İş Komitəsinin sədri Nazim İbrahimovun çox yaxın adamı olan Sahil Qasımovun Fuad Muradovla anlaşa bilməsi heç də inandırıcı görünmür.

Digər tərəfdən təqribən iki ay əvvəl Avropa Azərbaycanlıları Konqresinin (AAK) Birinci vitse-prezidenti Füzuli Məmmədovu vəzifəsindən aldırdığına görə sonuncunun Sahil Qasımova Bakıda problemlər yaradacağı da istisna olunmur. Sahil Qasımovun digər problemi isə Fuad Muradovla Xarici İşlər Nazirliyi arasında sərinliyin olmasıdır.

AAK sədrinin ən böyük problemlərindən biri də odur ki, Fuad Muradovdan dəstək almağa nail olsa belə, Xarici İşlər Nazirliyi ilə bağlı məqsədlərinə çata bilməyəcək. Xarici İşlər Nazirliyindən dəstək aldığı təqdirdə isə Diasporla İş Komitəsinin qapısının onun üçün bağlanacağı da şübhə doğurmur. Ona görə də AAK sədrinin işi hazırda çox zor görünür.
Məktəb direktoru ilə müəllim arasında əlbəyaxa dava olub - CəlilabaddaCəlilabad rayonunda məktəb direktoru ilə müəllim arasında əlbəyaxa dava olub.

Direktor 8 illik pedaqoji fəaliyyəti olan ingilis dili müəllimi Elnur Qasmovun üstünə hücum edərək onu qolundan tutub küçəyə atıb.

Müəllim Elnur Qasımov AzNews.az-a açıqlamasında faktı təsdiqləyib. O, bildirib ki, bu qalmaqala səbəb direktor Camal Bəşirovun ondan 200 manat rüşvət istəməsi olub:

“Biləsuvar rayonundanam. İmtahan verib Cəlilabad rayonunun Sərxanlı ümumi orta məktəbinə gəlmişəm və 8 ildir burada ingilis dili müəllimi işləyirəm. 22 saat dərsim olub. Yeni dərs ili başlayanda direktor mənim dərs saatımın azaldığını dedi. Səbəbini soruşanda dedi ki, bura ikinci ingilis dili müəllimi gələcək. Sənin 5 saatını kəsib həmin müəllimə verəcəm. Ya 200 manat ver həmin 5 saatı sənə yazım, ya da başqa müəllim gələcək. Razılaşmadım. Dedim ki, sən mənim haqqımı əlimdən ala bilmərsən. Sən müəllim deyilsən, diplomunda müəllimliyə aid heç nə yazılmayıb. Kitabxanaçı ola-ola 29 saat dil ədəbiyyat dərsi deyə bilərsən, amma cavan kadrın dərsini əlindən almalısan. Dedi ki, bura mənim evimdi, qanunları da mən qoyuram, hara istəyirsənsə get şikayət elə. Qolumdan tutub küçəyə atdı”.

Elnur Qasımov deyir ki, iki gündür direktor onu sözü gedən məktəbə buraxmır: “Məsələ ilə əlaqədar Cəlilabad rayon Təhsil Şöbəsi müdirinin qəbuluna getdim. Məni dinləyəndən sonra dedi ki, “direktor səni səhv edib məktəbdən çıxarıb. Sən məktəbə get, mən direktora deyəcəm”. Məktəbə çatanda direktor məni gördü. Valideynlərin yanında üstümə cumdu “ay kişi sənə demirəm bura gəlmə, get, ölsən də buraxmayacam”. Mən ona tabe olmadığıma və 200 manatı vermədiyimə görə, mənim şərəf və ləyaqətimi alçaldıb”
Bakıda şadlıq evinin administratoru xadiməyə təcavüz etdiBakıda şadlıq evinin administratoru xadiməni zorlayıb. Hadisə paytaxtın Binəqədi rayonu ərazisindəki məşhur şadlıq evlərindən birində baş verib.

Avrasiya.net xəbər verir ki, bununla bağlı “Sputnik Azərbaycan”a Binəqədi rayonu hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Məlumatlara görə, sentyabrın 18-də rayonun 5-ci polis bölməsinə 40 yaşlı paytaxt sakini (etik səbəblərə görə adını açıqlamırıq) müraciət edib. Qadın deyib ki, uşaqlarını saxlamaq üçün Süleyman Sani Axundov küçəsində yerləşən şadlıq saraylarından birində xadimə işləyib. Onun sözlərinə görə, tez-tez toy mərasiminin sonunadək işini bitirmək üçün gec saatlara kimi işdə qalıb.

Zərərçəkmiş deyib ki, sentyabrın 17-dən 18-ə keçən gecə şadlıq evinin administratoru onu zorlayıb.

Hazırda faktla bağlı materialların rayon prokurorluğuna verilməsi üçün işlər aparılır. Hələlik saxlanılan yoxdur.

Xatırladaq ki, bu, son ayda Bakıda yeddinci zorlama faktıdır.

Azadlığa buraxılan məhkumun sevincdən ürəyi getdiBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olmaqda təqsirləndirilən 1988-ci il təvəllüdlü Elman İbrahimova hökm oxunub.

Avrasiya.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Samir Əliyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə E. İbrahimovun günahsız olması qərarına gəlinib və ona bəraət verilib. Məhkəmə zalından azadlığa buraxılan E. İbrahimov sevindiyindən huşunu itirib.

İttihama görə, hadisə Bakıda inzibati qaydada saxlanılanların Müvəqqəti Saxlanma Yerində baş verib. E.İbrahimov onunla birgə saxlanılan Çingiz Xəlilovla dava edərək onu döyüb və xəstəxanaya yerləşdirilən Ç.Xəlilov orada ölüb.

E. İbrahimov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma; zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilir.

Lakin məhkəmədə ifadə verən E. İbrahimov heç kimi öldürmədiyini deyib: "Mən kamerada yatmışdım, qəfildən kimsə barmaqlarını gözümə soxdu. Oyanıb gördüm ki, o adam üstümdə oturub, dizini də sinəmə qoyub. Mən onu itələdim, yıxıldı. Sonra da polislər gəlib onu apardılar, Çingizi o qədər döydülər ki, üst-başı qanın içində idi. Sonra gəlib mənə də dedilər ki, "Elman sən sakit adamsan, amma bir də belə olsa, səni də döyəcəyik". Çingiz otaqda gəzirdi, halı özündə idi, qəfildən yerə yıxıldı. Onu apardılar xəstəxanaya, biraz keçəndən sonra polislər gəlib məni döyməyə başladı. Niyə döydüklərini də demirdilər. Sonra bildim ki, Çingiz ölüb.

Cənab hakim, sənədlərin içində 17 dəqiqəlik video var, xahiş edirəm ona tam baxın. Orada görəcəksiniz ki, polislər Çingizi neçə dəfə kameradan çıxarıb aparırlar, biraz keçəndən sonra gətirirlər. Hər dəfə aparanda döyüb gətirirdilər. Çingiz mənlə mübahisə etmədən əvvəl də neçə dəfə polislər onu döymüşdü.

Mən kişi kimi deyirəm ki, o adamı mən öldürməmişəm".