Ata və oğul birləşib idmançını ÖLDÜRDÜ - Sumqayıtdakı olayın SƏBƏBİ DƏHŞƏTƏ GƏTİRƏCƏK - FOTO
Sumqayıt şəhəri 21-ci məhəllədə bir neçə gün əvvəl baş verən davada xəsarət alanlardan biri dünyasını dəyişib. Sentyabrın 5-ci gecə saatlarında baş verən olay zamanı Sumqayıt şəhər sakini - 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar.

Publika.az-a danışan Rasif Həbibovun qardaşı Vasif Həbibov onun bir neçə gün əvvəl vəfat etdiyini deyərək hadisənin şok təfərrüatından danışıb. O, qardaşının telefonun enerji aparatı üstündə öldüyünü deyib.

“Qardaşım onu bıçaqlayaraq öldürən Əhəd İsmayılovun oğlu Nicat İsmayılovla dost olub. Hətta Nicat evdəkilərdən küsəndə bizdə qalırdı, qardaşım yatağını ona verirdi, get-gəlişimiz var idi. Sonra münasibətləri pozulub. Onun balaca oğlu Ramili isə qardaşım idmana aparıb, ona böyük qardaş kimi davranıb. Hazırda Nicat Gürcüstandadır, onun hadisə ilə heç bir əlaqəsi yoxdur. Hadisə Ramil İsmayılovla qardaşım arasında baş verən mübahisədən sonra yaşanıb. Belə ki, sentyabrın 4-dən 5-nə keçən gecə qardaşım dostu ilə Sumqayıtdakı ineternet klubların birinə daxil olub. Həmişə getdiyi yerdir, oranı işlədən şəxsdən telefonunun “zaryatka” toplaması üçün adapter istəyib. O da adapterin yerini göstərib. Həmin vaxt Ramilin telefonu enerji yığırmış. Rasif Ramilin telefonunun enerji ilə dolduğunu görüb çıxaranda o söyüş söyməyə başlayıb. Ramil söyüş söyəndən sonra onların arasında mübahisə olub, Rasif onu şillə ilə vurub. Daha sonra həmin məkanı tərk edib. Bütün bunların hamısının görüntüləri var. Hətta qardaşım sonradan dostlarına tapşırıb ki, onun əvəzindən gedib Ramilin könlünü alsınlar. Desinlər ki, böyük qardaş kimi ərk edib vurub. Bu zaman Ramil atasına hadisə barədə məlumat verib, hər ikisi evdən bıçaq götürərək çıxıblar. Ramil atası ilə çayxanaya gəlib, aralarında yenə mübahisə yaranıb, ata-bala Rasifi söyüblər, daha sonra söhbət etmək üçün qardaşımı kənara dəvət ediblər. O, Ramilgilin maşınına minib gedəndə dostu Samir Dadaşov yanında olub, tək qoymamaq üçün o da gedib. Hadisə yeri çayxanadan çox da uzaqda deyil, lakin nisbətən qaranlıq yerdir. Onlar hadisə yerinə çatan kimi Ramilin atası Əhəd söyüş söyməyə başlayıb. Rasif yaşına görə ona hörmət etdiyini deyib və irəli getməməsi üçün xəbərdarlıq edib. Lakin Əhəd İsmayılov Rasifə bıçaqla vurub. Rasif hər gün idmanla məşğul olur, ona görə heç bıçaq zərbəsini hiss etməyib. Bu zaman Ramil İsmayılov Samirlə dalaşmağa başlayıb. Həmin vaxtda Ramil Samirə 3 bıçaq zərbəsi vurub. Samir Rasifə kömək edə bilməyib. Samirin sözlərinə görə, əvvəl bıçaqlandığını hiss etməyib, amma Ramilin onu vurub meşəliyə doğru qaçanda əlində bıçaq olduğunu görüb. Samir deyir ki, həmin vaxt Rasif Əhədi üzü üstə çökdürsə də, o bıçaqla qardaşıma zərbələrə endirirmiş. Sonra Samir Rasifi xəstəxanaya aparıb. Qardaşım Sumqayıtda xəstəxanaya yerləşdirilib, o 5 yerindən - Samir isə 3 yerdən bıçaqlanıb”.

V.Həbibov ata-balanın cinayəti planlayaraq törətdiklərini bildirib:

Ramil və atası Əhədin evdən çıxma görüntüləri də var. Həmin görüntülərdə onların evdən çıxarkən Ramilin anasının mənzildən necə həyəcanla çıxdığı görünür. Yəqin ki, qadın yoldaşı ilə oğlunun evdən bıçaq götürdüyünü bildiyinə görə həyəcan keçirib”.

V.Həbibov işi aparan aidiyyəti şəxslərin məsələyə soyuq yanaşdığını, bəzi məqamları gözardı etdiklərini deyir:

“Hadisə musiqi məktəbi yaxınlığında olub. Həmin ərazidə kameranın olduğu barədə mən müstəntiqə məlumat vermişəm, halbuki o, ərazidə olub. İndi də kameradakı görüntülərin qaranlıq olduğuna görə aydın görünmədiyini əsas gətirirlər. Bu cür yubatmalara görə biz işin araşdırılması üçün Sumqayıt Şəhər Prokurorluğundan alınıb Respublika Prokurorluğuna verilməsini istəyirik. Çünki bizim onların araşdırmasına inamımız yoxdur. Qardaşımın qatili Əhəd İsmayılov hazırda azadlıqdadır. Həm qardaşımı, həm də dostu Samiri Ramilin bıçaqladığı deyilir. Bilərəkdən hər şeyi oğlunun üstünə atır ki, gələcəkdə dəlilik və ya başqa adla onu xilas etsin. Əhəd özü də açıq şəkildə oğlunu uzun müddət içəridə qoymayacağını deyib. Halbuki Ramilin 17 yaşı yeni tamam olub, cansız uşaqdır. Qardaşım da, Samir də idmanla məşğul olur. Ramilin qardaşıma 5, Samirə 3 bıçaq zərbəsi vurması inandırıcı deyil. İstifadə olunan bıçaqlar da ayrıdır. Samirə vurulan zərbələrdə bıçaq 1 sm bədənə girib, qardaşıma vurulan zərbələr nəticəsində bıçaq ağciyərini deşib, qoltuğunun altından girib ən çox qanı da həmin nayihədə itirib. Həkimlər də dedi ki, Rasifi qolu qüvvətli şəxs vurub”.

Şikayətlə bağlı Sumqayıt Şəhər Prokurorluğundan və işi aparan müstəntiqlə münasibət öyrənmək cəhdlərimiz baş tutmadı. Təkrar əlaqə saxlayacağıq aidiyyəti şəxslərlə danışacağımız təqdirdə onların da mövqeyini verəcəyik.4
Soçi görüşü başa çatdıRusiya və Türkiyə prezidentləri Vladimr Putinlə Rəcəb Tayyib Ərdoğanın nin Soçi görüşü başa çatıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, liderlər qarşılıqlı əlaqələr sahəsində siyasət, iqtisadiyyat və energetika məsələlərini gündəmə gətiriblər.

V.Putin bildirib ki, Türkiyə ilə müzakirə edəcəkləri bir sıra qarışıq mövzular var. O deyib ki, bu mövzular həm müzakirə olunacaq, həm də onların həlli yolları axtarılacaq.
Qeyd edək ki, Soçidə Ərdoğanla yanaşı, xarici işlər naziri Mövlud Çavuşoğlu, müdafiə naziri Hulusi Akar, xəzinə və maliyyə naziri Berat Albayrak, energetika və təbii sərvətlər naziri Fateh Dönməz və ticarət naziri Ruhsar Pekcan da olublar.
İcra başçısı şöbə müdirinin qızını işdən azad etdi, yerinə isə... - Beyləqanda növbəti qalmaqal
Beyləqanın icra başçısı Vaqif Abdullayevin Təzəkənd sakinləri ilə keçirdiyi səyyar görüşdə, kəndin baxça müdirəsi Müjgan Quliyevanı zaldan qovduğu xəbəri yayılıb.

AzEuroNews.com-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə müzakirələrə səbəb olan bu hadisə barədə ilk məlumatı milliyol.az yazıb. Saytın yazdığına görə icra hakimi küçə söyüşləri ilə bağça müdirəsini təhqir edərək iclasdan qovub və bu, böyük qalmaqal yaradıb.

İddialara görə, V.Abdullayev M.Quliyevanı aşağılamaq azmış kimi, vəzifəsindən azad edib.

Xəbər verilir ki, M.Quliyeva Beyləqan Rayon İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdiri İlqar Quliyevin qızıdır.

V.Abdullayev M.Quliyevanı 1 ilə yaxındır Təzəkənd baxça müdiri təyin edibmiş.

İddialar səslənir ki, icra başçısı baxça müdirini vəzifəyə pulsuz təyin edib, amma dəfələrlə işçisi olan atası İ.Quliyevdən "şirinlik” istəyib. Şöbə müdirinin ona 1000 manat verdiyi, bu məbləğin də icra başçısını qəzəbləndirdiyi deyilir.

M.Quliyevanın yerinə birinci müavini Telman Məstanovun bacısı gəlini Xanım Bayramovanı təyin edib...

Məlumatlar var ki, icra başçısının gənc xanım baxça müdirinə qarşı dediyi sözlər Təzəkənd sakinlərinin etirazına səbəb olub və bir çox vətəndaş səyyar görüş yerini tərk ediblər.

Müjgan xanımın həyat yoldaşı icra hakimiyyətinə gələrək icra başçısı ilə görüşmək istəsə də, Abdullayev görüşdən yayınıb.

Bundan sonra M.Quliyevanın həyat yoldaşı ilə qaynatası İ.Quliyev arasında İcra Hakimiyyəti binasında dava baş verdiyi bildirilir.

Beyləqan RİH-dən məsələyə münasibət öyrənmək mümkün olmayıb. /Afn.az
17 yaşlı oğlanın ata qatili olmasının TƏFƏRRÜATLARI Göygöl rayonun Yeni Qızılca kəndində dəhşətli qətl törədilib. Belə ki, kənddə yaşayan Daşkəsən rayon sakini, 2001-ci il təvəllüdlü Eşqin Ramil oğlu Quluyev atası, 1980-ci il təvəllüdlü Ramil İsa oğlu Quluyevə balta və bıçaqla xəsarət yetirərək onu öldürüb. Yeni Qızılca kənd icra nümayəndəsi Saleh Babayev Moder.az-a bildirib ki, hadisə ailə münaqişəsi zəminində baş verib. “Eşqin olduqca ağıllı, tərbiyəli uşaq idi. Bu il 11-ci sinfə keçirdi. Onun bu əməli törətməsilə hansısa çatışmazlıqları olduğunu düşünməyin. Təbii ki, cinayətinə haqq qazandırmıram. Amma bu cinayəti törətməyə vadar edən səbbələri olub. Mərhum atası olduqca aqressiv biri idi. Düzdür, içki aludəçisi deyildi, amma vaxtaşırı içirdi. Ekspertizadan sonra bilinəcək hadisə vaxtı Ramil içkili olub, yoxsa yox. Bundan başqa, evdə tez-tez dava salırdı, həyat yoldaşını çox döyürdü, ona qarşı amansız idi. Bunu bütün kənddə hamı bilirdi. Çünki hadisə dəfələrlə təkrarlanmışdı. Buna görə də, Eşqin atasını öldürdü”. Kənd nümayəndəsi qeyd edib ki, sözügedən ailənin üzvləri Daşkəsən qeydiyyatlıdırlar. “Amma bizim kənddə torpaq alıb ev tikmişdilər. Burada yaşayırdılar. Eşqin Quluyev hadisə yerindən qaçmamışdı. Polislər gələndə də özü qətli törətdiyini deyib və təslim olub”. S.Babayevin sözlərinə görə, mərhum artıq dəfn edilib: “Onu Daşkəsəndə dəfn ediblər. Qadının vəziyyəti çox ağırdır. Nə qədər əzazil olsa da yoldaşı ölüb, oğlu da tutulub. Ailənin Eşqindən başqa bir qız övladı da var. Onu da deyim ki, bütün olanların səbəbkarı mərhum Ramil özü oldu. Qadının heç bir günahı yoxdur. Hamı bilir ki, oğul da, anası da necə insanlardır”. Qeyd edək ki, faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Rusiyada terrorçuluq: azərbaycanlı müəllif yazır - FotoHüquq elmləri doktoru, professor İlham Rəhimovun həmmüəllifliyi ilə Sankt-Peterburqun “Yuridiçeskiy Çentr” nəşriyyatı tərəfindən “Müasir mərhələdə Rusiyada və dünyada terrorçuluq” (“Терроризм в России и мире на современном этапе”) adlı kitab çapdan çıxıb.

Kult.az xəbər verir ki, kitabın digər həmmüəllifləri - hüquq elmləri doktoru, professor, “Antimafiya” fondunun birinci vitse-prezidenti Qolik Yuri Vladimiroviç, hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının əməkdar elm xadimi Korobeyev Aleksandr İvanoviç və professor Lobaç Dmitri Vladimiroviçdir.

Qeyd edək ki, kitab müasir mərhələdə Rusiyada və dünyada terrorçuluq: ümumi kriminoloji xarakteristika və siyasi-hüquqi cavab tədbirlərinin vəziyyətinə dair analitik məruzədən ibarətdir və Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının oktyabrın 8-də “Beynəlxalq terrorizm və müasir şəraitdə ona qarşı mübarizə” mövzusunda keçirilən beynəlxalq konfransa həsr olunub.
 İranla Azərbaycanın dostluğu və qardaşlığı səmimidir İran ilə Azərbaycanın dostluğu və qardaşlığı səmimidir və qarşılıqlı etimada dayanır.

Arasiya.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.

Diplomat bildirib ki, hər iki xalq minillik qonşuluq və dostluq əlaqələrinə malikdir. Bu əlaqələrin inkişafı xalqların maraqlarını əks etdirir: “Bəzi qüvvələr iki dövlətin münasibətlərini pozmağa və bundan öz maraqları üçün istifadə etməyə çalışırlar. Lakin həmin qüvvələr unudurlar ki, İran ilə Azərbaycanın münasibətləri qarşılıqlı əməkdaşlığa yönəlib.
“O bilmək istəyirdi ki...” - Nigar İsmayılqızı xatirələrdəGənc jurnalist Nigar İsmayılqızının vaxtsız vəfatı, onun tanıyanları, sənət dostlarını sarsıtdı.

Belə olmamalı idi. Amma nə edək ki, bəzən taleyin “sürpriz”ləri ilə barışmalı olursan! Buna gücün yetməsə də...

AzNews.az Nigar İsmayılqızının sənət dostlarının onun haqqında fikirlərini təqdim edir.

Rəşad Məcid (yazıçı, jurnalist):


Nigarı bir neçə il idi tanıyırdım. Hələ televiziyada işləyərkən hazırladığı reportajlara baxmışdım. Çox istedadlı və çalışqan xanım idi. Sonradan Yazıçılar Birliyinə tez-tez gəlib, gedirdi. Bədii, publisistik yazıları maraqlı idi. Son kitablarından olan aprel döyüşləri haqqındakı "Savaşçı" romanına mənimlə də müsahibəni daxil etmişdi. Qarabağ müharibəsi, şəhidlərimiz haqqında fikirlərimi, düşüncələrimi daxil etmişdi. Çox təvazökar, sadə, cazibədar, təmkinli xanım idi. Onun xəstəliyi və vəfatı mənimçün də çox ağır oldu. Hələ də özümə gələ bilmirəm. Elə düşünürəm ki, həmkarları, dostları, oxucular onu yazıları, gördüyü işlərlə hər zaman yad edəcək, xatirəsini yaşadacaqlar.
O, Yazıçılar Birliyinin üzvü idi, bu il Prezidentin gənc yazarlar üçün nəzərdə tutulmuş xüsusi təqaüdünə layiq görülmüşdü. Bakıda və İstanbulda yaşayırdı. Orayla və Bakıyla bağlı gözəl arzuları, xəyalları vardı. Həyat sevgisi ilə dolu bir xanım idi. Təəssüf ki, həyatı yarıda qırıldı. Heyf...

Mətanət Ağamirli (jurnalist, aparıcı):

Nigar İsmayılqızı günümüzün gənc yazar jurnalistləri arasında öz dəsti xətti, çalışqanlığı, qələmi ilə seçilən həmkarımız idi. Amma mən onu peşəkarlığını yox, sözün əsl mənasında İNSANlığını qeyd etmək istərdim. Nigar gözəl dost, gözəl övlad, gözəl həmsöhbət, dəyərləri özündə cəmləşdirən gözəl insan idi. Onu çox sevirdim. Mülayimliyi, güzəşətə getməyi, hər zaman barışdırıcı mövqe tutması, pozitiv enerjisi, hər bir hadisəyə-insana sevgi ilə, həssaslıqla yanaşması məni valeh edirdi. Hüzurlu, işıqlı insan idi. Qayğıkeş, səbrli, təmkinli, sədaqətli və s. Bütün mövzularda qarşılıqlı olaraq dərdləşdiyimiz, bölüşdüyümüz, səmimi, təmənnasız bir münasibətimiz vardı. Çox anlaşıqlı, hamını başa düşməyə çalışması, qayğıkeşliyi, incə qəlbi, sevgi dolu olması - onu necə sevməmək olardı? Çox heyf, Nigarı vaxtsız itirdik. Bu itki mənə çox ağırdır. Amma tək təsəllim bütün varlığımla inancımdır ki, Nigar bir mələkdir. Mələklər isə cənnətlikdir. Məkanı cənnət olsun əziz bacımın. Nur içində uyusun.

İlqar Rəsul (yazıçı, jurnalist):


Nigarda fərqli nəsə var idi. Amma tam bilmək olmurdu nə. Çünki gah geyimində, gah təsadüfən küçədə rastlaşanda görüşmək tərzində, gah da təbəssümündə axtarırdın bu fərqi. Amma tam olaraq, bir nəticəyə gələ bilmirdin…
Nigarla Facebookda tanış olmuşduq. Həmkar olduğumuzu bilirdik. Ola bilsin ki, hansısa tədbirlərdə rastlaşmışdıq da. Amma yanılmıramsa, ilk ünsiyyətimiz FB-də oldu və alındı. Kimin ilk dəfə yazdığını da xatırlamıram düzü. Olur belə, insanlar dostlaşanda necə və ya nədən başladıqlarını unudurlar bəzən. Yadımda qalan odur ki, ilk söhbətlərdə Nigar nələrsə soruşurdu, mən cavab verirdim. O vaxt mən hər bazar günü səhər tezdən bulvarda özümün sevimli “bazar günü gəzintiləri”mi davam etdirirdim. Və bu barədə hər dəfə FB də yazırdım. Bir dəfə Nigar yazdı ki, etiraz eləməsəm, bir bazar günü gəzintisində mənə qoşulmaq istəyir. Məmnuniyyətlə onu gəzintiyə dəvət etdim. Beləcə bazar günlərinin birində bulvarda görüşdük. Uzaqdan gəlişindən tanıdım onu, yerişi də geyimi və təbəssümü kimi yaddaqalan idi. Bir xeyli gəzindik. Sonra Park Bulvarda qəhvə içdik.

Adətən, belə gəzintilərimə hərdən şərik olanlar məndən daha çox özüm haqda nələrsə eşitmək istəyir, ya da özlərini tanıdırlar. Amma Nigar elə etmədi. İstər gəzinəndə, Istərsə də qəhvə içəndə o, bizim söhbətimizdən özünü tanımağa çalışırdı. Özü də bunu açıq edirdi. Düşüncələrindən, keçmiş yaşantılarından, həyatdakı itkilərindən, xoş anlarından danışır, keçirdiyi hisslərin sözlə şəklini çəkir, sonra sual verirdi. O bilmək istəyirdi ki, görsün hamı onun kimidi, ya yox? Hamı belə hisslər keçirir, ya tək odu belə? Bu çox maraqlı idi. O zaman mən onun keçirdiyi bir çox hissləri, etdiyi müşahidələri, qənaətlərini heç də hamının keçirmədiyini, etmədiyini dedim ona…
Nigar təkcə geyimində yox, danışığında, təbəssümündə də hamı kimi deyildi. Daim bir az narahat idi Nigar. Ən azı mənim müşahidələrimdə. Nigar həyatı çox sevirdi. Amma həyata qarşı tərəddüdləri də var idi. Və o tərəddüdlərin axırına çıxmaq istəyirdi sanki. Bəzən o bu dünyaya çox doğma, bəzən çox yad idi. Amma hər iki halda dünyanın içində yox üstündə idi. Özü də yamaq kimi yox, bəzək kimi.
Adətən Nigar özünə dair nələrsə soruşanda cavabını da təxmini bilirdi. Sadəcə, mənim təsdiqləməm onu daha da özünə əmin edirdi. Dostlaşmışdıq, mən ona “Niquş” deyirdim.
Bir müddət sonra, ikinci “Bazar günü gəzintisi”ndən ayrılanda ona dedim: “Nigar, suallarından və maraq dairəndən belə görürəm sən özünü yaxşı tanımırsan və tanımağa çalışırsan. Amma əminəm ki, özünü yaxşı tanıyandan və anlayandan sonar daha rahat olacaqsan və daha çox nailiyyətlər qazanacaqsan”.
Məncə, Nigar bu dünyadan özünü tam tanımamış getdi. Və buna onun sadəcə vaxtı çatmadı…

Füzuli Hüseynov (Əməkdar artist):

Çox ağır xəbərdi. İnanmaq çətindir. Heyf Nigardan... Elə bil tələsirdi. Kitab yazırdı, sənədli film üzərində işləyirdi. İşıqlı xanım idi. Heyf ondan. Ölüm ona qarşı çox amansızlıq etdi. Onu çox sevirdim. Heç bir sözünü yerə salmırdım. Millətinə sadiq xanım idi...
Ruhu şad olsun... Ailəsinə səbr diləyirəm. Mümkün deyil. Amma yenə də...

Elçin Hüseynbəyli (yazıçı):


Nigar İsmayılqızı mənimçün, həm də elə onu sevənlər üçün bir Günəş idi: parladı və söndü. Hər nəydisə bizdən getdi. Mən onun iki kitabının redaktoru, bir kitabının ön sözünün müəllifi olmuşam.
Vətən, Qarabağ düşüncəsi, Türk-Azərbaycan birliyi onun fəaliyyətinin əsasıydı.
Həyatsevərdi. Birgə planlarımız vardı.
O, vətən üçün çox işlər görərdi, amma ömrü kəpənək qədər oldu.
Biz özümüz də kəpənəyik!
Görüşənədək, dost!!!

Arif Hüseynov (Xalq rəssamı):

Nigar xanımla ilk dəfə televiziyada tanış olmuşdum. Ondan sonra bağımda mənimlə bağlı süjet elədi. Növbəti dəfə isə Qala Muzey Kompleksində daha bir çəkilişimiz oldu. Bir müddət sonra eşitdim ki, Türkiyəyə gedib. Orda Azərbaycanın söz-sənət adamları ilə bağlı kitab hazırlayırdı. O kitabda mənim haqqımda da yazı var idi. Nigar çox məhsuldar idi, çalışqan idi, bir yerdə dayanmırdı, kitabdan sonra da bir şəhid haqqında sənədli film hazırladı. O filmin də təqdimatında iştirak etmişdim.

Nigar İsmayılqızı Azərbaycan xanımı adına layiq olan ən dəyərli qızlarımızdan idi. O öz fəaliyyətində şəxsiyyəti ilə peşəkarlığını birləşdirən nadir insanlardan idi. Onun ölümünü eşidəndə inanmadım.

Bir dəfə taksidə qəzaya düşmüşdü, onda xilas oldu, amma bu dəfə...

Nigar İsmayılqızı Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında böyük rol oynayırdı. Onun vəfatı Azərbaycan jurnalistikası üçün böyük itkidir. Xatirəsi yaddaşlarımızdan heç zaman silinməyəcək.
 “Paşinyanın növbəti sarsaq açıqlaması İlham Əliyevin oğlu ilə bağlıdır”"Birinci dəfə deyil ki, Ermənistanın baş naziri Azərbaycanın daxili məsələləri ilə bağlı yersiz və cəfəng açıqlamalar verir".

Avrasiya.net xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan prezidentinin Mətbuat katibi Azər Qasımov Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin Silahlı Qüvvələrdə xidmət keçməsi ilə bağlı cəfəng bəyanatını şərh edərkən deyib.

A.Qasımov qeyd edib: "Birinci dəfə deyil ki, Ermənistanın baş naziri Azərbaycanın daxili məsələləri ilə bağlı yersiz və cəfəng açıqlamalar verir. Əvvəla, bu onu göstərir ki, Paşinyan siyasətdə təsadüfi bir fiqurdur, beynəlxalq münasibətlərdən xəbərsizdir. Paşinyan Azərbaycanın daxili işlərinə müntəzəm olaraq öz burnunu soxur. Bildirmək istəyirik ki, əgər Azərbaycan Ermənistanın daxili işlərinə müdaxilə etsə, Paşinyan hakimiyyətinin ömrü uzun olmayacaq. Sarkisyan diktatura rejiminin çökməsi buna sübutdur. Sadəcə olaraq, indiki şəraitdə Paşinyan rejiminin çökməsi Azərbaycana sərf eləmir. Nə qədər çox Ermənistanda Paşinyanın diktaturası davam edərsə, bir o qədər də bu ölkənin problemləri çox olacaq. Paşinyan xarici səfərlərində yaltaqlanmaqla, özünü alçaltmaqla, özünü qul kimi aparmaqla istədiyinə nail ola bilməz. Paşinyanın yeni diktatura rejimi Ermənistanı uçuruma aparır. Məhz buna görə də Azərbaycan tərəfi Paşinyan hakimiyyətinin çökməsi üçün hələlik hər hansı bir addım atmır.
Kəmaləddin Heydərov paradda niyə iştirak etməyib? - İddiaFövqəladə Hallar naziri Kəmaləddin Heydərovun səhhətində problem yaranıb.

Avrasiya.net unikal.org-a istinadən xəbər verir ki, Kəmaləddin Heydərov yüksək şəkərdən əziyyət çəkir.

Onun ölkə xaricində müalicə olunduğu bildirilir. Buna görə Kəmaləddin Heydərovun Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan paradda iştirak etmədiyi də bildirilir.

Bundan əlavə, nazir 14 sentyabr 2018-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ilkin hərbi hazırlığı başa vurmuş kursantların təntənəli andiçmə mərasimində də görünməyib. Mərasimdə nazirin əvəzinə fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, genral-leytenant Etibar Mirzəyev iştirak edib.