Prezidentin oğlu Heydər Əliyev and içdi - FotolarSentyabrın 16-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyublar.

Hərbi hissənin komandiri andiçmə mərasiminə hazırlıq barədə Ali Baş Komandana məruzə edib.

Prezident İlham Əliyev şəxsi heyəti salamlayıb.

Sonra döyüş bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib.

Bunun ardınca Vətən uğrunda həlak olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səslənib.

Daha sonra gənc əsgərlər and içiblər.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində keçirilən mərasimdə and içən gənc əsgərlər sırasında Azərbaycan Prezidentinin oğlu, burada hərbi xidmət keçən Heydər Əliyev də var.

Prezident, Ali Baş Komandan İlham Əliyev şəxsi heyəti təbrik edərək dedi: Əziz əsgərlər, sizi hərbi and içməyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram.

Hərbi hissənin şəxsi heyəti təntənəli marşla tribunanın qarşısından keçib.

Gənc əsgərlərin and içmə mərasimində iştirak edən valideynlər Prezident İlham Əliyevlə görüşüb söhbət ediblər.

Sonda xatirə şəkilləri çəkdirilib.
Prezidentin oğlu Heydər Əliyev and içdi - Fotolar
Prezidentin oğlu Heydər Əliyev and içdi - Fotolar
Xırdalanda 16 mərtəbəli binanın damında intihar cəhdiAbşeron rayonunun Xırdalan şəhərində 1 nəfər çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsindəki mənzilin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
ALDP Bakının azad olunan zaman türk və Azərbaycan şəhidlərini yad edibAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasın 100 illiyi və partiyanın 2019-cu il iyun ayına qədər fəaliyyət programı müzakirə olunub.

Fuad Əliyevin təklifilə Bakının azad olunan zaman türk və Azərbaycan şəhidləri bir dəqiqəlik sükütla yad edilib.

ALDP sədri Fuad Əliyev Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 100 illiyilə bağlı qısa məlumat verib: “1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bu qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. 1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Osmanlı qoşunları Bakının azad olunması üçün 1130 şəhid veriblər.”

Sonra partiyanın yaranmasının 20 illiyi və yay mövsümündə keçirilən tədbirlərlə bağlı ALDP Gənclər Təşkilatının (GT) sədr müavini Ülvi Əfqanlı məlumat verib: “Biz partiyanın yaranmasının 20 illiyi ilə bağlı nəzərdə tutulan tədbirləri keçirdik. Partiya üzvləri arasında “ALDP Kuboku” uğrunda nərd, futbol və şahmat yarışları keçirilib. Yarışlarda ALDP-nin bütün rayon təşkilatları da iştirak edib və qaliblər mükafatlandırılıb”.

Daha sonra ALDP GT sədri Murad Əliyevin hərbi xidmətə getdiyinə görə sədrliyin müvəqqəti olaraq ALDP MNTK-nın sədri Vaqif Eyvazova həvalə olunması qərara alınıb.
Patriarx Rusiyanı qəzəbləndirdi: Türkiyədə kilsələr açılırYunanıstan patriarxı ilə əlaqələrimiz kəsilərsə, Rusiya Ortodoks Kilsəsi vicdan əzabı çəkmədən Türkiyədə öz kilsələrini açacaq.

Axar.az xəbər verir ki, bu sözləri rus ilahiyyatçı Arkadi Maler Yunanıstan patriarxı I Bartolomeyin Ukrayna Ortodoks Kilsəsinə otosefali (müstəqillik) verəcəyi halda Rusiya Ortodoks Kilsəsi ilə Yunanıstan patriarxı arasındakı münasibətlərin gərginləşmə ehtimalını şərh edərkən deyib.

“Bu münasibətlər kəsilərsə, Bartolomeyin qanunları əvvəlki kimi qiymətli olmayacaq və biz də Türkiyədə, Şimali Yunanıstanda, Egey adalarında və istədiyimiz yerdə öz ibadət evlərimizi açmaq hüququnu əldə edəcəyik. Çünki bu kilsə bizim üçün hərtərəfli olaraq, kilsə olmaqdan çıxmış olacaq", - Maler deyib.

O, Türkiyədə ortodoksların sayının azalmasına səbəb kimi həm buradakı kilsələrin çox vaxt bağlı olmasını, həm də Yunanıstan Patriarx kilsələrinin gettoya çevrilməsini göstərib:

"Türkiyədəki ortodoksların sayı sürətlə azalır. Bu gün onların sayı 5 mindən azdır. Bu hal Yunanıstan patriarxına dünyanın digər ölkələrində təcavüzkar siyasət aparmasına mane olmur. Onlar 1920-ci ildən etibarən digər kilsələrə aid olmayan dünyadakı bütün torpaqların avtomatik olaraq onlara məxsus olduğunu iddia edən dini və siyasi ideologiyanı müdafiə edirlər. Buna görə Amerika, Avstraliya, Yeni Zelandiya, dünyanın demək olar ki, bütün adaları və Asiyanın yarısı bu torpaqlara aiddir. Yunanıstan patriarxı Hindistanı da öz ərazisi kimi qəbul edir. Halbuki qanuni olaraq, bu ölkə mərkəzi Dəməşqdə olan Antakya Ortodoks Kilsəsinə aiddir. Bölgədəki bitmək bilməyən müharibəyə görə, onun Hindistanda kilsə açmaq imkanı yoxdur. Yunanıstan patriarxı bundan istifadə edir”.

Qeyd edək ki, Yunanıstan patriarxı I Bartolomey Ukrayna Ortodoks Kilsəsinə otosefali (müstəqillik) verəcəyini açıqlayıb.
Göygöldə dəhşət: 17 yaşlı oğul atasını baltaladı - TəfərrüatGöygöl rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Yeni Qızılca kəndində Daşkəsən rayon sakini, 2001-ci il təvəllüdlü Eşqin Quliyev atası Ramil Quliyev ilə mübahisə edib. Ata və oğul arasında başlayan mübahisə sonradan qanlı olayla nəticələnib.

Belə ki, Eşqin Quliyev əvvəlcə evdə atasına bıçaqla xəsarət yetirib. Daha sonra əlbəyaxa olan ata və oğul yaşadıqları evin həyətinə çıxıblar. Bu zaman Eşqin Quliyev həyətdə odun doğramaq üçün qoyulan baltını götürərək, atasına bır neçə zərbə vurub.

Aldığı xəsarətlərdən Ramil Quliyev hadisə yerində ölüb.

Cinayəti törədən Eşqin Quliyev polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində həbs edilib. İstintaqa ifadə verən Eşqin Quliyev törətdiyi əməli etiraf edib.

Faktla bağlı Göygöl Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.