Daşkəsəndə oğul atası ilə anasını baltaladıDaşkəsəndə həbsdən çıxan oğul ata və anasını baltalayıb. “Report" xəbər verir ki, hadisə rayonun Qabaqtəpə kəndində törədilib. Həmin kənddə yaşayan, 1944-cü il təvəllüdlü İlyas Həmzə oğlu Bağırov və onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Tamara Mövsüm qızı Bağırova öz oğlu, Firdovsi İlyas oğlu Bağırov tərəfindən baltalanıblar. Hər iki şəxs baş və üz nahiyələrindən çoxsaylı ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Hazırda reanimasiya şöbəsində müalicəsi davam edən ər və arvadın vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, F.Bağırov həbsxanadan yeni çıxıb. Hadisənin hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
Moskvaya uçan təyyarənin kapitanı havada infarkt keçirdiMoskvanın “Vnukovo” hava limanına yaxınlaşmaqda olan Suriya aviaşirkətinə məxsus “Airbus” sərnişin təyyarəsinin kapitanı miokard infarktı keçirib. Bununla bağlı təyyarə heyəti yerə SOS siqnalı yollayıb.

Virtualaz.org xəbər verir ki, ikinci pilot təyyarəni özünün yerə endirəcəyi ilə bağlı məlumat verdikdən sonra hava gəmisinin ehtiyat aerodromda deyil, elə “Vnukovo”da enişi barədə qərar qəbul edilib.

Eniş normal şəraitdə həyata keçirilib, sərnişinlər arasında xəsarət alan yoxdur. Təyyarənin kapitanı miokard infarktı diaqnozu ilə Moskva xəstəxanalarından birinə çatdırılıb.

Qeyd edək ki, Suriyadan Rusiya paytaxtına aviareyslər Azərbaycanın hava məkanı vasitəsilə həyata keçirilir.
Tovuzda gənc oğlanın qulağını kəsdilərTovuz rayonunda dava olub.

Trend-in verdiyi məlumata görə, hadisə rayonun Alakol kəndində baş verib.

Kənd sakini, 1997-ci il təvəllüdlü Ələsgərov Elşən Rövşən oğlu kənd ərazisində döyülüb.

Hadisə nəticəsində E.Ələsgərovun sağ qulağının arxa hissəsi kəsilib.

Yaralı xəstəxanaya gətirilib və tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.
Elmira Axundovanın da adı keçən məhkəmədə mübahisəBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Elnur İbrahimovun sürücüsü Fərhad Həmidov şahid qismində ifadə verib.

O deyib ki, alınan pullardan ona faiz verilməyib, yalnız 500 manat əmək haqqı alıb.

Şahid vəkillərin suallarını cavablandırarkən bildirib ki, çantada olan pulu zərərçəkmiş Fərman Məmmədova verib.

Zərərçəkmiş F. Məmmədov şahiddən pul almadığını deyərək, etirazını bildirib.

Şahid isə ona pul verdiyini yenidən vurğulayıb.

Bu zaman şahidlə zərərçəkmiş arasında mübahisə düşüb. Hakim onları intizama dəvət edib.

Daha sonra şahid Xalid Qasımov ifadə verib.

O deyib ki, 2012-ci ildə Elnur İbrahimov xaricdən mal gətirərək, ona satıb:

"Həbib Axundov mənim ofisimə gəldi və Elnurun mənə 400 min manat məbləğində mal satıb-satmadığını soruşub. Mən də bunu təsdiqlədim. Ancaq dedim ki, hazırda məndə olan malların miqdarını bilmirəm".

İttihama görə, E. İbrahimov özgə əmlakının etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindən ofis ləvazimatları və kartricləri gətirərək, satmağı, satışdan əldə olunan gəlirdən qazanc verəcəyi ilə tanışı Həbib Axundovu aldadıb.

Elnur İbrahimov Həbib Axundovdan 2012-ci ilin avqustundan 2013-cü ilin iyulun 28-dək olan müddətdə, müxtəlif vaxtlarda 125000 manat alıb. Həmin pulun 80000 manatını müxtəlif vaxtlarda hissə-hissə olmaqla qazanc adı ilə qaytarıb.

Elnur İbrahimov 28 iyul 2013-cü ildə bank hesabında 3000000 manat pulu olması, lakin vergi borcu olduğu üçün hesabından pulu çıxara bilməməsi, vergi borcunun ödənilməsi üçün ona pul lazım olması ilə aldadaraq Yasamal rayonunda yerləşən “Flame” çay evində Həbib Axundovdan 10000 manat alıb, ümumilikdə ona 55000 manat ziyan vurub.

Bundan başqa, Elnur İbrahimov təkrarən Dubay şəhərindən ofis ləvazimatları gətirmək adı ilə Həbib Axundovu aldadıb, 2012-ci ilin sentyabrından 2013-cü ilin iyulun 28-dək olan müddətdə, müxtəlif vaxtlarda Həbib Axundovun tanışı Fərman Məmmədovdan ümumilikdə 435000 manat alıb.

O, 2013-cü ilin iyununda Fərman Məmmədova eyni vədlər verib, 100000 manat alıb.

Daha sonra Elnur İbrahimov bank hesabında 300000 manat olduğunu, amma vergi borcu olduğu üçün həmin pulu çıxara bilməməsi adı ilə Fərman Məmmədovu aldadıb, ondan 40000 manat alıb. Elnur İbrahimov həmin pulun 225000 manat hissəsinin müxtəlif vaxtlarda qazanc qazanc adı ilə qaytarıb, 350000 manatı isə öz xeyrinə yönətlməklə zərərçəkmişə qarşı dələduzluq edib.

Bundan başqa, Elnur İbrahimov Dubay şəhərindən ofis ləvazimatları gətirmək adı ilə daha bir neçə nəfərə qarşı dələduzluq edib, onların külli miqdarda pullarını ələ keçirib.

Beləliklə bu Məhkəmədə Fərman Məmmədovun çoxsaylı yazılarına rəğmən təsdiq olundu ki, F.Məmmədov pullarını Həbib Axundova yox, Elnur İbrahimova vermişdir və ondan küli miqdarda sələm faizi almışdır.

Cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri Həbib Axundov deputat Elmira Axundovanın oğludur.
Ər arvadını güllələdiKürdəmir rayonunda güllələnmə hadisəsi baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhərin Aşıq Şakir küçəsi, ev 9 ünvanında qeydə alınıb.

Belə ki, Kürdəmir rayon sakini, 44 yaşlı Şahin Məmmədbağır oğlu Kərimov ailə münaqişəsi zəminində həyat yoldaşı, 36 yaşlı Qumru Tofiq qızı Salayevanı ov tüfəngi ilə vurub. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyata alınıb. Q.Salayevanın vəziyyəti ağır olaraq qiymətləndirilir.

Ş.Kərimov könülü şəkildə polisə təslim olub.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.
Bakıda qadının uşaqlıq yolundan bu həşarat çıxdı - FOTOMüayinəyə kimi xəstə özündə heç bir narahatlıq hiss etməyib

Azərbaycanda həkim müayinə zamanı qəribə hadisə ilə üzləşib.

İstiPress-in məlumatına görə, Avrasiya Hospitalında işləyən Ginekoloq-cərrah Naza Qurbanova pasiyenti 46 yaşlı qadının uşaqlıq yolunda həşərat aşkarlayıb.

Dərhal lazımi tədbirlər görülüb və həşərat uşaqlıq yolundan çıxarılıb. Həkimin sözlərinə görə, müayinəyə kimi xəstə özündə heç bir narahatlıq hiss etməyib:

“Xəstənin heç bir problemi yox idi, sadəcə olaraq profilaktik tədbir üçün müayinəyə gəlmişdi. Ancaq müayinə zamanı məlum oldu ki, xanımın uşaqlıq yolunda həşərat var. Həşərat çıxarıldı və o, evə yola salındı. Hazırda vəziyyəti yaxşıdır. Bu kimi halla ilk dəfədir rastlaşırıq. Həmin həşəratın uşaqlıq yoluna necə daxil olduğunu nə xanım bilir, nə də ki biz”.
Tolikin ictimaiyyət qarşısına çıxması Azərbaycan xalqı üçün təhqirdir - Sabir Rüstəmxanlı Milli Məclisin sabiq deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı "Xəzər" televiziyasının aparıcısı, "Tolik" kimi tanınan prodüser Tarix Əliyevin Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyi təhqir etməsinə sərt şəkildə cavab verib.

S.Rüstəmxanlı Ölkə.Az-a açıqlamasında deyib ki, "Tolik"in Əbülfəz Elçibəy haqqında söylədiyi fikirlər ilk növbədə onun böyüklərinə aiddir:

"O kimdir ki, Əbülfəz Elçibəyi təhqir edir? O zibili "Tolik"in özünə və böyüklərinə yedirtmək lazımdır. Azərbaycan prezidenti olmuş bir şəxs barəsində bu cür tərbiyəsiz fikirləri danışan adamın telekanallar vasitəsilə ictimaiyyət qarşısına çıxmağa heç bir mənəvi haqqı yoxdur. "Tolik" mütləq cəzalandırılmalıdır. O, Əbülfəz Elçibəyin ailəsindən və Azərbaycan xalqından üzr istəməlidir. İctimaiyyətə açıq şəkildə deməlidir ki, daha bir daha belə hərəkət etmərəm".

Xalq şairi "Tolik" kimi adamların efirlərə buraxılmasına görə telekanalları da qınayıb:

"Bu cür adamların ekranlara çıxması və efirdən kiməsə dərs, ağıl verməsi, ümumiyyətlə "Tolik"in ictimaiyyət qarşısına çıxması Azərbaycan xalqı üçün təhqirdir. Ona görə də ilk növbədə onu efirlərdən təcili uzaqlaşdırmaq lazımdır. Ona məcbur etmək lazımdır ki, Əbülfəz Elçibəyin ailəsindən və Azərbaycan xalqından üzr istəsin. Belə tərbiyəsizlik olmaz! Elçibəy haqqında bu cür tərbiyəsiz sözləri yazmaq heç bir əndazəyə sığmır. Görünür ki, bu adamlar o qədər qudurublar və özlərini arxayın hiss edirlər ki, Azərbaycanda tanınan görkəmli insanlar və tarixi şəxsiyyətlər haqqında bu cür aşağılayıcı fikirlər söyləməyə artıq vərdiş ediblər. Tutaq ki, Əbülfəz Elçibəy heç prezident olmayıb, axı sənin nə ixtiyarın var ki, Azərbaycanın tanınmış bir insanını təhqir edirsən? Sən kimsən axı? Hesab edirəm ki, "Tolik" təcili cəzalandırılmalıdır".
Azərbaycanlı milyarderin 19 yaşlı oğlunun 2 milyonluq “oyuncağı” – FOTOƏn varlı azərbaycanlı milyarderlərdən biri hesab olunan Vaqif Məmişov oğluna 2 milyon manata yaxın qiyməti olan avtomobil hədiyyə edib.

Minval.İnfo xəbər verir ki, 19 yaşlı Rasim Məmişov 3 ildir arzusunda olduğu 900 min avro (1 778 580 manat) qiyməti olan “Lamborghini Aventador” avtomobilinə qovuşub. Lüks həyatını nümayiş etdirməkdən çəkinməyən milyarder oğlu yeni “oyuncağını”nı da izləyicilərinə təqdim edib.

“3 il öncə “bu maşından istəyirəm” yazmışdım və sonda ona qovuşdum” – deyən oliqarx oğlu, yeni avtomobilinin görüntülərini paylaşıb. O, digər oliqarx balaları kimi onu da bahalı əyləncələr və avtomobillər özünə cəlb edir. 19 yaşlı Rasimin kolleksiyasında artıq “Chevrolet Tahoe”, “Mercedes Galendewagen”, “Audi R8” kimi bir neçə sportkarı var.

Rasimin sevgilisi də kasıb ailədən deyil. Polina Smirnova “Regional mehmanxana biznesi” şirkətlər qrupunun rəhbərinin qızıdır. Gənclər elitar piter gimnaziyası “Alma-mater”də tanış olublar. Bu gimnaziyada aylıq təhsil haqqı təxminən 1100 dollardır. Polina Rasimdən bir yaş böyükdür və artıq tələbədir, Sankt-Peterburq Dövlət İqtisadiyyat Universitetində təhsil alır.

Qeyd edək ki, Vaqif Məmişov öz adını “Forbes”in milyarderlər siyahısına yazdırıb. Sankt-Peterburq şəhərində isə “ən imkanlı azərbaycanlı” sayılır. Onun rəhbəri olduğu “Konrad” Şirkətlər Qrupu Moskva və Sankt-Peterburqda iri sənaye müəssisələrini özündə birləşdirir. Minlərlə işçinin çalışdığı kompaniyanın direktorlar şurasının sədridir. Eyni zamanda Rusiya Prezidentinin səlahiyyətli numayəndəsi yanında İqtisadi Ekspert Şurasının üzvüdür. Yəni Rusiyanın iqtisadi baxımdan idarə olunması prosesində də yaxından iştirak edir.
İlham Əliyev xalq artisti Arif Məlikovu təbrik etdiAzərbaycan Prezidenti İlham Əliyev xalq artisti Arif Məlikovu təbrik edib.

Təbrikdə deyilir: "Hörmətli Arif müəllim! Sizi – Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsini 85 illiyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Sizin geniş diapazonlu rəngarəng yaradıcılığınız müasir musiqi mədəniyyətimizin parlaq hadisələrindəndir. Qara Qarayev məktəbinin layiqli davamçısı kimi xalq musiqisi ənənələri və dünya klassik irsini müasir musiqi formaları ilə uğurlu şəkildə birləşdirərək meydana gətirdiyiniz çoxsaylı sənət nümunələri ilə musiqi salnaməmizin daha da zənginləşməsində və ölkə mədəniyyətinin inkişafında müstəsna xidmətləriniz vardır. Özünəməxsus əlvan musiqi çalarları, dərin koloriti və yüksək bədiiliyi ilə seçilən əsərləriniz professionallığın zirvələri olub, musiqisevərlərin daim rəğbətini qazanmışdır. Fəlsəfi düşüncələr və bəşəri duyğularla aşılanmış ecazkar musiqiniz mənəvi kamilliyə can atmaqda insanlara yaxından kömək edir. Zamanın yüksək sənət qarşısında irəli sürdüyü tələblərə cavab verən qiymətli əsərləriniz ölkəmizin hüdudlarından kənarda, dünyanın ən məşhur teatrlarında uğurlu səhnə təcəssümünü tapmışdır.

Siz, eyni zamanda, gənclərin hamisi və mahir pedaqoq olaraq Bakı Musiqi Akademiyasının professoru və bəstəkarlıq kafedrasının müdiri kimi zəngin təcrübənizdən bəhrələnən istedadlı musiqiçilər nəslinin yetişdirilməsində uzun illərdən bəri böyük xidmətlər göstərirsiniz. İctimai-siyasi həyatımızda cərəyan edən mühüm hadisələrə və taleyüklü məsələlərə münasibətdə Siz həmişə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmiş, vətənpərvər və aydın düşüncəli ziyalı kimi də xalqımızın hörmətini qazanmısınız.

Səmərəli, məhsuldar və mənalı həyat yolunuz sənətə sonsuz bağlılığın və xalqa xidmətin bariz nümunəsidir. Yaradıcılığınız dövlət tərəfindən daim lazımınca qiymətləndirilmişdir. Siz müstəqil Azərbaycan Respublikasının ən ali təltiflərinə – Heydər Əliyev mükafatına, “Heydər Əliyev” və “İstiqlal” ordenlərinə layiq görülmüsünüz.

Əminəm ki, Siz bundan sonra da bütün qüvvə və bacarığınızı Azərbaycan mədəniyyətinin inkişafı naminə sərf edəcəksiniz".