İsmayıllıda insanları qorxuda saxlayan naməlum varlıq - VİDEOCəlilabaddan sonra İsmayıllıda da qeyri-adi hadisə baş verir.

Avrasiya.net “Xəzər xəbər”ə istinadən xəbər verir ki, evlərə girən naməlum şəxslər əşyaları dağıdır və sakinləri qorxudurlar. Hətta həmin şəxsləri gördüklərini iddia edənlər də var. Təşvişə düşən insanlar polisə də məlumat veriblər.

Həyətlərə girib insanları qorxudurlar. Onları gördüyünü iddia edənlər də var.

Son vaxtlar İsmayıllıda qeyri-adi hadisə baş verir. Sakinlərin dediklərinə görə, 1 aydan çoxdur kimlərsə gecə saatlarında evlərə girib əşyaları dağıdırlar. Lakin heç nə oğurlamırlar. Onların sözlərinə görə, son bir neçə gündə həmin insanlar gündüz də peyda olurlar.

Mübariz Orucov küçəsində yaşayan Səməd Səmədov da həmin şəxsi gördüyünü deyir.

Onun sözlərinə görə, naməlum şəxs uzun boylu və uzun saqqallıdır.

Rayon ərazisində baş verən qəribə hadisə ilə bağlı polisə məlumat verilib. Sakinlərin dedikləri ərazilər polis tərəfindən nəzarətə götürülüb. Hadisə araşdırılır.
Deputatlar Xəzər TV-nin Tolikinə “toy tutdular”:"Mənəviyyatsız və tərbiyəsiz..."Azərbaycanın müxtəlif sahələrində inkişafa nail olmuş, tarixə adını yazdırmış məşhur simaların dar çərçivədə tanınan adamlar tərəfindən təhqir olunması artıq trendə çevrilib. Maraqlıdır ki, bu qəbidən olan Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Səməd Vurğun, Cəfər Cabbarlı kimi dahilər hansısa “qələm sahibi”nin təhqirinə tuş gələndə, onlardan əskilən nəsə olmadı. Əksinə, əskilən, qələminin mürəkkəbi quruyan elə təhqirə yol verənlərin özü oldu.

Bugünlərdə “Xəzər” televiziyasının aparıcısı, “Tolik” kimi tanınan prodüser Tarix Əliyev də təhqir trendinə qoşulub. Sosial şəbəkələrdə Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyi, öz aləmində, təhqir etməsilə bağlı yazışmaları yayılıb.

Onu da qeyd edək ki, Tolikin Azərbaycanın sabiq prezidenti haqqında aşağılayıcı və təhqiramiz fikirləri insanları qıcıqlandırıb. Necə deyərlər təsir, əks-təsirə səbəb olub…

Sosial şəbəkələrdə də bir TV aparıcısının eks-prezidenti təhqir etməsindən hiddətlənənlər müzakirələr açıblar, Tolikin cəzalandırılması tələb olunur.

Məsələ ilə bağlı Modern.az-a danışan Elçibəyin silahdaşı olmuş deputat Fazil Mustafa bildirib ki, müxtəlif vaxtlarda Əbülfəz bəyi qəbul etməyən, fikirlərini bəyənməyənlər tərəfindən təhqirlərə, tərbiyəsizliklərə yol verilib:

“Zaman da həmin tərbiyəsizliyi, təhqiri o adamların öz üzərinə çevirib. Ona görə də bunların üzərində çox durmaq lazım deyil. O insanı, onun dünyagörüşünü qəbul edib-etməmək adamın öz seçimidir. Amma bu, əsas vermir ki, sən o insanı təhqir edib alçaldasan. Vəfat etmiş şəxslər haqqında bu formada gedən danışıqlar insanın mədəni formasının təzahürüdür. Ona görə də belə məsələləri ictimai qınağın öhdəsinə buraxmaq lazımdır. Ən azı Avropada, Amerikada ölkənin rəhbəri olmuş şəxs haqqında etikadan kənar söz, ifadə, davarnış, münasibət sərgiləməməyə çalışırlar. Bu, qınanılası haldır. Hesab edirəm ki, ictimai qınaq öz təsirini göstərəcək… Azərbaycanda belədir də – kim kiminsə himayəsi altındadırsa, elə bilir, hər mövzuya girişib fikir bildirə bilər. Amma qınaq olsa, başqaları bundan ibrət götürüb belə səhvə yol verməzlər”.

Deputat son vaxtlar bəzi gənclərin Azərbaycanın mədəniyyət, ədəbiyyat, təhsil, siyasət sahələrinin inkişafında rol oyanamış və dünyasını dəyişmiş şəxslər barədə təhqirə yol verməsinin tərbiyədən, təhsildən, ümumi dünyagörüşündən, ailə institutundan qaynaqlandığını vurğulayıb: “Təəssüf ki, getdikcə yetkin adamların sayı azalır. Gənclərin sağlam yetişmə mühiti olmadığına, bağçalarda, orta məktəblərdə sağlam təlim-təhsil verilmədiyinə görə vəziyyət bu yerə gəlib çıxıb. Müəllimə qarşı da təqribən münasibət belədir. Dünən Türkiyədən mənə mətn göndərilmişdi. Şagird öz müəllimini öldürüb. Bilirsiniz, şagirdin müəllimini öldürməsi öz gözünü kor etməsidir. Şagirdin müəlliminə bu formada yaxınlaşa bilməsinin özü psixoloji amillərlə bağlı məsələdir. Çünki müəllimin müqəddəsliyi itəndə onu öldürmək də asan olur.

Maraqlıdır ki, bizdə də Əbülfəz Elçibəyə, Məhəmməd Əmin Rəsulzadəyə münasibət bu cürdür. Rəsulzadə haqqında da bu cür hədyan danışanlar ortaya çıxır. Amma baxırsan ki, onu yazanlar Rəsulzadənin, Elçibəyin ömrünün bir anına belə dəyməyən miskin varlıqlar, kimliklərdir. Cəmiyyətdə bu tendensiyanı durdurmaq lazımdır. Bu gün Azərbaycanın ayaq üstə dayanmasında rolu olan və rəhmətə getmiş üç siyasi fenomen var. Bunlardan biri Məhəmməd Əmin Rəsulzadə, ikincisi Əbülfəz Elçibəy, üçüncüsü Heydər Əliyevdir. Bu üçü ilə bağlı diqqətli olmaq lazımdır. Onlar dövlət quruculuğu yolunda möhür vurmuş şəxsiyyətlər olduğuna görə təftiş, tənqid etmək, baxışlarını yeni prizmadan dəyərləndirmək olar. Amma təhqir etmək, ədəbsizlik yolverilməzdir.

Biz özümüz də Əbülfəz Elçibəyin bəzi baxışlarına yeni nöqteyi-nəzərdən baxırıq. Azərbaycan gəncliyinə, Azərbaycan insanına birmənalı şəkildə yeritmək lazımdır ki, bunlar, bu gün sənin ayaqüstə rahat gəzdiyin, müəyyən dərəcədə qürur duyduğun, bayrağı, himnilə fəxr etdiyin dövlətin var olması üçün möhür vurmuş şəxsiyyətlərdir. Ona görə də bu məsələdə diqqətli olmaq hamımızın borcudur”.

Məsələyə başqa bir millət vəkili – Ana Vətən Prtiyasının sədri Fəzail Ağamalı da münasibət bildirib. F.Ağamalı Moderator.az-a açıqlamasında deyib: “Sosial şəbəkələrdə Xəzər TV-nin aparıcılarından olan Tarix Əliyevin (Tolik) Əbulfəz Elçibəyi aşağılayan fikirlərini qətiyyətlə pisləyir və lənətləyirəm. Bunu Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə xüsusi yeri ilə fərqlənən Ə.Elçibəyin və onunla bərabər olan, bütün anbisiyalardan uzaq, bütün varlığı ilə bu mübarizədə iştirak edən çoxmilyonlu xalqımıza qarşı təhqir kimi qiymətləndirirəm.

Mən Ə.Elçibəyin hakimiyyət dövrünü kəskin tənqid edənlərdən biriyəm və düşüncələrimdə dəyişməzəm. Lakin Ə.Elçibəyin, hətta adi soydaşımızın belə, şəxsiyyətinin təhqir olunmasını tamamilə yolverilməz hesab edirəm.

Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında müstəsna xidmətləri inkarolunmazdır. Həqiqətən də Ulu Öndərimiz olmasa idi ölkəmiz hələ də fəlakətlər içərisində çırpınmaqda idi. Bu nəhəng tarixi şəxsiyyətin adını önə çəkərək, milli müstəqilliyimizin və məmləkət bütövlüyümüzün səmimi carçılarından biri olan Ə.Elçibəyi bu dərəcədə aşağılamaq mənəviyyatsızlıq və tərbiyəsizlikdir. Belə birisinə ekran müstəvisdində böyük auditoriya vermək qəbuledilməzdir.”
GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZIN ANA DİLİ və KADR PROBLEMİAna dili bizim kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımızdır!

Bir neçə il öncə bir qrup gənclər Gürcüstanın Baş Nazirənə açıq məktub ünvanlamışdılar. Cəsarətli addım idi, ancaq və lakin... Məktubda Azərbaycan məktəblərinin bağlanması, təhsilin gürcü dilində olması (yalnız azərbaycan dilinin hər gün 1 saat tədris olunması istisna olmaqla) xahiş deyil, TƏLƏB ediliridi, belə bir addımın Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyasına müsbət təsir etməsi əsaslandırılırdı. Xəyallar gerçəkləşir, statistika, faktlar öz-özünə danışır: 2008-2009-ci illərdə Gürcüstandakı Azərbaycan məktəblərinin sayı 124 idisə, 2017-2018-ci illərdə 82 azərbaycan məktəbi qalmışdır, 2026-2027-cı illərdə isə gözlənti 40 Azərbaycan məktəbidir.

Gəlin Gürcüstan dövlətinin etnik azərbaycanlılar üçün yaratdığı imkanları nəzərdən keçirək. Gürcüstanda orta təhsil 12 ildir. 12 il ərzində hər gün orta məktəbdə gürcü dili tədris edilir, dərs saatları 15-20 il bundan əvvəlki şəraitlə müqayisədə kifayət qədər artırılıbdır. Gürcüstanda 1-ci sinfə gedən bütün şagirdlərə, şəhərdə, ucqar kənddə yaşamasından asılı olmayaraq dövlət kompüter (netbook) verir. Kompüter şagirdlərə “facebook”-da qeydiyyatdan keçib, şəkillər yükləyib “like”ları saymaq üçün verilmir. Kompüterdə gürcü, ingilis, riyaziyyat, rəsm və s. fənləri daha dərindən və daha asanlıqla mənimsəmək üçün xüsusi proqramlar yüklənib.
Sovet İttifaqı dağılandan sonra ölkədə iqtisadi, sosial, siyasi böhran yaşanırdı, dərsliklər bir nəfərə çatanda digərinə çatmırdı. İndi isə dərsliklər pulsuz verilir, azərbaycan dilində tədris olunan fənlərlə (tarix, coğrafiya, riyaziyyat və s.) bağlı dərsliklərin 30 %-i gürcü dilindədir. Yəni şagird 12 il ərzində gürcü dilini dövlət dili kimi öyrənir, üstəlik azərbaycan dilində öyrəndiyi digər dərsliklərin 30 %-i gürcü dilindədir (tarix, coğrafiya, riyaziyyat və s. dərsliklər sırf azərbaycan dilində deyil, gürcü dilində qısa xülasəsi də verilib).

Qayğıkeş Təhsil nazirliyi etnik azlıqlar üçün orta məktəblərdə gürcü dilini daha da yaxşı öyrənmək üçün başqa bir yol da fikirləşib. Xüsusi treyninq keçmiş, gürcü dili müəllimləri orta məktəblərə gürcü dili tədrisini təkmilləşdirmək üçün göndərilir (həmin müəllimlər adi müəllimlərlə müqayisədə yüksək maaşla da təmin edilir).
12 il ərzində gürcü dilininin tədrisinə və dərs saatlarının artırılmasına baxmayaraq, dərsliklərin 30 %-nin gürcü dilində olmasına baxmayaraq, xüsusi treyninq keçmiş müəllimlərin səyinə baxmayaraq yenə də gürcü dilini öyrənə bilməyən və bu dəfə artıq abiturientlər üçün qayğıkeş dövlət “1+4” proqramını fikirləşib hazırladı. Yəni tələbə 1 il müddətində yalnız gürcü dilini öyrənir (haşıyə: xarici dili 6 aya öyrənməyə söz verən nə qədər kurslar tanıyırsınız, deyilmi?), sonra isə bakalavr pilləsində təhsilini digər gürcü tələbələrlə eyni masa arxasında, eyni auditoriyada davam etdirir. Sağ olsun SOCAR Gürcüstan da tək bakalavr pilləsində 4 il ərzində oxuyanların deyil, hazırlıqda oxuyanların da təhsil haqqını verir, çökməkdə olan evin sütununa dirək olur. Əslində çox böyük bir köməklikdir, Gürcüstanda sosial vəziyyəti çətin olan, bununla belə övladını ali təhsilli görmək istəyən, ancaq təhsil haqqını ödəməyə imkanı olmayan ailələr və belə ailələrdə savadlı, potensial gənclər də çoxdur (haşiyə: təəssüf ki, bu imkanlardan yararlanmağa ərinən, dərslərə, imtahanlara laqeyd yanaşanlar da az deyil).
Gəlin, indi də riyazi biliklərimizi imtahana çəkək: 12 il orta məktəb, 1 il hazırlıq, 4 il bakalavr = 17 il. İndi bu yazdıqlarımı oxuyan öz-özünə düşünəcək ki, görəsən bu Borçalı cammatı nə yeyib-içir ki, 17 il ərzində bu qədər imkanlarla bir dili öyrənə bilmir??? Hələ internetin, yeni texnologiyanın, smartphoneların yaratdığı imkanları bir kənara qoyaq (online dil öyrənmə imkanları, lüğətlərin smartphonelara yüklənməsi, TV və s.).
Bəlkə məsələnin kökünə varmaq lazımdır, problemin nədə olmasını araşdırmaq lazımdır. Dövlət etnik azlıqlar üçün bu qədər imkanlar yaradır. Elə azərbaycan məktəbləri var ki, orada gürcü dili fənnini gürcü tədris edir (təsəvvür edin ingilis dilini bu dilin doğma daşıyıcı olan ingilisdən, amerikanlıdan öyrənirsiniz). Bir dəfə sual verən olmur ki, bəs bu müəllimlər sinfə daxil olanda nə işlə məşğul olurlar, 12 ilini nəyə sərf edirlər??? Təhsil nazirliyi nə üçün tez-tez yoxlamalar, monitorinqlər aparmır???
Bizim gənclər Baş Nazirə məktub yazanda bəlkə elə bunları qeyd etmək lazım idi ki, dövlətimiz etnik azlıqlar üçün bu qədər qayğı göstərir, çalışır bəlkə arada bir monitorinqlər də aparılsın. Bu məsələni TƏLƏB etməyə haqqımız olsa da, xahiş də edib məktubda yazmaq olardı.

Əlbəttə bu gün dövlətin bu səylərinin nəticəsi var, gürcü dilini gürcüdən də gözəl bilən gənclərimiz var, imtahanlarda gürcüdən də yaxşı nəticə əldə edən gənclərimiz var, gürcü dilində danışanların sayı gənclər arasında ilbəil artır (yaşlı nəslin nümayəndələrini nəzərə almıram, onları qınamağa, mühakimə etməyə haqqımız da yoxdur, çünki onların dövründə bir VƏTƏN var idi – SSRİ, hər yerdə də istifadə olunan dil RUS dili idi). Bütün bunlarla yanaşı orta məktəblərində ciddi monitorinqlər olsa, gürcü dilini tədris edən müəllimlər VİCDANla dərs keçsələr şagirdlərin orta məktəbi bitirdikdən sonra 1 il hazırlıqda oxumasına qətiyyən ehtiyac qalmaz!
Azərbaycan məktəblərinin saxlanılması, ANA dilində təhsil hava-su qədər vacibdir. Fədəkar ziyalımız Həsən bəy Zərdabi demişdir: "Bir millətin ki, dili batdı, onda o millətin özü də batar. Çünki bir millətin varlığına, isbati-vücud etməsinə səbəb onun dilidir".

ANA dilini nəinki qoruyub saxlamaq, Baş Nazirə ünvanlanan məktubda azərbaycan dilinin ikinci dövlət dili olmasını TƏLƏB etmək lazım idi, nəinki Azərbaycan məktəblərinin bağlanmasını. 3.5 milyonluq Gürcüstan əhalisinin yarım milyonunu etnik azərbaycanlılar təşkil edir. Bu gün İsveçrə kimi dünyanın ən inkişaf etmiş ölkəsində insanlar 4 rəsmi dildə danışırlar. 4 rəsmi dil İsveçrəyə yaşayış səviyyəsinə, iqtisadi inkişafına və digər göstəricilərinə görə bütün reytinq cədvəllərində 1-ci yerdə qərarlaşmasına heç də mane olmur.
Milli dəyərləri qoruyub saxlamaq lazımdır, milli dəyərlərə sahib çıxmaq lazımdır. Gənclərə yeganə tövsiyyəm budur ki, heç vaxt heç kimə Sizləri MANİPULYASİYA etməyə imkan verməyin! Həyat insana bir dəfə verilir, həyat çox qısadır, amma bu həyatı şərəflə, namusla, qeyrətlə, heç kəsin buyruqqulu olmadan, alnıaçıq yaşamağa dəyər!
Elm, bilik, savadla silahlanıb, sonra da həmin SİLAHI öz millətimizin nümayəndələrinə qarşı yönəltməyin əziz gənclər, buna görə tarix sizi heç vaxt bağışlamaz!

Azərbaycan məktəblərində kadr çatışmamazlığı

Məktəblərdə kadr çatışmamazlığı bu gün hamımızı narahat edən ən əsas məsələlərdən biridir.
Bü gün riyaziyyat, fizika, kimya, azərbaycan dili və ədəbiyyatı və s. fənləri azərbaycan dilində tədris edən kadrların əksəriyyəti yaşlı insanlardır (Allah ömür versin onlara!). Cavan kadrlar azlıq təşkil etsələr də, aralarında bəzi qeyri-peşəkarlar da var (öz işinin peşəkarı olan gənclərimizi inkar etmirik). Bəzən yaşlı kadrlara “Sovet dönəminin qalıqları” kimi baxıb onların əziyyətini ayaq altına atırlar. Ancaq unutmaq lazım deyil ki, məhz həmin “Sovetin qalıqları” adlandırdığınız müəllimlər 90-cı illərdə aylarla maaş almadıqlarına baxmayaraq (Bəli, acı reallıq budur: aldıqları bir aylıq maaşa bir çörək almaq mümkün idi) məktəbdə təhsil-tədris prosesini dayandırmamışdılar, bütün çətinliklərə baxmayaraq fədakarcasına elin-obanın çətin günlərində övladlarımızın təhsil almasına çalışmışlar, məktəbdən ayrılmamışdılar. Bu gün gənc və yaşlı kadrlar birgə, müştərək işləyib təcrübələrini bir-birilə bölüşməlidir.

Bu gün azərbaycan dilində fənləri tədris edən peşəkar kadrlara çox böyük ehtiyac var. Hər kəs ilk növbədə öz ANA dilini mükəmməl bilməlidir. Gürcü məktəblərinidə təhsil almaq ANA dilinin ölməsinə, gələcəkdə isə bir millət kimi yox olmağa, gürcüləşməyə gətirib çıxaracaq. Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesindəki tragikomik vəziyyət cəmiyyətimizdə təəssüf ki, bu gün də cəmiyyətdə bir reallıq olaraq qalır.

Təəssüf ki, bəzi valideynlər övladlarını bilərəkdən gürcü məktəblərinə qoyurlar və düşünürlər ki, belə olan halda gələcəkdə onların iş tapması daha asan olacaq. Ancaq düşünmürlər ki, Gürcüstanda işsizlik səviyyəsi çox yüksəkdir, gürcülər özləri belə iş tapmaqda çətinlik çəkirlər (gürcü dili gürcülərin ana dili olmasına baxmayaraq). Valideynlər düşünmürlər ki, Azərbaycan məktəblərini bitirənlərin çox üstünlükləri var, Azərbaycan, Türk, Gürcü (17 il gürcü dilini Azərbaycan məktəbində öyrənmək üçün kifayət deyilmi??), İngilis, Rus dillərini çox da əziyyət çəkmədən bilmiş olacaqlar. Valideynlər düşünmürlər ki, bu gün Gürcüstana ən çox investisiya edən şirkətlərin əksəriyyəti Türk və Azərbaycan şirkətləridir və həmin şirkətlərdə əsas tələblərdən biri də Azərbaycan və Türk dillərində səlis, qrammatik, səhvsiz yazıb və danışmaq əsas şərtlərdən biridir. Valideynlər düşünmürlər ki, gürcü dili 3.5 mln. əhalinin dövlət dilidir (bu əhalinin də 500 mini azərbaycanlılardır), Gürcüstandan kənarda bu dil heç kimə lazım deyil. Sual olunur əziz valideynlər: Övladlarınız nəyə görə yalnız işsizlik səviyyəsi yüksək olan Gürcüstan daxilində iş axtarmalıdır (?), axı beynəlxalq təcrübə qazanmaq imkanı Azərbaycan məktəbini bitirənlərdə daha üstündür.

Gürcüstanda əsası qoyulacaq Azərbaycan Pedaqoji Universitetin mövcud problemin həllində rolu

Azərbaycan məktəblərində kadr çatışmamazlığını həll etməyin yeganə yolu Gürcüstanda tez bir zamanda Azərbaycan pedaqoji universitetinin əsasının qoyulmasına nail olmaqdır (əlbəttə ki, belə bir universitetdə azərbaycan dilində digər fənləri mənimsəməklə yanaşı gürcü dilinin öyrənilməsi də nəzərdə tutulmalıdır). Bu yalnız Azərbaycan dövlətinin dəstəyi ilə baş tuta bilər. Təklif olunan variantlardan biri kimi Gürcüstanda hansısa bir uiversitetin nəzdində balaca bir bölüm və ya departamentin yaradılmasıdır ancaq bu effektiv nəticə verməyəcək. Digər təklif olunan variantlardan biri tələbələrin Qazax və ya Bakıda təhsil alıb Gürcüstana qayıtmasıdır, hansı ki, bu da lazımı nəticəni verməyəcək. Çünki, həmin tələbələr 4-6 il Gürcüstandan uzaqda olmaqla gürcü dilində bildiklərini də unudacaqlar. Gürcüstanda əsası qoyulmuş Azərbaycan pedaqoji universitetində isə tələbələr 4 il ərzində ixtisas fənləri azərbaycan dilində öyrənməklə yanaşı, gürcü dilini də öyrənəcəklər. Tələbələri Azərbaycana göndərmək əvəzinə, Azərbaycandan müəllimləri Gürcüstana dərs deməyə dəvət etmək daha məqsədəuyğun olardı.

Azərbaycan dili - Gürcüstanda İkinci Rəsmi Dil

Gürcüstanda yaşayan azərbaycanlılar çoxluq təşkil edən ən böyük etnik azlıq hesab edilir.
Etnik azlıq kimi ANA dilində həm orta məktəbdə, həm də ali məktəbdə təhsil almağa hər cür haqqımız və hüququmuz çatır desək yanılmarıq.
Gəlin beynəlxalq təcrübəyə baxaq, bu gün İsveçrədə 4 RƏSMİ dil işlədilir, mətkəblərdə tədris dili bölgədə hansı dilin üstünlük təşkil etməsindən asılı olaraq həmin dildədir, əlbəttə digər rəsmi dillər də paralel olaraq öyrənilir. Bir neçə rəsmi dili olan başqa ölkələri də misal gətirmək olar: Belçika (3 rəsmi dil), Kanada, Hindistan, Belarusiya, Finlandiya və s. Ölkədə üstünlük təşkil edən milli azlıq kimi (bu bölgənin aborigen əhalisi kimi) düşünürəm ki, bizim də ANA dilimiz Gürcüstanda rəsmi dil kimi qəbul edilməlidir və buna nail olmaq üçün var-qüvvəmizlə çalışmalıyıq (bizim millətin vəkilləri ilə birlikdə). ANA dilinin rəsmi dil kimi qəbul edilməsi gürcü dilini öyrənməmək anlamına gəlmir, yenə də 17 il ərzində ana dili ilə yanaşı gürcü dilinin də öyrənilməsi davam edəcək.

İlbəil Gürcüstanda Azərbaycan məktəblərinin sayı azalmaqdadır, ANA dili ölmək üzrədir, kadr çatışmamazlığı ilə əlaqədar bu problem 5-6 ilə daha kəskin şəkildə hiss olunacaq. Gələcək fəsadlardan yayınmaq üçün indidən həyacan təbilini çalmaq və hərəkətə keçmək mütləqdir.


Aygül İsayeva
İqtisadiyyat üzrə fəlsəfə doktoru

Tanış olun:

Aygül İsayeva - Xəzər Universitetində 4 illik Beynəlxalq İqtisadi Əlaqələr üzrə proqramı 3 il yarıma fəxri diplomla bitirib (Bakı, Azərbaycan, 2006-cı ildə). Bakalavr dərəcəsinə yiyələndikdən sonra Norveçin Xarici İşlər Nazirliyi tərəfindən qranta layiq görülmüşdür (Norveç hökümətinin Qafqaz ölkələri üçün nəzərdə tutulmuş xüsusi Qafqaz proqramı üzrə seçim turlarında qalib gələn 2 nəfər namizəddən biri olmuşdur) və magistraturanı Biznes və İqtisadiyyat proqramı üzrə Oslo şəhərində yerləşən Norveç Biznes İnstitutunda davam etdirmişdir (2006-2008-ci illərdə). 2013-cü ildə Beynəlxalq Qara Dəniz Universitetində marketinq sahəsində elmi işini müdafiə edib İqtisadiyyat üzrə fəlsəfə doktoru (PhD) adına layiq görülmüşdür. 1995-ci ildən Gürcüstanda fəaliyyət göstərən Beynəlxalq Qara Dəniz Universitetinin tarixində ilk dəfə marketinq üzrə dissertasiya işini ingilis dilində müdafiə edərək iqtisadiyyat üzrə fəlsəfə doktoru adına layiq görülən İLK Azərbaycanlıdır. Bakalavr pilləsində təhsil aldığı müddətdə Xəzər Universitetində Peşə və İnkişaf Mərkəzində Koordinator vəzifəsində çalışmışdır (2005-2006cı illər, Bakı, Azərbaycan). Magistraturanı Norveçdə bitirib Azərbaycana qayıtdıqdan sonra Xəzər Universitetində rektorun Beynəlxalq Əlaqələr və Layihələr üzrə müavini işləmişdir. Həmçinin, Xəzər Universitetində İqtisadiyyat və Menecment fakultəsində bir sıra fənləri tədris etmişdir. 2010-cu ildə Azərbaycan Marketinq Cəmiyyətində İcraçı direktor vəzifəsində çalışmışdır. 2011-ci ildən etibarən Tbilisidə Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyində çalışır (SOCAR Georgia Petroleum). 2011-ci ildə Tiflisdə yerləşən Beynəlxalq Qara Dəniz Universitetində Biznesın Menecmenti fakultəsində bir sıra fənləri tədris etmək üçün dəvət edilmişdir, magistr tələbələrin elmi rəhbəri kimi də çalışmışdır. Halhazırda, Beynəlxalq Qafqaz Universitetində iqtisadiyyat fakültəsində dərs deyir, Assosativ Professor kimi çalışır (2015ci ildən etibarən).

ABŞ, Hindistan, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yunanıstan, Macarıstan, Polşa, Rusiya, Türkiyə və s. ölkələrdə bir sıra bəynəlxalq konfrans, seminar, treyninq və biznes forumlarda iştirak etmişdir, Kembric, Roma, Buxarest və s. universitetlərdə elmi məqalələrini təqdim etmişdir, çıxış etmişdir, sertifikatlarla təltif olunmuşdur. Kitabı Almaniya və Gürcüstanda işıq üzü görmüşdür. Bir sıra elmi məqalələrin müəllifidir. Məqalələri beynəlxalq və yerli elmi jurnallarda çap edilmişdir. Marketinq Mütəxəssisləri Beynəlxalq İnstitutunun üzvüdür.
Gömrükçülərimiz Ermənistan komandasını darmadağın etdiBelarusun Brest şəhərində gömrük xidmətləri arasında keçirilən 12-ci beynəlxalq mini-futbol turnirində Azərbaycan gömrükçülərinin növbəti görüşü bu gün Ermənistan komandası ilə baş tutub.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin komandası oyunu rəqibindən aşkar üstün şəraitdə keçirərək 4:0 hesabı ilə qalib gəlib.

Qollardan ikisini Renat Sultanov vurub. Kamil Hacıyev və Samir Məmmədov isə rəqib qapısından hərəyə bir top keçirib. Bununla da komandamız turnirdə ilk qələbəsini qazanıb.

Qeyd edək ki, Azərbaycan gömrükçüləri bundan öncəki oyunlarda uğur qazana bilməyib. Sentyabrın 10-da Rusiya, sentyabrın 11-də isə Belarus komandası ilə görüşlərin hər birində komandamız 1:2 hesabı ilə məğlub olub.

Gömrükçülərimiz növbəti görüşləri sentyabrın 13-də Ukrayna, sentyabrın 14-də isə Belarus komandasına qarşı keçirəcək.

Turnirə 5 ölkə - Azərbaycan, Belarus, Ukrayna, Rusiya və Ermənistan komandaları qatılıb. Yarışda Belarusdan iki komanda daxil olmaqla, cəmi 6 komanda iştirak edir.

Sentyabrın 10-dan start götürən yarışa ayın 14-də yekun vurulacaq.
“Hacı Mazan”ın qoçuluğu ilə bağlı cinayət işi başlandı “Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun və adamlarının binasında yaşayan sakinin evinə hücum çəkməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanıb.
İstintaq faktı xuliqanlıq kimi qiymətləndirib və Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə tövsif edib.

İstintaqın gedişində cinayət işinin CM-in 221-ci maddənin hansı bəndi üzrə araşdırılacağı məlum olacaq. Hadisənin bir qrup tərəfindən törədildiyini nəzərə alsaq, faktın CM-in 221.2-ci maddəsi ilə araşdırılacağı gözlənilir. Bu maddəyə görə, təqsirləndirilən şəxs və ya şəxsləri iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Məslə ilə bağlı BakuPost.az-ın əməkdaşı Hacı Mazanla əlaqə saxlayıb. O, suallara cavab verməyərək telefonunu söndürüb: “Mənə heç bir sual verməyin. Sizi eşitmirəm, Bakıda deyləm, Naxçıvandayam…”

Xatırladaq ki, “Hacı Mazan” və adamları Binəqədi rayonunda “İnam Bayram” MTK-nın inşa etdiyi binada Faiq Seyfullayevin mənzilinə hücum edərək, orda çəkiliş aparan Xəzər TV-nin əməkdaşlarına zor tətbiq edib, mənzil sahibini isə döyüblər. Nəticədə Faiq Seyfullayev ağır bədən xəsarətləri alıb.
"Şagirdlərin dərs yükü bizi narahat edən məsələdir"“Yeni tədris ilində şagirdlərin qiymətləndirməsində yeniliklər olacaq”.

Bu sözləri təhsil naziri Ceyhun Bayram Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ənənəvi sentyabr konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu istiqamətdə yay aylarında araşdırmalar aparılıb:

“Şagirdlərin dərs yükü bizi narahat edən məsələdir. Bu yay ayları ərzində sözügedən istiqamətdə işlər aparılıb. Yeni məktəb daxili qiymətləndirmə layihəsi hazırlanıb. Sabah bununla bağlı Təhsil Nazirliyində kollegiya iclası keçiriləcək. İclasın nəticəsinə əsasən məktəbdaxili qiymətləndirmədə bir sıra yeniliklər tətbiq ediləcək. Xüsusən ibtidai təhsil üzrə qiymətləndirmədə yeniliklər olacaq.

Məktəblərin reytinqinin qiymətləndirməsində də yeniliklərə imza atacağıq. Bu məsələyə də sabah nazirlikdə keçiriləcək kollegiya iclasında baxılacaq. Sözügedən sistemin bütün ölkə üzrə tətbiqinə maraqlıyıq. Bu reytinqdə yalnız akademik göstəricilər nəzərə alınmayacaq. İdarəetmə ilə bağlı qərarlar qəbul ediləndə məhz həmin reytinqin nəticələrini nəzərə alacağıq”.

Nazir həmçinin məktəblərdə xüsusi günlər, bayram tədbirlərinin keçirilməsi ilə bağlı tövsiyələr də verib. C.Bayramov bildirib ki, məktəblərdə bayramlar xüsusi günlərlə bağlı mərasimlər tədbir xatirinə keçirilməməlidir.

Nazir məktəblərdə bəzi neqativ halların aradan qaldırılması, məktəb əmlakına xüsusi həssaslıqla yanaşılması ilə bağlı məsələyə də toxunub:

“Əfsuslar olsun ki, bu istiqamətdə danışılası mövzular çoxdur. Ancaq hazırda bayram əhval ruhiyyəsini nəzərə alaraq çıxışımı bu istiqamətdə davam etmək istəmirəm. Sadəcə olaraq bunu mesaj kimi qəbul edin. Ümid edirəm ki, gələcəkdə uğurlarımız o qədər çox olsun ki, həmin mövzuları müzakirə etməyə ehtiyac qalmasın”.
Bu tələbələrə prezident təqaüdü veriləcək - SİYAHIPrezident İlham Əliyev 2018/2019-cu tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 2018/2019-cu tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş aşağıdakı tələbələrə Prezident təqaüdü verilsin:

Abbaslı Ülvi İlqar oğlu
Abbasov Bəxtiyar Nazir oğlu
Abbasov Hikmət Əhməd oğlu
Abdullayeva Nilufər Vahid qızı
Abiyev Anar Mərhəmət oğlu
Abiyev Rəmzi İlqar oğlu
Ağayev Ramil Şahin oğlu
Aslanlı Fəyyaz Eldəniz oğlu
Aşirov Aslan Cümşüd oğlu
Babayeva Məryəm Elşad qızı
Balakişiyeva Elnarə Vitaliy qızı
Balakişiyeva Nərmin Arzuman qızı
Balayev Altun Cəmşid oğlu
Bayramova Əsra Elçin qızı
Cahangirova Selcan Tərlan qızı
Cəfərova Fidan Zaur qızı
Cəlilov Zaur Cabir oğlu
Dadaşev Əbdülağa Etibar oğlu
Dadaşov Ayxan Güləddin oğlu
Əhədova Nərmin Cəmşid qızı
Əhmədli Kamran İlham oğlu
Əhmədov Ayxan Şakir oğlu
Əhmədova Leyli Əhməd qızı
Əhmədzadə Hacıəhməd Vüqar oğlu
Əhmədzadə Maya Əli qızı
Ələkbərova Vüsalə Azad qızı
Ələsgərov Qurban Sərvər oğlu
Əliyev Əbdülhüseyn Telman oğlu
Əliyeva Arzu Əhməd qızı
Əliyeva Rəna Məmmədağa qızı
Əsədov Vasif Hikmət oğlu
Əsgərli Əli Tahir oğlu
Əzizli Əzim Sevindik oğlu
Fərzəliyev Xəyal Vüqar oğlu
Fətəli Sara Ceyhun qızı
Fətəliyev Ağamirzə Əliyar oğlu
Göyçayeva Xanım Şahin qızı
Hacıyev Millət Xaliq oğlu
Haşımzadə Cahan Vüqar qızı
Heydərov Firuddin Hicran oğlu
Həsənov Ülvi Araz oğlu
Həsənova Şayxanım Aydın qızı
Həsənzadə Lalə Yaşar qızı
Hüseynli Əfsanə Gündüz qızı
Hüseynova Səmra Hüseyn qızı
Hüseynzadə Məmməd Yaşar oğlu
Xəlil Yusuf Vüqar oğlu
Xəlilli Ramil Hikmət oğlu
Xəlilova Aytən Vüqar qızı
İbrahimli Ramazan Rahib oğlu
İbrəhimov Heydər Hidayət oğlu
İmanov Fail Rahət oğlu
İsayev Vasif Vüqar oğlu
İsmayıllı Xalid Rüstəm oğlu
İsmayılova Nərmin Etibar qızı
İsmayılzadə Gülgün Amil qızı
Kəngərli Zöhrə Azər qızı
Kərimxanov Anar Azad oğlu
Kərimli Elvin Eyvaz oğlu
Qarayev Rüstəm Babək oğlu
Qasımov Elnur Mayil oğlu
Qasımova Ləman Eldar qızı
Qədirli Şəkər Nail qızı
Quluzadə Zeynəb Malik qızı
Qurbanova Banuçiçək Kamil qızı
Mehdizadə Sona Ağəmi qızı
Məhəmmədli Kənan Nizaməddin oğlu
Məhərrəmli Fərzalı İslam oğlu
Məhərrəmli Tapdıq Məsud oğlu
Məlikzadə Röya Fərhad qızı
Məmmədli Selcan Mahil qızı
Məmmədov Elvariz Rza oğlu
Məmmədov Fərid Vaqif oğlu
Məmmədov İlqar Oktay oğlu
Məmmədov Tural Ramiz oğlu
Məmmədova Aytac Abuzər qızı
Məmmədova Nüşabə Vəli qızı
Məmmədova Səyalı Mehman qızı
Məsimova Aytac Rizvan qızı
Miriyeva Seyidnisə Cəfərağa qızı
Mirtalıbova Röya Mirtaleh qızı
Museyibzadə Eltun Elşən oğlu
Mustafayev Anar İsmət oğlu
Nəbiyev Şəmsur İlqar oğlu
Nəbizadə Şəbnəm İlham qızı
Nəsirli Turqay Mənaf oğlu
Ömərbəyli Tərlan Ağamurad oğlu
Rəcəbli Nicat Elçin oğlu
Rəcəbova Jalə Süleyman qızı
Rəhimli Ələkbər Rüstəm oğlu
Rüstəmov Elvin Ramiz oğlu
Rüstəmova Ləman Rüstəm qızı
Rzayeva Nəzrin Ramin qızı
Sarıyeva Elnarə Vidadi qızı
Sultanlı Xəyyam Hikmət oğlu
Tağıyeva Nərmin Ceyhun qızı
Təhməzova Leyla Elçin qızı
Yaqubov Ənvər Ədalət oğlu
Yaqubov Tahir Taleh oğlu
Zamanlı Elgün Famil oğlu
Zeynallı Azər Samir oğlu
Zeynalova Zübeydə Həsən qızı

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

İmtahan nəticələri ən pis olan rayonlar - SİYAHI“Bu il doqquzuncu sinif şagirdlərinin imtahan nəticələrinə əsasən Səbail, Xətai və Nizami rayonları ilk üç yerdə sıralanıb. Son üç yerdə isə Pirallahı, Xəzər və Suraxanı rayonları qərarlaşıb”.

Bu sözləri təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva ənənəvi sentyabr konfransında çıxışı zamanı deyib.

M.Vəliyeva bildirib ki, son illərlə müqayisədə şagirdlərin imtahan nəticələrində aşağı göstəricilər 0.54 faiz yaxşılaşıb, müvəffəq qiymət alan şagirdlərin göstəriciləri 2.16 faiz yaxşılaşıb.

M.Vəliyeva onu da vurğulayıb ki, 2016/2017-ci tədris ili ilə müqayisədə 2017/2018-ci tədris ilində müəllimlərinə sayında 0.3, şagirdlərin sayında isə 4.5 faiz artım müşahidə edilir:

“Bu tədris ilində təhsil alacaq şagirdlərin 83 faizi Azərbaycan bölməsi,17 faizi rus bölməsi üzrə qeydə alınıb”.
Qaynatasını döydüyü deyilən dünya çempionu ilə bağlı yeni faktlar ortaya çıxdı: “Uşağının gözü önündə…” Sentyabrın 1-i 5 qat dünya çempionu Ehram Məcidov qayınatasının yaşadığı ünvana gedərək aralarında yaranan ailə-münaqişəsi zəminində onu döyməsi barəsində məlumat vermişdik.

Məlumatda qeyd edilirdi ki, idmançının qayınatası ağır vəziyyətdə paytaxtdakı xəstəxanalardan birinə yerləşirilib.

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Binəqədi Rayon Polis İdarəsi tərəfindən həbs olunan 5 qat dünya çempionu Ehram Məcidovun hüquqlarının müdafiəsi ilə bağlı mətbuat konfransı keçirilib.

Mətbuat konfransı İsrail-Azərbaycan hüquq mərkəzinin, “Xocalı Global Promotion”un şirkətinin və “Neftçi” İSM-nin dəstəyi ilə təşkil olunub. Tədbirdə çıxış edənlər Ehram Məcidovun necə vətənpərvər, idmançı olmağından, vətən qarşısındakı xidmətlərdən danışıblar.

İsrail-Azərbaycan hüquq mərkəzinin rəhbəri, Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Komitəsinin hüquq eksperti İsmayıl Zalov Ehram Məcidovun həbs olunmasının qanunsuz olduğunu bildirib. Hüquq müdafiəçisinin sözlərinə görə, kimliyindən asılı olmayaraq hər bir valideyinin övladları ilə görüşmək hüququ var:

“Ehram Məcidov 3 ilə yaxın bir müddətdir ki, həyat yoldaşından ayrılıb. Onun azyaşlı 2 övladı var. Məhkəmənin çıxardığı qərara əsasən, uşaqlar anada qalmalı imiş və ata ilə görüşə icazə verilmirmiş. Lakin Ehramın bu məsələ ilə bağlı kassasiya şikayəti sonradan təmin olunub.

Belə ki, Ali Məhkəmə övladların ata ilə görüşünə icazə verib. 4-5 gün əvvəl Binəqədi Rayon İcra Nümayəndəliyində ata və övladları arasında görüş baş tutub. Orada Ehram övladlarının gözü qarşısında keçmiş qayınatası tərəfindən təhqir olunub. Ehram da təhqirlərə dözə bilməyib, bir-birlərini itələyiblər. Sonradan həmin insanlar Ehramdan polisə şikayət ediblər.

Deyirlər guya Ehramın üzərində soyuq silah hesab edilən beşbarmaq olub, yalandır. Ancaq Binəqədi RPİ-də cinayət məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb və dünya çempionu məhkəmənin qərar ilə təqsirləndirilən şəxs qismində həbs edilib və Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.”

Qeyd edək ki, Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru da şahid kimi dindiriblər. O da Ehramın təhqir olunduğunu bildirib. E.Məcidov “Khojaly Global Promotion”un və İsrail Azərbaycan hüquq mərkəzinin idman departamentinin rəhbəridir. O, 2 ay 28 gün müddətinə saxlanılıb.
İş adamını şantaj edən jurnalistlər azadlığa buraxıldıMillitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Təqsirləndirilən şəxslərin hər birinin barəsində şərti cəza seçilib. Hökmdən sonra zamində olan təqsirləndirilən şəxslər sərbəst buraxılıblar.

İttihama görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədova Binəqədi rayonunda yerləşən “Qədim Qəbələ” restoranında iş adamı Şirin Abdullayevin barəsində rüsvayedici məlumatlar yaymamaq üçün 3 min manat alan zaman saxlanılıblar.

Məlumata görə, təqsirləndirilən Rövşən Qasımov əvvəllər Milli Məclisin mətbuat xidmətinin əməkdaşı olub.

Təqsirləndirilən şəxs qismində ifadə verən Rövşən Qasımov bildirib ki, 2016-cı ildə saytı təsis ediblər, bu saytı yaratmağı Natavan Mehdiyeva ona təklif edib:

“Yeganə xanım mənə dedi ki, qadınları cinsi istismara məruz qoyan əxlaqsızlıq yuvası var. Bu yerin rəhbəri də Şirin adlı şəxsdir. Dedi ki, biz bu problemi yazıb, bu kimi yerlərin fəaliyyət göstərməsinin qarşısını alaq. Sonra biz çəkilişlə gəldik, həmin məkanda çəkiliş apardıq”.

Rövşən Qasımov qeyd edib ki, Şirin Abdullayevə məxsus olan obyektə müştəri kimi yaxınlaşıb, 30 manat müqabilində ona orada qadınla intim münasibətdə olmağı təklif ediblər:

“Biz bu faktları qeyd etdik və bu sübutları polisə təqdim etdik”.

Rövşən Qasımov qeyd edib ki, çəkiliş aparan zaman Toğrul adlı şəxs onlara yaxınlaşaraq çəkiliş aparmamasını və bu barədə polisə məlumat verilməməsini istəyib:

"Ancaq biz onu eşitmədik, yenə də polisə gedib məlumat verdik. Bir gün sonra Şirin adlı şəxs mənə zəng edib və bu məsələ ilə bağlı görüşüb, danışmağı təklif etdi”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, həmin vaxt Şirin Abdullayev ona gecə zəng edib:

“Mən Elmira xanımla onun görüşünə getdik. Görüşə Toğrul və Şirin gəldi. Şirin dedi ki, əməliyyat olunmuşam, vəziyyətim yaxşı deyil, çəkilişi efirə verməyin, polisə şikayət etməyin. Bizə söz verdi ki, bu ayın sonu həmin obyekti bağlayacağam. Bizim söhbətimiz yekunlaşdı”.

Rövşən Qasımovun ifadəsinə görə, bir neçə gün sonra Şirin Abdullayev yenidən onunla birlikdə görüşüb və söhbət etməyi təklif edib:

“Restoranda görüşdük, yemək yeməyə yeni başlamışdıq ki, polislər gəlib bizi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar”.