Anar Nağılbazın oğlu atasının qəbri üstündə HAMINI AĞLATDI - FOTO/VİDEOARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı mərhum reper Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva olub.

Avrasiya.net xəbər verir ki, həyat yoldaşının ölümündən və keçmiş həyatından bəhs edərkən göz yaşlarına boğulan Anjelika “Səhər-Səhər” kollektivinin Anar Nağılbazla bağlı hazırladığı reportajı izlədikdən sonra bəzi açıqlamalar verib.

Daha sonra proqrama qonaq olan reper Ramil Nabran və müğənni Cəmilə də Anjelikanın verdiyi açıqlamalardan sonra göz yaşlarını saxlaya bilməyiblər.

Sözügedən görüntüləri təqdim edirik:
Putin Paşinyanı tələyə saldı: Moskva görüşünün gizlinləri...Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü istənilən nəticəni verməyib. Erməni ictimaiyyəti Paşinyanı Putinin tələsinə düşməkdə və təcrübəsizlikdə ittiham edir.

Publika.az xəbər verir ki, erməni şərhçi Tevos Arşakyan Paşinyanın xarici siyasət təcrübəsinin yoxluğuna diqqət çəkib:

“Heç kimə sirr deyil ki, Paşinyanın xarici siyasət təcrübəsi yoxdur və bu, Ermənistana qəddar zarafata başa gəldi. Demək olar ki, Paşinyan hökuməti rusların məharətlə qurduğu tələyə düşdü və burada qazanan Moskva ilə Bakı oldu”.

Erməni şərhçi yazır ki, Paşinyan qaçaraq Putinin görüşünə getdi.

“Daha sonra iki ölkə arasında münasibətlərin inkişafı haqqında bəlağətli bəyanatlar verdi. Halbuki, Paşinyanla görüşdən əvvəl Putin İlham Əliyevlə görüşmüşdü və həmin görüşdə 16 sənəd imzalanmışdı. Paşinyanla isə heç bir sənəd imzalanmadı. Əvəzində Putin Paşinyanı tələyə salaraq, onun Qərbə inteqrasiya siyasətinin qarşısını aldı”, - deyə erməni şərhçi qeyd edib.
Azərbaycan düşməni lərzəyə salan yeni qırıcılar alır...Bu gün Azərbaycanın münasibətlərini dinamik şəkildə inkişaf etdirdiyi ölkələr sırasında ön yerlərdən birini Pakistan tutur. Tərəflər arasında əlaqələr artıq qarşılıqlı münasiəblərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdə olduğunu göstərir. Hərbi, siyasi, iqtisadi müstəvidə uğurla inkişaf edən əlaqələr hər iki ölkə üçün daha böyük dividendlər vəd edir.

Qeyd olunan məqamlar Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə ilə Pakistan Senatının sədr müavini Səlim Mandivala arasında baş tutan görüşdə də xüsusi diqqət mərkəzində yer alıb. Bildirilir ki, görüşdə Azərbaycan və Pakistan parlamentləri arasında mövcud olan sıx əlaqələrdən məmnunluq, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin önəmli rolu qeyd olunub, Pakistan Senatının qəbul etdiyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və təcavüzkar Ermənistanı qınayan qətnamənin yüksək qiymətləndirildiyi bildirilib. Səlim Mandivala Azərbaycanın Pakistan üçün qardaş ölkə olduğunu, iqtisadi, ticari, hərbi-texniki, müdafiə, enerji, turizm sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin, birbaşa təyyarə reyslərinin açılmasının, parlamentlərarası dostluq qrupları arasında əlaqələrin daha da artırılmasının zəruri olduğunu bildirib.

Görüşdə, həmçinin, iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə xidmət edəcək müştərək layihələrin icra olunması və qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsi məsələləri ilə bağlı da fikir mübadiləsi aparılıb. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın iştirakı ilə reallaşmaqda olan ən uğurlu layihələrdən biri qismində çıxış edən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinə qoşulmaq istəyən ölkələrdən biri də məhz Pakistandır. Hazırda ölkələr arasında sürətlə inkişaf edən sahələrdən biri isə hərbi sferadır. Ümumiyyətlə, Pakistanla Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq zaman keçdikcə daha da dərinləşir və möhkəmlənir. Pakistanlı politoloq, Pakistan Milli Müdafiə Universitetinin əməkdaşı Səid Sahibzadənin sözlərinə görə, son on il ərzində Pakistan ordusunda Azərbaycanın təqribən 100 hərbi birləşməsi döyüş hazırlığı keçib. Pakistan hərbi rəhbərliyinin Azərbaycana mütəmadi səfərləri isə ikitərəfli hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərir.
Səid Sahibzadə onu da vurğulayıb ki, Azərbaycan Çin və Pakistanın birgə istehsalı olan dördüncü nəsil “JF-17 Thunder” çoxməqsədli qırıcı təyyarəsini əldə etmək niyyətini dilə gətirib. “JF-17 Thunder” hava kəşfiyyatı aparmağa, yer hədəflərinə qarşı sarsıdıcı hücum həyata keçirməyə və qarşı tərəfin hava hədəflərini tutmaq, yaxud məhv etməyə qadirdir. Bu mənada, pakistanlı politoloqa görə, Azərbaycanla Pakistan arasında hərbi-müdafiə sahəsində, məsələn, tapançaların, idarə olunan hərbi sursatların və tank əleyhinə raketlərin birgə istehsalında böyük potensial mövcuddur.
Qeyd edək ki, "JF-17 Thunder" yüngül, tək mühərrikli, çoxməqsədli dördüncü nəsil qırıcı-bombardmançı təyyarədir. Qırıcı ilk növbədə Pakistan hava qüvvələrinin təlabatını ödəmək üçün Pakistan Aviasiya Kompleksinin və Çin şirkəti olan Çenqdu Aviasiya Sənaye Korporasiyası tərəfindən hazırlanıb. "JF-17 Thunder" "hava-hava", "hava-yer" raketləri, döyüş imkanları və bir çox xüsusiyyətləri ilə öz sinfindən olan digər təyyarələri üstələyir. Xüsusilə də keçmiş Sovet, hazırki Rusiya istehsalı olan təyyarələrlə müqayisədə bir çox üstünlüyə malikdir. Məsələn, analoqu hesab olunan MİQ-29 cəmi 2 ton faydalı yük götürərək raketlərlə maksimum 60 kilometr məsafədə olan hədəflərə zərbə endirə bilir. "JF -17 Thunder" isə 3 ton yüklə 100 kilometr məsafədə hədəfləri məhv etmək qabiliyyətindədir.

Bu arada Pakistanın “The Quwa Defence News & Analysis Group” hərbi xəbərlər və analiz qrupu bildirir ki, "JF -17 Thunder" Azərbaycan ordusuna digər parametrlər bxımından da üstünlük qazandıra bilər. Bildirilir ki, həmin təyyarələrə Azərbaycanın Türkiyədən alıdğı SOM qanadlı raketlərinin quraşdırılması "JF -17 Thunder"in döyüş qabiliyyətini dah ada artıra bilər. Analitik qrup bildirir ki, Türkiyənin “Roketsan” şirkəti tərəfindən işlənib hazırlanan SOM qanadlı raketlərinin çəkisi 600 kiloqrama yaxın, atəş mənzili 250 kilometrdir. Hazırda Türkiyənin Hərbi Hava Qüvvələri həmin raketləri özünün F-16C və F-4 qırıcılarında yerləşdirib. Qeyd olunur ki, Azərbaycan 2017-ci ilin noyabrında Türkiyədən SOM raketlərini sifariş edib. Ehtimal edilir ki, SOM-A və SOM-B1/B2 raketləri Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarələrinə güclü müdafiə imkanları verməklə yanaşı, müəyyən olunmuş və potensial olaraq hərəkətdə olan hədəflərə dəqiq zərbə imkanları da yaradır. Bu raketlər peyk siqnalları ilə idarə edilən inersial naviqasiya sistemlərinə əsaslanır. Analitik mərkəz qeyd edir ki, Azərbaycanın bu raketləri almasının Pakistanın aviasiya kompleksinə və "JF -17 Thunder" qırıcılarına da aidiyyəti ola bilər. Azərbaycanın Pakistandan "JF -17 Thunder" qırıcılarını almağa maraq göstərdiyi bir neçə il əvvəldən məlumdur. Bu barədə danışıqlar aparılıb, hətta tərəflərin müqavilə imzalamağa yaxın olduğu haqda xəbərlər də yayılıb. Mərkəz hesab edir ki, Pakistanın Aviasiya Kompleksi "JF -17 Thunder" qırıcılarını Azərbaycana satmağa hələ də maraq göstərirsə, o zaman bu təyyarələrdə SOM qanadlı raketlərinin quraşdırılması ən azından kommersiya baxımından əhəmiyyət kəsb edir.

Mərkəzin analitiklərinə görə, Azərbaycan Hərbi Hava Qüvvələri üçün təkcə bu raketi daşımaqdan ötrü yeni qırıcı platformasına investisiya qoymaq az əhəmiyyət daşıya bilərdi. Lakin digər tərəfdən SOM raketlərinin "JF -17 Thunder" qırıcılarına inteqrasiya edilməsi Pakistan tərəfdən bu təyyarələrin cəlbediciliyini artırmaq üçün əlavə effekt olardı: “SOM raketlərinə malik olan Azərbaycan bir neçə variantdan birini seçə bilər”. Beləliklə, qeyd edilənlərdən aydın olur ki, Azərbaycan "JF -17 Thunder" təyyarələrini almaqla hərbi gücünü xeyli artıracaq və bu halın da Ermənistanda ciddi əndişə yaratması qaçılmaz sayılır. (baki-xeber.com)
“Şahnazaryan Fəxrəddin kimi separatçılara qucaq açmışdı”“Fəxrəddin Abbaszadənin Ermənistanda, Rusiyada və Azərbaycandakı yaxın silahdaşları da həbs edilməlidir”.

Bunu Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, Avrasiya.net saytının rəhbəri Cavid Şahverdiyev bu günlərdə Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında federal axtarışa verilən və bu il sentyabrın 6-da Moskvada saxlanılan separatçı təşkilat rəhbəri, qondarma Talış Milli Hərəkatının sədri Fəxrəddin Abbaszadənin həbsinə münasibətində açıqlayıb.

C.Şahverdiyev bildirib ki, Azərbaycanda etnik qarşıdurma yaratmağa cəhd göstərən və ermənilərlə işbirliyində olan Fəxrəddin kimi separatçıların azadlıqda qalmalarına haqları yoxdur: “Belə separatçılar bir zamanlar İrəvandakı “Voskanapat” fondunun rəhbəri, Ermənistan MTX-nin sabiq rəhbəri Levon Məlik-Şahnazaryanın (ölüb) dostları olublar. Onun rəhbərlik etdiyi voskanapat.info saytında Azərbaycanın əleyhinə materiallar yayırdılar. Hətta Şahnazaryan saytda onlar üçün xüsusi olaraq “Tribuna” rubrikası açmışdı. Separatçılar da bu tribunadan istifadə edərək Azərbaycanda guya azsaylı xalqların hüquqlarının pozulmasını əsas gətirərək ölkədə milli, etnik qarşıdurma yaratmağa cəhdlər göstərirdilər. Şahnazaryanla fotolar çəkdirib sosial şəbəkələrdə paylaşırdılar”.

ADİİM sədri onu da vurğulayıb ki, Rusiya talış diasporasının prezidenti İsmayıl Şabanov, “Tolişpres” informasiya agentliyinin redaktoru Kahin Mirəlizoda (Əbilov), Fəxrəddin Abbaszadənin bir ayağı həmişə Ermənistanda olub: “Fəxrəddin Abbaszadə və İsmayıl Şabanov 27 fevral 2016-cı il tarixində İrəvanda "Azərbaycanın köklü xalqları" elmi konfransına internet vasitəsilə qoşulub dövlətimizin əleyhinə çıxışlar edib, ermənilərin regionda talışların əsas tərəfdaşı olduğunu, Rusiyanın, İranın da talışların mövqeyini müdafiə etdiklərini səsləndiriblər. Bundan başqa Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan və özünü "Talışıstan TV telekanalının xəbərlər xidmətinin rəhbəri" kimi təqdim edən Azərbaycan vətəndaşı Zabil Məhərrəmov (şair olduğundan sosial şəbəkələrdə şeirlərini "Zabil Mədoj" təxəllüsü ilə paylaşır) da İrəvanda olub. Bu adam ermənilərin yaratdıqları "Talışıstan TV" və "Talışıstan Radiosu"nda çalışıb. Bu separatçı da əyninə Ermənistan ordusunun hərbi formasını geyinərək kamera qarşısına keçir, ermənilərin şəninə təriflər söyləyir".

C.Şahverdiyev onu da vurğulayıb ki, “Talışıstan TV" Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən 2014-cü ilin sonlarında yaradılıb. Bu "qurum"un ideya təşəbbüskarı Azərbaycanda "Talış-Muğan Respublikası" qurmaq istəyən, sonra separatçılığa görə həbs olunan, indisə Hollandiyada yaşayaraq Azərabaycana nifrətini gizlətməyən, Ermənistanın xüsusi xidmət orqanları ilə çox sıx təmaslarda olan Əlikram Hümbətovdur: “"Talışıstan TV" yaranandan iki ay sonra bu "struktur"un "ideoloji təminat"ı Moskvada yaşayan və separatçılığı ilə tanınan Fəxrəddin Abbaszadəyə həvalə olunmuşdu. Abbaszadə ermənilərin ümidlərini doğrultmayıb, "Talışıstan TV"nin fəaliyyətini təmin edə bilməmişdi. Belədə qurum İrəvandakı "Voskanapat" fondunun rəhbəri, Ermənistan MTX-nin sabiq rəhbəri Levon Məlik-Şahnazaryanın idarəsinə verilmişdi. Zabil Məhəmmərovu da "aparıcı" vəzifəsinə məhz L.Məlik-Şahnazaryan seçib. "Talışıstan TV"-nin fəaliyyətinin ilkin dönəmlərində Sankt-Peterburqla İrəvan arasında məkiyə çevrilmiş Z.Məhərrəmov hazırda, əsasən, İrəvanda yaşayır”.

C.Şahverdiyev bildirib ki, dövlət və dövlətçiliyimizə xələl gətirən, ermənilərlə iş birliyində olan və Rusiyada, Avropada ermənipərəst qüvvələrin qoltuqlarına sığınan bütün separatçılar həbs edilməli və cəzalanmalıdırlar: "Belə insanların ürəklərində vətən, torpaq sevgisi heç bir zaman yaranmaz".
Rusiyada azərbaycanlı çempionu saxladılar Rusiya Federasiyasının Kareliya Respublikasının Petrozavodsk şəhərində kütləvi davada iştirak edən üç azərbaycanlı və bir ermənini saxlayıblar.

Oxu.Az Karelia.news portalına istinadla xəbər verir ki, dava avqustun 25-də baş verib.

Həmin gecə Petrozavodsk sakini evinin qarşısında döyülüb. Ağır kəllə-beyin travması alan şəxs cinayətkarların əlindən qurtula bilib.

Şahidlərin sözlərinə görə, Cahangir Kadaşyev və onun dostları eyvanda səs-küy salıblar. Şəhər sakini avtomobilini park edən zaman bu səs-küyü eşidib və iradını bildirib. Bundan sonra münaqişə baş verib. Kadaşyev və onun dostları Zəfər Səfərəliyev, Ruslan Müslimov və Robert Tonyanhəmin şəxslə dalaşıblar. Xəsarət alanın adı hələ də KİV-dən gizli saxlanılır.

Yeri gəlmişkən, videodan görünür ki, döyülən şəxs davadan qorxmur və əlindəki silahdan havaya bir neçə dəfə atəş açır. Davanın sonunda hadisə yerinə polis əməkdaşları gəlib.

Karelia.news yazır ki, polis davanın bütün iştirakçılarını həbs edib (Xəsarət alan şəxsin hadisə yerindən qaçdığı və hələ də tutulmadığı bildirilib). Zəfər Səfərəliyev hadisənin görüntülərində yer almayıb.

Polis onun davanın sonunda gələrək, şəhər sakininin avtomobilinə kərpiclə zərər verdiyini bildirib. Şahidlərin sözlərinə görə, “Audi” markalı avtomobilə ümumilikdə 400 min rubldan çox (təxminən 6000 min dollar – red.) ziyan dəyib.

Sentyabrın 2-də məhkəmə prosesi keçirilib. Məhkəmənin qərarına əsasən, yalnız Robert Tonyan azadlığa buraxılıb. Araşdırmalar zamanı onun şəhər sakininə xəsarət yetirmədiyi, avtomobilə ziyan vurmadığı və polisin əmrlərinə tabe olduğu aydınlaşıb.

Cahangir Kadaşyevə qarşı vəzifələrinin icrası zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarını təhqir etmə maddəsi ilə cinayət işi başlanıb. Həmçinin, ona qarşı sağlamlığa yüngül zərər vurma və xuliqanlıq edərək başqasının əmlakına zərər vurma ittihamı irəli sürülüb. Son iki maddə yenidən təsnif edilə bilər.

Məhkəmə istintaq prosesi zamanı Kadaşyev, Müslimov və Səfərəliyevin 60 gün müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.

Yerli KİV-lərdə məlumat yayıldıqdan sonra Karelia.news portalına Kareliyadakı Azərbaycan diasporunun nümayəndəsi Akif Quliyev müraciət edib.

Quliyevin sözlərinə görə, o, artıq 33 ildir Petrozavodskda yaşayır.

“Daxili İşlər Nazirliyində, zavodda çalışmışam. Mənim uşaqlarım burada doğulub. Cahangirin valideynləri də uzun müddətdir ki, burada yaşayır. Cahangir Petrozavodskda doğulub. Onlar varlı ailədən deyil. Kasıb ailəsi ipoteka ödəyir. Ən başlıcası isə biz hamımız Rusiya vətəndaşıyıq.

Cahangir Rusiyada sambo və karate üzrə idman ustasıdır. O, Avropa çempionu olanda Rusiya üçün döyüşürdü və yaxşı insan idi. Cinayət törətdikdən sonra isə heç kim oldu. Bu, düzgün deyil”.

Akif Quliyev insidentin səbəbi olacaq daha bir faktı da açıqlayıb.

“O gənc özü də günahkardır. O qızla olub və yanında silah gəzdirib, görünür ki, qızın yanında özünü göstərmək istəyib. Cahangir dostugilə qonaq gəlib. Onlar kimisə gözləyirdilər. Və o, eyvanda yüksək səslə həmin şəxsin adını çəkib. Axşam saat 10:00 olub, burada nə var ki? Gecə saat 02:00 deyildi.

Oğlan maşında qızla oturub, musiqiyə qulaq asırmış. O, Cahangirə deyib ki, qışqırmasın. O, bunu kobud şəkildə ifadə edib. Onların sözlü mübahisəsi düşüb. Sonda isə Cahangir ona zərbə vurub. Cahangirin niyə onu döydüyü mənə məlum deyil. Mən onu təmizə çıxarmıram. Demək istəyirəm ki, həmin gənc onu buna təhrik edib.

Təkrar edəcəm: Cahangirin etdiyi pisdir və o, cəzasını alacaq. Ancaq məhkəmə milli məqamları nəzərə almamalı və obyektiv olmalıdır. Hüquq-mühafizə orqanlarına müraciət edirəm və onları işin obyektiv araşdırılmasına səsləyirəm”, – Quliyev bildirib.
Sumqayıtlı gənc özünü asıb –  Qızdan “yox” cavabı aldığı üçün…Sumqayıtlı gənc sevdiyi qıza görə özünü öldürüb.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin “gecəqondu” məhəlləsi deyilən ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1995-ci il təvəllüdlü Abışov Elman Elxan oğlu özünü yaşadığı evdə asaraq öldürüb. Yaxınları bildirib ki, Elman Abışov sevdiyi qızdan “yox” cavabı aldığı üçün özünü asıb.

Gəncin meyidi aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
Qiyamət Gününün daha bir səhifəsi:kimi kimi məhv edəcək – insan həşəratı, yoxsa həşərat insanı? Boris Nikolayev

Nezavisimaya gazeta, 10.09.2018


Rusiyanın, demək olar, bütün qəzetləri çəkçəki ağcaqanadların Taqanroqa kütləvi uçuşu haqda məlumatdan yan keçib. Milyonlarla sürfə baş sahil küçəsi daxil olmaqla şəhərin küçələrini basıb. Yollardakı həşərat layı bəzən bir neçə santimetrə çatıb. Bunda təəccüblü heç nə yoxdur. Bu, demək olar, bu gün zamanın hökmüdür. Britaniyanın “Guardian” qəzeti iddia edir ki, Yer kürəsində hərarətin yüksəlməsi həşəratların sayını və iştahasını artırır. Yerdə istiliyin Selsi üzrə hətta 2 dərəcə yüksəlməsi buna səbəb olar ki, həşəratlar getdikcə daha çox taxıl bitkisi yeyəcək. Məsələ burasındadır ki, onlar Yer atmosferində istiliyin Selsi üzrə artıq 2 dərəcə yüksəlməsi halında buğdanın, demək olar, 50%-dən çoxunu və qarğıdalının 30%-i məhv edəcək. Düyüyə gəlincə, tropik və subtropiklərdə yetişdiyindən istiləşmə həşəratların yem payının “cəmi” 20% artmasna səbəb olar.

Britaniya alimlərinin Qiyamət Günü proqnozları xəbər verir ki, Selsi üzrə 2 dərəcə istiləşmə nəticəsində taxılın məhsuldarlığı, təxminən, 10% azalacaq, ziyanvericilərdən itkinin artımı isə hələ 4-8% təşkil edəcək. Bu gün 800 milyon adamın xroniki aclıq çəkdiyi, dünya əhalisinin isə 10 milyarda qədər artacağı nəzərə alınsa, həşəratların vurduğu ziyan ərzaq təhükəsizliyini pisləşdirər və aclığa gətirə bilər.

Avropalıların işi hamıdan pis olacaq. Avropada ziyanvericilərdən itkinin artımı 75%-dən çox proqnozlaşdırılır.

Amma şər deməsən, xeyir gəlməz. Britaniyanın Bi-Bi-Si informasiya agentliyi xatırladır ki, BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı hələ beş il qabaq hesab edirdi ki, həşəratlardan qidada istifadə inkişaf etməkdə olan ölkələrdə aclıq çəkənlərə yardım edə bilər, çünki həşəratların xeyli qidalı özəllikləri var.

Təşkilatın hesabatında deyilir ki, bütün dünyada 2 milyarda yaxın adam müxtəlif müntəzəmlik dərəcəsilə böcək, şala cırcırama və qarışqalarla qidalanır.

Mütəxəssislər iddia edirlər ki, həşəratlar yükəsk miqdarda zülal, yağ və başqa faydalı maddələrin hesabına olduqca doydurucudur. Bunlar yarıac-yarıtox uşaqlar üçün qida əlavəsi kimi faydalı ola bilər. Bundan başqa, həşəratlar asanlıqla çoxalır, habelə balıq və qaramalın yemlənməsi üçün yararlıdır.

Avropa Birliyində hələ üç il qabaq AB-nin Ərzaq təhlükəsizliyi üzrə İdarəsi (EFSA) qidada həşəratlardan istifadənin riskləri və perspektivi haqda hesabat dərc edib. Hesabatda deyilir – artıq planetdə 2 milyarda yaxın adam həşəratları müntəzəm şəkildə yeyir.

AB mütəxəssisləri göstərirlər ki, yeməli həşəratlar Yer kürəsinin artan əhalisi üçün yüksəkkeyfiyyətli zülal, yağ, vitamin, qida lifləri və başqa faydalı maddələrin zəngin qaynağı ola və həm əhalinin qida payında, həm də heyvandarlıqda yem kimi işlənə bilər. Lakin adamlar üçün “həşəratdarlığın” mümkün risklər dərəcəsi onların törədilməsi zamanı hansı kimyəvi maddələrin işlədiləcəyindən asılıdır. Müxtəlif ölkələrin sakinləri 1900-ə yaxın həşərat növünü qidada istifadə etsə də, Avropa Birliyində potensialca yalnız bəzi növlər tələb oluna bilər: milçək (yəqin ki, sürfə də nəzərə alınır), ağcaqanad sürfəsi, un qurdu, şala cırcırama və onlara qohum çəyirtkələr – araşdırıcılar belə hesab edirlər.

Amma örnək üçün uzağa getmək gərək deyil. Həmin Bi-Bi-Sinin məlumatına görə, Çində tarakanların törədilməsi axına qoyulub. Məlumdur ki, Çində və Asiyanın başqa ölkələrində qızardılmış tarakanı yüzillərlə istifadə ediblər, amma indi bu həşəratları həm də əczaçılıq məqsədi üçün özəl, nəhəng fermalarda bəsləyirlər. Məsələn, ölkənin cənubi-qərbində Siçan şəhərində əczaçılıq şirkətlərindən biri hər il 6 milyard tarakan bəsləyir. Bundan Çin xalq təbabətində böyük tələbata malik olan özəl cövhər hazırlayırlar.

Aydındır ki, Avropa alimləri həşəratların təkcə qidalanma üçün deyil, həm də avropalı xəstələrin müalicəsinə qəbul edilmiş sintetikanın əvəzinə natural dərmanların istehsalı üçün önəmini aşkar gərəyincə dəyərləndirmirlər.

Tərcümə Strateq.az-ındır.
Lənkəranskinin qohumu Bakıda faciəli şəkildə öldüBakıda məşhur restoranda gənc oğlan faciəli şəkildə ölüb.

Report-un xəbəbrinə görə, Nizamı rayonunda yerləşən “Neon Palace” restoranında Lənkəran şəhər sakini 2002-ci il təvəllüdlü Qalib Tacəddin oğlu Əzimov ərzaq daşıyan liftlə tavanın arasında qalaraq dünyasını dəyişib.

Faktla bağlı Nizami rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, dünyasını dəyişən şəxs mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin (Canıyev) qohumu olub. “Neon Palace” restoranının sahibi isə Lənkəranskinin qohumlarıdır.
Bakıda 27 yaşlı kişi 46 yaşlı qadını zorlamaq istədi – Qadın özünü üçüncü mərtəbədən atdı Bakıda xoşagəlməz hadisə baş verib.

Avrasiya.net "media.az"a istinadən xəbər verir ki, qadın zorlanmaya məruz qalmadığı üçün özünü üçüncü mərtəbədən atıb.

Verilən məlumata görə, hadisə 9 sentyabr saat 22:50-də Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib.

1972-ci il təvəllüdlü Z.Məmmədova ağır bədən xəsarətlərilə Klinik Tibb Mərkəzinə yerləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, Seyidov küçəsi 21 ünvanında Z.Məmmədova tanışı 1991-ci il təvəllüdlü İ.Vəlizadə tərəfindən hücuma məruz qalıb. Qadın gənc tərəfindən zorlanmamaq üçün özünü pəncərədən yerə atıb.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisədə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı Qaradağ rayonunda cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi dəyişdirilibBakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi dəyişdirilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, 2012-ci ildən İdarənin rəisi vəzifəsində çalışan Elmira Əliyeva sentyabrın 4-də öz xahişi ilə tutduğu vəzifədən azad olunub.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov faktı təsdiqləyərək bildirib ki, bu vəzifəyə Merli Veyisova təyin edilib.

M.Veyisova bu təyinata qədər 5 saylı poliklinikada baş həkimin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Elmira Əliyevanın işdən azad olunması ilə bağlı xəbəri ilk olaraq open.az saytı yayıb.