14 yaşlı qız itkin düşübSumqayıt şəhərində yeniyetmə qız itkin düşüb. "Report" xəbər verir ki, Sumqayıt şəhər sakini, 2004-cü il təvəllüdlü Şahanə Xalid qızı Baxşıyeva altı gün bundan əvvəl, təqribən, axşam saatlarında yaşadığı Kimyaçılar qəsəbəsindəki evdən çıxaraq naməlum istiqamətə gedib. Qadın bundan sonar bir daha geri qayıtmayıb.

Onun əlamətləri: Boyu, təqribən, 150 sm, orta bədən qurluşlu, uzunsov sifət, qarayanız, şabalıdı saçlı, qara qaşlı, gözlərinin rəngi qonurdur.

Evdən çıxarkən əynində ağ gülləri olan qırmızı kofta, qara şalvar və ayağında ağ rəngli idman ayaqqabısı olub. Bu barədə məlumatı olan şəxslərdən xahiş olunur ki, (018) 65 302-02 və (050) 614-46-56 telefon nömrələri ilə əlaqə saxlasınlar.
GMİ ölkədə çadra və niqabdan istifadənin qadağan olunması təklifinə etiraz edibGürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov Gürcüstanda çadra və niqabdan istifadənin qadağan olunması təklifinə etiraz edib.

Maide.Az xəbər verir ki, bir neçə gün öncə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi təşəbbüsü ilə “Patriotlar alyansı” fraksiyasının üzvü Emzar Kvitsiani çıxış edib.

Onun verdiyi təklifə əsasən, Gürcüstanda ictimai yerlətdə çadra (çarşab) və niqabdan istifadənin qadağan olunması və əməl etməyənlərin isə pulla cərimələnməsidir.

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov bununla bağlı bəyanat verib, bəyanatda deyilir:

“Bəzi avropa ölkələrindən təsirlənib əssasız arqumentlər gətirən bu şəxs bilməlidir ki:

• Yaradanın əmri olan örtünmək tək İslamda deyil bütün dinlərdə mövcuddur. Çadraya bənzər geyim tərzinə elə xristian və yəhudi dinlərində də rast gəlinir. Parlamentin qanun qəbul edib tək bir dində olan örtük tərzinə qadağa qoyması necə haqlı hesab oluna bilər?

• Gürcüstana yaxın ölkələr vətəndaşlarının və ölkədə qonaq olan turistlərin böyük bir hissəsi müsəlmandır. Onların qadınlarının da müəyyən hissəsinin geyim formasında niqab və çadra vardır. Çadraya qadağa qoyulduğu zaman ölkə onların inanc və şəxsi seçim hüquqlarını pozmuş olmazmı? Bir halda ki, ölkəmizdə açıq-saçıq gəzənlərə sərbəstlik hüququ tanınıb.

• Kəlağayının, yaylığın, örpəyin, yemşəyin, baş örtüyünün mövcud olduğunu ölkəmiz yeni kəşf etmir. Bu ta qədimdən ana-nənələrimizin geyim tərzində rast gəlinilibdir. Bir zamanlar sovetlər dövründə cəhalət kimi təqdim olunaraq, tənqid edib mübarizə apardılar. İndi isə demokratik, din və vicdan azadlığının hökm sürdüyü ölkədə belə qanun qəbul olunarsa insan haqlarından söz gedə bilərmi?

Marixuananın leqallaşmasını tələb edən belə bir şuar deyirdi: “Mənim bədənim mənə aiddir”. Bu məsələdə həmin şüar açıq-saçıq olmağa keçərli olduğu halda örtünənlərə nədən şamil olmur?.

Biz demirik İslamda qadınların çadra geyməsi və niqablı olması qəti şərtdir. Qadın üçün vacib olan – hicab şərtlərinə cavab verən libas geyinməkdir. Hicab qadının örtünməsi vacib olan bütün bədən üzvlərini tam örtməli, şəffaf olmamalı, bədənə kip yapışacaq dərəcədə dar olmamalı və nəzər-diqqəti cəlb edəcək qədər əlvan və cəlbedici olmamalıdır. Bu şərtlərə cavab verən hər cür geyim şəriətdə məqbuldur.

Lakin ziyarətgahlarda, ibadət yerlərində və xüsusi mərasimlərdə çadradan istifadə olunur. Bəzən də müəyyən xanımlar yuxarıda sadaladığımız şərtlərə ən kamil şəkildə cavab verən libas növü çadra olduğunu düşünüb ona üstünlük verirlər.

Əgər bir insan hesab edirsə ki, o, hicablı olmaq üçün çadrada gəzməlidir, bu, onun hüququdur. Hicab bizim İslam dinimizdən irəli gələn, bizim inancımıza daxil şərtlərdən biridir. Ona görə də hicaba qarşı hər hansı təzyiqləri normal hesab edə bilmərik.

Tolerantlığın hakim olduğu dövlətimizdən bu olduqca həssas məsələdə diqqətli olmasına, müsəlman xanımların inanc və seçimlərinə hörmətlə yanaşmasına və ölkə parlamentini hicabın bu növünə qadağa ilə bağlı qanunun qəbul etməməsinə çağırırıq."
Azərbaycan dünya birliyində yüksək nüfuza malik ölkədir“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizin beynəlxalq aləmdə nüfuzunu, çəkisini daha da artırır, yeni uğurlara yol açır. Bütün sahələrdə əldə edilən nailiyyətlər, gündən-günə genişlənən beynəlxalq əlaqələr kifayət qədər önəmli hadisələrlə yadda qalır. Bu mənada möhtərəm Prezidentimizin xarici ölkələrə, eyni zamanda, xarici dövlət başçılarının ölkəmizə səfərlərini xüsusi vurğulamaq lazımdır.” Bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə bildirib ki, son dövrlər bu cür qarşılıqlı səfərlər ölkələr arasındakı münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb edir: “Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfəri, Prezident İlham Əliyevin Rusiya, Qırğızıstan və Xorvatiyaya səfərləri və əldə olunmuş razılaşmalar xarici siyasətimizin dinamikliyinin, Azərbaycanın dünya birliyində yüksək nüfuza malik ölkə olduğunun əyani sübutudur”.

Azərbaycan Prezidentinin Xorvatiyaya rəsmi səfərinə toxunan “İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, bu səfər ölkəmizin Avropa üçün nə qədər önəm kəsb etdiyini, qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinə olan marağı, Azərbaycana verilən yüksək qiyməti ortaya qoyur: “Bütün səfərlərdə milli və dövlətçilik maraqları qorunmaqla ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində sənədlər imzalanır. Bu səfərlər və dövlətlər arasında əldə olunmuş razılaşmalar Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinin güclənməsinə, dost və tərəfdaşlarının sayının artmasına xidmət edir. Təbii ki, bunlar ölkəmizin beynəlxalq nüfuzu ilə yanaşı, iqtisadi inkişafının da göstəricisidir”.

V.Rəhimzadə onu da əlavə edib ki, Azərbaycan Prezidentinin xarici ölkələrə və eləcə də digər dövlətlərin başçılarının ölkəmizə səfərləri respublikamızın dünya birliyinə sürətli inteqrasiyasının göstəricisidir: “Azərbaycan son illər uğurlu layihələrə imza atıb və bu layihələr çərçivəsində ölkəmiz beynəlxalq əməkdaşlığa mühüm töhfələr verməkdədir. Azərbaycanın müəllifi olduğu qlobal layihələr regiona və dünyaya sülh, təhlükəsizlik və inkişaf vəd edir. Azərbaycan və xarici ölkə prezidentlərinin qarşılıqlı səfərləri çəçivəsində siyasi, iqtisadi və digər sahələrdə əldə olunan razılaşmalar isə sülh və təhlükəsizliyi daha da möhkəmləndirir, inkişafı sürətləndirir.
Rayon prokurorluğunun rüşvət alan əməkdaşları həbs edildi - TƏFƏRRÜATŞəki Ağır Cinayətlər Məhkəməsində rüşvət alma maddəsi ilə təqsirləndirilən 2 prokurorluq əməkdaşının məhkəmə prosesi başlayır.

“Ölkə.Az”ın məlumatına görə, cinayət məcəlləsinin 311-ci (rüşvət alma) maddəsinin bir neçə bəndi ilə təqsirləndirilən Abbasov Ülvi Mehdi oğlu və Quliyev Faiq Çingiz oğlunun məhkəmə prosesi sentyabr ayının 19-da hakim Rəşid Hüseynovun sədrliyi ilə keçiriləcək.

Bu ilin iyul ayında İsmayıllı rayon prokurorunun böyük köməkçisi Faiq Quliyevin qanunsuz əməlləri barədə daxil olmuş vətəndaş müraciəti əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Araşdırma zamanı F.Quliyevin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar “İsmayıllı Tikinti-27” ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən sonuncuya məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün, yəni edəcəyi qanunsuz hərəkətlərə görə 14 iyul 2018-ci il tarixdə, İsmayıllı rayon prokurorluğunun inzibati binasında külli miqdarda pul vəsaitini rüşvət kimi şəxsən A.Əliyevdən almasına əsaslı şübhələr müəyyən edildiyindən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən F.Quliyev barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq zamanı, həmçinin F.Quliyevin 17-18 iyul tarixlərində Qalib Süleymanova məxsus karxananın fəaliyyəti ilə bağlı aparılmış araşdırma zamanı sonuncunun cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində İsmayılli rayon prokurorluğunun inzibati binasında ondan külli miqdarda rüşvət almasına da əsaslı şübhələr müəyyən edilib.

F.Quliyevin rayon prokurorluğunda olan xidməti otağına baxış keçirilərkən seyfdə rüşvət kimi aldığı pul vəsaiti aşkar edilərək maddi sübut kimi götürülüb.
İş üzrə F.Quliyevə Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma ) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Aparılmış xidməti yoxlama zamanı İsmayıllı rayon prokuroru Ülvi Abbasov və prokurorun böyük köməkçisi Faiq Quliyev tərəfindən vətəndaşlarla qeyri-prosessual münasibətlərə daxil olmaqla xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edilməklə “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunlarının, Baş Prokurorluq üzrə müvafiq əmrlərin, eləcə də “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərinin kobud şəkildə pozulması hallarına yol verilməsi müəyyən edilib.
Eyni zamanda, istintaqın hərtərəfli, tam və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş prokurorunun 25 iyul 2018-ci il tarixli əmri ilə F.Quliyev prokurorluq orqanlarından xaric edilmiş, rayon prokuroru Ü.Abbasov isə vəzifədən azad olunub.

Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Konqres rəhbəri ciddi faktlar qarşısında aciz qalıbSahil Qasımova gizli dəstək verənlər, Azərbaycan diasporunun əleyhinə işləyir və xarici ölkələrdə yaşayan həmvətənlərimizin parçalanmasına kömək edirlər.

Dünya Azərbaycanlıları İttifaqının və Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun Prezidenti, Avropa Azərbaycanlıları Konqresinin (AAK) Birinci vitse-prezidenti Füzuli Məmmədovla AAK Prezidenti Sahil Qasımov arasındakı qalmaqal getdikcə böyüyür.

Artıq hamıya bəllidir ki, Sahil Qasımov Füzuli Məmmədovun mənasız bəyanatlarla yox, arqumentlərə söykənərək, təkzibolunmaz fakt və sənədlərlə ona qarşı səsləndirdiyi ittihamlarına cavab verə bilmir. Qasımov yalnız bunu edə bildi: İspaniyanın Kataloniya muxtar vilayətinə səfərinə haqq qazandıraraq bildirdi ki, onlar Barselonada separatçılarla yox, İspaniyanın mərkəzi hakimiyyət orqanlarının bu bölgədəki nümayəndələri ilə görüşüblər.

Lakin bu açıqlama Qasımovun tamamilə əleyhinə yönəldi. Sahil Qasımov bu haqda nə qədər çox danışdısa, o qədər də həmvətənlərimizin ona qarşı qəzəbini artırdı. Çünki Azərbaycan əzəli torpağı olan Dağlıq Qarabağda 30 ildir erməni separatizmindən əziyyət çəkir və respublikamızın ərazisinin 20 faizini Ermənistan silahlı qüvvələri işğal altında saxlayır. Bu səbəbdən cənab Qasımov Kataloniyaya səfərinə haqq qazandırmaq əvəzinə, özünün qeyri-ciddi davranışına görə həmvətənlərimizdən üzr istəməli idi.

Bundan başqa, Sahil Qasımov Avropa Azərbaycanlıları Konqresinin haradan və necə maliyyələşməsi haqqında deyilən fikirlərə də cavab verə bilmədi. O, ətrafındakılar ilə birlikdə AAK-la bağlı qalmaqalı başqa səmtə yönəltməyə çalışdı. Məqsədi bəlli idi. Cənab Qasımov bu cür davranışı ilə maliyyələşmə və AAK-ın qanuni mövcudluğu məsələlərini təşkilatın prezidentliyi uğrunda mübarizə və digər intriqaları kölgədə qoymaq istəyirdi.

Ancaq fakt faktlığında qalır. Füzuli Məmmədovun sualları hər gün daha da aktuallaşır və qarşı tərəfdən indi də cavab tələb edilir. İndi artıq diasporumuzun fəaliyyəti ilə maraqlanan hər bir azərbaycanlı bilmək istəyir: AAK-ın Avropanın hansısa ölkəsinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçən Əsasnaməsi mövcuddurmu? Bu təşkilatın bank hesabı varmı? Əgər heç bir yerdə qeydiyyatdan keçməyibsə, AAK-ın fəaliyyəti qanunidirmi?

Bu suallara cavab verilmədiyindən bir daha əmin olursan ki, “Avropa Azərbaycanlıları Konqresi’’ adlı təşkilat yoxdur və arxasında heç kim dayanmır. Çox təəssüf ki, bir çoxlarının Sahil Qasımovun himayəçisi adlandırdıqları, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun fəaliyyəti bir çox suallar doğuran belə bir strukturun yaranmasına imkan verib. Çünki Qasımovun bu təşkilata 2017-ci ilin fevral ayından rəhbərlik etməsinə baxmayaraq, AAK rəsmi olaraq 14 ildir mövcuddur.

Bununla bağlı rusiyalı politoloq, əslən azərbaycanlı jurnalist-təhlilçi Mehman Qafarlı Füzuli Məmmədovun sentyabrın 2-dəki açıqlamasına belə şərh verib:

“Avropa Azərbaycanlıları Konqresi haqqında yalnız 2017-ci ilin fevralında sizin (Füzuli Məmmədovun – müəllif.) bu təşkilata Birinci vitse-prezident seçilməyinizdən sonra danışmağa başladılar. AAK-ın V Qurultayının iştirakçıları şahiddir ki, qurultayın iştirakçıları Sizi (Füzuli Məmmədovu – müəllif) seçəndə Sahil Qasımovu isə heç bir müzakirəsiz təsdiq etdilər. Yəni “kimlərsə’’ onu “yuxarıdan’’ təyin etdilər. Lakin AAK-ın Prezidenti postuna yiyələnən Qasımov dərhal bu təşkilatdakı nüfuzlu rəhbərlərə təzyiq göstərməyə başladı. Potensial rəqiblərdən qurtulmaq üçün o, dərhal 2 ən nüfuzlu vitse-prezidenti – Sankt Peterburqdan olan Samir Məmmədovu və Londondan olan Sevil xanım Aslanovanı vəzifələrindən uzaqlaşdırdı’’.

Mehman Qafarlının söylədikləri onu deməyə əsas verir ki, cənab Qasımov və onun ətrafındakılar yalnız AAK-ın fəaliyyətinə ayrılan pulları heç bir hesabat vermədən, “öz mülahizələrinə” görə xərcləyən maliyyə fırıldaqçıları deyillər, həm də fitnəkar və Azərbaycan diasporunun dağıdıcılarıdırlar. Yalnız Azərbaycan xalqının düşmənləri diaspor təşkilatından təcrübəli və nüfuzlu insanları qova bilərlər. Bu hərəkəti ilə Sahil Qasımov sübut etdi ki, onun doğma Azərbaycana, xalqımıza qarşı heç bir sevgisi, sədaqəti və hörməti yoxdur. Avropada yaşasa da, onun üçün demokratiya və söz azadlığı prinsipləri tamamilə yaddır.

Kataloniyaya səfər edən Sahil Qasımov AAK ətrafındakı indiki qalmaqaldan sonra onu daha yaxşı tanıyanlar üçün həm də milli xainə çevrildi. Vətənpərvərlikdən dəm vuran insan dünyanın heç bir ölkəsində seperatçıların əlini sıxa bilməz. Doğma Azərbaycan üçün separatizm kimi həssas olan məsələlərdə hər bir azərbaycanlı Azərbaycan hakimiyyəti ilə həmrəylik nümayiş etdirməlidir. Hansısa bir azərbaycanlı öz şəxsi mənfəəti naminə ümummilli prinsiplərə xəyanət edir və Azərbaycanın maraqlarını unudursa, o şəxsin heç bir dəyəri yoxdur. Belə şəxs nəinki diaspor təşkilatına rəhbərlik etməli, ümumiyyətlə sıravi üzvü olmamalıdır.

AAK-ın 14 illik mövcudluğu faktına gəldikdə, yenə bir çox suallar ortaya çıxır. Əgər əksəriyyət onun haqqında yalnız son 2 ildə eşidibsə, bu təşkilat əvvəllər necə işləyib və nə işlə məşğul olub? Düzünü desək, Füzuli Məmmədov son 18 ayda yalnız AAK-ı maliyyələşdirməyib, həm də onu geniş təbliğ edib. Lakin buna görə Sahil Qasımov Füzuli Məmmədova təşəkkür etmək əvəzinə arxadan zərbə vurmağa cəhd etdi. O, Kataloniya nümayəndələri ilə görüşünə dair Füzuli Məmmədovun tam haqlı tənqidlərindən sonra öz səhv və qeyri-vətənpərvər davranışını etiraf etmək yerinə, ətrafı ilə birgə Füzuli Məmmədova və onun tərəfdarlarına qarşı çıxıb. Bununla da Avropa Azərbaycanlıları Konqresinin dağıdılmasına start verdi. Belə görünür ki, Dünya Azərbaycanlıları Konqresinin (DAK) səs-küylü və ağrılı tənəzzülü Sahil Qasımov və onun ətrafı üçün acı bir dərs olmayıb. DAK-ın dağılmasının da əsas səbəbi məhz daxili fitnə-fəsadlar idi. Bu gün analoji proseslər, çox təəssüf ki, Avropada heç cür Azərbaycan diasporunun başlıca və effektiv strukturuna çevrilə bilməyən AAK-da da eynilə təkrar olunur. İndi “qasımovlar”ın ucbatından Avropada həmvətənlərimizin yeni ictimai təşkilatını yaratmaq lazım gələcək.

Səmimi etiraf etmək lazımdır ki, AAK adlı təşkilat artıq yoxdur. Avqust ayının ikinci yarısından Qasımovun və onun ətrafındakıların hərəkətlərində müşahidə etdiyimiz separatizmdən sonra Avropa Azərbaycanlıları Konqresinin fəaliyyət göstərməsi çox çətindir. Bu təşkilat həm tərəfdarlarından, həm də maliyyə mənbələrindən məhrum olacaq. Qalmaqallardan sonra Füzuli Məmmədov da daxil olmaqla nə xüsusi sərmayəçilərin, nə də Diasporla İş üzrə Dövlət Komitəsinin AAK üçün pul ayırması da az inandırıcıdır.

Bu qalmaqal Avropa Azərbaycanlıları Konqresinin nüfuzuna böyük zərbə vurub. Beləliklə də həmvətənlərimizin böyük və bütün Avropadakı Azərbaycan diasporunu ətrafında birləşdirə biləcək effektli ictimai təşkilat yaratmaq ümidləri puça çıxmaqdadır.

AAK ətrafında hadisələrin necə cərəyan etməsindən asılı olmayaraq, bir suallara cavab axtarmalıyıq: “Niyə Avropa Azərbaycanlıları Konqresi kimi bir diaspor təşkilatımız uğursuzluğa düçar oldu? 14 il ərzində AAK nə üçün Avropadakı milyonluq azərbaycanlı diasporunu ətrafında birləşdirməyi bacaran effektli struktura çevrilə bilmədi?

Azərbaycan dövlətini müntəzəm maliyyələşdirdiyi AAK niyə Avropada Azərbaycan diasporunun əsas və effektli təşkilatı olmadı? Niyə Diasporla İş üzrə Dövlət Komitəsinin əvvəlki rəhbərliyi təkcə Avropanın yox, digər dünya ölkələrində də həmvətənlərimizi birləşdirə bilmədi, nə üçün diasporumuzun Rusiyadakı ən nüfuzlu təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresi ötən il faəliyyətini dayandırdı?”

Digər bir məsələni də qeyd etmək lazımdır: kimlərinsə dəstəyi olmadan Sahil Qasımov ona “dost’’ olan Azərbaycan KİV-ləri vasitəsilə Füzuli Məmmədova qarşı informasiya müharibəsi apara bilməzdi. Niyə Sahil Qasımov və onu müdafiə edənlər yalnız öz maraqları haqqında düşünür və niyə onları diasporumuzun taleyi və problemləri, ümumiyyətlə narahat etmir? Bu qalmaqala görə Sahil Qasımova gizli dəstək verənlər, əslində Azərbaycan diasporunun əleyhinə işləyir və xarici ölkələrdə yaşayan həmvətənlərimizin parçalanmasına kömək edirlər.

Sahil Qasımov özü isə Füzuli Məmmədovun ona ünvanladığı suallara cavab vermək istəmir, yaxud buna qabiliyyəti çatmır. Suallar isə bunlardır:

“AAK-ın fəaliyyəti üçün ayrılan pullar hara xərclənib, sənədlər, o cümlədən hansısa Avropa ölkəsinin Ədliyyə Nazirliyində bu təşkilatın qeydiyyatdan keçən Əsasnaməsi, AAK-ın maliyyə hesabatları və bank hesabı hardadır?”

Əgər Qasımov bu suallara cavab vermirsə, deməli, AAK-ın qeydiyyatdan keçdiyini sübut edən heç bir sənəd yoxdur. Bu isə o deməkdir ki, təşkilat yalnız sözdə mövcuddur və onun Əsasnaməsi qeyri-legitimdir, AAK-ın tədbirləri, o cümlədən bahalı qurultayları və forumları Azərbaycan diasporu ilə “effektli iş” görüntüsü yaratmaq üçün yalnızca büdcə və sponsor pullarını “yumaq” məqsədilə keçirilib.

İndiki qalmaqal bir daha göstərdi ki, AAK ilə bağlı olan hər şey saxtadır. Təkcə bir həqiqət var, o da təşkilatın fəaliyyətinə ayrılan pullardır. Bu səbəbdən də Sahil Qasımov susmağa davam edir və Füzuli Məmmədovun suallarına cavab vermir.

Sonda onu da qeyd edək ki, avqustun ortasından davam edən informasiya müharibəsində uduzan Sahil Qasımov oldu. Çünki Füzuli Məmmədovla mübahisəsində heç bir sağlam arqument ortaya qoya bilmədi. Cənab Məmmədov isə öz növbəsində rəqibini yalnız suallarla yox, həm də ciddi faktlar və sənədlərlə susdurdu.

Bunun nəticəsində Sahil Qasımovun Füzuli Məmmədovun ünvanına söylədiyi heç bir əsası olmayan ittihamları AAK-ın faəliyyətinin faktiki iflicinə səbəb oldu və təşkilatın bundan sonrakı mövcudluğunu sual altına qoydu. Əvəzində bu çəkişmədə əsas uduzan tərəf Azərbaycan diasporu oldu, bu qalmaqalın fonunda bir daha dağınıqlığını və birləşmək bacarığının olmadığını göstərdi. Təəssüf ki, diasporumuzun bəzi rəhbərlərinin şəxsi maraqlarını ümummilli maraqlardan daha üstün tutduqları da ortaya çıxdı.

Reyting.az
PAŞINYAN VƏ SİLAHDAŞINA “MAVİ” İTTİHAMI! – “Paşinyan mənimlə razılaşar…”Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov baş nazir N.Paşinyana heç kimi inqilabla qorxutmamağı məsləhət görüb.

“AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, vitse-spiker Paşinyanın növbədənkənar parlament seçkisi və köklü islahatlarla bağlı fikirlərini bölüşmədiyini bildirib.

Respublikaçı Şarmazanov Paşinyana xatırladıb ki, baş nazirin qərarı ən yüksək instansiyanın hökmü demək deyil və və ölkə parlamenti müstəqil qurumdur. Paşinyanın respublikaçıların parlamentdə növbədənkənar seçkilərlə bağlı mövqeyini tənqid etməsinə cavab olaraq, vitse-spiker deyib ki, deputatlar müstəqildirlər və seçkilərlə bağlı qərara özləri bildikləri kimi səs verəcəklər.

O, təşəbbüsün kimdən gəlməsindən asılı olmayaraq, parlamentin nəyi dəstəkləyib-dəstəkləməyəcəyinə özünün qərar verəcəyini və deputatları inqilabla qorxutmağı məsləhət görmədiyini vurğulayıb.

Erməni vitse-spikerin son açıqlamasındakı daha bir maraqlı məqam isə Paşinyanın silahdaşı, İrəvan merliyinə namizəd Ayk Marutyanla bağlı olub. Belə ki, bundan öncə A.Marutyan siyasətdəki “ağ və qara qüvvələrdən” danışaraq, Ermənistanın hazırki hakimiyyətinə qarşı çıxanları “qara qüvvələr” adlandırmışdı. Bu ittihama cavab olaraq, Şarmazanov deyib: “Lazım gələrsə, biz yenə də Paşinyanın siyasi proqramlarının əleyhinə səs verəcəyik. Rənglərə gəldikdə isə, mənə elə gəlir ki, həyatda və siyasətdə ağ və qaradan daha təhlükəli rənglər var, məsələn mavi… Ümid edirəm ki, Paşinyan mənimlə razılaşar…”

Erməni mətbuatı isə hələlik onun bu fikrinin Paşinyana, yoxsa A.Marutyana ünvanlandığı və bununla vitse-spikerin nə demək istədiyi barədə heç nə yazmamağa və susmağa üstünlük verir.
Baş həkim və 10 tibb işçisi işdən çıxarıldıSəhiyyə Nazirliyində Azərbaycan Respublikasında doğuşayardım xidmətinin vəziyyəti və 2018-ci ilin 8 ayı ərzində riskli hamiləlik və doğuş hallarının təhlilinə həsr edilmiş geniş kollegiya iclası keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər veririk ki, Səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhiyyə Nazirliyin Kollegiya üzvləri, Doğuşayardım Xidmətinin təşkili xidmətinin baş mütəxəssisləri, Perinatal Mərkəzlərinin rəhbər və məsul şəxsləri, Doğum evlərinin rəhbərləri, mamagenikoloqları, qadın məsləhətxanalarının baş həkimləri, ETİ Pediatria İnstitunun rəhbərliyi və.s səlahiyyətli şəxslər iştirak edib.

Respublikanın baş mamaginekoloqu Sevinc Məmmədova 2018-ci ilin 8 ayının hesabatı və nəzərdə tutulan layihələrin tətbiqi üçün təkliflər planı ilə çıxış edib.

Bildirib ki, respublikada baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verib.

Son illər ərzində səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları, əhalinin pulsuz tibbi xidmətlə təmin olunması, müxtəlif dövlət proqramlarının həyata keçirilməsi və başqa geniş miqyaslı tədbirlər ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına zəmin yaradıb.

Respublikamızda doğuşayardım xidməti perinatal konsepsiyaya uyğun qurularaq beynəlxalq standartalara müvafiq həyata keçirilir. Belə ki, respublikamızda antenatal qulluq ilkin səhiyyə müəssisələrində: müstəqil və MRX nəzdində qadın məsləhətxanalarında, feldşer mama məntəqələrində, kənd sahə xəstəxanasında, kənd həkim ambulatoryasında, ailə planlaşdırılması mərkəzlərində, polikilinikaların nəzdində mama-ginekoloji kabinetlərdə göstərilir.

Doğuşayardım xidməti Respublika üzrə I səviyyəli- 53, II səviyyəli -18, III səviyyəli – 10 doğuşayardım tibb müəssisələrində göstərilir.

8 ay ərzində respublikada ümumi qeydiyyata götürülən hamilələrin sayı 76020 olub. Onlardan 39701 (52%) hamiləliyin erkən müddətində qeydiyyata alınıb. Qeydə alınanlar arasında risk qrupuna daxil olanların sayı 27834 (37 %) təşkil edib.

Ekstragenital patologiyaların strukturuna gəldikdə respublika üzrə 41% anemiyalı, 28% uşaqlıq üzrərində çapıqlı, 4% ürək, 6% böyrək, 2% preeklampsiyalı və 27 % digər xəstəliklər təşkil edib. Qadın məsləhətxanalardan alınan məlumata əsasən, respublikada ümumi doğuşların sayı 71477 təşkil edib. 8 ay ərzində Dövlət Statiastika Komitəsindən alınan rəqəmlərə görə ümumi doğuşların sayı 89202 olub. Doğuşların sayında olan uyğunsuzluq 18 min qadının qadın məsləhətxanasında qeydiyyatdan kənarda qalması ilə izah olunur.

Ana və uşaq sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramına uyğun olaraq, hamiləlik registiri təkmilləşdirilərək müvafiq təlimatlar keçirildikdən sonra respublika üzrə tətbiq olunub. Bakı şəhəri üzrə 16 müəssisə , rayonlar üzrə 39, özəl tibb müəssisəslərindən 5 müəssisə hamilələr haqqında məlumatları daxil edirlər.

8 ay ərzində Perinatal Mərkəzlərdən Şəki RPM - 1189 doğuş (q\k 21%), Gəncə RPM – 2470 doğuş (q\k 44%), Quba RPM -1532 doğuş (q\k 22%), Lənkəran RPM – 1080 (q\k 50%), Sabirabad RPM -1579(q\k 37%), Respublika Perinatal Mərkəzində 1640 (q\k 58%), ETMGİ -1462 (q\k 63,4) olub.

Ana və uşaqlara göstərilən tibbi xidməti Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindəddir, hər bir ana və uşaq ölümü hadisələri mütəmadi olaraq təhlil olunaraq aşkar edilib, çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb.

8 ay ərzində ümumi doğuşun 0,015% ölümlə nəticələnib. Ana ölümlərinə səbəb kəskin qan itirmə, ağciyər-ürək-damar çatışmazlığı, anestezioloji qüsur olub.

Hər bir ana ölümü Doğuşayardım Komissiyası tərəfindən müzakirə olunub və müvafiq tədbirlər görülüb. İşlərində yol verdikləri nöqsanlara görə 11 tibb işçisi tutduğu vəzifəsindən azad edilib: 1 baş həkim ,1 Regionlal Perinatal Mərkəzinin direktor vəzifəsini icra edən, 3 nəfər həkim mama-ginekoloq, 3 nəfər həkim anestezioloq-reanimatoloq, 1 nəfər həkim-cərrah, 2 nəfər orta tibb işçisi. Digərlərinə qarşı müxtəlif inzibati cəza tədbirləri görülüb və təkmilləşmə kurslarına göndərilib.

Bakı şəhəri üzrə antenatal qulluq 21 dövlət və 11 özəl doğuşayardım xidmət 14 dövlət və 11 özəl müəssisələrdə göstərilir. Cəmi 8 ayda qeydiyyata alınanlar 18772 nəfər olub.

Bakı şəhəri üzrə 8 ayda 14312 doğuş qeydə alınıb.

Kritik halda olan hamilə və zahı qadınların Bakı şəhərinin tibb müəssisələrinə köcürülməsi əksər hallarda SNTTTYS-ı tərəfindən həyata keçirilir. Belə ki, 8 ay ərzində 60 qadına 146 çağırış, 53 halda telesəhiyyə vasitəsindən istifadə olunub və yalnız 17 halda hamilə və zahılar Bakı şəhərinini doğuşayardım müəssisələrinə köçürülüb və bu da kecən ilin 8 ayı ilə müqaisədə 43% az olub.

SNTTTYS xətti ilə rayonlarda kritik halda olan hamilə və zahılara dar ixtisaslı mütəxəssislər 146 dəfə cağırılıb.

S.Məmmədova çıxışının sonunda Doğuşayardım xidmətində qeyd olunan çatmamazlıqları nəzərə alaraq müxtəlif təkliflərlər irəli sürüb.

Daha sonra 7 saylı Qadın Məsləhətxanasının baş həkimi Südabə İsmayılova, ETİ Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev respublikada doğuşayardım xidmətinin vəziyyəti, cari ilin 8 ayının hesabatı ilə çıxış etdilər və bəzi təkliflərlərini Kollegiya iştirakçıların diqqətinə çatırıblar.

Sonda səhiyyə naziri Oqtay Şirəliyev çıxış edərək bildirib ki, səhiyyənin göstəricilərindən danışarkən, ilk növbədə, ana və uşaqların sağlamlığı önə çəkilir. Xoşagəlməz halların qarşısını vaxtında almaq üçün müxtəlif tədbirlər görülür, məlumatlar verilir. Lakin bütün bunlara baxmayaraq, yenə də 18 min hamilə qadın məsləhətxanasına müraciət etməyib. Bu çox böyük rəqəmdir və bu yolverilməzdir. Belə halların azaldılması üçün maarifləndirmə işləri gücləndirilməli, yeni layihələr və təkliflər irəli sürülməlidir.

Sonda nazir doğum evlərinin və qadın məsləhətxanalarının baş həkimlərinə müvafiq tapşırıqlar verib.
"Lotu Quli"yə qarşı çıxan kriminal avtoritet saxlanıldı - FOTOUkraynada “Robik” ləqəbli kriminal avtoritet saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin rəis müavini Vyaçeslav Abroskin məlumat verib.

Onun sözlərinə görə, polisə silahlı bir qrup naməlum şəxsin cipdə şəhər üzrə dolaşması barədə şikayət daxil olub.

Qısa zamanda əsayiş keşikçiləri “Toyota Sequoia” markalı avtomobili saxlayıblar. Bu zaman maşında olanlardan birinin “qanuni oğru” Gilani Sedoyun əlaltısı “Robik” olduğu məlum olub. Maşında Kalaşnikov markalı avtomat da aşkarlanıb. Silah üçün gərəkli lisenziyanın isə müddəti başa çatmış olub.

Məlumata görə, Çeçenistandan vətəninə qayıdan “Robik” himayədarının göstərişlərinə əsasən, maliyyə axınını çeçen “qanuni oğru”larının xeyrinə yenidən bölüşdürülməsilə məşğul olub. Abroskinin sözlərinə görə, “Robik”in tapşırığı Ukraynadan Rusiyaya reysə çıxan şəxsi avtobusların sahiblərini və sürücülərini əvvəlki kimi Oleq Bakinskiyə yox, Gilani Sedoya ödəniş etməyə razı salmaqdır.

Qeyd edək ki, Kiyev kriminal avtoriteti Oleq Krapivinin (Oleq Bakinski)”qanuni oğru” Nadir Səlifov (Lotu Quli) ilə əlaqəli olması barədə məlumat var. Krapivinin bu ölkədə “Lotu Quli”nin maraqlarına xidmət etdiyi bildirilir. Bu ehtimalı doğrultan başlıca məqam isə ondan ibarətdir ki, ötən ilin oktyabrında Qulinin azadlığa çıxmasından sonra Ukraynadakı tərəfdarları fəallaşıb. Hansı ki, onlar sadəcə “himayəçilik”lə deyil, biznesmenlərin oğurlanmasıyla da məşğuldurlar.

Yeri gəlmişkən, Quli və çeçen qanqsterlərin maraqları artıq Moskvada toqquşub. Ötən ilin sonlarında tərəflər arasında bir neçə paytaxt bazarına nəzarət uğrunda konflikt yaranıb. İndisə yeni döyüş meydanı Ukrayna ola bilər.
Məşhur müğənni azərbaycanlı milyonçunun qızı ilə sevgilidir (FOTO)Ukraynanın tanınmış qadın müğənnisi Svetlana Loboda qeyri-ənənəvi cinsi oriyentasiyada şübhəli bilinir.

Bununla bağlı “Ekspress qazeta” nəşri məlumat yayıb.

Nəşr Lobodanın prodüseri Natella Krapivina-Əliyeva ilə münasibətlərindən yazıb və müğənninin fikirlərini paylaşıb:

“Təxminən üç il əvvəl Natella ilə tanış olmuşuq, əvvəlcə biz dostluq edirdik. Sonra qızımız dünyaya gəldi və başa düşdüm ki, mənə Natelladan yaxın insan yoxdur. Mən ona inanıram və istəyirəm ki, o, mənim qızımın xaç anası olsun”.

Yazıda Ukraynanın TSN telekanalının 2013-cü ildə yaydığı məlumat da yer alıb. Həmin məlumatda Lobodanın lezbiyan olduğu və prodüseri Krapivina-Əliyeva ilə eşq yaşadığı, ikincinin bu sevgi səbəbindən cinsiyyətini dəyişdiyi bildirilirdi.

Ukrayna mediasının məlumatlarına inansaq, Svetlananın prodüseri Ukraynadakı azərbaycanlı iş adamı Vaqif Əliyevin qızıdır. V.Əliyev Kiyevin mərkəzindəki “Mandarin Plaza”, “Ocean Plaza”, “Lavina Mall”, “Blockbuster Mall” ticarət, “Parus” biznes mərkəzlərinin, eləcə də, “Diamond Hill” yaşayış evinin sahibidir.

“Forbes” Vaqif Əliyevin 285 milyon dollar dəyərində dar-dövlətə sahib olduğunu açıqlayıb.
Ötən il skelet-info.org portalı Vaqif Əliyevin dörd qızı olduğunu bildirmişdi.

“Ən böyükləri Natella və Alinadır. Onlar bizneslə məşğuldur. Natella Vaqif qızı Əliyevə ukraynalılar arasında ən çox Natella Krapivina kimi tanınır. O, Svetlana Lobodanın prodüseri və “Oryol i reşka” televiziya layihəsinin rəhbəridir.

Natella Vaqif Əlievin “Mandarin Plaza” üzrə şəriki Vladimir Krapivinin oğlu Dmitriyə ərə gedib. Bir müddət sonra cütlük boşanıb. Natella kiçik bacısı Alina ilə “Aldo Coppola” gözəllik salonları şəbəkəsinin sahibidir”.

“Ekspress qazeta” bildirib ki, mayın 24-də Lobodanın ikinci qızı dünyaya gəlib və onun adını Tolda qoyublar.

“İş burasındadır ki, ifaçı vətəndaş nikahında yaşadığı Andrey Onişakla uzun müddətdir görüşmür, onun həyatında isə başqa kişi yoxdur.

Doğrudur, Rusiya KİV Svetlananın ötən il Bakıda keçirilən “Jara” festivalında əyləndiyi “Rammstein” alman qrupunun lideri Till Lindemannla münasibətdə oldğunu yazmışdı. Ancaq bu münasibətlər doğumdan 10 ay əvvəl olub.

İfaçı və prodüseri onlara münasibətləri ilə bağlı verilən suallardan qaçırlar. Ancaq Krapivinanın dedikləri bəzi şübhələrin yaranmasına əsas verir.

“Svetanın doğum prosesi Los-Ancelesdə baş tutdu və mən onunla bir yerdə idim. Doğuma iki gün qalmış ora getdim. Hər şey çox asan oldu. Xəstəxanada gəzdik, çay içdik, həkim gəldi və vaxtın çatdığını dedi. Mən də uşaq istəyirəm. Svetadan əvvəl də istəyirdim, ancaq o məni qabaqladı.

Düşünürəm ki, indi çoxları süni mayalanma vasitəsilə uşaq dünyaya gətirirlər. Uşaq dünyaya gətirmək üçün mütləq həyatında hansısa kişinin olmasına ehtiyac yoxdur. Misal üçün, mən sevib evləndim, uşaq dünyaya gətirdim, ancaq indi ərimlə ayrılmışıq. Bizim Sofiya adlı qızımız var, ancaq bu da bizim münasibətlərimizə təsir etmir. Yenidən ərə getməyi fikirləşmirəm”, – milyonçunun qızı deyib.
İlham Əliyevdən 10 gündə 3 MÜHÜM GEDİŞ və NƏTİCƏLƏRPrezident İlham Əliyev son 10 gündə 3 ölkəyə mühüm səfər etdi. Bu səfərlər Azərbaycanın xarici ölkələrlə ikitərəfli münasibətlərinin inkişafı və iqtisadi dividendlər əldə edilməsi ilə nəticələndi.

Rusiyaya səfər

Sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya səfər etdi. Azərbaycan lideri Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Görüşdə ikitərəfli münasibətlər və Dağlıq Qarabağ kimi mühüm məsələ müzakirə olundu. Görüşün nəticəsi olaraq Azərbaycan və Rusiya arasında 15-dən çox sənəd imzalandı.

Belə ki, “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanatı” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin imzaladılar. Sonra “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında “Qoşadaş” blokunun və Xəzər dənizi təkinin Azərbaycan hissəsində yerləşən Abşeron yarımadasının dayazsulu şimal hissəsinin neft və qaz potensialının birgə öyrənilməsi haqqında Saziş”, “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Kontrakt”, “Azərbaycanda “QAZ” kommersiya avtomobilləri milli yığma istehsalının inkişafı sahəsində əməkdaşlıq haqqında Saziş”, “Kiçik və orta sahibkarlığın inkişafı üzrə Federal Korporasiya” Səhmdar Cəmiyyəti ilə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” Publik Hüquqi Şəxs arasında qarşılıqlı anlaşma haqqında Memorandum çərçivəsində tədbirlərin reallaşdırılması üzrə Yol Xəritəsi”, “Qazprombank” Səhmdar Cəmiyyəti, “Rusiya İxrac Mərkəzi” Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Rusiya Federasiyasından ixracın dəstəklənməsi sahəsində layihələrin birgə reallaşdırılması çərçivəsində strateji əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında malların hava nəqliyyatı ilə daşınması sahəsində gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokol”, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında rəqəmsal nəqliyyat sistemləri sahəsində əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında Saziş”, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında daşınmaz əmlak hüquqlarının qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlıq haqqında Saziş”, “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 2024-cü ilədək əməkdaşlıq Proqramı” imzalandı.

Azərbaycan və Rusiya liderləri ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini, bundan sonra da əməkdaşlğın daha da artacağını vurğuladılar. Rusiya lideri Dağlıq Qarabağ münaqişənin həlli üçün səylərini davam etdirəcəklərini, Azərbaycan lideri də buna ümid etdiklərini bildirdi. Daha sonra Prezident İlham Əliyev prezidenti Vladimir Putini Azərbaycan səfərə dəvət etdi. Azərbaycan liderinin Soçi səfərindən sonra Putinin sentyabrın 25-də Baklıya səfər edəcəyi haqda rəsmi məlumat yayıldı. Bu səfər də iki ölkə arasında münasibətlərin inkişafına mühüm töhfə verəcək.

Türk Zirvəsi

Prezident İlham Əliyev Soçi səfərindən sonra, sentyabrın 2-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində iştirak etmək üçün Qırğız Respublikasına səfərə etdi. Bu səfər türkdilli ölkələrin əməkdaşlığı, eləcə də Azərbaycanın bu ölkələrlə münasibətlərinin inkişafı üçün müsbət çalarları ilə seçildi.

Prezident İlham Əliyev zirvə görüşündə çıxışı zamanı bildirdi ki, Azərbaycan bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxlayır.

“Bu əlaqələr gündən-günə möhkəmlənir və genişlənir. Bizim əlaqələrimiz siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və biz bütün istiqamətlər üzrə gözəl nəticələr görürük. Ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verir və bu dəstək çox önəmlidir. Hesab edirəm ki, gələcək illərdə beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətimizlə bağlı əlavə addımlar atılacaqdır”, - dövlət başçısı qeyd edib.

Azərbaycan lideri həmçinin, türkdilli ölkələri Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən istifadə etməyə dəvət edib: “Azərbaycan qardaş ölkələrə böyük investisiyalar qoyur, ilk növbədə, Türkiyəyə. Son illərdə Türkiyə iqtisadiyyatına 14 milyard dollar sərmayə qoyulub və Türkiyə də Azərbaycana təxminən bu qədər sərmayə qoyub. Bizim Türkiyəyə sərmayələrimizin həcmi yaxın illərdə 20 milyard dollara çatacaq. Bu, bizim dostluğumuzu, qardaşlığımızı əks etdirir, eyni zamanda, Türkiyənin çox böyük iqtisadi potensialını göstərir. Əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında böyük gücə çevrilib, “Böyük iyirmilər”in aparıcı ölkələrindən biridir. Biz çox sevinirik ki, Türkiyə bütün sınaqlardan şərəflə çıxır, o cümlədən iqtisadi sınaqlardan. Biz hər zaman bir-birimizin yanındayıq və bunun ən gözəl göstəricisi, yenə də deyirəm, bizim qarşılıqlı sərmayəmizdir. Türkiyədə çox gözəl investisiya iqlimi, biznes üçün çox gözəl şərait var və biz Azərbaycan olaraq bundan sonra da qardaş ölkəyə sərmayə qoyuluşunu davam etdirəcəyik. Bütövlükdə biz qardaş ölkələrə investisiyaların qoyuluşu ilə həm öz iqtisadi maraqlarımızı təmin edirik, həm də ki, bu ölkələrdə yeni imkanlar yaradırıq. Azərbaycan da qardaş ölkələrdən investisiyaları qəbul etmək üçün bütün işləri görüb. Azərbaycanda da gözəl sərmayə iqlimi var və qarşılıqlı sərmayə qoyuluşu bizim birliyimizi daha da möhkəmləndirəcək. Xüsusilə nəzərə alsaq ki, keçən ilin oktyabr ayından Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng infrastruktur layihəsi fəaliyyətdədir. Bu yol Asiyanı Avropa ilə birləşdirir və bu yolla yükdaşımalarının həcmi artır və artmalıdır. Bu, yeni nəqliyyat dəhlizidir, yeni nəqliyyat damarıdır. Azərbaycan dost, qonşu ölkələrlə birlikdə bu layihənin icrası ilə Avrasiyanın enerji xəritəsini yenidən tərtib etmiş olur. Nəzərə alsaq ki, nəqliyyat baxımından bu, çox əlverişli yoldur, mən bütün dost ölkələri bu yoldan istifadə etməyə çağırıram, o cümlədən Avropa ölkələrini, Macarıstanı, Özbəkistanı, Qırğızıstanı. Artıq Qazaxıstan, Türkiyə, Azərbaycan bu yoldan istifadə edir”.

Bu səfərin nəticəsi ilk növbədə türkdilli ölkələrin Azərbaycana marağının daha da artmasıdır. Azərbaycan lideri türkdilli ölkələrin rəhbərlərini ölkəmizə investisiya qoymağa dəvət etdi və BTQ kimi mühüm layihədə iştiraka çağırdı.

Avropaya səfər və yeni bazarların əldə edilməsi

Prezident İlham Əliyev bu zirvədə iştirakdan sonra, sentyabrın 5-də Xorvatiyaya səfər etdi. Bu səfər Avropaya daşınacaq Azərbaycan qazı üçün yeni bazarın açılması və Avropa İttifaqına üzv ölkə ilə münasibətlərin bir qədər də yaxşılaşdırılmasına hesablanmışdı. Azərbaycan lideri səfər zamanı buna nail oldu.

Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. Daha sonra Azərbaycan-Xorvatiya sənədlərinin imzalanması mərasimi olub. “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Xorvatiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2018-ci, 2019-cu və 2020-ci illər üzrə mədəni əməkdaşlığa dair Proqram”ı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Xorvatiya Respublikasının mədəniyyət naziri xanım Nina Obuljen Korzinek imzalayıblar. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı səfiri Fəxrəddin Qurbanov və Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyində dövlət katibi xanım Mariya Vuçikoviç imzalayıblar.

Prezident İlham Əliyev bildirib ki, Xorvatiya və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlardır.

“Bizim siyasi dialoqumuz çox fəal aparılır... Strateji tərəfdaşlıq əlaqələrimiz genişlənir, güclənir...Bizim energetika sahəsində əməkdaşlığımız çox önəmlidir. Azərbaycan Cənub Qaz Dəhlizinin icrası ilə çox fəal məşğuldur, bu nəhəng layihənin təşəbbüskarı olmuşdur. Bu layihə 7 ölkəni birləşdirir, Bakıdan Avropaya qədər 3500 kilometr uzunluğunda qaz kəmərinin çəkilişini və Azərbaycanın nəhəng “Şahdəniz” yatağının işlənilməsini nəzərdə tutur. Dörd seqmentdən ibarət olan bu layihə uğurla icra edilir. Bu ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. İyun ayında isə biz TANAP layihəsinin açılışını qeyd etdik. Beləliklə, əminəm ki, yaxın iki il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq. Beləliklə, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə veriləcək və Azərbaycan öz qaz potensialını daha da böyük həcmdə dünyaya, Avropaya təqdim edə bilər. Əlbəttə ki, Xorvatiya ilə bu sahədəki əməkdaşlıq çox önəmlidir. Bakıda dörd il ardıcıllıqla Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantıları keçirilir. Xorvatiya bu toplantılarda yüksək səviyyədə təmsil olunur. Bizim aramızda bu məsələ ilə bağlı memorandum da imzalanmışdır. İon-Adriatik qaz kəmərinin tikintisi ilə bağlı çox əhəmiyyətli danışıqlar aparılmaqdadır”, - Azərbaycan lideri vurğulayıb.

Xanım prezident Kolinda Qrabar-Kitaroviç bəyan edib ki, Azərbaycan və Xorvatiya əsl dostdur: “Biz bir-birimizi Avropa İttifaqı çərçivəsində də dəstəkləyirik. Biz, Azərbaycanın Avropa İttifaqı ilə ikitərəfli qaydada münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı mövqeyini yüksək dəyərləndiririk. İnanıram ki, biz müdafiə sahəsində də əməkdaşlığımızı inkişaf etdirəcəyik. İqtisadi əməkdaşlıqla bağlı Azərbaycan ilə Xorvatiya arasında qarşılıqlı komissiya öz işini aparır. İşin əsas məqsədi ikitərəfli layihələr irəli sürməkdən, onları həyata keçirməkdən ibarətdir... Xorvatiya gələcəkdə bu regionun daha inkişaf etmiş qovşağına çevriləcəkdir. Bunun üçün biz istərdik ki, Azərbaycanın reallaşdırdığı və bir çox ölkələrin ərazisindən keçən qaz boru kəməri layihəsində də iştirak edək. Bildiyiniz kimi, Adriatik dənizinin sahilində bu layihə çərçivəsində boru kəməri çəkilir. Biz, həmçinin Xorvatiyanın Krk adasında maye qaz terminalının tikintisində maraqlıyıq. Bu, Azərbaycanın enerji bazarlarına çıxışını daha da genişləndirəcək”.

Liderlərin də vurğuladığı kimi ikitərəfli münasibətlər yüksək səviyyədədir. Lakin Prezident İlham Əliyevin Xorvatiyaya səfəri Balkanlara açılım kimi də dəyərləndirmək olar. Balkanlar dünyanın ən qarmaqarışıq, eyni zamanda, strateji bölgələrindəndir. Bu bölgədə əlaqələrə sahib olmaq Azərbaycanın xarici strategiyası baxımından mühümdür.

Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. “Cənub Qaz Dəhlizi” layihəsinin əsas hissəsi olan TANAP-ın açılışı keçirilib, hazırda TAP-ın tikintisi uğurla aparılır. Bakı gələcəkdə Balkanların da qaz bazarına girməyi planlaşdırır. Azərbaycan liderinin Xorvatiyaya səfəri də məhz bu kontekstdə diqqət çəkir.

Göründüyü kimi, Azərbaycan liderinin şaxələndirilmiş şəkildə apardığı xarici siyasət ölkəmizə həm siyasi, həm də iqtisadi cəhətdən dividendlər gətirir.

Publika.az