3 rayona icra başçısı təyin olunurÖlkə başçısının müfaviq sərəncamları ilə bir sıra rayon və şəhərlərdə İcra Hakimiyyəti başçıları dəyişdirilir.

Modern.az xəbər verir ki, yaxın vaxtlarda daha üç yeni icra başçısının təyinatı gözlənilir.

Belə ki, Mingəçevir şəhəri, Cəlilabad və Bakının Səbail rayonlarının İcra hakimiyyətlərinə yeni başçı təyinatları gerçəkləşəcək.

Xatırladaq ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Niyazi Bayramov həmin postdan azad edilərək, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə aparılıb.

Cəlilabadın keçmiş icra başçısı Əziz Əzizov Bakının Yasamal Rayon İcra Hakimiyyətinə başçı gətirilib. Səbail rayonunun sabiq rəhbəri Eldar Əzizov isə Bakı Şəhər İcra Hakimiyyətinin müavini təyin edilib və hazırda faktiki olaraq Meriyanı idarə edir.
“Gəlinim evli ola-ola qoşulub qaçmaq istəyirdi” – Qaynana efirdə dava saldı (VİDEO)Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Gəl Dərdini Danış” verilişində yenidən maraqlı anlar qeydə alınıb.

Minval.info xəbər verir ki, efirə çıxan qaynana Şərqiyyə xanım gəlini ilə barışmaq istədiyini vurğulayıb. Amma, danışıq əsnasında qaynana aranı bir az da qarışdırıb.

“Gəlinim evli ola-ola qoşulub qaçmaq istəyirdi” deyən Şərqiyyə xanım nəvələri ilə görüşmək istədiyini, amma buna imkan verilmədiyini qeyd edib.

Qeyd edək ki, “Gəl dərdini danış” verilişi gizli qalan cinayətlər və müəmmalı məqamlarla bağlı mübahisələrin yaşandığı tək verilişdir. Proqram həftə içi hər gün saat 16:00 da Amil Xəlilin təqdimatında Space Tv-də yayımlanır…
Məsciddən oğurluq edən şəxs həbs olundu - VideoBakıda məsciddən oğurluq edərkən tutularaq dirəyə bağlanılan şəxs barəsində həbs qərarı çıxarılıb.

Bu barədə Report-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə məlumat verib.

Onun sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinərək saxlanılan Anar Mirzəyev əvvəllər də iki dəfə məhkumluq həyatı yaşayıb:

"Onun sonuncu məhkumluğu da oğurluq üstündə olub. Azadlığa çıxdıqdan sonra tüfeyli həyat tərzi keçirən bu şəxs sentyabrın 5-də həm Yasamal rayonundakı “Qasımbəy”, həm də Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən “Hacıbəyverdi” məscidlərinin nəzir qutularından oğurluq edib".

O.Mansurzadə həmçinin qeyd edib ki, hər üç faktla bağlı toplanmış materiallar bir icraatda birləşdirilərək A.Mirzəyev barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. Məhkəmə də işin hallarını və oğurluq edənin şəxsiyyətini nəzərə alaraq onun barəsində 3 ay müddətinə inzibati həbs qərarı çıxarıb.

Məlumata görə, Yasamal rayonu ərazisində yerləşən məscidin nəzir qutusundan 90 manat pul oğurlayarkən tutulan Anar Mirzəyev əvvəllər də bir neçə dəfə eyni üsulla həmin məsciddən oğurluq edib. Məsciddə olan şəxslər onu tutmağa çalışsalar da, A.Mirzəyev hər dəfə bıçaq və digər kəsici alətlərlə onlara müqavimət göstərərək hadisə yerindən qaçmağa müvəffəq olub. Lakin o, sonuncu dəfə planını həyata keçirə bilməyib və məsciddəki şəxslər onu tutaraq qaçmaması üçün dirəyə bağlayıblar. A.Mirzəyev daha sonra polisə təhvil verilib.


Azərbaycanda aktyor bıçaqlandıBiləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Aşağı Cürəli kəndində qeydə alınıb.

Məlumata görə, həmin kənddə keçirilən toy mərasimində 1975-ci il təvəllüdlü Mahir Mirişli ürək nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Mahir Mirişli aktyordur və Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır. O, qohumlarından birinin toy mərasimində iştirak edirmiş.

Faktla bağlı araşdırma aparılır.
Polis Gəncədə əməliyyat keçirdiGəncə şəhəri ərazisindəki bir neçə aptekdə güclü təsiredici xüsusiyyətə malik və psixotrop tərkibli dərmanlar aşkarlanıb.

Daxili İşlər Nazirliyindən (DİN) Avrasiya.net-ə verilən məlumata görə, Narkotiklərlə Mübarizə Baş İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə ərazisində şəhər sakinləri, əvvəllər məhkum olunmuş Şəlalə Əliyevanın işlətdiyi və Şakir Sadıxovun təsisçisi olduğu apteklərə baxış zamanı psixotrop tərkibli 59 ədəd “Relanium diazepam 5 mg/ml”, həmçinin 465 ədəd “Qaloperidol-Rixter 5 mq”, 30 ədəd “Aminazin” və güclü təsiredici xüsusiyyətə malik 75 ədəd “Tramadol kalseksi 2 ml” aşkar edilərək götürülüb.

DİN BNMİ və QBRŞ əməkdaşlarının həyata keçirdikləri daha bir uğurlu əməliyyat tədbiri ilə Gəncə şəhəri ərazisində şəhər sakini Kəmalə Bağırovaya məxsus aptekə baxış zamanı güclü təsiredici xüsusiyyətə malik 150 ədəd “Tramadol 50 mg”, psixotrop tərkibli 100 ədəd “Relanium diazepam 5 mg/ml”, həmçinin 34 ədəd “Kalium-Permanqanat”, 250 ədəd “Diabeton MR 60 mq” və 9 ədəd “Xumulin NPX” aşkar edilərək götürülüb.
Restoranındakı kütləvi zəhərlənməyə görə həbs olunan var - RəsmiXəbər verildiyi kimi, avqustun 11-də paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərən “Tonqal” restoranında 3-ü azyaşlı olmaqla 13 nəfərin qidadan zəhərlənməsi faktına görə rayon prokurorluğunda cinayət işi başlanıb.

Bakı Şəhər Prokurorluğundan AzNews.az-a verilən məlumata görə, Qasımov İlham İdris oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Yazıçı olmaq istəməyən yazıçı – Sara Bağırova“İstəyərək ayrılan” çox sevgililəri yola salıb bu dünya. Zamanın tələbi, yaranmış şərait onları “istəyərək” ayırmağa məcbur etmişdi. Eyni ilə Sara Bağırovanın “İstəyərək ayrılmışıq” romanının qəhrəmanları kimi onlar da deyirdi “İstəyərək ayrılmışıq”. Amma həqiqətən istəmişdilərmi? Yox. Sevən insanlar necə istəyərək ayrıla bilər ki? Ancaq sevgilisini xilas etmək, xoşbəxt görmək üçün öz xoşbəxtliyini sevdiyinin səadəti üçün qurban verir. Bəlkə də gələcəkdə “yaşanılmayan illər”ə görə xiffət çəkəcəklər. Amma...

Hər zaman insanın həyatında dərin izlər buraxan “yaşanılmayan illər” müxtəlif insanlarda, müxtəlif səbəblərdən olur. S.Bağırovanın “Yaşanılmayan illər”ində isə şərə düşmüş qardaşını həbsdən xilas etmək üçün qazamatın yolunu tutan oğlanla,məhkəmə zalında eşitdiklərindən dəhşətə gələrək bir daha ana ola bilməyən,dünyalar qədər sevdiyi hamilə həyat yoldaşının ömür yolu əks olunub.

Valideynləri tələbəlik illərindən dost olan gənclərin tanışlığı, oğlanın qarlı-çovğunlu havada sevdiyinin arxasınca getməsi və...

Böyük qardaşına sinif yoldaşı tərəfindən tələ qurulur, şərə salınır, məhkəmədə əxlaqsızlıqda ittiham olunur. Qardaşının adına ləkə gəlməməsi üçün bu ləkəni üzərinə götürən gənc məhkəmə zalında yalançı ittihamçı qadınla qardaşının deyil, özünün bir yerdə olduğunu deyir, ömrünün ən gözəl illəri həbsxanada keçir.
Müəllimə olan xanımı illər sonraməktəbdə bir uşaqla rastlaşır. Ad, soyad və ata adı bu oğlanın şərə qurban getmiş həyat yoldaşının oğlu olduğuna şübhə yaradır. Uşağın anası ilə uzun çəkən söhbətdən sonra həqiqəti öyrənir. Anlayır ki, əri qardaşını xilas etmək üçün özünü qurban edib, şərin güdazına gedib. Qeyd etmək yerinə düşər ki, S.Bağırova “Yaşanılmayan illər”də həyatı qələmə alıb. Paxıllıq, şər, milli-mənəvi dəyərlər, ailənin nə olduğu və Tanrının hökümü “Yaşanılmayan illər”də əks olunub...

“Bir damla ümid” isə hər birimizin zaman-zaman sığındığı duyğuydur. O da yoluna “Bir damla ümid”lə çıxır. El-obanın sərt qanunlarına qarşı çıxaraq təhsil almaq, savadlı olmaq üçün ailəsindən xəlbət saxladığı qonşusunun Bakıdakı ünvanına üz tutur. Tanının böyüklüyü özünü göstərir ki, Rusiyaya getməli olan qonşuları bir gün gecikir və qapını Onun üzünə açırlar...

Tanrı Onun qapılarını açır, düşdüyü çətinlikdən, icarəyə tutduğu kiçik bir daxmada tənha yaşayıb oxusa da əziyyətləri hədər getmir. Polisə düşüb müstəntiqlə tanış olur, ailə qurur, xoşbəxtliyi dadır... Tanrının qanınları burada da özünü göstərir. Valideynlərinin xeyir-duasını almadığı üçün övladını itirir.
Yazıçı böyük ustalıqla erməni hiyləgərliyinə və Azərbaycan hüquq mühafizə orqanlarında çalışanların yüksək peşəkarlığına da diqqət ayırır.

“Əjdaha mağarası”nda yaşananlar isə tam başqa mətləbləri üzə çıxarır. Əxlaqsızlığına görə Tanrının və obasının sakinlərinin qəzəbinə tuş gələrək ucqar dağın yamacına sığınan bacı-qardaşın dünyaya gətirdiyi kişi qeyrətli qızının yaşadıqları insanı düşüncələrə qərq edir. Atası kimi obasından qaçanlara arxa duran qız, “sürülmüşlər” obasının liderliyini üzərinə götürür. Günahkarların toplaşıb oba saldığı bu yerlərə qaçaqmalçılar hücum edir. O isə özünün və obasının ləyaqətini canından üstün tutaraq obasını xilas edir. Ancaq... Valideynlərinin günahı Onu və törəmələrini qarabaqara izləyir, bədbəxtçiliyinə səbəb olur.
“Lövhədəki yazı” isə məktəb illərində baş veriş iki gəncin sevgisini anladır.

Kiçik xülasəsini verdiyim əsərlərin müəllifi, yazıçılıq iddiası olmayan Sara Bağırovanın 60 yaşı tamam olur. O kitablarının “Ön söz”ündə qeyd etdiyi kimi, yazıçı olmaq istəməyib, sadəcə özü ilə danışmamaq üçün düşüncələrini qələmə alıb. Onun əsərlərində həyat, milli-mənəvi dəyərlər, Tanrının qüdrəti və sair məqamlar böyük ustalıqla oxucuya çatdırılır, oxucunun maariflənməyi üçün tərbiyyəvi əhəmiyyət kəsb edir.

Əsərlərinin vurğunu olan oxucu kimi Sara Bağırovanı 60 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, qələminin iti, təbinin tükənməz olmasını diləyir, uzun ömür, can sağlığı, uğur və nəticəsi gözəl olan bütün arzularının gerçək olmasını arzu edirəm.

Məhərrəm Ağalaroğlu
Sabirabadda qəza: ölən qızın yaxınları sürücünü döydülərÖtən axşam Sabirabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Salyan-Sabirabad avtomobil yolunun Sabirabad rayonunun Cəngən kəndindən keçən hissəsində 18 yaşlı kənd sakini Lamiyə Xalıq qızı Mərdanova Salyan rayonunun Ərəbqardaşbəyli kənd sakini, 31 yaşlı Rövşən Elşən oğlu İsmayılovun idarə etdiyi “Mercedes-C” markalı 90 EH 382 dövlət nömrə nişanlı minik maşını ilə vurulub. Hadisə baş verən zaman piyada L.Mərdanova yaxınları ilə birgə bacısının Salyan rayonunda keçirilən toy məclisindən qayıdırmış. Onlar avtobusdan düşərək yolu keçmək istədikləri zaman Lamiyəni maşın vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Bundan qəzəblənən həyatını itirmiş piyadanın yaxınları sürücünü döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiklərindən o, maşını hadisə yerində qoyaraq könüllü Salyan Rayon Polis Şöbəsinə gəlib və təslim olub.

Faktla bağlı araşdırma aparılır.
Özünü 17-ci mərtəbədən atan tələbə qızın işi Ali MəhkəmədəÖzünü öldürmə həddinə çatdırmada təqsirləndirilən Ələddin Cavadovun barəsindəki hökmdən Ali Məhkəməyə kassasiya şikayəti verilib.

Oxu. Az-ın xəbərinə görə, iş hakim Gülzar Rzayevanın icraatına verilib. Hazırlıq iclası oktyabrın 9-na təyin edilib.

Qeyd edək ki, A. Ağaməmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbəsi olub.

O, bir müddət əvvəl nişanlısı Ə. Cavadovdan ayrılıb. İlkin ehtimala görə, A. Ağaməmmədova buna görə özünü 17-ci mərtəbədən ataraq intihar edib.

Binəqədi Rayon Məhkəməsi Ə. Cavadov barəsində bəraət hökmü çıxarıb və Bakı Apeılyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.