Göyçayda parkda arvadına 8 bıçaq zərbəsi vurdu, başını kəsməyə çalışdıŞəki Ağır Cinayətlər Məhkəməsində arvadının başını kəsmək istəyən şəxsin məhkəməsi prosesi başa çatıb.

“Ölkə.Az”ın məlumatına görə, cinayət məcəlləsinin 29.120 (ölümə cəhd) maddəsi ilə təqsirləndirilən Həşimov Rəşad Fikrət oğlunun məhkəməsinə hakim Xəqani Səmədov sədrlik edib.

İttiham aktına görə, bu ilin yanvar ayında Göyçay rayonunun Kürdəmiş kənd sakini olan 42 yaşlı Həşimov Rəşad Fikrət oğlu həyat yoldaşı, 1987-ci il təvəllüdlü Kərimova Vüsalə Eyvaz qızı ilə mübahisə edib. Sonra Rəşad Həşimov Vüsalə Kərimovanı Göyçay şəhərinin mərkəzindəki parkda bıçaqlayandan sonra onun başını kəsməyə çalışıb.

İlkin araşdırma zamanı məlum olub ki, o, boşanmaq ərəfəsində olduğu xanımına 8 bıçaq xəsarəti yetirib. Daha sonra bıçağı qadının boğazına dirəyərək, onun başını kəsməyə çalışan R.Həşimova ətrafdakı insanlar mane olub. Onlar müdaxilə edərək qadını 42 yaşlı kişinin əlindən alıblar. Vüsalə Kərimova Göyçay şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Hadisədən sonra bıçaqla özünə ağır xəsarət yetirən R.Həşimov da həmin xəstəxanaya aparılıb.

Rəşad Həşimov sabiq bələdiyyə sədrinin oğludur. Vüsalə ilə ailə həyatı qurandan sonra onunla yola getməyib, birgə nikahdan 1 övladları var. Ancaq ayrı yaşayıblar. Rəşad çox vaxt Bakıda olub, orada işləyib.
Abşeronda DƏHŞƏT: Məktəblini cərəyan vurub öldürdü, atası xəstəxananın həyətində basdırdı - FOTOLARAbşeron rayonunda 15 yaşlı məktəblini elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un məlumatına görə, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, Abşeron rayonu, Saray qəsəbəsinin sakini, 2003-cü il təvəllüdlü Asim Məmmədovu elektrik cərəyanı vurub. O, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, Asim Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Lakin ata ovladının ölümünə inanmayaraq onu xəstəxananın həyətində basdırıb. Nəticədə hadisə yerinə hüquq-mühafisə orqanlarının əməkdaşları cəlb olunub. Bir neçə saatdan sonra oğlunun öldüyünü qəbul edən ata meyiti çıxararaq aparıb.

Qeyd edək ki, A.Məmmədov Abşeron rayon Saray qəsəbə A.Müzəffərov adına 2 sayli tam orta məktəbin 9-cu sinif şagirdidir.

Faktla bağlı araşdırma aparılır.
Abşeronda DƏHŞƏT: Məktəblini cərəyan vurub öldürdü, atası xəstəxananın həyətində basdırdı - FOTOLAR
“Aşura mərasimi dini biznesdir” – ilahiyyatçı QMİ-ni sərt tənqid etdi“Aşura günündə insanların bədənlərinə xəsarət yetirərək qan çıxarması və azyaşlı uşaqların dini geyimdə ifrat əzadarlıq mərasimlərində iştirakı hallarına rast gəlinir. İslam dinində bunlar yoxdur”.

Bunu bizimyol.info-ya açıqlamasında ilahiyyatçı Elşad Miri bildirib.

E.Mirinin sözlərinə görə, Aşura günü mərasimi dini biznesdi: “Ona görə də bu mərasimin keçirilməsinə niyə şərait yaradılmasın? Aşura mərasimi dini biznesdir. Nə Quranda, nə də Məhəmməd peyğəmbərin dövründə bu anlayışlar yoxdur. Bu mərasimi İslamla əlaqələndirib necə insanlarla təqdim etmək olar?”

E.Miri vurğulayıb ki, dinlə bağlı qurumların olmasına ehtiyac yoxdur: “Nə Qafqaz Müsəlmanları İdarəsinə, nə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ehtiyac yoxdur. Bu qurumların cəmiyyətə xeyri və ziyanı ilə bağlı araşdırma aparmaq lazımdır”.
Bakıda 15 yaşlı məktəbli qız itkin düşübBakıda məktəbli qız itkin düşüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Nərimanov rayonu, Ülvü Bünyadzadə küçəsi ev 16, mənzil 6 da yaşayan, 1943-cü il təvəllüdlü Manafov Natiq Xanoğlan oğlu Nərimanov rayon Polis İdarəsinin (RPİ)18-ci polis bölməsinə müraciət edərək bildirib ki, sentyabrın 4-də onunla birgə yaşayan qızı, 2003-cü il təvəllüdlü Manafova Fatimə Natiq qızı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
İlham Əliyev xorvat baş nazirlə birgə nahar etdi - FotoSentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə işçi nahar edib.

Avrasiya.net xəbər verir ki, Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycan Prezidenti dövlət iqamətgahının fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Prezident İlham Əliyev və Baş nazir Andrey Plenkoviç birgə foto çəkdirdilər.

Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi, siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. İqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı. Həmçinin kənd təsərrüfatı, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu.

Söhbət zamanı ölkəmizin Avropa İttifaqı ilə uğurlu əməkdaşlıq etdiyi bildirildi. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu, Cənub Qaz Dəhlizinin əhəmiyyəti qeyd olundu, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Sonra Azərbaycan Prezidenti və Xorvatiyanın Baş naziri birgə işçi nahar etdilər.
İlham Əliyev xorvat baş nazirlə birgə nahar etdi - Foto
Bakı metrosundakı manyak tutulduBakı Metrpolitenində insident baş verib.

Axar.az-ın əməkdaşı xəbər verir ki, içkili halda olan orta yaşlı şəxs vaqonda qızlara söz atıb.

Bu zaman vaqondakı sərnişinlər həmin şəxsə etiraz edib. Nəticədə dava düşüb. Dava salan şəxsi sərnişinlər “Koroğlu” stansiyasında polis əməkdaşlarına təhvil veriblər.

“Qara Qarayev” stansiyasında isə manyakın hücuma məruz qalan qızlardan birinin halı pisləşib və o özündən gedib. Sərnişinlərdən bir neçəsi qızı qatardan düşürüb və metro işçilərini köməyə çağırıb.

Bakı Metropoliteni məsələ ilə bağlı açıqlama yayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, həmin şəxs hazırda polis əməkdaşları tərəfindən şöbəyə aparılıb.

"Məsələ ilə bağlı ətraflı məlumat veriləcək", - B.Məmmədov bildirib.
Əli Kərimli yeni hücum planı üzərində işləyirHəbsdən azad olunmuş REAL partiyasının sədri İlqar Məmmədovun keçirdiyi və siyasi-ictimai rəydə birmənalı qarşılanmadığı mətbuat konfransının ardınca, ona qarşı təmsil olunduğu düşərgədən hücumların ediləcəyi proqnozları da özünü doğrultmaqdadır. Xüsusilə, bu il keçirilmiş prezident seçkiləri zamanı AXCP sədri Əli Kərimlinin hələ o vaxtlar həbsə olan İlqar Məmmədova sosial şəbəkədə reytinq faizində uduzması faktı artıq yeni müstəvidə savaş meydanına çevriləcək.

İlqar Məmmədovun debat qazanmaq şansı yoxdur

Əbəs deyil ki, REAL sədri sözügedən mətbuat konfransında ənənəvi düşərgədəki partiyalarla bağlı əməkdaşlıq fikirlərindən yayındı. Bunun əvəzinə isə iqtidarla debata çıxacağını deyərək, düşərgədaxili reytinqinə xal toplamağa cəhd etdi.

Düzdür, İlqar Məmmədovun hakim partiyanın istənilən siyasətçi üzvü ilə belə, debata çıxmaq şansı, daha dəqiq desək, debatı qazanmaq şansı yoxdur. Çünki daha öncələr o, bir dəfə debata çıxaraq, məğlub olmuşdu. Bu baxımdan, onun "debat məsələsi” yalnız özünə siyasi divident qazanmaq məqsədi güdür. Lakin qayıdaq yenidən AXCP məsələsinə...

Əldə etdiyimiz məlumata görə, artıq AXCP düşərgədaxili olan-qalan rıçaqlarını saxlamaq üçün müdafiə deyil, hücum planı qurmaqdadır. Bu məqsədlə Əli Kərimlinin yaxın ətrafı ilə bir neçə dəfə müzakirələr aparması barədə də informasiyalar var. Cəbhəçilərə yaxın olan mənbədən aldığımız xəbərə görə, bu dəfə də sosial şəbəkələr üzərindən REAL-a, yəni İlqar Məmmədova qarşı savaş aparacağını gizlətməyən Kərimli eyni zamanda, Avropadakı "siyasi mühacirləri” də bu işə qoşmağı planlaşdırıb.

Əli Kərimli kimlərə və nə üçün maliyyə vəsaiti ayırıb?

Xüsusilə, milli xəyanətkarlar statusunu qazanmış Orduxan Teymurxanı, Tural Sadıqlını və Sevinc Osmanqızını öz tərəfinə cəlb etməkdən ötrü AXCP sədrinin onlara maliyyə ötürəcəyi ilə bağlı məlumatlar mövcuddur. Onların qarşısına qoyulan vəzifələrdən biri də İlqar Məmmədova qarşı əks-təbliğat aparmaq məsələsidir. Eyni zamanda, Qənimət Zahidin də "Turan tv” vasitəsilə anti-REAL kampaniyasına qoşulmaq planları qüvvədə qalır. Məhz bu vasitə ilə apreldə keçirilən sosial sorğudakı məğlubiyyətinin əvəzini çıxacağını düşünən AXCP sədri mövcud planları vasitəsilə İlqar Məmmədovu dalana sıxışdırmağa çalışır.

Ancaq daha bir maraqlı nüans yalnız AXCP sədrinin deyil, eyni zamanda başqa müxalifət partiyalarının da REAL partiyasının sədrinə qarşı müsbət mövqe sərgiləməmələridir.

İstehza obyektinə çevrilmiş "üç hissəli” mətbuat konfransı

Misal üçün, VİP sədri Əli Əliyev, ADP sədri Sərdar Cəlaloğlu, Ağ partiya sədri Tural Abbaslı və başqaları da İlqar Məmmədovun artıq istehza obyektinə çevrilmiş "üç hissəli” mətbuat konfransındakı fikirlərini ciddi qiymətləndirmirlər. Buna misal olaraq, REAL sədrinin rəhbəri olduğu siyasi təşkilatın "cümhuriyyətiçi” olmasını bir neçə dəfə təkrarlamasıdır. Halbuki, bu gün ölkədə fəaliyyət göstərən bütün partiyalar da iddia edirlər ki, sağ, yaxud sol, eləcə də orta mərkəzçi olmasından asılı olmayaraq, onların hər biri cümhuriyyətçilik faktorlarına əsaslanırlar. İlqar Məmmədovun isə özünü və partiyasını ayrıca "cümhuriyyətçi” kimi təqdim etməsi əlbəttə ki, digər siyasi təşkilatların narazılığı ilə qarşılanmaqdadır. Bu baxımdan, onu qarşıda daha ağır hücumlar gözləyə bilər.

Beləliklə, REAL partiyasının sədri keçirdiyi ilk mətbuat konfransındaca, irəli sürdüyü qeyri-obyektiv fikirləri ilə özünü çətin vəziyyətdə qoyub. Bu vəziyyətdən istifadə edəcək ən əsas siyasi təşkilat isə yuxarıda adı çəkilən AXCP-dir. Hər halda, siyasi ictimaiyyət də başlanacaq AXCP-REAL siyasi savaşının nəticələrini görəcək.

Rövşən RƏSULOV

İTV-də yüksək vəzifələrə kadr təyinatları - SİYAHIİctimai Televiziya və Radio Yayımları Şirkətində bir sıra vəzifələr üzrə kadr təyinatı rəsmiləşib.

Qurumun İctimaiyyətlə Əlaqələr Departamentindən Avrasiya.net-ə verilən məlumata görə 4 sentyabr 2018-ci il tarixində İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının növbəti iclası keçirilib. Yayım Şurasının iclasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş Direktoru Balakişi Qasımovun təqdimatına əsasən yeni vəzifələr üzrə kadr təyinatı və struktur dəyişikliyi müzakirə olunub.

Yayım Şurasının qərarı ilə Həmidov Rəhim Bağır oğlu Baş Direktorun müavini, Osmanova Günel Aslan qızı "Kadrlar və Xüsusi İşlər” departamentinin direktoru, Şükürova Könül Arif qızı "Səhər proqramları” departamentinin direktoru, Tsurkov Maksim Sergeyeviç "Beynəlxalq əlaqələr” departamentinin direktoru, Seyidov Mehmandar Ənvər oğlu Hüquq departamentinin direktoru, Məmmədov Məmmədəli Nazim oğlu Radionun proqram direktorluğu departamentinin direktoru, Hakimov Kənan Eldar oğlu "İdman” departamentinin direktoru, Cəfərli Minijə Cəmşid qızı isə Televiziyanın Proqram direktorluğu departamentinin direktoru vəzifələrinə təyin olunublar.

"Aparılan kadr və struktur dəyişikliyi İctimai Televiziya və Radio Yayımları Şirkətinin iş əmsalının yüksəldilməsinə xidmət edir”, - deyə, şirkətdən bildirilib.
Bakıda pensiyaçıdan insani addım - tapdığı pulu sahibinə qaytardıBakı şəhərində yaşayan pensiyaçı Məhəmmədəli Əliheydərov hamının təqdir edə biləcəyi əmələ imza atıb.
Modern.az-ın məlumatına görə, qocaman neftçi, uzun illər dənizdə çalışmış Məhəmmədəli kişi hazırda pensiyadadır və pensiyasını Azərbaycan Beynəlxalq Bankının kartı ilə alır.

Beş oğlu, bir qızı, on iki nəvəsi var.

Bu günlərdə bankın Badamdar qəsəbəsindəki bankomatına pul çıxarmaq üçün yaxınlaşıb. Ondan əvvəl bankomatdan istifadə etmiş başqa bir müştərinin 350 manat pulunu burada unutduğunu görüb. Müştərini orada tapa bilmədiyindən pulu götürərək Azərbaycan Beynəlxalq Bankının Səbail filialına gəlib.

Tapdığı 350 manat pulu aktla filiala təhvil verib. Beynəlxalq Bankın əməkdaşları bankomatın əməliyyat məlumatlarını araşdıraraq pulunu orada unutmuş müştərini tapıblar.

Beləliklə, vəsait sahibinə ödənib.

“Dünya Məhəmmədəli kişi kimi insanları ilə dəyərlidir.

Belə müştərilərin bankı olmaqdan qürur duyuruq!”- Beynəlxalq Bankdan bildirilib.