Daşqın Şikarov: “Mehriban xanım Əliyevanın fəaliyyəti bütün sahələri əhatə edir”Daşqın Şikarov: “Azərbaycanın birinci xanımı dünya xalqlarına sülh, əməkdaşlıq və inteqrasiya mesajları göndərir”

1964-cü il avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Birinci xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Əliyeva Mehriban Arif qızı anadan olub. Bizim Yol Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlət işlərində, ictimai-siyasi, soaial-humanitar və sair sahələrdə fəaliyyəti ilə bağlı tanınmış diplomat, uzun illər Türkiyə Respublikasında, Pakistan İslam Respublikasında, eləcə də, Əfqanıstan İslam Respublikasında diplomatik xidmət göstərmiş, sonuncu iki ölkədə səfir olaraq ölkəmizi yüksək peşəkarlıqla və ləyaqətlə təmsil etmiş, hazırda Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarovdan müsahibə alıb. Həmin müsahibəni təqdim edirik.

– Azərbaycan siyasi tarixində ilk dəfə birinci xanım institutu formalaşması Mehriban xanımın adı ilə bağlıdır. Bu institut Azərbaycanın müasir dövlətçilik tarixində, siyasi mədəniyyət müstəvisində, ictimai- sosial həyatında nə kimi yer tutub?

– Dünyanın bir sıra aparıcı dövlətlərində mövcud olan və ölkənin ictimai-siyası həyatı üçün böyük əhəmiyyət kəsb edən Birinci Xanım institutunun müstəqil Azərbaycan Respublikası tarixində ilk dəfə formalaşması yüksək əxlaqi, elmi və mədəni dəyərlərə malik ziyalı bir ailədə doğulub tərbiyə almış, Azərbaycan və dünya şeir, musiqi və incəsənətin incilərini dərindən bilən, sözün əsl mənasına Azərbaycan xanımı və ziyalısı olan Mehriban xanım Əliyevanın üzərinə düşmüşdür. Məhz Mehriban xanım Əliyevanın şəxsi keyfiyyətləri səbəbindən onun başçılığı ilə fəaliyyət göstərən sözügedən institut qısa müddət ərzində Azərbaycanın ictimai-siyasi həyatında vacib rol oynamış, ölkəmizin daha da müsbət imicinin formalaşmasına, Azəbaycanın qədim mədəniyyətinin xaricdə tanınmasına xidmət etmişdir. Əlamətdardır ki, Mehriban xanım Əliyevanın Azərbaycan və xaricdə apardığı ardıcıl və dinamik fəaliyyəti həyatın, demək olar ki, bütün sahələrini əhatə etmişdir. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin müavini, Milli Gimnastika Komitəsinin Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri olan Mehriban xanım Əliyeva ölkəmizin ictimai-siyasi həyatında, humanitar, elm, texnologiya, təhsil, səhiyyə, ekologiya, idman və digər sahələrdə fəallıqla seçilir. Azərbaycanın Birinci Xanımı beynəlxalq arenada fəaliyyəti ilə ölkəmizin dünyada daha da geniş tanınması, respublikamızın reallıqlarının və ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırlması, xalqımızın zəngin mədəniyyətinin dünyada təbliğ edilməsində böyük rol oynayır, çətin durumda olan ölkələrə yardım etməklə və xalqımızın sadiq olduğu multikulturalizm və tolerantlıq ideyalarını işıqlandırmaqla dünya xalqlarına sülh, əməkdaşlıq və inteqrasiya məsajlarını göndərir.

– Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkə daxilində və xaricdə apardığı işləri necə qiymətləndirisiniz? Humanitar, multikulturalizm, tolerantlıq yönündə fəaliyyət, həyata keçirilən layihələrin hansı uğurlu nəticələri var?

– Bir Azərbaycan vətəndaşı kimi, eyni zamanda xaricdə çalışdığım müddət ərzində Mehriban xanım Əliyevanın fəaliyyətini şahidi olmuş bir diplomat kimi, Azərbaycanın Birinci Xanımının fəaliyyətini ölkəmizin dövlətçiliyinin daha da güclənməsi, mədəniyyətinin qorunub saxlanması və təbliğ edilməsı üçün zəmin yaradan, idmançılarımıza dəstək olan və yeni nailiyyətlərə sövq edən, xalqımızın yüksək mədəniyyətə malik olmasını nümayiş etdirən, dünya dövlətləri və xalqları arasında Azərbaycana, xalqımıza qarşı sevqini artıran, xalqımıza qarşı yönələn mənfi cərəyanların qarşısını alan bir fəaliyyət kimi dəyərləndirirəm. Xüsusi olaraq vurğulanmalıdır ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fondun xətti ilə cəmiyyətin müxtəlif sahələrinin inkişafına mühüm töhfələr vermiş Mehriban xanım Əliyevanın fəaliyyəti bütün Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Mehriban xanım Əliyeva uşaqların, ahılların, qaçqınların problemlərinin həllinə böyük diqqət və qayğı ilə yanaşır, yeni məktəblərin, xəstəxanaların, musiqi məktəblərinin, tibb mərkəzlərinin yaradılmasına nail olmuşdur. O, mədəniyyət sahəsində irimiqyaslı layihələr həyata keçirmiş, Azərbaycanın musiqi mədəniyyətinin təşviqində əvəzsiz xidmətlər göstərmiş, dünyanın müxtəlif ölkələrindən dəvət olunan tanınmış musiqiçilərin iştirakı ilə musiqi festivalları və gecələri təşkil edərək, Azərbaycan mədəniyyətinin təbliğinə əvəzsiz töhfələr vermişdir. Azərbaycan mədəniyyətinin dünyada təbliğində və mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri də xüsusi əhəmiyyətə malikdir. Bu zamana qədər Azərbaycan muğamı, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilib. Bununla yanaşı, aşıq, xalçaçılıq və tar ifaçılığı sənətləri, eləcə də Novruz bayramı, dolma, lavaş və kəlağayı, Lahıc misgərlik sənəti, çövkən oyunu UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahısına aiddir. Təbii ki, bütün bunların hamısı Heydər Əliyev Fondunun rəhbəri və UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsidir.

Eyni zamanda, xarici ölkələrdə fəaliyyəti çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Paris, Berlin, Moskva, Roma, Vatikanda, Strasburqda və digər şəhərlərdə bir sıra mühüm işlər aparılmışdır.

Ən mühüm məqamlardan biri budur ki, Mehriban xanım Əliyevanın fəaliyyəti humanizm prinsiplərinə söykənir. Onun xeyriyyəçilik fəaliyyəti həm ölkəmizdə, həm də beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirlir. Bildirmək istərdim ki, qardaş Pakistan İslam Respublikasında çalışdığım dövrdə Mehriban xanım Əliyevanın bu ölkədə çoxsaylı humanitar və inkişaf proqramları və layihələrin icra etdiyinin, Pakistan xalqının Azərbaycan Birinci Xanımına olan böyük sevgisinin şahidi olmuşam. Belə ki, 2007-ci ildə Müzəffərabad şəhərində zəlzələ nəticəsində tamamilə dağılmış qızlar məktəbi Heydər Əliyev Fondu tərəfindən yenidən inşa edilmiş və hal hazırda bu məktəb Mehiban Əliyevanın adını daşıyır. Eyni zamanda, 2012-ci ildən başlayaraq, Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində humanitar, səhiyyə və təhsil sahələrində layihələr icra edilmişdir. Belə ki, Dera İsmail Xan bölgəsində Heydər Əliyev su təchizatı sistemi yaradılmış, Xayber Paxtunxva Əyalətində Göz klinikası, Pəncab əyalətində Talessemiya Mərkəzinin qurulmasında iştirak edilmiş, hepatit B virusuna qarşı peyvəndləşdirmə, açıq ürək əməliyyatları poqramları icra olunmuş, daşqın sellərindən zərər çəkmiş insanlara yardımlar edilmiş, uşaq və ahıllar evlərinə yardımlar edilmiş və bir çox digər layihələr həyata keçirilmişdir. Qeyd olunmalıdır ki, Mehriban Əliyevanın Pakistanda fəaliyyəti İslam Respublikanın dövləti və xalqı tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, 2013-cü ildə Azərbaycanın Birinci xanımı ölkənin ən nüfuzlu qəzetlərindən olan “Daily Times” tərəfindən “İlin qadını” elan edilmiş, 2014-cü ildə “Şəhid Benazir Bhutto” mükafatı, və nəhayət, 2015-ci ildə ölkənin ali “Hilali Pakistan” ordeni ilə təltif olunmuşdur. Sözügedən orden şəxsən Pakistan Prezidenti cənab Məmnun Hüseyn tərəfindən Mehriban xanım Əliyevaya təqdim edilmişdir. Ümumiyyətlə, həm Azərbaycan xalqı, həm də beynəlxalq ictimaiyyət Mehriban xanım Əliyevanın xidmtlərini yüksək dəyərləndirir. İndiyədək Mehriban xanım Əliyeva bir sıra təltiflərə layiq görülüb. Dövlət başçımızın 29 iyun 2015-ci il tarixli sərəncamı ilə Mehriban xanım Əliyeva “Heydər Əliyev” ordeninə layiq görülüb. Bundan başqa o, Fransa, Polşa, Rusiya, Serbiya, Kuveyt, UNESCO və digər ölkə və çoxsaylı beynəlxalq təşkilatların yüksək səviyyəli mükaftları ilə təltif olunub. Qeyd etdiyimiz kimi, Mehriban xanım Əliyevanın fəaliyyəti həm də ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasında önəmə malikdir. Bu bir həqiqətdi ki, Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində Azərbaycan mötəbər tədbirlərə ev sahibliyi edib. Bəlli olduğu kimi, Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Azərbaycanda bir sıra meqatədbirlər, o cümlədən “Eurovision 2012” beynəlxalq mahnı müsabiqəsi, Avropa Oyunları, IV İslam Həmrəyliyi oyunlarının ən yüksək səviyyədə keçirilmişdir.
Öz fəaliyyəti ilə Azərbaycanın Birinci Xanımı dünya mədəniyyətinin inkişafında, sivilizasiyalararası dialoqun möhkəmlənməsində böyük rol oynayır, humanizm dəyərlərinin, sülh və tolerantlığın yayılmasına, mədəniyyətlərarası dialoqun inkişafına əvəzsiz töhfələr verir. Mehriban xanım Əliyevanın “Azərbaycan tolerantlığın evidir” proqramı çərçivəsində ölkəmizdə bir sıra müsəlman, katolik, ortodoks və yəhudi dini məbədlərinin yenidən qurulması və bərpasının təşəbbüskarı olduğu xüsusi qeyd olunmaldır.

– Mehriban xanım Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyəti necə qiymətləndirilə bilər?


– Mehriban xanım Əliyeva çıxışların birində Milli Məclisdə 12 illik fəaliyyətini böyük bir ömür məktəbi kimi qiymətləndirmiş, millət vəkili kimi əldə etdiyi təcrübəni əvəzsiz adlandırmışdır. Məlum olduğu kimi, Mehriban xanım Əliyeva respublikamızın ali qanunverici orqanında 2005-ci ildən etibarən təmsil olunmuş və deputatı olduğu Xəzər rayonunda bu dövrdə 42 məktəb, 44 uşaq bağçası, 16 uşaq evi və internat məktəbi, o cümlədən 3 uşaq evi üçün yay düşərgəsi inşa edilib və əsaslı təmir olunmuşdur. Şübhəsiz ki, Mehriban xanım Əliyevanın Milli Məclisdə fəaliyyəti nə bu statistik məlumatlarla, nə də təmsil etdiyi Xəzər rayonu ilə məhdudlaşmamışdır. Çünki Mehriban xanım Əliyeva hər bir Azərbaycan vətəndaşının vəkili olmuşdur, hər bir Azərbaycanlının maraqlarını təmsil etmişdir. Azərbaycanın Birinci Xanımı humanizm və ədalət ideyalarına əsaslanaraq, 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktlarını irəli sürmüşdür. Nəticə etibarilə amnistiya elan edilməsi haqqında qərarlar əsasında ümumilikdə 40 minə yaxın məhkum cəzadan azad edilmişdir. Azərbaycanın Birinci Xanımı ölkəmizdə sağlam ailənin formalaşması və bu istiqamətdə risklərin azaldılması məqsədilə 2014-cü ildə nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçməsi təşəbbüsü ilə də çıxış etmiş və müzakirələrdən sonra Ailə Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi haqqında qanun qəbul edilmişdir. Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətinin önəm kəsb edən məqamlarından biri də, onun təşəbbüsü ilə dünyada Azərbaycanı çoxmillətli, tolerant, çoxkonfessiyalı ölkə kimi tanıtmaq üçün bir çox tədbirlərin keçirilməsi olmuşdur. Diqqətinizi bir vacib məqamə cəlb etmək istərdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması məsələsi Mehriban xanım Əliyevanın fəaliyyətinin prioritetlərindən olmuşdur. Heydər Əliyev Fondunun münaqişəyə dair yaratdığı internet portalı, nəşr olunmuş çoxsyalı materiallar dünya ictimaiyyətinə problemin səbəbləri və acı nəticələri haqqında geniş məlumatlar vermişdir. Fondun dəstəyi ilə 2007-ci ildən başlayaraq hər il müxtəlif ölkələrdə Xocalı soyqırımı ilə bağlı xüsusi təbliğat aparılır. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə əsası qoyulan “Xocalıya Ədalət” beynəlxalq kampaniyası bu istiqamətdə atılan önəmli addımlardandır. Təsadüf deyil ki, bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımın tanınması ilə bağlı qətnamə və qərarlar qəbul etmiş, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulmuşdur.

– Mehriban xanım Əliyevanın Azərbaycan siyasi tarixində ilk dəfə yaradılmış I vitse -prezident postunda fəaliyyətini necə qiymətləndirisiniz?

– Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyəti, malik olduğu yüksək insani keyfiyyətlər, ölkəsinin inkişafı istiqamətində göstərdiyi səylər, beynəlxalq humanitar yardım missiyalarına verdiyi töhfələr istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda birinci xanımın yüksək imicinin formalaşmasına böyük təsir etmiş və onun ən yüksək vəzifəyə layiq görülməsinə yol açmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 21 fevral tarixli Sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi ona böyük sevgi, hörmət və ehtiram hissləri bəsləyən Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmışdır. Çünki Mehriban xanım Əliyevanın bütün fəaliyyəti sübut etmişdir ki, o, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi möhtərəm prezidentimiz İlham Əliyev cənabları ilə birlikdə Azərbaycanın daha da sürətlə inkişaf etməsi istiqamətində apardığı şərəfli işi davam etdirəcəkdir. Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi fəaliyyətini sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmuşdur. Bir məqama xüsusi diqqət yetirmək lazımdır. Birinci vitse-prezident Mehriban Əliyeva ilk müşavirəsini qaçqın və məcburi köçkün ailələrinin problemlərinə həsr edib. Ötən il martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilmişdir. Birinci Vitse-Prezidentin qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində atdığı ardıcıl addımlar sayəsində yüzlərlə ailə yeni mənzilinə qovuşmuşdur. Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən mühüm layihələrdən biri də 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərimizin fəal həyat tərzinin təmin olunması olmuşdur. Bununla dövlət Vətənin azadlığı uğrunda sağlamlığını itirən heç bir hərbçisini diqqətdən kənarda qoymamışdır. Ötən bir il yarım müddət ərzində Mehriban Əliyeva həm ölkə daxilində, həm də beynəlxalq aləmdə uğurlu siyasi fəaliyyətini bir daha sübut etmişdir. İctimai-siyasi fəaliyyəti boyu humanitar, sosial sahələri daim diqqət mərkəzində saxlayan Birinci vitse-prezident həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində çoxsaylı layihələrə, mühüm işlərə imza atmışdır. Valideyn himayəsindən məhrum olan uşaqlara dövlət qayğısının göstərilməsi, xəstələrin müalicəsi, əlilliyi olan şəxslərin reabilitasiyası, uşaqlar üçün müalicə və istirahət pansionatlarının, məktəblərin, uşaq bağçalarının, xəstəxana və poliklinikaların tikilməsini və digər yüzlərlə belə faktı sadalamaq olar. Onun təşəbbüsü ilə Azərbaycandan xaricdə də çoxsaylı humanitar aksiyalar həyata keçirilmişdir. Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fədakar fəaliyyəti ilə seçilir. İnsanlığa xidmət edən, nəcib təşəbbüsləri ilə seçilən Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda böyük rəğbətlə qarşılanır.

Fürsətdən istifadə edərək hörmətli Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edirəm, tutduğu şərəfli və məsuliyyətli dövlət vəzifəsinin icrasında, dövlətçiliyimizin inkişafında, xalqın rifah halının yaxşılaşdırılmasında, ictimai-siyasi fəaliyyətində daha böyük uğurlar arzulayıram!

ABŞ Senatorı Con Makkeyn vəfat etdiABŞ Senatının ən nüfuzlu üzvlərindən biri Con Makkeyn vəfat edib.

Son bir ildə beyin xərçəngi ilə mübarizə aparan Makkeyn avqustun 25-də dünyasını dəyişib.

Senator Makkeyn avqustun 24-də apardığı müalicəsini dayandırmağa qərar vermişdi. Con Makkeyn uzun illər ABŞ Konqresində Arizona ştatını təmsil edib. O, Vaşinqtonda Respublikaçılar Partiyasının ən nüfuzlu nümayəndələrindən biri idi.

Qeyd edək ki, Makkeyn Vyetnamda döyüşüb, onun təyyarəsi vurulandan sonra beş ildən çox əsirlikdə qalıb. Kapitoliya təpəsində xidmət etdiyi 35 il ərzində altı dəfə Senata seçilib.

2000-ci ildə Respublikaçılar Partiyasından prezidentliyə namizədlərdən biri olub, lakin ilkin seçkilərdə qubernator Corc Buşa uduzub və Buş ABŞ Prezidenti seçilib.

2008-ci ildə Makkeyn Respublikaçılar Partiyasından prezidentliyə əsas namizəd olub, lakin demokrat Barak Obamaya uduzub. Son üç ildə Makkeyn Donald Trampın ən qatı tənqidçilərindən biri olub.
Əli Kərimlinin yaxınları Merkellə görüşən fəalları təhqir etdilər - skandalRövşən Hacıbəyli: “Ya onların fəallığına şübhə var, ya da bizim”; Fikrət Hüseynli: “Bir azərbaycanlı olaraq bu görüşü ayıb sayıram”

Bu gün Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelin vətəndaş cəmiyyəti fəalları ilə görüşü sosial şəbəkədə ciddi etiraza və polemikalara səbəb olub. Musavat.com xəbər verir ki, etirazlar xüsusən heyətdəki şəxslərlə bağlı olub. Onların görüşlə bağlı mediaya geniş açıqlama verməməsi də səslənən iradlar sırasında olub. Məsələnin maraqlı detallarından biri də budur ki, irad bildirənlərin hamısı AXCP sədri Əli Kərimlinin tərəfdarlarıdır.

Məsələn, bir zamanlar "Azadlıq" qəzetinin rəhbəri olan Rövşən Hacıbəyli statusunda aşağıdakıları yazıb: “Dostlar, bəziləri vətəndaş cəmiyyəti fəalları adıyla Merkellə görüşə dəvət olunanlara etiraz edir. Elə Merkellə görüşdə İlham Əliyev deyib ki, Azərbaycanda söz azadlığı var. İndi o etirazları söz azadlığının, hər kəsin düşüncələrini sərbəst ifadə etməsinin adına yazaq. Ancaq yaxşı olardı ki, görüşə dəvət olunan fəallar Merkel xanımla nədən danışdıqlarını, ona ölkəmizlə bağlı hansı informasiyaları verdiklərini açıqlasınlar; həm söz-söhbətə son qoyular, həm də dəvət edilənlərin həqiqətən buna, yəni vətəndaş cəmiyyətini təmsil etməyə haqları olduğu bilinər.

Çünki xeyli vətəndaş cəmiyyəti fəalı bu gün həbsdədir, ora gedənlər həm də onların təmsilçiləridir. Bu səbəbdən şəffaflığa ehtiyac var. Əks halda onları kimlərin nə üçün seçdiyinə şübhələr qalacaq...

P.S.Etiraf edim ki, fəalların heç də hamısını tanımadım( ya onların fəallığına şübhə var, ya da bizim)”.

Mühacir jurnalist, "Azadlıq" qəzetinin müxbiri olmuş Fikrət Hüseynli də heyətə öz etirazını aşağılayıcı şəkildə bildirib: “Daha heç nə. Merkel xanım vətəndaş cəmiyyəti adıyla belə bir görüş keçirib gələcək xəritəni bəlli etdi. Müxalifət liderliyində də varislik davam edəcək. İsa Qəmbəri Turqut Qəmbər əvəz edəcək. Jurnalistika Xədicə İsmayıl kimi ölkəni tərk edə bilməyəcək. Qeyri-hökimət təşkilatları da Əvəz Həsənov, Şəhla İsmayıl kimi dişsiz olacaq.

Yox cənablar, biz bu rüsvayçı durumu dəyişəcəyik. Şəxsən bir azərbaycanlı olaraq bu görüşü ayıb sayıram. Və əminliklə bildirirəm ki, bu cür düzəni pozacağıq. Buna əmin olun"...

Bu etirazlardan xəbər tutan görüş iştirakçılarından Nida Vətəndaş Hərəkatının təmsilçisi Turqut Qəmbər isə görüş barədə status yazıb və orada baş verənlərlə bağlı məlumat yayıb: “Bu gün Almaniyanın Kansleri Angela Merkellə görüşdə mən də Nida Vətəndaş Hərəkatının təmsilçisi və vətəndaş cəmiyyətinin nümayəndəsi (halbuki özümü daha çox siyasi fəal hesab edirəm) kimi iştirak etdim. Mən əsasən siyasi məhbuslar, insan hüquqlarının durumu və ölkədəki siyasi durumla bağlı mülahizələrimi paylaşdım. Görüşdə eyni zamanda Qarabağ münaqişəsi, gender məsələsi, korrupsiya və s. problemlər müzakirə olundu.

Düşünürəm ki, Almaniya kimi ölkənin rəhbərinin Azərbaycana səfər etməsi və burada vətəndaş cəmiyyəti ilə görüşməsi müsbət hadisədir. Eyni zamanda düşünürəm ki, Qərb ölkələrinin rəhbərləri Azərbaycana səfər edəndə siyasi müxalifətlə də görüşməlidirlər. Görüşün baş verməsi faktı əhəmiyyətlidir, ancaq unutmamalıyıq ki, Azərbaycanın nicatı, xilası və gələcəyi elə Azərbaycan xalqının öz əlindədir”.

Sosial şəbəkədəki müzakirər zamanı etiraz və suallar həm də REAL sədri İlqar Məmmədovun həmin görüşdə iştirak etməməsi ilə bağlı idi. Amma görüş iştirakçıları bildirdilər ki, İ.Məmmədov siyasi partiya lideridir və bu görüş siyasətçilərlə yox, vətəndaş cəmiyyəti nümayəndələri ilə keçirildi.

Musavat.com xatırladır ki, avqustun 25-də A.Merkel Azərbaycanın qeyri-hökumət təşkilatı təmsilçiləri ilə görüşüb. Görüşdə “Şərq Tərəfdaşlığı” Proqramının Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə koordinatoru, Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov, “Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl, gənc fəal Turqut Qəmbər, jurnalist Xədicə İsmayıl da iştirak edib.
Binəqədi rayon bələdiyyəsinin sədr və müavini vəzifələrindən getdilər - Nə baş verir?Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı vəzifəsindən istefa verib.

Bu sözləri Axar.az-a Binəqədi bələdiyyəsinin xanım əməkdaşı bildirib. Onun sözlərinə görə, Binəqədi bələdiyyəsinin sədri S.Cabbarlının yaxın günlərdə toy mərasimi olacaq:

"Sitarə xanım ailə qurması səbəbindən işdən ayrılıb. O, öz istəyi ilə ərizə yazaraq vəzifəsindən istefa verib. Səbəb kimi isə ailə qurmasını göstərib. Ancaq hələ də bələdiyyəmizin üzvüdür”.

Bələdiyyə əməkdaşı S.Cabbarlının müavini Sabir Həsənovun da işdən çıxması səbəbinə aydınlıq gətirib: "Sabir Həsənov da vəzifəsindən öz istəyi ilə gedib. Hazırda bələdiyyəmizin üzvü olsa da, sədr müavini vəzifəsində çalışmır”.

Məlumat üçün bildirək ki, Binəqədi bələdiyyəsinin sədri S.Cabbarlının adı artıq Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi saytından silinib.

Xatırladaq ki, Binəqədi rayonu, Binəqədi bələdiyyəsinin xanım sədri Sitarə Cabbarlı ilə müavini Sabir Həsənovun işdən çıxarılması ilə bağlı məlumatı Minval.info saytı yayıb.
Tanınmış prodüserin atasının məzarına hörmətsizlik – FOTOTanınmış prodüser və aparıcı Sayqa Cahidin atasının məzarına hörmətsizlik olub.

Avrasiya.net xəbər verir ki, onun valideyninin məzarının üstü rənglənib.

Belə ki, məzarın sinə daşının üstü və qəbrin kimə aid olduğunu bildirən ad, soyad və digər məlumatların yazıldığı hissə ağ rənglə boyanıb.

Bu barədə prodüser “Instagram” səhifəsində məlumat yayıb.

“Bu hərəkət şərəfsizlikdi və bu gün mənim doğmamım qəbrinə belə bir hörmətsizlik, təhqir olunubsa, sabah başqasının başına da gələ bilər”, – deyə Sayqa yazıb.

O, daha sonra məzarın boyanmasının səbəbkarının qəbiristanlığın işçiləri olmasını bildirib:

“Qəbiristanlıqdakı nəzarətsizlik, çox sayda azyaşlı uşaqların işləməyi, avaralanmağı və s. Günah orada çalışanlardadı. Dünən orada biri dedi ki, aylıq pul versəniz, belə şey olmaz. Aylıq isə 25-30 manatdır. Bəlkə də səbəb budur.

Sinə daşını rəngləyiblər. Heç qohumlarımın çoxu bilmir məzarın yeri haradadı. Bu, düşmənçilik filan deyil. Oranın işçilərinin işidi. Çoxlarının qəbirləri belə təhqir olunur, susurlar. Atam ilyarımdı rəhmətə gedib. 80 yaşı olacaqdı. Edən heç o yaşın yarısını görməsin”.

Qeyd edək ki, Sayqa Cahidin atası Binəqədi qəbiristanlığında dəfn edilib.
  Sərxan Mətanətə görə işdən qovulması ilə bağlı danışdı: “Məni də öldürməsələr…”Aparıcı Sərxan Kərəmoğlu ilə müğənni Mətanət Əsədova arasında Lider telekanalında əsası qoyulmuş qalmaqal nəticəsiz ötüşməyib.

Minval.info xəbər verir ki, bu gün hadisədən sonra aparıcını Lider TV-dən qovulduğu ilə bağlı məlumatlar yayılıb. Hazırda xəstəxanada yatan aparıcı xəbəri təkzib edib:

“Yalandır. Düzdür, ciddi töhmət almışam, rəhbərlik qalmaqal istəmir, icazə vermir. Amma veriliş dayandırılıb, səbəb isə mənim səhhətimlə bağlıdır. Mənimlə birgə aparıcılıq edən şəxslər qeyri-peşəkar aparıcı olduqları üçün mənsiz veriliş aparmalarına icazə verilmədi. Əgər jurnalistlər məni də Anar kimi öldürməsələr, sağalsam, veriliş davam edəcək. Ən azı kanalın mühafizəçilərinə zəng edib, soruşsunlar ki, “Sərxan qovulubmu?”

Qeyd edək ki, News24.az saytının yaydığı xəbərdə iddia olunurdu ki, Sərxan Kərəmoğlu kanalın qapısından içəri buraxılmayıb. Şirkətin prezidenti canlı efirdə nümayiş olunan biabırçı olaya görə, verilişi bağlamaq qərarı alıb. Sərxan Kərəmoğlunun halı şirkətin mühafizəçiləri tərəfindən içəri buraxılmadığı üçün pisləşib.
Rusiyada azyaşlı qızları zorlayan azərbaycanlı həbs edildi – TəfərrüatRusiyada azyaşlı qızları zorlayan azərbaycanlının məhkəməsi başlayır.

Avrasiya.net Ölkə.Az-a istinadən məlumatına görə, cinayət məcəlləsinin 149.2.5, 149.2.3 və 150.3.3-cü maddələri ilə təqsirli bilinən Aslanov Yaşar Səyavuş oğlununun məhkəmə prosesinin hazırlıq iclası avqust ayının 31-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçiriləcək.

Belə ki, 2017-ci ilin fevral ayında Ağdam rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Yaşar Aslanov tutulub.

Məlum olub ki, Yaşar Aslanov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci maddəsi (zorlama) ilə beynəlxalq axtarışda olub.

Araşdrırmalar zamanı, Yaşar Aslanovun Rusiyada olduğu zaman 4 azyaşlı rus qızını zorladığı məlum olub.

Cinayətdən yayınan Yaşar Aslanov Azərbaycana gəlməyə nail olub.
Elmar Vəliyevin daha bir videosu yayıldı – Bu dəfə isə… – VİDEO“Medicalpark” Xəstəxanasının həkimi Türker Kılıç Gəncə icra başçısının görüntülərini xəstəxananın rəsmi səhifəsində paylaşaraq Elmar Vəliyevin sağlamlığına tamamilə qovuşduğunu bildirib.

Minval.İnfo xəbər verir ki, yaxınları bu videonun bir ay əvvəl, əməliyyatdan sonra çəkildiyini bildiriblər. Yemək yeyərkən yayılan görüntülərin isə yeni olduğu deyilir.

Həmin görüntüləri təqdim edirik:
Salyanda şadlıq evinin icarədarının oğlu Səyavuş Kərimovu baltaladıÖtən axşam Salyan rayonunun Quyçu kəndinin ərazisində, Ələt-Astara avtomobil yolunun yaxınlığında yerləşən “Ceyran” restoran-şadlıq evində keçirilən ziyafət bir nəfərin xəsarət alması ilə nəticələnib.

Virtualaz.org-un yerli bürosunun məlumatına görə, Salyan rayonunun Qızılağac kənd sakinlərinin ali məktəbə daxil olmuş həmkəndlilərinin uğurunu qeyd etmək məqsədi ilə “Ceyran” restoran-şadlıq evində təşkil etdikləri şadyanalıqda kənd sakini, 40 yaşlı Səyavuş Nobil oğlu Kərimov ilə obyekti “işlədən” icarədarın oğlu arasında mübahisə yaranıb.

Elə bu mübahisə zəminində icarədarın oğlu Səyavuş Kərimova balta ilə ayaq nahiyəsindən xəsarət yetirib.

Kənd sakini aldığı xəsarətdən Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırılma aparılır.
Sabirabadda toyda iki xalaoğlu bir-birini bıçaqlayıbÖtən gün axşam Sabirabad rayonununda toyda iki nəfər bir-birini bıçaqlayıb.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Sabirabad rayonunun Muğangəncəli kəndində keçirilən toyda kənd sakinləri olan iki xalaoğlu - 30 yaşlı Elvin Muxtar oğlu Həsənovla 31 yaşlı Tahir Tofiq oğlu Rəfiyev arasında baş vermiş mübahisə onların bir-birinə bıçaqla xəsarət yetirməsi ilə nəticələnib.

Hadisə nəticəsində müxtəlif dərəcəli kəsilmiş-deşilmiş xəsarətlər alan hər iki şəxs Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.