İlham Əliyev: “İşğalçı Ermənistan ağır günlər yaşayır”Əlil və şəhid ailələrinə mənzil və avtomobillərin verilməsi dövlət tərəfindən bu qəbildən olan insanlara dəstəkdir.
Avrasiya.net xəbər verir ki, bunu prezident İlham Əliyev Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxışı zamanı deyib. Prezidentin sözlərinə görə, ilin sonuna kimi daha 170 mənzil və fərdi ev əlil və şəhid ailələrinə təqdim ediləcək.

"Bu kateqoriyadan olan insanların məşğulluq problemləri həll olunur. Qaçqın və məcburi köçkünlərin sosial məsələlərinin həlli istiqamətində ardıcıl işlər aparılır. Sosial siyasət Azərbaycanda prioritet məsələlələrdən biridir. Azərbaycan iqtisadiyyatı inkişaf edir. Proqnozlara əsasən, gələn il sürətli inkişaf ili olacaq və iqtisadi potensial artıqca digər sosial məsələlər də öz həllini tapacaq”.

Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsindən söz açan dövlət başçısı qeyd edib ki, münaqişənin bir həll yolu var. Ərazi bütövlüyümüz bərpa edilməlidir.

"Beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə ərazi bütövlüyümüz dəstəklənir. İşğalçı Ermənistan indi ağır günlər yaşayır. Ermənistanda kriminal xunta rejiminin çökməsində Azərbaycanın da rolu az olmayıb”.
Deputatın və oğlunun əmlakının siyahısı yayıldıSosial şəbəkədə deputat Elmira Axundovanın və oğlu Həbib Axundovun malik olduğu mal-mülklərin siyahısı yayılıb.

Əmlakın tam siyahısı belədir:

“Toyota Prado” minik avtomobili, ili 2015, nömrə nişanı Az 90 HH 111, alış tarixi 28.07.2015.

Sahibi: Axundova Elmira Hüseyn qızı.

“AUDI Q 7” minik avtomobili, ili 2012, nişanı, Az 10 LS 050 30.05.2013. Sahibi Axundova Elmira Hüseyn qızı.

Bundan əlavə, Elmira Axundovanın adına:

Bakı şəhəri, Xəzər rayonu,Şüvəlan qəsəbəsi, 30/4181 saylı bağ evi.

Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 9 saylı ünvanda yerləşən 38 saylı qaraj;

Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində dəyəri bir neçə milyon olan 6 mərtəbəli ofis,

Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 15 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi,

“Port Baku Residence” yaşayış kompleksində ümumi sahəsi 375 kvadrat metr olan 1109 B saylı mənzil, 228 və 233 saylı dayanacaq yerləri,

Qəbələ şəhəri, S.Ə.Şirvani küçəsi 112 ünvanında mülkiyyətində olan 0.14 ha torpaq sahəsi və üzərində yerləşən fərdi-yaşayış evi.

Həbib Axundovun adına olan əmlaklar:

Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 3 A ünvanında yerləşən 0.0225 hektar torpaq sahəsi və üzərində “Çardaq” çay evi,

“Port Baku Residence” yaşayış kompleksində 509 B saylı mənzil və əlavə olaraq dayanacaq yerləri.

Bunlar isə Həbib Axundovun maşın kolleksiyası:

“Porsche Cayenne” minik avtomobili, ili 2012, nömrə nişanı 10 HH 111, alış tarixi 19.05.2014,

“Jeep Wrangler” minik avtomobili, ili 2013, nömrə nişanı 90 XX 111. Alış tarixi 02.07.2014.

“Porsche Panamera” minik avtomobili, ili 2013, nömrə nişanı 90 RR 111, alış tarixi 15.02.2014,

“Porsche Cayenne” minik avtomobili, ili 2012, nömrə nişanı 90 CF 900, alış tarixi 03.10.2013.

musavat.com
Orxan Camalı rus muzdluları qətlə yetirib - EkspertlərOrxan Camal və digər iki rus jurnalist fəaliyyətini araşdırdıqları “Vaqner” özəl hərbi şirkətin muzdluları tərəfindən qətlə yetirilib.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində rusiyalı sosioloq İqor Eydman paylaşıb.

“Əslində, Rusiyada heç bir özəl hərbi şirkət yoxdur və qanunla ola da bilməz. Bu brend adı altında dünyada Rusiyanın apardığı hibrid müharibədə iştirak edən xüsusi təyinatlı qüvvələr toplanır. Bu qətllə jurnalistlərə və siyasətçilərə girilməsinə izn verilmədiyi qırmızı xətt göstərildi. Korrupsiya, Medvedyevlər və Şuvalovlar haqqında hələ də çarxlar çəkmək olar. Lakin hibrid müharibəsinin ön cəbhəsində iştirak edənləri araşdırmaq olmaz, əks təqdirdə ölüm cəzası var. Hibrid müharibəsi hazırda Kreml üçün əsas prioritetdir”, - o bildirib.

Rusiyalı siyasətçi Mixail Xodorkovski isə Feysbuk hesabında jurnalistlərin "Vagner" mövzusunda bir film üzərində çalışdığını təsdiqləyib:

“Bu qrup “Araşdırmaların İdarə olunması Mərkəzi” ilə birgə mənim layihəm olan “Rus muzdluları” mövzusu üzərində çalışırdı. Onlar təkcə material toplamağa adət edən jurnalistlər deyildi, həm də aldıqları informasiyanı hiss etmək istəyən cəsur uşaqlar idi”.

O qeyd edib ki, son ana qədər bir möcüzəyə – jurnalistlərin əsir götürüldüyünə və hər hansı bir yolla onların həyatını xilas etməyin mümkün olduğuna inanmaq istəyib. Lakin 3 nəfərin qətlə yetirildiyi haqda rəsmi olmasa da, dəqiq məlumat əldə etdikdən sonra bunu törədənlərin aşkarlanması istiqamətində əlindən gələni edəcəyinə söz verib.

Ukraynalı hərbi jurnalist Yuri Butusov da Feysbuk səhifəsində Camalın rus xüsusi xidmət orqanlarının Mərkəzi Afrika Respublikasına “Vaqner” muzdlu döyüşçüləri göndərdiyi mövzusunda BBC üçün yeni bir film çəkdiyini yazıb:

“Yalnız o dəqiq məlumdur ki, çəkiliş qrupu yerli təhlükəsizlik qüvvələrinin keçid məntəqəsində dayandırılıb və maşına atəş açılıb. Rusiya KİV artıq məsələyə “qarət cəhdi” adı verməyə müvəffəq olub”.

O həmçinin qeyd edib ki, jurnalistlər “Vaqner” haqda cinayət məlumatlarını həm də Ukraynadan toplayıb.

“Camalın müsahibəsini oxuyun - o cəsur bir insan idi, əsl peşəkar jurnalist, dürüst, müstəqil insan idi. Nə qədər riskli olduğunu bilsə də, bizim mübarizəmizə dəstək olurdu”, – deyə Butusov əlavə edib.

“Araşdırmaların İdarə olunması Mərkəzi”nin baş direktorunun müavini Anastasiya Qorşkova jurnalistlərin paytaxt Bangiyə iyulun 28-də gəldiyini və növbəti gün “Vaqner” muzdlularının olduğu Berenqodakı malikanəyə yollandıqları haqda məlumat verib. Onun sözlərinə görə, Mərkəzi Afrika Respublikasının hökumətindən akkreditasiya almadıqları əsas gətirilərək jurnalistlər içəri buraxılmayıb. Mərkəzi Afrika Respublikası isə akkreditasiyanı beş gün sonra verilə biləcəyini açıqlayıb.

Qorşkova həmçinin jurnalistlərin Martin adlı fikserlə (film çəkməyə kömək edən məsləhətçi) görüşə getdikləri zaman hücuma məruz qaldıqlarını açıqlayıb.

O qeyd edib ki, iyulun 29-da jurnalistlər "qanunsuz çəkilişlər" üçün yerli polisə 100-120 ABŞ dolları məbləğində rüşvət ödəməli olublar.

Cinayətin yeganə şahidi olan sürücünün sözlərinə görə, jurnalistlərdə iki ədəd bahalı kamera və 8,500 dollar nağd pul var idi:

“Belə məbləğlə əgər səni varlı zənn edib qətlə yetirməsələr, Mərkəzi Afrikada bir neçə il yaşaya bilərsən”.
Rus mafiyasının lideri erməni oğrunun titulunu əlindən aldıƏslən erməni olan qanuni oğru Suren Tavadov (Surik Əndicanski) rus mafiyasının lideri Zaxariya Kalaşovun icazəsi olmadan milyonlarla dolları mənimsədiyinə görə “qanuni oğru” tacından məhrum edilib.

Axar.az xəbər verir ki, “Praym Kraym” saytı Tavadovun qanuni oğru adını 2004-cü ilin avqustunda Aslan Usoyanın (Ded Xasan) vasitəçiliyi ilə aldığını yazıb.

“Surikin problemləri 2013-cü ildə Ded Xasanın ölümüylə başladı. O, polis tərəfindən iki dəfə profilaktik tədbirlər məqsədilə saxlanıldı. 2015-ci ildə isə Əndicanski 7 qram kokainlə saxlanıldıqdan sonra ev dustaqlığına məhkum edilən ilk qanuni oğru oldu. Həmin ilin oktyabrında Tavadov həbsə düşsə də, bir neçə ay sonra 10 milyon rubl girov qarşılığında azadlığa çıxdı. Həbsdə olduğu zaman Kalaşov onun əlindən qanuni oğru adını almağa cəhd göstərdi. Tavadovun Kalaşovun qəzəbinə tuş gəlməsinə səbəb almaz biznesində olan iş adamlarından bir neçə milyon mənimsəməsi və bunu Kalaşovla bölməməsi olub. 2016-cı ilin iyulunda Kalaşov həbs edildiyinə görə Suriki cəzalandıra bilmədi.

Əndicanski bir müddət əvvəl Moskvada onun qanun oğru titulunu daşımasını tanıyan bir sıra avtoritetlərlə görüş təyin etdi, lakin sonradan rus mafiyasının Rusiya üzrə nəzarətçisi Kaxa Qalski işə qarışaraq, Tavadovun yekun olaraq oğru titulunun əlindən alındığını bəyan etdi. Üstəlik, Tavadovdan Kalaşova olan borcunun qaytarılması tələb olundu”.
 İlham Əliyev onlara ev və maşın verdi - VideoAvqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi olub.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısına məlumat verib ki, nazirlik “ŞA İnşaatçı” Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunan binadan ümumilikdə 35 mənzili satın alıb. Bu mənzillərdən 23-ü Qarabağ müharibəsi əlillərinə, 12-si isə şəhid ailələrinə verilir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mənzillərdə yaradılan şəraitlə tanış olublar.

Daimi qaz, su və işıqla təchiz edilən mənzillər yüksək səviyyədə təmir olunub, bütün zəruri avadanlıq, o cümlədən mətbəx mebeli quraşdırılıb. Bundan başqa, mənzillərdə kombi sistemi də qurulub.

Sonra dövlət başçısı əlil və şəhid ailərinin üzvləri ilə görüşüb.

Prezident İlham Əliyev mənzillərin sənədlərini və avtomobillərin açarlarını sahiblərinə təqdim edib.

Ümumilikdə, 136 vətəndaşa “Xəzər LX” avtomobili verilib. Onlardan 110-nu ərazi bütövlüyümüzün və müstəqilliyimizin müdafiəsi zamanı əlil olmuş şəxslər, 26-sı isə Böyük Vətən Müharibəsi və Çernobıl əlilləridir. “Xəzər LX” avtomobilləri Neftçala Sənaye Parkında fəaliyyət göstərən Azərmaş MMC tərəfindən istehsal olunub. Sosial məsuliyyət prinsipləri çərçivəsində şirkət əlavə olaraq 3 avtomobil də təqdim edib.

Sonda xatirə şəkli çəkdirilib.
Gənc xanəndələrin ölümü ilə bağlı dəhşət – FotoGənc xanəndələr Miryusif Mirizadə və Novruz Hüseynovun ölümü ilə bağlı qeyri-rəsmi iddia yayılıb.

Adının açıqlanmasını istəməyən sənətçinin Axar.az-a verdiyi məlumata görə, hadisə bu gün səhərüzü, saat 05 radələrində, Bərdə istiqamətindəki şosedə baş verib.

“Bizim aldığımız məlumata görə, Miryusifdə 17 bıçaq zərbəsi aşkarlanıb. Novruz Hüseynov isə ümumiyyətlə yoxdur, harada olduğu bilinmir”, - deyə mənbə bildirib.

İlkin ehtimala görə, bu, qəza yox, qətldir.

Miryusif Mirizadənin məşhur xanəndə, əməkdar artist Səbuhi İbayevin yaxın qohumu olduğu da qeyd edilib.

Faktı dəqiqləşdirməyə çalışırıq…

Qeyd edək ki, 2015-ci ildə təşkil edilən "Televiziya Muğam Müsabiqəsi"nin iştirakçıları Miryusif Mirizadə (29) və Novruz Hüseynov (28) Ağcabədi-Bərdə yolunda qəzaya düşdüyü və hər ikisinin dünyasını dəyişdiyi barədə Milli.az məlumat yayıb.

***

Əməkdar artist Səbuhi İbayev Axar.az-a açıqlamasında yas yerində olduğunu və danışa bilmədiyini deyib. Ancaq bir kəlmə ilə qəza xəbərini təkzib edib:

"Dəqiq nə baş verdiyini bilmirik. Ancaq qəza deyil..."

***

Xanəndələrin 02 BX 414 dövlət nömrə nişanlı "Mersedes" avtomobilində qəzaya düşdüyü bildirilir.
"Ana dilimizin inkişafı və Heydər Əliyev siyasəti" - Pirallahıda tədbir01 avqust Azərbaycan əlifbası və ana dili gününə həsr olunmuş "Ana dilimizin inkişafı və Heydər Əliyev siyasəti"

01 avqust 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının inzibati binasında 01 avqust Azərbaycan əlifbası və ana dili gününə həsr olunmuş " Ana dilimizin inkişafı və Heydər Əliyev siyasəti" adlı dəyirmi masa keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının məsul əməkdaşı İlham Əsgərov bildirib ki, ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır. Dilini itirən xalq məhvə məhkumdur. Təbii ki, bu zaman ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafına göstərdiyi diqqəti qeyd etməmək mümkün deyil. Çünki ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan ulu öndər Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir.

Sonra tədbirdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı İdarə Heyətinin üzvü Sevda Alxasova və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının fəalı Həcər Ramazanova çıxış edərək bildirdilər ki, hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur.Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirir.

Daha sonra tədbir iştirakçıları 01 avqust Azərbaycan əlifbası və ana dili gününə həsr olunmuş videoçarxa baxıblar. Videoçarxın nümayişindən sonra dəyirmi masa mövzu əsasında müzakirələrlə yekunlaşmışdır.

Sahibkarlığa Kömək Milli Fondu ləğv edildiPrezident İlham Əliyev Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

Fərmana görə, sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması, ixrac əməliyyatlarının maliyyələşdirilməsi, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilir.

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilir.

Fondun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası” təsdiq edilir.

Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi qaydalarına uyğun olaraq göstərdiyi fəaliyyətdən irəli gələn hüquq və öhdəlikləri, o cümlədən güzəştli kreditlərdən istifadə şərtləri haqqında müvəkkil kredit təşkilatları ilə bağlanmış müqavilələr üzrə hüquqlar (müvafiq sənədlərin, məlumatların alınması və s.), verdiyi güzəştli kreditlərdən irəli gələn tələb hüququ, müvəkkil kredit təşkilatlarına müəyyən edilmiş limitlər üzrə vəsaitin ayrılmasına, eləcə də Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilməsi barədə qərar qəbul edilmiş sahibkarlıq subyektlərinin investisiya layihələrinə güzəştli kredit ayrılmasına dair öhdəliklər Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsə (bundan sonra – Fond) keçir.

Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən 9 nəfərdən ibarət Müşahidə Şurası yaradılır.

Müşahidə Şurasının 5 (beş) üzvünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, 4 (dörd) üzvünü isə aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edirlər:

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası;

Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.



Fondun fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir. İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsini, habelə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini Azərbaycan Respublikasının iqtisadiyyat naziri həyata keçirir.

Fondun nizamnamə fondu 1 094 254 581 (bir milyard doxsan dörd milyon iki yüz əlli dörd min beş yüz səksən bir) manatdır və ona verilmiş əmlakdan, habelə dövlət büdcəsindən ayrılan vəsaitdən formalaşır.

Fondda təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir.

Azərbaycan Respublikasının Prezidentinə:

Fondun nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

Fondun yenidən təşkil və ləğv edilməsi;

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:

Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Fondun strukturunun, əməkhaqqı fondunun, işçilərinin say həddinin, əməyin ödənilməsi formalarının və miqdarının müəyyənləşdirilməsi;

müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Fondun ştat cədvəlinin təsdiq edilməsi.
Əllərini bağlayıb döyə-döyə öldürdülər – Erməni ordusunda dəhşət2015-ci ildə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində dislokasiya edilmiş hərbi hissələrindən birində baş vermiş cinayətin təfərrüatları məlum olub.

Teleqraf.com xəbər verir ki, əsgər Arutyun Ambaryanın intiharının araşdırması ilə məşğul olan Ruben Martirosyan hərbçinin qəsdən öldürüldüyünü bildirib:

“ Hərbi prokuror Karen Ağabekyan iddia etdi ki, Ambaryan intihar edərək özünü öldürüb. Lakin bu, həqiqəti əks etdirmir. Araşdırmadan sonra dəqiqləşdi ki, o, hərbi hissədəki “dedovşina”nın qurbanı olub.

Əsgərin əllərini və ayaqlarını bağlayıblar. Bundan sonra onu ölümcül döydükdən sonra güllələyib öldürüblər. Mümkündür ki, Ambaryan döyülmə zamanı ölüb və bu qətli gizlətmək üçün onu güllələyiblər”.
Lənkəranda ana azyaşlı oğlu ilə birgə itkin düşübLənkəranda ana və azyaşlı oğlu itkin düşüb.

APA-nın məlumatına görə, Lənkəran rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Biləsər kənd sakini Səttar Xalıqov həyat yoldaşı Nüşabə Dövlətovanın azyaşlı oğlu Elbrus Xalıqovla birgə iyulun 20-də evdən çıxdığını, bir daha geri qayıtmadığını bildirib.

Daxil olan müraciət əsasında araşdırma aparılır.