Bələdiyyə sədri sakinlərə hesabat verib27 iyul 2018–ci il tarixdə Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi, bina 33 ünvanında yerləşən xeyir - şər evində Binəqədi rayon Biləcəri bələdiyyəsi sədri Hikmət Quliyevin qəsəbə sakinləri qarşısında hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağını Biləcəri bələdiyyəsi sədri Hikmət Quliyev giriş sözü ilə açaraq qəsəbədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən danışıb.

Daha sonra bələdiyyə sədri Hikmət Quliyev sakinlər qarşısında bələdiyyənin 2018 ci ilin 6 ay ərzində sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər haqqında hesabatını səsləndirmiş və sakinlərlə canlı təmasda olaraq, onlar tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində bələdiyyənin məsul şəxslərinə müvafiq tapşırıqlar verib.

Hesabat yığıncağının sonunda Biləcəri bələdiyyəsi tərəfindən Binəqədi rayonu Biləcəri qəsəbəsinin ictimai-siyasi həyatında yorulmaz fəaliyyətinə, vətəndaş-bələdiyyə həmrəyliyinin möhkəmləndirilməsində göstərdiyi xidmətlərinə görə qəsəbə ərazisində fəaliyyət göstərən Məhəllə komitələrinin sədrləri diplomla təltif olunub.
Bələdiyyə sədri sakinlərə hesabat verib
Bələdiyyə sədri sakinlərə hesabat verib
Küçədə qadına qarşı zorakılıq - BAKIDABakıda qadına daş parçası ilə xəsarət yetirərək qızıl sırğasını quldurluq yolu ilə alan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə zərərçəkən Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə məlumat verib.

Belə ki, qadın izahatında rayonun Nəsimi və Şərifli küçələrinin kəsişməsində naməlum şəxsin ona hücum etdiyini, əlində olan küt alətlə başına zərbələr endirdiyini və qulağında olan qızıl sırğanın bir tayını götürərək hadisə yerindən qaçdığını bildirib. Məlumat daxil olan kimi zərərçəkənin izahatı alınıb və dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlanılıb. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Adıgözəlov Azər Ağa oğlu saxlanılaraq istintaqa təqdim olunub.

Araşdırma zamanı onu qadına selofan paketin içində gizlətdiyi daş parçası ilə xəsarət yetirdiyi məlum olub. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxsin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya 25-ci Polis Şöbəsinə müraciət edə bilərlər.
10 ildir masaj salonunda fahişəlik edən Xəyalə: "Oğluma hər şərait qurmuşam"Xəyalə (ad şərtidir) artıq on ilə yaxındır ki, şəhərin mərkəzində fəaliyyət göstərən masaj salonlarından birində çalışır. Onunla tanışlığımız təsadüfi olsa da, illərin dostuymuşuq kimi dərdləşə bildik. Daha doğrusu, o danışdı, mən dinlədim.

Bu “masaj salonları”nda hansı xidmətlərin olduğu hamıya məlumdur. Təbii ki, bu salonların əksəriyyətində masajdan söhbət belə getmir. Elə bu səbəbdən həmsöhbətimə “masaj salonu” haqda yazmaq istədiyimi deyəndə, adının çəkilməsinə razılıq vermədi, ancaq danışdı. Və danışdıqları faciəli olsa da, bunları qürurla nəql edirdi.

Xəyalə pozitiv enerjisiylə məni təəccübləndirdi. Çünki az qala, bütün müştərilərinin insanlığından razılığını qeyd edirdi. 29 yaşı olmasına baxmayaraq, artıq on ilə yaxındır bu işlə məşğuldur. Danışdıqca hiss etdim ki, onun razı qaldığı insani məqam həyata sırf analıq prizmasından baxmasıyla əlaqədardır.

İlk sualım uşağın atası haqda oldu. Üzünə qaranlıq çökdü, gözləri nifrətdən alovlandı. Ancaq səbirli idi. Daha doğrusu, həyat onu təkcə fahişəliyə sürükləməmişdi, həm də övladına görə şərəfsiz ərinə qarşı belə səbirli olmağı öyrətmişdi.

Xəyalə övladının doğuluşundan dərhal sonra ərinin onu atdığını qeyd etdi. “Atası bircə dəfə də olsun öz övladıyla maraqlanmayıb”, – deyib başını yellədi.

Bu yola necə düşdüyünü soruşanda dedi ki, vallah, cəmiyyətə görə mən fahişəyəm, əxlaqsızam, ancaq mən deyirəm ki, əsl fahişə də, əxlaqsız da ərimdir:

“Bu saat mənim oğluma yaratdığım həyat şəraitini atalı uşaqlar yatsalar, yuxularında da görməzlər. Şahzadələr kimi böyüdürəm oğlumu, təhsilinə də, yaşayışına da özüm nəzarət edirəm. İndidən 8 yaşlı oğlumun artıq şəxsi evi var. Bu, hər kişinin işi deyil, ancaq mən təkbaşına bunlara nail olmuşam. Uşağın atasını fahişə adlandırmağım da elə buna görədir. İndi, az qala, hər gün mesaj yazır, yalvarır ki, barışaq. Zərrəcə heysiyyəti yoxdur ki, mən necə qazanmışam bu imkanları. Onunçün bunun fərqi yoxdur. Əvvəl yük hesab edib oğlunu da, məni də atıb getdi, indi utanmaz-utanmaz gəlib ayağıma düşüb.

Mən oğluma bir sünnət toyu etmişdim, desəm, bəlkə də inanmazsan. İyirmi qoyun, bir dənə də 150 kiloluq cöngə kəsdirdim. Altı yüz nəfərlik restoran ağzına kimi dolu idi. Hələ toy etdiyimi eşidib dəvətnaməsiz də olsa gələn qonaqlara yer tapmadım, restoranın həyətində əlavə masalar hazırladılar.

Mən fəxr etmirəm bununla, amma əgər bir övlad gətirmişəmsə dünyaya, gərək o, mənim çəkdiyim əziyyətləri çəkməsin. İndi mənim bütün həyatım övladımdır, onun üçün hər şey edərəm. Bəlkə də böyüyüb məndən utanacaq, çıxıb gedəcək uzaqlara. Amma bir azca da olsa ümidim var ki, onun üçün qatlaşdığım bu həyata, çəkdiyim əzablara anlayış göstərəcək.

Düşünə bilərsən ki, bəyəm iş yox idi işləməyə, bədənini satmaq yolunu tutdun?

Məsələn, yer də süpürə bilərdim, ofisiant da işləyə bilərdim. Alacağım maaşla təkbaşıma uşağa necə bir gələcək vəd edə bilərdim axı!

Hələ mənim nə arzularım var: oğlumun ali məktəbə daxil olmasını, toyunu görmək istəyirəm. Özü də qıraqdan qız almayacam. Bacım qızını indidən gözaltı etmişəm. Hələ oğlum bir az böyüsün, ən böyük arzularımdan biri də onu əsgərliyə yola salmaqdır.

Vallah, əsgərlik doğrudan da kişilik məktəbiymiş, mənim o şərəfsiz ərim heç əsgərlik də görməmişdi, hərdən düşünürəm ki, bəlkə də əsgərlik çəkmiş olsaydı, bir az kişiliyi olardı.

Amma bir qram da ləyaqəti yoxdur: hər gün mesaj yazıb, barışmaq istədiyini deyir…”

Xəyalə etiraf edir ki, seçim şansı olsaydı, bu həyatı seçməzdi. Ancaq o fahişə olmasına rəğmən, ölkənin gələcəyi üçün faydalı, vətənpərvər bir insan böyütməyi özünə borc bilir.

Amma mənə də maraqlıdır: görəsən, Xəyalə əri haqda dediyi sözlərdə haqlıdır, yoxsa özünə bəraət üçün bu təsəvvürdədir?

///goldnews.az
Erməni kəşfiyyatçı müharibə hazırlığının ŞOK DETALLARINI AÇDI: 1 ay sonra Kür və Araz boyunca...Ermənistanda hesab edirlər ki, sentyabr-oktyabr aylarında Dağlıq Qarabağda müharibə başlayacaq. Erməni ekspertlər İrəvanı yeni müharibəyə hazırlaşmağa çağırır.

Publika.az xəbər verir ki, erməni kəşfiyyatçı, keçmiş döyüşçü Vaan Badasyan erməni hərbi birləşmələrinin mövqelərinin irəli çəkilməsi təklifi ilə çıxış edib.

Onun iddialarına görə, Azərbaycan Ordusu son illər ərzində taktikanı dəyişdirdi və mövqeləri tədricən irəli çəkir: “Naxçıvan cəbhəsində mövqelərini möhkəmləndirdilər. Azərbaycan taktikanı dəyişdirərək, gələcək müharibədə üstün mövqedə olmağı təmin etdi. Təəssüf ki, Ermənistan ordusunun baş qərargahı bunu nəzərə almadı, yaxud nəzərə alsalar da uyğun addım atmadılar. Təmas xəttində mövqelər arasında 30, yaxud 70 metr məsafə var. Biz 100 metr məsafə olan yerlərə görə Allaha şükür edirik. Hərçənd, 100 metr məsafədən daşla da vura bilərlər. Azərbaycanın taktikası “aprel müharibəsi”ndə uğur qazanmalarına səbəb oldu. Hesab edirəm ki, biz müharibəyə hazırlanmalıyıq. Orduda əxlaqsız hadisələri aradan qaldırmalı və gücləndirməliyik”.

Erməni politoloq Levon Şirinyan iddia edir ki, payızda müharibə başlanacaq.

Şirinyan bir az da irəli gedərək, erməni ordusnun Araz və Kür çayı boyunca hücuma keçməsini təklif edib.

“Ermənistanda növbədənkənar parlament seçkiləri təcili olaraq keçirilməli və daxili problemlər həll olunmalıdır. Payızda müharibə olacaq. Bizim ordumuz Kür və Araz çayı boyunca hücum edərək rəqibin qarşısını almalıdır. Biz buna hazırlaşmalıyıq”, - deyə erməni politoloq çağırış edib.
65 yaşlı molla din buyurub deyərək azyaşlıları aldatdı, zorladı və... - DƏHŞƏTLİ TƏFƏRRÜATÖzünü təriqət şeyxi adlandıran 65 yaşlı İ.Süleyman aralarında azyaşlı oğlan uşaqlarının da olduğu 7 nəfərə təcavüz etməkdə ittiaham edilir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kişi uşaqları dinə inandıraraq, cinsi istismar edib və onlara bunun dində buyrulduğunu deyib.

Hadisə Türkiyənin Konya şəhərində qeydə alınıb. 65 yaşlı Süleyman İşığın cinsi istismara məruz qoyduğu gənclərdən bir neçəsi cari ilin birinci yarısında polisə şikayət edərək təcavüzə məruz qaldıqlarını bildirib. Məsələ ilə bağlı Konya polisi tərəfindən araşdırma başladılıb.

18 yaşlı Y.A. ifadəsində şeyxə müqavimət göstərsə də, hadisədən canını qurtara bilmədiyini deyib:

“O dedi ki, mən dində daha yüksək mərtəbəyə ucalacam. Qısa müddət idi onların qruplarına qoşulmuşdum. O, mənə təcavüz etdi. Ona müqavimət göstərmək istəsəm də olmadı. Şeyx onun istəklərinin əksinə gedənləri çox ağır işgəncələrlə cəzalandırırdı”.

15 yaşlı başqa qurban isə onun vəziyyətindən dinə olan marağından çirkin əməllər üçün istifadə olunduğunu və həyatının məhv edildiyini deyib.

Şeyxin qurbanları məhkəmədən ona 70 ilə qədər həbs tələb ediblər. Şübhəli şəxs qismində saxlanılan Süleyman İşıq polislərə açıqlamasında iddiaları təkzib etsə də, onun evində axtarış zamanı çoxlu sayda pornoqrafik məzmunlu şəkil və videolar tapılıb. Azyaşlı uşaqlara təcavüz anlarını qeyd edən şeyx sonra onlardan bunun müqabilində pul alıbmış.

Prokurorl onun haqqında 49 ildən 70 ilə qədər həbs cəzası tələbi irəli sürüb.
Qanuni oğrunun ad günündə dəhşətli qətl – VideoRusiyada ən qəddar və mütəşəkkil cinayətkar qruplaşmalardan olan "Zapsibovskie" (Qərbi sibirlilər) bandasının liderlərindən biri Aleksandr Jestokov güllələnib.

Milli.az bildirir ki, hadisə Kemerovo vilayətindəki Novokuznetsk şəhərindəki "Cambul" barında yaşanıb.

Quldurluq və qətlə görə həbs olunmuş A.Jestokov ötən ay azadlığa çıxıb. O, ad gününü dostları ilə birlikdə "Cambul"da qeyd edərkən yerli vaxtla gecə saat 1 radələrində ona arxadan yaxınlaşan killer səsboğucu tapançadan bir neçə dəfə atəş açıb.

Qətldən sonra kimsə polisə zəng etməyib. Banditlər Metallurqlar prospektindəki barı tələsik tərk ediblər.

2017-ci ilin mayında A.Jestokov 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin o, 2013-cü ildən bəri istintaq təcridxanasında saxlandığından azadlığa buraxılmışdı.

2008-ci ildə Novokuznetsk şəhərində yaradılmış "Zapsibovskie" bandası Kuzbassın cənubunda fəaliyyət göstərirdi.

Azadlığa çıxan A.Jestokov həbsxanadan qurtulmasını "ikinci ad günü" adlandırırdı və həmin ad gününü də "Cambul"da qeyd edirdi.
Fədayə avtoritetləri qaçırmasının sirlərini açdı – Şok ifadəBakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçının ibtidai istintaqa verdiyi ifadəsi açıqlanıb.

Axar.az-ın xəbərinə görə, Fədayə Laçın prokurorluqda verdiyi ifadəsində kriminal aləmdə nüfuza malik olan “Qoca” ləqəbli Etibar Məmmədovun Ali Ağami ilə birlikdə 23 oktyabr 2017-ci ildə “Bakı-Astara-Bakı” planlı dəmir yol qarovulunun mühafizəsi altında qaçmasına köməklik etmədiyini, bu məqsədlə ona vaqonun pəncərəsini açmaq təyinatlı xüsusi üçkünc açar tapıb göndərmədiyini deyib.

Xüsusi ilə təqsirləndirilən Aqil Nəcəfov Fədayə Laçın ilə üzləşdirilərkən onun əməlini üzünə qarşı deməsindən sonra ikinci cinayət əməlini etiraf edib. O bildirib ki, 1995-ci ilin fevral ayından el şənliklərinə, toylara gedərək müğənniliklə məşğul olub: “Etibar Məmmədovu 2013-cü ildən tanıyıram. Həmin il Hacıqabul rayonunda toyda olarkən Etibarın qardaşı Azadın toyunda da müğənni kimi iştirak etmişəm. Həmin zaman Etibarı tanımışam. Lakin həmin vaxt onunla heç bir münasibət qurmamışam”.

Fədayə Laçının ifadəsinə görə, təxminən 2015-ci ilin avqustunda Şirvan şəhərində toy məclisində olarkən müğənni yoldaşlarından adı yadında qalmayan şəxs ona Hacıqabul rayonunda bir nəfərin ad günündə 1-2 saatlıq oxumağı təklif edib: “Mən də həmin müğənni yoldaşımın dedikləri ilə razılaşdım, axşam saat 21 radələrində toydan çıxdım. Məni şadlıq evinin qarşısında gözləyən maşının müşayiəti ilə Hacıqabul rayonuna getdim. Həmin məclisidə 4-5 mahnı ifa etdim. Orada mənə məlum oldu ki, həmin məclis Etibar Məmmədovundur. Həmçinin məclisdən çıxarkən özünü mənə Etibarın arvadı kimi təqdim edən Mahuzər adlı qadın barmağıma üzük taxdı, Etibarın adından hədiyyə olduğunu dedi. Mahuzər məndən mobil nömrəmi istədi. Mən də istifadəmdə olan mobil nömrəmi ona verdim.

Aradan təxminən 10 gün keçəndən sonra Votsapda mesaj gəldi. Baxanda mesajı yazan şəxsin Etibar olduğunu gördüm. Mənə “Etibaram, nə sözün olsa, mənə yaza bilərsən” - məzmunda mesaj yazmışdı. Mən də ona cavabımda, “Salam Etibar, necəsən dostum? Yaxşısanmı?” yazdım. Sonra Etibarla yazışmağa başladıq. Onda bildim ki, Etibar qəzəllər, şeir yazmaqla məşğuldur. Özüm də şair təbiətli insan olduğumdan qəzəlləri, şeriyyatı xoşlayıram. Etibarın da qəzəlləri, şeirləri çox xoşuma gəldi. Həmin vaxtdan Etibarla yaxınlıq etməyə başladım. Ümumiyyətlə, bir-birimizi sevdik”.

2015-ci ildə Etibar Məmmədovun həbs olunmasından danışan Fədayə Laçın bildirib ki, həmin ilin noyabrın 5-də ölüm hadisəsi baş verib: “Bir qədər sonra Etibar Məmmədov “Abdulla” kimi tanıdığım, əsl adı Ağami Əli olan şəxslə və Tahir Maqa ilə birlikdə həbs olundu. Etibar həbs olunduqdan sonra onunla danışa və ya yanına gedə bilməmişəm. Həmin ilin noyabrında məhdudiyyət aradan qaldırıldıqdan sonra Etibar mənimlə telefon vasitəsi ilə danışmağa başladı”.

Fədayə Laçının sözlərinə görə, 2017-ci ilin mayında istintaq təcridxanasında ilk dəfə Etibarla görüşüb, həmin görüşə tək gedib.

Qeyd edib ki, iyulun 29-da Lerik rayonunda konsertdə olan zaman Etibarın iyulun 2-də qatarla Lənkərana gələcəyi ona məlum idi:

“2 və 3 iyul tarixlərində Etibar mənə zəng etdi və harada olduğumu soruşdu. Ona Lerikdə olduğumu dedim. Etibar mənə Lənkəranda Polis Şöbəsində saxlandığı yerə gəlməyimi, onunla görüşməyimi söylədi. Mən də zəng olunan gündən bir gün sonra saat təxminən 17 radələrində Polis Şöbəsinə gəldim. Həbsdə olan şəxslərin saxlandığı yerə polis əməkdaşlarının müşayəti ilə daxil oldum. Həmin vaxt polis məni bir otağa keçirdi, az sonra Etibarı da ora gətirdilər. Biz polisin yanında 15 dəqiqə görüşdük. Sonra oradan ayrıldıq”.

Fədayə Laçın bildirib ki, arada Etibar yenə də ona zəng edib, telefonla ünsiyyət saxlayıb: “2017-ci ilin avqustunda Etibar Məmmədov mənə zəng etdi. Danışığa uyğun olaraq, Bakı Dəmiryol Vağzalına Bakı-Astara qatarının yanına gələrək, dustaqların daşınması vaqonuna yaxınlaşdım. Məni hərbi geyimli bir şəxs qarşıladı, dəhlizdəki bir otağa keçirdi. Etibar Məmmədovun hamı kimi barmaqlıqlar arxasında deyil, iki nəfər üçün nəzərdə tutulmuş kupedə olduğunu gördüm. Həmin kupeyə daxil olan zaman oranın pəncərəsinin dəmir barmaqlıq olduğunu gördüm. Otaqda hər bir şərait var idi. Belə başa düşdüm ki, həmin kupe bələdçiyə aiddir. Etibarın yanına keçən zaman nəzarətçi üstümü yoxlamadı, onun yanına buraxdı. Həmin gün Etibarla bələdçinin otağında Biləcəri stansiyasına kimi getdik. Orada vaqondan düşdüm”.

Fədayə Laçının sözlərinə görə, təxminən sentyabr ayında ona Etibarın Aqil adlı dostunun istifadəsində olan mobil telefon nömrəsindən zəng gəlib:

“Aqil telefonu konfrans etdi və Etibarla danışmağa başladım. Orada Etibar dedi ki, sabah onun yanına gəlim. Ertəsi gün istintaq təcridxanasına gedərək, 4 saat orada oldum. Etibar mənə dedi ki, dəmiryolçuların vaqonlarda istifadə etdiyi üçkünc açar taparaq, onun dostu Aqilə verim. Məsələ burasında idi ki, Etibar Məmmədov bacım Telli Balakişiyevanın Bakı-Tiflis qatarında rəis işləməsini bilirdi. Etibarın bu istəyini icra edəcəyimə söz verdim. Bir müddət sonra həmin açarın qıfılının şəkilini Etibar Votsap vasitəsi ilə mənə göndərdi, açarı götürüb-götürməyəcəyimlə maraqlandı. Ehtimal etdim ki, Etibar həmin açarla vaqondan qaçmaq üçün istifadə edə bilər. Bu səbəbdən Tellidən həmin açarı Etibar üçün götürməyə tələsmirdim. Hər dəfə Etibarla danışanda təkidlə tələb edirdi ki, açarı Tellidən götürərək, onun dostu Aqilə verim. Hətta Etibar bu səbəbdən bir müddət mənimlə küsdü və danışmadı”.

Fədayə Laçın deyib ki, Etibar Məmmədov istintaq təcridxanasından ona zəng edib və açarı tapıb-tapmaması ilə maraqlanıb: “Dedim ki, açar bir adamda var, zəng edib götürmək lazımdı. Etibar dedi ki, Aqil zəng vuracaq, açarı götürəcək. Həmin ərəfədə xəstə olduğum üçün mobil telefonumu söndürdüm, evdən çölə çıxmırdım. Bir və ya iki gün sonra mobil telefonumu açanda gördüm ki, Aqil ona zəng edib. Aqilin mobil telefonunu yığaraq açarı tapdığımı bildirdim. Ona bacım Tellinin tanışı Ədalətin telefon nömrəsini verdim ki, açarı ondan götürsün. Bildiyimə görə, Aqil Ədalətlə görüşüb, açarı ondan alıb”.

Fədayə Laçın bildirib ki, açar barədə bacısı Telliyə deyib ku, qıfıl açmaq üçün həmin açar tanışlarından birinə lazımdır. Onun ifadəsinə görə, Telli də bu barədə tanışları ilə maraqlanacağını, ona xəbər verəcəyini deyib.

Fədayə Laçının ifadəsinə görə, bir neçə gün sonra bacısı Telli ona açarın tanışı Ədalət adlı şəxsdə olduğunu, ondan götürə biləcəyini deyib.

Fədayə Laçın deyib ki, Etibar Məmmədov bir neçə gün sonra həmin açardan qatardan qaçmaqda istifadə edib:

“Bundan sonra telefonumun yaddaşından Etibar Məmmədovla yazışmanı sildim. Lakin ola bilsin ki, fotoşəkillər telefonun ayrı yerində qalmış olsun. Bildirmək istəyirəm ki, bacım Tellinin Etibarın qaçması planlından xəbəri olmayıb”.
Aslan İsmayılova hökm oxundu - 1 il 6 ayTanınmış iş adamı, “Xəmsə” MMC-nin sahibi Mürvət Həsənli ilə vəkil Aslan İsmayılov arasında bir ildən çoxdur davam edən məhkəmə prosesi bu gün başa çatıb. Səbayel Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan məhkəmə iclası hakimin Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin işlə bağlı göndərdiyi sənədlərlə tərəfləri tanış etməsi ilə başlayıb.

Musavat.com xəbər verir ki, daha sonra hakim məhkəmə istintaqının yekunlaşması barədə ittiham və müdafiə tərəfinə müraciət edib. İttiham tərəfinin narazılığı olmasa da, təqsirləndirilən şəxs A.İsmayılov buna etirazını bildirib. Hakim buna məhəl qoymayaraq, məhkəmə istintaqının yekunlaşdığını elan edib. Bundan sonra məhkəmə çıxışları üçün tərəflərə söz verilib. Bu zaman əvvəlki proseslərdə olduğu kimi yenə də gərginlik yaşanıb. M.Həsənli bir daha A.Ismayılovun məhkəmə zalında həbs edilməsi barədə məhkəmədən hökm çıxarılmasını xahiş edib. Təqsirləndirilən şəxs çıxışı zamanı şəxsinə qarşı ünvanlanan ittihamları qəbul etməyib. Hakim ona son söz üçün çıxış etməsini istəsə də, A.İsmayılov bundan imtina edərək, məhkəmə çıxışı zamanı fikirlərini ifadə etdiyini bildirib. Bundan sonra məhkəmə müşavirəyə yollanıb. Yarım saat davam edən müşavirədən qayıdan hakim qərarı elan edib. A.Ismayılovun qazancından 15% dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işlərinə məhkum edilməsi barədə qərar çıxarılıb. Həmçinin o, 1500 manat cərimə olunub.

Qeyd edək ki, Aslan İsmayılov rəsmi "Facebook” səhifəsində və KİV üçün keçirdiyi brifinqdə Mürvət Həsənlinin ünvanına şər-böhtan yağdırıb. Bu səbəbdən iş adamı onu məhkəməyə verərək, Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılmasını tələb edr.

Tərəflər arasında gərginliyin kökündə Türkiyənin "Emre Piliç” şirkətinin M.Həsənli ilə borc çəkişməsi durur. A.İsmayılov bu işdə "Emre Piliç” şirkətinə vəkillik edir. Onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycana damazlıq yumurta ixrac edən bu şirkətin səhmdarları arasında 2 erməninin olduğu üzə çıxıb. Belə ki, ermənilər Bozaçıyan və Oksayan bu şirkətdə 30 faizlik paya sahiblik edirlər. M.Həsənli bu fakt üzə çıxandan sonra şirkətlə işgüzar münasibətləri kəsdiyini bildirir. A.İsmayılov isə əksinə, "Emre Piliç”in yarıerməni şirkəti olmasına əhəmiyyət vermədən onun müdafiəsinə qoşulub.
Baş nazirin əngəl olduğu intihar cəhdinin pərdəarxası - MÜDHİŞ FAKTLAR“Koroğlu” korpüsündə intihara cəhd edən kişi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə AzNews.az-a açıqlamasında Yaşar Əhmədovla bağlı ilginc faktlar açıqlayıb:

“17 aprel 2018-ci il tarixində efirdə Əhmədov Yaşar Məhəmmədəli oğlunun uşaqlarının ağır şəraitdə yaşaması ilə bağlı süjet yayımlanıb. Ata uşaqları ilə birlikdə televiziyaya müraciət edərək ağır vəziyyətdə yaşamasını əsas gətirmişdi. Halbuki həmin görüntülər qonşuların şikayəti əsasında çəkilib. Bu süjet efirdə yayımlanandan sonra bizə müraciət olundu. Atanın iştirakı ilə hər iki uşaq 17 aprel tarixində Azərbaycan Uşaqlar Birliyinin Uşaq Sığınacağına yerləşdirildi. Aprelin 18-də ananın axtarılması ilə bağlı anons yayımlandı. Aprelin 19-da ana artıq efirdə idi. Efirdən sonra ana ərinin iştirakı ilə sığınacağa gəlib. Orada əri gördü ki, ana uşaqlarına sahib çıxıb. Biz Azərbaycan Uşaqlar Birliyinin adından Tovuz rayon İcra Hakimiyyətinə müraciət etdik. Müraciətdə onların sənədlərinin olmaması və baxımsız vəziyyətdə yaşamaları göstərilmişdi. Xahiş etdik ki, bununla bağlı müvafiq addımlar atılsın. Uşaqların sığınacaqda uzun müddət qalma ehtimalı olduğu halda onları bizim qəyyumluğumuza verilməsi məsələsi də qoyuldu. İcra hakimiyyəti ilə sifahi əlaqə saxladıq bu məsələyə reaksiya verdiyimizi, atalığın tanınması üçün məhkəməyə müraciət olunacağını bildirdik. Aprelin 19-da ana sığınacağa uşaqlarının yanına gəlib. 20 apreldə hər iki uşaqda dəri xəstəliyi olduğuna görə onlar dərhal 3 saylı Uşaq Dəri Dispanserinə yerləşdirilib. Uşaqlar orada müalicə olunub. Hazırda uşaqların kollektivə buraxılması ilə bağlı arayış da verilib. Uşaqlar mayın 1-nə kimi sığınacaqda qalıb. Bu müddətdə ata bir dəfə sığınacağa gəlib, onda da içkili olduğundan görüş verilməyib. Ondan sonra biz atanı görməmişik. Ancaq ata ilə ananın telefon əlaqəsi olub. Ana mayın 1-də öz ərizəsi əsasında uşaqlarını götürüb Tovuz rayon İcra Hakimiyyətinə gedəcəyini, məhkəmədə atalılığın təsdiqindən sonra ərindən boşanacağı və aliment alacağını deyərək sığınacaqdan ayrılıb”.

Kamalə Ağazadə Yaşar Əhmədovun həyat yoldaşına işgəncə verdiyini vurğulayıb:

“Kimlərsə öz istəyini yerinə yetirmək üçün uşaqlardan istifadə edir. Ana ərindən şiddət görüb və buna görə ondan qorxur. Qadın heç bir vaxt uşaqlarını atmaq fikiri də olmayıb. Əri qadını döyərək evdən çıxartmışdı və ona heç kəs sahib çıxmamışdı. Kişi körpüdən qışqırır ki, onun işinə baxan yoxdur. Halbuki o, atalığın təyin olunması ilə bağlı keçirilən məhkəməyə belə getməyib. Sən hansı əsasla uşaq tələb edirsən? Yaşar istəyib ki, hay-küy salsın, ondan gizlənən qadın üzə çıxsın, məqsədlərinə çatsın”.

Qeyd edək ki, iyulun 30-da Bakıda intihara cəhd hadisəsi qeydə alınıb. Hadisə “Koroğlu” korpüsündə baş verib. İntihara cəhd edən şəxsi fikrindən baş nazir Novruz Məmmədov daşındırıb.
Futbol meydançasında özünü partlatdıBelçikada 50-60 yaşlarında kimliyi məlum olmayan şəxs partlayıcı daşıyan kəmərlə Stembert ərazisindəki futbol meydançasına gələrək özünü partladıb.

Aznews.az “Habertürk”ə istinadən bildirir ki, yaxınlıqdakı şəxslər bir kişinin meydançaya doğru getdiyini və özünü partlatmağa hazırlaşdığını polisə xəbər veriblər.

“Le Soir” qəzeti yazır ki, özünü partlatmış şəxs keçmiş əsgər ola bilər.

Kim olduğu açıqlanmayan şəxsin evinə basqın edilib və həmin küçədəki evlər boşaldılıb. Hazırda bomba axtarışları üzrə iş gedir.