Gənc oğlan özünü binadan atdı - VİDEOSumqayıtda dəhşətli hadisə yaşanıb

Avrasiya.net xəbər verir ki, Sumqayıt şəhərində intihar hadisəsi baş verib. Belə ki, kimliyi məlum olmayan gənc özünü hündürmərtəbəli binadan ataraq intihar edib. İntiharın səbəbi məlum deyil.

Hadisə yerinə təcili tibbi yardım maşınları və polis əməkdaşları gəlib.

Hadisənin motivləri araşdırılır.
Əl-ayaqları qandallı Azərbaycana gətirilən avtoritet indi haradadır? – YENİ MƏLUMAT (FOTO)Almaniyadan Azərbaycana deportasiya ediləndən sonra Bakıda DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Bayramzadə Sinan Ədalət oğlu sərbəst buraxılıb.

O, sərbəst buraxılan kimi ölkə ərazisini tərk edib. Hazırda Sinan Bayramzadənin Kiyevdə olduğu bildirilir. Xəbərdə qeyd olunur ki, dindirlimə zamanı S.Bayramzadənin kriminal qruplaşma üzvü olduğu təsdiqlənib. Məlum olub ki, o, kriminal aləmdə “Dağlı Sinan” ayaması ilə tanınır və müəyyən dairələrdə nüfuza sahib olduğu bildirilir.

“Dağlı Sinan” həm də Azərbaycanlı məşhur “qanuni oğru”, “Lotu Yunus” ləqəbli Yunis Nəzərovun yaxın qohumudur. Bu amil də onun kriminal qruplaşmada çox tanınmasında əsas rol oynayıb.

Xatırladaq ki, bir müddət əvvəl kriminal aləmə bağlı mənbələrdə Sinan Bayramzadənin doğum günü münasibətilə kriminal dünyanın nüfuzlu şəxsləri üçün Almaniyada ziyafət təşkil etməsi barədə məlumatlar və görüntülər yayılıb. Həmin məclisdə Ukrayna və Yunanıstandan kriminal dünyanın nüfuzlu şəxsləri iştirak edib. Məşhur oğrular məclisə iştirak etməsələr də, telefonla S.Bayramzadəni təbrik ediblər.

Qeyd edək ki, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniya Federativ Respublikasının və İsveçrə Konfederasiyasının müvafiq qurumları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri müəyyənləşdirilmiş 32 şəxs çarter reysi ilə iyulun 18-də Bakıya göndərilib.
Zaqatalada itkin düşən çobanın meyiti tapılıb - FOTOZaqatalada itkin düşən çobanın meyiti tapılıb.

Avrasiya.net-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərinə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə davam edən axtarışlar zamanı 21 iyul 2018-ci il tarixində axtarışların aparıldığı ərazidə naməlum şəraitdə itkin düşmüş, 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən aşkar olunub. Hazırda Q.İbrahimovun meyitinin dağdan endirilməsi üzrə tədbirlər davam etdirilir.

Yüksək, çətin keçilən mürəkkəb relyefli ərazidə aparılan axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi, kinoloqları və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin “Mi-17” helikopteri, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti və helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları, yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.

Əlavə məlumat veriləcək.
Azərbaycanda istirahət mərkəzlərində ölənlər – DƏHŞƏTLİ GƏRÇƏKLƏRÖtən gün istirahət üçün Nabrana üz tutan bir ailənin 4 üzvü dənizdə boğulub.

Bu hadisədən bir ay öncə də Nabranda 22 yaşlı Samir Hacıyevin meyiti dənizdən tapılmışdı. Bu cür bədbəxt hadisələr “gəlirəm” demir və ən xırda məsuliyyətsizlik istirahəti məhv edə bilir. Bu günə qədər onlarla şəxs istirahət zamanı bu qəbildən olan hadisələrin qurbanına çevirilib.

Minval.info məlumat verir ki, bu ilin iyun ayında Astarada dincələn 34 yaşlı kişinin də meyiti tapılmışdı. Bakıdan Ramazan bayramı ilə əlaqədar Lənkərana istirahətə gedən Fuad Rəhimovun bacısı qızı Astarada yerləşən Lovain su anbarına yıxılıb və Rəhimov da onu xilas etmək istəyərkən boğulub. Beləliklə, onun bayram tətili yasa çevrilib.

8 iyulda Novxanıda yerləşən “Aqua Park”da ölüm faktı qeydə alınmışdı. Əyləncə mərkəzində istirahət edən Zamiq Nağıyev attraksiondan yıxılıb. İkin araşdırmalara görə, Nağıyevdə qıc olma özünü göstərib və müvazinəti itirərək ölüb.

10 iyulda isə istirahət məqsədilə Türkiyənin Muğla bölgəsinə gedən azərbaycanlı turist Məryəm Ömərova da bədbəxt hadisə nəticəsində həyatını itirmişdi. Ömərova Aladərə şəlaləsinə çıxmaq üçün qayalıqlara dırmanıb. Mənzərəni seyr etmək istəyərkən müvazinəti itirib və 15 metr yüksəklikdən şəlalənin töküldüyü yerə yıxılıb.

Ötən il iyun ayında İsmayıllıda 2 turist isə istirahət mərkəzinin məsuliyyətsizliyi ucbatından dünyasını dəyişib, 2 nəfər də yaralanıb. Hadisə istirahət mərkəzinin hovuzunda baş verib. Gənclər hovuzda çimərkən qəflətən suya birləşən elektrik cərəyanı onları vurub. Hovuzun içərisində rəngli işıqların və su motorunun olduğu, cərəyanın da həmin qurğuların nasaz naqilləri vasitəsilə suya birləşdiyi ehtimal olunur.

Elə həmin dönəmdə Nabrandakı “Atlant” istirahət mərkəzində 10 yaşlı uşaq düyasını dəyişmişdi. Xəyal Qədirov ailəsinin gözü qarşısında mərkəzin hovuzunda boğulub.

Hər il olarla bu cür hadisə baş verir və bir çoxunun səbəbi isə səhlənkarlıqdır. Misalların çoxundan göründüyü kimi, yay aylarında istirahət zamanı dənizdə boğulmalar insan həyatının məhv olmasına, istirahətin yasa çevrilməsinə səbəb olur.

Bəs boğulduğunu hiss etdiyi zaman insan özünü necə xilas edə bilər?

Əvvəlcə, kiçik təhlükəsizlik qaydalarına diqqət yetirmək lazımdır. Dərman qəbul etdikdən sonra suya girmək olmaz, bu zaman dərman əks təsvir verə bilər. Ağır yeməkdən sonra da nəinki dənizə girmək, heç duş qəbul etmək də düzgün deyil. Həmçinin, spirtli içki qəbul etdikdən sonra dənizə və ya hovuza girdikdə qıc olmalar baş verə bilər və ayaq və ya qollarını idarə edə bilməyən şəxs üzə bilməyib boğular. Bu səbəbdən ölən yüzlərlə adam var.

Suda təbiət hadisələri tez-tez baş verir. Çimərliklərdə rast gəlinən sualtı axınlar sahilə perpendikulyar olur və əsasən kiçik axınlar olur. Onların uzunluğu 300-500 metr eni isə 3-5 metr müddəti isə təxmini 4-5 dəqiqə davam edir. Axınların olmasını suyun üzünün rəngindən bilmək olar. Normalda suyun üzü ağımtıl, göy yaxud tünd göy olur. Axınlar olanda isə suyun üzü bir düz xətt kimi ağ rəngdə və köpüklü olur. Sanki köpük əmələ gəlir və batır. Belə halda suya girməmək məsləhətdir. Əgər kimsə axına düşərsə, özünü itirməməlidir. Sahilə paralel üzməklə yaxud suyun üzündə qalmağa çalışmaqla 4-5 dəqiqə müddətə axın bitəcək və siz xilas olacaqsınız. Bu axın sizi suyun dibinə çəkmir, sadəcə həmin vaxt insan təşvişə düşür və bütün gücü ilə sudan çıxmağa çalışır, ancaq qollar taqətdən düşür və boğulma baş verir.

Boğulan şəxsi necə xilas etməli?

Suda boğulan şəxsə qarşıdan yaxınlaşmaq olmaz, arxadan yaxınlaşıb, başının suyun üstündə qalmasını təmin etməklə sahilə tərəf üzmək lazımdır. Daha sonra, sahildə üzü aşağı uzadıb, qəbul etdiyi suyu qaytarmağını təmin etmək, çətin məqamda ürək masajı və süni nəfəs vermək olar. Mütləq təcili tibbi yardım çağırılmalıdır. Gün vuran şəxsi ilkin yardım olaraq, kölgəyə çəkmək, qoltuğuna, əllərinə, boynuna və alnına soyuq kompres qoymaq, çoxlu maye içirtmək və təcili tibbi yardım çağırmaq lazımdır. Zərərçəkmişə ilkin yardım vaxtında və düzgün göstərilərsə boğulmaq təhlükəsi ilə qarşı-qarşıya qalan şəxsin həyatını xilas etmək olar.
Federasiya prezidenti nazirliyin əməkdaşlarını təbrik edibBu gün Gənclər və İdman nazirliyinin yaranmasından 24 il ötür.

Bu gün Gənclər və İdman nazirliyinin yaranmasından 24 il ötür. Geriyə dönüb son illərə nəzər saldıqda çox qürur verici tarixləri yada saldıqca gəncliyimiz ilə qürur duyuruq.

Avrasiya Kombat Ciu-Citsu federasiyasının prezidenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru, içtimai xadim Aqil Acalov Gənclər və İdman nazirliyinin yaranmasının ildönümü ilə bağlı bildirib ki;

“Əsası Ulu öndər Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılıb. Dövlət gənclər siyasəti Azərbaycan Respublikasının fəaliyyətinin mühüm istiqamətidir və dövlət hakimiyyəti orqanları tərəfindən həyata keçirilən bu siyasət böyüməkdə olan nəslin hərtərəfli inkişafı, bütün cəmiyyətin mənafeyi naminə gənclərin potensialından daha dolğun istifadə edilməsi üçün sosial-iqtisadi, siyasi-hüquqi, təşkilati şərait və təminatlar yaratmaq məqsədi güdür. Ölkəmizdə gənclər siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirir, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. 1994-cü il iyulun 24-də Gənclər və İdman Nazirliyinin yaradılması bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkan verdi. Daha sonra isə 1995-ci ildə isə Gənclər və İdman Nazirliyi Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. 1997-ci il tarixində forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Ümummilli lider Heydər Əliyev "2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Bu gün sürətlə inkişaf edən Azərbaycanda kifayət qədər savadlı gənclik yetişməkdədir biz bu gün hər sahədə gənclər görürük bu həmdə yetişməkdə olan gəncliyimiz üçün örnəkdir.

Eyni zamanda xüsusilə bildirim ki, idman sahəsində ölkəmizdə görülən tədbirlər, gənclərimizin səmərəli vaxtlarını idmana ayırması, bu yöndə olan diqqəti göz önünə sərgiləyir. 1997-ci ildən, həm də Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bölgələrdə də olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır. 2015-ci ildə tarixdə ilk dəfə Avropa Oyunlarının Azərbaycanda keçirilməsi elə həmin il şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Şahmat Olimpiadasının Bakıda keçirmək hüququnu əldə edilməsi və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi dünya idman ictimaiyyətinin ölkəmizə marağının artmasından irəli gəlir“.

Sonda Azərbaycan Respublikası Gənclər və İdman Naziri cənab Azad Rəhimov başda olmaqla nazirliyin bütün əməkdaşlarını təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayıram.

"Azərbaycan dünyaya tolerantlıq, multikulturalizm nümunəsi kimi təqdim edilir"Vüqar Rəhimzadə: Biz mono-etnik Ermənistandan fərqli olaraq bütün dünyaya tolerant, multikultural ölkə olduğumuzu sübut edirik.

“Bu gün bəzi “maraqlı dairələr” Azərbaycanda baş verən hadisələri özlərinə sərf edən formada şərh etməyə çalışır, həm daxildə, həm də xaricdə ölkəmizin müsbət imicinə kölgə salmağa cəhd edirlər. Azərbaycanın uğurlarını gözü götürməyən bu ünsürlər hər fürsətdə qaralama kampaniyası aparır, hansısa antimilli qüvvələrin sifarişlərini həyata keçirirlər. Artıq ənənə halını alan və ölkəmizdə keçirilən “Jara” musiqi festivalı ilə bağlı son günlər aparılan müzakirələr də bu kampaniyanın tərkib hissəsidir. Festivalın iştirakçısı, rusiyalı müğənni, guya milliyyətcə erməni olan Zara ilə bağlı sosial şəbəkələrdə kampaniya aparılır, onun ölkəmizə gəlməsinin yolverilməz olduğu bildirilir.” Bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan dünyaya tolerantlıq, multikulturalizm nümunəsi kimi təqdim edilir: “Ölkəmiz tarixən müxtəlif millətlərin sülh, təhlükəsiz və mehriban şəraitdə yaşadığı məkan olub. Dinindən, irqindən, milliyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşı adını daşıyan hər kəsə eyni qayğı, diqqət və münasibət göstərilib. Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri də tolerantlıq və multikulturalizmlə bağlıdır. Bu mənada “Jara” musiqi festivalı ilə bağlı sosial şəbəkələrdə aparılan xoşəgəlməz müzakirələr ölkəmizin tolerant imicinə mənfi təsir edən amildir.”

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mümkün olan bütün vasitələrdən istifadə etmək lazımdır: “Biz Azərbaycanı bütün dünyaya azad, demokratik, inkişaf etmiş dövlət kimi təqdim edirik və qeyd edirik ki, hər kəs gəlib bunu öz gözü ilə görə bilər. Təsadüfi deyil ki, ölkəmizdə mütəmadi olaraq beynəlxalq tədbirlər, idman yarışları keçirilir və Odlar Yurduna ayaq basan xarici qonaqlar baş verən müsbət dəyişiklikləri, inkişafı müşahidə edir, öz

heyranlıqlarını gizlədə bilmirlər. Bu mənada Ermənistanda doğulan Rusiya vətəndaşı, milliyyətcə yezidi kürdü olan bir müğənninin ölkəmizə gəlməsi, Azərbaycanla bağlı xoş sözlər söyləməsi ancaq bizim xeyirimizə ola bilər. Qeyd etdiyimiz kimi, bununla biz mono-etnik Ermənistandan fərqli olaraq bütün dünyaya tolerant, multikultural ölkə olduğumuzu sübut edirik.”

Vüqar Rəhimzadə əlavə edib ki, bu cür müzakirələr Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan sülh danışıqlarına da mənfi mənada öz təsirini göstərə bilər: “Biz haqlı və ədalətli olaraq bəyan edirik ki, işğal altında olan torpaqlarımız qaytarılsın, Dağlıq Qarabağa Azərbaycan daxilində muxtariyyət verilsin. Bundan sonra Dağlıq Qarabağda birgə yaşayacaq soydaşlarımız kimi, ermənilər də Azərbaycan vətəndaşı adını daşısınlar. Əgər kimlərsə Ermənistanda doğulan bir müğənninin ölkəmizə gəlməsinə bu qədər sərt etiraz edirsə, onda dediklərimizə kim inanar? Dağlıq Qarabağda yaşayacaq ermənilərin təhlükəsizliyi necə təmin edilər? Hesab edirəm ki, bu cür məsələlərə daha geniş prizmadan baxmaq lazımdır.”
Azərbaycanda prokuror qovuldu, köməkçisi həbs edildiÖlkədə korrupsiya və rüşvətxorluq hallarına qarşı daha ciddi mübarizə aparılması, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə edən vəzifəli şəxslərə qarşı tədbirlərin görülməsi, müasir tələblərə cavab verən prokurorluq orqanlarının formalaşdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyə və göstərişlərinin icrası ilə əlaqədar zəruri tədbirlər həyata keçirilməkdədir. Lakin, son illər prokurorluğun kadr korpusunun sağlamlaşdırılması istiqamətində aparılan islahatlara baxmayaraq, bəzi prokurorluq əməkdaşlarının öz vəzifə borcuna laqeyd yanaşması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, rüşvətxorluq və korrupsiya hallarına yol vermələri kimi neqativ hallara rast gəlinir.

Belə ki, İsmayıllı rayon prokurorunun böyük köməkçisi Faiq Quliyevin qanunsuz əməlləri barədə daxil olmuş vətəndaş müraciəti əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Araşdırma zamanı F.Quliyevin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar “İsmayıllı Tikinti-27” ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən sonuncuya məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün, yəni edəcəyi qanunsuz hərəkətlərə görə 14 iyul 2018-ci il tarixdə, İsmayıllı rayon prokurorluğunun inzibati binasında külli miqdarda pul vəsaitini rüşvət kimi şəxsən A.Əliyevdən almasına əsaslı şübhələr müəyyən edildiyindən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən F.Quliyev barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq zamanı, həmçinin F.Quliyevin 17-18 iyul tarixlərində Qalib Süleymanova məxsus karxananın fəaliyyəti ilə bağlı aparılmış araşdırma zamanı sonuncunun cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində İsmayılli rayon prokurorluğunun inzibati binasında ondan külli miqdarda rüşvət almasına da əsaslı şübhələr müəyyən edilib.

F.Quliyevin rayon prokurorluğunda olan xidməti otağına baxış keçirilərkən seyfdə rüşvət kimi aldığı pul vəsaiti aşkar edilərək maddi sübut kimi götürülüb.

İş üzrə F.Quliyevə Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma ) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Aparılmış xidməti yoxlama zamanı İsmayıllı rayon prokuroru Ülvi Abbasov və prokurorun böyük köməkçisi Faiq Quliyev tərəfindən vətəndaşlarla qeyri-prosessual münasibətlərə daxil olmaqla xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edilməklə “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunlarının, Baş Prokurorluq üzrə müvafiq əmrlərin, eləcə də “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərinin kobud şəkildə pozulması hallarına yol verilməsi müəyyən edilib.

Eyni zamanda, istintaqın hərtərəfli, tam və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş prokurorunun 25 iyul 2018-ci il tarixli əmri ilə F.Quliyev prokurorluq orqanlarından xaric edilib, rayon prokuroru Ü.Abbasov isə vəzifədən azad olunub.

Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu ölkə vətəndaşları və sahibkarlara müraciət edərək, prokurorluq əməkdaşları, digər hüquq mühafizə orqanları əməkdaşları, habelə vəzifəli şəxslər tərəfindən rüşvət tələb edilməsi və digər qanunazidd hallarla qarşılaşarkən onlardan bu barədə təxirəsalınmadan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə və ya 361-11-76, 361-11-48 nömrəli telefonlara məlumat vermələri xahiş olunur.
General: Sizi məhv etmək üçün mənim briqadam bəsdirİran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri komandanı, general Qasım Süleymani ABŞ Prezidenti Donald Trampın İranı hədəf alan ifadələrinə sərt reaksiya verib.

Axar.az xəbər verir ki, bu barədə Süleymani Həmədan şəhərində keçirilən bir anım tədbirində çıxışı zamanı bildirib.

“Tramp, sənə səslənirəm. Sənə düşündüyündən daha yaxınıq. Bu savaşı siz başlada bilərsiniz, ancaq sonunu biz müəyyən edərik. Bu döyüş ABŞ-ın bütün imkanlarının yox edilməsi deməkdir. Bunun üçün İran Silahlı Qüvvələrinin bütün gücünə ehtiyac yoxdur. Qüds qüvvələri və mən kifayət edərik. Qorxudan tankların içərisində əsgərlərinizə uşaq bezləri bağlayırdınız, indi durub bizi təhdid edirsiniz?” - general qeyd edib.
Vəliyevdən Gəncə olayları ilə bağlı açıqlamaUğurları, iyunun 26-da keçirilən möhtəşəm hərbi paradda Azərbaycanın hərbi qüdrətinin dünyaya nümayiş etdirilməsini və ölkəmizin bütün sahələrdə surətlə inkişaf edərək əksər dövlətlərdən üstün olmasını gözləri götürməyən radikal müxalifət və dini-ekstremist təşkilatların üzvləri ölkəmizə qısqanc və düşmən münasibət bəsləyən dövlətlərin xüsusi xidmət orqanları ilə birgə respublikamızda sabitliyi, əhalinin sakit həyatını pozmaq və qarşıdurma yaratmaq məqsədi ilə iyulun 3-də və 10-da Gəncədə dövlətçiliyimizə və ölkədəki sabitliyə yönəlmiş qanlı terror hadisələri törədib, şəhər icra hakimiyyətinin başçısına və onun mühafizəçisinə qarşı sui-qəsd edib, asayişin kobud şəkildə pozulmasının qarşısını almağa çalışan yüksək rütbəli iki polis zabitini qətlə yetiriblər.

Axar.az xəbər verir ki, bunu baş prokurorun müavini – respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində deyib.

“Lakin Prezident İlham Əliyevin qətiyyətli və müdrikliklə atdığı addımların nəticəsində bütün bu təxribatların qarşısı sərt şəkildə alınıb. Azərbaycan Respublikası Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 214.2.1-ci, 214.2.3-cü, 214-2-ci, 281.1-ci və digər maddələri ilə başlanmış cinayət işinin istintaqını aparan Respublika Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə əməliyyat-istintaq qrupu tərəfindən cinayəti törətmiş şəxslər müəyyənləşdirilib, onlardan bir qismi həbs edilib, axtarışa verilib, digər iştirakçıların da müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir”, - X.Vəliyev əlavə edib.

Onun sözlərinə görə, həmin hadisələrin təhlili və istintaqı əminliklə deməyə əsas verir ki, bu, sadəcə özlərini hansısa dini təşkilat adlandıranların deyil, xarici ölkələrin xüsusi xidmət orqanlarının əvvəlcədən planlaşdırdığı və ölkənin daxilindəki, habelə Azərbaycandan kənarda olan, lakin ölkəmizə düşmən münasibət bəsləyən Azərbaycan vətəndaşlarının həyata keçirməyə cəhd etdikləri adi cinayətlər deyil: “Bunlar ölkəmizdə hakimiyyətin zorla ələ keçirilməsinə, saxlanılmasına, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönəlmiş hərəkətlərdir. Lakin Azərbaycan Respublikası Prezidentinin qətiyyəti və müdrikliyi, habelə hüquq-mühafizə orqanlarının səyi nəticəsində bütün bu təxribatların qarşısı sərt şəkildə alınıb.

Həmçinin iyulun 15-də Sumqayıtda radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının Gəncədə baş vermiş hadisələri Sumqayıtda təkrarlamaq, iğtişaş və qarşıdurma yaratmaq yolu ilə şəhərdə ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş hərəkətlərinin qarşısı hüquq-mühafizə orqanlarının peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində alınıb”.
Bu şəxslərin bank hesabına sərəncam qoyulacaq - Nazirlik"Paşa” Bankın təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə bank sektorunun nümayəndələri arasında görüş keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, görüşdə məcburi dövlət sosial sığorta haqlarının qanunla müəyyən edilmiş müddətdə sığortaedənlər tərəfindən ödənmədikdə onların cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının Dövlət Sosial Müdafiə Fondunun hesabına alınması məsələləri ilə bağlı birgə görüləcək işlərin düzgün və operativ təşkili müzakirə edilib.

Həmçinin, banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncamların mərkəzləşdirilərək elektron qaydada “Sosial sığorta haqqında”, “Elektron imza və elektron sənəd haqqında” və “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında” Qanunlara uyğun təşkilinin həyata keçirilməsi, bu istiqamətdə işlərin sürətli, optimal təşkil edilməsi üçün görüləcək işlər təhlil olunub.

Qeyd olunub ki, bank hesablarına sərəncam qoyulması və qoyulmuş sərəncamın geri götürülməsi Dövlət Sosial Müdafiə Fondu ilə banklar arasında bağlanılacaq elektron sənəd mübadiləsi haqqında müqavilələrin tələblərinə əsasən həyata keçiriləcək.