Günay İbrahimli jurnalistdən 100 min tələb edirMüğənni Günay İbrahimli criminal.az saytının baş redaktoru Anar Məmmədov barəsində məhkəməyə müraciət edib.

Bu barədə BakuPost-a A. Məmmədov məlumat verib. O bildirib ki, G. İbrahimli ona və keçmiş sponsoru Nuriyyə Əhmədovaya qarşı müştərək qaydada şərəf və layəqətin alçaldılması iddiası ilə 100 min manatlıq təzminat davası açıb. İş Yasamal rayon Məhkəməsində hakim Aytən Mirzəyevanın icraatındadır. Məhkəmə prosesi sabah 11:30-da keçiriləcək.

Məlumat üçün bildirək ki, N. Əhmədova Günay İbrahimlini dələduzluqda ittiham edib və bununla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib. Müğənni isə şikayət əsasında “Bandotdel”ə aparılıb.

Faktla bağlı yerli mətbuatda da yazılar dərc edilib. Həmin yazılardan bəzilərini criminal.az saytı tirajlayıb. A.Məmmədov ehtimal edir ki, onun məhkəməyə verilməsinə səbəb saytda Günay İbrahimlinin sevgilisi barədə yazı dərc etməsi olub: “İddia ərizəsində göstərilir ki, onun “Bandotdel”ə aparılması barədə xəbər yaymaqla şərəf və ləyaqətini alçaltmışam, ictimai nüfuzuna xələl gətirmişəm. Amma burada məni məhkəməyə vermək üçün heç bir əsas yoxdur.

Çünki həmin xəbərlər başqa saytlarda da yayımlanıb. Mən bu xəbər yayımlanandan sonra ondan şikayət edən Nuriyyə Əhmədovadan açıqlama almışam və o faktı təsdiqləyib. Mənə elə gəlir ki, onun məhkəməyə müraciəti həmin məqamla bağlı deyil. Həmin ərəfədə Günayın sevgilisi Rəşad barəsində də yazmışdım. Mənə elə gəlir ki, Nuriyyə Əhmədova məsələsini bəhanə edib, Rəşada görə məni cəzalandırmaq istəyirlər. Çünki məhkəməyə həmin yazıları da təqdim ediblər”.
YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin iclası keçirilib25 iyul 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin 2018-ci ilin I yarımilliyinin yekunlarına həsr olunmuş iclası keçirildi.

İclası giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Elturan Həşimov gündəlikdə duran məsələləri iclas iştirakçılarının nəzərinə çatdıraraq qeyd etdi ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uğurla davam etdirilən siyasət nəticəsində sağlam və vətənpərvər ruhda yetişən Azərbaycan gəncləri milli-mənəvi dəyərlərin qorunmasında, gənclərin bilik və bacarıqlarının artırılmasında əhəmiyyətli rol oynayır və hər zaman bir yumruq kimi Ali Baş Komandanın əmri ilə birləşməyə və düşməni məhv etməyə hazırdırlar.
YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin iclası keçirilib
Daha sonra YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin fəalı Günel Məmmədova 2018-ci ilin I yarımilliyinin yekunlarına dair hesabat məruzəsinə münasibət bildirərək qeyd etdi ki, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. O, həmişə gənclərimizə böyük ümidlər bəsləyib, onları Azərbaycanın gələcəyi adlandırıb və dəfələrlə qeyd edib ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir və Azərbaycan gəncliyinin sabahına daha böyük nikbinliklə, inamla baxmağa əsas verir. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Daha sonra Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Ləman Qaracayeva nitqində bildirdi ki, bu gün cənab Prezident tərəfindən həyata keçirilən gənclər siyasəti yeni mərhələsini yaşayır. Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati – hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib.

Yekunda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədr müavini Əli Kərimov Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri olan gənclər siyasətinə qısa nəzər salaraq bildirdi ki, gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir.Bu gün inkişaf edən, bütün istiqamətlərdə davamlı olaraq gücünü artıran dövlətimizin qarşısında dayanan hədəflər hər bir vətəndaş üçün çox önəmlidir. Çünki ölkə prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət birbaşa vətəndaşın sosial rifahına yönəlib. Sonda sədr müavini bütün gənclərə gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı.

Hesabat məruzəsi səsə qoyularaq qəbul edildikdən sonra gündəlikdə duran digər məsələlər ətrafında müzakirələr aparılaraq müvafiq qərarlar qəbul edildi.
“Azərenerji”nin ittiham dolu təkzibi: Günah keçisi “tapıldı”Ötən gün Masazırda elektrik enerjisinin verilməsi ilə bağlı bir-birini təkzib edən rəsmi açıqlamalar hələ də davam edir.

Axar.az xatırladır ki, dünən “Azərişıq” ASC Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisi təchizatında fasilələr yaranacağı haqda rəsmi məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, 110 kVt-luq 1-ci Xırdalan hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində iyulun 25-27-də elektrik enerjisi təchizatında qısamüddətli fasilələr olacaq.

Bunun ardınca isə Azərenerji ASC məlumat yayaraq bəyan etdi ki, xəbər doğru deyil.

“Praktiki olaraq həmin xətlərdə hər hansısa bir təmir-bərpa işləri aparılsa belə, bu, elektrik enerjisi təminatında fasiləyə səbəb ola bilməz. Kütləvi İnformasiya Vasitələrindən xahiş edirik ki, Azərenerji ASC ilə bağlı xəbərləri yaydıqda diqqətli olsunlar və jurnalist peşə etikasına uyğun olaraq dəqiqləşdirmələr apardıqdan sonra ictimailəşdirsinlər", - "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin yaydığı məlumatda bildirildi.

Burada maraqlı iki məqam var: birincisi, iki dövlət qurumunun rəsmi məlumatının bir-birini təkzib etməsi, ikincisi, bu təkzibetmədə medianın günahlandırılması.

Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev uzun illərdir bu sistemdə çalışan və kifayət qədər peşəkar bir isimdir. Ona görə də ilk olaraq T.Mustafayevə müraciət etdik.

T.Mustafayev Axar.az-a bildirdi ki, yaydıqları məlumatda heç bir yanlışlıq yoxdur:

“Mən uzun illərdir media ilə işləyirəm və indiyə qədər bir dəfə də yalan məlumat yaymamışam. Təmsil etdiyim qurumun məlumatlarını dəqiqliklə yaymaq mənim vəzifəmdir. Sözügedən ərazidəki vəziyyətlə bağlı isə dünən yaydığımız məlumatın üzərində qalıram”.

Başqa sözlə, peşəkarlığına heç bir şübhə etmədiyimiz T.Mustafayev bir daha yaydığı məlumatı təsdiqlədi.

Azərenerji ASC-nin mətbuat xidmətinin rəhbəri Y.Babanlıya da müraciət etdik və rəsmi məlumatı yayan media qurumlarına qarşı ittihamının səbəbini soruşduq.

Xatırladaq ki, rəsmi məlumatı “Azərtac” da daxil olmaqla, ölkənin bütün nüfuzlu agentlik və portalları tirajlayıblar. Y.Babanlı isə rəsmi dövlət agentlikləri də daxil olmaqla, bütün medianı əslində qeyri-peşəkarlıqda suçlayıb.

Y.Babanlı Axar.az-a bildirdi ki, sonuncu məlumatda KİV və media ilə bağlı səsləndirdiyi fikirlərdə jurnalistlərin inciməsini anlayır:

“Media nümayəndələrinə sonsuz hörmətimiz var. Sadəcə, bu məsələdə məlumatı yayan və işıqlandıran tərəf onlar olduğundan, xəbərdə bizim qurumun da adı keçdiyi üçün mövqeyimiz öyrənilməli idi”.

Y.Babanlı bir daha iddia edib ki, Azərişıq ASC yaydığı məlumatda Azərenerji ASC-nin də adını hallandırdığı üçün jurnalistlər bunu dəqiqləşdirməli idi:

“Məsələ ondan ibarətdir ki, “Azərişığ”ın məlumat yayması onun işidir və hüququdur. Sadəcə olaraq, o məlumatda “Azərenerji” ilə bağlı hər hansısa bir nüans keçirsə, onu yaxşı olardı ki, jurnalistlər məndən və ya qurumun digər rəsmi şəxslərindən dəqiqləşdirsinlər”.

“Azərenerji” sözçüsü bildirib ki, “Azərişığ”ın məlumatından sonra dəqiqləşdirmə aparıb:

“Bu, Tanrıverdi Mustafayevlə əlaqədar olan bir məsələ deyil. Ona məlumat verilib, o da məlumatı yayımlayıb. Mən, sadəcə, öz dispetçer məntəqəmizlə faktı dəqiqləşdirmişəm və müvafiq təkzibi yaymışam”.

Qeyd edək ki, bir rəsmi qurumun yaydığı məlumatı tirajladığı üçün medianın digər rəsmi qurum tərəfindən “peşə etikasına dəvət edilməsi” praktikası ilk dəfədir.

Mövzunu davam etdirəcəyik.
DTX-nin tutduğu jurnalist azadlığa buraxıldıHədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən "İrəvan Press” qəzetinin baş redaktoru Azər Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Azər Abbasov barəsində şərti cəza seçilib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb.

İttihama görə, Azər Abbasov öz saytında və qəzetində barəsində rüsvayedici məlumlar yaymaqla hədələyərək müxtəlif vəzifəli şəxslərdən pul alıb.

Azər Abbasov Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində ötən ilin iyununda həbs olunub. Cinayət işi üzrə 25 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Azər Abbasov Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham edilirdi.
Gəncə şəhər sakini silahlı müqavimət göstərdiyinə görə məhv edilib - Yunis Səfərovla birlikdə...Yunis Səfərovla birlikdə Gəncə Şəhər İcra Başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törətmək planlarını hazırlamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrinə görə axtarışda olan, Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlu silahli müqavimət göstərdiyinə görə - “Aslanlar” tərəfindən məhv edilmişdir.

AzNews-un məlumatına görə, müəyyən edilmişdir ki, o , 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, mütəmadi olaraq İrana səfərlər edib.
31 yaşlı kişi kanalda boğulduSabirabadda 31 yaşlı kişi suda boğulub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhər sakini, 1987-ci il təvəllüdlü Piriqulu Samir Yavər oğlu Sabirabad rayonunun Qaraqaşlı kəndi ərazisində su kanalında çimərkən boğulub.

Onun meyiti sudan çıxarılaraq yaxınlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
Fazil Məmmədov evə buraxılıbSabiq vergilər naziri Fazil Məmmədov müalicə aldığı Türkiyədəki “American Hastahanesi”ndən evə buraxılıb.

Avrasiya.net Modern.az-a istinadən xəbər verir ki, müalicəsi uğurla başa çatdırılan sabiq nazirin səhhəti tam normallaşıb. Amma F.Məmmədov hələlik Azərbaycana dönməyib. Onun hazırda İstanbulda olduğu və istirahət etdiyi bildirilir.

Qeyd edək ki, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. F.Məmmədov Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O “American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub.

Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı.
Bakıda  sürücü sükan arxasında narkotik qəbul etdi Bakıda sükan arxasında narkotik maddə qəbul edən Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Tağıyev İlkin Əlisəftar oğluadlı avtobus sürücüsü həbs edilib.

Publika.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, paytaxtda fəaliyyət göstərən 10-XX-144 dövlət nömrə nişanlı 202 saylı marşrut avtobusunu idarə edən şəxs sükan arxasında olan zaman müəmmalı və təhlükəli hərəkətlərə yol verib.

Belə ki, nəqliyyat vasitəsinin sürücüsü sükan arxasında siqaretin kağızı ilə yol boyu nə isə düzəltməyə çalışıb:

"O, avtobus hərəkətdə olan zaman qarşısına baxmadan sərnişinlərin həyatını təhlükəyə atıb. Nəqliyyat vasitəsini idarə edən şəxs sadəcə ara-sıra yola göz gəzdirərək bir az "insaflı” davranıb. Avtobusdakı sərnişinlər onun bu hərkətlərini təəccüblə seyr edib. Bundan əlavə, sürücü nəqliyyat vasitəsinin salonunda olan sərnişinlərlə qeyri-etik danışıb. Ortaya çıxan mənzərə təxminən saat 11:15 radalərindən 11:30-a kimi davam edib".

V.Əsədov bildirib ki, iyulun 23-də yayılan xəbər dərhal nəzarətə götürülüb: "Həmin 10-XX-144 dövlət nişanlı avtobusun hərəkətinin dayandırılması ilə bağlı göstəriş verilib. Təxminən saat 15:00 radələrində paytaxtın Binəqədi rayon ərazisində Gənclik-Biləcəri istiqamətində sərnişindaşıma ilə məşğul olan sürücü Cəfər Xəndan küçəsində saxlanılıb. Saxlanılan zaman sürücünün müvafiq sənədlərini təqdim etməməsi, eləcə də, özünü şübhəli aparması yol polisi əməkdaşlarının diqqətindən yayınmayıb və həmin sürücü tibbi müayinədən keçirməyə dəvət edilib. Tibbi müayinə zamanı sürücünün içki və narkotik vasitənin təsiri altında olması aşkarlanıb və bu barədə pratokol tərtib edilib”.

Bölmə rəisi qeyd edib ki, eyni zamanda, onun sürücülük vəsiqəsinin təqdim etməməsi ilə bağlı da araşdırma aparılıb: "Məlum olub ki, həmin şəxs 09.04.2018-ci ildən etibarən sürücülük hüququndan məhrum edilib və bilərəkdən vəsiqəni təhvil verməyib. Digər bir araşdırmaya görə, onun 202 saylı marşutda müqavilə əsasında işləməsi məlum olub.

Eyni zamanda onun qanunun tələblərinə zidd hərəkət etməsi və polisə tabe olmaması ilə bağlı da sənəd toplanılıb. 202 saylı marşrut üzrə işləyən 10-XX-144 dövlət nişanlı avtobusun sürücüsü, Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Tağıyev İlkin Əlisəftar oğlu barəsində toplanan bütün sənədlər Binəqədi Rayon Məhkəməsinə təhvil verilib.

Hakim tərəfindən çıxarılan qərara əsasən, həmin sürücü 1 ay müddətinı inzibati qaydada həbs edilib və yenidən 1 il müddətində sürücülük hüququndan məhrum edilib. Eyni zamanda, bütün bu hallara göz yuman kalon rəisi, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Qurbanov Oktay Əlisəfdər oğlu barəsində də 15 gün inzibati həbs qərarı verilib. Onların hər ikisi tutduğu vəzifədən xaric edilib”.

Qeyd edək ki, 202 saylı marşrut xətti "Çinar Trans" MMC-yə məxsusdur.
DİM: Kolleclərə ixtisas seçimi başlayıbÜmumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçiminə başlanıb.

Dövlət İmtahan Mərkəzindən ( DİM) verilən xəbərə görə, ixtisas seçimi iyulun 25-dən avqustun 6-dəkinternet vasitəsiləhəyata keçirilir.

İxtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə)ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayanabituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul qiymət alan abituriyentlər seçə bilərlər. Abituriyentlərin qabiliyyət imtahanlarından aldığı qiymətlər gün ərzində elektron məlumat bazasına daxil edilir və onlar günün sonunda ixtisas seçimi edə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

2018/2019-cu tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar "Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.

Xatırladaq ki, məktəbi cari ildə bitirən və kolleclərə qəbul olmaq üçün mart ayında aparılan qeydiyyatdan keçməyən Azərbaycan bölməsi abituriyentləri üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə ərizə qəbulu sistemi də avqustun 6-dək aktiv olacaq. Müsabiqədə iştirak etmək istəyən abituriyentlər əvvəlcə qeydiyyatdan keçib sonra ixtisas seçimi edə bilərlər.

Qeyd edək ki, abituriyentlər "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən "Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. "Məsləhət mərkəzləri” haqqında ətraflı məlumatla aşağıdakı keçiddən tanış ola bilərsiniz: http://dim.gov.az/news/1922/
Trampın gizli səs yazısı üzə çıxdı - QALMAQALCNN telekanalı ABŞ prezidenti Donald Trampın keçmiş vəkili Maykl Koen ilə danışığının səs qeydlərini yayımlayıb.

Modern.az CNN kanalına istinadən xəbər verir ki, səs qeydlərində prezidentlə əlaqələrinin olduğunu bəyan edən “Playboy” modelinə ödəniləcək pul vəsaitindən də söhbət gedir.

Səs yazısı Trampın keçmiş vəkili Maykl Koeni təmsil edən və onun hazırki vəkili Lanni Devis tərəfindən kanala təqdim edilib. Səs yazısının müzakirəsi kanalın “Cuomo Prime Time” verilişində aparılıb.

Yazıda Koen və Tramp əvvəllər indiki prezidentlə əlaqələrinin olduğunu iddia edən model Karen Makduqal ətrafında müzakirə aparırlar.

Belə ki burada tək ona ödənişlər deyil, həmçinin mediadan onun danışıqlarının müəllif hüquqlarını əldə etmək məsələsi də ifadə edilir.

Keçmiş vəkil Koen prezidentliyə namizəd Trampa bu əhvalatın müəllif hüquqlarını satın almaq üçün bir şirkət qurmaq planı barədə danışır.

“Mən dostumuz Deviddən bütün informasiyanı transfer etmək üçün kompaniya açmalıyam” – Koen ifadə edir.

Burada ehtimal ki, “American Media”nın rəhbəri Devid Pekerdən söhbət gedir.

Vəkil sonra “maliyyələşdirmə” barədə söhbət açır və bu zaman Tramp “hansı maliyyələşdirmə” ifadəsi ilə onun sözünü kəsir.

Daha sonra Koen “biz ödəməli olacağıq” ifadəsini işlədir. Tramp isə cavabında “nəğd ödəyin” – deyir. Lakin burada Trampın bu sözləri işlətdiyi məqamda yazıda qarışıqlıq yaranır. Prezidentliyə namizədin "ödəyin", ya "ödəməyin" dediyi tam aydın eşidilmir.

Lakin Koen “yox-yox” ifadəsini işlədir və yenə də nə danışıldığı məlum olmur.

ABŞ prezidentinin vəkili Rudolf Culiani isə heç bir ödənişin Trampın adından olmadığına diqqət çəkib.

“Bu yazıda hər hansı bir cinayətin işləndiyini göstərəcək heç bir işarə yoxdur” – Culiani bildirib.

Onun sözlərinə görə, səs yazısında sadəcə müəllif hüquqlarının əldə edilməsindən söhbət gedir.

“Trump Organisation” şirkətinin vəkili Alan Futerfas Trampın nəğd ödəniş barədə təklif etdiyini təkzib edib.

“Prezidentin necə biznes apardığını və kompaniyada işlərin necə getdiyindən xəbəri olan hər kəs bilir ki, heç bir nəğd pul yoxdur. Hər şey sənədləşdirilib. Hər bir qəpik sənədləşdirilib” – Futerfas bildirib.

Qeyd edək ki, bu yazı Donald Tramp və onun prezidentliyə namizədliyi zamanı vəkili Maykl Koen ilə 2016-cı ilin sentyabrındakı danışığının səs qeydləridir. Koen bir dəfə prezidentə güllə atacağı ifadəsi ilə məşhurdur. O, son zamanlar prokurorluq ilə əməkdaşlığa hazır olduğunu açıqca bəyan edib. Bu səs yazısının əsli prokurorluğa göndərilib.