Nabranda itən uşaq oğurlanıbmış - AİLƏSİNDƏN İDDİAXaçmazda itkin düşdüyü deyilən 3 yaşlı uşaq əslində, oğurlanıbmış.

Bu fikirləri Ölkə.Az-a açıqlamasında 22 iyul tarixində Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşmüş və ötən gün tapılaraq ailəsinə təhvil verilmiş 3 yaşlı Novruzov İsmayıl Elçin oğlunun dayısı Məhəmməd Mehdiyev səsləndirib:

"Uşaq tapıldığı ərazidə axtarış aparılmışdı, amma tapılmamışdı. Uşağı oğurlamışdılar. Sonradan gördülər ki, əraziyə helikopterlər, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ona görə də gətirib uşağı yerinə qoymuşdular".

M.Mehdiyev bildirib ki, ailənin heç kimlə ədavəti olmayıb:

"Ailənin heç kimlə ədavəti yoxdur. Kimin qaçırdığını bilmirik. Bununla bağlı polisə müraciət etmişik, araşdırma aparılır".

Qeyd edək ki, 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu axtarışların aparıldığı ərazidə tapılaraq ailəsinə təhvil verilib.
“Patron” tumunun içindən it nəcisi çıxdı – FOTOFAKTSon zamanlar qablaşdırılmış qida məhsulları ilə bağlı çoxsaylı şikayətlər olur.

Tez-tez mətbutdan oxumaq olur ki, bu və digər qida məhsulunun içindən hansısa yad cisim çıxır.
Budəfəki şikayət də bu qəbildəndir.

Bizimyol.info-ya göndərilən məlumata görə, Şabran sakini rayondakı marketlərin birindən aldığı iri dənəli “Patron” günəbaxan tumunun içindən it nəcisi çıxıb. Bunu Şabran sakini tumun qabını açarkən görüb və müəyyən edib.

Qeyd edək ki, Tərtər rayonunda istehsal olunan “Patron” tumlarının üstündəki reklamdan aydın olur ki, istehsalçı alıcılara uduşlu lotera qazanmağa imkan verir.

Görünür “Patron”un işindən çıxan it nəcisi də elə binəva istehlakçıya özünəməxsus bir “hədiyyədir”.

Məsələ ilə bağlı qablaşdırma paketinin üzərində qeyd olunan nömrə ilə əlaqə saxlasaq da çoxsaylı zənglərimizə cavab verilməyib və telefon söndürülüb.

Buna baxmayaraq onların da mövqelərini dərc etməyə hazırıq.
Əflatun Amaşov KİV-ə təşəkkür etdiBu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib.

Şuradan verilən məlumata görə, toplantını açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Şura 2018-ci ilin ötən 7 ayı ərzində özünün Nizamnamə tələblərinə uyğun olaraq fəaliyyət göstərib.

Ə.Amaşov həmçinin Şuranın Gəncədə baş vermiş terror hadisələrinə medianın monolit komanda kimi dövlətçilik maraqları baxımından münasibət göstərməsi istiqamətində də iş apardığını diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan mediası terror və iğtişaşlarla müşaiyət edilən Gəncə hadisələrinə kifayət qədər peşəkar mövqedən yanaşdı. Ölkənin aparıcı kütləvi informasiya vasitələri sübut etdilər ki, Azərbaycanda qərarlaşmış siyasi sabitlik, asayiş və əminamanlıq mühitini pozmağa cəhd göstərənlərin qarşısında güclü müqavimət potensialına malik mütəşəkkil birlik var. Bu isə cəmiyyət üçün kifayət qədər mühüm mesajdır. MŞ sədri bu mesajın müəllifləri olan KİV-lərə rəhbərlik etdiyi qurumun adından təşəkkürünü bildirib.

Ə.Amaşov Azərbaycan milli mətbuatının 143 illiyinin qeyd edilməsini də ötən müddətin mühüm hadisələrindən biri kimi dəyərləndirib.

MŞ sədri çıxışında müstəqillik illərində Azərbaycan mətbuatının inkişaf dinamikasından da söz açıb, bununla bağlı bəzi müqayisəli məqamlara toxunub.

Mediaya dövlət dəstəyinin sistemli şəkil aldığını vurğulayan Ə.Amaşov onu da bildirib ki, bu dəstək KİV-lərin müstəqilliklərinin qorunmasına, onların cəmiyyət və dövlət üçün prioritet sayılan istiqamətlərdəki fəaliyyətinin daha da gücləndirilməsinə yönəlib.

Tədbirdə çıxış edən MŞ İdarə Heyətinin üzvlərindən - Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnforamsiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Teleqraf MMC-nin direktoru Aynur Camalqızı, Azadinform İA-nın baş redaktoru Niyaz Niftiyev, Milli,az saytının rəhbəri Anar İmanov, MŞ sədrinin müavinləri Umud Rəhimoğlu və Müşfiq Ələsgərli Şura sədrinin çıxışında yer alan məqamlarla əlaqədar fikirlərini bölüşüblər. Onlar medianın Gəncə hadisələri, eyni zamanda Mingəçevirdəki enerji qəzası nəticəsində yaranmış durum ilə əlaqədar mövqeyini təqdir ediblər.

Mediaya dövlət dəstəyinin konseptual tərəflərinə toxunan İH üzvləri bildiriblər ki, hazırkı dövrdə bu siyasət heç də yalnız ənənəvi medianın varlığını qoruması mahiyyəti daşımır, bütövlükdə Azərbaycan dövlətinin media ilə əlaqədar baxışlarını özündə birləşdirir. Bu baxışlar isə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda kifayət qədər əhatəli əksini tapıb və sənəddə nəzərdə tutulan digər vəzifələrin reallaşdırılmasına nail olmaq media ictimaiyyətinin qarşısında duran mühüm vəzifələrdəndir.

İH üzvləri mediaya dövlət dəstəyinin əhəmiyyətsizliyi ilə bağlı səslənən fikirlərə də münasibətlərini açıqlayıblar. Onlar bildiriblər ki, bu fikirləri dövriyyəyə gətirənlərin müəyyən qismi vaxtilə məsələnin əksini iddia edən, prosesi dəstəkləyən şəxslərdir. Belələrinin müəyyən qrup maraqları naminə gedilən yola kölgə salmaq, ümumən Azərbaycanda aparılan media siyasətinə təftişçilik nöqteyi-nəzərdən yanaşmaq, hansısa fərdi narazılıqları geniş etiraz kimi göstərmək cəhdləri yolverilməzdir, səmimilikdən uzaqdır. Azərbaycanda media sahəsində aparılan dövlət siyasətinin alternativsizliyini vurğulayan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri bu siyasətin daha zəngin çalarlar əldə etməsi üçün qarşılıqlı əməkdaşlığın, fəaliyyətin daha da gücləndirlməsinin zəruriliyini əsaslandırıblar.

Rusiyada təyyarə qəzası - Ölənlər varRusiyada “Zlin326” markalı yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə Moskvaətrafı Serpuxov rayonunda baş verib.

Təyyarənin göyərtəsində iki nəfər olub. Onlar hadisə nəticəsində ölüblər.

Hüquq-mühafizə orqanları qəzanın səbəbini araşdırır.
BŞTİ və 220 saylı məktəbin direktoru məhkəmədə uduzdu - Müavin işə bərpa edildiNəsimi rayon məhkəməsində iddiaçı Zeynəb Rzayevanın 220 saylı məktəbə bərpa olunması ilə bağlı məhkəmənin yekun iclası keçirilib. Hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Əvvəlcə qeyd edək ki, işin mahiyyəti Bakı Şəhər Təhsil İdarəsi və 220 saylı məktəb-liseyin direktoru Tural Mirzəliyevin , həmin məktəbin direktor müavini Zeynəb Rzayevanı işdən azad etməsi ilə bağlı idi. Belə ki, Z.Rzayeva ona qarşı işdən çıxarılma ilə bağlı əmrlə razılaşmadığı əmrlə razılaşmadığından məhkəməyə müraciət etmişdi. Əmrə görə, Z.Rzayeva müavin kimi öz səlahiyyətlərini düzgün icra etməmiş, məktəbdə dərs gedişatının pozulmasına göz yummuş, ona aid olan dərsləri keçməmiş və iclas zamanı direktora qeyri-etik ifadələr işlətmişdi.

İclasda ilk olaraq cavabdeh tərəfin şahidi Rzayeva Gülyanaq çıxış edib. 1990-cı ildən bu məktəbdə işləyən müəllimə bildirib ki, T.Mirzəliyev gələndən sonra müəllimlərə işə daha ciddi yanaşmağı tələb edib:

“Tural müəllim gələndən çox sakit işləyirik. Zeynəb xanımın direktor müavini kimi işində hər hansı nöqsan olub-olmadığını bilmirəm, mən sıravi müəlliməyəm. Ama o, ona ayrılan dərslərə girmirdi. Yanvarda ibtidai sinif müəllimlərinin iclasında qeyri-etik ifadələr işlətdi”.

Hakim şahidə bildirib ki, o, iddiaçının əleyhinə şahidlik etməsinə baxmayaraq, adı və imzası Rzayevanın əleyhinə ərizə yazan müəllimlərin siyahısında yoxdur. Şahid isə belə bir siyahıdan xəbəri olmadığını bildirib.

Cavabdehin hüquqlarını müdafiə edən Ramal Məmədov şahidə sual verib: “Məktəbdə ibtidai siniflərə nəzarəti, ibtidai siniflərin işləri üzrə digər fəaliyyətləri kim edirdi? Cavab gözləniləndən fərqli olub:

“Məktəb rəhbərliyi, Aybəniz xanım”. Daha sonra iddiaçı tərəf şahidə suallar ünvanlamaq istədikdə Gülyanaq xanım iltizama qol çəkməsinə baxmayaraq, suallara cavab verməkdən imtina edib:

“Mən qarşı tərəfə cavab vermək istəmirəm, daha artığını bilmirəm. Zeynəb Rzayevanın direktorla arasındakı ədavətdən xəbərim yoxdur, mən oturub onları izləmirəm ki. Onu deyə bilərəm ki, Zeynəb xanım bizi məcbur edirdi ki, uşaqlardan pul yığaq”.

Bu zaman iddiaçının nümayəndəsi Rza Rzayev şahiddən pulun hansı formada yığıldığını soruşub. Bu zaman da şahid suala cavab verə bilməyib.

İddiaçı Z.Rzayeva deyib ki, Qurana əl basaram ki, Gülyanaq müəllimin qızı Siyatel İsgəndərova (o da 220 saylı məktəbdə ibtidasi sinif müəlliməsidir) müəllimlər otağında onlara Tural Mirzəliyevin qeyri-etik hərəkəti və təklifindən danışıb:

T.Mirzəliyev müəllimləri otağa çağırıb, çay, kofe təklif edirdi. Siyatel Rzayevanı da otağına çağırıb. Direktor ondan soruşub ki, nə istəyirsən? O da deyib ki, heç nə. Direktor deyib ki, bəs onda nə istəyirsən? Bu zaman Gülyanaq müəllimə qızına dedi ki, deyərdin ki, nə istəyəcəm, səni istəyirəm də. Əgər belə bir şey olmayıbsa, o Qurana əl basıb desin ki, olmayıb".

Rzayeva direktorun əxlaqsız əməllərinin qarşısını aldığı üçün məktəbdən çıxarıldığını bildirib.

Daha sonra hakim iddiaçının vəkili Adəm Məmmədova söz verib. Vəkil bildirib ki, xəbərdarlıq intizam məsuliyyəti deyil və işdən çıxarılma üçün əsas vermir:

“Əgər direktorun müavindən narazılığı var idisə, nəyə görə BŞTİ-yə təqdimat yazıb onun işdən çıxarılmasını tələb etməyib? İclas keçirib və bütün müəllimlərin içində onun yerini dəyişdirdiyini elan edib. Maraqlıdır ki, məhz Zeynəb xanım qərara etiraz etdikdən sonra T.Mirzəliyev məktəbə BŞTİ-nin əməkdaşlarını dəvət edib və yoxlamalardan sonra Rzayevanın işində nöqsanlar aşkar edilib. 15 ildir normal şəkildə işləyən Zeynəb xanım birdən-birə nə baş verdi ki, Tural müəllim gələn kimi nöqsanlara yol verməyə başladı? Hansı ki, o gələnə kimi bu məktəb iki dəfə ilin ən yaxşı məktəbi seçilib. Respublika birincilərini yetişdirən məktəb olub. Əgər onun işində qüsurlar var idisə, nəyə görə birbaşa işdən çıxarmaq haqqında təqdimat yazmadı? Əvvəlcə yerinin dəyişdirilməsini istədi? Xahiş edirəm müvəkkilimin işinə bərpası və T.Mirzəliyev haqqında korrupsionerliklə bağlı prokurorluğa məlumat verilməsi barədə qərar qəbul edəsiz”.

Cavabdeh – BŞTİ-nin nümayəndəsi Ramal Məmmədova söz verilib. O bildirib ki, məktəbdə müavinlərin hesabatları əsasında qərarları direktor verir. Məktəbdəki yoxlama barədə 200 səhifəlik hesabat var. Z.Rzayevanın işdən çıxarılması ilə bağlı əmrə biz 200 səhifəlik hesabatdakı nöqsanları daxil edə bilməzdik. Araşdırmalardan sonra məlum olub ki, o, öz işini layiqincə yerinə yetirməyib, ona ayrılan dərs saatlarına girməyib, məşğələlərə nəzarət etməyib, jurnallarda səhvlər var. Ötən iclasda şahid kimi çıxış edən Nəzrin xanım idarəedici heyətdə olduğunu deəsə də, belə olmayıb, o texniki işçi, yəni xadimə olub. Tural müəllim ona öz işini görməsi ilə bağlı xəbərdarlıq edib, o isə bununla razılaşmadığı üçün işdən çıxıb və direktora əsəbi formada qərəzli şahidlik edib. Xahiş edirik ki, iddia təmin olunmasın”.

Məhkəmə müşavirə elan edib, bir müddət sonra Natavan Tağıyeva qərar elan edib. Mülki Məcəllə və Əmək Məcəlləsini əsas tutan hakim iddianı qismən təmin edib. Z.Rzayeva 220 saylı məktəbdə direktor müavini vəzifəsi üzrə işinə bərpa olunub və onun işləmədiyi müddətə görə BŞTİ tərəfindən müvafiq miqdarda konpensasiya ödənilməsi barədə qərar qəbul olunub.
Rəsmi Bakıdan erməni “nazirin” hədə-qorxusuna sərt CAVAB: “Onlara elə zərbə endirəcəyik ki...”   İşğal altındakı Qarabağ ərazilərində qurulmuş cinayətkar hərbi rejimin qondarma müdafiə naziri Levon Mnasakyanın “lazım gələrsə Mingəçevir SES-nə dərhal zərbə endiriləcəyik” barədə dediklərinə Azərbaycanın Müdafiə Nazirliyi cavab verib.

Avrasiya.net-in məlumatına görə, nazirliyin mətbuat xidməti bildirib:

“Son günlər Ermənistan mətbuatının təhlili göstərir ki, bu ölkənin hərbi-siyasi rəhbərliyi və Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin biri-birindən sərsəm bəyanatlar səsləndirmələri onların ciddi narahatlıq keçirmələrinə, qorxu və təşviş içində olmalarına sübutdur.

Azərbaycan Ordusu cəbhə xəttində vəziyyətin istənilən inkişafına hazırdır. Ordumuzun sərəncamında olan və dağıdıcı qüvvəyə malik ən müasir silah sistemləri düşmənin bütün vacib hərbi obyektlərini və strateji kommunikasiya xətlərini qısa müddət ərzində məhv etməyə qadirdir.

L.Mnakasyanın budəfəki, absurd bəyanatına gəlincə isə Azərbaycan hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemləri ölkənin bütün hava məkanının, o cümlədən xüsusi əhəmiyyətli dövlət və hərbi obyektlərinin tam təhlükəsizliyini təmin edir.

Düşmən tərəf bu kimi məsuliyyətsiz bəyanatlar səsləndirməzdən əvvəl düşünməlidir ki, Ermənistanın ərazisində elə obyektlər var onlara zərbə endirəcəyimiz təqdirdə həmin ərazilərdə yüz illərlə yaşayış mövcud olmayacaq”.
İqtisadiyyat Nazirliyi jurnalistləri mükafatlandırdıİqtisadiyyat Nazirliyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı KİV nümayəndələri arasında keçirdiyi müsabiqənin nəticələri açıqlanıb.

Avrasiya.net xəbər verir ki, nazirlik rəsmilərinin və KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov vurğulayıb ki, bu il yaranmasının 100-cü ildönümünü qeyd olunan və müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 yaşasa da, milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün zəmin yaradıb. AXC dövründə milli ordu quruculuğu, maarif və mədəniyyət, xaricdə təhsil sahələrində, eləcə də ölkənin sosial-iqtisadi inkişafı və xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətində mühüm işlər görülüb.

Belə ki, o dövrdə neft sənayesi ağır vəziyyətdən çıxarılıb, bir çox infrastruktur layihələri reallaşdırılıb, milli pul nişanları tədavülə buraxılıb, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirilib, Azərbaycan Dövlət Bankı yaradılıb və s. Qeyd olunub ki, AXC dövründə başlanılan, amma başa çatdırılmayan bir çox işlər XX əsrin 90-cı illərində müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası tərəfindən həyata keçirilib. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizin hərtərəfli inkişaf modeli Azərbaycan Xalq Cümhuriyyətinin ali arzularının həyata keçirilməsinə gözəl nümunədir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası möhkəm və sarsılmaz təməl üzərində hərtərəfli inkişaf dövrünü yaşayır. Dayanıqlı və davamlı inkişaf edən Azərbaycan dünyada etibarlı tərəfdaş, beynəlxalq layihələrin təşəbbüskarı və fəal iştirakçısı, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, dünya miqyasında əhəmiyyətli tranzit mərkəzidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Cümhuriyyətin yaranmasının 100-cü ildönümünə həsr olunmuş tədbirdə qeyd etdiyi kimi, “Əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünki Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər”. Niyazi Səfərov 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini bu, dövlət başçısının tariximizə göstərdiyi böyük diqqətin göstəricisi olduğunu vurğulayıb.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov çıxış edərək, İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilən müsabiqələrdə, eləcə də "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı" mövzusunda keçirilən müsabiqədə KİV-in fəal iştirak etdiyini bildirib, iştirakçıları təbrik edərək, müsabiqənin təşkilinə görə Nazirliyə təşəkkür edib.

Azərbaycan Respublikası yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli dövlət başçısının ölkəmizdə medianın inkişafına xüsusi diqqət və qayğı göstərdiyini vurğulayaraq, KİV-nümaəndələri arasında belə müsabiqələrin təşkilinin jurnalistlər arasında araşdırmaların aparılmasına marağın artırılmasında önəmini qeyd edib.

İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri, Müsabiqə Komissiyasının sədri Ayaz Əliyev diqqətə çatdırıb ki, Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin böyük əksəriyyəti jurnalist olub. XX əsrin əvvəllərində fəaliyyət göstərən demokratik yönümlü mətbuat orqanları xalqı narahat edən problemlərə həssas yanaşıb, azadlıq, istiqlalçılıq, türkçülük ideyalarını təbliğ ediblər.

Bildirilib ki, İqtisadiyyat Nazirliyi AXC dövrünün iqtisadiyyatına bir daha nəzərə salmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası ilə birgə KİV nümayəndələri arasında müsabiqə elan edib. Müsabiqəyə ümumilikdə 85 məqalə təqdim edilib. Bütün materiallar İqtisadiyyat Nazirliyində yaradılmış Komissiya tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib.

Tədbirdə qaliblər elan olunub, onlara diplomlar və mükafatlar təqdim edilib. Qeyd edək ki, Modern.az-ın əməkdaşı Gülşən Raufqızı da qaliblər sırasında olub. Müsabiqənin digər iştirakçılarına da diplom və hədiyyələr verilib.
Rus oliqarxın yaxtasında yaxalan Nigar Camala 250 minlik hədiyyə – FOTO + VİDEORus oliqarxın dəvətilə Moskvada dincələn Nigar Camalın “Mercedes-Benz”lə çəkdirdiyi foto şayiələrin yaranmasına səbəb olub. 250 min dollar dəyərində olan avtomobilin rus oliqarx tərəfindən hədiyyə edildiyi deyilir.

İfaçının istirahətindən əldə edilən görüntülərdə Nigar rus oliqarxın dəvətilə Moskvaya bir neçə günlük gəldiyini deyib. Ancaq oliqarxın onu nə məqsədlə çağırdığını deməyib.

Moskvada lüks oteldə qalan Nigar lüks istirahətindən fotoları “İnstagram” səhifəsində paylaşıb.

Müğənni Nigar Camalın rus oliqarxın yaxtasında dincələrkən jurnalistlərin kamerasına yaxalanıb. Həmin görüntülərdə Nigar rus oliqarxın dəvətilə Moskvaya bir neçə günlük gəldiyini deyib. Lakin sözügedən oliqarxın adı onu hansı məqsədlə Moskvaya gətirdiyini açıqlamayıb.
QHT fəaliyyətinin maraqlı məqamları – Fərasət Qurbanov yazır Fərasət Qurbanov

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin İcraçı Direktoru


Vətəndaş cəmiyyətinin əsas institutlarından biri olan qeyri-hökumət təşkilatları ölkənin ictimai həyatında mühüm rola malikdirlər. QHT-lər ictimai həyatın ən fəal təbəqəsi olmaqla cəmiyyətdə mövcud olan problemlərə çevik reaksiya verir və onların həlli üçün ciddi səylər göstərirlər.
Real QHT həyatı yaşayan, bu ictimai işin incəliklərinə dərindən bələd olan və ona qəlbən bağlı olanlar QHT fəaliyyətin nə qədər maraqlı və mənalı olduğunu yaxşı bilirlər. Bu gün cəmiyyətimizi QHT-lərsiz təsəvvür etmək mümkün deyil. Özünü ictimai problemlərin həllinə həsr edən, cəmiyyətdə mövcud olan ən kiçik məsələlərə belə biganə qalmayan bu təşəbbüskar insanların fəaliyyəti sözün birbaşa mənasında əsl fədakarlıqdır. Dövlətimiz də bu fədakar insanların təşəbbüslərini yüksək dəyərləndirir və onların reallaşmasına hər cür dəstək verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası hər il QHT-lərin ictimai əhəmiyyətli yüzlərlə layihələrini dəstəkləyir. Qurumun icra orqanının rəhbəri olaraq həmin layihələr çərçivəsində QHT-lərin həyata keçirdiyi işlər haqqında hesabatları vəzifə borcu olaraq diqqətlə oxuyur və onların reallığa təsiri ilə yaxından maraqlanıram. Heç şübhəsiz, müxtəlif istiqamətlər üzrə həyata keçirilmiş bu layihələrin yekunlarında insanı duyğulandıran, qürurlandıran və düşündürən xeyli məqamlar var.

Çox təəssüflə qeyd etmək istəyirəm ki, bəzən hesabatda qeyd olunan bir sıra məqamlar mediada öz əksini tapmayıb, ya da əksinə, mediada gedən maraqlı məlumatlar hesabata daxil edilməyib. Bununla əlaqədar Şura Katibliyi QHT-lərə müvafiq təlimatlar verir və zəruri konsultativ xidmətlər göstərir. QHT layihələri, onların mövzuları, ictimaiyyətlə iş, layihələrin idarə olunması, ümummilli məsələlərə çevik reaksiya, ictimai problemlərə yeni yanaşma metodları, tədbirlərin təşkili, nəticələrin ümumiləşdirilməsi və sair bu kimi məsələlərə növbəti yazılarımda bəhs etmək fikrindəyəm.

Bu yazımda QHT fəaliyyətinin ən mühüm prinsiplərındən biri olan kollegiallıq məsələsinə toxunmaq istərdim. Əlbəttə, bu heç də təsadüfi deyildir. QHT fəaliyyətini maraqlı edən, ona ictimai rəng qatan və onun əsl mahiyyətini ifadə edən məqam da məhz kollegiallıqdır. Bir qədər sadə formada ifadə etsək, QHT-nin seçkili orqanlarının, idarə heyətinin və nəzarət təftiş komissiyasının praktik olaraq fəaliyyət göstərməsi nəzərə tutulur. Fikrimcə, bu işin qismən də olsa təşkil edilməsi QHT həyatını çox maraqlı və məzmunlu edər, cəmiyyətin və digər tərəfdaşların QHT-lər olan inam və etibarı daha da artırar. Bu, həm də ictimai fəaliyyətlə bağlı böyük bir islahatın başlanğıcı ola bilər.