Fuad Əliyev mətbuat nümayəndələrini təbrik etdiHörmətli mətbuat işçiləri!

Milli Mətbuat günü münasibətilə bütün jurnalistləri və mətbuat-informasiya sistemində çalışan işçiləri təbrik edirəm. Bu şərəfli və son dərəcə məsuliyyət tələb edən işinizdə uğurlar arzulayıram. Mətbuatın əsasını qoymuş “Əkinçi” qəzetinin nəşri ilə əlaqədar olan bu tarix hər birimiz üçün əlamətdardır.

Hörmətli mətbuat işçiləri!

Azərbaycan Liberal Demokrat Partiyası sizin bizə olan diqqətinizi, o cümlədən bizimlə əməkdaşlığa verdiyiniz önəmi daim yüksək qiymətləndirir.

Hormətli mətbuat işçiləri!

Sizi bir daha Milli Mətbuat günü münasibətilə təbrik edir, respublikamızda və onun ətrafında baş verən hadisələrin ictimaiyyətə çatdırılmasında, onların geniş analitik təhlil edilməsində, Azərbaycanda gedən demokratik dəyişikliklərin beynəlxalq aləmdə şərh edilməsində obyektivlik, prinsipiallıq, yüksək professionallıq və əsl vətəndaşlıq mövqeyi arzulayıram.

Böyük Hörmətlə,

Fuad Əliyev
Azərbaycan Liberal Demokrat Partiyasının sədri
Media nümayəndələri Fəxri XiyabandaAzərbaycanda Milli Mətbuat Gününün təntənə ilə qeyd edilməsi artıq xoş ənənəyə çevrilib. Neçə illərdir davam edən bu ənənənin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev 2000-ci il martın 27-də Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi ilə bağlı Fərman imzalayıb. “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul günü həmin vaxtdan hər il ölkəmizdə Milli Mətbuat Günü kimi dövlət səviyyəsində qeyd olunmağa başlanıb. Mətbuata dövlət qayğısı ənənəsini Prezident İlham Əliyev də yeni dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirir.

Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF), Azərbaycan Mətbuat Şurasının və KİV-lərin nümayəndələri iyulun 20-də Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyulub, böyük mütəfəkkirin xatirəsi anılıb.

Görkəmli maarifpərvər, pedaqoq və təbiətşünas alimin məzarı önündə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan danışıb. O bildirib ki, bir neçə gündən sonra milli mətbuatımızın yaranmasının 143 ili tamam olur. 1875-ci il iyulun 22-də maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları ətrafında birləşdirib. Maarifçilik xüsusiyyətləri ilə seçilən bu qəzet məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi yaradıcılığın təməl prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlib. Qeyd edilib ki, bu gün qarşımızda duran əsas vəzifə Azərbaycanın beynəlxalq aləmdə imicinin daha da möhkəmləndirilməsi, ölkəmiz, o cümlədən Dağlıq Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli “Əkinçi” qəzetinin milli mətbuat tariximizdəki rolundan bəhs edib, Həsən bəy Zərdabinin ideyalarının bu gün də yaşadığını vurğulayıb. Bildirilib ki, 143 il əvvəl görkəmli ictimai xadim, böyük maarifpərvər Həsən bəy Zərdabi Azərbaycanda ilk milli mətbuat nümunəsi yaradanda bu qədər davamçısı olacağını bilsəydi qürur hissi keçirərdi.

Qeyd edilib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli mənəvi dəyərlərimizə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Milli mətbuatımız inkişafının yeni mərhələsinə qədəm qoydu. Bütün ömrünü insanların maarifləndirilməsinə həsr edən Həsən bəy Zərdabi Azərbaycanda söz, mətbuat azadlığının olmasını arzulayırdı. Bu gün müstəqil mətbuatımız var və beş mindən çox KİV qeydiyyatdan keçib. Böyük mütəfəkkirin bu arzusu artıq Azərbaycanda reallığa çevrilib, ölkəmizdə medianın inkişafı, söz və mətbuat azadlığının təmin olunması istiqamətində böyük işlər görülüb, dövlət mətbuata hərtərəfli diqqət göstərir. Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır.
Əliyevlə görüşə hazıram, səbəb var - PaşinyanHamı başa düşür ki, Rusiya superdövlət kimi regionda müharibənin başlamasına yol verməmək üçün imkanlara malikdir.

Avrasiya.net Virtualaz.org-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.

“İnana bilmərəm ki, Ermənistanın dostu və strateji müttəfiqi Rusiya müharibənin başlamasına yol verməmək üçün öz rıçaqlarından istifadə etməsin. Hamı kimi mən də əminəm ki, Rusiya Azərbaycanın müharibəyə başlamasına yol verə bilməz”, – o qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyevlə görüş barəsində danışan baş nazir buna hazır olduğunu bildirib:

“Mən Azərbaycan prezidenti ilə danışıqlara hazıram. Bunun üçün material var”.

O əlavə edib ki, etimad mühiti olmalıdır və bunsuz münaqişəni həll etmək mümkün deyil.
Alışanovu öldürmək istəyənlərə hökm oxunduAzərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Şücayət Əkbərov 18 il, Qoçəli Cəbiyev 17 il, Zöhrab Şirinov 16 və Aqşin Hüseynov 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Aqşin Hüseynov cəzasını başa vurduğu üçün məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Şücayət Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvarınadək Şamaxı rayonunda və Baki şəhərində külli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə mütəşəkkil dəstə yaradıb. O, Arif Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirmək istəyib.

Sücayət Əkbərov yaxın münasibətlərdə olduğu Qoçali Cəbiyev , onun vasitəsi ilə isə Zöhrab Şirinov ilə Arif Alışanovu öldürmək barədə razılığa gəlib, cinayət planını hazırlayıb və mütəşəkkil dəstəyə rəhbərlik edib.

Bunun müqabilində dəstə üzvlərinə 600 min manat pul vəd edib. 2016-cı ilin dekabrn 13-də Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bildiyi Arif Alışanovu, onun qızı Nigar Alışanovanı və sürücüsü Hacı Babayevi öldürməyi sifariş verib.

Lakin dəstə üzvləri məlum olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyiblər.

Bundan başqa, Şücayət Əkbərov 2016-cı ilin dekabrında Arif Alışanovu qəsdən öldürmək məqsədilə başqa şəxs tapmaq barədə dəstə üzvü Qocalı Cəbiyevə yenidən tapşırıq verib. Qoçalı Cəbiyev əvvəllər məhkum olunmuş, tanışı Zöhrab Şirinovla cinayəti törətmək məqsədi ilə 100 min manat qarşılığında razılığa gəlib.

Bir qədər sonra Arif Alışanovun, onun bacısı oğlu Dəyanət Cəfərovun içərisində olduğu “Toyota land Cruiser” markalı 99-AA- 400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd-Şamaxı şossesi yolunda hərəkətdə olarkən yüksək sürətlə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb

Qoçalı Cəbiyev telefonla Zöhrab Şirinova zəng edib, cinayətin törədiləcək vaxtı, Arif Alışanovun içərisində olacağı avtomaşını markası, rəngi, dövlət nömrə nişanlı barədə məlumatlandırıb.

Lakin Arif Alışanov gözlənilmədən öz avtomaşınına deyil, VAZ 21214 “NİVA” markalı, 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Şücayət Əkbərov bu barədə dəstə üzvləri Qocalı Cəbiyev və Zöhrab Şirinovu xəbərdan etməyə imkan tapmayıb

Sücayət Əkbərov qəsdən adam öldürmə cinayətinin icrası üçün qrup üzvlərinə vəd etdiyi 100 min manat pulun bir hissəsini Zöhrab Şirinova verib.

Təqsirləndirilən şəxs 2016-ci ilin yanvarın 11-də növbəti dəfə Arif Alışanovu Şamaxı rayonunda odlu silahdan istifadə etməklə qəsdən öldürmək qərarına gəlib.

Lakin yenə planları baş tutmayıb.
Şuranın dəstəklədiyi “Ətraf mühiti qoruyaq” layihəsi başa çatdı“Resurs” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ətraf mühiti qoruyaq mövzusunda ekoloji maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsinə kütləvi tədbirlər keçirilib.

Layihə yeniyetmə və gənclər arasında maarifləndirici tədbirlər və iməciliklər təşkil etmək vasitəsilə onlarda ekoloji mədəniyyətin formalaşdırlıması məqsədini daşıyıb. Bakı şəhəri, Yasamal rayonunda fəaliyyət göstərən 286 nömrəli məktəbdə baş tutan tədbirlərdə yeniyetmə və gənclərə ekologiya, ətraf mühit haqqında geniş məlumatlar verilib, ekoloji problemlərin aradan qaldırılması və ətraf mühitin qorunmasının faydası haqqında onlara bilgilər verilib. Çıxış edən “Resurs” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Samir Mehdizadə aktual layihəyə dəstək verdiyi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə təşəkkürünü bildirib, layihənin əhəmiyyəti barədə iştirakçılara məlumat verib.

BMT-nin qərarı ilə qeyd edilən “Ümumdünya Ətraf Mühit Günü” münasibətilə məktəbin həyətində kütləvi aksiya keçirilib, həmçinin layıhədə nəzərdə tutulduğu kimi, iməcilik təşkil edilib. Hər tədbirin sonunda iştirakçılar üçün çay süfrəsi təşkil edilib, onlara layihə çərçivəsində hazırlanmış materiallar və köynəklər paylanıb.
Stavropolda diaspor təşkilatlarının konkursu keçirilibBu gün Stavropol şəhərində Xalqlar Dostluğu evində, şəhər administrasiya rəhbərliyinin təşəbbüsü ilə dövlət təşkilatları ilə birlikdə diaspor təşkilatlarının konkursu keçirilib.

Avrasiya.net-ə verilən məlumata görə, konkursda Moskva şəhərindən Ədliyyə Nazirliyinin, Stavropol Vilayətinin Qubernatorunun, şəhər administrasiyasının və Diaspor nümayəndələri iştirak ediblər. O cümlədən Konkursda Umumi Rusiya Azərbaycanlıları konqresinin sədri, Odlar Yurdu diaspora təşkilatının prezidenti, FNKA-nın sədri Fəxrəddin Yarıyev yüksək səviyyədə iştirak edib. Eyni zamanda konkursdakı ekspertlər Azərbaycan diaspora təşkilatçılığını və gördüyü işləri yüksək qiymətləndirərək birinci yerə layiq görüblər.
Stavropolda diaspor təşkilatlarının konkursu keçirilib
Hafiz Hacıyev: Bütün jurnalistlər bizim dostumuzdurMüasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib.

Partiyanın mətbuat xidmətindən daxil olan təbrik mətnində qeyd olunub ki, Partiya sədri və üzvləri Azərbaycan milli mətbuatının yaranmasının il dönümü münasibətiylə bütün qələm əhlini təbrik edir, onlara uğurlar arzulayırlar.

"Bütün jurnalistlər bizim dostumuzdur. İstər bizim partiya ilə əməkdaşlıq edən, istər seçki dönəmində bizə dəstək verən, istərsə də, bizim əleyhimizə yazan jurnalistlər olsun, hər birinin bayram münasibətiylə təbrik edirik. Jurnalistlər ən çətin peşənin sahibləridirlər. Hazırkı vəziyyətdə ədalətsizlikdən yazmaq, haqq sözü deyənlərin fikirlərini qələmə almaq asan məsələ deyil. Nə yaxşı ki, Azərbaycanda belə qələm sahibləri var.

İnanırıq ki, bundan sonra da jurnalistlərimiz obyektiv və prinsipial olacaq, yüksək milli şüur və vətənpərvərlik nümayiş etdirərək Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutacaq və mətbuatımız müasir cəmiyyət quruculuğunda, milli-mənəvi dəyərlərin təbliği, gənc nəslin vətənpərvərlik tərbiyəsi, eləcə də Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə layiqli töhfələrini verəcəklər.

Biz, jurnalistləri özümüzə dost, yol yoldaşı bilmişik. Odur ki, əziz jurnalistlər, Sizi bir daha milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə təbrik edir, çətin, məsuliyyətli və şərəfli işinizdə uğurlar arzulayırıq".

Bakıda dəhşətli cinayət — Qız atasını baltaladıAtasının başından balta ilə vuraraq öldürməyə cəhd edən qız məhkəmə qarşısına çıxarılacaq.

Avrasiya.net "ölkə.az”a istinadən xəbər verir ki, Aliya Həbibovanın barəsində olan cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 23-nə təyin edilib.

İttihama görə, cinayət hadisəsi ötən il noyabrın 4-də Binəqədi rayonu, 8-ci mikrorayon qəsəbəsində baş verib.

Cəfər Xəndan küçəsində ailə münaqişəsi zamanı Aliya Həbibova atası, 1956-cı il təvəllüdlü Cəmşid Azad oğlu Salxakinin başından balta ilə vurub.

Cəmşid Salxakin kəsilmiş-çapılmış xəsarətlərlə 1 saylı Xəstəxanaya gətirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Cəmşid Salxakini öldürməyə cəhd edən Aliya Həbibova Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən Aliya Həbibovanın barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Könül Kərimovanın verdiyi rüşvətin yeni təfərrüatları bəlli olubOğlunu universitetə qəbul etdirmək istəyən müğənni dələduzluğun qurbanı olub.

Minval.İnfo xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə M.Məmmədova özünü qismən təqsirli bilib.

Daha sonra zərərçəkmiş qismində Əfqan Hacıyev ifadə verib. O deyib ki, oğlunu universitetə düzəltmək adı ilə M.Məmmədovaya 13 min manat pul verib.

Zərərçəkmiş şəxs deyib ki, iş düzəlmədiyi üçün polisə müraciət edib. O, daha sonra dəymiş ziyanın ödənildiyini bildirib. Suallara cavab verən Ə.Hacıyev bildirib ki, təqsirləndirilən M.Məmmədova özünü Təhsil Nazirliyinin işçisi kimi təqdim edibmiş.

Amma Məlahət Məmmədova zərərçəkmişin yalan danışmadığını bildirib. Ə.Hacıyev hazırda Məlahət Məmmədovadan şikayət və tələbinin olmadığını deyib. Məhkəmədə zərərçəkmiş Sevinc Əliyeva da dindirilib. Əliyeva söyləyib ki, tanışı Ələkbər Abbasovun vasitəsi ilə Məlahət Məmmədovanı tanıyıb. Həbsdə olan oğlunu azadlığa çıxarması üçün Məlahət Məmmədovaya pul verdiyini deyən zərərçəkmiş sonda aldadıldığını qeyd edib.

“10 min dollar və 40 min manat pul vermişəm. Oğlum həbs edilmişdi. Bunlar da oğlumun cinayət işinə xitam veriləcəyi dedilər. Lakin sonralar vədə əməl etmədilər”- deyə zərərçəkmiş bildirib. O bildirib ki, oğlu Türkan Hacıəliyeva adlı qadının şikayəti əsasında həbs edilib: “Mən Məlahəti tanımırdım. Bizi Ələkbər tanış etdi. Ələkbər də qardaşımla birgə hüquq-mühafizə orqanlarında çalışırdı. Ələkbər məni onun evinə apardı. Pulu Məlahətə Ələkbərin yanında verdim. Hətta Məlahətin qızı da evdə idi”.

Zərərçəkmiş qeyd edib ki, həmin pullardan yalnız 12 min manatı geri qaytarılıb. M.Məmmədova zərərçəkmişin ifadəsinə münasibət bildirmək istəməyib. O, özünü yaxşı hiss etmədiyini, zərərçəkmiş S.Əliyevaya 12 min manat pul geri qaytardığını təsdiqləyib.

M.Məmmədova əvvəllər məhkumluq həyatı yaşayıb.M.Məmmədova deyib ki, 2012-ci ildə dələduzluqda ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb. Bildirək ki, M.Məmmədova dələduzluqda təqsirli bilinir. O, bir neçə şəxsin etibarından istifadə edərək onları aldadıb.

M.Məmmədovanın bu iş üzrə ümumilikdə 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirdiyi bildirilir. Zərərçəkmişlərdən biri də Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimovadır. İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya Universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədini verib.

K.Kərimovadan bu məqsədlə Məmmədovaya ümumilikdə 32 min manat pul verib. M.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham edilir.