Ərəbləri Bakıda niyə ölür: spirtli içki, ya “Viaqra”?Tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl: “Ərəblər içkinin qədərini bilmirlər, istəyirlər cinsi əlaqədə çox olsunlar”
Bakıda oteldə daha bir ərəb turist ölüb.

Hadisə “Viva Boutique Hotel”də baş verib. Ərəb turistin mədə qanaxmasından öldüyü ehtimal edilir. Xatırladaq ki, bu ilin yanvar ayında Bakıda hoteldə ərəb turist ürək çatışmazlığından dünyasını dəyişmişdi. Nərimanov rayon Prokurorluğunun məlumatına görə, 56 yaşlı Məsfər Oman Əlbillahi qaldığı hotel nömrəsinə yüngül əxlaqlı 3 qadınla gəlib. Polis hadisə yerinə gələn zaman qadınlar həmin nömrədə olmayıb.

Fakt bununla da bitmir.

Bundan 2 il əvvəl JW Marriott Abşeron otelindəki nömrələrdən birində ərəb turistinin cəsədi aşkarlanmışdı. 1953-cü il təvəllüdlü Əlmuhanna Məhəmməd Əli Aminənin cəsədində zorakılıq əlamətlərinə rast gəlinməyib. Məhkəmə-tibb ekspertləri 270 kiloqram çəkisi olan ərəbin cəsədini yarıblar. Ərəb turistin ürək tutmasından öldüyü qənaətinə gəlinib.

Ərəb turistlərin Bakıda ölmələri ilə bağlı bir neçə versiya var. Azərbaycana axın edən ərəb kişiləri özlərini burada sərbəst aparır, həddindən çox spirtli içki qəbul edir və yüngül əxlaqlı qadınların xidmətlərindən istifadə edirlər. Ehtimal olunur ki, ərəb kişilərin orqanizmi buna davam gətirmir.

Tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl hesab edir ki, Bakıdakı ərəb turistlərin ölümünə sağlam olmayan həyat tərzi səbəb olsaydı, onda gərək Bakıya gələn bütün ərəblər öləydi: “Ərəbistanda iqlim şəraiti Azərbaycanda daha ekstremal və daha istidir. Ərəblərin ölümünə iqlim və sağlam olmayan həyat tərzinin səbəb olduğuna inanmıram. Ərəblərin yeməyi bizimkilərdən daha ağırdır. Bir məsələ var ki, ərəblər içkinin qədərini bilmirlər. Mədə qanaxmasına həddən artıq spirtli içki qəbul etmək səbəb ola bilər. Marketdə dəfələrlə görmüşəm ki, ərəblər xeyli spirtli içki alıb. Bir dəfə yaxınlaşıb soruşdum, siz nə aldığınızı bilirsiniz? Dedi, hə. Bildirdim ki, aldıqları içkiləri çox içmək olmaz. Dedilər, narahat olma, bilirik. Onlar aldıqları spirtli içkiləri həmin gecə içib bitirsəydilər, sabaha sağ çıxmayacaqdılar. Biz ən azından nəyi necə içiləcəyini bilirik. Ərəblərin içki təcrübəsi, içki mədəniyyəti yoxdur. Biz elə bir coğrafiyada yaşayırıq ki, uşağı qatıq, süd, ayranla böyüdürük. Həmçinin, çörəyimiz qıcqırmış xəmirdən hazırlanır. Bir yaşından da uşağa çörək veririk. Qatıq, ayran, mayalı çörəyin tərkibində də spirt var. Bizim bədənimiz ta uşaqlıqdan spirtə alışır. Orqanizmimizdə spirtə qarşı mexanizm formalaşır. Amma ərəblərin yediyi çörək Pitadır. Çox vaxt da lavaş yeyirlər. Pita da, lavaş da mayasız hazırlanır. Bizim qədər qatıq yemirlər. Əsas düyü, ət yeyirlər. Məsələn, biz qıcqırmış meyvələrdən tut və s. yeyirik. Qıcqırmış meyvənin tərkibində spirt var. Ərəblər heç qıcqırmış meyvə də yemirlər. Onların yediyi xurmadır. Xurma da nə qədər qalsa, qıcqırmır. Bunun da təsiri var”.

V.İsmayıl ərəblərin ölümünə səbəb olacaq cinsi aktivliyi artıran dərmanları da ikinci ehtimal kimi qeyd edir: “Ərəblər Azərbaycana 5-6 günlük gəlir. Fələkdən bir gün çalmış kimi istəyirlər cinsi əlaqədə çox olsunlar və “Viaqra”dan istifadə edirlər. Amma bunlar konkret hadisəni izah etmir. Bunlar sadəcə versiyadır. Konkret hadisə haqda məlumatım yoxdur”.

Androloq-seksopatoloq Orxan Ağabəyov deyir, cinsi aktivliyi artıran dərmanlar o zaman ölümə səbəb ola bilər ki, insanda əvvəlcədən ürək problemləri olsun: “Bu dərmanlar ürək xəstəsi, yaxud ürəyindən əməliyyat olun insanları öldürə bilər. Əks halda heç bir doza aşması ölümlə nəticələnə bilməz. Ümumiyyətlə, dozanı aşmağın müsbət effekti yoxdur. Ona görə də dozanı aşmağın mənası yoxdur. 150 qram kifayətdir. Sağlam, normal, ürək xəstəliyi olmayan insan qəbul edərsə, pis heç bir şey olmayacaq”.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev Bakıda olan ərəb turistlərin də tez-tez təcili yardıma müraciət etdiklərini deyir. Şikayətlər isə müxtəlifdir. Əsasən qızdırma, baş və qarın ağrısına görə təcili yardıma müraciət edirlər.

Maraqlıdır, Azərbaycana gələn kütləvi ərəb turistləri sərhəd-gömrük keçid məntəqələrində müayinədən keçirmi?
Dövlət Gömrük Komitəsi “Yeni Müsavat”ın sorğunuza cavab olaraq bildirir ki, bütün sərhəd-gömrük keçid məntəqələrində quraşdırılan xüsusi termovizorlar vasitəsilə ölkənin gömrük ərazisinə daxil olan şəxslərin bədən hərarəti ölçülür. Bədən temperaturu normadan artıq olan şəxslər dərhal müəyyən edilir və bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir.

Bundan başqa, hər hansı region və ya ölkədə yoluxucu xəstəliklərin yayılması faktı qeydə alındığında Səhiyyə Nazirliyinin məktubuna əsasən həmin region və ya ölkədən gələn şəxslər sanitar həkimlərin köməyi ilə sorğu-sual edilərək lazımi zəruri tədbirlər görülür. Hazırda bu istiqamətdə hər hansı riskli hallar müşahidə olunmur.

Məlumatda o da qeyd edilir ki, beynəlxalq təcrübədə sərhəd-gömrük keçid məntəqələrində insanların kütləvi şəkildə tibbi müayinədən keçirilməsi praktikası mövcud deyil.
Ukraynadakı Azərbaycan təşkilat sədrləri barışıblar - FOTO Azərbaycan diasporunun say baxımından çoxluq təşkil etdiyi Ukraynada Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ilk dəfə birləşdirici konfrans keçirilib.

Modern.az saytı xəbər verir ki, bu tədbirdə indiyə kimi bir-birilə münaqişəli vəziyyətdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının üzvləri eyni masa arxasında əyləşiblər.

Bu, Azərbaycanın xaricdəki diaspor təşkilatları arasında bir ilk olub.

Belə ki, iki ən böyük diaspor təşkilatının rəhbəri – “Birləşmiş Ukrayna Azərbaycanlıları Diasporu”nun sədri Hikmət Cavadov və “Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi”nin sədri Rövşən Tağıyev Dövlət Komitəsi rəhbərliyinin təşəbbüsü ilə barışıblar.

Xatırladaq ki, bu təşkilatlar vaxtilə Ukrayna Azərbaycanlıları Konqresinin parçalanmasından sonra yaranıblar.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərliyi Ukraynaya səfər proqramı çərçivəsində hər iki təşkilat liderini bir araya gətirərək, uzun illər küsülü qalan icma rəhbərləri arasında soyuqluğa son qoyub.

Bu parçalanmaya son qoyulması Ukrayna azərbaycanlıları diasporunun gələcəyi üçün optimist vədlər verir və yerli strukturun vahid mərkəz kimi daha effektli və təsirli fəaliyyət göstərəcəyinə zəmin yaradır.

Qərara gəlinib ki, hər iki təşkilatın nümayəndələrinin iştirakıyla birgə İşçi Qrupu yaradılsın və bu İşçi Qrup yaxın bir ay ərzində Ukrayna Azərbaycanlılarının Koordinasiya Şurasını yaratmaq layihəsi üzərində işləyib razılığa gəlinsin.

Tədbirdə iştirak edən bütün tərəflər səfirlik, Diaspor Komitəsi və diaspor təşkilatları belə bir zamanda birləşmənin vacib olduğunu bildiriblər. Və bundan Azərbaycan dövlətinin faydalanacağına inandıqlarını bildiriblər.

Dövlət Komitəsinin rəhbərliyi diaspor rəhbərlərinə bildirib ki, bundan sonra heç bir kəsə qarşı ayrı-seçkiliyə yol verilməyəcək və bütün işlər Azərbaycan naminə aparılacaq.

Müxtəlif məlumatlara görə, hazırda Ukraynada 500 minə qədər azərbaycanlı yaşayır.
Arı sancan gənci öldürən həkimi bu şəxs himayə edir – ŞikayətQolunu arı sancdığı üçün həkim tərəfindən məcburi əməliyyat edilərək öldürülən gəncin işilə bağlı “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar çıxaran Sabunçu rayon prokurorunun böyük köməkçisi, I dərəcəli hüquqşünas Turan Abasovla bağlı ailə məhəkəmə şikayət edib.

Bu barədə Axar.az-a ötən ilin oktyabr ayında arı sancmasından sonra 3 saylı Kliniki Tibbi Mərkəzin həkimi Tağı Əliyev tərəfindən əməliyyat edilən və həkimin verdiyi narkoz səbəbindən ölən, lakin ölüm işilə bağlı heç bir cinayət içi açılmayan 24 yaşlı Cavid İmanlının atası Filman Həsənov bildirib.

Ata bildirib ki, Sabunçu prokurorunun böyük köməkçisi, I dərəcəli hüquqşünas T.Abasov baş vermiş hadisəni düzgün araşdırmayaraq, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 aprel 2018-ci i tarixində qərar çıxarıb. Ailə dəfələrlə çıxarılan qərardan narazı qaldığını və ölüm faktının düzgün araşdırılmadığını bildirsə də, işə baxılmayıb. Üstəlik, ölüm faktı ilə bağlı heç bir cinayət işi açılmayıb.

Ailə hesab edir ki, həkimin qoyduğu və ekspertlərin də düzgün hesab etdiyi diaqnoz tamamilə qanunsuz və əsassızdır, tibbi ədəbiyyatlara uyğun deyil.

Sabunçu Rayon Məhkəməsinə müraciət edən ailə məhkəmədən Bakı şəhəri Sabunçu rayon prokurorunun böyük köməkçisi Abasov Turan Qulu oğlunun 530C-17 nömrəli yoxlama materialı üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 aprel 2018-ci i tarixli qərarının qanunsuz sayılaraq ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

Qeyd edək ki, ötən ilin oktyabr ayında 24 yaşlı Cavid İmanlının qolunu arı sancması nəticəsində o, 3 saylı Kliniki Tibbi Mərkəzin həkimi Tağı Əliyevə müraciət edib. Öz ayağı ilə həkimə gedən C.İmanlını məcburi, heç bir analiz olmadan, ailəsinə məlumat vermədən əməliyyata salan həkim gəncə adi palatada digər xəstələrin yanında narkoz verərək əməliyyat etmək istəyib. Lakin gənc narkoz səbəbindən şok keçirib və dünyasını dəyişib.
20 hektar biçilməmiş taxıl sahəsini qəsdən yandıran şəxs həbs olunduBu gün saat 4.30 radələrində Göyçay rayonunun İncə kəndi ərazisində taxılı biçilmiş 20 hektar sahə yandırılıb.

DİN-in Mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, dərhal hadisə yerinə gəlmiş FHN-in Dövlət Yanğından Mühafizə Hissəsinin və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülmüş, yanğın söndürülərək daha geniş əraziləri əhatə etməsinin qarşısı alınıb.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən kənd sakini Gündüz Hacıyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı G.Hacıyevin həmin ərazini qəsdən yandırdığı müəyyən edilib və o, törətdiyi əməli etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Facebook-da Bahar Muradovaya qarşı TƏXRİBAT - VİDEOİki gündür ki, sosial şəbəkələrdə Milli Məclisin sədr müavini Bahar Muradovanın adından belə bir cümlə paylaşılır: “Əhali yoxsul yaşamağa öyrəşsin”

Təbii, bu fikirləri əks etdirən hansısa bir mənbə yoxdur.

Bəs bu fikirlər niyə görə Bahar Muradovanın adından paylaşılır?

Modern.az saytı məsələyə aydınlıq gətirməyə çalışıb.

Bahar Muradovanın köməkçisi Elman Aslanov saytımıza açıqlamasında bunları deyib:

“Bu cür əsassız və heç bir sübutu olmayan yalan informasiyalara inanmaq lazım deyil. Sözügedən məsələ ilə bağlı 2 il bundan öncə bəzi bədxahlar tərəfindən yayılmış informasiyanın şər və böhtana bağlı olduğu, cəmiyyətdə ajiotaj yaratmaq və gözdən salma məqsədi daşıdığı sübuta yetirilib. 2016-cı ilin dekabr ayında keçirilən büdcə müzakirələri zamanı nəinki Bahar xanım, həmin iclaslarda iştirak edən heç bir dövlət nümayəndəsi bu cür fikir səsləndirməyib. Bunu açıq-aydın iclasların bütöv şəkildə “youtube” səhifəsinə yerləşdirdiyimiz videolarında da görə bilərsiniz. Ortadakı şübhələri və qərəzi aradan qaldırmaq üçün məsələyə həssas yanaşan hər kəsi həmin materiallara baxmağa dəvət edirəm”.

Xalq artistinin elmi dərəcəsi ilə bağlı açıqlama: yalandırAli Attestasiya Komissiyası xalq artisti Nazpəri Dostəliyevanın elmi dərəcə alması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Komissiyanın aparat rəhbəri Arif Quliyev Lent.az-a açıqlamasında bildirib ki, yayılan fotoşəkillərdəki imza onun deyil:

“Ali Attestasiya Komissiyası Nazpəri Dostəliyevaya elmi dərəcə verməyib. Ümumiyyətlə, elə şey olmayıb. Şəkildə göstərilən imza da mənim deyil, başqa adamın imzasıdır. Kimsə götürüb o imzanı ora vurub. Başdan-ayağa saxta bir şeydir”.

Aparat rəhbərinin sözlərinə görə, o, hələlik baş verənlərlə bağlı gözləmə mövqeyindədir:

“Bu haqda hələ Nazpəri xanımla danışmamışam. Mənə elə gəlir ki, yayılan xəbərlərə, bu məsələyə Nazpəri Dostəliyeva da öz narazılığını bildirər. Heç bilmirəm ki, bu məsələdən onun xəbəri var, ya yox. Heç bilmirəm bu necə baş verib. Bircə onu deyə bilərəm ki, Ali Attestasiya Komissiyası bu cür diplom verməyib. Nazpəri Dostəliyevaya elmi dərəcə verilməsi ilə bağlı komissiyada heç söhbət də olmayıb. Mən bir-iki gün gözləyəcəyəm. Düşünürəm ki, baş verənlərə Nazpəri xanım da etiraz bildirəcək. Çünki baş verənlər onun adına yaraşan hərəkət deyil. Əgər etirazını bildirməsə, mən də başqa cür hərəkət edəcəyəm. Oradakı imza da saxtadır, mənim deyil. Blankın özü də Ali Attestasiya Komissiyasının blankı deyil. Bizim blankımız, üzərindəki yazı dəst-xəttimiz başqa cürdür”.

Qeyd edək ki, ötən gün xalq artisti Nazpəri Dostəliyevanın “Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi alması ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatlar sosial şəbəkələrdə birmənalı qarşılanmamaqla bərabər, həm də müəyyən şübhələrə yol açıb. Çünki Ali Attestasiya Komissiyasının elmi dərəcələrlə bağlı təqdim etdiyi diplomların şəkillərinə baxdıqda məlum olur ki, Nazpəri Dostəliyevanın sosial şəbəkələrdə paylaşdığı foto, sadəcə, möhürsüz arayışdır.
"22 iyul milli mətbuatın yaranması - milli oyanış və tərəqqiyə doğru atılan ilk addımdır"Hikmət Şikarov
YAP Pirallahı rayon təşkilatının sədri


Bu il Azərbaycan xalqı ictimai-mədəni tarixinin önəmli səhifələrindən birini - milli mətbuatın yaranmasının 143-cü ildönümünü qeyd edir. Milli oyanışın və tərəqqinin sivil əsaslarının yaradılmasının mühüm vasitəsi olmuş anadilli mətbuatımız həm də çoxəsrlik yazılı tariximizin son 143 ilinin zəngin salnaməsini yaratmışdır.
Çünki Azərbaycanda milli mətbuat milli dövlətin mövcud olmadığı bir zamanda yarandı. Bu faktın özü də yetərincə böyük üstünlükdür.

Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bildi və respublikanın ictimai-siyasi həyatında fəal rol oynadı. "Əkinçi"dən sonra işıq üzü görən qəzet-jurnallarımızın hamısı milli mətbuat tariximizin həmin gündən başlandığını birmənalı olaraq qəbul etdilər, Zərdabi yoluna və məramına sadiq qalmağa çalışdılar. "Ziya", "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "Füyuzat", "Dəbistan", "İrşad", "Tazə həyat", "Molla Nəsrəddin", "Tərəqqi", "Həqiqət", "Məktəb", "Açıq söz" kimi onlarla qəzet və jurnal ötən əsrin əvvəllərində anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar. Azərbaycan milli mətbuatının tarixini qədirbilən xalqımız isə həmişə diqqət və məhəbbətlə yad etmiş, onun təcrübəsi, ənənəsi yazarların yeni-yeni nəsillərinin fəaliyyətində əsas götürülməklə, bu günümüzə çatdırılmışdır.

Ulu öndər Heydər Əliyev 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin nəşri ilə milli mətbuatımızın yaradılmasını 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə reallaşan milli istiqlalımıza doğru atılan ilk addım kimi dəyərləndirmiş, anadilli jurnalistikamızın keçdiyi mərhələləri dövlətçilik məfkurəsinin formalaşması və yaşadılması yolunda misilsiz mücadilə kimi səciyyələndirmişdir. Həqiqətən də 1993-cü ildən bəri demokratik KİV-in inkişafında əldə olunmuş nailiyyətlər ulu öndərin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində artıb çoxalmışdır. Jurnalistlərin dostu adını qazanmış ulu öndər Heydər Əliyev ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Dövlət başçısı İlham Əliyevin səyləri ilə qəzet-jurnalların maliyyə-təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaradılması, onların borclarının ləğv edilməsi KİV-in inkişafına təkan vermiş, onun müstəqil fəaliyyətinə möhkəm əsaslar yaratmışdır.

Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir. Yarandığı 143 il ərzində Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçmişdir. Azərbaycan xalqının qədim ədəbi və mədəni irsə malik olması, Şərq və Qərb sivilizasiyasının qovuşduğu məkanda formalaşmış mədəniyyəti demokratik milli mətbuatın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır. 143 il əvvəl xalqın zəruri tarixi tələbatından yaranmış və ötən dövrdə onun köklü maraqlarına xidmət etmiş milli mətbuatımızın pozulmaz-dəyişməz amalı, tarixi təcrübəsi, gərəkli ənənələri və şəksiz xidmətləri deməyə əsas verir ki, Azərbaycan cəmiyyətinin hərtərəfli tərəqqisi və modernləşdirilməsi dövrünün vəzifələrini də jurnalistikamız uğurla yerinə yetirəcək. Mövqelərini ildən-ilə möhkəmləndirən azad mətbuat, yeni tipli KİV ölkəmizdə sivil, demokratik cəmiyyət yaradılmasına layiqli töhfələr verəcəkdir.

Bu gün Prezident İlham Əliyev söz və fikir azadlığına, mətbuatın inkişafına, bu sahədə yaranan problemlərin həllinə daim xüsusi diqqət və qayğı göstərir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları fəaliyyət göstərir, onlar vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar.
“Kimisi qızımın özünü atanda lüt olduğunu deyir” – Özünü 17-ci mərtəbədən atan qızın anası danışdıBakıda özünü 17-ci mərtəbədən atan 2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva barədə təfərrüat məlum olub.

Avrasiya.net xəbər verir ki, Oxu.Az-ın əməkdaşları hadisə baş verən yerdə olublar.

Məlum olub ki, 2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən, “Şərur” MTK-ya məxsus 24 B saylı binanın 17-ci mərtəbəsindən özünü atıb.

Hadisə baş verən binanın komendantı Toğrul Kətanov bildirib ki, hadisə 17 iyul, səhər saat 09:38 radələrində baş verib: “İntihar edən qız bu binada yaşamır. Saat 09:27 radələrində binanın 20-ci girişindən girərək 17-ci mərtəbənin pəncərəsindən özünü atıb. Yuxarıdan düşən zaman binadakı kondisionerə ilişib, paltarları cırılıb. Təcili tibbi yardıma zəng vurduq. Sonra polis bölməsinə xəbər verdik. Yarım saat sonra anası və yaxınları gəldi”.

Biz binanın həyətinə asanlıqla daxil olduq. Eyni zamanda, binaların bloklarının qarşısında qıfıl, şifrəyə rast gəlmədik.

Sakinlər bildirdi ki, bina ərazisində uzun müddətdir təmir işləri gedir:

“Buraya gələn hər kəs rahatlıqla binalara daxil ola bilər. Binadakı mənzillər yarımtikilidir. Daha çox kirayə verilir. İntihar edən qız bizim binada yaşamayıb. Səhər saatlarında binaya daxil olub.

Bu barədə fakt binanın müşahidə kameralarında da var. Qız yerə düşəndə əynində paltar var idi. Gödəkçəsi kondisionerə ilişib və cırılıb. Meyit bir saata yaxın yerdə qaldı. Sonra anası hadisə yerinə gəldi”.

Sakinlər qeyd edib ki, intihar edən qız “İnşaatçılar” metrostansiyası tərəfdə yaşayırmış. Baş verən hadisə barədə detalları öyrənmək üçün üz tutduq deyilən ünvana. 18 yaşlı qızın anası Çimnaz Vəliyeva ağlayaraq danışmaq istəmədiyini bildirdi.

Daha sonra qızı haqda sosial şəbəkələrdə yazılanlardan sarsıldığını və danışmaq istəyini dilə gətirdi. Nərgizin anası deyir ki, hadisədən əvvəlki gecə qızı rəfiqəsinin evində qalıb:

“Qızım rəfiqəsi Aynurun evində qalmışdı. Gecə saat 01:30-da telefonla Nərgizlə danışmışam. Rəfiqəsi ilə evdə idilər. Hadisə olan gün biz rayona gedəcəkdik. Qızımla əlaqə saxladım, dedi ki, ana, taksi çağırmışam, evə gəlirəm. Taksi ünvana çatan zaman intihar edib. Necə olur ki, taksi gəlib həyətdə qızımı gözləyən vaxt qızım özünü 17-ci mərtəbədən atıb? Mən bütün bunları analaya bilmirəm. Özünü atdığı yer rəfiqəsinin yaşadığı bina deyil”.
“Kimisi qızımın özünü atanda lüt olduğunu deyir” – Özünü 17-ci mərtəbədən atan qızın anası danışdı
İntihar edən qız liftlə yuxarı mərtəbəyə qalxır

Çimnaz Vəliyeva bildirdi ki, qızı haqda deyilənlər əssassızdır: “Mən övladımı özünü atdığı binada görəndə təccübləndim ki, ay Allah, bura haradır? Mən gedəndə yerdə uzanmışdı, polislər yaxınına da buraxmadılar. Üstünü örtmüşdülər, ayağında ayaqqabı gördüm. Qızımın meyiti bir saat yerdə qalıb. Mən axı qızımı ora qoyub, getməmişdim. Aynurun evində qoymuşdum. Onun evi 9-cu mikrorayondadır. Necə olub ki, Nərgiz intihar etdiyi binaya gəlib? Bütün bunları bilmirəm. Hər kəsdən xahiş edirəm, qızım haqda nəsə yazmasın. Mənim 18 yaşında övladım ölüb. Bu, hər kəsin başına gələ biləcək hadisədir. Uşağımın arxasınca deyilən sözlər bir ana kimi məni sarsıdır. Hər kəs bir söz danışır. Kimisi qızımın özünü atanda lüt olduğunu deyir. Bu, düzgün deyil. Onun əynində qara şort, qırmızı gödəkçə və ayağında ayaqqabı olub”.

İntihar edən qızın anası deyir ki, Nərgiz öldüyü gün səhər sosial şəbəkədə aktiv olub: “Qızım saat 09:10-da “Whatsapp”da aktiv olub. Şahidlər açıqlama verib ki, gecə səhərə qədər binadan ağlamaq səsi gəlib. Bəs, elədirsə, niyə bir nəfər qızımla maraqlanmayıb? Biriniz qapını açıb deyəydiniz ki, ay bala, sənə nə olub? Bəlkə, mənim uşağımı öldürürdülər? Polisə xəbər verəydilər. Kaş qızım sağ olaydı. Mən onu bütün səhvləri ilə qəbul edərdim”.

Qeyd edək ki, faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.
Müslüm Maqomayevlə Bakıda initim münasibətdə oldum - Yelena KatkovaSSRİ dövrünün ən populyar müğənnilərindən biri olan, böyük sənətkar Müslüm Maqomayevin pərəstişkarlarından biri, Yelena Katkova adlı qadın illər sonra ondan bir uşaq dünyaya gətirdiyini iddia edib.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Yelena Katkova bu iddiasını məşhur aparıcı Andrey Malaxovun “Qoy danışsınlar” (rusca “Pust qovoryat”) adlı verilişində səsləndirib.

Qadın vaxtilə Müslüm Maqomayevlə eşq macərası yaşadığını bildirərək, onunla Bakı şəhərində initim münasibətdə olduğunu söyləyib.

Yelena Katkovanın sözlərinə görə, həmin vaxtlarda Müslüm Maqomayev həyat yoldaşı Tamara Sinyavskayanın ağır əməliyyat keçirməsinə görə əzab çəkirmiş. Bu səbəbdən Yelena Katkova Maqomayevə mənəvi dəstək və təsəlli verdiyini danışıb. Bütün bunlar onları bir müddətliyinə yaxınlaşdırıb.

Yelena verilişdə iştirak edənləri inandrımağa çalışıb ki, Maqomayevin bu uşaqdan xəbəri olub. Hətta Tamara Sinyavskaya belə onunla birlikdə bir neçə dəfə gəzməyə çıxıb.
Müslüm Maqomayevlə Bakıda initim münasibətdə oldum - Yelena Katkova
Andrey Malaxov buna görə Maqomayevin oğlu olduğu iddia edilən Andrey Katkovu studiyaya dəvət edib. Gənc adam 18 yaşına qədər atası kimi Vladimir Katkovu bildiyini söyləyib.

Katkovun sözlərinə əsasən, sonradan ətrafındakıları onun məşhur ulduza bənzərliyini sezməyə başlayıblar.

Andrey Katkovun bu iddiasına rəğmən studiyadakılar onunla Maqomayev arasında heç də oxşar sifət cizgilərini aşkar etməyiblər.

Bundan başqa, həmin gənclə bağlı DNT testi keçirilib. Test üçün Andrey Katkovla bərabər Müslim Maqomayevin qardaşı Yuri Maqomayev və onun oğlu iştirak ediblər.

“88%-lik ehtimalla Andrey Katkov və Yuri Maqomayev arasında qohumluq əlaqəsinin olmadığı ortaya çıxıb”, – DNT üzrə ekspert Snejana Korolyova verilişdə bəyan edib.

Lakin ekspert bildirib ki bununla bağlı daha bir araşdırma aparılacaq. Ona görə ki, Müslüm və Yuri Maqomayevlər yalnız anadan bir qardaşdırlar.

Qeyd edək ki, bu Müslüm Maqomayevlə bağlı birinci belə hadisə sayılmır.

Vaxtilə ABŞ-da yaşayan Daniel Fiqotin adlı şəxs də özünü mərhum sənətkarın nikahdankənar oğlu adlandırmışdı. O, hətta Bakıya gələrək Fəxri xiyabanda görkəmli sənətkarın qəbrini ziyarət edib.

Daniel Müslüm Maqomayevlə uzun müddət qeyri-rəsmi nikahda olduğu Lyudmila Fiqotinanın oğludur. O, məşhur Rusiya bəstəkarı Boris Fiqotinin qızıdır. Lyudmila Fiqotina ümumittifaq radiosunda redaktor olaraq çalışıb və Maqomayevlə burada tanış olub.

Keçən il isə eyni kanalda Dmitri Şepelevin “Na samom dele” (“Əslində”) adlı verilişində İrina Korotkova adlı bir qadın da Maqomayevdən qız uşağı dünyaya gətirdiyini iddia etmiş, lakin sonradan DNT analizləri onu sözlərini yalana çıxarmışdı.